25-04-2017 Xanim xanim
heys halda qaldiqimiz vaxtin qezasini qilmayliq?
Cavab:
Salam aleykum. Şəriətə görə heyz (aybaşı) və ya nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur) olan qadın buraxdığı namazların qəzasını qılmır, Ramazan orucunda buraxdığı günlərin qəzasını isə tutur. Daha ətraflı:
ardını oxu
25-04-2017 semed
salam Aleykum. men axsam namazimi qilib bitirdikden sonra baxdim ki vaxti kecib . saata baxmadan qildim. indi namaz sayilirmi?
Cavab:

Və aleykum Salam. Bəli, namaz sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).

ardını oxu
25-04-2017 x malcom
Nəhl surəsi 63 ayədə(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar! Ayədə Allah özünə and içir ?
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl­ göstərmişdi. (Şeytan), bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır".

ardını oxu
25-04-2017 Nazrin
Salam alaikum. Size bir sualim var. Niye mehz iti evde saxlamaq olmaz? Bashqa heyvanlara icaze verilir,amma mehz it saxlamaq muselman dunyasinda gunahdir?! Niyeside efsanalerde yazilir,yeni ki bir fakt ortagligda yoxdu.
Cavab:
Və aleykum Salam. Bu qadağa əfsanə deyil, Uca Allah öz peyğəmbəri (salləllahu aleyhi və səlləm) vasitəsilə bunu bizə bildirib. Uca Allah buyurur: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir". (ən-Nəcm, 3-4). 
ardını oxu
25-04-2017 tunay
salam aleykum menim sualim budur men herden o qeder ALLAHA bağlaniram ki yeni sozle demek bele mumkun deyil ALLAHİMİ gormek isteyirem yeni darixiram aglayiram bu gunah olmaz ki?ve xaiw bu sualimida cavablandirin ALLAH bir qizin bextini acir ve niwanlanir qizda ALLAHA dua edir ki bextimi yazdiqin yer
Cavab:

Və aleykum Salam. Allaha qovuşmağı arzulamaq və bunun üçün can atmaq gözəldir. Amma can atmaq dedikdə xeyirli əməllər edərək, Allahın sizə verdiyi vaxtdan istifadə etmək başa düşülür. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at.

ardını oxu
25-04-2017 Konul Eliyeva
Salam.Men aileli olub bosanmisam.Hal hazirda namaz qiliram.Geyri resmi bir neferle gorusurem.Kebun vacibdir mene?Kebinsiz gorusmek mene gynahdir?Jebin mutleqdir?
Cavab:

Və aleykum Salam. Aranızda kəbin yoxdursa, siz bir-birinizə naməhrəm sayılırsınız. Naməhrəmlərin görüşməsi, canlı, telefonla və ya yazışaraq söhbət etməsi günahdır.

ardını oxu
25-04-2017
Salam.Su çiçeyi xesteliyine göre su ile destemaz ala bilmirem.amma teyemmümde edə bilmirəm.çunki xestelinden uzde suluq yaralar olur torpaq toz vursam infeksion xəstələrə yola aça bilerem.. xaiş edirem mene bir yol göstərin.. men namazımı dayandırmaq istemirəm
Cavab:
Və aleykum Salam. Belə xəstəliklər zamanı üstü hamar daşın üzərində toz-torpaq olmadığı üçün onunla təyəmmüm edib namaz qılmaq lazımdır. Daş ilə təyəmmüm isə adi təyəmmüm qaydası kimidir. Daha ətraflı:
ardını oxu
25-04-2017 rufa
Salam. əgər yoldaşım telefonla başqa bir qadınla mesajlaşırsa, ona sevgi mesajları göndərirsə bu günah sayılarmı? onun hesabı sarulacaqmı? xəyanət sayılarmı?
Cavab:
Və aleykum Salam. Naməhrəmlə zərurət hallarını çıxmaq şərtilə görüşmək, danışmaq, yazışmaq və s. günahdır. Bu həmçinin, Allahın murdar adlandırdığı zinaya yaxınlaşdıran əməldir: "Zinaya yaxınlaşmayın.
ardını oxu
25-04-2017 gizlin qalsin
Salam Aleykum mənim sualim belədir bir qocaq qadin birinə hər an əziyyət verir hər cür zülüm edir amma zülüm çəkən qadin səbr edib dözür mən necə edim ki o qoca insan zülüm etməsin
Cavab:
Və aleykum Salam. Zülmə məruz qalanlar onlara zülm edənlərdən Qiyamət günü öz haqlarını alacaqlar. Belə ki, Qiyamət günü zalım insan zülm etdiyi insana öz savabından verməyə məcbur olacaq.
ardını oxu
21-04-2017 M
salam.xahiş edirəm sualımı saytda yerləşdirməyin. inkubator alıb biznes kimi istifadə etmək olarmı?yəni süni yolla yumurtadan cücə çıxartmaq 2. Kirayə çadır versəm və bu çadırda əgər kişilərlə qadınlar bir yerdə oturallarsa mənə günah yazılarmı? öncədən təşəkkürlər
Cavab:
Və aleykum Salam.
1. İnkubatordan istifadə edərək qazanc əldə etməkdə heç bir qadağa yoxdur.
ardını oxu
21-04-2017 Huseynova Lale
salam aleykum. men namaza baslayib ve basimi baglamag isteyirem. amma men mektebliyem icaze vermiller basimi baglayim. men ne ede bilerem?
Cavab:

Və aleykum Salam. Hicab bağlamaq müsəlman qadınlara vacibdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 7257).

ardını oxu
21-04-2017
Salam. Qadınla qadının gizli görüşməsi, paltarlı da olsa belə qucaqlaşıb yatması, bir birinə eşq, sevgi mesajları yazmaları, bir birilərindən ayrı qala və ya yaşaya bilməmələrini söyləmələri və s. bu kimi hərəkətlər nə dərəcədə səhih və ya günah sayılır? Öncədən minnətdarlığımı bildirirəm.
Cavab:
ardını oxu
21-04-2017
Kişinin saç kəsdirməsi dəstəmazı pozurmu?
Cavab:

Va aleykum Salam. Kişinin saç kəsdirməsi dəstəmazı pozan amillər arasında yoxdur. Daha ətraflı: Dəstəmazı pozan amillər

ardını oxu
21-04-2017 Kazım
Əssalamu əleykum. Belə bir sualım olacaq. Mən zohur namzı ilə əsir namazın ard-arda qılıram. Bu namazı batil edir?? Həmçinin Şam namazı ilə işa namazın.? Xaiş bu haqda məlumat yazardız.
Cavab:
Və aleykum Salam. Heç bir zəruri səbəb yoxdursa, namazları birləşdirmək olmaz. Zəruri ehtiyac olmadan vaxtından qabaq qılınan namaz batil olur. Daha ətraflı:
ardını oxu
21-04-2017 Kazım
Salam. Sizə bir neçə sualım olacaq. Mən yeni Namaz qılmağa başlamışam. 1 ci sualım belədir. Namaz qılarkən. Səcdəyə gedərkən çox vaxt unuduram elə bilirəm bir dəfə etmişəm. Bunun üçün nə etməliyəm? Namazı yenidən qılım?
Cavab:

Və aleykum Salam. Namaz əsnasında səcdə etdiyiniz vaxt bir dəfə, yoxsa iki dəfə səcdə etməyinizi unutmusunuzsa, əlavə olaraq bir dəfə də səcdə edirsiniz və axırda salamlardan sonra səhv səcdələrini edirsiniz. 

ardını oxu
21-04-2017 Aysel
Salam. Men bilmek isteyirem ki geze geze dua etmek olarmi ? Ya ancaq uzu qibleye oturub el açib dua etmek lazimdir?
Cavab:
Və aleykum Salam. Gəzərək dua etmək olar, lakin duanın müəyyən ədəbləri var ki, bunlara riayət etmək duanın tez qəbul olmasına səbəbdir. Oturmaq, qibləyə yönəlmək, dəstəmazlı olmaq və s. bura daxildir. Daha ətraflı:
ardını oxu
21-04-2017 Allah bendesi
Salam...Bir xanim var Mominedir lakin ailesi gunah ehlidirler bu xanim cox narahatdiki bu muhid de boyuduyne gore geleceyde ailesine usaqlarina qarsi bele olar...Bu insan ne etmelidir?
Cavab:

Va aleykum Salam. Bu insan tələsmədən və bezmədən Allaha dua edərək ailəsini haqq yola dəvət etməlidir. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışarlarsa bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır.

ardını oxu
21-04-2017
Men namza erinirem indi qilaq mene cetin gelir sanki qelbim bowdu ama evvel bele deyildim indi allahin meni cezalandirmaqinan qorxuram nolar mene yol gosderin men ne edim
Cavab:

Salam aleykum. Sizin halınız iman zəifliyinin təzahürüdür, imanınızı artırmağa çalışın. Ona görə də, namaza qarşı tənbəlliyi Allahın cəzası kimi qəbul etmək səhvdir. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!

ardını oxu
21-04-2017
Dua-ixlas,qorxu ... və s.oxumaq üçün dəstəmaz və ya qüsul almağa ehtiyac var ya yox?
Cavab:

Salam aleykum. Dua və zikr etmək üçün qüslun və dəstəmazın olması vacib deyil. Amma ərəbcə Quran oxumaq, habelə Quran kitabına qüsulsuz toxunmaq olmaz. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı? 

ardını oxu
21-04-2017 Namelum
Əs Sələmu Aleykum Bele bir sualim var men ibadete bir nece il olar baslamisam ve din haqda zda olsa bilgim var ama tam yox men elm almaqcin ozum neden baslamaliyam neden,xais edirem bu sualima cavab veresiz
Cavab:
Və aleykum Salam. İlk növbədə tövhid (yalnız Allaha ibadət, onun ad və sifətlərinə iman gətirmək) öyrənib şirkdən (Allaha şərik qoşmaqdan) çəkinmək lazımdır.
ardını oxu
21-04-2017 anonim
SALAM.Xahiş edirem tez cavablandlraslz.Men 8il aileli olmuşam.9ay bunnan qabaq yoldaşlmnan ayrildlm.Yeni obizi istemedi.3uşaq var.8il boyunca keçine bilmirdik.tehqir şiddet.9aydl bizi ne axtarır ne soruşur.men namaz qilanam.telefon vasitesiyle bir namaz qilan oğlanla tanlş olmuşam.
Cavab:
Və aleykum Salam. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin kağızı qüvvədən düşür. Amma əgər boşanma olmayıbsa, ərinizin yaxınları və ağsaqqalları ilə əlaqə saxlayın və bu vəziyyəti həll edin.
ardını oxu
19-04-2017 ...
Salam.Yaddaşı artırmaq üçün dualar,namazlar varmıdır?Əgər varsa duaları yazardız və namazın düzgün qılınma qaydası necədir??
Cavab:
Və aleykum Salam. Bunun üçün xüsusi dua və namaz olmasa da, müəyyən əməllər var ki, bunlara riayət etdikdə yaddaş güclənir. Həmçinin, istədiyiniz sözlərlə yaddaşınızın mökəmlənməsini Allahdan istəyə bilərsiniz. Namazın qılınma qaydasını da saytımızdan öyrənə bilərsiniz:
ardını oxu
19-04-2017 V
Salam . men 1 ci qrup elilem namaz gilmag isteyirem amma mene ele bir werait yoxduki ozum destnamaz alim , ve yaxudda her hansi iwlerimi gorum evde adam olsada biliremki muveqqeyi kimse edecek sora bezexek davamli olmayacag.ozumde yaxshi geze bilmirem elil arabasinda oluram .
Cavab:

Və aleykum Salam. Dəstəmaz almaq mümkün olmayanda təyəmmüm alıb namazlarınıza davam edin. Allah sizə kömək olsun! Daha ətraflı:

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

ardını oxu
19-04-2017 rufa
keçmişdə etdiyimiz günahlara görə necə tövbə edə bilərəm? Hansı zikrləri edərək tövbə edə bilərəm? 2ci sualım odurki ərimin cibindən pul götürdüyümdə günah sayılarmı? əgər götürdükdən sonra deyirəmsə?
Cavab:
Salam aleykum.

1. Bu cavabları oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?
ardını oxu
19-04-2017
Salam zehmet olmasa cavablandirin.Yusif suresinin"Inna rabbi latifun lima yeşau innehu huvel alimul hakim"bu ayesini hergun bacardgn qeder oxumag olar?ve eyer birnecegun yadinan cxsa gunah sayilir?men bu sureni bir qohumumun hebsden qurtulmasycin oxuyuram geleceydede tez tez oxumag fikirl
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "...İnnə Rabbii lətııfun liməə yəşəəəəu, innəhuu huval-aliimul-həkiim" - Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir". (Yusuf, 100).
ardını oxu
19-04-2017
Salam. Hamile qadinin donuz eti istemesi gunahdirmi?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "O (Allah) sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (naəlac qalıb) (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz.

ardını oxu
19-04-2017
Men namaz qilmaq isteyirem.amma bilmiremki nece qilim
Cavab:
Salam aleykum. Əgər Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qıldığı namazı öyrənmək istəyirsinizsə, saytdakı NAMAZ VİDEOSUNA baxın.
ardını oxu
19-04-2017
Allahin salami olsun haminiza...
Cavab:
Va aleykum Salam. Əgər siz tapşırmaq dedikdə Quran oxuyub savabını ölülərə verməyi nəzərdə tutursunuzsa, ölülər üçün Quran tapşırmaq olmaz, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.
ardını oxu
19-04-2017
Salam aleykum. Qurana esasen goz deyme varmi??? Eger vardirsa hansi surede ve hansi aye?? Indiden tewekkurler.
Cavab:
Və aleykum Salam. Bəli, Uca Allah buyurur: "Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): "O, dəlidir!" - deyirlər.
ardını oxu
19-04-2017 Vusal
Salam. Namaz qilarken qunut tutulanda istenilen dua edile biler yoxsa mueyyeen dualari soylemeliyik?.
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) fərz namazlarında yalnız bir ay müddətində çətinlik və bəla üz verdiyinə görə qunut tutmuşdur. Ona görə ciddi ehtiyac yoxdursa, fərz namazlarında qunut tutmağa ehtiyac yoxdur.
ardını oxu
19-04-2017 Allahii seven bendeden
Namaz ehline kasib bir insanin salamini almamaq nece qiymetlendirilir din baximindan
Cavab:
Salam aleykum. Dinimizə görə salam vermək sünnə, almaq isə vacibdir və bu zaman varlı-kasıb deyə fərq qoymaq olmaz. Salamı almayan günah qazanır.
ardını oxu
19-04-2017
Xristianlarla dostluq edile bilir mi?- ve heyvanlar öləndən sonra hara gedirler?
Cavab:
Salam aleykum.
ardını oxu
19-04-2017
Salam.biz yoldasimla sevib evlendik.10 ildi biryerde yasayiriq.onu heqiqeten cox sevdim.bu yaxinlarda oyrendim uzun muddetdir xeyanet edirmis.meni bosamir.deyir bosansan oldurecem.mende o olmadan yasamagi nece bacararam bilmirem.sanki onunla nefes aliram.zinanin sebebini sorusanda deyir sehv etmisem
Cavab:
Və aleykum Salam. Zina böyük günahdır, bunu edib tövbə etməyənlər axirətdə şiddətli əzaba düçar ola bilərlər. Kişinin zina etməsi həmçinin öz xanımının haqqına girərək qul haqqı günahı ilə yüklənməsidir.
ardını oxu
15-04-2017 Mahir
Hər kəsə salamlar.Qardaşımın ailəsinə bir qadın müdaxiləsi var.Artıq 2 ildir ki, onu ətrafımızdan uzaqlaşdıra bilmirik.Artıq ailədə hər kəs bütün yaxınlarımız bununla mübarızə aparır.Səbəb isə gəlinimizin ona hər kəsdən daha çox önəm verməsidi.Hər dəfə o qardaşım haqqında dediyi uydurmalara gəlinimi
Cavab:

Və aleykum Salam. Ailə dağıtmağa çalışmaq şeytan işidir və ən böyük günahlardandır. Uca Allah buyurur: "...şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.

ardını oxu
15-04-2017
Temiz olmayan bedenle sure oxumaq olar
Cavab:
Salam aleykum. Natəmiz dedikdə sadəcə bədənin çirkli olmasını nəzərdə tutursunuzsa, bu halda Quran oxumaq icazəlidir. Amma qüsl pozulubsa, mütləq yenidən qüsl alınmalıdır. Daha ətraflı:
ardını oxu
15-04-2017 Fağır insan
Salam, mən uşaqlıqdan bəri fağır insanam, başda valideynlərim olmaqla hər kəs məni danlayır, sakit olma fəal ol. Amma ola bilmirəm. Mən nə edim ? Fağır olmaq günahdırmı ?
Cavab:

Və aleykum Salam.

ardını oxu
15-04-2017 Humay
Salam Sizə bir sualim olacaq mən 2dəfə ali məktəbə girmək üçün imtahan verdim lakin kəsildim.Mənim bu halima kinayə ilə zarafat edirlər onlar günah edirlərmi?
Cavab:

Və aleykum Salam. Sizin hər hansı uğursuzluğunuza görə sizi ələ salıb xətrinizə dəyənlər günah qazanırlar və sizin haqqınıza girirlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar.

ardını oxu
15-04-2017 ...
Salam aleykum.Bilmək istərdim ki,başqa planetlərdə həyatın mövcudlugu,yad planetlilər haqqında fikirlərə dinimizin münasibəti necədir?Həmçinin də kainatın yaranması haqqındakı faktlar barəsində??
Cavab:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Yadplanetlilər varmı?
ardını oxu
15-04-2017 sahil
salam.namz zamani ve ya namazdan sonra destemazin pozulduqu yadina duserse qilinan namza bati olurmu?
Cavab:

Və aleykum Salam. Dəstəmazın pozulduğu namaz zamanı və ya namazdan sonra yadınıza düşərsə, yenidən dəstəmaz alıb namaz qılmalısınız. Daha ətraflı:

Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
15-04-2017 Ayka
men qusul alanda suyu bawima tutub 1 defe heyz qusulu aliram vaciben qurbeten ilallah deyirem ve bu sozu 1defe sag 1defede sol ciynimden su tokende deyirem. sag ciynime sag elimle sol ciynime sol elimle su tokurem.bu cur qusul almaq olar yeniki duzgundur qusul sayilir bu?
Cavab:
Salam aleykum. Niyyəti dil ilə demək düz deyil. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
ardını oxu
15-04-2017 Ayka
Salam.Qurani Kerim kitabini azerbaycan dilinde oxumaq olar? Mendeki Qurani Kerim Kitabi Azerbaycan dilindedi.erebce oxuya bilmirem. ve Qurani Kerim Kitabini destemaz alib bawimi baglayib oxumaliyam?
Cavab:
Və aleykum Salam. Bəli, Qurani-Kərimin azərbaycan dilinə mənaca tərcüməsini oxumaq olar və bu, xeyirli əməllərdəndir. Bunun üçün dəstəmaz almaq və ya hicab geyinmək lazım deyil. Qadın hətta ərəb dilində olan Qurani-Kərimi hicabsız oxuya bilər.
ardını oxu
15-04-2017 Ayka
Salam.Qurani Kerim kitabini oxuyandan sora dua etmek lazimdi ya duani edib sora Qurani oxumaq?
Cavab:

Və aleykum Salam. Quran oxumağa başladıqda "əuzu billəhi minəş-şeytanir-racim" deyilir. Uca Allah buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!" (ən-Nəhl, 98).

ardını oxu
15-04-2017
Salam aleykum..Camaat namazi ile adi namazin niyyeti eynidir? Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Niyyəti dillə demək düzgün deyil. Qəlbinizdə hansı namazı tək və ya camaatla qılmağı bilməniz artıq niyyətdir. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
ardını oxu
15-04-2017 Elçin
Salam.Zina etmiş adam tövbə etməmiş rəhmətə gedibsə onun cəzasının yüngülləşməsi üçün nə etmək olar ? öncədən təşəkkürlər
Cavab:

Və aleykum Salam. Zina edənin cəzasının yüngülləşməsi və o insanın bağışlanması üçün Allaha dua etmək lazımdır. Allah istəsə həmin şəxsə yüngüllük bəxş edəcək. Daha ətraflı: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

ardını oxu
15-04-2017 guler
salam.size sualim odurki meyit qüsülu deyilen bir sey varmi?onu nece alirlar.qaynanam qolumda kecinib.hami dedi qüsl al ve onun yatdigi yorgan doşeyide qülülla.bu nece olur?duzgundurmu?
Cavab:
Və aleykum Salam. Ölən adama toxunduqda qüsl almaq vacib deyil, amma bəyənilən haldır. Bu da adi qüsl kimidir. Yorğan-döşəyi qüsl etmək anlayışı yoxdur, istəsəniz onları yuya bilərsiniz. Daha ətraflı: 
ardını oxu
15-04-2017
Əs Salamu Aleykum ! məsəlçün oğlum ikinci dəfə evlənib və evlənəcəyi qizinda oğlu var 10 yaşinda mən həmən nəvəmin yaninda hicabi aça bilərəm ?
Cavab:

Va aleykum Salam. Həmin oğlan uşağı həddi-büluğa çatdıqdan sonra sizin onun yanında hicabsız gəzməniz şəriətlə icazəli deyil, çünki o, naməhrəmdir. İslam dininə görə həddi-büluğ insanın cinsi yetkinliyə çatdığı vaxtdır.

ardını oxu
15-04-2017 Ləman
Salam Aleykum.mən azan duasında Allahummə rabbə həzihid.də vatid təmmə vəssalətil qaimə əti muhammədənil vəsilətə vəl fədilətə vəddaracətəl rafia.vəb ashu məqaməl məhmudənilləzi və attəh.innəkələ tuxliful miad deyib Savalat gətirirəm.kursda belə öyrədiblər bizə.saytda isə vəddaracətəl rafia sözü yox
Cavab:
Və aleykum Salam. Səhih hədislərdə siz dediyiniz əlavə yoxdur. Səhih hədislərdə aşağıdakı kimidir:  
"Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu".
ardını oxu
15-04-2017 ...
Salam aleykum.Deyirlər ki,qaşıq-bıcaq düşəndə,sagsagan caqqıldayanda qonagın gəlməsi,əlin ici qaşınanda pul gəlməyi,yasın adınasıynan üç günlüyü eyni günə düşəndə dalınca ölünün getməsi kimi şeylər xurafatdı.Ama mən dəfələrlə bunu sınayıram hər dəfə düz cıxır.Məncə təsadüf 1-2 dəfə olar bu qədər təs
Cavab:
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389). Bir dəfə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı.
ardını oxu
15-04-2017 Əftən
Salam basqasinin profil seklini icazesiz goturmek nece adlanir xahis komek ederdiz
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, insanın öz şəklini və ya digər canlıların şəklini profilə qoyması düzgün deyil.

ardını oxu
15-04-2017 Abdul Cəlil
Assalamu aleykum.Mən özüm Namaz qılanam Alhamdulillah...sasəcə arvadım qılmır...onu necə məcbur eləmək olar Namaz qılmaq üçün xajş edirəm mənə bir məsləhət verəsiz
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Ta Hə, 132); "Ey iman gətirənlər!
ardını oxu

Pages