09-08-2023
Məhərrəm ayında ozune zulum etmek olar ?
Cavab:

Əssələmu aleykum. Ümumiyyətlə İslamda özünə zülm etmək haram sayılır. Xüsusilə, haram aylarda özünə zülm etmək daha böyük günahdır. Məhərrəm ayı dörd haram aydan biridir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
09-08-2023 Sema
Salam menim yoldaşim namaz qılırdı men onun telefonda zina etdiyi gördüm yazışma sonra bunu aileme dedim boşanmaq istirdim menim aileme dedim ki namaz qılmır mene söyür olar da biraz yüksek sesle deyib ki bala niye namaz qılmırsan niye söyürsen bize sora gelib yoldaşim deir senin ailen kimdi ki mene
Cavab:

Və aleykum Salam. Hər bir insan etdiyi günah əməllərə görə özü cavabdehdir və həyat yoldaşınızın namaz qılmamaqda sizi və ailənizi günahlandırması düzgün deyil. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).

ardını oxu
09-08-2023 Günel
Assalmu aleykum.hicablıyam atamın əmisi oğlunun yanında hicabımı aça bilərəm?nənəm quran oxuyandır deyir olar elə düzgündürmü?
Cavab:

Və aleykum Salam. Xeyr, qadın atasının əmisi oğlunun yanında hicabını aça bilməz. Çünki atanın əmisi oğlu qadına naməhrəm sayılır. Ətraflı oxuyun:

ardını oxu
09-08-2023
Salam .menim işim cox olur 4 uşag böyuk ayle hamsi üsdumdedi cox yorgun oluram vitir namazini bir rüket giliram arada 3 de olur amma cox zaman 1 rüket giliram buna göre mene gunax yazilar ,
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Vitr namazını bir rükət qılmaq olarmı? 

ardını oxu
08-08-2023 Elsen
Salam aleykum bilmek istirem tesbei bogazdan asmaq olar boyunbagi kimi?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:


Namazdan sonra təsbeh çəkmək olar?

ardını oxu
08-08-2023 Əxi zakatalski
Dəqiq neçə dənə səhih hədis var.sayca?.Asalsmaleykum varahmatullah...Quranda 144 surə var ,bəs səhih hədis?
Cavab:

Salam akeykum. Quranda 114 surə var. Ətraflı oxuyun:

ardını oxu
08-08-2023
Salam Aleykum, Allahın 99 ismleri hansılardır? ardıcıllıqla yaza bilersiz? Salam Aleykum
Cavab:

Və aleykum Salam. Bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir:  "Allahın doxsan doq­quz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar. Allah təkdir, (əməllərdə və ibadətlərdə) təki sevir”.

ardını oxu
08-08-2023
Salam. İslam dinində qadına çoxlu qadağalar qoyulur -- evdən çıxmamaq, işləməmək, örtünmək, atasına və ərinə tabe olmaq və s. Amma kişilərə bu qadağalar qoyulmadığı üçün bunun ədalətsiz olduğunu düşünürəm ...
Cavab:
Aleykum salam. Qadınlar Allahın yaratdığı zərif və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır.
ardını oxu
08-08-2023
Salam. Tanıdığım dindar insanlar mənə cansıxıcı görünürlər, çünki bütün əyləncələrdən özlərini məhrum edərək, çox şeyə haram deyib çəkinirlər. Bu həyat mənə maraqsız göründüyü üçün dinlə maraqlanmıram...
Cavab:

Aleykum salam. Bu suala cavab vermək üçün ilk növbədə xoşbəxtliyin nədə olduğunu araşdıraq. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma baxsaq görərik ki, varlı adamların heç də hamısı xoşbəxt deyil.

ardını oxu
07-08-2023
Salam Aleykum Namazları birleşdirib qılınmasına aid hedis vardır bu doğrudurmu? Bur hedisde Peyğemberimiz sallallahu aleyhi ve sellemin bezen namazları birleşdirib qıldığı yazılıb bu doğrudurmu?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç vaxt üzrsüz səbəbdən namazları birləşdirməyib. Bu barədə hədis yoxdur. Yalnız üzrlü səbəbdən namazları birləşdirməsinə dair hədis var. Ətraflı oxuyun:

ardını oxu
07-08-2023 Abdurrauf
Salam məçiddə oturduğun yerdən duranda kimsə oturarsa o adamı durğuzmaq olar ki burda mən oturmuşdum yada durduğun yerə nəsə qoymaq olar əvvəlcədən təşəkkürlər hansı hədisdirsə yazsaniz yaxşı olar
Cavab:

Və aleykum Salam.

ardını oxu
07-08-2023 Elxan
Yatmadan sübh namazı qılmaq olar ?
Cavab:

Əssələmu aleykum. Sübh namazı da daxil olmaqla hər bir namazı öz vaxtında qılmaq vacibdir. Sübh namazının vaxtı dan yeri söküləndə daxil olur, günəş çıxdıqda isə bitir. Fərq etməz, istər yatıb oyandıqdan sonra, istər gecə yatmadan Sübh namazını vaxtında qılmaq icazəlidir.

ardını oxu
07-08-2023
salam. Əgər İslam doğrudursa onda müsəlmanlar digər dinlərin mənsublarına nisbətən niyə zəifdirlər? Hal-hazırda dünyada ən çox əzilən müsəlmanlardır
Cavab:

Va aleykum Salam. Müasir müsəlmanların zəif olmaları, başqaları tərəfindən əzilmələri İslam dininin zəif olması demək deyil.

ardını oxu
07-08-2023
salam aleykum. Allahın heç nəyə ehtiyacı yoxdursa, nə üçün bizdən ibadət etməyi tələb edir?
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, bu sualı verməklə siz Uca Allahı məxluqa bənzətmiş olursunuz. Bu isə düzgün deyil. Çünki adətən insanlar ehtiyac duyduqları üçün bir şeyi tələb edirlər. Allah isə nəyəsə ehtiyac duymaqdan Ucadır və Pakdır.

ardını oxu
06-08-2023 Arif
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Qardaş , zəhmət olmazsa biiznillah ənkəbut surəsinin 55-60 ayələrinin ərəbcə oxunuş transkripsiyasını yaza bilərsiz? Allahummə bərik, cəzəkallahu xayran.
Cavab:
ardını oxu
06-08-2023 Tural
Masturbasiya etmədiydə 4 və ya 5 gün sonra yuxuda boşalma yaşayıram və mənim bunun qarşısın almağ üçün masturbasiya etməyim günahdırmı? Əgər günahdırsa, necə edimki yuxuda boşalma olmasın yəni qarşısın necə ala bilərəm İndidən çox sağolun cavab üçün
Cavab:

Əssələmu aleykum. Masturbasiya etmək günahdır. Yuxuda öz-özünə boşalmaq isə qeyri-ixtiyari olduğuna görə günah sayılmır. Odur ki günah etməklə günah olmayan bir işin qarşısını almaq düzgün deyil. Ətraflı oxuyun:

ardını oxu
06-08-2023
Salam subh namazinin ferzinde son ruketde zami sure oxunmalidirmi?bilmeden yalniZca 1.ci ruketde oxumusam namazlarim batil olarmi?
Cavab:

Və aleykum Salam. Namazın səhih sayılması üçün hər rükətdə əl-Fatihə surəsini oxumaq şərtdir. əl-Fatihə surəsindən sonra surə oxumaq müstəhəbdir, vacib deyil. Odur ki əl-Fatihə surəsindən sonra surə oxunmasa namaz səhih sayılır.

ardını oxu
06-08-2023 Allah bəndəsi
Salam bu gün tik tokda qarşıma çıxan videolar bu duanı etsən Allahın izni ilə qovuşacaqsan bu duaları etmək Allaha qarşı günah etmiş olarmı?
Cavab:

Və aleykum Salam. Dua ən əzəmətli ibadət olduğu üçün onun qəbul olunması üçün onu Allahın buyurduğu şəkildə etmək lazımdır. Ən gözəl və Uca Allahın ən çox qəbul etdiyi dualar Uca Allahın Quranda və Peyğəmbər vasitəsilə Səhih Hədislərdə bizə öyrətdiyi dualardır.

ardını oxu
06-08-2023 Həsənov kənan
Salamalekum rehmətullahi bərəkətu Gecə yuxuda nəsə məni buğur kimdənsə kümək istəyirəm ayağımı əllərimi tərpədirəm oyananda gürürəmki yatdığım furmada qalmışam Elə bilirəm kimsə məni izləyir gecə düşənkimi otağa girməyə qurxuram və yatmazdan əvvəl onun gəlməsini güzləyirəm o məni buğur və sunra ya
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabı oxuyun:


Yuxuda boğulmalardan necə qorunmaq olar?
ardını oxu
06-08-2023 Samirə
Hicablı qadın uzun kofta ilə boş şalvar geyinə bilər?
Cavab:

Bu cavabları oxuyun:

ardını oxu
06-08-2023 Mələk
Salam Aleykum Həci mənim qardaşımın kirvəsi ilə bacımı evləndirmək isdəyirlər bu nə dərəcədə düzgündür? Əvvəlcədən təşəkkürlər
Cavab:

Və aleykum Salam. İslamda kirvə qohumluğu deyilən bir anlayış yoxdur və kirvəlik səbəbindən heç bir evlilik haram olmur. İslam dinində evlənməsi qadağan olan qadınlar var. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
06-08-2023 ramil
qüsulu şam namazınacan alınmalıdır yoxsa şam namazından sonra almaq olar xaiş edirem cavablandırardız.
Cavab:

Əssələmu aleykum. Qüsül günün istənilən vaxtı alına bilər. Əgər qadın heyzdən təmizlənərsə, vaxtından asılı olmayaraq dərhal qüsl almalıdır. Həmçinin cunub olan insan imkan olan kimi dərhal qüsl almalıdır. 

ardını oxu
06-08-2023 Dinyolunda
Salam men namaz qiliram ama böyreklerim xestedi deye tez tez menden çirk ifraz olunur tenizlenib destanmz aliram tekrar qiliram namazi ama yene ifraz olurnur tekrar tekrar ediram ama xeyri yoxdu neyniyim men namazim qebul olmur he ele olanda çox yorulmusam tekrar tekrar eyni namazi qilmagdan .
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
06-08-2023
Qadın özünə toxunsa qüsulu pozulurmu?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
04-08-2023 Rüfət
Salam, şəhidliklə bağlı suallarım var. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin hamısına cənnətlikdir demək olarmı ? Məsələn, şəhidlərin içində yəhudilər, ruslar və digər millətlərdən var. Bunlar da cənnətlik sayılırlar ?
Cavab:

Və aleykum Salam. Milliyyətindən asılı olmayaraq şəhid olmaq niyyətilə vətənin, torpağın müdafiəsi uğrunda mübarizə apararkən öldürülən hər bir müsəlman Allahın izni ilə şəhidlərdən sayılır. Yəni, Allah qatında kimin həqiqətən şəhid sayılıb-sayılmaması onun niyyətindən asılıdır.

ardını oxu
04-08-2023 Gulnara
Salam evli qadin resmi ayrilmasa da basqasiyla kebin kesdiribse bu uyğundu ya sayılmır?
Cavab:
ardını oxu
04-08-2023
İslamda susmaq orucu varmı
Cavab:

Əssələmu aleykum.

ardını oxu
04-08-2023
Bacı ve qardaş bir yerde Namaz qıla bilerlermi?
Cavab:

Əssələmu aleykum. Bəli, bacı və qardaşın bir yerdə namaz qılması icazəlidir. Lakin bilmək lazımdır ki, bu zaman qardaş imamlıq edir və bacı qardaşın arxasında dayanır. Ətraflı oxuyun:

ardını oxu
04-08-2023
yetgin uşaqlara tövbə düşür
Cavab:

Əssələmu aleykum. Yetkinlik yaşına çatan uşaq artıq mükəlləf sayılır və etdiyi günahlara görə tövbə etməlidir. Ətraflı oxuyun:

ardını oxu
03-08-2023 Gülnare
Vaqie suresin sesli dinlemek olarmi
Cavab:

Əssələmu aleykum. Sualda "səsli" dedikdə nəyi nəzərdə tutduğunuzu bilmədik. Lakin ümumi olaraq Quranın istənilən surəsini dinləmək icazəlidir. 

ardını oxu
03-08-2023 Eli
Necersiz Bir çox adlar varki Allahın Adıdır uşağa qoyublar. Biz o insana O Adla müraciet etsek şirk etmiş oluruq?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Adı Rəhman olan şəxsi bu adla çağırmaq olarmı?

ardını oxu
03-08-2023 Elmira
Salam Aleykum. Namazda qılmaq istetirem hicaba da keçmiş istetirem ama 1 aya rayona gedeceyik qaynanam qaynanam öyretsin istetirem derinden başa salsın neyise sehv etmek istemirem.
Cavab:

Və aleykum Salam. Bəli, namaza başlamadan hicaba keçmək icazəlidir. Ətraflı oxuyun:


Qadın namaz qılmadan öncə hicab bağlaya bilərmi? 

ardını oxu
03-08-2023 Ülviye
Salam yoldaşim meherlemlikde eysan verirriler menede getirdi mende bacımla danişanda dedim qarnım agrıyr dedi aş yimekden olar sora dedi aş yimekden aşa dönecen Allah qebul etsin sora dedi toyuq etiyle ofsanata krçirmi sual kimi verdi bacıma günah yazılır?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-08-2023 Həsənov Ramal
Namaz qılan 13 yaşlı oğlan dənizə girə bilərmi?
Cavab:

Əssələmu aleykum. Namaz qılan insanın dənizə getməsində və dənizdə çimməsində heç bir qəbahət yoxdur. Sadəcə gözü haramdan qorumaq və şəriətin buyurduğu şəkildə (göbəklə diz arasını örtərək) geyinmək lazımdır. 

ardını oxu
03-08-2023
Salam 22 yaşlı oğlum xeyirli evladım olub 1 an belə narazılığımız olmayan balam dünyasını dəyişdi avtoqəzada suda batan qarın ağrısınan ölənlər şəhid sayılır deyilər valideyinləri razı olan evladlar cənnətə gedirmi xaiş edirəm sualımı cavabsız qoymuyun çox xeyirli evlad idi mənim balam valideyini ol
Cavab:

Və aleykum Salam. Uca Allahdan vəfat etmiş övladınıza rəhmət, sizə isə səbir diləyirik! İslam alimləri bildirmişlər ki, avtomobil qəzasında ölən insan da dağıntı altında qalmış sayılır və şəhid hesab olunur.

ardını oxu
02-08-2023 Sevil
Salam. Vaxtınız xeyir. Mən bir müddətdir ki, hicab bağlamaq fikrindəyəm, gələn vəsvəsələri yenməyə çalışıram, hazırda ailəli deyiləm amma irəlidə ailə qursam gəlinliyin hicabla uyğun gəlməyəcəyi barədə, ya da geyinsəm, gözəl olmayacağı, gözəl görünməyəcəyim barədə vəsvəsələr girir beynimə.
Cavab:

Və aleykum Salam. Uca Allahdan sizi dinində sabit saxlamasını və şeytanın vəsvəsələrini sizdən uzaqlaşdırmasını diləyirik! Bilmək lazımdır ki, şeytan Allahın doğru yolunu tutmaq istəyən hər bir mömini yolundan azdırmağa çalışır. Bunun üçün şeytanın müxtəlif üsulları var.

ardını oxu
02-08-2023 .
Salam Qız uşaxlarında nəsə hiss keçirtdikde,axıntı kimi nese geldikde ceneabet qüsulu almalıdırmı? Ümumiyetle evli olmayan yeni qlz uşağı bele hiss keçirtdiyi üçün cenabet qüsulu alırmı?
Cavab:

Və aleykum Salam. Şəhvət hissi ilə yanaşı gələn axıntı məzi adlanır və buna görə qüsl etmək lazım deyil. Sadəcə yuyunub dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
02-08-2023
Salam men qaynanamgile qaliram.Özüm namaz qiliram neçe aydı ki,hicab barede düşünürdüm.Ve sanki rebbim üreyime hicab eşqin saldı keçmek qerarina geldim.Amma tekce qaynanam razı deyil keçeceyimi bildiyi vaxtdan ele ancaq deyir istemirem keçmeyini soz sohbet olur.Yoldaşım amma çox isteyir mene deyir b
Cavab:

Və aleykum Salam. Hicab geyinmək Uca Allahın əmridir və bu məsələdə heç kimə itaət etmək olmaz. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda yaradılana itaət edilməz".

ardını oxu
02-08-2023
Əssələmu aleykum va rahmətullah.Əbu Bəkr məscidində qadınlar üçün ikinci mərtəbədə yer verilib.Fərz namazında camaat hamısı bir sırada olsun deyə qadınlar səfi imamın arxasından başlayıb əvvəlcə sağ sonra isə sol tərəfi doldura bilər?Belə olsa hamı bir səfdə olur.Əks halda bir qism sağ bir qism sol
Cavab:

Və aleykum Salam. İmamın arxasında namaz qılanlar ortadan başlayaraq həm sağ, həm də sol tərəfə eyni qaydada səfləri doldurmalıdırlar. Yəni səfə qoşulmaq istəyənlər ortada -  imamın arxasında dayananlara qoşularaq həm sağ, həm də sol tərəfi doldurmalıdırlar.

ardını oxu
02-08-2023
Salam men bir neçe yerde baxdım tam degig öyrenmek istiyirem.Namazin qezasi varmı? Cunki bezileri deyir var o biri dünyada soruwulacaq.Meselen men dersde olub qila bilmemiwem ve ya hansisa meclise gedib qila bilmemiwem bu kimi hallarda qeza qilmaliyam ? Şie namazında .
Cavab:

Və aleykum Salam. Heç bir üzrlü səbəb olmadan buraxılan namazlar qəza edilmir. Bu namazlara görə yalnız tövbə etmək və əvəzində nafilə namazları artırmaq lazımdır. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
02-08-2023 Mehriban
Salam aleykum. Allah Quranda buyurur: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (ət-Tin, 4) – bu ayə qüsurlu və şikəst insanların varlığıyla bir ziddiyyət təşkil edirmi?
Cavab:

Və aleykum Salam. Bu ayə ziddiyyət təşkil etmir, çünki bu ayəyə əsasən təkcə insanın zahiri görünüşü qəsd olunmur, insanın zahiri və batini cəhətdən mükəmməl yaradılışı, insanın bədən quruluşunun ən yaxşı şəkildə yaradılması nəzərdə tutulur.

ardını oxu
01-08-2023 Günəş
Salam Aleykum,nəyə görə kəbin olduğu halda toy olmayıbsa belə,nişanlılar bir biri ilə yaxınlıq edə bilməzlər? Axı artıq Allah qatında valideyn icazəsi ilə kəbin kəsilib,onlar da ər-arvad bir birlərinin halalı sayilmirlar?
Cavab:

Və aleykum Salam. Nişan edərkən qızın valideynləri onların yaxınlıq etməsinə deyil, sadəcə qızlarının gələcəkdə bu oğlana ərə verəcəklərinə razılıq verirlər. Bu isə kəbin sayılmır. Çünki nişanlı olmaq hələ ailə qurmaq deyil.

ardını oxu
01-08-2023 Aysen
Salam qardasim usaqlara mene magazinde bazarliq edib getirir Amma ozude damino kart oynayandi indi bilmirem o pula alib ya yox onu yeye bileremmi ?
Cavab:

Və aleykum Salam. Əgər həmin şəxs yalnız haram yolla (qumar oynamaqla) pul qazanırsa, bu pulla alınan ərazaqları götürməyin. Yox əgər başqa halal qazanc yeri də varsa, o halda götürə bilərsiniz. Ətraflı oxuyun:

ardını oxu
01-08-2023 K
Salam Aleykum. Namaza teze başlayanda bir yaxinimdan soruşdum namaz qilma qaydasini mene video atdi ona baxib öyrenib namazimi qildim .
Cavab:

Və aleykum Salam. Bundan əvvəl bilmədən səhv qıldığınız namazlar səhihdir və bu namazları yenidən qılmağa ehtiyac yoxdur. Çünki Uca Allah bilmədən edilən səhvləri bağışlayır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.

ardını oxu
01-08-2023 Fuad
Salam Aleykum.cüme namazindan sonra qilinan ikinci sünnet namazı neçe ruketdir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
01-08-2023 Cəsarət
Ölüm vaxtımızı ALLAH teyin edir yoxsa bizden asilıdır?
Cavab:

Əssələmu aleykum. Hər bir insanın əcəli (ölüm vaxtı) əvvəlcədən müəyyən edilmişdir. Əcəli çatdıqda isə müxtəlif səbəblər onun ölümünə səbəb olur.

ardını oxu
01-08-2023 Əlhəmdülillah
Salamaleykum Mən quranda "tövbə surəsi 71 ayə" haqqında soruşmaq istirəm. Orda mömin kişilərlə mömin qadınlar dostdurlar yazılıb. Yəni bir birlərinə yaxşılıqları əmr edirlər. Çox gözəl sözlərdi ama mən orda bir şeyi tam başa düşmürəm.
Cavab:

Və aleykum Salam. Bu ayə ümumidir. Qadınlar və kişilər şəriətin buyurduğu qaydada həm öz aralarında, həm də bir-birlərinə yaxşılığı əmr edib, pisliklərdən çəkindirə bilərlər. İbn Kəsir bu ayənin təfsirində deyir: 

ardını oxu
01-08-2023
Salam aleykum Allah Ademi Tovbe Etmek Üçün hansı Kelmeleri oyretmiwdir?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir" (əl-Bəqərə, 37). İbn Kəsir bu ayənin təfsirində demişdir:

ardını oxu
31-07-2023
Salam.Müqqedes Ramazan Bayramınız Mübarek olsun.Men aile heyatı qurmağ isteyirem heçür alınmır.Deyirler bext bağlılığı var.Negeder Dualar zikirler ritualar etdim heç bir netice vermedi.Anamı gözü yaşlı qoymayın.Mene kömek edin.Teşekkürler
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Dualarım qəbul olmur, nə edim?

ardını oxu
31-07-2023 Rasim
Salam aleykum sualim qeder ile elaqederdir Allah cc insana cuzi irade vermisdir deyirler meselen Allah bu gun men 50 m qazanacam diye yazmisdir qederime amma o pulu halal ve yaxud haram yolla qazanacagimi mene buraxmisdir amma Allah cc bunu ebedi ve ezeli elmi ile bilir bunda subhe yoxdur veyaxud bu
Cavab:

Və aleykum Salam. Uca Allah insan hələ ana bətnində olarkən onun qədərinə nə qədər ruzi qazanacağını yazmışdır. İnsan etdiyi bütün əməllərdə ixtiyar sahibidir, lakin Uca Allah Öz elmi ilə insanın hansı yolu seçəcəyini bilir və bunu da Lövhi-Məhfuzda yazmışdır. Həmçinin bu cavabları oxuyun:

ardını oxu

Pages