30-01-2014
Salam aleykum. Qarshiliqsiz sevgide kiminse hansi birinde nefsi qalmaq duzgundurmu? Nefis choxmu pis sheydir? Nece qorunaq? Bunun bir yolu varmi?
Cavab:

Aleykum salam. Bəli, bir insanın digər bir insanda nəfsi qala bilər. Nəfs əslində islamda paxıllıq və ya gözdəymə kimi tanınır. Nəfslə bağlı Paxıllıq haqqında linkini oxuyun.

ardını oxu
30-01-2014
Salam Aleykum. İnsanin ele vaxtlari olur namaz qillmir borc namazlari qilan insanin boynunda sonra o borc namazlarin qilarken nece niyyet edilmeli?
Cavab:

Aleykum salam. Əvvala bilmək lazımdır ki, islamda borc namazı deyilən bir anlayış yoxdur. Ola bilər ki, sizin qəsd etdiyiniz qəza namazlarıdır. Niyyət adi namazlarda olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger oruc tutan adamin bir neche gun qezasi qalibsa ve bunu tamamlamayibsa bu shəxs gunah qazanirmi?
Cavab:

Aleykum salam. İslam alimlərinə görə əgər bir şəxs qəza oruclarını tutmağı bacardığı halda üzrlü səbəb olmadan qəza oruclarını tutmursa, həmin şəxs günah qazanır.  

ardını oxu
30-01-2014 AYNURE
Salam Aleykum. Mən namazda sonda dua edərkən özümdən asılı deyil gözlərimi yumuram gözləri yumulu dua edirəm bu günahdırmı? öncədən minnətdaram.
Cavab:

Aleykum salam. Namaz qılarkən gözləri yumaraq dua etmək bəyənilmir.

ardını oxu
30-01-2014
Salam aleykum. Vereceyim suala gore cohx-chox uzr isteyirem. Ama bu haqda bilmek isteyiremdim. Qadınla arxadan cinsi əlaqədə olmaq günahdırmı?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-01-2014 arifa
Salam aleykum. Əgər namazın vaxdını gecikdirmişəmsə qəzasını nə vaxt qılmaq düzgündür?
Cavab:

Aleykum salam. Yuxuya getdikdə, unutduqda və ya huşu itirdikdə (xəstəlik və ya başqa səbəbə görə) maneə aradan qalxan kimi namaz qılınmalıdır. Bilərəkdən namazı gecikdirmək, yəni namaz üçün təyin edilən müddəti keçirtmək isə günahdır. 

ardını oxu
30-01-2014
Salam aleykum. Men ishlediyime gore namaz qila bilmirem, chox yorgun oluram. Hetta namazda bir defe murgulemishdim, Allah gunahimi bagishlayacagmi?
Cavab:

Aleykum salam. Bacardığınız qədər Allahın buyurduqlarını yerinə yetirin və bilin ki, namazı çətinliklə qılanın savabı rahat bir şəkildə qılandan daha çoxdur.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger dirnagimda lak, boya olarsa, destemaz, qusul, namaz qilmaq olar, yoxsa mutleq silinmelidir?
Cavab:

Aleykum salam. Şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq olar. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz. 

ardını oxu
30-01-2014 Firengiz.
Salam aleykum. Men bir muddet namaz qilmisham. Amma sonradan duzgun qilmadigımi fikirleshib saxlamisham. Mene chox insan duz qilmadigimi deyir. Menim oz bildiyim kimi qilmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışmaq lazım idi.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim bir sevdiyim var. Amma biz bir-birimizi tanidiqda onun da ve menim de heyatimda artiq birileri var idi. Amm indi o sevgilisinden ayrilib. Sebeb ise elbette ki, menem. Ve bunun agirligini dashimaq chox chetindir.
Cavab:

Aleykum salam. Bəli, edə bilərsiz. Çünki islama görə insan sevgidə azaddır. Həmçinin, bilmək lazımdır ki, İslam halal sevgini, yəni ailə qurmaq üçün bir-birini sevməyi dəstəkləyir. Digər hallarda isə bu, günah sayılır. 

ardını oxu
30-01-2014 Günay
Salam aleykum. Şiə alimlərini təqlid etmək vacibdirmi?
Cavab:

Aleykum salam. Əvvala bilək lazımdır ki, islamda təfriqəçilk yoxdur. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim ovladim yoxdu. Bilmek isterdim ki, bunun uchun dualar varmi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Övladın olması üçün xüsusi dua forması yoxdur. Qurani Kərimdə olan dualardan istifadə edə bilərsiniz. Quranda Zəkəriyyə (Ona Allahın salamı olsun) peyğəmbərin etdiyi: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma.

ardını oxu
30-01-2014 derya5
Salam aleykum. Qizlar masturbasyon olandan sonra qusl almalidir? Yaxudda qizlar doze biler illernen?
Cavab:

Aleykum salam. Özündən asılı olmayaraq axan mayeyə görə ona heç bir günah düşmür. Lakin əgər şəhvət nəticəsində çıxarsa, ona qüsl almaq vacib olur. Daha ətraflı "Masturbasiya etməyə icazə verilir?" oxuyun.

ardını oxu
30-01-2014
Salam aleykum. Qurani Kerimi basha dushduyum dilde yeni ki, oz ana dilimde oxumaya bileremr? Yoxsa ereb dilinde oxumaq lazimdir? Evvelceden teshekkur edirem.
Cavab:

Aleykum salam. Bəli, Qurani Kərimi öz başa düşdüyünüz dildə oxuya bilərsiniz. Sadəcə yaxşı olar ki, əgər imkanınız və həvəsiniz varsa, ərəb dilində Quran oxumağı öyrənin və gün ərzində yavaş-yavaş oxumağa başlayın. Bu sizin üçün daha faydalı və savablıdır.

ardını oxu
30-01-2014
Salam aleykum. Gecə vaxtı saç kəsdirmək günah sayılır?
Cavab:

Aleykum salam. Gecə vaxtı saç kəsdirməyin günah olması barədə səhih məlumat yoxdur. 

ardını oxu
30-01-2014
Salam aleykum. Terbiyesiz video ve ya shekillere baxarken qüsl pozulurmu?
Cavab:

Aleykum salam. Əvvala, bunlara baxmaq günahdır. Daha ətraflı: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

ardını oxu
30-01-2014
Salam aleykum. Seyyidler haqqinda melumat veresiniz. Bunlara inanmaq dogru fikirdirmi? Men seyyidem ceddim gucludu.
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Seyyid anlayışı doğrudur?

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Nezir pul vererken bezen bashlarina pulu firladib verirler. Bu gunahdirmi? Bes neziri verende nese demek lazimdirmi?
Cavab:

Salam aleykum. Nəzir veridkə pulu başa fırlatmaq lazım deyil. Bunu edənlər düzgün etmirlər. Bunu edən elə fikirləşir ki, belə etsə O verdiyi pul ona haram olacaqdır, bu isə yalnış iddiadır və günahdır. Həmçinin, nəzir verəndə heçnə demək lazım deyil.

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Ekstrasenslik, yeni baxiciliq gunahdirmi? Eger Allah terefinden verilen bir vergidirse, buna nece yanashmaq olar? Xahish edirem etrafli cavablandirasiz.
Cavab:
Və aleykum Salam. Bəli, yeddi həlakedici böyük günahlardan biri də sehr, falçılıq və bu qəbildən olan əməllər sayılır. Bunun günah olmasını bizə Uca Allah Öz Kitabında xəbər vermişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
30-01-2014
Salam aleykum. Adi bir klipe baxmaq gunahdir?
Cavab:

Aleykum salam. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə qadağan etmişdir.

ardını oxu
29-01-2014
Salam aleykum. Bağışlayın narahat edirəm.Təqlidliyin vacibliyi haqda Quranda hansı ayədə və hansı surədə verilib?
Cavab:

Aleykum salam. İslamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək bəyənilmir. Çünki təqlid bir adama tabe olmaq və ya nə dəsə ondan götürmək mənasına gəlir. İslama görə tabeçilik yalnız Allah və Rəsulunadır.

ardını oxu
29-01-2014
Salam aleykum. İstixarə ve hacət namazını qılıb yatarkən nələri oxumaq lazımdır? Mən bildiyimə görə hacəti qılıb heç kimlə danışmadan yatasan və yatarkən "Ayətul Kursi"-ni oxuyasan. Məndə hələ "Ayətul Kursi"-ni əzbərdən bilmirəm onun yerinə başqa surə oxumaq olarmı?
Cavab:

Aleykum salam. İstixarə və ya hacət adlı namaz iki rükətli namazdır. Bir xeyir iş görmək istədikdə iki rükət namaz qılıb ya təşəhhüddən sonra salamdan əvvəl, ya da salamdan sonra istixarə duasını edərək Allahdan xeyir diləyirsiniz.

ardını oxu
29-01-2014
Salam aleykum. Mən bilmək istərdim ki, kiməsə nəfsim keçə bilərmi? Yəni mən hamilə qala bilmirem ama başqası hamile qalanda öz özüme deyirəm ki, niyə o, hamilə qaldı mən yox. Bunun günahı varmı mən günah qazanırammı? Xahiş edirem ki, cavablandirasiniz. Allah sizdən razı olsun.
Cavab:

Və aleykum Salam. Əgər siz Uca Allahın təqdir etdiyi qismətə narazı olaraq və ya qədərə etiraz edərək bu sözləri desəniz günah qazanmış olarsınız. Nəfsin kimdəsə qalması anlayışı yoxdur.

ardını oxu
29-01-2014 vidadi
Salam aleykum. Xeyir bərəkət ücün dua yazdırıb gəzdirmək günahdırmı? xaiş edirəm cavablandırın, artıq bu necə dəfədir ki, mənim sualımı cavablandırmırsız.
Cavab:

Aleykum salam. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək islam dininə müxalif olan əməllərdəndir.

ardını oxu
29-01-2014 afaq
Salam aleykum. Kiməsə aşiq olub sevmek gunah deyil?
Cavab:

Aleykum salam. Həddi aşmamaq və şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Ona görə də sevmək günah yox, əksinə Uca Allahın nemətlərindəndir.

ardını oxu
29-01-2014
Salam aleykum. Məhəmməd peyğəmbərimizə (sallallahu aleyhi va səlləm) necə salavat göndərək? əgər salavat olmur üzə cəkmək bəs nə deyək?
Cavab:

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməyib. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

ardını oxu
28-01-2014
Salamu aleykum. Menim bele bir sualim olacaq...Bir insan ozude bilmeden pis bir veziyyete dushub. Qiraqdakilar da onu qinayirsa, men onun qelbine deymeden nece deye bilerem ki, filan sheye diqqet ele... Yeni desem qelbi qala biler, demesem de qiraqdakilar onu qinamaga davam edecek...
Cavab:

Aleykum salam. Məsələni dəqiq bilmədiyim üçün sadəcə onu deyə bilərəm ki, əgər sizin deyəcəyiniz söz həmin adama fayda verəcək vacib bir məlumatdırsa, onun qəlbi qırılsa da ona deməlisiniz. 

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Allahın 99 adını yazıb yastığın altına qoymaq olarmı?. Axşam qorxuram.
Cavab:
Aleykum salam. Uca Allahın adlarını və ya hər hansı bir ayə, dua yazıb yastığın altına qoymaq və ya üstündə gəzdirmək olmaz. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə etməmiş və heç kəsə bunu öyrətməmişdir. O, hər bir kəsə bunları əzbərləməyi və oxuyaraq tətbiq etməyi buyurmuşdur.
ardını oxu
28-01-2014
Salam aleykum. İslamda qadını döymek ve ya ona zor tetbib etmek gunah sayilirmi?
Cavab:
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
ardını oxu
28-01-2014 akif
Salam aleykum. Xums necə hesablanır və kimlərə verilməlidir?
Cavab:

Aleykum salam. "Xums" sözü ərəb dilində beşdə bir hissə deməkdir. İslam dinində döyüşdə əldə edilən qənimət beş hissəyə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür.

ardını oxu
28-01-2014
Salam aleykum. Toy olur kəbin kəsilmir. Kəsdirəndən sonra doğulan uşaqlar nə sayılır?
Cavab:

Aleykum salam. Əgər toy olubsa, bu bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır.

ardını oxu
28-01-2014 Gülsüm
Salam aleykum. Mən bilmək istərdim ki, hamilə olarkən ana əlini bətninə qoyub hansı sureleri oxumalıdır ki, uşağ sağlam xeyirli və tərbiyəli olsun?
Cavab:

Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas"  və digər bu kimi surələri oxuya bilərsiniz.

ardını oxu
28-01-2014 Lamiyə
Salam aleykum. Zəhmət olmasa sualımı cavablandırardınız.. Olarmı ki, insan bir gunah işə görə, haram iş, və bununla yanaşı hər gün lazımi qaydada namaz qilmaq ki, etdiyi günah bağişlansin, yazılmasın... Güman edirəm ki, anlada bildim sualimi. Çox sağolun...
Cavab:

Aleykum salam. Şəriətə görə beş vaxt namaz və bir cümə digər cüməyə qədər olan (kiçik) günahlara kəffarədir (bağışlanmadır). Böyük günahlar istisnadır. Namaz, Uca Allahın bəndələrinə olan böyük və geniş mərhəmətini bildirir.

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Misal uchun "Ayetul Kursi" ve ya bashqa zikr ve dualari yadda saxlaya bilmiremse, yeni ezberledikde yadimda qalmirsa, onlaro kitabdan oxumaq olar. Çunki yadda saxliya bilmirem.
Cavab:
Aleykum salam. İstər "Ayətul-Kursi" istərsə də hər hansı bir zikr və dua yadınızda qalmırsa, əlbəttə ki, onu kitabdan oxuya bilərsiniz. İslam dini rahatlıq və asanlıq dinidir.
ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Biz Peygemberimizin, yeni Mehemmed peygemberimizin adini chekende salavat verende (sallallahu aleyhi va sellem) deyende salavati (elimizi) uzumuze chekmeliyik, yoxsa ferqi yoxdur?
Cavab:

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

ardını oxu
28-01-2014
Salam aleykum. Aya baxib dua etmek gunahdir. Eger gunahdirsa bunu bilmeyib etmishemse gunah qazanmish oluram?
Cavab:

Aleykum salam. Şəriətdə aya baxıb dua etməyin yalnız bu forması gəlib. Yəni "hilal" (təzə ay) görünərkən Allah Rəsulu bu duanı oxumağı tövsiyə edib:

ardını oxu
28-01-2014
Salam aleykum. Mən namaza başlamaq istiyirəm, bəzən sözlər yadımdan çıxır, namaz qılsam kitaba baxıb qıla bilərəm?
Cavab:

Aleykum salam. Namaz qılmağa yeni başlayarkən, namazın söz və hərəkətlərini tam mənimsəyənə qədər namaz qıla-qıla vərəq və ya kitabdan istifadə etməkdə günah yazılmır. Bu xüsusda Uca Allah buyurur: "Bilməyərəkdən etdiyiniz səhvlərə görə sizə günah yoxdur.

ardını oxu
28-01-2014
Salam aleykum. Deyirler ki, möhürün yazılı tərəfinə səcdə etmək günahdır, zəhmət olmasa sualımı cavablandırın, bu fikir dogrudur yoxsa yalnısh?Öncədən təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Nəzərinizə çatdıraq ki, möhür haqqında, şəriətdə heç bir səhih məlumat varid olmamışdır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılıb.

ardını oxu
28-01-2014
Xüms nədir?
Cavab:

"Xums" sözünün lüğəti mənası "beşdə bir" deməkdir. Şəriətdə isə xums dedikdə, kafirlərlə döyüş zamanı əldə olunan qənimətlərin beşdə bir hissəsi nəzərdə tutulur. Döyüşdən sonra qənimətlər beş yerə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir.

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Qorxan adami qurgushunla yaxudda childag elemek gunahdir? Yoxda dogrudanda, qorxulugu goturur axi...
Cavab:

Aleykum salam. Ümumiyyətlə dinimizə görə bu kimi əməllər bəyənilmir.

ardını oxu
28-01-2014
Salam aleykum. Ushagim geceler qorxaraq durub aglayir ele bil ustune ne ise cumur. Qurana qulaq asdirdiq dediler qorxub. Dua yazilib amma o dua ustunde olanda rahat yatir dua olmayanda eyni hal yene davam edir ve chox aglayir. Mene deyilir ki, sene namaz gelir gerek namaz qilasan ushagin duzeler.
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir.

ardını oxu
28-01-2014
Esselemu aleykum va rahmetullah. Menim dayim tezelikle rehmete gedib ve onun hele 40-i chixmayib ve menim xalalarim babamin qebrine geden vaxti onunda qebrini ziyaret edibler ve o gunden son dayim oglu oz atasini yuxuda gorur ki, atasi deyir ki, ustumde yuk var.
Cavab:

Aleykum salam.

ardını oxu
28-01-2014
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab:

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş.

ardını oxu
28-01-2014 sieden
Salam aleykum. Menim sualim beledir ki, men islami toy etmek isteyirem. Amma qarshimda sedd ve manie var. Odaki valideyinlerimdi. Menim vezifem nedir? Yeni ki, men islami toy etmeliyem yoxsa valideyinimin dediyi haram toy etmeliyem?
Cavab:

Aleykum salam. Əlbəttə, valideynlərə itaət etmək şəriətlə vacib məsələlərdən biri olsada, Allaha asilikdə məxluqata tabeçilik yoxdur. Siz bacardığınız qədər valideinlərinizi başa salmağa çalışmalısınız, əgər başa düşsələr  Allaha çoxlu həmd edin.

ardını oxu
28-01-2014
Salam aleykum. At ili heqiqeten murad ilidir?
Cavab:

Və aleykum Salam. Bu haqda islamda heç bir məlumat verilmir. Ümumən islam dini bu cür xurafatların əleyhinədir. Heyvan illəri, bürclər, ulduzlar, aylar, illər, günəş, ay, ulduzlar və s. səma cisimləri insanların və kainatın taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil.

ardını oxu
28-01-2014
Salam aleykum. Mene maraqlidir ki, cinler haqda Quran da yazilib? Yeni vardir? Zehmet olmasa bu barede etrafli melumat veresiz.
Cavab:

Aleykum salam. Bəli cinlər mövcuddur. Həm Qurani Kərimdə həm də peyğəmbərimizin səhih hədislərində bu barədə geniş məlumat verilir. Allahın yaratdığı canlı növlərindən biridir. Mələklər və insanlar kimi şüura malikdirlər.

ardını oxu
28-01-2014
Salam aleykum. Sag elinin hansi barmagiyla zikir edek? Nece edek ki, 33 defe olsun?
Cavab:

Aleykum salam. Peyğəmbərimizdən - ona və  ailəsinə Allahın salavatı və salamı olsun - rəvayət edilir ki, o, sağ elinin barmaqları ilə zikr edərdi. Lakin, bu zikrləri hansı üsulla etməsi barəsində səhih hədislərdə hər hansı bir məlumat verilməmişdir.

ardını oxu
28-01-2014
Salam aleykum. Əgər bir şexs namaz qilmirsa, oruc tutmursa onun hecce getmesi qebul olunurmu?
Cavab:

Aleykum salam.

ardını oxu
28-01-2014
Salam aleykum. Men vitr namazini üç rükət qılmışam. Mene bele başa salıblar ele de qılmışam. Yeni deyibler ki, yatsi namazından sonra üç rükət qılınır. Bu günah deyilki?
Cavab:

Aleykum salam. Sizin qıldığınız Vitr namazı səhihdir. Vitr namazı işa namazının son iki rükət sünnətindən sonra, iki rükət ayrıca və bir rükət də ayrıca, yaxud bütovlükdə üç rükət şəkilində qılınan namazdır.

ardını oxu
28-01-2014 Sebine
Salam aleykum. Menim sevgilim var idi chox sevirdik bir birimizi. Ama uch (3) il qabaq ayrildiq ve indi bashqasi ile evlidi ve ushagi da var. Kechen iller iki ilden sonra ilk defe danishdiq gorushduk.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?

ardını oxu

Pages