09-06-2020
Salam....Men oz marketimizde işleyirem ve ister istemez elim ickilere falan deyir kimse isteyen de verirem.bu namazimi pozurmu? ve gunahdirmi?tesekurler.
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur.

ardını oxu
19-05-2020 zeyneb
basqasinin xosbexliyi ucun ozunu olduren insan cennete yoxsa cehenneme gedir
Cavab:

Salam aleykum. İstənilən bir səbəbdən özünü öldürmək əbədi Cəhənnəm əzabına səbəb olacaq böyük günahdır. Daha ətraflı:

İntihar etməyin günahı

ardını oxu
19-05-2020
Salam men aile qurub ayrilmisam.Heyat yoldasim aile qurub amma men hallaliq vermemisem.bu duzgundurmu?
Cavab:

Və aleykum Salam. Qadınla kişi ayrıldıqdan sonra yenidən ailə qurmaq məsələsində bir-birinin üzərində haqları qalmır və hər kəs yenidən istədiyi şəxslə ailə qura bilər. Daha ətraflı: İslam fiqhi - Nikah fəsli

ardını oxu
19-05-2020 Abudavud
Salam aleykum. Yuxu görmediyi halda yalandan filan yuxu görmüşem demek Allaha iftira atmaq sayilir? Bu haqda hansısa hedis varmi? Varsa sehih veya zeif olmasını qeyd edin zehmet olmasa.
Cavab:

Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyü­yü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia et­mə­si­dir".

ardını oxu
19-05-2020
Salam Aleykum, Menim bacim oglu 2 yawinda noyabr ayinda dunyasini deyiwdi. Bacim hec ozune gelmir cox agliyir.Dunyasinu deyiwmiw korpelere aid nese hedisler revayetler varmi? Belke bacim oxuyub rahatliq tapdi.Ve onun cox aglamaqa gunahmi?
Cavab:

Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır.

ardını oxu
19-05-2020
Salam əleykum.Hezret Elinin günəşlə danışması hadisəsi doğrudurmu?
Cavab:

Aleykum salam. Yəqin ki, Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi dedikdə Əlinin (Allah ondan razı olsun) Günəş batdıqdan sonra Əsr namazını qılmadığı üçün Günəşin geri qayıtması üçün müraciət etməsi, Günəşin də batdıqdan sonra geri qayıtmasını nəzərdə tutursunuz.

ardını oxu
19-05-2020 Tural
Salam. Size sualim bir insan yeni ili qeyd edirse muselman sayilmir?
Cavab:

Aleykum salam. İslamda iki bayram var. Bu bayramlar Ramazan və Qurban bayramlarıdır. Yanvar ayının birini yeni il bayramı kimi qeyd etmək xristianlara xas olan bir bayramdır. Müsəlmana kafirlərə xas olan bir bayramı qeyd etmək yaraşmaz.

ardını oxu
19-05-2020 Cövdət
Peyğəmbərlər Şiə Namazı Qilir Yoxsa Əhli Sünnü Xahis Edirem Ətrafli Cavab Verin
Cavab:

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı heç də eyni namazı qılmamışlar. Hər peyğəmbərin öz şəriətinə xas olan ibadəti olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı övladlardır.

ardını oxu
17-05-2020 sara
Salam menim nisanlim is axdarir ve tapmir elebir dua varmiki onu oxuyum
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Ruzinin artması üçün nə etməliyik? 

ardını oxu
17-05-2020 ...
Salam. Men namazi terk etmisdim evvelce.buna gore allah meni cezalandirdi. Heyatim deyisdi.gunahlarim coxaldi. Yeniden namaza bawladim. Ama gunahlarimdan nece tovbe edim bilmirem. Tovbe etmek ucun neler etmeliyem bilmirem. Mene tam aciqlasaniz sevinerem. Allah razi olsun
Cavab:
Va aleykum Salam. Uca Allahdan sizi İslam dinində sabit etməsini diləyirik! Tövbə barədə daha ətraflı bu cavabları oxuyun:

Tövbəni necə etmək lazımdır?
ardını oxu
17-05-2020
Salam men hec vaxt erimi seve bilmemiwem 3 ovladlmda var.ama namazl terketmiwem zina eledim deye fikirlewdim namaz qllmaqln menasl yoxdur men bu yoldan hec done bilmirem men ne edim.birdeki bu insanla gorwub zina ediremse namazl qlmaqln bir menasl varml buna bir aydlnllx getrerdiniz.ve nece defe tov
Cavab:

Və aleykum Salam. Allahdan qorxaraq tövbə edin, Qiyamət günü zinakarları dəhşətli əzab gözləyir. Zinadan qorunmaq üçün səmimi tövbə etmək, sizi bu əməldən uzaqlaşdırması üçün Allaha dua etmək və zinaya aparan amillərin hamısından uzaq durmaq lazımdır. Daha ətraflı:

ardını oxu
17-05-2020 Mus
As Salamu Aleykum. Müselman müselmana AS Salam Aleykum dememis Söz soruşa ve yaxud danışmaq düzgünmü?
Cavab:

Aleykum salam. Dinimiz bizə salamı aramızda yaymağı buyurmuşdur və bildirmişdir ki, salamı yaymaq insanlar arasında məhəbbəti artıran səbəblərdəndir.

ardını oxu
15-05-2020 Ruslan
Salam eleykum. Bir hedis qarsima cixdi Sekke dusdum. Sehih buxaride hedis 4240 4241 ci hedislerde deyirki Eli r.a omer r.a gormekden zehlesi gedirdi. Ve sehih muslimde qeyd olunubki ibn abbasla eli ebu bekr ve omeri xain gunahkar yalanci hiyleger adlandiriblar.
Cavab:

Aleykum salam. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir: "Malik ibn Ovs (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razıolsun) mənə xəbər yol­ladı və mən günəş yüksələn bir vaxtda onun yanına gəldim.

ardını oxu
15-05-2020 allahin qulu
salam olsun cavablayana namaz qiliram ve ruqiye oyrenmeye calisiram ruqiyenin bedene tesiri varmi?
Cavab:

Və aleykum salam. Ruqyə dedikdə Quran ayələri və səhih hədislərdə gələn zikr və dualarla edilən müalicə nəzərdə tutulur. Əgər ruqyə edən düzgün əqidə sahibi olar və şəriətə uyğun şəkildə ruqyə edərsə, əlbəttə ki, Allahın izni ilə onun həm ruha, həm də bədənə təsiri olar.

ardını oxu
15-05-2020
salam men hicab baglamag isdirem.amma ki ailem qoymadi mende onladan icazesiz bagladim sonrada atam icaze vermedi dediki ac mende acdim men mi gunah qazaniram yoxsa valideynlerim?
Cavab:

Aleykum salam. Həddi-büluğa çatmış hər bir qıza hicab bağlamaq vacibdir və bu vacibi heç kimin sözünə görə tərk etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradan Allaha) asi olmaqda məxluqa itaət edilməz".

ardını oxu
15-05-2020 ...
Salam. Men şam namazini qildiqdan sonra yadiça dusduku 4 ruket qilmisam.indi onun qezazin qilmaliyam.
Cavab:

Aleykum salam. Namazı bitirdikdən sonra səhv etdiyinizi və bir rükət artıq qıldığınızı bilsəniz, dərhal səhv səcdəsi edin. Namazı təkrar qılmağa ehtiyac yoxdur. Həmçinin oxuyun:

Səhv səcdəsi necə yerinə yetirilir?

ardını oxu
15-05-2020
Men ne edim ki erim meni sevsin
ardını oxu
15-05-2020
Qədir gecəsi Quranı başa qoyaraq 2dəfə eyni duanı etmək olarmı.?
Cavab:

Salam aleykum. Quran başa qoymaq üçün yox, oxuyaraq içindəkilərə əməl etmək üçün göndərilmişdir. Dinimizdə Quranı müqəddəs tutmaq üçün başa qoymaq kimi bir əməl yoxdur. Uca Allah buyurur:

ardını oxu
15-05-2020 Resad
Salam men sacimu vurdurmaliyam sonrada yuyulur yalniz sacim orucun pozulur?
Cavab:

Və aleykum salam. Su udmayacağınız təqdirdə saçı yumaq və ya çimmək orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
15-05-2020
Salam aleykum Bəziləri təqvimlərdə Sübh namazının vaxtının doğru göstərilmədiyin deyirlər. Əslində sübh namazının vaxtını təqvimdə göstəriləndən 20-30 dəqiqə sonra girdiyini iddia edirlər.
Cavab:

Əssələmu aleykum. Bizim etimad etdiyimiz təqvim "Ummul-Qura" təqvimidir və bu təqvim mötəbər təqvimdir. Bu təqvim dövlət tərəfindən də təsdiqlənmişdir. Bu təqvimdə hər hansı səhvin olduğu müəyyən edilməmişdir. Həmçinin, bu təqvim təcrübə ilə də öz təsdiqini tapmışdır.

ardını oxu
15-05-2020 Bəndə
Salam,istihazə halında olan xanım oruc tuta bilər? Bunun üçün hər gün qüsul almalıdır?
Cavab:

Aleykum salam. İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. İstihazə heyz sayılmadığı üçün bu halda qadın namazlarını qılıb, oruclarını tutmalıdır. İstihazə halında hər dəfə qüsl almağa ehtiyac yoxdur.

ardını oxu
15-05-2020 Sevinc
Salam .Oruclu halda iken uze su buxari etmek orucu pozurmu?
Cavab:

Aleykum salam. Oruclu halda üzə su buxarı vurmaq orucu pozmur. Həmçinin oxuyun:

Ramazan orucu

Orucu pozan amillər hansılardır?

ardını oxu
15-05-2020
Salam aleykum Ölüyə salavat demək olar? Bu nə dərəcədə düzgündür, ətraflı yazardız zəhmət olmasa, Allah sizdən razı qalsın, elminizə bərəkət versin Amin!
Cavab:

Aleykum salam. "Salavat gətirmək" dedikdə, Allahdan Peyğəmbərə və onun ailəsinə xeyir-dua istəmək nəzərdə tutulur. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər!

ardını oxu
15-05-2020
Salam Aleykum.eshitmishemki arzusunda olub gede bilmeyen adami mesumlarimizin ziyaretine(meshed,kerbela,hecc,umre)gonderende Allah da gonderen insani ziyaret etmish kimi qebul edir.bu duzdu?
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah bizə Quranda yalnız həcc və ümrə ziyarətlərini buyurmuşdur. Uca Allah buyurur: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Məşhəd və Kərbəla ziyarətlərini isə dinimiz buyurmamışdır.

ardını oxu
15-05-2020 Aysel
Salam.1)men 9 yaşimdan beri oruc tutmamişam derk etmirdimki oruc vacibdi.
Cavab:

Aleykum salam. 

ardını oxu
15-05-2020 Melek
Salam musiqi haramdir, bes dini musiqiler? Sakit musiqilerde haramdir?
Cavab:

Aleykum salam. İslam dini musiqini haram edir, istər musiqi dini mövzuda, istərsə də qeyri-dini mövzuda olsun, fərqi yoxdur. Musiqinin hökmü barədə bu cavabları oxuyun:

ardını oxu
15-05-2020
Kehf86ayesini tesfirini qeyd ederfiniz zehmet olmasa
Cavab:
ardını oxu
15-05-2020 B
Əssələmu Aleykum Bir insanın Atası övladı islamda olduğu üçün ona zülm etməsi onunla düşmən kimi davranması və onu evdən çıxıb başqa yerdə yaşa deməsi nə dərəcədə doğrudur.Bu Allahın imtahanı ola bilərmi...Valideyin Allaha çox asi olan və evə daim haram gətirən birisi olduğda övlad yetkinliy yaşına
Cavab:

Aleykum salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Bilin ki, Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir.

ardını oxu
12-05-2020 Məndən
Salam Aleykum mənim sizə bir sualım olacağ Ramazan ayi girende oruc tutmadim ve bu gunden basladim bu zaman mene tutmadiqim gunler gunah yazilirmi?
Cavab:

Və aleykum salam. Uca Allah Ramazan orucunu vacib buyurmuşdur. Allahın vacib buyurduğu əməlləri etməyə görə böyük savab, onları tərk etməyə görə isə böyük günah yazılır. Yalnız üzürlü səbəb olduqda orucu tutmamaq olar.

ardını oxu
12-05-2020 Mehemmed
Salam.oruc vaxti gegirmwk orucu pozurmu?
Cavab:

Və aleykum salam. Gəyirmək orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
12-05-2020 Abuzeyn
Essalamu eleykum qardaw men dunen orucu pozdum sebeb namehrem wehvet hissi sonra axinti oldugunu zenn eledim ama sonra bildimki nefsim mene qalib gelib bugun ise imsaka durdum normal orucu tutub yatdim yuxuda wehvet dolu sehneler gordum duranda ise axinti var idi sonra oxudumki yuxuda olan her hansi
Cavab:

Və aleykum salam. Yuxuda qeyri-ixtiyari boşalma orucu pozmur. Sadəcə, yuxudan durduqdan sonra namazları qılmaq üçün qüsl almaq vacibdir. Oyaq vaxtı və bilərəkdən bunun baş verməsi isə orucu pozur. Hansı günləri oruc tutmamısınızsa, Ramazandan sonra o günlərin sayı qədər qəza orucu tutmalısınız.

ardını oxu
12-05-2020 Firuze((
Mene anam awiri cox bed dua edir..muellimedi ozu hetta..meni hec sevmir..boyuk qizni sevir ele.evin kicik qiziyam deye.hem de niwanlim iwlemir deye ele hey deyir ki seni gorum hec uzun gulmesin.ozu Allaha itaet de edir pis-yaxwi.ama ele heu qargiw yagdirir kicik qizina(vallah gunahim olmur.20 yawim
Cavab:

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil.

ardını oxu
12-05-2020 Melek
Salam ..ozum namaz qilan viriyem..calisdugim qederi ile islama zidd olan seyleri etmemeye calisiram..sualim beledir qasa permanent ve ya mikrobleydinq etmek gunahdirmi?bu seyler islama ziddirmi?cavab ucun evvelceden tesekkur edirem...
Cavab:

Və aleykum Salam. Qadının qaşını alması ən böyük günahlardan sayılır, çünki, qaşını alan qadın lənətlənmişdir. Allahın və ya Peyğəmbərin (salləllahu aleyhi və səlləm) lənətlə hədələdiyi əməllər böyük günah sayılır.

ardını oxu
12-05-2020 Kamal
Əssələmu Aleykum Va Rahmətullahi Va Bərakətuhu. Əgər Cənabət Qüslü Pozulmayıbsa Mən Başqa Vaxtı Mən Cənabət Qüslü Alıb Dəstamaz Almadan Namaz Qıla Bilərəmmi Allah Razı Olsun
Cavab:

Aleykum salam. Əgər cunub olmamısınzsa bu halda aldığınız qüsl cənabət qüslü deyil, vacib olmayan adi qüsldür. Bayram və cümə qüslləri kimi vacib olmayan qüsl aldıqdan sonra dəstəmaz alınmalıdır. Cənabət, heyz, nifas qüslləri kimi vacib qüsllərdə isə dəstəmaz almağa ehtiyac yoxdur.

ardını oxu
12-05-2020 Aylin
Salamun Aleykum şiye yolu duzgundurmu
Cavab:

Və aleykum Salam. Çox təssüflər olsun ki, günümüzdə müsəlmanlar bir çox firqələrə bölünmüşlər və bu firqələrin hamısı Qurana və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olduqlarını deyirlər.

ardını oxu
12-05-2020
Salam qüsl aldıqdan sonra dirnaqlarda az miqdarda lakın qaldığını gördüm.Yenidən qüsl almalıyammı?
Cavab:

Aleykum salam. Qüsl alarkən bədənin hər yerinə suyun çatması vacibdir. Əgər bədənin müəyyən hissəsinə su dəyməyibsə, qüsl düzgün sayılmır və yenidən alınmalıdır.

ardını oxu
12-05-2020 pəriş
Salam aleykum və rəhmətullah bərəkətu mən 16 yaşıma keçəndə ailə həyatı qurdum Mənə dini kəbin kəsiləndə qaynanam gedib kəbini kəsdirdi nə yoldaşım getdi nə mən bizim dini kəbin doğru sayılmırmı
Cavab:

Aleykum salam. Kəbin kəsdirərkən qız və oğlanın razılığından sonra əsas olan qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin kəbində iştirakıdır. Qızın kəbində iştirak etməsi şərt deyil.

ardını oxu
12-05-2020
Aleykum salam bir sualım var namaz qılmiram ama hər gün zikr Allahın rəsulu a salavat deyirem ama ürəkdən isdeyirem namaz qılam ama alınmır mən nə edə bilərəm onuda deyimki mən hər gün zikr və istiğfar edirəm tewekkur edirem
Cavab:

Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, Uca Allahın Qiyamət günü qulundan soruşacağı ilk əməl namaz olacaq. Əgər namazları qaydasında olarsa, əməlləri barədə sorğu-sualı da asan olacaq.

ardını oxu
12-05-2020
SALAM OLSUN size men bir qızla evlenmek meqsediile tanış olmuşam ve o namaz qılan bir qızdı ANCAQ hicaba riayet elemir ve men deyirem ki sen toydan. Sonra hicab taxmağıni isteyirem o ise razı deyil ve mene deyir ki meni mecbur etmeyecen ki? Mende dedim yox bu qızla evlenmeyim düzgündür ya yox?
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənərkən qadının dinini əsas götürməyi buyurmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də d

ardını oxu
08-05-2020
Salam,destenamazsiz mescide daxil olmaq olarmi? Namaz qilmaq ucun deyil sadece daxil olub quran oxumaq?
Cavab:

Aleykum salam. Oturmamaq şərtilə məscidə dəstəmazsız daxil olmaq olar. Lakin əgər məsciddə oturmağa qərar vermisinizsə, bu halda oturmazdan əvvəl iki rükət "məscidə salam" (təhiyyətul-məscid) namazı qılmağınız vacibdir. Namaz qılmaq üçün isə dəstəmazlı olmaq şərtdir.

ardını oxu
08-05-2020
Namaz vaxtdından əvvəl cənabət qüsulu alanda dəstnamaz almaq vacibdir?
Cavab:

Salam aleykum. Cənabət qüslundən sonra dəstəmaz almaq vacib deyil. Çünki cənabət qüslu dəstəmazı əvəz edir. Həmçinin oxuyun:

Qüsl aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı?

ardını oxu
02-05-2020 Həsən
SaLam menm 16 yaşım var 6 il olarki namaz qılıram . Lakin dinle bağlı olan çox şey yaddaşımda qalmır. Bu güne kimi ALLAHdan ne istemişemse şükür verib. Özümü günahkar biri kimi hiss edirem . Dinimizin tarixi yadımda qalmır.yada derk eliye bilmirem
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır?

ardını oxu
02-05-2020 Allah'ın bendesi
essalamu aleyküm Allah'ın salamı ve bereketi üzerinize olsun. Yuxuda mehrem insan gormeyimiz bize günah sayilirmi?
Cavab:

Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. İnsan yuxuda gördüklərinə görə məsuliyyət daşımır.

ardını oxu
02-05-2020 Gulnare
Salam mən çox tez tez yuxular gorurem ve bezen gorduyum yuxylarin coxu gorduyum kimi heyata kecir Mes.yuxuda hamilə vaxti gordum qizim olur ayin tarixine qeder her seyi adi ne olacaq ona kimi bu cur yuxylar cox gorurem bu ne ilə elaqedardi?
Cavab:
ardını oxu
02-05-2020 Aysel
salam aleyüm men sizə bir sual vermək istəyirdim:1)mən namz qılırdım amma,ailəm icazə vermir deyə namazlarımı dayandırdım buna görə günah qazanırammı və yaxud namazı təzədən başlamaq istəyirəm bu doğrudurmu?
Cavab:

Aleykum salam. Namazı dayandırmaqda səhv etmisiniz, çünki namazı dayandırmaq böyük günahdır və bu işdə valideynlərə itaət etmək olmaz. Uca Allah buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.

ardını oxu
02-05-2020 Melek
Salam men 1 ve 3 cu gunler dersde oluram , ders saatimla esr namazim birdir. Eve 16:15 de gelib catiram, sizce gelende qilim? Yoxsa zohrle esri birlesdirib qilim?
Cavab:

Aleykum salam. Əsr namazının vaxtı günəş batana qədər davam edir. Əgər günəş batana qədər evə gəlib çatırsınızsa, bu zaman Əsr namazını evə çatan kimi qılın. Əgər günəş batdıqdan sonra evə gəlib çatırsınızsa, o zaman Əsr namazını dərs əsnasında fasilə zamanı qılmağa çalışın.

ardını oxu
30-04-2020 qüzelik
Atam bizi atib men onu görende nece davranmaliyam ? xahiş edirem sualima tez cavab yazin nolar
Cavab:

Əssələmu aleykum. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Çünki valideynlər övladın dünyaya gəlməsinə səbəb olmuşlar.

ardını oxu
30-04-2020
namaz qılmayan biri ziyarət namazı qıla bilərmi
Cavab:

Əssələmu aleykum. Dinimizdə ziyarət namazı deyilən bir namaz yoxdur. Bu barədə daha ətraflı olaraq bu cavabı oxuyun: Pirə gedib orada ziyarət namazı qılmaq olarmı?

ardını oxu
29-04-2020 Gunel
Salam bu insanin menimle kebini var lakin onun yaxinlari ona menden uzaq olmaqcun tovbe etdirieler bu duzdurmu
Cavab:

Aleykum salam. Tövbə günah işlərdən edilir. Tövbə - günahı tərk edib peşman olmaq və Allahın yoluna qayıtmaqdır. Bir kişiyə kəbini olan bir qadından uzaq durması üçün tövbə etdirmək düzgün sayılmır. Əgər kişi ilə qadın arasında kəbin varsa, onlar artıq ər-arvad sayılırlar.

ardını oxu
29-04-2020 Afos
Salam eger korpe usag xalca uste siyerse o xalca ustunde namaz gilmak olarmi?
Cavab:

Aleykum salam. Namazın qəbul olması üçün vacib şərtlərdən biri də namaz qılınan yerin təmiz olmasıdır. Sidik, nəcis (murdar) sayıldığı üçün namaz qılınan yerə dəydikdə, o yerin təmizlənməsi vacibdir.

ardını oxu

Pages