15-12-2023 Bash.313
Salam olsun hamiya. Urz isteyirem evvela ailemden aylarla ayri qaldigim ucun hisslerimi ehtirasimi toparlaya bilmirem. Mecburen oz ozume bosaliram. Lakin, bezi alimler şehvetin çox yüksek olması ve buna sebir etmeyin mümkün olmadığı zaman bunu icazeli saymşlar.
ardını oxu
15-12-2023 Abdulla
Salam aleykum qardaş . Dövrümüzde günah işler o qeder asanlaşıb ki, bunlardan qaçmaq imanı zeif olan bir müsalman üçün çox çetindir.
Cavab:

Və aleykum Salam. Münafiqlikdən qorxmaq möminin sifətlərindəndir. Yalnız mömin insan nifaqdan qorxar, münafiq isə bundan arxayın olar.

ardını oxu
13-12-2023 User
Salam Aleykum men oglanam ve menim qaşim tek qaşa yaxindir düzdür tam tek qas deyilem ama bundan da basqa qasimin ortasindan aşağıya dogru yeni burnuma dogru bezi tüklerde cixmisdi indi men onlari kesdim bu yenede haram sayilarmi?
Cavab:
ardını oxu
13-12-2023
Salam Cume qusulunu 4-cu gunu Gece almaq olarmi ve hansi saatda melum havalar soyuq kecdiyinnen is adami olduqumuza gore seherler dus qebul etmey cetin olur soyuqa gore.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Cümə qüslu nə vaxt alınmalıdır?
ardını oxu
13-12-2023
Salam Aleykum.
Cavab:

Və aleykum Salam. 


1) Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır və belə vəsvəsələrə fikir verməmək, dəsətmazı davam edib tamamlamaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
13-12-2023 ...
Salam eleykum menim ailem şie namazı qılmamı isteyir amma men gizlin sünni qılıram daşı secdadeye qoyuram amma alınımı qoymuram bu günah olurmu .ZEHMET OLMASA CAVABLAYARFIZ
Cavab:

Vaə aleykum Salam. Əgər ailəniz sizin möhürsüz namaz qılmağınızı bildiyi təqdirdə sizə təzyiq göstərəcəksə bu halda möhürü qarşınıza qoymaq günah deyil. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
13-12-2023 Göyçaylı
Allaha "sən" deyə müraciət edək yoxsa "siz" ? Məncə siz deyə müraciət olunmalıdır.Çünki,o bizlə bərabərsəviyyəli deyil. Məsələn : "Ya rəbbim,sən bizə kömək ol" yox,"Ya rəbbim,siz bizə kömək olun"...
Cavab:

Və aleykum Salam. Uca Allah Quranda, həmçinin hədislərdə Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dili ilə bizə necə dua etməyi öyrətmişdir. Bütün dualarda Uca Allah Özünə "Sən" deyə müraciət etməyimizi bildirmişdir. Məsələn: “Ey Rəbbim! Bağışla və rəhm et!

ardını oxu
10-12-2023 Orxan
Əssələmu Aleykum.Valideynlərim mənim niqablı qız ilə evlənməyimə icazə vermir nə edim?dünyavi qız almağ istəyirlər mənə.Onlara bu məsələdə itaət etməyirəm.
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabları oxuyun:

ardını oxu
10-12-2023 Musa
Salam Aleykum. Kiçik tualete getdikden sonra nece tez temizlenmek olar İnşallah? Cunki damcılar bitdikdən sonra yenede kanalda sidik qaldigini hiss edirem.
ardını oxu
10-12-2023 Kamran
Salam.Muharibe zamani ogurlanan eşyani ustunden 1esre yaxin kecibse nevesi terefinnen satilmaqi caizdirmi?Eger axtarişa baxmayaraq yiyesini tapmaq mumkun olmayibsa.Sohbet resm eserinnen gedir
Cavab:

Və aleykum Salam. Əgər şəkil insan və ya heyvan kimi canlı şəklidirsə, bu şəkli satmaq olmaz. Çünki dinimiz ruhu olan varlıqların şəklini çəkməyi qadağan etmişdir. Əgər mənzərə və ya ruhu olmayan varlıq şəklidirsə və şəklin sahibini tapmaq mümkün deyilsə, bu halda bu şəkli satmaq icazəlidir.

ardını oxu
10-12-2023
Salam.
Cavab:

Və aleykum Salam. 


1) Yaşından asılı olmayaraq kəbin olmadan naməhrəm qadınla cinsi əlaqədə olmaq zina sayılır. Ətraflı oxuyun:

ardını oxu
10-12-2023 Tural
As salamu aleykum. Camaatla namazda,imama uyan fatiha ve bir sure oxumalıdır mı? Sesli ve ya sessiz namazlarda... Çox xahiş edirem geniş izahı cavab verin
Cavab:

Və aleykum Salam. Səssiz namazlarda imama tabe olan şəxs həm əl-Fatihə surəsini, həm də bir surə oxumalıdır. Səsli namazlarda isə birinci və ikinci rükətlərdə oxunmur. Bu barədə ətraflı aşağıdakı lindən oxuyun:

ardını oxu
08-12-2023
Əssalamu əleykə və rəhmətullahi və bərəkətuhu.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Restoranda içki daşımaq böyük günahdır, bu günaha görə tövbə edin və içki satılan restoranlarda işləməyin. Tövbə etdikdən sonra kimdənsə halallıq almağa ehtiyac yoxdur. Çünki bu günahda heç bir qul haqqı oxdur. Ətraflı oxuyun:

ardını oxu
08-12-2023 f.l.m.n.
Yoldasimin mene guveni yox ama men onu cox sevirem. Ona atdigim butun addimlari saxta bilir. Bu halda ne edim?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
08-12-2023 Şəqi
Salam.Namazın sonunda Salamlardaki sözləri qarışdırdım ama yeniden başladım salanları düzgün şəkildə deməyə sözüm odur ki səhv edib düzəltmək batil edir namazı.Tesekkurler
ardını oxu
08-12-2023 Alide
Salam, men müellimem, mektebde menim ixtisasımla bağli mene öz fennimin 1 saat fakülteyiv meşğelesi elave saat olaraq verilib, sadece dersin vaxtı mene uyğun gelmediyi üçün keçe bilmirem. Menim ay sonu hemin saatın yeni keçmediyim dersin maaşını alıb xerclemeyim düzgündü yoxsa halal sayılmır?
Cavab:

Və aleykum Salam. Əgər bu saatı dərs keçmirsinizsə o saata görə maaş almağınız doğru deyil. 

ardını oxu
08-12-2023 Cəsarət
Salam.Ruhlar bize xeyir veya ziyan vura bilermi,ümumiyyetle biz onları veya onlar bizi görə bilermi? ÖNCEDEN TEŞEKKÜRLER.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Ruhlar insana toxuna bilərmi?

ardını oxu
07-12-2023 Gunel
Salam. Hec bir işde bext getirmir, yeginki caadu da var. Nece her şeyi temizleyib bext açmag ve her işde ugur getirmek olar, hansi dualar surələr demek lazımdı? önceden teşekkür edirem!
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
07-12-2023 Həzi Qasımov
Salam. Emeliyyat olunmuşam emeliyyat olunan yere su deymemelidir. Qusl nece ala bilerem?
Cavab:

Və aleykum Salam. Belə halda təyəmmüm etməlisiniz. Ətraflı oxuyun:


Əməliyyat olduğu üçün qüsl və dəstəmaz ala bilməyən kəs namaz qılmaq üçün nə etməlidir?
ardını oxu
07-12-2023 Rəsul Kazımlı
Əs-Sələmu aleykum və rəhmətullah. Mənim 2 sualım olacaq : 1.Üzü üstə yatmağın bəyənilməyən əməl olduğunu bilirəm amma başqa cür rahat yata bilmirəm.Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) necə yatardı ? Bir insan necə yatmalıdır ? Sulların cavabını alsam da üzü üstə yatmaq vərdişindən n
Cavab:

Və aleykum Salam. Heç bir üzürlü səbəb olmadan üzü üstə yatmaq dinimizə görə bəyənilməyən əməllərdəndir.

ardını oxu
07-12-2023 Rüfət
Salam. Mən namaz qılmıram, buna görə də evlənmək istəmirəm. Çünki ailə saxlamaq böyük məsuliyyət tələb edir. Ona görə ki, namaz qılmayan insan namaz qılmadığına görə, həm özünə, həm də ailəsinin namaz qılmamasına görə günah qazanır.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
07-12-2023 Allahın qulu
esselamu Aleykum verahmetullahi ve bərəkətuh. Namazda sağa sola baxmağın hökmü nedir. Ümumiyyətlə Sağa sola baxmaq olar
Cavab:

Və aleykum Salam. Namazda səbəbsiz yerə sağa-sola baxmaq namazı batil etməsə də, namazda bəyənilməyən əməllərdən sayılır. Namaz qılanda səcdə yerinə baxmaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
06-12-2023 Günay
salam aleykəm, iki sualım olacaq size, cavablandirsaniz çox şad olaram. 1-ci, heyz bitəndən 10 gun sonra bir müddət gələn qirmizi qan heyzdən sayılırmı? 2-ci bed qüvveler yeni cinler şeytanlar bizim beynimizdn keçen fikir ve duşuncelerden xəbərdar ola bilərlərmi?
ardını oxu
06-12-2023
Assalamu aleykum. Gün çıxana qədər, yəni sübh namazı bitdi, səhər zikrlərin vaxtı da bitdi?
Cavab:

Və aleykum Salam. Səhər zikirlərinin vaxtı dan yeri söküləndən başlayıb Günəş qalxana qədər, yəni duha namazının vaxtı girənə qədər davam edir. 

ardını oxu
06-12-2023
Allahın salamı olsun sizlərə , mənim bir neçə sualım olacaq. 1 qadının taxdığı elektron saat və ya watch saat zinət sayılır naməhrəmləri görməsi haramdır? 2. Namaz qılarkən fikrim çox yayınır qıldığım namazdan razı qalmıram nə etməliyəm ?
Cavab:

Və aleykum Salam. 


1) Qadının taxdığı elektron saat zinət sayılmır və qadına belə saatlar taxmaq icazəlidir.


2) Bu cavabı oxuyun:

ardını oxu
06-12-2023 Əliəkbər
Salam Aleykum!Zəhmət olmazsa Bəqərə surəsinin tam oxunuşu qeyd edə bilərsiz.Bilirəm bir az ağırdı,mümkünsə
Cavab:
ardını oxu
06-12-2023 Munzir
Qardaşım evde namazda İmam durur və Qurandan ən çox bilende yaşca böyükdə odur.Lakin qardaşım namazda tənbəllik edir sürətli qılır,zikrləri azaldır və bu halda xuşu ilə namaz qılmaq çətin olur. Ona nəsihət etsemde xeyri yoxdur. Bu halda mən tək namaz qılıram oda ayrı buna görə günah qazanıriq ?
Cavab:

Əssələmu aleykum. Cammat namazının böyük fəziləti və savabı olduğu üçün fərz namazlarını camaatla qılmağa çalışmaq lazımdır. Sözsüz ki, namazı xuşu ilə qılmaq çox önəmlidir. Xuşu namazın ruhudur.

ardını oxu
05-12-2023
Heyat yoldaşım meni anami atami bacım nealimi kökümü söyür o söyüş qalmayıb desin qadına yaraşmayan bir hereketdir bele qadınla aile münasibeti davam etmeli yoxsa xitam vermeli ?
Cavab:

Əssələmu aleykum. Qadının üzərinə düşən vacib haqlardan biri də ərinə və onun ailəsinə hörmət etməkdir. Əgər qadın ərinə hörmət etmirsə, onun ailəsini təhqir edirsə, dinimiizdə qeyd edilən islah yollarından istifadə etmək lazımdır. Əgər bunların da faydası olmasa, onda əri onu boşaya bilər.

ardını oxu
05-12-2023 Ramin
Salam aleykum . Heuat yoldasim mene qarsi tekebburluyu , hotmetsizliyi , özünü kişilere benzetməsi , narazı , şikayetçi , "mene ne etmisen ?" məni cahabi deyin mesxereye qoyan , soyusle danisan bir qadini boşamaq haqqım haqqım varmı ? Bundan elave balaca korpe qız ovladım var .
Cavab:

Və aleykum Salam. Qadının üzərinə düşən vacib haqlardan biri də ərinə və onun ailəsinə hörmət etməkdir. Əgər qadın ərinə hörmət etmirsə, onun ailəsini təhqir edirsə, dinimiizdə qeyd edilən islah yollarından istifadə etmək lazımdır. Əgər bunların da faydası olmasa, onda əri onu boşaya bilər.

ardını oxu
05-12-2023 Sual verən
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuh. Dropshipping icazəlidirmi? Zəhmət olmasa bunu araşdırıb, dəqiq cavab verə bilərsinizmi. Allah sizə bərəkət versin.
Cavab:

Və aleykum salam. Sualda qeyd etdiyiniz ticarət növü icazəli deyil, çünki bir malı əldə etməmiş onu satmaq "sahib olmadığın bir malı satmaq" hökmünə daxildir.

ardını oxu
04-12-2023 Gurba
As salamu Aləykum.Qədər irədə Dua və s.kimi saytda mövcud olan mövzulara baxdım ama anlamadım. Sual budur ki,Dua Qədəri necə dəyişir? Axı duanın özüdə qədərdəndir ? Və yaxudda Qədərdə yazıları yerine yetiririkaə irade harda qaldı bəs? Bu o demekdirki iradə yoxdu?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Dua qədəri dəyişə bilərmi?

ardını oxu
04-12-2023
Salam.Eger bir kisi boşanıbsa ve dini kebini pozulmayıbsa 2ci defe aile heyatı qurursa ve yene dini kebin kesilirse hemin qadin ona halal sayılırmı?
Cavab:

Və aleykum Salam. Kişi eyni vaxtda dörd qadın ilə kəbində ola bilər. Odur ki, əgər kişinin birinci yoldaşı ilə kəbini pozulmayıbsa, həmin kişi başqa bir qadın ilə kəbin kəsdirə bilər və bu ikinci qadın ona halal olur. Ətraflı oxuyun:

ardını oxu
04-12-2023 K
Salam Aleykum.uşağim narahatdi deye xestexanaya getdik men zöhr namazina kimi gelerik deye fikirleşirdim lakin hekim qebulu gec oldu zöhr namazin vaxti girmişdi gözleyene qeder namazi eda eleyim deye xadimeden temiz otaq istedim ki qapini bağlayib namaz qilim qadin mene namaz otaği yazilan otaq g
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda sizə günah yazılmır. Çünki bu hal bilərəkdən yaranmayıb. Ətraflı oxuyun:

ardını oxu
04-12-2023
Salam Aleykum.Bizim ailədə həddən artıq çətinlikdir,demək olar ki pul qazanmaq üçün nəyə əl atsam (halal yolla) ya heç alınmır,ya da ki qısamüddətli qazanc gəlir.Halal-haram məsələsinə diqqət edirik ancaq normal gəlir yoxdur.Evdə insanın canı sıxılır,sanki bütün yollar bağlanıbmış kimi hiss edirik.İ
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-12-2023
Salam. Qara duman kimi ruhları ve ya cinleri görmek mümkündür mü? Tez-tez olmasada, bezen onlar görünür ve gördüyümü hiss edib hemin yere baxdıqda ise yox olurlar.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
02-12-2023 :)
Salam Aleykum. Men namaza başladım, amma bir müddet sonra qılmadım. İndi yeniden davam etmek isteyirem lakin ele bil içimdeki heves ölüb. Qorxuramki namazı qezaya salaram ve yaxud nese sehv qılaram günah yazılar. Teşekkürler cavablandırdığınız üçünn...)
Cavab:

Və aleykum Salam. Bunlar şeytan vəsvəsəsidir. Siz Allaha təvəkkül edərək namaza başlayın. Allah sizə kömək olsun. Bu cavabları oxuyun:

ardını oxu
02-12-2023 Faxraddin
Əssəlamu əleykum!!..Allahın salamı və bərəkəti üstünüzdə olsun!!...Zəhmət olmasa deyərdiniz;"Şükür namazı ilə Duha namazının fərqi varmı?Yoxsa ikisidə eyni namazdır?"
Cavab:

Və aleykum Salam. Şükür namazı deyilən bir namaz yoxdur. Şükür səcdəsi var. Şükür səcdəsi sevindirici bir hal olduqda edilən səcdədir. Duha namazı isə duha vaxtı qılınan namazdır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
02-12-2023 Natəvan
Salam, mən 32 yaşında subay bir müəlliməm, bilmək istəyirəm ki, şagirdləri öz övladım kimi görüb əzizləmək, təşəkkür etmək babında yuxarı sinifdə (8,9,10) təhsil alan oğlanların çiyinlərinə, kürəklərinə toxunmaq, tumarlamaq günahdırmı? öncədən təşəkkürlər hər birinizə.
Cavab:

Və aleykum Salam. 8-9-10 cu sinif uşaqları artıq həddi-büluğa çatmış oğlanlardır. Qadın müəllimə üçün bu yaşda olan oğlan uşaqları artıq naməhrəm sayılır və onlara toxunmaq düzgün deyil. Ətraflı oxuyun:

ardını oxu
02-12-2023 Eli adgözelov
Salam aleykum namaz qilanda davamlı gülmek hissi gelir içimdən ve nefsimin sesi bezen çöle çixir her namazda baş verir özümü tuta bilmirem qehqeheyle gülmürem ancaq içden gelir ses kimi çixir eşidirem amma namazima davam edirem namazim qebul olarmi?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
02-12-2023
Salam.dilimizde sen canı,sen kişiliyin sözleri var,bunun menası nedir,bunları deyende and etmişmik oluruq?
Cavab:

Və aleykum Salam. Dilimizdə işlətdiyimiz "sən canı", sən kişiliyin" kimi ifadələr Allahdan başqasına and içmək sayılır və bu kimi ifadələri işlətmək qadağandır. And yalnız Allaha içilə bilər. Belə deyən insan tövbə etməlidir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
30-11-2023
Axşamınız xeyir. Qəlb sərtliyinin səbəbləri nədir və müalicəsi nədir?
Cavab:

Və aleykum Salam. Qəlbin sərtləşməsinin əsas səbəbi günahlardır. Bu barədə ətraflı aşağıdakı cavabı oxuyun:


Qəlbin yumşalması üçün nə etmək lazımdır?
ardını oxu
30-11-2023 Madina
Salam.Menim bir sualım var idi.Demeli 2 saat yarımlıq yol gedecem ve esr namazını qıla bilmirem yolda olduöum üçün,ve şearit olmadığı üçün.Esr namazlnl axşam namazı ile bir qılsam olar?ya da esr namazını vaxtından evvel qılsam olar?
Cavab:

Və aleykum Salam. Əgər Əsr namazını yolda qılmaq mümkün deyilsə, bu halda Əsri tezləşdirib Zöhr namazının vaxtında qılmaq olar. Eyni ilə Məğrib və İşa namazlarını da bu hallarda belə etmək olar. Bu barədə daha ətraflı buradan oxuyun:

ardını oxu
30-11-2023
Salam Namaz Qilam Ama zina elemisem Bosanmıs biriyem derinen elaqe qurdugum insan var ve nece ildi bir yerdeyik evlenmemisik sadece aramiz zina olur ve qusul edb namazimi qilam sizce Namazim qebul olurmu ? Gunahi boyukdurmu??
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
30-11-2023 Xeyal
Salam namazda fatiheden sonra oxunan sureleri ardicil oxunmasa sehv secdesi olurmu? Meselen nas oxunmalidi birinci amma feleq oxunur ...
Cavab:

Və aleykum Salam. Namazda "əl-Fatihə" surəsindən sonra surələri ardıcıl oxumaq şərt deyil və buna görə səhv səcdəsi düşmür. Daha ətraflı oxuyun:

ardını oxu
30-11-2023 Elvin Məhəmmədov
Salam aleykum. Marketlerde işleyen oğlan qız birinen danışması günahdır mı? ALLAH sizi qorusun
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
28-11-2023
Qarğanın başqasının heyətindən gətirdiyi qoz , mənim heyətimdə bitib. Bu ağacdan istifadə edə bilərəm ? Öncədən təşəkkürlər
Cavab:

Əssələmu aleykum. Bəli, bu ağacın məhsulundan istifadə edə bilərsiniz. 

ardını oxu
28-11-2023
Məkkə müşrikləri Rububiyyət tövhidi necə qəbul edirdilər ki, Allahdan başqasına ibadət edirdilər?
Cavab:

Əssələmu aleykum. Rübubiyyət tövhidi - Uca Allahı Onun feillərində təkləşdirməkdir. Uca Allahın tək yaradan, hər şeyi idarə edən, ruzi verən, dirildən, öldürən, yağış yağdıran və s. olduğunu etiqad etməkdir. Məkkə müşrikləri Rübubiyyət tövhidini naqis də olsa qəbul edirdilər.

ardını oxu
28-11-2023 Gulu
Qadının dırnağında lak varsa qüsl alıb kebn kəsdiribse kebn düzgün sayılır?
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, kəbin kəsdirərkən qüsüllü olmaq şərt deyil və qüsülsüz olmaq kəbinin doğruluğuna xələl gətirmir. Kəbin barədə ətraflı oxuyun:

ardını oxu
28-11-2023 Ay
Salam sizi narahat edirem baxdım men axtaran sualı tapmadım yazılar arasında sualım bu olacaqdı Qadın destemazlı halda namehrem ile rastlaşsa danışsa meselen salamlaşıb hal ehval soruşsa destemazı pozulurmu?
Cavab:

Və aleykum Salam. Naməhrəmlə danışmaq dəstəmazı pozmur. Ətraflı oxuyun:

ardını oxu
28-11-2023 Cavanşir
Sələmun əleykum.Mən Maliki məzhəbinə tabe olmaq istəyirəm .Sizdə O məzhəbin Türkcə ya Azərbaycanca elmihaı var ?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu

Pages