21-07-2023 Orxan
Əssəlamu Aleykum. Bir bacı namaz başdamaq isdəyir ancaq namzda "Əuzu Billəhi-minəş-şeytanir-racim" kəlməsini deməkdən çəkinir. Deyir deməsəm olar? Şeytan sözünü işlətmək isdəmir. Deməsə bir problem olar mı?
Cavab:

Va aleykum Salam. Namaza başlayarkən əl-Fatihə surəsindən əvvəl "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsini demək müstəhəbdir. Bu cümləni deməmək namazı batil etmir.

ardını oxu
21-07-2023 Nar
Anam men sağalanda qurban keseceyinin sözünü vermişdi sağaldım amma aylar keçsede hele qurban kesilmiyib bunun günahı var mı?Kesmemek ardıyca qurban getirirmi?
Cavab:

Əssələmu aleykum. Buna nəzir qurbanı deyilir. Nəzir qurbanı vacibdir və imkan olan kimi kəsilməlidir. Nəzir qurbanını kecikdirmək günahdır, lakin gecikdirildiyi üçün daha bir qurban kəsmək lazım deyil. Ətraflı oxuyun:

ardını oxu
21-07-2023 Aysel
Salamaleykum, menim sualım var xaiş edirəm cavab veresiniz.Menim ailem Hicaba,Namaza ümumiyyetle dine qarşıdır, ama men Namaz qilmaq isteyirem Hicab baglamaq, Nikab geyinmek isteyirem en böyük arzumdu, ama evdekilerer qarşı çıxırlar, men Namaz qilan bir oglanla evlenmek isteyirem ama meni ona vermes
ardını oxu
21-07-2023
Bir wexs iwe duzeltmek adiyla bir neçe insanlardan boyuk mebleglerde pul alib qacib.Bizden de hemcinin.Hal hazirda hec bir xeber yoxdu.Hemin insanlar Allah qarwisinda goresen ne cavab verecekler? O cur insanlarin iclerinde goresen niye Allah qorxusu olmur?
Cavab:

Əssələmu aleykum. İnsanları aldatmaq böyük günahlardan biridir.

ardını oxu
21-07-2023
deistlər cənnətə daxil ola bilerlermi
Cavab:

Əssələmu aleykum. Cənnətə yalnız müsəlmanlar girəcək. Deistlər isə özlərini İslama nisbət etmirlər. Belə halda ölən insan müsəlman sayılmadığı üçün Cənnətə girməyəcək. Ətraflı oxuyun:

ardını oxu
20-07-2023 Taleh
Salam Aleykum. Çox xahiş edirəm sualımı cavablandırasınız,əvvəlcədən təşəkkür edirəm. Bir kəslə sağollaşarkən və.s. "ALLAH amanında" kəliməsini demək doğrudurmu,ümumiyyətlə bu sözdən istifadə doğrudurmu?
Cavab:

Va aleykum Salam. "Aman" sözünün mənası "əminamanlıq" deməkdir. "Allah amanında", yəni "Allahın əminamanlığı içində olasan!" deməkdir. Bu cümlə dua mənasını daşıdığı üçün onu deməkdə bir qəbahət yoxdur. 

ardını oxu
20-07-2023 Ceyhun Kazımov
Essalamu aleykum. Namazda peyğembere (s.a.s) salam veririk. Eger biz peyğemberin (s.a.s) qıldığı kimi qılırıqsa, bele çıxır ki, peyğember (s.a.s) de namazda özüne salam verirdi?
Cavab:

Va aleykum Salam. Bəli, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazda özü-özünə salavat deyərdi. Ətraflı oxuyun:

ardını oxu
20-07-2023
Qusl aldıqdan sonra burunda qurumuş çirk olduğunu görəndə yenidən qüsl almaq lazımdırmı?
Cavab:

Əssələmu aleykum. Qüsl alarkən ağıza və buruna su almaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Buruna su aldıqdan sonra burunda qurumuş çirk qalması qüslün səhihliyinə xələl gətirmir. Ətraflı oxuyun:

ardını oxu
20-07-2023
Salam aleykum, Ramazan ayiniz mubarek olsun. Bir sualım var. Emekhaqqimdan sədəqə meqsedi Ile ayirdigim puldan yigaraq Qurban bayraminda qurban kesdire bilerem?
Cavab:

Va aleykum Salam. Bəli kəsdirə bilərsiniz. 

ardını oxu
20-07-2023 Elçin
Nazik corabın üzərinə məsh çəkmək olarmı? 17.02.2023 Kimdən: Saleh Mehtiyev Sual: Assalamu Alekum. Allah elminizə bərəkət versin!Sayənizdə elmimizi daha da genişləndirib məlumatlanırıq. Sualım coraba məsh çəkmək ilə əlaqəlidir. Corabın qalınlığı nə qədər olmalıdır?
Cavab:

Va aleykum Salam. Ümumən corab üzərinə məsh çəkilir, amma corab şəffaf olmamalıdır. Corabın nazik olmasında bir problem yoxdur. Ətraflı oxuyun:

ardını oxu
19-07-2023
Yuxuda 3-4 defedirki eyni insani görürem.Yeni 3-4 gündür.Yuxuda gördüyüm insan sevdiyim insandi.Bilimirem o meni sevirmi.Sizce bu ne demekdi
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Yuxu haqqında

ardını oxu
19-07-2023 İbrahim
Assalamu aleykum. Camaat namazında imam (xəstə olduğu üçün) namazı oturaq halda qıla bilərmi? Fərz və nafilə namazlarda? Camaat ona nə cür tabe olmalıdır?
Cavab:

Va aleykum Salam. Xəstəlik səbəbindən imam namazı oturuqlu halda qıldıra bilər. Fərq etməz istər fərz namazı olsun, istər nafilə. Lakin yaxşı olar ki, əgər imam xəstədirsə və ayaq üstə namaz qıla bilmirsə, onu başqası əvəz etsin.

ardını oxu
19-07-2023 muslum
Allah Rəsulunun digər peyğəmbərdən ayıran 5 xüsusiyyət
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Peyğəmbərə verilən beş xislət

ardını oxu
19-07-2023
Salam alekum.Aile bir arada olduğu zaman qadın yoldaşını gözlemeden namaza başlıya bilermi? Hetda küsülü olsalar bele
Cavab:

Va aleykum Salam.

ardını oxu
19-07-2023 VefaL
Salam Aleykume gecez xeyir bu vaxti narahatciliga gore uzur isteyirem. Sualim beledr 1insan ilk gunden orucu tutub İIK oruclux gunden Ve 1 gunu tutmayibsa 60gun cezasi varmi? ZEHMET DEİLSE SUALİMİ CAVABLANDİRASİZ ONCEDEN TESEKKURLER !
Cavab:

Va aleykum Salam. Ramazan orucundan bir gün tutmayan kəs sadəcə həmin günü qəza etməlidir. Əgər orucu üzrlü səbəbdən (xəstəlik və ya səfər) tutmayıbsa, buna görə ona günah yazılmır. Əgər heç bir üzrlü səbəb olmadan tutmayıbsa, buna görə tövbə etməlidir. Ətraflı oxuyun:

ardını oxu
18-07-2023 Anar
Salam men bir nece gun oruc tuta bilmedim inden sonra tutmaq olar? Ve tutmaq olarsa qusl tokmeliyem? Bes nece tokmeliyem? Bide niyyet etdiyin qeder oruc tutmaliyam? İndiden cox sag olun
Cavab:

Va aleykum Salam. Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insan başqa günlərdə növbəti Ramazan ayına qədər buraxdığı orucları qəza etməlidir. Qəza oruclarını tutarkən xüsusi olaraq qüsl almaq lazım deyil. Qüsl yalnız müəyyən hallarda vacib olur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
18-07-2023
Salam. Qüsl alarken bedenin her yerine su deymelidi. Eger bedende bezi sebeblere göre sarğı kimi şeyler varsa qüsl keçerlimidir? Yoxsa bedenin her yerine su deymediyinnden sayılmır.
Cavab:

Va aleykum Salam. Əgər bədənin müəyyən bir hissəsində sarğı varsa və bu sarğı suyun bədənə dəyməsinə mane olursa, bu halda təyəmmüm etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
18-07-2023 Xəyalə
Salam. Mən evdə cins pişik saxlayıram. Erkəkdir. Çölə buraxa bilmirik. Qaçır. Ancaq pişik yeməyi yeyir. Azsa acından ölər. Bu səbəbdən qısırlaşdırmaq istəyirik. Həmçinin çöl pişikləri ilə əlaqədə olarsa xəstəlik keçirəcəyindən ehtiyat edirik.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Ev pişiyini axtalamaq olarmı?
ardını oxu
18-07-2023 Həmidov Allahverdi
Əs səlamu aleykum və rəhmətullahi və bərəkətuhu...Qardaşlar Allah təbərakə və təala elminizi kamil etsin..Mənim sualım qısa olacaq..Cəhənnəm odunu 4-qism insan alışdıracaq.Namazı qılıb tərk edənlər,xəyanət əhli digər 2-si yadımdan çıxıb...Hansəlar idi? Geniş təfliatla desəniz şad olaram.
Cavab:

Va aleykum Salam. Cəhənnəmə ilk olaraq üç sinif insan daxil olacaq. Bu barədə ətraflı oxuyun:


Cəhənnəm odunda birinci kimlər yanacaq?
ardını oxu
18-07-2023
Salam mənim 27yaşım var mən kimi sevsəm məni ödəmir qismətim bağlı olar
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Sevib, sevilmək barədə

ardını oxu
17-07-2023 Guler
Salam men evimde otagimdan at nali ustunde kibrit tapdim sizce bu cadudu neye iwaredi?
Cavab:

Va aleykum Salam. Tapdığınız əşya cadu əlaməti ola da bilər, olmaya da, bu barədə dəqiq bir şey deyə bilmərik. Həmçinin oxuyun:


Caduya qarşı nə tədbir görmək olar?
ardını oxu
17-07-2023 Emin
Salam Aleykum. Sualim beledir. Men tikinti adamiyam herden olurki men obyekte gedende mene sirni pul verirler (zehmet cekirsen gedib gelirsen deye) men teleb etmirem ozleri verir.. Bu pulu almaq haramdir yoxsa yox. Qabaqcadan cox saqolu
Cavab:

Va aleykum Salam. Vəzifəli şəxsə işindən əlavə verilən pul rüşvət sayılır və onu götürmək haramdır.

ardını oxu
17-07-2023
Qocalığında tövbə etsək bağışlanar?
Cavab:

Əssələmu aleykum. Can boğaza çatana qədər tövbə qapısı açıqdır. Yaşından asılı olmayaraq ölüm anı gələnə qədər tövbə edən istənilən insanın tövbəsi qəbuldur. Bunu da qeyd edək ki, cavanlar arasında da belə bir fikir var ki, "qocalanda tövbə edərəm".

ardını oxu
17-07-2023 Abdurrahman
Assalamualeykum varahmatullah. Acva xurması haqqında bir hedis varmı?
Cavab:

Va aleykum Salam. Acva xurması Mədinədə bitən qara rəngli şox şirin bir xurma növüdür. El arasında bu xurmaya "Peyğəmbər xurması" da deyilir. Acva xurması barədə bir neçə səhih hədis rəvayət olunur. Bu hədislər aşağıdakılardır:

ardını oxu
17-07-2023
Salam sualıma göre üzür isteyirem. Men hamilelikden qorunmaq üçün spiraldan isdifade edirem buda ayda çox gün günde bir defede olsa qan ifraz olunmasına sebeb olub. Bu veziyyetde oruc tuta bileremmi?
Cavab:

Va aleykum Salam. Əgər gələn qan heyz qanı deyilsə, bu qan namaz qılmağa və oruc tutmağa maneə deyil. Ətraflı oxuyun:


Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?

ardını oxu
16-07-2023
Salam aleyküm inşallah sabah oruç tutacam 7ci günün duasını oxuyum ya 1ci günün
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
16-07-2023 Yusifova
13 yaşı tamam olmamış oğlan uşağı tutduğu orucu aça bilərmi?
Cavab:

Əssələmu aleykum. Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir və yalnız üzrlü səbəbdən orucu açmaq icazəlidir. Üzrlü səbəb olmadan açdığı oruca görə günah qazanır. Həddi-büluğ yaşı barədə ətraflı oxuyun:

ardını oxu
16-07-2023 Aqil
Assalamu Aleykum və rəhmətullahi. Mənim ailəm şiədir, amma mən bir az araşdırdıqdan sonra doğru yol kimi əhli sünnə yolunu görürəm , atama deyəndə isə sərt şəkildə reaksiya verir, mən necə namaz qılırsansa sən də elə qılmalısan deyir, bu vəziyyətdə nə edə bilərəm məsləhət verin
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
16-07-2023 Nərgiz
Salam. Kəffarə orucu nədir? Və nə zaman tutulması vacibdir? Ramazan ayının vacib oruclarını tutmadıqda sonralar tutmadığımız həmin vacib orucların kəffarə orucu tutulmalıdır yoxsa təkcə qəza orucu? Zəhmət olmasa cavablandırardınız
Cavab:

Va aleykum Salam. Kəffarə - dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Kəffarə orucu and içib onu yerinə yetirə bilməyən insana aiddir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Salam,burnumdan qan geldi ve az miqdarda qan uddum,orucum pozulur?
Cavab:

Va aleykum Salam. Əgər sizdən asılı olmayaraq, qeyri-ixtiyari boğazınıza qan getmişsə, bu sizin orucunuzu pozmur. Lakin əgər qaytarmağa imkan olduğu halda, bilərəkdən qanı udmusunuzsa bu sizin orucunuzu batil edir. Ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Əuzubillahiminə şeytanı rəcim bismillahir Rəhmanır Rəhim sözün namaza başlayanda deməy müstəhəbdir yoxsa niyyətdən soram ?
Cavab:

Əssələmu aleykum. Namazda "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) və "bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümlələri Təkbiratul-Ehramdan (namaza başlayarkən deyilən ilk təkbirdən) sonra deyilir.

ardını oxu
16-07-2023 Suleyman
Salam oruc vaxti insam cinsiyet bosalarsa ne olar oruc pozlurmu?
Cavab:

Va aleykum Salam. Bəli, oruclu ikən bilərəkdən sperma xaric etməklə boşalan adamın orucu batil olur. Həmin insan buna görə tövbə etməli, həmin günün orucunu qəza etməlidir. Ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Salam.15 yaşimda namaza basladim.Ama sonra tergitdim.Etiraf edirem ki men sehlenkarliqdan kecmiş namazlarimi qilmamişam.Hetta peşman olub qilmişam yene tergitmişem.Indi 34 yaşim var.Allahin iznile başlamisam qilmaga.Keçmiş namazlarimi qilmaliyammi???
Cavab:

Va aleykum Salam. Səhlənkarlıq səbəbilə buraxılan namazlar qəza edilmir. Bu namazlara görə tövbə etmək lazımdır. Ətraflı bu cavabı oxuyun:


Keçmiş illərdə qılınmayan namazlar qəza edilməlidirmi?
ardını oxu
16-07-2023
Salam.zehmet olmasa menimde yuxumun menasini deye bilersiz? Goruremki ayaqyolundan cixan zaman yoldasimi ve qaynanami qaranligda namaz qilarken gorub,mende namaz qilmaga basladim,ve namaza baslayarken yanimdan ag kolge kimi bir sey kecdi, basa dusmedim ne idi,ancaq yuxuda urkmusdum hemim vaxti.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Yuxuda namaz qılmaq nəyə işarədir?
ardını oxu
16-07-2023 Nazənin
Salam, bir sual vermək istəyirəm?. Men azan oxunan vaxtı yuxuda nisanlimin nene xeyanet elediyini gördüm və yuxuda iç vuraraq ağlayırdım daha sonra yuxundan oyandim bir müddətdə ağladım. Bu ne deməkdi? Bunlar azan oxunan vaxtı oldu
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Yuxuda azan səsi eşitmək nə anlama gəlir?

ardını oxu
16-07-2023
Salam Aleykum menim bir sualım var. Namaz qılıram amma spermanı hamamdan hamama boşalmaqa döze bilmirem başqa yerde xaric eliyirem ve su ile yuyuram sonra iyi gelir bu Namazı batil eliyir?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Masturbasiya etmək icazəlidirmi?

ardını oxu
16-07-2023 Vahid Əlicanlı
Salam aleykum ve rehmetullah. Sualım namaz vaxtları ilə bağlıdı. Menim istifade etdiyim namaz teqvimi heç vaxt yasadigim yerle uygun gelmir.. həmçinin sizin paylaşdığınız ana səhifədəki teqvimde uyğun gelmir..
Cavab:

Va aleykum Salam. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqin olması normaldır. Ölkəmizdə yalnız Əsr namazının vaxtı təqvimdəki vaxtdan ciddi şəkildə fərqlənir və bunun səbəbini bu cavabdan oxuya bilərsiniz:

ardını oxu
16-07-2023
Salam Aleykum . Mənim 22 yaşım var . Sevdiyim bir qız var ( o da məni sevir , amma bir-birimizə deməmişik , amma 2-mizində gözünmən oxunur sevdiyi ) yolda qabaqlaşanda göz-gözə gəlirik . Bir-birimizə salam verməyə utanırıq . Birdən təklikdə salamlaşırıq . Yəni nə qədər düzgün və ya səhvdi ?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
16-07-2023 Xədicə
Salam aleykum, mən oruclu ikən mənə vəsvəsə gəlir ki, oz ozume deyirem ki, orucum pozulanda da pozulsun. Bu orucu pozurmu?
Cavab:

Va aleykum Salam. Belə fikrin gəlməsi orucu pozmur.

ardını oxu
14-07-2023
Salam. Namaz qılmayan biri Ramazan ayında namaz qılıb sonra qılmasa günah yazılar mı?
Cavab:

Va aleykum Salam. Namazı yalnız Ramazan ayında deyil, həmişə qılmaq lazımdır. Ətraflı oxuyun:


Yalnız Ramazan ayında namaz qılmağım düzdür?

ardını oxu
14-07-2023 Allah bəndəsi
Salam, Mən əvvəl şiə Namazı qılmışam Lakin sonradan o namazi qila bilmədim bilmirəm bəlkədə nəisə düzgün deildi amma bir az araşdırma apardığdan sonra sünnə namazının daha doğrusu Peyğəmbərimizin Qılıdığı Namaz barədə araşdırdım Hal hazırda mən Bu müqəddəs ayda çox isdəyərdim ki Namaz qılım Sizcə
Cavab:

Va aleykum Salam. Uca Allah qulun bilmədən etdiyi səhvləri bağışlayır. Namazı Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi qılın. Ətraflı oxuyun:

ardını oxu
14-07-2023
Salam, rica edirem sualımı cavabsız qoymayasınız. Zinaya tövbeliyem, neçe ildi uzaqam. Amma indi sehetimde ciddi problemler yaşanır hekimler cinsi elaqede olmağımı vacib buyurur. Men ne ede bilerem indiki durumumda ? Lütfen cavablandırın
Cavab:

Va aleykum Salam. Belə çətin durumlara düşməmək üçün və sağlamlıqda fəsad yaranmaması üçün Dinimiz evlənmək yaşına çatan gənclərə evlənməyi tövsiyə etmişdir. Odur ki, belə halda sizə yalnız imkan daxilində tez evlənməyi tövsiyə edə bilərik. Həmçinin oxuyun:

ardını oxu
14-07-2023
Salam Aleykum.İslamdan ayrılmış daha sonra tekrar İslama gelmek isteyen şexs Şehadet getirmelidir yoxsa tövbe etmelidir?
Cavab:

Va aleykum Salam. İslamdan imtina edərək çıxan adama "mürtəd" deyilir. Mürtəd insan İslam dininə qayıtmaq istədikdə Kəlmeyi-Şəhadəti təkrar dilinə gətirməlidir və etdiyi küfrdən tövbə edib peşman olmalıdır. 

ardını oxu
14-07-2023 gunay
salam orucluken aybaşi qani gormek orucu pozur uzr isteyirem ifademe gore yoxsa orucu pozmadan axsama kimi gozlemek olar,?
Cavab:

Va aleykum Salam. Oruclu qadın heyz qanı gördüsə, orucu pozulur və axşama kimi oruc tutmur. Heyzli qadın Ramazandan sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Ətraflı oxuyun:

ardını oxu
14-07-2023
Salam Er arvada namaz qılmağa qoymursa kimə günah yazılır? Qadına yoxsa kişiye? Ve ya oruc tutmağa icaze vermirse qadın istediyi halda Ve birde qadın yoldaşından icazesiz namaz qılırsa qadın üçün günahdır?
Cavab:

Va aleykum Salam. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Allahın əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Namaz qılmaq Allahın haqqı olduğu üçün bu məsələdə Allahdan qeyrisinə itaət etmək olmaz.

ardını oxu
13-07-2023
Salam Aleykum zehmet olmazsa cavablandirardiniz teravih namazı nece qılınır ve neçe rüketdir
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Təravih namazı necə qılınır?

ardını oxu
13-07-2023 Şahnaz
Salam Aleykum bagisliyin narahat edirem men 16 yasimdan namaz qiliram ve artiq 28 yaşım var bilmek isdiyirem ki indi fikirlesirem ki o vah namaz qilanda bilmeden sef gunah etmisem bilmediyim halda etdiklerim gunah sayilir namazim BATIL olur xayis cvb versiz?
Cavab:

Va aleykum Salam.

ardını oxu
13-07-2023
Namaz vaxtı proqramı ile burdakı vaxt ďüz deyil aralarında 5 deqiqe vaxt var
Cavab:

Əssələmu aleykum. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqi olması qəbahət sayılmır. Ehtiyat üçün siz təqvimdə göstərilən vaxtdan bir neçə dəqiqə sonra qılın. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023
İftarı gecikdirmek olarmı? Ve ne qədər
Cavab:

Əssələmu aleykum. İftarı gecikdirmək sünnəyə müxalifdir.

ardını oxu
13-07-2023
Salam.Men hamiləyəm keçən ildən qəza orucum vardı 1gun.bugun tutdum.Amma səhər həyat yoldaşımla üzr istəyirəm sadəcə öpüşmək falan olub əlaqədə olmamışıq.Orucum batildir? yenidən tutmaliyam?
Cavab:

Va aleykum Salam. Öpüşmək orucu batil etmədiyi üçün orucunuz səhihdir və yenidən tutmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:

ardını oxu

Pages