13-05-2019 ?
Salam Sedeqe sözunun menasi nedi
Cavab:
Və aleykum Salam. Sədəqə - ərəb sözüdür və sidq sözündən əmələ gəlib. Doğruluq, sadiqlik, düzgünlük, dürüstlük mənalarını verir. Şəriətdəki mənası isə sadiqliyini isbat edərək Allah rizası üçün malını Allah yolunda xərcləmək, kasıblara yardım etmək və s. Daha ətraflı:
ardını oxu
13-05-2019
Salamun Aleykum oruc saat necədən necəyə qədər tutulmalıdır ?
Cavab:

Və aleykum salam. Saytımızın ana səhifəsində hər gün üçün namaz vaxtları, həmçinin sahur və iftar vaxtları göstərilir.

ardını oxu
13-05-2019 Anar
Ölən bir şəxsin qəza namazlarını kimisə pul verib qıldırmaq olar?
Cavab:
Salam aleykum. İstər pulla, istərsə də pulsuz dinimizdə vəfat edən bir şəxsin qəza namazlarını qılmaq və ya kiməsə qıldırmaq buyurulmayıb. Amma onun yerinə oruc, həcc, sədəqə vermək və digər ibadətləri etmək və ya borcunu ödəmək icazəlidir. Daha ətraflı:
ardını oxu
13-05-2019
Salam, mənə uşağlığımdan cinlər musallat olub, axır vaxtlar cinlərin qəbiləsi olan cühenna sözü ağzımdan çıxır.mən nə edə bilərəm, sağ olun
Cavab:
Və aleykum Salam. Burada yazılanları edin: Cadudan necə qorunmaq olar?
ardını oxu
13-05-2019
Salam Aleykum mən istimna ilə məşğul olurdum tövbə edirəm tövbəni pozuram nə edim
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
ardını oxu
13-05-2019 .
Salam aleykum. Bu hedis sehihdi? _Resûlullah (s.a.s.) şöyle buyurdular:_ Kıyamet gününde ölüm süslenmiş bir koç şeklinde getirilir. Cennet ile cehennem arasında bir yerde bekletilir ve “Ey Cennet ehli! Bunu tanıyor musunuz?” diye buyurulur. Cennet ehli de Evet! Bu ölümdür” derler.
Cavab:

Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Belə ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!

ardını oxu
13-05-2019
Assalamu aleykum size bir sualım var.Menim yoldaşim çox yaxşi insandi 8 ildi namaz qilir 5 ildiki aileliyik 3 uşagmiz var elmi var dini cehetden o her şeyi bilir Allahin dinini son 1 ildi cumelere getmir namazini gunde bir defe evden çixanda qilir cahillerle oturub durur siqaret çekir baş halandiric
Cavab:
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Siz yoldaşınızın islah olması üçün Allaha dua edərək dəvət etməkdə davam edin və ona günahlardan çəkinib imanını artırmasında şəriətin buyurduğu yolları göstərin. İman itaətlə artır və asiliklə azalır.
ardını oxu
13-05-2019
Beyləqanda peyğəmbər deyilən bir ziyarətgah var. Orada bir zəncir var o zəncirə yaylıq atırlar. Həmin zəncir də yaylığı silkələyir əgər yaylığ yerə düşsə arzun yerinə yetmir. Amma əgər yerə düşməsə yerinə yetir. Zəncirə yaylığ atan kimi başlayır öz özünə silkələnməyə.
Cavab:

Salam aleykum.

ardını oxu
13-05-2019
Salam Aleykum. Nəyə görə Allah "Yəhudi və xaçpərəstləri dost tutmayın!" deyir və onları kafir adlandırır? Əgər iki adam dostluq etmək istəyirsə, niyə onların müxtəlif dinlərin nümayəndəsi olması onların dostluğuna mane olsun?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir.

ardını oxu
07-05-2019 momune
Salam erimh icki icir ickini atmasi ucun hansi dualari oxumaliyam?televizorda dini seylere baxib nese oyrenerek namaza gecikmek olarmi?Allah razi olsun
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Ərimi içki içməkdən necə çəkindirim?
ardını oxu
07-05-2019 Lale
Salam rehmete gedmiş bir insana Azerbaycan dilinde quran oxusam qebul olar?
Cavab:
Və aleykum Salam.
ardını oxu
07-05-2019
Salam Aleykum. Dəstənamaz aldıqdan sonra necə və harada pozula bilər?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Dəstəmazı pozan amillər
ardını oxu
07-05-2019 Ziyad
Salam hacət namazı qılmaq necə olur yaza bilərsiz? Amma aydın şəkildə məsələn. Nəs surəsini bilmirəm ona görə həmin surənidə yaza bilərsiz.Xahiş edirəm
Cavab:
Və aleykum Salam. Cavabları buradan oxyun: 
Hacət (istixarə) namazı haqqında
ardını oxu
07-05-2019 A.s
Camaat Namazi nece qilinir ve eger sonradan qatilmisansa namaza ne etmelisen?
Cavab:

Salam aleykum. Camaat namazı haqqında bu cavabları oxuyun:


Camaat namazı necə qılınır?

ardını oxu
07-05-2019 durna
Allahin salami olsun. Hedislere inanmaq ne derecede savabdir? Eger Quranda olmayan movzular hedisde varsa.
Cavab:

Və aleykum Salam. Hədislərə inanmaq Qurani Kərimə inanmaq kimi vacibdir, çünki hədislər Quranı izah edir, orada müxtəsər yazılan şeyləri açıqlayır, həmçinin orada olmayan mövzulara toxunur. Yalnız Qurana inanıb hədisləri inkar etmək dində azmağa gətirib çıxarır.

ardını oxu
06-05-2019 Nala
Allahin Salami ve bereketi her birininizin uzerine olsun! Size adini bilmediyim nafile namazi hagginda sualim var. Eshitdiyime gore seher namazindan sonra ele bir namaz var ki o namazi ardicil shekilde gilanda peygemberimiz SAVS la birlikde Hacc ziyareti etmeyi geder savabi olur.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Qeyd etdiyiniz namaz sübh namazını qıldıqdan sonra həmin yerdə oturaraq günün çıxmasını gözləyib, sonra qılınan Duha namazıdır.
ardını oxu
06-05-2019 afaki
salam. qadinlarin cume namazi qilmasi vacibdir?
Cavab:

Və aleykum Salam. Cümə namazına getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Yəni, onlar üçün vacib deyil. Daha ətraflı:

Qadınlara cümə namazı vacibdirmi?

ardını oxu
06-05-2019 Usya
Salam.Mən hər dəqiqə Ayətəl-Kursu oxuyub Allaha dua edirəm hərkəsdən gizlətdiyim birşey var onu heçkim öyrənməsin deyə dua edirəm 15-20 dəqiqə ara keçir yenə başlayıram dua etməyə mənə elə gəlir ki etməsəm əyər hərkəs öyrənəcək o gizlətdiyimi nədəndibu?
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Nergiz
Allahin salami olsun. Men eslinde dindar xanimam. Yeqi ushaqliqdan Allahi taniyib zikr edirem. Amma din haqqinda tam emin olmadigim meseleler de var. Demek, mene elchi gelmisdi az evvel, men oglani tanimadigim ucun razi olmadim, yox dedim.
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. Uca Allaha öz sözlərinizlə əgər xeyirlidirsə, həmin adamın sizə elçi gəlməsi üçün dua edə bilərsiniz və ümumən Allahdan xeyirli həyat yoldaşı istəyə bilərsiniz.

ardını oxu
06-05-2019 Yasemen
Salavat nece getirlir bilmek isdeyirem yeni namaza baslamisam
Cavab:
Salam aleykum. Allaha dua edirik ki, namaz və digər xeyirli əməllərinizi qəbul etsin. Bu cavabları oxuyun:

Salavat necə deyilir?
ardını oxu
06-05-2019 exi
Salam.1 -Madinede Peygenber Mescidinde qabin icinde ne ise yandirirlar o da twstwleyir.deye bilersiniz o tustuleyen nedir?onu ne ucun yandirirlar?2-aĝ mermerin uzerinde teyemmum etmek olarmi?3-eger asr namazinin vaxti daxil olmusdursa ve men hele zohr namazimi qilmamisamsa ve isteyirem ki zohrle as
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Selin
Salam.lombarda erim bilmeden 100 manat borcum var ozum isleyirem rahatliqla verirem her ay faizini.onu odememis baglamamis qizima dediyim qurbani kese bileremi ve onun etinnen kimler yeye bilmez ve onu men haca qayaya demisem evde kessem olarmi Allah Rizasi icin hamsini etrafli cvbladirin cox sagolu
Cavab:
Və aleykum Salam.
ardını oxu
06-05-2019 Lamiye
Salam .gunah oldugunu bildiyin halda o gunahi ediremse .tovbe duasi oxuyub birde etmeyeceyime and iciremse Allah gunahimizdan kecermi?
Cavab:
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Tövbə etdikdən sonra günahdan və ona aparan amillərdən çəkinməyə çalışmaq lazımdır.
ardını oxu
06-05-2019 Orxan
Men hardasa 9 aydi Hicabli bir qiznan danisiram. Fikirim ciddidir onunla. Deyirem ki,sekilini at seni gorum. Cavabinda deyir ki yoo sekil gunahdi olmaz ata bilmerem. Sizde bu duzgun yanasmadi? Yani sekil ata biler mene ya yox?
Cavab:
Salam aleykum. Sizə naməhrəm olan qızla bu cür ünsiyyətdə olmanız günahdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165). Siz həmin qıza işə, dərsə və s.
ardını oxu
06-05-2019 Lalə
Allahın salamı olsun.Sizden xahiş edire.Sulımı cavablandırın.Men burnumdan essetk əməliyyat olmuşam.Namazımı bu sebebden qıla bilmirem.Cün ki eyilmek ilmaz mene.2 ci sebebim Sidik saxlamamaq xesteliyim var.qeyri ixtiyarı sidiy axıntlsı olur.Namazımı bu sebebden saxlamalı olmuşam.Ne edim 1 yol göster
Cavab:
Və aleykum Salam.
ardını oxu
28-04-2019
Allahın salamı olsun size Men is axtariram ama tapmıram rahat iş tapmaq üçün hansı duanı vasite tuta bilerem Allah dualarımızı eşidendir.
Cavab:

Və aleykum Salam. İndiki dövrdə rahat iş tapmaq və halal ruzi qazanmaq hamı üçün çətinləşib. Müəyyən dövrlərdə Uca Allah öz hikməti ilə insanların ruzisini azaldır və ya çoxaldır, amma O, heç bir qulunu ruzisiz qoymur.

ardını oxu
28-04-2019 Allah bendesi
Qiza ata anasinin aldiqlari qizili erinin ailesi satarsa ya alarsa buna haqqi varmi?
Cavab:

Salam aleykum. İnsanın icazəsi və könüllü razılığı olmadan heç kimin onun şəxsi malını satmasına və mənimsəməsinə ixtiyarı yoxdur. Mehr də həmçinin belədir. Mehr, qadının kişi üzərində olan haqqı və onun şəxsi mülküdür.

ardını oxu
28-04-2019 Nesrin
Salam.rehmete getmis adamdan nece halalliq almaq olar ,halalliq almasam bunun her iki dunyada (bu dunyada ve olenden sonra)cezasi varmi.2.namaz qilmadan olunan duani Allah qebul edermi.cavabiniz ucun onceden tesekkur edirem
Cavab:
Və aleykum Salam.
ardını oxu
28-04-2019 Kenan
Qorxu duasi
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun:

Qorxu duası varmı?

Mən daim qorxu içində oluram...

ardını oxu
28-04-2019
As'Salamu Aleykum, etir vurmaq Peygember sunnelerinden biridir bes bir nefer kiwi bizden etir istedikde (sirf namehremlerin diqqetini celb etsin) bele insana demek olar ki etir yoxdu ustumde? (amma etir demek olar ki her zaman ustumde olur) yani yalan daniwmaq olar bele olan halda?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda yalan danışmağa icazə verilmir, çünki, yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzab, 70).

ardını oxu
28-04-2019
Salam aleykum. Men namaza yeni başlamışam. Alhamdulillah.. Sübh namazını bilmeden texmini azandan 10deqiqe tez qılmışam. Buda saatın sehv bilinmesi ile elaqedar olub. Yaşadığım erazidede azanın sesi eşidilmir. Bilmek isterdim bu günahdırmı ve ya namazım batil olubmu? Ne etmeliyem?
Cavab:

Və aleykum Salam. Əvvəla sizi namaza başlamanız münasibətilə təbrik edirik və Allaha dua edirik ki, namaz və xeyirli əməlləriniz sayəsində günahlarınızı bağışlasın və sizi Cənnətə daxil etsin!

ardını oxu
28-04-2019 Lamiye
Salam bir suallim var size.Eger ovlad kebini pozmaq istemirse, ata ve ya ana ovladinin kebini poza bilermi.
Cavab:
Və aleykum Salam. Şəriətə müvafiq şəkildə kəbin kəsildikdən sonra boşanma yalnız qadının əri tərəfindən həyata keçirilə bilər.
ardını oxu
28-04-2019 Mehrac
Sűbh namazini vaxdindan qabaq qilmaq mecburiyetinde qaliram cunki subh namazi vaxdi yolda oluram ise gedirem bu namaz batil sayilirmi?
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103).

ardını oxu
28-04-2019
Əssələmu aleykum. Ud hindi istifadə etmək sünnədirmi? Dəlili nədir? Və sünnəyə uyğun istifadə qaydası nədir?
Cavab:
Və aleykum Salam. Müsəlmanın öz sağlamlığını qoruması üçün Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) tövsiyə etdiyi şəfa qaynaqlarından biri  də "Ud hindi" bitkisidir. Bu bitkinin əsasən kökü, zoğu və budaqlarından şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir.
ardını oxu
28-04-2019 AnoniHe
Salam yoldasi rehmete geden qadin bisanmis kisi ile elaqe yasiyibsa Bu gunahdi zehmet olmasa bunu cavablandirardiz eyer Bu gunah sayilirsa bunun bagislanmasiycin ne etmey olar 've hemin adamla kebin kesileceyse yenede gunah sayilir Bu Cox cox vacibdi menimcin namaz hemde namazda qiliram Al
Cavab:
Və aleykum Salam.
ardını oxu
28-04-2019 Rauf
Salam aleykum.O duzmudur ki, kim yatmamışdan əvvəl "Bismillahir-rəhmani-rəhim" desə Allah sübhə qədər ona savab yazar?
Cavab:

Və aleykum Salam. Dinimiz bizə bütün xeyir işləri Allahın adı ilə başlamağı buyurur. Məsələn, evə daxil olduqda, yemək yedikdə, yatanda, miniyə oturduqda və ümimiyyətlə hər bir xeyir işə başladıqda "Bismilləh" deyilir.

ardını oxu
28-04-2019 Əli
Kənzul ərş duasını yazında zəhmət olmasa
Cavab:
Salam aleykum. Quranda və səhih hədislərdə "kənzul-arş" deyilən bir dua yoxdur. Səhih hədislərdə varid olan dualar barədə isə buradan oxuya bilərsiniz:
ardını oxu
28-04-2019 Aysel
Salam. Nənəm qardaşım doğulanda qurban kəsməyi niyyət edib amma 33 il keçib kəsməyib. Mən kəsə bilərəmmi?
Cavab:

Və aleykum Salam. İslamda mütləqdir ki, imkan daxilində Allah qarşısında itaət və günah olmayan bir məsələ üçün nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Nənəniz də qardaşınız doğulanda dediyi qurbanı kəsənə qədər bu, onun üzərində vacibdir.

ardını oxu
28-04-2019
Salam teyemunen sora dest namaz almaq olar
Cavab:
Və aleykum Salam. Su tapılana qədər və ya xəstələnmək təhlükəsi sovuşana qədər təyəmmüm həm qüsulu, həm də dəstəmazı əvəz edir. Amma istəsəniz təyəmmümdən sonra dəstəmaz ala bilərsiniz. Daha ətraflı:
ardını oxu
28-04-2019
Salam,menim anamda,qardasimda namaz qılır. Ancaq qardasim son vaxtlar namazin vaxtinda qilmir, ne qeder deyirik yadina saliriqsa yuvadir vaxtin, sizce bu nedendi?ve neynemeliyik ki vaxtinda qilsin?linke yoneltmeyin xahis edirem oz sozunuzle yazin
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
ardını oxu
28-04-2019 günahkar bəndə
Salam aleykum. 21 yaşım var. Bu günə qədər heç bir qızla əlaqəm olmayıb. Özüm dinə bağlı insanam. Vaxtı-vaxtında ibadətimi yerinə yetirirəm. Amma bu gün özüm də bilmirəm necə oldusa qızla öpüşdük. 15-20saniye filan. Qız beynimi yandırdı. Nə etdiyi min fərqinə varanda qızı itələdim.
Cavab:
ardını oxu
28-04-2019 ebuxettab
salam aleykum islam dininde agaci agaca calamagi nece baxir olar olmaz haqqinizi halal edin
Cavab:
Və aleykum Salam. Dinimizdə ağacın başqa ağaca calaq edilməsinə heç bir qadağa yoxdur.
ardını oxu
28-04-2019
Salam zrhmet olmasa deyerdiz.meyidi rl vuran yaxinlari qusul etmiyiblerse diqer bir wexs o adami salamlawib qucaqliyirsa qusul duwur o adama?
Cavab:
Və aleykum Salam. Meyitə toxunan insan digər insanlarla salamlaşdıqda onların qüslu pozulmur. Şəriətimizdə belə qayda yoxdur. Habelə, meyitə toxunduqa qüsl almaq vacib deyil, yalnız meyidi yuyan adama qüsl almaq müstəhəbdir (bəyənilən əməldir). Həmçinin oxuyun:
ardını oxu
28-04-2019 selma
salam qadın etir vura bilermi?
Cavab:
Və aleykum Salam. Qadınlara məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən yad kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz.
ardını oxu
28-04-2019 milana
Salam aleykum xais edirem bu sualima tez cavab vererdiz Allah ucun cox vacibdir tez cavab versez sevinerem sualim budurki bir muselman eger get gede namazlarini gah qilir gah qilmir yeni sehlenlarliq edirse sora zikir etmei bunlari elemirse ve eseblesib kufur soz deyibse amma tovbe edibse pesmandisa
Cavab:
Və aleykum Salam. Hər günah, küfr və ya şirk edən islamdan çıxaraq kafir olmaz. Kafir Allaha, peyğəmbərə, Qurani Kərimə iman gətirməyən və islamı din olaraq qəbul etməyən bir kəsə deyilir.
ardını oxu
28-04-2019 Famil
Salam aleykum.3 defe Subhene Rabbiyel ela dedikden sonra Subhehenke Allahumme Rabbene va bihemdike Allahummeğfirli demek olar 1 defe?
Cavab:
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz şəkildə deyə bilərsiniz. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qılarkən hər səcdə və rükusunda "Subhanəkə Allahummə Rabbənə və bihəmdikə, Allahummə-ğ'firli - Ey bütün nöqsanlardan uzaq Allahım!
ardını oxu
28-04-2019
miladi təqvimlə hicri-qəməri tarix arasındakı fərqlər arasındakı fərqlər hansılardır
ardını oxu
28-04-2019 Ulvi
Allah sozunuz menasi
Cavab:
Salam aleykum. الله - Allah sözü ərəb sözüdür və "əl" ilə "ilah" sözünün birləşməsindən əmələ gəlib. Burada "əl" ərəb dilində müəyyənlik artiklı, "ilah" isə "məbud, tanrı, ibadət olunan" deməkdir.
ardını oxu
28-04-2019
As'Salamu Aleykum, zovcesi hicabsiz olan kes deyyus sayilir mi? Umumiyyetle deyyus kimlerdir?
Cavab:

Və aleykum Salam. Ağlı başında olan və həddi-büluğa çatmış müsəlman qadının hicab bağlamaması böyük günah olsa da, bu, həmin qadının atası, qardaşı və ya ərinin dəyyus olması demək deyil, çünki dəyyus ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan bir kəsə deyilir.

ardını oxu
28-04-2019
Salam menim size bir sualım var önceden sualım üçün üzür istiyirem men hamileydim inkişafdan qalmışdı deyen meni abort elediler bilmek isteyerdim menim namazlarım qezeya düsubmu? indi qan kesilib amma arada sarı ve kahve rengi axındı gelir o namaza mane olarmı?
Cavab:

Və aleykum Salam. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulmur və namaz qılınmır. Nifasın (doğuşdan sonra axan qan) -- ən uzun müddəti qırx gün olur, bundan sonra namaz qılınmalıdır.

ardını oxu

Pages