08-12-2020 Zehra
Salam birisnin tez zamanda xeyri biriyle evlemesi iyçün duva var
Cavab:
Aleykum salam. Xeyirli bir insanla tez bir zamanda evlənmək üçün xüsusi dua yoxdur. İnsan ümumi olaraq Uca Allahdan xeyirli bir insanla xeyirli bir vaxtda ailə qurmasını istəməlidir. Uca Allahdan bir şey istədikdə xeyirlisini istəyin.
ardını oxu
08-12-2020 Şəfiqə
Salam Namaz qilmaq isteyirem deyirler icaze alnmasa valideyn ya yildasndadan onda namazin qebul olunmur valideyinlermnen yokdasmnan icaze almaliyammi ki men namaza basliyiram razisizmi zehmet olmazsa deyerdiz
Cavab:
Va aleykum Salam. Namaz qılmağa başlamaq üçün heç kimdən icazə alınmır, çünki bu, yalnız Allahın haqqıdır. Namazı yalnız Allah qəbul edir, digər insanların icazəsinin namazın qəbul olunmasına təsiri yoxdur. Daha ətraflı: 
ardını oxu
08-12-2020 Anonim
Salam Sevdiyim insana emel olunub mene qarsi cox soyuqdur nifret edir sanki sesimi bele esitmey istemir ne ayrila bilir ne xos ola bilir ancaq herseyde meni gunahlandirir 9 aydi artiq beledir,Ara sira yaxsi olur 1gun sora onuda unudur....Ozune emel oldugun bele dediyde inanmir mennen uzagdi gormurem
Cavab:
Va aleykum Salam. Sevdiyiniz insanın sizə qarşı soyuq davranması ilə ona cadu olunmamasını demək doğru deyil, çünki buna digər amillər də təsir edə bilər. Hər bir halda dinimiz sehr və cadudan qorunmaq üçün müəyyən dua və zikrləri müntəzəm deməyi buyurmuşdur.
ardını oxu
01-12-2020 30
Eyni statuda olan 2 şexs arasinda ister maddi ister menevi ferq qoyulduqda ortada hesed paxilliq yaranir.ozunu haqsizliga ugradigini sanir insan. bu nederecede dogrudur.haqsizliq neticesinde hesed, kin yaranir.deyer verirsen qarsiliginda onu gormursen. Bunun ozude hirse sebeb olur.
Cavab:
Salam aleykum. Paxıllıqdan qurtulmaq haqqında bu cavabı oxuyun: Paxıllıq hissinə necə qalib gəlmək olar? 
ardını oxu
01-12-2020 Nurlan
Men kafede isleyirem.Melum mesele orda içkide olur.Namaza baslamaq isteyirem işim icaze vermir men namaz qila bilerem?
Cavab:
ardını oxu
01-12-2020 Sabina
As salamu eleykum menim korpem var 9 ayliqdi herden olur zohr namazin axsam namazlarin vaxtinda qila bilmirem korpem oyaq olur ve yaxud aglayir narahat olur qila bilmirem namaz amma sonra mutleq qeza namazin qiliram bu gunah sayilirmi?
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz hal namazları gecikdirmək üçün üzr deyil. Əgər uşaq narahat olarsa, uşağı qucağınızda tutaraq da namazı qıla bilərsiniz. Bu cavabları oxuyun:
ardını oxu
01-12-2020
Salam aleykum 2015den oruc tutdum Amma 2016 tuta bilmedim narahatçılığ oldu sehhetimde İndi o ili nece qeza eliyim biraz sıxıntı var evdə kiçik menem zəifəm Qorxuram qoymazlar birdən Olarmı o 2016 oruc tutmadım tövbə edim?
Cavab:
Aleykum salam. Buraxdığınız Ramazan orucu sizin üzərinizdə bir borcdur. Bu orucu ömrününzün axırına kimi tutmalısınız. Sadəcə qəza oruclarını tezləşdirmək lazımdır, çünki insan ömrünün nə qədər olacağını bilmir. Ölüm hər an gələ bilər. Həmçinin oxuyun:
ardını oxu
01-12-2020 Resad
Salam menim islerim hec duz getmir ne etmeliyem pirablemlerim coxdu
Cavab:
ardını oxu
01-12-2020
Asalamu aleykum..zehmet olmasa Al-Ğaşiye suresinin oxunuşunu yazardınız.Cox sağ olun
Cavab:
Va aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz.
ardını oxu
01-12-2020
salam, namaz qilmayan kes oruc tutarsa qebul olarmi?
Cavab:
ardını oxu
01-12-2020
Salam Insanlari isdemeden incitmek gunahdi? Kimise incidirem xetrine deyrem ama ferqnde olmuram bu gunahdi? Heqiqeten insablari incitnek isdemrem
Cavab:

Va aleykum Salam. Siz bacardığınız qədər insanlara gözəl davranmağa və onlara əziyyət verməməyə çalışın. Sözsüz ki bütün insanları razı salmaq və könlünü almaq mümkün deyil. Haqsızlıq etmədiyiniz halda kiminsə sizdən inciməsinə görə günah qazanmırsınız.

ardını oxu
01-12-2020
Salam Aleykum necesiz? Sualimi cavaandirsaz coxh sevinerem.
ardını oxu
01-12-2020
Salam. Men telebeyem ve bacardigin qederi ile elime pul gelende azda olsa sedeqe verirem. Bunu hec kese bildirmeden gizlin edirem, amma men elediyim her yaxshiliqda ele bil cavab gozleyirem. Bugun 1 eledimse sabah mene 2 qayidacaq. Bele gozlentide olmaq gunahdir. Ve ya savabim azalir?
Cavab:

Və aleykum Salam. Bir insan etdiyi yaxşılıqla ilk növbədə Allahın rizasını qazanmağı niyyət etməlidir, lakin Allah üçün etdiyi yaxşılıqla həm dünya, həm də Axirət mükafatını istəməsi icazəlidir və bu onun üçün heç də qəbahət sayılmır.

ardını oxu
01-12-2020
Salam men yeni namaz qilmağa başlamiwam ancaq namehrem oglanla kohne sevgilimle telefonda daniwdim gunah etdim soradan pewman oldum namaz qila qila bunu etdiyime gore bundan sonra qildigim namazlar qebul olunmaz deye cox narahatam bele bir wey edib tovbe edenden sora qilanan namazlar qebul olunurmu?
Cavab:
Va aleykum Salam. Naməhrəmlə danışmaq günahdır, lakin bu əməli etmək namazın qəbul olunmasına təsir etmir. Peşman olub tövbə etmisinizsə, Uca Allah tövbənizi qəbul edər. Çalışın bir daha bu əmələ qayıtmayasınız. Daha ətraflı: 
ardını oxu
01-12-2020 cesur
men namazi 14 yasima kimi qilmasam gunah sayilir?
Cavab:

Salam aleykum. Bir insanın həddi həddi-büluğa çatması ilə artıq namaz qılmaq ona vacib olur. Lakin Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yeddi yaşından namaza başlamağı tövsiyə etmişdir.

ardını oxu
01-12-2020
Salam Aleykum Rahmatullah va Barakatuhu.Xahiş edirem tez cavablandırasınız.Can veren insandan gözel qoxunun gelmesi yaxşı elametdirmi?Namaz qılan insandan olub tövhide inanan insan olub
Cavab:
Va aleykum salam və rahmətullahi və bərakətuhu. Can verən insandan gözəl qoxu gəlməsinin necə bir əlamət olması barədə dinimizdə məlumat yoxdur. Hər bir halda əgər vəfat edən tövhid əhli (Allaha şərik qoşmayan müsəlman) olmuşsa, ümid edirik ki, bu gözəl sonluğun əlamətidir. 
ardını oxu
01-12-2020 Leyla
Salam men bir sualim var. Men 5 il bundan once yoldasimla bosanmisuq. Ve mene dediler ki kebin geri oxunmalidi yoldasim icaze verdi ve axund geri oxudu. Ama indi esitmisem ki kebin geri oxutmaq yoxdur sadece hayat yoldasi bosadim deyir kebin pozulur. Onda menim kebinim pozulmamis sayilir?
Cavab:
Va aleykum Salam. Doğrudur, dinimizdə kəbini geri oxutmaq deyilən bir anlayış yoxdur. Əgər kişi zövcəsinə boşamaq mənasında bir söz deyibsə ("səni boşadım", "atanın evinə get" və s.), bu artıq boşanma sayılır. Əgər əriniz kəbini pozmağa razılıq veribsə, bu artıq onun sizi boşaması deməkdir.
ardını oxu
01-12-2020 Nureliyeva
Salam.men ehya gecəsi saxlamaq isteyirem lakin ehya gecesinin qüsulun almamışam adice temizlik qüsulu almiwam.olar ehya gecəsi saxlamaq?
Cavab:
Aleykum salam. Əhya gecəsi Qədr gecələridir. Əhya sözünün mənası "oyaq qalmaq" deməkdir. Qədr gecəsini oyaq qalıb ibadətdə keçirmək üçün ayrıca qüsl almağa ehtiyac yoxdur. Həmçinin oxuyun:
ardını oxu
01-12-2020 Səma
Salam, əvvəlcədən üzr isdəyirəm sualıma görə. Qız uşağı cənabət qüslu ala bilərmi, cinsi əlaqədə olmadan, məni ifraz olarsa?
Cavab:
Va aleykum Salam. Əgər qız cinsi əlaqədə olmadan (məsələn, yuxuda) məni ifraz edərsə, qüsl almalıdır. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ya Rəsulullah!
ardını oxu
01-12-2020 .
Əssəlamu əleykum va rahmtullah 1 insandan oruc vaxti 1 damla yapisqan maye ifraz olunarsa oruc batildirmi
Cavab:
Və aleykum Salam və rahmətullah. Bu cavabları oxuyun:

Ehtiras zamanı övrətdən gələn rəngsiz maye (məzi) orucu batil edirmi?
ardını oxu
01-12-2020 Tunzalə
salam zöhr esr isa namazları cas bas qalmisam gunde nece defe namaz qilinir adları necedi vaxtları necedi namazin butun sözlərini bilirem ama adları və vaxtlarını bilmrem xahis edrem mene köməy edin namazıma baslayım
Cavab:

Va aleykum Salam. Gün ərzində beş vaxt namaz var. Bu namazlar: Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra. Əsr - axşamçağıya doğrudan gün batana qədər. Məğrib - gün batan kimi. İşa - günəşin işartısı gedəndən gecə yarısına kimi.

ardını oxu
30-11-2020
Salam aleykum menim qonsumun uzuyu itib ve meni taxsirkar gorur ve mene inanmaq ucun menen QURAN kitabina el basmagimi isteyir sizce o supeden cixmagi ucun menim bunu etmeyim duzgundu ?
ardını oxu
30-11-2020 Aytac
salam eleykum. Anasi rehmete getmiş bir qızın anasından yadigar qalan, zinet eşyasını(boyunbağı) alaraq yalan yere toya taxacam deyerek elinden alaraq qaçıb gedib ölkeden. Ona halallıq vermese Allah onu o dünyada bağışlayacaqmı? xaiş edirem cavablandırın.
Cavab:
Və aleykum Salam. Uca Allah qul haqqını hətta Onun yolunda cihad edib şəhid olana bağışlamır. Qul haqqı çox mühüm məsələdir.
ardını oxu
30-11-2020
Salam.yuxuda, yuxunu qarisdirib meni gelmeyi deyilirki şeytan alemetidi men yatarken əuzu billahi mineşş şeytani recim duasini oxuyuram bu duada o demekriki seytanlardan uzaq olum yuxuda amma seytanlar meni casdirir men yuxumu qarisdiriram meni gelir bu nedendi?
Cavab:

Və aleykum Salam. Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq ayətul-kursi və digər duaları oxumaq lazımdır. Həmçinin, yatarkən Allahı zikr etməklə bərabər gün ərzinda gözü haramlardan qorumaq da lazımdır. Həmçinin bu cavabları oxuyun:

ardını oxu
30-11-2020
Salam Aleykum menim 19 yaşım var nişanlıyam keçmiçde sevgilim olub qucaglayıb öpüb meni bunu nişanlım öyrendi.her xırda detalına kimi dedim.indi meni bağışlaya bilmir sevgilim olan adamda tanışdı.nişanlım çox dine bağlı insandı mene namaz qılıb hicab bağlasan seni bağışlayaram dedi mende namaz qılır
Cavab:
Və aleykum Salam. Hər bir müsəlman keçmişdə etdiyi günahlara görə tövbə etməli və onları gizlədərək heç kimə danışmamalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa.
ardını oxu
30-11-2020 Anonim
Salam. Eger 1 insan esebleşerek kufr etse dinden cixmiş olurmu? 1 adam esebleşib dedi: "ta dua etmeyecem ne deyirem tersine cixir" sonra nese dedi yene ve "..eger Allah varsa.."dedi ,ozde oruclu idi. Indi bele bir adam dinden cixir? Ne etmelidi?
Cavab:
Və aleykum Salam. Əvvəla "Daha dua etməyəcəm nə deyirəm tərsinə çıxır" ifadəsinə gəlincə, bu ifadə küfr olmasa da belə demək çox böyük bir səhvdir.
ardını oxu
30-11-2020 Camal
As Salamu Aleykum. 1)Yırtıq şalvar və ya köynəklə namaz qılmaq olar? 2)Məscidin yanında qalıram,elə vaxt olur Sübh Azanını gec verillər, mən Naamzı qıldıqdan 3-5 dəqiqə sonra Azan verilir, Namaz batildir? Ümumiyyətlə evin yanında məscid olan Azanın səsiylə getməlidir? ya vaxtnan?
Cavab:
Aleykum salam.
ardını oxu
30-11-2020
Salam Qedr günü çimmek olarmı?
Cavab:

Və aleykum Salam. Qədr gecələrində çimməklə bağlı heç bir qadağa yoxdur. Həmçinin oxuyun: Qədr gecəsi surəsinin izahı 

ardını oxu
30-11-2020
İftardan İmsaka geder sperma chixsa orucun pozulacaq
Cavab:

Salam aleykum. Orucu açıb iftar etdikdən sonra ta ki imsaka (Sübh azanına) qədər orucu zamanı qadağan olunan əməllər icazəli olur. İmsakdan sonra isə orucu pozan əməlləri etmək isə orucu pozur.

ardını oxu
30-11-2020 ...
Salam men yoldawimla oruc tutmuwam ama subh namazimi qildiqdan sora yoldawimin mecburiyetinden cinsi elaqede olduq ama oda pewmandir mende bu halda orucumuz pozulur ya yox zehmet olmasa cavablandirasiniz bilmek isdeyirem ?
Cavab:
Və aleykum Salam. Ramazan ayında Oruc tutanlara Sübh namazının vaxtı girdikdən sonra olarkən cinsi əlaqədə olmaq haramdır.
ardını oxu
30-11-2020 Omar xattab
salam aleykum qedr gecesi saat neceden neceye qeder gozleyerek ibadetleri kecirmek.lazimdir yeni en xeyirli saat vaxti hansidir zehmet olmasa Allah ucun cavablansirarsiz inweAllah exi
Cavab:
Və aleykum Salam. Qədr gecəsi Məğrib namazından sonra Sübh çağı dan yeri sökülənə qədər davam edir. Uca Allah buyurur: "O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qədr, 5). Bu gecənin həm hamısını, həm də bir hissəsini ibadətdə keçirmək olar.
ardını oxu
30-11-2020
Salam aleykum. Allah razı olsun sizden suallara cavab verdiyiniz üçün. Sualım beledir menim bildiyim her kes öz ölkesi ile oruc tutmalıdır. Amma bir çox insanlar başqa ölkelerle Erebistan Türkiye ile oruc tutur bu ne qeder düzgündür? Her bir insan öz ölkesi ile oruc tutmamalıdır mı?
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz hər müsəlmana öz ölkə əhalisi ilə orucu başlayıb, ölkə əhalisi ilə də bayram etməyi buyurmuşdur.
ardını oxu
30-11-2020
Salam aleykum diş müalicesi zamani vitamin iyneden istifade edilirse oruc tutmağ olarmi?
Cavab:
Və aleykum Salam. Qidalandırıcı (vitamin və bədəni gücləndirən) iynələri vurdurmaq orucu pozur, digər iynələr isə pozmur. Diş çəkdirmək və ağrıkəsici iynə vurdurmaq orucu pozmur.
ardını oxu
18-11-2020 Abdullah
Özünüz üçün dua siyahısı tertib edin; Özünüze “Men Allahdan ne isteyirem?” – sualını verin. Bütün isteklerinizi bir siyahı tertib ederek oraya yazın bu yazını islamevi.az saytından götürmüşem bele elemek olar bidet olmaz?
Cavab:
Salam aleykum. Belə etmək icazəlidir və bidət sayılmır. Burada nəzərdə tutulan Quran və Sünnədə gələn duaları bir yerə yığıb Qədr gecəsi Allahdan istəməkdir. Bəzən insan özü və yaxınları üçün müəyyən duaları etmək istəyir, lakin dua anında unudur.
ardını oxu
18-11-2020
Salam size sualım var bilmek isteyirem bir neçe gün qabaq internetde gördüm ki yazılıb üzü üsde yatmaq forması allahın sevmediyi formadı bu ne derecededüzdü önceden teşekkür
Cavab:
Va aleykum Salam. Bəli, üzü üstə yatmaq Uca Allahın sevmədiyi yatmaq tərzidir. Daha ətraflı:
Üzü üstə yatmaqla bağlı hədisi tam şəkildə yaza bilərsinizmi?
ardını oxu
18-11-2020 Ceyhune
Salam men zorh ve esr namazlarini, şam ve işa namazlarini birlewdirib qiliram bilmey istiyirdim ki burda bir yalniw var mi cunki cox adam deyir eyer evdesense iwin yoxdusa birlewdirmemelisen..Men nece etmeliyem??
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: Namaz 3 dəfə qılınmalıdır, yoxsa 5 dəfə?
ardını oxu
18-11-2020
Salam şam, xüftən namazını saat neçəyə kimi qılmaq olar?
Cavab:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Məğrib (Şam) namazının vaxtı nə qədərdir?
ardını oxu
18-11-2020 Fuad
Qedir gecesi qusul alandan sonra destamaz almaga ehtiyac varmi?
Cavab:
Salam aleykum. Əgər almaq istədiyiniz qüsl cənabət və ya heyz qüslu kimi vacib qüsl olarsa, bu qüsl dəstəmazı da əvəz edir. Əgər vacib olmayan qüsldursa, bu qüsldan sonra dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:
ardını oxu
18-11-2020
Salam Aleykum. Orucla bağlı bütün sual-cavabları oxudum amma tam olaraq cavab ala bilmədim. Qadın heyz halı tamamilə bitdikdən 3 gün sonra ondan qırmızı rəngdə qan kimi axıntı gələrsə oruc pozulurmu? Heyz halı bitib hətta ondan sonra 2 dəfə oruc da tutub, heçnə qan gəlməyib.
Cavab:
Aleykum salam. Heyz bitdikdən və təmizləndikdən sonra gələn qırmızımtıl axıntı heyzdən sayılmır və belə axıntılara fikir vermək lazım deyil. Orucu tutub namazları qılmağı davam edin. Həmçinin oxuyun:
ardını oxu
18-11-2020 Ayşən
Süd veren ana qedr gecesi tuta bilermi
Cavab:
Salam aleykum. Qədr gecəsi Ramazan ayının son on gecələrindən birindədir. Tək gecələrə təsadüf etməsi daha çox ehtimal olunur. Bu gecədə ediulən ibadət 1000 ayda (83 ildən çox) edilən ibadətdən daha xeyirlidir.
ardını oxu
18-11-2020 Bəhlul
Əssələmu Aleykum va Rahmətullah Allah elminizə bərəkət versin qardaşlar.
Cavab:
Və aleykumus-sələm və rahmətullah. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32). Ona görə də subay kişi evlənməyə çalışmalıdır.
ardını oxu
18-11-2020
1.salam mən bu gün rayona getməliyəm bəziləri deyir ki, iftarı aç sonra get subhə qədər yetiş, bəziləri də deyir ki gunorta azanı veriləndən sonra get iftara kimi yetiş 2.bəlğəmimi udmuşam bu orucu pozurmu bilərəkdən ya bilməyərəkdən fərqi yoxdu? 3. 600 manat maaş alıram. 150 azn kirayə verirəm.
Cavab:

Aleykum salam.

1) Oruc tutmuş insan günün istənilən vaxtında səfər edə bilər. Həmçinin çətinlik olarsa səfərdə orucunu aça da bilər. Lakin əgər çətinlik yoxdursa orucunu davam etdirməsi daha yaxşıdır. Həmçinin oxuyun:

ardını oxu
18-11-2020 Abdullah
Salam Aleykum.Sizdən Fədək bağı haqqında sorumaq istərdim.Bildiyimiz kimi Ebu Bəkr.r.a Fədəyi Fatimə.r.a anamıza vermədi Peyğəmbərimiz s.a.v-in etdiyi kimi etdi.Bunlar mənə aydındı.Sualım budurki Buxaridə bu mövzu haqqında Fatimə r.a anamızın bu hadisədən sonra 6 ay yaşayıb və o 6 ay müddətində Hz.E
Cavab:
Və aleykum Salam. Fatimənin, Əbu Bəkrə qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi onun barədə yayılan bu məlumat çox məşhurdur. Lakin səhih rəvayətə görə Əbu Bəkr sonradan Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalaraq dünyasını dəyişmişdir.
ardını oxu
18-11-2020
Salam aleykum . Bagiwliyin suala gore bakira olan xanim bakireliyin qoruya qoruya bir kiwiyle kebinsiz cinsi elqede olubsa hemin kiwiyle kebin kesdirmey ucun xanim bir muddet var deyesen 3 defe heyz mudeti onu yene gozlemelidi yoxsa derhal kebin kesdirmey olar? Evvelceden tewekkurler.
Cavab:
Və aleykum Salam. Əvvəla onu qeyd edək ki, kəbin olmadan münasibət zina sayılır. Zina isə insanı həlak edən günahlardandır. Əgər siz onun halal əri olmaq istəyirnizsə, şəriətə müvafiq qaydada nigah bağlamalısınız. Nikah bağlamaq üçün də qeyd etdiyiniz məsələ bir maneə sayılmır.
ardını oxu
17-11-2020
Əssəlamu aleykum.Cahiliyyə dönəmində ərəblər (İslamdan əvvəldə) oruc tuturlarmış (yəni günün bəzi hissələrində yeyib içmirlərmiş),və Kəbənin ətrafinda Təvaf edirlərmiş,bu cür şeyləri necə açıqlamaq olar bunlar İslamla gəlməmişmiydi?
Cavab:
Aleykum salam. İslam dini gəlməzdən əvvəl ərəblər İbrahim peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinindən qalan bəzi ibadətləri hələ də edirdilər. Bu əməllərdən biri də oruc tutmaq və həcc etmək idi.
ardını oxu
17-11-2020 Abdullah
Salam aleykum, ayaqqabı ilə namaz qılmağa dair səhih hədislər varmı?
Cavab:
Aleykum salam. Ayaqqabılar təmiz olarsa, onlarla namaz qılmaq icazəlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həm özü ayaqqabıda namaz qılmış, həm də səhabələrinə bunu əmr etmişdir.
ardını oxu
17-11-2020
tez-tez YA ALLAH demək günahmıdır və əli ürəyə qoyaraq şükr və ya dua etmək günahmıdır
Cavab:
Salam aleykum. "Ya Allah" sözünün mənası "Ey Allah" deməkdir. Əgər belə deməklə dua etməyi, Allahı çağırıb Ondan yarım diləməyi nəzərdə tutursunuzsa, bu, əksinə savabdır, çünki Uca Allah qulunun Ona dua etməsini sevir, Ona dua etməyən quluna isə qəzəbi tutur.
ardını oxu
17-11-2020 Zaur
Salam. Zəhmət olmasa deyərdiniz, Sübhənnallah və ya Ərhəmdurullah deyib, sonra bu deyilmiş zikirlərin savabını bu zikirləri deyən şəxs üzərində qul haqqı olan haqq sahiblərinə, onların xəbəri olmadan göndərə bilərmi? Çünki həmin haqq sahibləri ilə başqa cür halallaşmaq imkanı yoxdur.
Cavab:
Aleykum salam. Dinimizdə sağ olan insana hansısa bir saleh əməlin savabını göndərmək olmaz, çünki sağ olan insan bu əməlləri özü etmək iqtidarındadır. Ölən insana gəlincə, dinimiz yalnız müəyyən əməlləri ölən insana hədiyyə etməyi icazə vermişdir. Bu əməllər aşağıdakılardır:
ardını oxu
17-11-2020 Misha Gasanov
Hasi surede insani olcmek ucun meyar olan aye var
Cavab:
Salam aleykum. Əgər meyar dedikdə insanın təbii xüsusiyyətlərini vəsf edən ayələri nəzərdə tutursunuzsa, Quranda bir çox ayələrdə Uca Allah insana xas xüsusiyyətləri vəsf etmişdir. Bu ayələrdən bəzilərini qeyd edək:
ardını oxu
17-11-2020
Salam Alekum. Men zikr edende dini movzular haqqinda fikirlewende . Allah haqqinda duwunende menm aglima dine qarwi Allaha qarwi pis pis fikirler gelir bunu hec duwunmek istemìrem. Bu fikrlerin gelmesine gore cox pis oluram. Yeqinki weytanin vesvesesidir. Mene ne meslehet gore bilersiz?8
Cavab:
Va aleykum Salam. İnsanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər dilə gəlmədikcə buna görə insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. Əksinə bu fikirlərin gəlməsi sizin doğru yolda olmağınızın əlamətidir.
ardını oxu

Pages