17-09-2023
Salam menim 16 yaşım var ve 3 ildi namaz qılıram lakin emim oğlunun dediyine göre biz türklerin üstünde qılırıq ve bu yanlıştı. Bir çox videolara baxıram ama hansı doğrudu bilmirem başa salarsız zehmet olmasa, Birde ki Meshebler doğrudur ya yox?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
17-09-2023 Hesen
Salam Aleykum, Heyat yoldaşının günahı erine yazılması meselesi doğrudurmu
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
17-09-2023
Heyzli halda dəstəmaz almaq olar?
Cavab:
ardını oxu
17-09-2023 K
Assalamu Aleykum.Hicab geyinen qadin güzgüde özünü çirkin görmesi ve ya şalın ona yaraşmadiğini hiss etmesi vevesedirmi?Mende iltihabli deri xesteliyi yeni sepkiler çixib bir müddet sağalmişdi sepkiler yene tezeden sepki emele gelib ve bu defe cenabet qüsl almaq isteyende bedenimde sepki olan yerin
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu
16-09-2023
Salam Aleykum, gününüz xeyirli olsun. Mənim 2 sualım olacaq. 1. VÖEN açmaq üçün fiziki və ya hüquqi şəxs olaraq, bank kartı açılması lazımdır. Bu günahdırmı? 2.
Cavab:
Və aleykum Salam. 

1) Kartda saxladığınız məbləğə görə üzərinə faiz gəlməyən kartlardan istifadə etmək icazəlidir. Ətraflı oxuyun:

Debet kartlarından istifadə etmək olarmı?
ardını oxu
16-09-2023 Adsiz
Salam aleykum. Men evlenmemişden önce başqa birisin isdeyirdim. Amma ailem vermədi alınmadı. Sonra heyat yoldasim olacaq adam geldi heyatıma. Ailemnen isdedi meni. Onu sevmeye basladim. Herseydə bir xeyir var dedim. Sevdim heyat yoldasimi.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Yalandan Allaha and içməyin kəffarəsi nədir?
ardını oxu
16-09-2023
Salam.Terkibinde spirt olmayan enerjili içkilər harammı?
Cavab:

Və aleykum Salam. Tərkibində spirt olan energetik içkilər haramdır.

ardını oxu
16-09-2023 orxann
Əssəlamu Aleykum.Kiçik subaşına çıxdıqda ehtiyacı ödədikdən sonra,övrətdə qalan az miqdarda damcıları çıxartmaq üçün övrəti silkələmək,sıxmaq vəs.bunun kimi şeylər edməklə övrətdə yəni kanalda qalan damcıları bu şəkildə çıxartmaq izacəlidi?Bu artıq adət halını alıb məndə hər dəfə səxaraq və ya silkə
ardını oxu
16-09-2023 Sabina
Əs salamu aleykum və rahmətullahi və bereketahu əvvəlcə demək istedirdim sualımı cavablandirginiz üçün Allah razi olsun. Sualim budur ki men qubaya gəldim evlendiyim üçün yoldaşımin işi Bakıda olduğu üçün de bura köçməli olduq yeni kiraye qaliriq indi biz amma yoldaşımin işi burda daimidi səfər nam
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabı oxuyun:

ardını oxu
06-09-2023 Munzir
As salamu aleykum.men Uca Allahın adlarını bilirem, lakin dua zamanı bu adları nece istifade edeceymi bilirem.Nümüneler göstererek izah ederdiz.CezakAllahu xayran
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
06-09-2023 Allahın qulu
Salam. Bayaq qıldığım namazda Salamları demek yadımdan çıxdı sonra diger namazımı qıldım. Birden bayaqki, namazımda Salam demədiyim yadıma düşdü. İndi men yene o namazı qılmalıyam
Cavab:

Və aleykum Salam. Namazın sonunda salam verməyi unudan şəxs əgər qısa zamanda yadına düşərsə dərhal qayıdıb salam verməli sonra səhv səcdəsi etməlidir. Əgər uzun müddət sonra xatırlayarsa, bu halda namazı batil olur və bu namazı yenidən qılmalıdır.

ardını oxu
06-09-2023 Yaşar
Assalamu Aleykum.Sizden bir neçe mesele barede soruşmaq isterdim.Muxtar Sefeqi peygemberliq iddiasında olubmu? Said Nursi'nin kitablarını oxumağa icaze varmıdır? Xeyr deyirsinizse,xaiş edirem etrafli izah edesiniz.Cunki etrafimda bele insanlar var oxuyurlar Allah elminize bereket versin.
Cavab:

Və aleykum Salam. Tarix kitablarında Muxtar əs-Səqafinin (hicri 1-67/ miladi 622-686) yalançı olduğu və özünə vəhy nazil olduğunu iddia etdiyi bildirilmişdir. Böyük tarixçi əz-Zəhəbi özünün "Siyər əl-Ələm ən-Nubələ" əsərində onun barəsində belə demişdir: "Yalançı olmuşdur...

ardını oxu
06-09-2023 Anonim
Salam. Hər vaxtız xeyir? Necəsiz? Sizdən xahiş budurki,gündəlik ədəb ərkan qaydalarını yazasız? Birdəki saytnızda olan Namaz qılma qaydalarını pdf formasında olsa əla olar. Teldən oxumaq olmur. Çap edib daha yaxşı oxumaq olar. Çox böyük dəstək olursuz,bu sayt sayəsində bilmədiklərmizi bilirik.
Cavab:

Və aleykum Salam. Saytımızı bəyəndiyiniz üçün çox sevindik. Uca Allah müsəlmanlar üçün faydalı etsin! Gündəlik ədəb qaydaları çox böyük mövzu olduğu üçün bu mövzunu əhatə etmək mümkün deyil. Saytımızda bəzi ədəb qaydaları barədə məlumat vermişik. Ətraflı oxuyun:

ardını oxu
06-09-2023
Evimizdən cadu tapılıb. Cadu mənə mənim köhnə əşyama olunub. Zənn edirəm ki ailə qurduğuma gözü götürməyənlər bunu edib ki yuvam dağılsın. İllərdi namaz qılıram, hər gecə dualar oxusamda sanki bu ağırlıq üstümnən çıxmır.
Cavab:

Əssələmu aleykum. Dinimiz bizə cadunu necə batil etməyi öyrədib. Bu barədə ətraflı oxuyun:


Evdən cadu tapıldıqda nə etmək lazımdır?



ardını oxu
05-09-2023 Həcər
Salam aleykum.İslamin qadına dəyər verdiyini və onu uca tutduğunu bilirəm.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
05-09-2023 Fidan
Salam. Her vaxtınız xeyir. Zehmet olmasa Vaqie suresinin transkripsiyasını yazarının bura. Çoxsağolun
Cavab:

Və aleykum Salam. Heç bir transkripsiya ərəbcə oxunuşu əvəz edə bilməz, çünki ərəbcə bir çox hərflərin azərbaycanca qarşılığı yoxdur. Quranı ərəbcə oxumağı öyrənməyinizi məsləhət görürük, bu çox asandır. Həmçinin oxuyun:

ardını oxu
05-09-2023 Enver
Salam, uca Allah Quranda buyururki ayesin menasin deyirem - Allah yaxsiliq edenleri sever..diger aye - Allah adil olanlari sever...ve bizde biliriyki Allahin sevdiyi emeller ibadetdir..demeli yaxsiliq etmək, adil olmaq ibadetdir..Men bezen ibadet qesdi olmadan Allah ucun yox insanlarin qelbinde sevg
ardını oxu
05-09-2023 Lamiye
Salam.menim 26 yaşım var qadinam.bakireliyim istemeden pozulub.o gunnen zina edirem ozumle bacara bilmirem nəfsimə hakim ola bilmirem.bedenim isteyir ozumnen aslı deyil.bilirem zina boyuk gunahlardandir.tobe etmek isteyirem ama biliremki yene isteyecem bacara bilmeyecem ozumle ona gore tobe etmirem.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
05-09-2023
Salam Aleykum. Mene 8 martda hediyye alıblar götürmek Günahdı?
Cavab:

Və aleykum Salam. Qeyri-müsəlmanların bayramlarında verilən hədiyyələri götürmək düzgün deyil. 

ardını oxu
04-09-2023
Salam,men bir insana tovbe etmek isteyirem.ve onun üçün tovbe namazi qilmag istyrem,bu duzgundur?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-09-2023
Salam. Kişi məni(sperm) çıxmaması şərti ilə öz cinsi organı ilə "oynaya" bilər? Bu istimna sayılır?
Cavab:

Və aleykum Salam. İstimna etmək - əl ilə spermanın gətirməyə deyilir. Əgər sperma gəlməyibsə bu istimna sayılmır. Lakin bu əməl istimna etməyə səbəb ola bildiyi üçün bu əməldən çəkinmək lazımdır. Həmçinin oxuyun:

ardını oxu
04-09-2023
Salam. sualıma göre çox üzür isteyirem , menden tez tez şehvet hissi olmadan axıntı geleri ve siz bu axıntının necis olmadığını amma desnamazı pozduğunu deyirsiniz bu axıntı ise desnamaz alıqdan sonra hetda namzın üstünde olarken bele gelir men bu halda ne etmeliyem bele qıldığım namaz batil olur.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-09-2023
Qadin ne uçun mehz dayisinin emisinin yaninda aça biler..Amma dayisi oglu ,emisi oglunun yaninda hicabli olmalidi?Sebeb?
Cavab:

Əssələmu aleykum. Uca Allah bəzi qohumları qadına məhrəm etmişdir. Qadına məhrəm sayılan qohumlar qadına valideyn yerindədirlər və heç bir halda onunla evlənə bilməzlər. Məsələn, əmi, baba, dayı, qardaş və s. Qadının dayısı oğlu, əmisi oğlu, xalası oğlu və bibisi oğlu isə onunla evlənə bilərlər.

ardını oxu
04-09-2023
Qadın tampon edirse namaz qıla biler?
Cavab:

Əssələmu aleykum. Bəli, tampondan istifadə edən qadın namaz qıla bilər. 

ardını oxu
03-09-2023 .
Salam Aleykum.Ölüme nece hazirlaşmaq olar? Axiret üçün daha çox neler etmeliyik.?Bezen yorğun olanda ayaq üste dura bilmirem yuxudan duranda bedenim ağriyir bele olan halda oturaraq namaz qila bilerimmi? Birde oturaraq namaz nece qilinir?
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu
02-09-2023
Salam aleyküm Kerbela getmeyin hökmü?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
02-09-2023 Adam
Seri Elm oyrenmeye, quran ezberlemeye baslayandan beri meni gunduzleri yuxu tutur. Seherler oyana bilmirem. Ancaq yatmaq ve dersleri ertelemek keçir ağlımdan. Bunun səbəbi və müalicəsi nədir?
Cavab:

Əssələmu aleykum. İslam alimləri bildirmişlər ki, yalnız cihad edərkən insana gələn yuxu və mürgü Allahdandır. Çünki bu halda gələn yuxu insana qəlb rahatlığı və əminlik gətirir.

ardını oxu
02-09-2023 Abubakr
Salam Aleykum ayaqqabının altı şalvara deyerse nəcis olurmu mən təmizlikdə artıq çox diqqətli olmuşam mene təmizlik barədə çox subheler gəlir mən bunlara fikir vermədən olarmı meni bu şübhələr artıq vaxtımi alır sıxıntı verir ele suallar yaranır ki, mende belkede 40 il ibadet eden insanda ele sualla
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kişilərə şalvarlarını topuqdan aşağı salmamağı buyurmuşdur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
02-09-2023
Salam Aleykum mənim bir sualım var. İndiyə kimi cənəbət qüsulu kişiyə aid kimi bilmişəm ama təzə bildim ki həm qadına həm kişiyə aid qüsldu mən dəfələrlə öz üzünə şəhvətlə boşalma başverib sadəcə mən eləcə çimmişəm yəni qüsldan xəbərsiz olaraq yada geyimimi dəyişmişəm.
Cavab:

Və aleykum Salam. Hökmünü bilmədiyiniz üçün əvvəlki ibadətləriniz qəbuldu. Ətraflı oxuyun:

ardını oxu
02-09-2023
Salamaleykum. Sualım belədir. Bir tanışım var. Məcbur onunla görüşməliyəm. Deməli bu insan məni incidəcək sözlər deyir, ailəm haqqında pis danışır, arxamca danışır, yan yana olandada söz atırdı mənə mən Allah üçün bu adama həmişə səbr etmişəm.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
31-08-2023 Besti
Salam. Uşağa Araf adini qoymaq olar?
Cavab:

Va aleykum Salam. "Araf" sözünün ərəbcə mənası "hündür yer" deməkdir. Bu adın insana qoyulması icazəlidir. Ətraflı oxuyun:


 Uşağa ad qoymaq barədə

ardını oxu
31-08-2023 Anonim
Salam Aleykum men her defe namaz qılıb buraxıram buna görede özümü çox pis hiss edirem çox isteyirem namazmı buraxmadan qılım hiss ediremki imanımın zeifliyindendi.Yeniden tövbe edib başlamaq isteyirem mene komek edin meslehet verin ,men ne edimki davamlı olaraq namazımı qılım?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
31-08-2023
Salam Aleykum sualim budurki..bir kisi qadini yataga devet edirse..qadin germirse oxudugum geder gunah etmis olur..bes sebeb gerekcesi varsa yenedemi gunah yazilir.sebeb kisinin qadinin gelbine deymesi .onu qirmasi incitmesi.ve sonra gonlunu almadan ystaga cagirmasi ne derece duzgundur..yenede qadin
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
31-08-2023
Salam1.Mən namaz qılandan bəri namaz qılanda sol ayağımın üstünə oturduğuma görə sol ayağımın üzündə qəhvəyi rəngli əzik var bu normaldır, yoxsa mən düz oturmuram?2.Qaşın ortasını almaq icazəlidir,bəs bununda bir həddi var, yoxsa kim necə istəyir o cür edə bilər?3.Keçmişdə müharibələrdə əsir düşən q
Cavab:

Və aleykum Salam. 


1) Namazda sol ayağın üzərində oturub sağ ayağın barmaqlarını qibləyə tərəf çevirmək müstəhəbdir. Qeyd etdiyiniz qəhvəyi qabar bir çox namaz qılanların ayağında mövcuddur. Bu səbəbdən sanırıq ki, oturuşunuz doğrudur. Ətraflı oxuyun:

ardını oxu
31-08-2023
Salam, çox-çox üzr isteyirem sualıma göre. Namaz qılarken ne mezi nede vedi yeni sadece axinti oldugunu hiss etdim Namaza devam etdim. Sonra ise Namazi bitirdikden sonra 2 defe tekrar yuyunub Namazi qildim. Ve eyni hallar tekrar olundu.
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir. Belə vəsvəsələrə fikir vermək lazım deyil. Əgər namazdan sonra  axıntının olmadığını görmüsünüzsə demək namazınız səhihdir və bu namazı yenidən qılmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:

ardını oxu
30-08-2023 Namiq
Salam. 1.Cennet ve cehennem qatları haqda melumatlandırardız. 2. Sırat köprüsünden keçiş nece olacaq? 3. Mehşer gününde insanlar neçe il gözleyecek?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-08-2023
Vitr namazın qılmaq məcburidir?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Vitr namazının hökmü nədir?
ardını oxu
30-08-2023 bismilləh
Əssəlamu Aleykum. Sualıma görə sizdən üzr istəyirəm, kiçik subaşına çıxanda ehtiyacı ödədikdən sonra övrəti sıxmaq, silkələmək, əl ilə tərpədmək olar? Bu düzgündür? Şübhələrim var mənim yəni belə etməsəm axı damcəlar qalır.
Cavab:

Və aleykum Salam. Subaşına çıxdıqdan sonra övrəti sadəcə yumaq lazımdır, sıxmaq və ya silkələmək düzgün deyil və bu əməl vəsvəsələrin artmasına gətirib çıxarır. Alimlər bildirmişlər ki, kişinin övrəti su nasosu kimidir, sıxdıqca və ya silkələdikcə oradan sidik axacaq.

ardını oxu
30-08-2023 Cəfərzadə Aytəkin
Salam. Şiə təriqətində Namaz 3 dəfə yoxsa 5 dəfə qılınmalıdır?
Cavab:
ardını oxu
30-08-2023 Bash
Salam aleykum. Bele bir sual verim. Yoldasim namaz qilmir. Men defelerle onunla dalawdim ki namaz qilib hicab geyinsin. Amma o ise hele tez baglamaq istemediyini deyir. Men nece edim ki o namaza gelsin ve hicab geyinsin.
Cavab:

Və aleykum Salam. Hər bir müsəlmanın vəzifəsi ilk növbədə öz ailəsini haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
29-08-2023
Salam, Ölen kesden nece halallıq almaq olar? meselen, (ona aid olan torpaqda ev tikilib ama iller sonra xeber tutmuşuq hallalıq alınmayıb ne etmeliyik? deyirler 40 gün yasin oxunmalıdır bu (gün) olaraq nezerde tutulub yoxsa 40defe yasin?
Cavab:

Və aleykum Salam. Əgər ölən insana maddi cəhətdən haqsızlıq olarsa, bu halda ölən insanın varislərindən halallıq almaq lazımdır. Həmçinin ölən insan üçün Allahdan bağışlanma diləyib onun üçün dua edə bilərsiniz.

ardını oxu
29-08-2023
Salam.25 yaşım var, subayam, həmd olsun, gündən-günə imanım artır. Bir ay var ki, hicab bağlamaq, gözləri harama girməkdən qorumaq istəyirəm, lakin anam mənə qarşı gəlir.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
29-08-2023 Elmin
Esselamu aleykum va rahmetullahi va bereketuh qardaşlar, mümkünse 3 sualımı cavablandırarsınız. 1) Valideynlerim kredit götürübler (başqa meqsed üçün) atam arada onunla bazarlıq edir, ondan yesem mene haram olmuş olarmı?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.


1) Bu cavabı oxuyun:

ardını oxu
29-08-2023 Nala
Salam aleyküm Gadın Namaz gılarken her hansı bir maye axıntını hiss etdikde ( mayenin hansı maye olduğunu bele bilmedikçe)namazdan cıxmalıdırmı ve ya davam etmelir?
Cavab:

Və aleykum Salam.


1) Namaz əsnasında axıntı baş verərsə (axıntının növündən asılı olmayaraq) bu axıntı qadının namazını batil edir. Lakin əgər axıntı tez-tez olursa, bu halda qadın üzürlü sayılır və bu amil ounun dəstəmazını pozmur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
29-08-2023 Anonim
Salam. Çox sağolun ki,belə bir sayt açıbsız. Var olun əziz qardaşlar. Belə bir sualəm var. İstəyərdim ki,geniş məlumat verəsiz. Deyirlər ki filan ildə doğulan insanın uğurlu və uğursuz istiqamətləri olur.
Cavab:

Və aleykum Salam. 

ardını oxu
28-08-2023
Əssələmu aleykum va rahmətullah. Allahın ən- Nur " və əs- Sittir" adları var?
Cavab:

Və aleykum Salam. əs-Sittir Uca Allahın adlarından biridir. Bu barədə ətraflı oxuyun:


Allahın əs-Sittir adının mənası


ardını oxu
28-08-2023 .
EsSalamu Aleykum.İşa namazindan qabaq qilinan sünnet namazi var mi?yeni işa namazinin ilk sünneti var mi ? Men işadan evvel 4 reket sünnet sonra ferzni sonda da 2 reket sünneti qiliram . Türk saytlarin birinde yazilmişdi orda deyirdi işadan evvel 4 sünnet qilmaq haqda hedisde gösterilirdi.
Cavab:

Və aleykum Salam. 

ardını oxu
28-08-2023
Axşamınız xeyir. İlk önce suallara cavab verdiyiniz üçün Allah sizden razı olsun. Bilmek isteyirdim ki, bizim kendde mescid yoxdu,qardaşımla heddi büluğ yaşımızda ireli zamanda imkanımız yaxşı olanda kendde mescid tikdirmeyi niyyet etdik.
Cavab:

Əssələmu aleykum.

ardını oxu
28-08-2023 Dadas
Salam hervaxdiniz xeyr olsun InsAllah.. Chox xais edirem bu sualimi cavablandirin cox narahatam ele bir sey olduki men dinden cixdim cox pesmanam Allah bagislasin meni narahatam nece tovbe edib geri done bilerem?
Cavab:

Və aleykum Salam. Əgər insan küfr olduğunu bilmədən, şiddətli qəzəbdən dolayı, yaxud məcbur edilərək dindən çıxan bir əməl edərsə və ya söz söyləyərsə, dindən çıxmış hesab olunmur.

ardını oxu
28-08-2023
Salam,zehmet olmasa cavablandirardiz.Men bir menbeden oxumusdum ki,Allah dan bashqa hec neye and ichmek olmaz,bu Allaha sherik qoshmaqdir.Amma Quranda "And olsun sehere" sozu kecir.Bunu nece izah elemek olar?
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu

Pages