Və aleykum Salam. Uca Allah insan hələ ana bətnində olarkən onun qədərinə nə qədər ruzi qazanacağını yazmışdır. İnsan etdiyi bütün əməllərdə ixtiyar sahibidir, lakin Uca Allah Öz elmi ilə insanın hansı yolu seçəcəyini bilir və bunu da Lövhi-Məhfuzda yazmışdır. Həmçinin bu cavabları oxuyun:
Və aleykum Salam. Əgər oruc tumadan qabaq sperma xaric olubsa, belə halda qüsl alınsa da, alınmasa da oruc tutmaq olar. Ətraflı oxuyun:
Və aleykum Salam. Ayaqyoluna gedib kiçik ehtiyacını ödədikdən sonra yuyunmaq vacibdir. Yuyunduqdan sonra qurulanmaq isə vacib deyil. Ətraflı oxuyun:
Və aleykum Salam. Səfərdə dördrükətli namazları qısaldıb iki rükət qılmaq sünnədir.
Və aleykum Salam. Quran ayələrini və surələrini dəstəmazsız oxumaq icazəlidir. Yalnız cunub (qüslsüz) olarkən oxumaq qadağandır. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Sizin üzərinizə düşən yalnız ona gözəl şəkildə Allahın varlığına dəlalət edən sübutları bildirməkdir. Həmçinin bu mövzuda olan kitabları dərsdən sonra ona təqdim edə bilərsiniz. Həmçinin oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Bəzi qadın qohumlar sizə bacı kimi olsalar da, əgər naməhrəm sayılırlarsa şəriətin qadağan etdiyi - onlarla əllə görüşüb öpüşmək, təklikdə qalmaq, üzünə baxmaq kimi əməllərdən çəkinmək lazımdır.
Və aleykum Salam. İşa (xiftən) namazı dörd rükətdir. Əgər səhvə bu namazı üç rükət qılmısınızsa, buna görə sizə günah yazılmır və bu namazları qəza etməyə ehtiyac yoxdur. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.
Əssələmu aleykum. İftar edərkən dua etmək vacib deyil. Dua etmədən iftar etməyin oruca heç bir təsiri yoxdur və dua etmədən orucu açan insanın orucu səhihdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Əssələmu aleykum. Ümumiyyətlə müsəlman içki məclislərində iştirak etməkdən çəkinməlidir. Xüsusən də iftar kimi bir ibadəti içkili məclislərdə açmaq qadağandır. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Oruc tutan insan dan yeri sökülənə qədər, yəni Sübh namazının azanına qədər yeməyi davam edə bilər. Ətraflı oxuyun:
Əssələmu aleykum. Bəli, Qədr gecəsi zövcə ilə cinsi əlaqədə olmaq icazəlidir. Ətraflı oxuyun:
Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, əksər alimlərin rəyinə görə namazı səhlənkarlıqdan tərk edən İslam dinindən çıxmır və kafir olmur. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Kəbin olmadan bir qadının naməhrəm kişi ilə yaşaması haramdır və bu zina sayılır. Buna görə qadın və kişi tövbə etməlidirlər. Ətraflı oxuyun:
Va aleykum Salam.
1) Övrət yerindən az miqdarda, ehtiras olmadan gələn spermaya görə qüsl alınmır. Qüsl yalnız şəhvətlə çox miqdarda, boşalma ilə nəticələnən spermaya görə alınır. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu, vəsvəsələrdir və onlara əhəmiyyət vermək lazım deyil. Həmçinin oxuyun:
Va aleykum Salam. Əvvəla Uca Allahdan ananıza şəfa diləyirik. Namaz elə bir ibadətdir ki, onu kiminsə yerinə qılmaq olmur. İnsan yataq xəstəsi olduğu halda belə, əgər ağlı başındadırsa, namazlarını uzanan yerdə, əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməklə qılmalıdır.
Va aleykum Salam. Bəli, orucunuz səhihdir. Ətraflı bu cavabları oxuyun:
Va aleykum Salam. Doğru olan rəyə görə Varaqa ibn Nofəl (Allah ondan razı olsun) səhabə olub. Çünki o, Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) görmüş, ona iman gətirmiş və mömin olaraq vəfat etmişdir. Həmçinin oxuyun:
Əssələmu aleykum. Hər ehtimala qarşı sehrdən qorunmaq üçün Quranın səsli oxunuşuna qulaq asın. Daha ətraflı oxuyun:
Va aleykum Salam. Qəbirləri ziyarət etdikdə ümumən dünyadan köçənlər üçün dua edilir. Həmçinin Uca Allahdan ölən insanın qəbir əzabından qorunmasını və günahlarının bağışlanmasını diləmək olar. Həmçinin cənazə namazında ölü üçün edilən duaları demək olar. Ətraflı bu cavabları oxuyun:
Va aleykum Salam. Oruclu insanın qulağına saç düşməsi orucu pozmur. Həmçinin ağıza düşən tük boğaza getməzsə orucu pozmur. Əgər qeyri-ixtiyari gedərsə, yenə də orucu pozmur. Yalnız bilərəkdən boğaza gedən tük orucu pozmuş sayılır. Ətraflı oxuyun:
Va aleykum Salam. Cəmini üç dəfə oxumaq lazımdır. Yəni əvvəl İxlas, sonra Fələq, sonra da Nəs surəsini oxuyub bunu üç dəfə təkrarlamaq lazımdır.
Va aleykum Salam. Hansı vasitə ilə olursa olsun, əsas olan nəcasətin özünün aradan qaldırılmasıdır. Ona görə də bir neçə nəm salfetdən istifadə etməklə nəcasəti təmizləmək mümkündür. Ətraflı oxuyun:
Va aleykum Salam. Namaz elə bir ibadətdir ki, onu hər bir halda qılmaq lazımdır. Əgər ayaq yolunda natəmizlik varsa və dəstəmaz alarakən nəcasətə bulaşa bilərsinizsə, bu halda su götürüb kənar yerdə və ya çöldə dəstəmaz almağa çalışın. Siz cəhd edin, Allahın izni ilə sizə asanlaşacaq.
Va aleykum Salam. Bu cavabı oxuyun:
Tərkibində haram qatışığı olan dərmanlardan istifadə etmək və ya onları satmaq olarmı?
Va aleykum Salam. Gecə namazının son rükətində qunut tutarkən sadəcə dualar edilir. 40 möminin adı çəkilməsi bidət əməldir. Ətraflı oxuyun:
Va aleykum Salam.
1) Şəriətlə icazə verilən hallar istisna olmaqla, qadın ərinin cinsi istəyinə etiraz edə bilməz. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Kəbin olmadan bir qızın naməhrəm oğlanla görüşməsi və ya ona toxunması günah sayılır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir:
Va aleykum Salam. Əgər qan təmamilə dayanmışsa, qadın heyzdən təmizlənmiş sayılır. Bu zaman qüsl alıb namazını qılmalı, orucunu tutmalıdır. Təmizləndikdən və qüsl aldıqdan sonra gələn ağ-sarı və ya qəhvəyi bulantı heyz sayılmır. Ətraflı oxuyun:
Va aleykum Salam. Əvvəla bunu bilmək lazımdır ki, qadından gələn hər axıntıya görə qüsl almaq vacib deyil. Yalnız şəhvət hissi ilə gələn və qadının ehtirasını bitirən çox miqdarda axıntı qüslü pozur. Qadının belə axıntıdan sonra qüsl alması vacibdir.
Va aleykum Salam. Heç bir üzrlü səbəb olmadan buraxılmış namazlar qəza edilmir. Üzrlü səbəbdən buraxılmış namazlar qəza edilir. Buna görə tövbə edin və nafilə namazları çoxaldın. Tövbə edərkən ayrıca tövbə namazı qılınmır. Ətraflı oxuyun:
Va aleykum salam.
Va aleykum Salam. Quranı ərəbcə azərbaycan hərfləri ilə (transkripsiyasını) oxumaq düzgün deyil. Çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur.
Va aleykum Salam. Əgər məninin şəhvətlə ifraz olunması insanın öz iradəsi ilə olubsa, oruc pozulur. Əgər qeyri-ixtiyari, yəni yuxuda olubsa, bu halda oruc səhihdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Namazların qəzasını qılmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:
Bir ay buraxdığım namazların yerinə sədəqə verə bilərəmmi?
Va aleykum Salam. Namazda edilən həra hansı səhvə görə namazdan çıxmağa ehtiyac yoxdur. Namazda səhv etdiyini düşünən sonda səhv səcdəsi etməklə namazı tamamlamış sayılır. Ətraflı oxuyun: