25-09-2024 Togrul
Salam quran acdirmag duzdur ya sehf?
Cavab:

Əssələmu aleykum. Dinimizdə Quran açdırmaq deyilən bir anlayış yoxdur. Uca Allah Quranı oxuyub ibrət almaq və əməl etmək üçün göndərmişdir. Fala baxdırmaq, Quran açmaq, açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Ətraflı oxuyun:

ardını oxu
25-09-2024
Əs salam aleykum zəhmət olmasa sualımı cavablandırardızda, Mən Namaz təzə baslamisam 1 ay tamam olur, İndi Bildim ki Namazın bəzi sözləri səhf demisəm , çalışıram səhflərimi düzəldim, amma Dilim bəzən Namazın bəzi sözləri demək düzgün gəlmir nə edim onda Namazım batil olurmu ? Qəbul olurmu ?
Cavab:

Və aleykum Salam. Sizi namaza başlamaq münasibətilə təbrik edirik. Allaha dua edirik ki, sizi haqq üzərində sabit etsin. Namaza yeni başlayan insan namazda etdiyi xətalara görə günah qazanmır. Getdikcə namazın sözlərini daha doğru deməyə çalışmalısınız. Həmçinin oxunun:

ardını oxu
25-09-2024
Namazı qılıb yarısında qılmamaq günahtır
ardını oxu
21-09-2024 Nicat
Salam bugün bilmeden maşınla iti basdım oldu maşının altında yatmışdı bilmedim. Bu günahdırmı ? Ele pis olduM ALLAH Günahımdan Kecsin
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
21-09-2024
Salam. Men 2 ay yarimdir ki doğuş etmişem menden axinti gəlir bəzən qan olur bəzən isə sari və ya qara leke kimi mesel axşam qüsl alim namaz üçün seher duran leke olur. Belə halda namazım qeza olur yoxsa üzrlü sayiliram? Çox narahatam xahis edirem geniş izahin verin
Cavab:

Və aleykum Salam. Doğuşdan sonra gələn qan nifas qanı adlanır. Nifasın ən çox müddəti qırx gündür. Qırx gün tamamlandıqdan sonra qadın qüsl edib namazlarına başlayır. Qırx gündən sonra gələn axıntılara görə sadəcə yuyunub dəstəmaz almalıdır. Həmçinin oxuyun:

ardını oxu
18-09-2024
Namaz qəlıram,amma günahda edieəm
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
18-09-2024
Sələm Əleykum və rahmətullahi bərakətuh.Xalamın qızı var və onunla qalır mən bu halda xalamgildə qala bilərəm? SubhənAllah,Allahu əkbər,Əlhəmdulilləh,Lə həvlə və lə quvvətə illə billəh və s.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.


1) Xalaqızı naməhrəm olduğu üçün özünüzü haramlardan qorumaq şərti ilə xalanız gildə qala bilərsiniz. Nəzərə almaq lazımdır ki, xalaqızı ilə əl ilə görüşmək, bir otaqda təklikdə qalmaq qadağandır. Ətraflı oxuyun:

ardını oxu
18-09-2024 Elin
Salam 8 aydı evliyəm ama hələ uşağlm yoxdu deyirlər ki çiləyə düşmüsən həmzada belə bir şey var? Və onu təmizlədikdən sonra hamilə qalacam?
Cavab:

Və aleykum Salam. Dinimizdə çiləyə düşmək və ya həmzada düşmək kimi bir anlayış yoxdur. Belə inanclar xurafatdır və onlara inanmaq olmaz. Uca Allaha dua edərək Ondan sizə əməlisaleh övlad bəxş etməsini diləyin və yalnız Allaha təvəkkül edin. Övlad verən yalnız Odur.

ardını oxu
18-09-2024 Emil
Salam Aleykum qəbirstanlığın yanından keçərkən musiqini söndürmək olar?
Cavab:

Və aleykum Salam. Qəbiristanlığın yanından keçərkən dua oxumaq sünnədir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
18-09-2024 K
Əssələmu Aleykum.Amerika kafir olkedirmi?Ərim Amerikaya iş üçun getmek isteyir yəni güzərani yaxşi olsun deyə burda islediyi işdə istediyi maaşi almir deye getmek isteyir muselman bir şexs islemeyə muvveqeti gede bilermi?cunki orda qalici yasamak ucun getmir.qeybet etdiyimiz insan bunu bilmirse Alla
Cavab:

Və aleykum Salam.


1) Amerika kafir ölkəsi sayılır. Lakin müvəqqəti olaraq işləmək məqsədilə ora getmək icazəlidir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
17-09-2024 Əxi 44
Saleh insan Allaha 2 şeyi etiraf edir. Bu etiraflarla günahları bağışlanır. Bu etiraflar hansılardır?
Cavab:

Va aleykum Salam. Günahkar insan ilk növbədə günahkar olduğunu, sonra isə Uca Allahın bağışlayan və rəhmli olduğunu, günahları yalnız Uca Allahın bağışladığını etiraf edir. Uca Allah buyurur: "Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı.

ardını oxu
17-09-2024 Ndnnm
Əs salamı əleykum Nişan üzüyü Və ağ gəlinlik haqqda sorucacaqdim Onlar xiristianlar edir Biz ded de ediler Günahdır bu
Cavab:

Və aleykum Salam. Qadının toy gecəsi ağ gəlinlik geyinməsi və nişan üzüyü taxması icazəlidir. Çünki bu adətlər artıq müsəlmanların da adətinə çevrilib. Lakin ağ gəlinlik açıq-saçıq olmamalı və bədənin görünməsi qadağan olan yerlərini örtməlidir. Həmçinin oxuyun:

ardını oxu
17-09-2024 Pərviz
Men əmanətə xəyanət etmişəm. Geri qaytarmaq mümkün deyil. Vicdan əzabı məni incidir. Mən nə edim? Bir yol deyin, günahımız necəsə yuya bilərəmmi?..
Cavab:

Əssələmu aleykum. Əmanətə xəyanət etmək böyük günahdır. Buna görə tövbə etməli və əmanəti sahibinə qaytarmalısız. Əmanəti şəxsən özünüzün qaytarması, habelə əmanət sahibinin də bunu bilməsi şərt deyil.

ardını oxu
17-09-2024
Salam aleykum. Öldükdən sonra o dünyada insanın etdiyi hər iş ailəsinə izlədilir mi? Və ailədən gizli ailənin icazə vermədyi bir şeyi etmək günahdır mı?
Cavab:

Va aleykum Salam.

ardını oxu
17-09-2024 ...
Əssəlamu əleykum və rahmətullah.•İslamda belə bir anlayış varmı ki,əgər bir uşaq valideynləri və ya nəslindəki pis adamlardan uzaqda böyüsə də,yaxşı tərbiyə alsa da,genetik olaraq pis xüsusiyyətləri miras alır və bu,onun davranışına təsir edə bilər?
Cavab:

Və aleykum salam va rahmətullahi və bərakətuhu. 


1) İnsanın əxlaqi xüsusiyyətləri iki qisimdir:


Birinci: İnsanın fitrətində olan, genetik əxlaqi xüsusiyyətlər; 


İkinci: İnsanın həyatı boyu özünü tərbiyələndirməklə qazandığı, əldə etdiyi əxlaqi xüsusiyyətlər. 

ardını oxu
16-09-2024
Yalnızca öpüşən iki insana baxmaq göz zinasıdır? Məsələn parkta görüb baxsaq göz zinası etmiş oluruq?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


​​​​​​​Şəhvət oyadan səhnələrə baxmaq günahdırmı?

ardını oxu
16-09-2024
Zər ilə oyun oynamaq olar? Nərd yox. Başqa oyunlar.
Cavab:

Əssələmu aleykum. Əgər oyunu nərd və qumar deyilsə, oyunda zərdən istifadə etmək icazəlidir. Həmçinin oxuyun:


Nərd oynamaq günahdır?​​​​​​​
ardını oxu
16-09-2024
Salam.Qonaq gedilen evde 2 rüket namaz qılına biler deyirler.Doğrudur?
Cavab:

Və aleykum Salam. Ümumən qonaq gedilən evdə namaz qılmaq icazəlidir.

ardını oxu
16-09-2024 Nərmin
Salam sevdiyim şəxs var. Ayrılmışlq. Dua edərək o şəxsi xeyirli nəsibim qismətim edə bilərəm? Belə şey mümkündürmü ki, dua ilə taleyi dəyişmək? Zikrlər, dualar çox etsəm olar mı?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
16-09-2024 Yunus
Salam 1.əfsanə adıni qoymaq olarmi qızıma 2.tecavuz etmek gunahdirmi? Tecavuze ugrayan gunahkardirmi
Cavab:

Və aleykum Salam.


1) Bəli, "Əfsanə" adını uşağa qoymaq icazəlidir. Həmçinin oxuyun:


Uşağa ad qoymaq barədə



ardını oxu
13-09-2024 .
Salam aleykum menim size 2 sualım var.Qeyri real varlıqlar namehrem sayılırmı yeni meselen kuklalar ve ya oyunlardakı oyunçular namehrem hesab olunurmu.Diger sualımsa beledir.Göz geniş erazini görür menim gözümün ehatesinde namehrem varsa men namehreme baxmış sayılırammı
Cavab:

Va aleykum Salam. 
1) Naməhrəm anlayışı yalnız insanlara aiddir. Oyuncaqlar və ya virtual personajlar naməhrəm sayılmasa da, bu oyunlarda insanı ehtiraslandıran şəkil və ya obrazın olması qadağandır. Ətraflı oxuyun:

ardını oxu
13-09-2024 Ələkbər
Salam.Necəsiz?Həcc ziyarəti edib öz ölkəsinə gəldikdən sonra o insana daim olaraq haci deyə müraciət etmək olarmi? .Xahiş edirəm Quran və hədislərlə bir qədər geniş izah edəsiniz.Allah sizdən razi olsun.
Cavab:

Və aleykum Salam. Həcc ziyarətini yerinə yetirən insanı "hacı" adlandırmaq doğru deyil. Çünki nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə də onun səhabələrini belə adlandırmamışlar.

ardını oxu
13-09-2024
Salam Aleykum Mənim YouTube kanalım var mobil oyun videoları çəkirəm Bilmək istərdim ki Mənim YouTube-dan qazandığım pul halaldır yoxsa haram?
Cavab:

Və aleykum Salam. Əgər çəkdiyiniz videolarda şəriətə müxalif olan heç bir şey yoxdursa, bu videoların baxış sayına görə qazandığınız pul halal sayılır. Həmçinin oxuyun:

ardını oxu
13-09-2024
Salam aleykum, men güllerden müxtelif dekorlar, hediyyeler, gelin buketleri hazirlamağı bacariramsa, bunlarin satışını etmek olar, yani biznes kimi? Yani bele bir satış israf olan eşyaların alınmasına ve onlardan gelir qazanmağa sebeb olar biler?
Cavab:

Və aleykum Salam. Həm təbii, həm də süni güllərdən müxtəlif dekorlar və hədiyyələr düzəldib satmaq icazəlidir və bu heç də israf sayılmır. Çünki insanlar bu hədiyyələrlə və dekorlarla evlərini, ofislərini bəzəyib, bir-birinə hədiyyə etməklə onlardan faydalanırlar.

ardını oxu
13-09-2024
salam .Təkasür Sürəsini yazarsız zəhmət olmasa
Cavab:

Va aleykum Salam. Quran ayələrini azərbaycanca transkripsiyadan oxumaq düzgün deyil. Çünki heç bir transkripsiya ərəbcə oxunuşu əvəz edə bilməz, çünki ərəbcə bir çox hərflərin azərbaycanca qarşılığı yoxdur. Quranı ərəbcə oxumağı öyrənməyinizi məsləhət görürük, bu çox asandır. Bunları oxuyun:

ardını oxu
10-09-2024
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Nikahsız bütün münasibətlər zinadırsa, o zaman kafirlərin bir-birlərilə etdikləri nikah keçərsizdirsə zinadamı olmuş olurlar? Və ya Müsəlmana kafir haramdırsa, nikahları keçərsizmi olur? O zaman zinamı etmiş olurlar?
Cavab:

Və aleykum Salam. Qeyri-müsəlmanların öz dinlərinə və adətlərinə görə doğru saydıqları nikah bizə görə də doğrudur. Qeyri-müsəlmanların öz aralarında bağladıqları nikahda İslam dinin qoyduğu şərtlər tələb olunmur. 

ardını oxu
10-09-2024
Esselemu aleykum. Sualim beledir ki,er oz arvadiyla mübahise edende, ikisi arasinda olan sohbetde basqa insanlarin(qizin anasinin,atasinin)adini cekmesi ne derecede dogrudu? Bacinin valideynleri ayrilib. Yoldasi her davada senin atan yaxsi insan deyil.
Cavab:

Və aleykum Salam. Əgər qadının qohumlarının ər-arvad arasında baş verən mübahisəyə heç bir aidiyyatı yoxdursa, bu halda ərin onlar barədə xoşagəlməz sözlər danışması və ya onların həyatında baş verən hər-hansı hadisəyə görə həyat yoldaşını qınaması doğru deyil və bu əməl qeybət sayılır.

ardını oxu
10-09-2024 .
Salam. Sualım belədir: bir şirkət bizdən müəyyən yatırım alıb elektron ticarətlə məşğul olur, məhsulları depolamaq üçün bizdən ödəniş alır. Sonra satışdan bizə də artımlı ödəniş verir. Mənim ondan faizlə artıq aldığım pul haramdır?
Cavab:

Və aleykum Salam. Əgər sözügedən şirkət sizbən bu pulu borc kimi alırsa, qaytararkən üzərində faiz almağınız riba (sələm) sayılır və bu haramdır. Əgər pulu sizdən sizi öz ticarətinə şərik etmək məqsədilə alırsa və pulu qaytardıqda öz gəlirinin müəyyən hissəsindən sizə verirsə bu icazəlidir.

ardını oxu
10-09-2024 Eliş
Salamualeykum bir insan ölkə xaricinə işləməyə gedibsə orda namazı rahatlıq olanda 5 vaxt olmayanda 3 vaxt səfərdəki kimi birləşdirib qıla bilər?
Cavab:

Və aleykum Salam. Uzun müddət qalmaq niyyətilə başqa bir ölkəyə gedən artıq müsafir sayılmır və namazlarını tam olaraq beş vaxt qılmalıdır. Ətraflı oxuyun:

ardını oxu
10-09-2024
Lazerdən sonra qüsl alinmalidirmi alinmalidirsa hansı qüsl alinmalidir
Cavab:

Əssələmu aleykum. Lazerə getmək qüslü vacib etmir. Ətraflı oxuyun:

ardını oxu
09-09-2024 Saleh
Əssəlamu Aleykum. TaHa surəsinin 25-35 ayətlərinin oxunuşunu yaza bilərsiniz?
Cavab:

Və aleykum Salam. ​​​​​​​Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbay

ardını oxu
09-09-2024 Vilayət
Əs səlamu aleykum Allah sizə bərəkət versin günümüzdə sürüçülük vəsiqəsi almaq çətinəşib yəni ki rüşvət vermədən onu almaq mümkün olmur neçə qardaşlar var həttda 4 5 dəfə imtahan veriblər keçə bilmiyiblər bu haqqda nə deyerdiz
ardını oxu
09-09-2024 Vüsal
As Salamu Aleykum. Sabah namazında Qunut duası oxumanın hökmü nedir ? Bidetdirmi ?
Cavab:
ardını oxu
09-09-2024 Abuabu
Salam aleykum men and icmek verdişin almişam bele baxiram hansisa bir qunax etmemek ucun and icmişem ama nefsim buna izin vermeyib tezden etmişem sonra yemek yememek ucun and icmişem yenede dozmemşem yemişem ve belede devam edib curebecur şeylere and icmişem(( bilirem ki bunun kefaresi var ama men o
Cavab:

Və aleykum Salam. Andı qorumaq vacib əməldir. Andını pozan insan buna görə kəffarə verməlidir. Əgər insan eyni əmələ görə dəfələrlə and içib andını pozarsa buna görə bir dəfə kəffarə verməlidir. Məsələn, siqaret çəkməyəcəyinə and içir, sonra andını pozur.

ardını oxu
09-09-2024
Salam Her Hansı Bir İdmanı Ederken heyvanların Durduğu Veziyyetde Duraraq Etmek 2 el ve 2 di Yerde Ve Yaxudda İdmanın Növlerinden İlan Veziyyetinde Duraraq İdman Etmek İcazelidir?
Cavab:

Və aleykum Salam. İdman edərkən hər hansı bir vəziyyəti almaq icazəlidir. Hətta bu vəziyyət zahirən hansısa bir heyvanın duruşuna bənzəmiş olsa belə. 

ardını oxu
05-09-2024 N.
Salam, Mən bir mövzunu aydınlaşdırmaq istəyirəm. Allaha şərik qoşmaqla bağlı cadu ilə bağlı məlumatlarınızı oxumuşam.
Cavab:

Və aleykum Salam. Cadu və sehri yalnız şəriətin buyurduğu qaydada, yəni Quran ayələri və Sünnədə gələn duaları oxumaqla təmizləmək mümkündür. Əgər kimsə bundan başqa bir üsulla cadu və sehri təmizlədiyini iddia edirsə, belə insanlara inanmaq olmaz.

ardını oxu
05-09-2024
Selamun aleyküm kardeşlerim, Elhamdulillah ben günde 5-4 vakit namaz kılıyorum. Öğrenciyim ve hazırlıklarım başlıyor, peki son sınıftayım onun için mutlaka yoğun olucam diye bazı namazları kılmamak günah mıdır?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
05-09-2024 Hüseyn
Assalmu Aleykum. Mən namaza yeni başlamışam əsasən 4 rükətli namazlarda çaşıb qalıram namazın ortasındakı,mən bu namazı 4 rükət qıldım yoxsa 3 rükət bu zaman nə etməliyəm? secdeyi sehv vacibdirmi?
Cavab:
ardını oxu
05-09-2024 Mövlan
Salam Aleykum və rahmətullah Allah subhən və taələ sizdən razı olsun.Bir neçə sualım olacaq.1) 2-ci rükətdən 3 ə qalxanda Allahu əkbəri qalxa-qalxa deyirsən yoxsa tam dik dayanıb sonra deyilir?
Cavab:

Və aleykum Salam. 


1) İkinci rükətin təşəhhüdünü bitirdikdən sonra üçüncü rükət üçün ayağa qalxıb, tam dikəldikdən sonra təkbir gətirmək lazımdır. 



ardını oxu
05-09-2024 Adil
Salam Aleykum. Cabir ibn Abdullah (A.R.O.) Fəth ilində Məkkədə olarkən Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həqiqətən Allah və Onun rəsulu sərxoşedici içkilərin, ölmüş heyvanın, donuzun və bütlərin alıb-satılmasını haram edir.
Cavab:

Və aleykum Salam. Allah İsrail oğullarına inək və qoyunun piylərini haram etmişdi. Bizim ümmətə isə bu halaldır. Uca Allah bu xüsusda buyurur: "Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik.

ardını oxu
04-09-2024 Məhəmməd
Nəcis dəymiş ayağımızı paklayarkən yuduqdan sonra qurulmaq vacibdir ? Yoxsa yalnız suyu dəymiş yerə tutmağımız yetərlidir?
Cavab:

Əssələmu aleykum. Nəcasət dəyən yeri yumaqla nəcasəti təmizləmək kifayət edir, qurulamaq şərt deyil. Əsas olan nəcasətin aradan qalxmasıdır. Həmçinin oxuyun:

ardını oxu
04-09-2024 Famil
Lə ilahə illəllahul-aziymul-həliym lə ilahə illəllahu Rabbul-arşil-aziym, lə ilahə illəllahu Rabbus-səməvati bə Rab­bul-ardı və Rabbul-arşil-kəriym Bu duada Rabbus-səməvati bə Rab­bul-ardı burd "və" olmalıdı ya "bə"
Cavab:

Əssələmu aleykum. Burada "və" olmalıdır. "Rabbus-səməvati və Rab­bul-ardı...". Qeyd edək ki, "Müsəlman qalası" kitabının saytımızda ola variantında səhvən "bə" yazılıb. Bu səhv artıq düzəldilib. Allah razı olsun. Həmçinin oxuyun:

ardını oxu
04-09-2024
Salam.Narahatliq ucun uzr isteyirem.Biraz narahat oldugum meseleler var idi.Zehmet olmasa aydinliq getirerdiniz Meni usaqliqdan anam ve atam nene babanin yanina qoyub basqa yerde yasamaga gedibler.Biraz boyuyenden sonra gelibler.En cox da anam usaqliqdan beri qardasimi menden cox sevib,bunu hiss e
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-09-2024 Hər kimdən
Salam. Həyatımda heçnə hər şey yolunda getmir. Sıravi müsəlmanlar "səbr elə " deyib keçirlər. Hətta elmlilər belə. İşsizlik və ailə problemləri yaşayıram. Okey bilirik bu dunya ebedi deyil. Amma nə namaz qılmağa inam var nede başqa məsələlərə. Neçə dəfə sizin saytına sual vermişəm.
Cavab:

Və aleykum Salam. İnsanın bu dünyada yaradıllş məqsədi Uca Allahı tanımaq və tək Ona ibadət etməkdir. Dünya həyatı bir imtahandır və hər insan bir şeylə imtahan olunur. Kimisi kasıbçılıqla, kimisi xəstəliklə, kimisi də var-dövlətlə. İnsanın başına gələn hər müsibət onun günahlarına görədir.

ardını oxu
04-09-2024
Salam zehmet olmasa sualımı cavablandırarsızda yuxu meni aparanda nese meni sıxır ele bil hiss edirem üstümde sonra görüremki ayırmışam ama eslinde yuxudayam hele sonra biri ağrıyır mene toxunur heç kimi görmürem ama hiss edirem neden olur bu?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:



Pis yuxulardan necə qorunmaq olar

ardını oxu
01-09-2024 Sevgi
Salam Allah duami qəbul etdi Rəbbimə necə təşəkkür edə bilərəm?
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu
01-09-2024
salam aleykum. bir kes menden uzr isteyirse, bagislanma dileyirse, qarşılığında estagfirullah demek dogrudu? yeni "estagfirullah men niye bagislayiram Allah bagislasin menasinda" deyilse, her defe bunu demek bidet sayilar ya yox?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə İstiğfar etmək (Allahdan bağışlanma diləmək) bütün hallarda icazəlidir. Lakin daimi olaraq üzr istənildikdə "Əstəğfirullah" demək doğru deyil. Üzr istəyənə üzrü qəbul etdiyini bildirmək kifayətdir. 

ardını oxu
01-09-2024
Salam eger qadında heyz qanı gelib hemin 1 ci gün gelib dayanırsa tam gelmirse yeni az bulaşıq kimi gelirse qüsul pozulmuş olur? Onda namaz qılmamalıdır?
Cavab:

Və aleykum Salam. Heyzdən əvvəl gələn qəhvəyi bulaşıq maye heyzdən sayılır və bu vaxt namazı saxlamaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
01-09-2024 ..
Salam aleykum özümde n 4 yaş. Boyuy biriyle xoşum gelir onunda menden 2 mizde namaz qılanıq ve arada. Yazışıriq etdiyimiz şey haramdırmı yeni bir birimizi geleceyde istiyirik ve indi yazisiriq günahdır bu?
Cavab:

Və aleykum Salam. İslam dinində qızın kəbin olmadan hər hansı bir oğlanla yazışması haramdır. Bu əmələ görə həm qız, həm də oğlan günah qazanır. Həmçinin oxuyun:

ardını oxu
01-09-2024
Salam aleykum.boş vaxtlarımızda zikr ederken ele taxılan zikr aparatından istifade etmek olar?sayını bilmek üçün
Cavab:

Və aleykum Salam. Zikr ibadət olduğu üçün onu Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi qaydada yerinə yetirmək lazımdır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) barmaqlarından istifadə edərək zikr etmişdir.

ardını oxu

Pages