13-12-2018 Elnur
Salam.Kebin varsa ayri yasayirlarsa kebin pozula biler?Kebin varsa Kisinin icazesi olmadan xanim ikinci defe kebin kesdirib evlene bilermi?
Cavab:

Və aleykum Salam. Evli ər və arvad ayrı yaşadıqda nikah yenə də qüvvədə qalır. Kəbinin pozulması üçün kişi qadını boşamalıdır. Kişi qadını boşamamış qadın başqa kişiyə ərə gedə bilməz. Boşanmış qadın ərə getməzdən əvvəl iddə müddəti (üç dəfə heyz olmaq) gözləməlidir. Daha ətraflı:

ardını oxu
13-12-2018
Salam Allah sizdən razı olsun!salima görə üzr istəyirəm mənim 13yasim olanda bir oğlan mənə toxunurdu mən basa düşmürdüm ne edir və beləce bunu bir mudət etdi sonra başa dusdum izn vermədim bu onun başqa oğlanla pilaniymis nəysə sonra mən onlara qargis etdim soraisə o toxunan oğlani sevdim ğizli Al
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin...". (ət-Tirmizi).

ardını oxu
13-12-2018 Aaa
Salam. Eger aile arasi dava olubsa, cox ciddi bir problemler esasinda qadin kebin kaqizin cirib. Ne etmek olar bu hadisede?
Cavab:

Və aleykum Salam. Şəriətə uyğun nikah bağlandıqdan sonra boşanma baş vermədikcə kəbin kağızının itməsi, korlanması, cırılması və s. kəbini qüvvədən salmır. Həmçinin oxuyun:

ardını oxu
13-12-2018 Anonim
Assalam Akeykum qardas peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dənizin suyu təmiz, ölüsü də halaldır".
Cavab:
Və aleykum Salam. Baxmayaraq ki, tısbağa və suiti həm suda, həm də quruda yaşayır, İslam alimlərinə görə onların ətinin yeyilməsi halaldır. Şəriətimizdə nəyin halal, nəyin haram olması barədə açıq-aydın təfsilatlı şəkildə xəbər verilib.
ardını oxu
13-12-2018
Mən namaz qılmağa başlamaq istəyirəm, lakin yanımda kimsə namaz qılanda əsəbləşirəm,quran oxunmağının səsin eşitdikdə başım ağrıyır.Bu haldan necə xilas olmaq olar?
Cavab:

Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində olur, çünki insan xeyirli əməl etmədikdə şeytan ona bütün üsullarla mane olmağa çalışır.

ardını oxu
13-12-2018
Salam Namazda sonra 33 defe edilen zikirler vacibdirmi muyyen meqamlarda vaxt darliginda demesek namaza tesiri olarmi?
Cavab:
Və aleykum Salam.
ardını oxu
12-12-2018 ay
Saıam men namaz qılıb salam verob qurtardım sinra atam gəldi deye namazı bitirdim sehv nese etmemişem ki?
Cavab:
Və aleykum Salam. Namaz təkbir (Allahu Əkbər) deməklə başlayır, sağ və sol tərəfə salam verməklə də bitir. Salam verdikdən sonra nəyinsə baş verməsi namaza xələl gətirmir. Həmçinin, namaz qıldığınız vaxt kiminsə içəri daxil olmasının namaza təsiri yoxdur.
ardını oxu
12-12-2018 Allahin gunahkar qulu
As Salamu Aleykum Evvela onu demek isteyirem ki,Allah sizden razi olsun cox faydali bir saytiniz var. Menim bir derdim var.Men 4 ildirki haram videolara baxmaqdan eziyyet cekirem.Ne qeder tovbe etsemde qurtula bilmirem bu musibetden(uzaqbasi tovbemi 1-2 hefte tuturam,amma hemise ciddi tovbe edirem
Cavab:

Və aleykum salam. Bu cavablarda yazılanları edin:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

ardını oxu
11-12-2018 ARİF
Əssələmu aleykum vərahmıtullahi və bərakətuhu. İnsanlar arasında belə bir söz var"Çörək qurandan irəli gəlib,çörək müqəddəsdir və s." Bəs dində bunun dəlili varmi?
Cavab:
Və aleykumus Sələm və rahmətullahi və bərakətuhu. Çörəyin Qurandan üstün sayılaraq müqəddəs olması fikri yanlışdır. Çünki, müqəddəslik yalnız Uca Allaha məxsusdur. Qurani-Kərimdə Uca Allahın "əl-Quddus" adı zikr edilir.
ardını oxu
11-12-2018 Bayramova Gunay
Salam aleykum.onceki yazdigim suallari cavablandirdiginiz ucun Allah razi olsun.Allah elminize bereket versin. Yaxin refiqemin anasi tezelikce dunyasini deyisib.Sualim budur ki,olmus insanin esyalarinin hamisinin yuyulmasi vacibdirmi.Ve olunun esyalari evdemi qalsa yaxsidir ya sedeqe olaraq paylanm
Cavab:
Və aleykum Salam. Ölən insanın əşyalarının yuyulması haqda dinimizdə heç nə buyurulmamışdır. Ehtiyac varsa, yuyula bilər. Həmin əşyaları evdə də saxlaya bilərsiniz, ehtiyacı olanlara da sədəqə olaraq verə bilərsiniz.
ardını oxu
11-12-2018 amira
salam aleykum, menim yoldawim 1ci yoldawinda uwagi var ve bezen aramizda soz sohbetler olur deye uwaq istemir, bunun gunahi var? menim ana olmaq haqqimi alir elebil. menim 1ci ailemdi. cox tesir edir mene. men ne edim?
Cavab:
Və aleykum salam. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.
ardını oxu
11-12-2018
Salam aleykum. Muhəmməd Peyğəmbərin qadınlarla əllə görüşməsi barədə hədislər barədə münasibətiniz necədir? Belə bir hədislər mövcuddurmu və bunlar səhihdirmi?
Cavab:
Və aleykum Salam. Zərurət olmadıqca naməhrəmlərlə əllə görüşmək haramdır. Hətta fitnə-fəsad olmayacağı təqdirdə belə yaxın naməhrəm qohumlar da olsa, yenə də əllə görüşmək icazəli deyil. Zərurət dedikdə isə tibbi və müalicə məqsədləri ilə istisna hallar nəzərdə tutulur. 
ardını oxu
10-12-2018
Əgər qadın ailəlidir,ancaq qadına illərlə yaxın durmur. Qadın uzun səbirdən sonra dözmüyüb zina edirsə.. Bunun günahı qadındadı ya kişidə? Və o qadını Allah bağışlayacaqmı?
Cavab:
Salam aleykum. İstənilən halda zina etmək həlakedici günahlardandır, bunu edənin günahı başqasında axtarması isə səhvdir. Kişinin uzun müddət qadınla yaxınlıq etməməsi onun haqqını pozmaqdır. Belə halda qadın boşanma tələb edərək başqa kişiyə ərə gedə bilər. Daha ətraflı:  
ardını oxu
10-12-2018
Salam sualım belədir ayağa yoluna tüpürmək dində haramı?
Cavab:
Və aleykum Salam. Bu haqda heç bir qadağa bildirilməmişdir. Həmçinin oxuyun:
İslam fiqhi: Ayaqyoluna getməyin ədəb qaydaları
ardını oxu
10-12-2018 Yusif
Rehmete geden insan bu dunyada qoyduqlarina gore narahat olurmu?
Cavab:
Salam aleykum. Qəbir həyatı dünyadakı insanlar üçün qeybi (naməlum) aləmdir və orada nə baş verdiyi ətraflı bildirilməyib. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm".
ardını oxu
10-12-2018 Nala
Salam aleykum Gaynanama ana deye bileremi?
Cavab:
Və aleykum Salam. Qaynanaya hörmət mənasında ana deyə bilərsiniz. Daha ətraflı: Başqa qadına ana demək olarmı?
ardını oxu
09-12-2018
Salam.Mene elci duwen insan Allah adamidi.ziyaretlerde de olub.Amma men bu insanin namehreme nefsini saxlamadigin tutmuwam.Bele insanla evlenmek dogru olar?Hal hazirda yollarimiz ayridi. Amma dindar olmasi meni yeniden duwunmeye vadar edirki belke deyiwdi
Cavab:
Və aleykum Salam. Müsəlman kişi və ya qadın ailə quracağı şəxsi seçərkən ilk növbədə dininə və əxlaqına fikir verilməlidir.
ardını oxu
09-12-2018 Amira
Salam aleykum. Bir kişinin 2 zövcəsi varsa. O zövcələrin haqqları eynidirmi? Nirinci zövcə haqq cəhətdən daha üstün sayilirmi??
Cavab:
Və aleykum Salam. Zövcələr arasında bütün haqlar eyni olmalıdır. Bir neçə zövcəsi olan kişinin haqq baxımından birini digərindən üstün tutması düzgün deyil.
ardını oxu
09-12-2018 Humay
Salam. Sualım rəsm çəkməklə bağlı olacaq. Həm sizin saytdan həm də başqa mənbələrdən aldığım məlumatlara görə insan, başqa canlı rəsmi çəkmək günahdır. Buna görə də bir daha insan rəsmi çəkmək fikrim yoxdur.
Cavab:
Və aleykum Salam. Bilməyərək edilən pis əmələ görə günah yazılmır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
ardını oxu
09-12-2018 .....
Salam.1.deyilirki namaz qilmayan cennete gire bilmez.,ammaki peygemberlerdende hedisler varki 1herif oyretmek savad vermek yaxsiliq (bezi yaxsiliqlar varki)60ilin ibadetini etmis kimi olursan.yeni bu tezadli fikre cavab isteyirem.2.namazi yaxud quran ayelerini oz dilimde demek isteyirem bu daha duzg
Cavab:
Və aleykum Salam.
ardını oxu
09-12-2018 Pervin
Salamu aleykum zehmet olmasa deyrdiz niye gore kebe evinin qapisi hudurdedi yeni normal evler kimi awagidan deyil?? Ve niye gore onun arxa terefindede bawqa qapi izi var...??? Birde niye gore orani allah teala ziyaret etmeyi buyurub????Suali size kecen defe vermiwdim ama cvb verilmemiwdi.. 1
Cavab:
Və aleykum Salam. Kəbənin ilk tikildiyi dövrlərdə iki qapısı və iki girişi var idi. Həmin qapıların hündürlüyü təxminən Kəbənin 18 daş ölçüsünə bərabərdir.
ardını oxu
08-12-2018
Quranda hicab ayeleri hansilardir?
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.

ardını oxu
08-12-2018 Cabir
Salam aleykum.sizə bir necə sualım olacaq.1.nəyə görə Kəbə evinin ətrafında fırlanılır?2.Peyğəbərimizin(s.a.s)necə arvadı olub?və bunlarla eyni vaxtda evlənib?3birdə niyə həmişə Aişə(r.a) dan tez tez rəvayət olundugunu esidirik?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
Kəbənin ətrafına niyə fırlanırlar?
Kəbəni kim tikmişdir?
ardını oxu
08-12-2018 Səbinə əliyeva
Salamualeykum biz iki elti bir evdə qalırıq və eltim sufi namazı qılır mən ona başa salmaqa calışanda özünü cöx bilmiş kimi qöstərir hansıki bəzi şeylərdə səf danışır səflərini düzəltməyə calışanda çənə deyir sən kəbə müşriki sən mən onu danıştırmıram cünki cox problemli bir inşandı uzaq olsun başı
Cavab:
Və aleykum Salam. Elmdə zəif olan müsəlman bacardığı qədər bidət əhlindən (dinə yenilik gətirənlərdən) uzaq durmağa çalışmalıdır, çünki o, bununla dinini və sağlam əqidəsini şübhəyə düşmək təhlükəsindən qorumuş olar.
ardını oxu
08-12-2018 Süleyman
Salam.Cennetde insanlar ne isle mesgul olacaqlar.
Cavab:
Və aleykum Salam. Dünya həyatında insanlar ruzi qazanmaq, özlərini və ailələrini dolandırmaq üçün işləyirlər. Bu səbəbdən insan ömrünün böyük bir hissəsi işləməyə, ruzi qazanmağa sərf olunur.
ardını oxu
06-12-2018
Salam Aleykum 1)hedislerde var ki 3 qız böyüdüb namusla ere veren bu qızlarına göre cennete geder Saleh evladı şefaet ede biler.
Cavab:

Və aleykum Salam. 

1. Uca Allah buyurur: "O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-103).

ardını oxu
06-12-2018
Allah insani heqiqeten siniyir ve sinadiqdan sonra daha gozel bir heyat bexs edir?
Cavab:

Salam aleykum. Uca Allah mömin bəndələrini gözəl şəkildə sınaqdan keçirir və onları həm bu dünyada, həm də axirətdə mükafatlandırır. Uca Allah buyurur: "Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur.

ardını oxu
06-12-2018
Salamun Aleykum,kisi musalman qadin isa xristyan aila qurublar,kisi dina yaxin namaza doxru adim atir,amma qadin islam dinini qabul etmaya xazir deyil,kisinin namaz qilmaqi qabul olarmi?
Cavab:
Və aleykum Salam. İslam dini müsəlman kişiyə əhli-kitabın (yəhudi və xaçpərəstlərin) namuslu qadınları ilə evlənməsinə icazə verir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır.
ardını oxu
06-12-2018 Абу Надир закатальский
Asalam aleykum.karicni ve qara xinani qarişdirib saca qoymaq olarmi?
Cavab:
Və aleykum Salam. Qara rəngli xınanı başqa rənglərə qatışdırıb saça qoymaq qadağan deyil. Həmçinin oxuyun: Saça və qaşa xına qoymaq olarmı?

 

ardını oxu
29-11-2018 xedice
yayda havalar isti olur deye namaz qilanda corabsiz qilmaq olarmi yoxsa gunah sayilir?
Cavab:
Salam aleykum. Fəsillərin isti və ya soyuq keçməsindən asılı olmayaraq qadınların corabsız namaz qılması icazəli deyil. Daha ətraflı:
Qadın corbasız namaz qıla bilərmi?
ardını oxu
29-11-2018 Rauf
Video oyunlar oynamaq ve ya baxmaq olarmı?
Cavab:

Salam aleykum. İçərisində günah olmayan oyunları vacib ibadətlərdən yayınmamaq və vaxtı israf etməmək şərtilə oynamaq olar. Aşağıdakı kimi günahlara aparan oyunları oynamaq haramdır:

ardını oxu
29-11-2018 Əli Saleh
Salam Aleykum Sualim ondan ibaretdirki kebin zamani qizin "veli" si"qeyyumu" yoxdursa yeni atasi var amma ona baxmir dayisi var ama baxmir hemde uzaqda yawayirlar  qardawi uwaqdi velisiz nigah da olmaz buyurub Resulullah bu yerde baxmasa bele atasinin olmagi şertdirmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
29-11-2018 Allahin qulu
As Salamu Aleykumu.Menim bir sualim olacaqdi.Onceden tewekkur edirem cavablandirdiginiz ucun.Ve sualima gore uzr isteyirem.Bilmek isterdim qadin yoldawi ile yaxinliq ede bilermi eyer o serxowdusa.Yoldawim dinden cox uzaq birisidi,ama men Allaha qulluq eden birisiyem.Onuncun o halda onunla bir yerde
Cavab:
Va aleykum Salam. Şəriətə görə ərinizin içkili olması cinsi əlaqədən imtina etməyə və ya eyni yataqda yatmamağa sizə əsas vermir. İçkili halda ər öz arvadından cinsi əlaqədə olmağı tələb edərsə, qadın razılıq verməlidir və buna görə qadına günah yazılmaz.
ardını oxu
29-11-2018
Salam aleykum Men isleyirem Isde namaz qilamiram 10 isde olmaliyam ise getmeden evvel zohr ve esr namazini qilib getmek olarmi?
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz vaxtda Zöhr və Əsr namazını qılmaq olmaz, çünki hər bir namazın öz vaxtı vardır və vaxtından əvvəl qılınan namaz batildir. Uca Allah buyurur: "Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin.
ardını oxu
29-11-2018 ...
Salam.Size bir sual vermisdim ki, qadinin namaz qilan erefede hicabli olmasi harda yazilib.Yeni quranda deyilir ki, namehremlerin yaninda baglan.Namaz qilarken baglan deyen bir aye yoxdur.Eslinde Allah insani her yerde gorur.Namaz qilarken hicabli olmagin menasi nedir ki?.Xahis edirem etrafli izah e
Cavab:
Və aleykum Salam. 
ardını oxu
29-11-2018 Nurlan
Assalamalekum necesiz sualim beledir men namaz qiliram ama atam icendi ve ona herden gülünç gelirem herdende mene söz atir molla bele flan.
Cavab:
Və aleykum Salam. Şübhə yoxdur ki, içki içmək və ibadət edən insanı ələ salmaq böyük günahdır. Ancaq istənilən halda hətta siz haqlı olsanız belə valideyni söymək, onunla dalaşmaq, kobud davranmaq qadağandır.
ardını oxu
29-11-2018 Ayten
Salam.1) namaz qiliram ama dunen bezi sebeblere gore qilmadigim namazin qezasini bugun ve ya sabah ferqo yoxdu mutleq qilmaliyam? 2) Nafile namazi deyerek her namazin eynisi qiliram yeni zohru qilib sonra zohr namazinin nafilesin deyib qiliram dogru edirem?nece ruketli olmalidi nafile namazi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
29-11-2018
salam aleykum. Cənnətin və Cəhənnəmin neçə təbəqəsi var və hansılardır. Allar razı olsun.
ardını oxu
29-11-2018 Abdullah
Salam aleykum. Bər hədisdə rəvayət olunur ki. İxlas surəsi Quranın üçdə birinə bərabərdir. Bu hədis necə başa düşülməlidir? Yəni üç dəfə oxumaq bütün Quranı oxumaq kimidir? Allah razı olsun
Cavab:
Və aleykum Salam. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "De: "O Allah Təkdir!" (əl-İxlas) surəsi, Quranın üçdə birinə bərabərdir".  (Muslim, 811; əd-Darimi, 3431).
ardını oxu
29-11-2018 med
salam aleykum.Dinimiz deyir namehremle el ele görüşmeyin haramdır.Bes eger qadın elinde elçek olsa ele görüşse bu doğru olarmı.Elçek olduğu üçün et ete deymir bele olarmı???
Cavab:
Va aleykum Salam. Naməhrəmlə istər əlcəklə, istərsə də əlcəksiz əllə görüşmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən naməhrəm qadınlarla heç vaxt əllə görüşmürəm". (ən-Nəsai, 4181; İbn Məcəh, 2874; İmam Əhməd, 270006; əl-Albani "Səhih əl-Cami", 2513).
ardını oxu
25-11-2018 Gunay
Salam menim sualim beledi menim atam bir ildi rehmete gedib.o gedennen aylar sora yoldawimla davamiz oldu ve bir sozumu sehv anladi ele bildi atasin tehqir edirem.onunda atasi ölub.o ele anladi ve atami tehqir etdi bilib bilmeden.men nece edim.bagiwliyib davam etmekle atami incidirem ele bil.vicdan
Cavab:

Və aleykum Salam. Şübhə yoxdur ki, söyüş söymək, insanı təhqir etmək günahdır. Lakin, Uca Allah bilmədən edilən xətaları, günahları bağışlamışdır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.

ardını oxu
25-11-2018 Fexri
Pisnamaz qalmaqin sertleri
Cavab:
Salam aleykum. Pişnamaz fars dilində camaat namazında imamlıq edənə deyilir. Başqalarına nisbətən Qurandan daha çox surə bilən namazda imam durmalıdır.
ardını oxu
25-11-2018 İra
Mən çiləyə düşmüşəm onu necə kəsim övlad istəyirəm?
Cavab:
Salam aleykum. Çiləyə və buna bənzər bəd əlamətlərə inanmaq dinimizdə heç bir əsası olmayan batil inanclardan irəli gəlir. İslama görə bu cür xurafatlara inanmaq küfrdür. Daha ətraflı:
Uğursuzluq barədə
ardını oxu
25-11-2018 mömin
Salam.rüsvet günah sayilirmi? Ve rüsvetxorlari ceza gözleyir
Cavab:
Və aleykum Salam. Rüşvət həm almaq, həm də vermək böyük günahdır. Rüşvət haram yolla insanların mal-dövlətini mənimsəməkdir. Uca Allah buyurur: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!
ardını oxu
25-11-2018 Namiq
Quranın bir hissəsinə inanaıb bir hissəsinə inanmayanlar var. Bu barədə Quranda bir fikir yaxud bir ayə varmı? Belə insanların cəzası olacaqmı?
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində.
ardını oxu
25-11-2018 aysen
Salam .destnamaz alarken bezi problemler olur yeni qaldigim yerde olan su soyuq olur her an isti su tapmaq olmur soyuq su ilə destnamaz alarkende ayaqlarim tutulur ne ede bilerem bes komek ederdiz de xais
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda problem aradan qalxana qədər müvəqqəti olaraq təyəmmüm edib namazlarınızı qıla bilərsiniz. Daha ətraflı:

ardını oxu
25-11-2018
Salam,meni sevmediyim biri ile nisanladilar 1,2 ay ağladim razi olmadim. Sonra bir şans verdim amma yende alinmir ve nişanimi qaytarmaq isteyirem (qarsi terefide razi salaraq ) ailemden xebersiz ,sonra olarda demeyi dusunuremki oda meni istemirdi ona gore ayrildiq .Bu gunahdirmi?
Cavab:

Və aleykum Salam. Ailənizə doğrunu söyləyin və yalan danışmaqdan çəkinin. İslama görə qadını istəmədiyi bir şəxslə məcburi evləndirmək olmaz.

ardını oxu
25-11-2018 Aişə
salamun aleykum uzumde krem surme olur gozumde yani qisacasi makiyajliyam su da yoxdur teyemmum alanda makiyaj uzerinden ala bilerem ? yoxsa uzumu temizleyib teyemmum almaliyam 1 muellime demisdi ki makiyajli olar teyemmum almaq
Cavab:
Va aleykum Salam. Makiyajlı halda təyəmmüm almaq olar. Həmçinin oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
ardını oxu
25-11-2018
Qadin erini razi salmasa Namazi qebul olurmu?
Cavab:

Salam aleykum. Qadının günah olmayan məsələlərdə ərinə asilik etməsi və ərinin ondan narazı olması onun namazının qəbul olmamasına səbəb ola bilər.

ardını oxu
25-11-2018
Salam Aleykum. Fikir Namazı deyilən bir şey var? Yəni Zöhr və Əsr namazlar qəzaya düşüb səndə olduğun yerdən asılı olmayaraq(avtobus,metro və s.) beynində Namazı fikir eliyib qılırsan. Var belə bir şey?
Cavab:
Va aleykum Salam. İslamda fikir namazı və hər hansı bir halda fikrindən keçirərək namaz qılmaq anlayışı yoxdur. Daha ətraflı:
Minikdə olarkən fikirdən keçirərək namaz qılmaq olar?
ardını oxu

Pages