Əssələmu aleykum. İstixarə sözünün mənası - Allaha dua edərək bir işdə dünya və axirətdə ona xeyirli olanı nəsib etməyi diləməkdir. İstixarə edərkən namaz qılınır və namazda Allaha dua edilir. Bundan başqa mənalarda ixtixarə etmək düzgün deyil. Ətraflı oxuyun:
Va aleykum Salam. Qadınlar istənilən barmağa üzük taxa bilərlər. Müəyyən barmaqlara (baş və şəhadət barmaqlara) üzük taxmağın qadağan olunması yalnız kişilərə aiddir. Ətraflı oxuyun:
Və aleykum Salam. Bəli, saytımızın facebook, teleqram və instaqram səhifələri var.
https://www.facebook.com/www.zikr.az
Va aleykum Salam. Cinsi əlaqədən sonra istənilən halda həm kişi, həm də qadın qüsl almalıdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Evdə olsanız belə, namaz qılarkən sütrə qoymaq və sütrəyə tərəf namaz qılmaq sünnədir. Namaz qılan şəxs sütrə qoymamışsa, səcdə etdiyi yerdən bir dirsək uzaqlıqdan keçməkdə bir qadağan yoxdur.
Va aleykum Salam.
1) Çətinlik olduqda namazları tam şəkildə birləşdirmək icazəlidir. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Oruc tutmağa qadir olan şəxs yalnız buraxdığı oruc günlərin sayı qədər qəza orucu tutur, kasıb yedirtmir. Kasıb yedizdirmək ümumiyyətlə oruc tutmağa qadir olmayan şəxslərə (xroniki xəstələrə və qocalara) aiddir.
Va aleykum Salam. Gördüyünüz yuxu bildirir ki, dünya və axirətdə nicat tapmağın yeganə yolu Uca Allaha dönməkdir. Odur ki, tez bir zamanda namaza başlayın! Həmçinin oxuyun:
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.
Va aleykum Salam. Kəbinin doğru sayılması üçün qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) icazəsinin olması şərtdir. Qızın vəlisinin izni olmadan kəsilən kəbin batildir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bakıya daimi yaşamaq üçün köçmüsünüzsə, siz artıq Bakı sakini sayılırsınız və Bakıda namazları tam şəkildə qılmalısınız. Qısa müddətə rayona getdikdə isə səfərdə sayılırsınız. Ətraflı oxuyun:
Əssələmu aleykum.
Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənməyə imkanı olmayan kəslərə oruc tutmağı tövsiyə etmişdir. Çünki oruc tutan insan gözlərini, qulaqqlarını və dilini haramlardan qoruyur. Həmçinin həmin adamın cinsi tələbatı azalır.
Aleykum salam. Uca Allah insanı yoxdan var etmişdir və insan yaranmamışdan əvvəl heç bir şey idi. Allah onu yaratmaqla ona nemət verdi və onu bir şəxsiyyət kimi meydana çıxartdı. Uca Allah insanı insan olaraq yaratmaqla onu şərəfləndirmişdir, çünki insan Uca Allahın yaratdığı ən üstün məxluqdur.
Əssələmu aleykum. Bu cavabları oxuyun:
Va aleykum Salam. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Çalışın ailədə fitnə düşməsin və namazın düzgün qılınmasını dəlillərlə ailə üzvlərinizə izah edəsiniz. Ətraflı oxuyun:
Va aleykum Salam.
Va aleykum Salam. Mazoxizam - psixoloji xəstəlik növlərindən biridir. Digər xəstəliklər kimi bu xəstəlik də müalicə olunmalıdır. Cinsi yaxınlıq zamanı belə şeylər etmək doğru deyil. Ətraflı oxuyun:
Va aleykum Salam. Heyz olan qadın oruc tutmur və namaz qılmır. Heyzdən təmizləndikdən və qüsl etdikdən sonra növbəti Ramazan ayına qədər buraxdığı orucların qəzasını tutmalıdır. Namazları isə qəza etmir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. "Bəraət gecəsi" Şaban ayının 15-ci gecəsinə deyilir. Şaban ayının orta gecəsi (Bəraət gecəsi) haqqında səhih heç bir hədis sabit olmamışdır. Bu gecə haqqında gələn hədislər çox zəif hədislərdir.
Va aleykum Salam. Namaz qılarkən bütün hallarda gözlər açıq olmalıdır. Həmçinin səcdə edərkən də gözlər açıq olmalıdır. Qiyamda (ayaq üstə olanda) və rükuda səcdə yerinə baxmaq lazımdır. Təşəhhüd deyəndə isə sağ əlin şəhadət barmağına baxmaq lazımdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam.
Va aleykum Salam. Əgər ana haqlı ikən bəddua edirsə bu dua qəbul ola bilər. Ətraflı oxuyun:
Va aleykum Salam. Nəzir edən insan niyyətində tutduğunu olduğu kimi yerinə yetirməlidir. Qurban niyyət edilibsə mütləq qurban kəsilməlidir. Onun əvəzinə pul vermək sayılmır. Ətraflı oxuyun:
Va aleykum Salam. Hər hansı bir yerə bulaşan nəcasəti təmizləmək dəstəmazı pozmur. Ətraflı oxuyun:
Va aleykum Salam. Namaz qılmamaq çox böyük günahlardan biridir, lakin namazın qılınmasının vacib olduğunu bilən və səhlənkarlıqdan qılmayan insan namaz qılmasa da, bu böyük günahı etsə də müsəlman sayılır.
Va aleykum Salam. Oğul qazandığı maaşın hamısını atasına bildirməyə borclu deyil. Xüsusilə də əgər bunda məsləhət varsa. Odur ki, buna görə sizə günah yazılmır.
-Va aleykum Salam.
Va aleykum Salam. Heyvan kəsərkən axan qan "dəm məsfuh" (axan qan) adlanır və bu qan İslam alimlərinin yekdil rəyinə görə nəcis (murdar) sayılır.
Va aleykum Salam. Qulaqlara məsh çəkmək vacibdir və qulaqlar başdan sayılır. Əgər qulaqlara məsh çəkilməmişsə dəstəmazı yenidən almaq lazımdır. Ətraflı oxuyun:
Əssələmu aleykum. Qeyri-İslami bayramlar münasibətilə açılmış süfrələrdə oturmaq və bu süfrələrdə yemək olmaz. Lakin əgər evdə bu yeməklərdən başqa yeməyə bir şey yoxdursa, bu halda bayram süfrəsində oturmamaq şərti ilə bu yeməklərdən yemək icazəlidir. Həmçinin oxuyun:
Va aleykum Salam. İnsan Uca Allahın ona verdiyi nemətlərlə yalnız Axirəti qazanmağa can atmalı və bu nemətlərin Allah tərəfindən olduğunu etiraf edib ətrafdakı insanların yanında təkəbbürlük etməməlidir.
Va aleykum Salam.
1) Uca Allahın ad və sifətlərinə imanın əsaslarından biri də budur ki, Uca Allah heç bir sifətində yaratdığı məxluqlara bənzəmir. Həmçinin heç bir məxluq da Allaha tay ola bilməz. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. İslam dinində belə dua mövcud deyil. Dua - Uca Allahdan xeyir diləmək və şərdən Ona sığınmaqdır. Belə dua növünün kimlər uydurduğu barədə məlumatımız yoxdur. Həmçinin oxuyun:
Va aleykum Salam. Uca Allah insanları Onu tanıyıb yalnız Ona ibadət etmək üçün yaradıb. İnsanın dünyaya gəlişinin məqsədi tək olan Allaha ibadət etməkdir.
Va aleykum Salam. Falçı yanına getmək günah sayılır. İşinizin düzəlməsi üçün isə Allaha sığının və yalnız Ona təvəkkül edib çoxlu dua edin. Allah sizə kömək olsun! Bu cavabları oxuyun:
Boşanmaq günahdırmı?
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Hər bir halda bacardığınız qədər günahlardan çəkinmək lazımdır. Bu cavabları oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. Uca Allah atanızı rəhmət etsin, günahlarını bağışlasın! Sizə isə səbir versin!
Vəfat etmiş valideyni üçün "Yasin" oxumaq dinimizdə buyurulmayıb. Bu əməl dinə edilən yenilik sayılır. Dinimiz ölən insana fayda verəcək başqa əməlləri bildirib. Ətraflı oxuyun:
Va aleykum Salam. Sadəcə toxunmaqla ehtiraslanmaq günah deyil. Lakin belə halın vərdiş halını alması insanı haram işlərə (masturbasiya etməyə) sövq edə bilər. Odur ki bu əməli tərgitmək məsləhətdir. Əgər toxunmaqla intim xəyallar əmələ gəlirsə, bu günah sayılır. Ətraflı bu cavabı oxuyun:
Va aleykum Salam. Əgər karta qoyulacaq məbləğ 500 manatı keçməyəcəksə, bu halda bu kartdan istifadə etmək icazəlidir. Həmçinin oxuyun:
Va aleykum Salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını üç dəfə yumaq müstəhəb, bir dəfə yumaq isə vacibdir. Üç dəfədən artıq yumaq isə israf sayılır. Su az olduğu hallarda suya qənaət etmək məqsədilə bir dəfə yumaq məsləhətdir.
Va aleykum Salam. Namazın vaxtları saytımlzda var. Əgər ümumiyyətlə oturaraq namaz qılmaq da mümkün deyilsə, iş günlərində Zöhr namazı ilə birlikdə Əsr namazını da qılın. Məğrib və İşa namazlarını isə evdə rahat şəkildə qıla bilərsiniz. Həmçinin oxuyun:
Va aleykum Salam.
1) Heç bir halda namazı qəzaya saxlamaq olmaz. Ətraflı oxuyun: