Aleykum salam. Cadu olunduqda murdarlamaq olmaz. Cadu olunduqda insanlar cadunun açılması üçün cadugərlərə müraciət edir və cadugərlər onların murdarlanmağını tələb edirlər. Bununla onlar insana yenidən cadu edərək şeytanların onun bədəninə asanlıqla daxil olmasını istəyirlər.
Aleykum salam. Bu sadəcə, xurafatdır. Daha ətraflı: Asqırmaq səbr etməli olduğumuzu bildirir?
Aleykum salam. Sualnızın cavabını buradan oxuyun: Namazın sünnətləri nə qədərdir?
Aleykum salam. Bu cavabları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Cavabı buradan oxuyun: Qaranlıq düşən kimi qorxuram...
Aleykum salam. Bu cavabı oxuyun: Qadınlarla kişilər bir yerdə namaz qıla bilərlərmi?
Aleykum salam. Ümumiyyətlə, bəzən qadınlarda heyzdən əvvəl müəyyən qorxu və ya narahatlıq hallarına rast gəlinir. Sizdə olan qorxu da bununla bağlı ola bilərdi. Doğrusunu Allah bilir. Hər bir halda vəsvəsəyə fikir verməyərək namaza və Allahı daha çox zikr etməyə davam etməliyik.
Aleykum salam. Təqlid haqqında buradan oxuyun: İslamda təqlid varmı?
Aleykum salam. Rəsulullahın (Allahın Ona və ailəsinə salavatı və salamı olsun) namazı möhürsüz qılmasının dəlili odur ki, möhürlə qılmasına aid heç bir dəlil yoxdur (Qurani kərim və səhih hədislərdə). Yəni, heç kim Qurandan və səhih hədislərdən möhürə aid dəlil gətirə bilməz.
Aleykum salam. Bankda işləmək barəsində: "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", dedi. (Səhih Muslim).
Xarici dilləri öyrənməyə isə heç bir qadağa yoxdur.
Aleykum salam. Şəriətimizə görə sizin bu şəkildə kəbin kəsdirmənizə heç bir maneə yoxdur. Odur ki, dini savadı olan insanlara müraciət edin.
Aleykum salam. Aşağıdakı cavabları oxuyun:
Səbirli olmaq üçün nə edim?
Qəzəbləndikdə özümə necə hakim olum?
Aleykum salam. Yaşıl rəngin islam rəngi olması haqqında heç bir səhih məlumat yoxdur. İslamda rənglərə heç bir fərq qoyulmur.
Aleykum salam. Siz gözəl iş görürsünüz. Müsəlmanın qalası adlı kitabçadakı kimi zikr etsəniz Peyğəmbərimizin (Allahın Ona salavatı və salamı olsun) etdiyinə daha uyğun olar.
Aleykum salam. Bunlardan çəkinmək lazımdır. Rəsulullahın (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə "dini mahnı" olmayıb, dini yaymaq üçün bu üsuldan istifadə edilməyib və bu kimi şeylər qadağan edilib.
Aleykum salam. Bəli, rəng qoymaq olar, amma qara rəngdən çəkinmək lazımdır.
Aleykum salam. Zifaf namazı toy gecəsi qılınan 2 rükətli nafilə (vacib olmayan) namazdır.
Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazın (təşəhhüdündə) oturduqda, əllərini dizləri üzərinə qoyar, sağ əlinin baş barmağından sonra gələn barmağıyla işarə edərək dua edərdi. (ət-Tirmizi, 294).
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməyini isə xoşlamır. (Müsəlman kimsə) asqırıb Allaha həmd etsə, ona: “Yərhəmukəllah”– demək, bunu eşidən hər bir müsəlmana vacibdir.
Aleykum salam. Peyğəmbərə göndərilən salavatın bir neçə deyiliş formaları vardır: Salləllahu aleyhi və səlləm, Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd, Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd və digər deyiliş şəkilləri.
Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır.
Aleykum salam. Hidayətə gələn əksər insanlar bu cür problemlə üzləşir. Çünki insan dinə gələndə imanı qüvvətli olur, ibadətlərini həvəslə yerinə yetirir, günahlardan asanlıqla çəkinə bilir, günah etdikdə dərhal tövbə edir. Bir müddət keçdikdən sonra dində zəifləməyə başlayır.
Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa itaət edilməz". (İmam Əhməd, 1095).
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək icazəlidirmi?
Aleykum salam. Cavabı buradan oxuyun: Hansı heyvanları evdə saxlamaq olar?
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
Aleykum salam. Bu barədə şəriətdə heş bir qadağa yoxdur. Amma yaxşı olar ki, ictimai yerlərdə ədəb qaydalarını gözləyəsiniz.
Aleykum salam. Bu barədə aşağıdakı linkləri oxumağınız məsləhətdir:
Yuxuda ölmüş insanı görmək və bu yuxunu yozmaq haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Və aleykum Salam. Adlarını saydığınız namazlar fərz namazlarıdır. Lakin, şam və xiftən namazı fars dilində belə adlanır. Həqiqətdə, şam namazı Məğrib, xiftən namazı İşa adlanır. Vaxtları; Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra.
Aleykum salam. Xüsusi olaraq ruzi duası kimi tanınan bir dua mövcud deyil. Amma ümumən Qurani Kərimdə və Məhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində mövcud olan duaların tərkibində, ruzi diləməklə bağlı cümlələr keçmişdir.
Aleykum salam. Bəli, olar. Sadəcə, qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Bu, Uca Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Hədislərdən birində Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadının məscidi evinin küncüdür".
Aleykum salam. İnşallah, tezliklə namaza başlayın. Allah köməyiniz olsun. Sualın cavabını isə buradan oxuyun: Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdırmı?
Aleykum salam. Qadına qüsl etmək bu hallarda vacib olur: Qadın heyz və nifasdan qurtardıqdan sonra. Pollyusiya və cinsi əlaqədən sonra. İslam dinini qəbul etdikdə və ya (şirk və ya küfr etməklə) İslam dinindən çıxdıqdan sonra, yenidən bu dinə qayıtdıqda.
Aleykum salam. Ümumiyyətlə toxunduğunuz məsələ geniş və izaha ehtiyacı olan bir mövzudur. Çünki cihad ibadətin bir növü olub, digər ibadətlər kimi onunda öz qaydaları, növləri və şərtləri vardır. Ümumən ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür.
Aleykum salam. Məsciddə konfet paylamaqda heç bir qəbahət yoxdur. Amma yaxşı olardı ki, bu cür əməlləri etdikdə hansısa bir günü xüsusiləşdirməyəsiniz.
Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq. Allah razı olsun. Sualnızın cavabını buradan Namazın sünnətləri nə qədərdir? oxuyun.
Aleykum salam. Bu məsələ alimlər arasında mübahisəlıdır. Bəzi rəvayətlərə görə valideynləri müsəlman olan körpələr həddi-büluğa çatmadan öncə dünyasını dəyişərlərsə, inşallah cənnətə birbaşa sorğu-sulasız girəcəklər.
Aleykum salam. Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir.
Va aleykum alam. Biz Uca Allahın göndərdiyi kitaba inanır, onun elçisi Muhammədin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu ilə getməyə çalışır və sonradan dində çıxmış yeniliklərdən uzaq durmağa çalışırıq.
Aleykum salam. Şəriətimizdə Qurani Kərimi öpmək buyurulmamış və bu əməlin dində heç bir əsası yoxdur. Çünki, nə Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə də onun əshabələri (Allah onlardan razı olsun) Quranı öpməmişlər və nədəki belə bir şeyi buyurmamışlar.
Aleykum salam. İki əllə görüşmək səhih hədislərə görə bəyənilmir. Həmçinin, tez-tez öpüşərək görüşmək də yaxşı hal deyil.
Aleykum salam. Hicabı istənilən rəngdə geyinmək olar. Sadəcə olaraq yaxşı olar ki, dar, şəffaf, cazibədar, düm ağ, qırmızı, sarı, zərli, bərli-bəzəkli rənglər kimi cəlb edici və ya diqqət çəkəcək görkəmdə olmasın. Bu fikir, mötəbər islam alimlərinin görüşüdür.
Aleykum salam. Əgər o iş günahdırsa, qayıtmaq olmaz. Əks halda, nəyisə özünüzə qadağan etmisinizsə, bu halda müəyyən şərtlər daxilində olar (o işin nə olduğundan asılı olaraq)
Aleykum salam. Qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Hədislərdən birində Peyğəmbər (s.a.s) belə buyurur: "Qadının məscidi evinin küncüdür".
Aleykum salam. Toyda, xınada, nişanda konfet götürüb başın altına qoyaraq yuxuda görülən adama qismət olacağına inanmaq günahdır. Çünki, bu əməl fala baxmağın bir növüdür. Fala baxmaq və fala baxdırmaq böyük günahlardan hesab olunur.
Aleykum salam. Bu cavabı oxuyun: Hansı məzhəbə inanaq?
Aleykum salam. Dində elə məsələlər vardır ki, onların mənası və hikməti haqqında xəbər verilib. Lakin elə məsələlər də vardır ki, onların mənası və hikməti haqqında heç bir xəbər verilməyib. Sizin sualınız da bu məsələyə aiddir.
Aleykum salam. Bu saytdakı sualları cavablandıran şəxslər, ilahiyyat elmləri üzrə İslam Universitetlərində təhsil almış bir qrup ali təhsilli mütəxəssislərdir. Fikrimizcə, onların bir-bir adlarını qeyd etməyə heç bir lüzum yoxdur.
Aleykum salam. Zərurət halında, zöhr və əsr yaxud məğrib və işa namazlarını birləşdirib qılmağın heç bir eybi yoxdur. Çalışın adət halına salmayasız. Bu xüsusda Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).