01-05-2022 Ülvi
Əssələmu aleykum. Cənabət qüslü alıb qurtardıqdan sonra namazı qıldım və ayaqyoluna gedəndə gördüm ki üzr isdiyirəm cinsiyyət üzvümün üsdündə bir balaca məni quruyub qalıb, çox güman ki qüsl alanda tam fikir verməmişəm ama cinsiyyət üzvümü yumuşdum. Mən yenidən cənabət qüslü etməliyəm?
Cavab:

Va aleykum Salam. Yenidən qüsl almağa və namazı təkrar qılmağa ehtiyac yoxdur. Sadəcə cinsiyyət üzvünü yuyun və növbəti namazlar üçün dəstəmaz alın. Həmçinin oxuyun:

ardını oxu
01-05-2022
Salam men resmi nigahdan boşanmisam ama kebini geri oxudmamisam hicabliyam yoldasimla tel vaisdesi ile elaq qururuq usaqla danışır men başı aciq gorune bilerem mi yeni biz bir birmize kebini geri oxudmadiqmiza göre Allah yanında hala bir birmize halaliq ?
Cavab:

Va aleykum Salam. Əgər siz boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Keçmiş həyat yoldaşınız isə artıq sizə naməhrəm sayılır və onun sizi istər telefonda, istərsə də canlı olaraq, hicabsız görməsi haramdır. Həmçinin oxuyun: 

ardını oxu
01-05-2022 Bos
Salam eri ola ola ayleli olan qadinin bawqa kisiyle kebinin duzgunmudu ?
Cavab:
ardını oxu
01-05-2022 Şamil
Vahabiler nedir? Allaha inanirlar? Peyğanberlere imamlara inanırlar?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Hansı məzhəb düzgündür?

Vəhhabi kimlərdir?

ardını oxu
01-05-2022 Cem...
Bir ayın niyyətin etmədim gündəlik niyyət edib oruc tuturdum bir gün iftardan sonra menusturasiya oldum.ve bitənə qədər orucumu saxlayıb sonra yenə tutdum belə 15 gün tutydum oruc.indi bilmək istəyirəm o menusturasiya günlərinin qəzası qalıbmı üzərimde??????
Cavab:

Əssələmu aleykum. Bəli, heyz səbəbindən oruc tutmadığınız günlərin sayı qədər qəza orucu tutmalısınız. Ətraflı oxuyun:


Qadın heyz halında nələri edə bilməz?

ardını oxu
01-05-2022
Salam.yoldasimla munasibetdeyken cox zaman hezz almiram ve o isteyir deye munasibetde oluram.cox az yapiskan su kimi bir sey olur.daha etrafli yaza bilmerem amma men qüslümün pozulmadigini düşünürəm.namaz üçün qüsl almaliyam bele olduqda?
Cavab:

Va aleykum Salam. Tərəflərdən biri həzz almasa və ya sperma gəlmiş olmasa belə, cinsi əlaqədən sonra qüsl almaq vacibdir. Əgər xəstəlik səbəbindən qüsl almaq mümkün olmasa, və ya qüsl etmək xəstələnməyə səbəb olacaqsa, bu halda təyəmmüm etmək icazəlidir. Ətraflı oxuyun:

ardını oxu
01-05-2022
Müayinədən keçmək üçün psixoloqa müraciət etmək olarmı?
Cavab:

Əssələmu aleykum. Əgər psixoloq şəriətə müxalif olan üsullarla müalicə etmirsə, bu psixoloqa müraciət etmək icazəlidir.

ardını oxu
01-05-2022
Salam aleykum.dinimizdə kişilər üçündə hər hansı bir geyim buyurulmuşdur? İndi baxirsan çoxu dar şalvar dar köynək geyinir bu ne dərəcədə doğrudur?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Müsəlman kişi necə geyinməlidir?
ardını oxu
01-05-2022 Məxfi
Salam Aleykum Ve rehmetullah. İslamda sünnede dul qadinla aile qurmaq kebn oxutdurmagin hökmu nedir zehmet olmasa deyersiz.Allah razı olsun sizden.
Cavab:

Va aleykum Salam va rahmətullah. Dul qadınla nikah bağlayarkən bakirə ilə olduğu kimi qadının özünün və vəlisinin (atası, olmasa babası, qardaşı və s.) razılığı, iki şahidin iştirakı və qadına mehr verilməsi vacibdir Bu cavabları oxuyun:

ardını oxu
01-05-2022 Anonim
Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.Mən ətrafımda olanları(dostlarımı,qohumlarımı,yaxınlarımı) haqqa dəvət etmək istəyirəm,amma hər dəfəsində əlimdə fürsət olanda sanki dəyərləndirə bilmirəm.Məsələn dostlarımla gəzirəm yaxud sosial şəbəkələrdə danışırıq amma bilmirəm necə islama(namaz qılma
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabı oxuyun:


İslama dəvət necə olmalıdır?
ardını oxu
01-05-2022
Salam Aleykum menim zöhr namazın qılıdım ama qılıb bitirdikden sonra şübhe yarandıki iqame vermemişem namazım doğru sayılır?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


İqamə oxumadan namaz qılmaq doğrudurmu? 

ardını oxu
01-05-2022 Birnefer
Kasıb bir adam niyet edirse ki nesebir niyetim qebul olsun kimese pul verecem niyet qebul olur uzun müddet ağlından çıxır yadına düşür niyet etdiyi pulu vermirse günahdırmı?
Cavab:

Əssələmu aleykum. Qeyd etdiyiniz niyyət nəzir adlanır. Nəzir edən şəxsin istəyi həyata keçərsə nəzirini dərhal verməlidir. Əgər unutduğu üçün gecikdiribsə buna görə günah qazanmır, lakin xatırlayan kimi dərhal verməlidir. Ətraflı oxuyun:

ardını oxu
01-05-2022 Xanım
Salam kişi içkili olub qadına bir neçədəfə çıx get deyib,ayıq olduqda isə heçnə olmamış kimi rəftar etsə boşanmış olurmu
Cavab:

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, boşanma kişinin qadına ayıq başla boşamaq niyyəti ilə "səni boşadım" və ya "talaq verdim" kimi açıq-aydın boşanmaya dəlalət edən sözlər deməsi ilə baş verir. Əgər ağlı başında olmayacaq dərəcədə içkili olmuşsa bu halda dediyi sözlər boşanma sayılmır.

ardını oxu
01-05-2022 Günel
Salam Aleykum 5ile yaxindiki lazim olan butun suallarima cvbi burdan tapiram.Allah razi qalsin sizden.Menim ovladim 4 ayliqdi ana sudu ile qidalandigina gore mene ehtiyaci olur.Eger men Namaz qilarken agliyarsa men ne edim.Yaxud diger Namaz bactina kimi sakitlewmezse neyniyim.Tez cvblandirsNiz sevin
Cavab:

Va aleykum Salam. Dinimiz hər bir vəziyyətdə ibadətləri yerinə yetirmək üçün rüxsətlər qoymuşdur. Çalışın uşaq yuxuda olduqda namazları qılasınız. Həmçinin namazları çox uzatmaya bilərsiniz.

ardını oxu
01-05-2022
Salam 8 ildirAileliyem 1 usaqdan sora yoldasimin xesdeliyi askarlandi. yoldasim xesde olduqu ucun bir yerde ola bilmirik.Menim ozu ozumu temin etmeyim gunahdirmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Masturbasiya etməyə icazə verilir?​​​​​​​

ardını oxu
01-05-2022
Salam. Xahiş edirem Kursi ayesi ve el- Beqere suresinin axir 2 ayesinin Azerbaycanca oxunusunu ve tercümesink yazardiz. Xahiş edirem
Cavab:

 Va aleykum Salam. Bu cavabı oxuyun:


Qısa surələrin transkripsiyası (oxunuşu) 

ardını oxu
01-05-2022 Abdullah
Salam aleykum. Xristian və ya yəhudi salam aleykum desə, ona salamı olduğu kimi qaytarmaq olar?
Cavab:

Va aleykum Salam. Bəli, qeyri-müsəlmanlar salam verdikdə cavab olaraq salamı qaytarmaq olar.

ardını oxu
01-05-2022 Ülvi
Əssələmu aleykum. Qardaş belə dua etmək olar ? "Ey Rəbbim əgər yaşamağım dünya və axirətim üçün faydalı olacaqsa, məni yaşat. əgər yaşamağım dünya və axirətim üçün faydalı olmayacaqsa məni yaşatma"... Çünki ölüm diləmək qadağandı axı CəzəkəAllahu xayran
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Özünə ölüm arzulamaq günahdırmı? 

ardını oxu
01-05-2022
Əssələmu aleykum . Bu suala görə üzr istəyirəm . Yuxuda olarkən alt geyiminin bulaşarsa məni ilə məzi olduğunu necə bilmək olar ?
Cavab:

Va aleykum Salam. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması qüslü vacib etmir. Sperma (məni) isə qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır.

ardını oxu
29-04-2022 Gülnar
As səlamu ələykum peyğəmbər azan veribmi? Vermeyibse dəlil nedir
Cavab:

Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün azan verməsi heç bir hədis yoxdur. Buna səbəb isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanların digər işləri ilə məşğul olması idi. 

ardını oxu
29-04-2022 Müsəlman
Salam aleyikum. Men namaz qılmağa başlamaq isdeyirem ancaq ki, mektebliyem,günorta namzaları derslerimin vaxtına düşür. Buna göre ne ede bilerem? Namaz vaxtından gec qılınsa günahdmı? Yardımçı olsanız çox sevinerem.
ardını oxu
29-04-2022 Allahın qulu
Salam Aleykum.hal hazırda Cənnət və Cəhənnəmdə kimsə varmı
Cavab:

Va aleykum Salam. Cənnət və Cəhənnəm hal-hazırda mövcuddur, lakin heç kəs oraya girməmişdir. Cənnət və Cəhənnəmə girmək Qiyamət günü olacaqdır. Həmçinin oxuyun:


Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu?

ardını oxu
29-04-2022 İlahə
Salam menim 2 aylıq körpem var ve 2 aydır yoldaşımla elaqede ola bilmirik körpəm geceleri yatmır qüsulda almaq heç cüre mümkün deyil ailede çoxuq qüzullu qalmaq günahdır? ve qüsullu iken uşağa süd vermek olar?
Cavab:
Va aleykum Salam. Qüsl almadan uşaq əmizdirməyi qadağan edən hökm yoxdur. Dinimiz qüsl almaq mümkün olmadığı təqdirdə təyəmmüm etməyi buyurmuşdur.
ardını oxu
29-04-2022 Nicat
Salam alekum va rahmatullah Allah size bereket versin tavarruq oturusunun hedis ile isnadi lazimdir,bildiyim qeder muslimde kecir ama tapa bilmedim
Cavab:

Va aleykum Salam. Tavarruk - üç və dörd rükətli fərz namazların son rükətlərindəki təşəhhüd oturuşunda sağ ayağı dik tutaraq ayaq barmaqlarını qıbləyə yönəltmək, sol ayağı sağ ayağın baldırının altına salaraq yanı yerə qoymaqdır. Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) dem

ardını oxu
29-04-2022
Salam, Qur'anın Azərbaycanca tərcüməsininnicinə xususi ayələri isarələmək üçün işarə vereqeleri yəni (oxlu sticker) yapışdırmaq olar?
Cavab:

Va aleykum Salam. Quranın müəyyən ayələrini işarələmək üçün vərəqinə stiker yapışdırmaqda bir qəbahət yoxdur. 

ardını oxu
29-04-2022
Hal hazirda orucam ve dirnagimda gel var bu gunahdirmi yani oruçu batıl edirmi?
Cavab:

Əssələmu aleykum. Dırnağa gel çəkmək oruca xələl gətirmir. Lakin dırnaqda gelin olması dəstəmaza maneə törədir. Bu barədə ətraflı oxuyun:


Dırnağa gel-lak çəkib onunla dəstəmaz almaq olarmı?
ardını oxu
29-04-2022 Arzu
Salam.Bir qiza evlilik umudu verib sonra bu fikirden donmek (qizin gunahi olmadan) hemin qizin gunahina girmis olurmu .
ardını oxu
29-04-2022 Samir
Salam Allah sizdən razı olsun.Xaiş ediəm cənabət qüslunun alınma qaydasını deyərdiz.Hər ilahiyatcı bir cür izah edir.Zəhmət olmasa mənə ətraflı cavab yazın.Çox sag olun
Cavab:
ardını oxu
29-04-2022 Vüqar
Salam aleykum. Əgər bir nəfərə cənazə namazı qılınmayıbsa və üstündən 7-8 il keçibsə, həmin adama cənazə namazı qılmaq olar?
Cavab:

Va aleykum Salam. Müsəlman insan vəfat etdikdə ona cənazə namazı qılmaq "Fardu-Kifayə"dir, yəni əgər bir qrup insan ona cənazə namazı qılmışsa, digər müsəlmanlara vacib olmur.

ardını oxu
29-04-2022 Samir
Salam aleykum. Uşaq oynayanda adamın etrafına fırlanırsa, bunun bir günahı, pis bir nəticəsi ola bilərmi?
Cavab:
Va aleykum Salam. Dinimizə görə uşaq oynayarkən valideyninin və ya digər bir insanın ətrafına fırlanmasında bir qəbahət yoxdur, bunun heç bir günahı yoxdur və bunun heç bir pis nəticəsi ola bilməz. 
ardını oxu
29-04-2022 Orxan
Salam aleykum. 4 rukətli camaat namazına 2-ci rukətdə çatsam, camaat 3-cü rukətdə olanda, mənim üçün 2-ci rükətdi, amma təşəhhüd oxumag olmur, əksinə, mən 1 və 3-cü rükətdə təşəhhüddə oturmalı oluram. Axırda səhf səcdəsi lazımdırmı?
Cavab:

Va aleykum Salam. Dördrükətli camaat namazının 2-ci rükətinə çatan imama tabe olub üç rükəti icamaatla qılır, imam salam verdikdən sonra qalxıb 4-cü rükəti tamamlayır, sonda təşəhhüd deyib salam verir, səhv səcdəsinə isə ehtiyac yoxdur. Həmçinin oxuyun:

ardını oxu
29-04-2022 Qadın
Selamun aleykum. Marketin ümumi gəlirində spirtli içkilərdən qazanılan pul varsa, həmin marketdə işləyən adam spirtli içkilərlə işi olmasa da günah qazanır?
Cavab:

Va aleykum Salam. Əgər marketin əsas gəliri halal malların satışından əldə olunursa, bu marketdə içki ilə əlaqəli olmayan şöbələrdə işləmək olar. Ətraflı oxuyun: Marketdə içkiyə toxunmamaq şərtilə işləmək olarmı?

ardını oxu
29-04-2022 Shsj
Salam Aleykum Menim dostum var spirtli içki içib, İndi O neçe vaxtdan sonra namaz qılmalıdır. Yeni men bildiyme göre Bir müddet zaman keçmelidir zamanaın bilirsinizse deyerdiz zehmet olmasa
Cavab:

Va aleykum Salam. İçki içən şəxs dərhal tövbə etməli və namazlarına davam etməlidir. Lakin əgər içki içən şəxs nə dediyini anlamayacaq dərəcədə sərxoş olarsa, sərxoşluğu keçənə qədər gözləməlidir.

ardını oxu
29-04-2022 Solmaz
Salam aleykum. Qadının ərindən dini öyrətməsini tələb etməsinə haqqı varmı?
Cavab:

Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, himayəsində olan insanları Cəhənnəm əzabından qorusun. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun!" (ət-Təhrim, 6).

ardını oxu
29-04-2022
Salam. Qadının ev işlərini etməyə haqqı varmı?
Cavab:

Va aleykum Salam. Kişiyə öz zövcəsini maddi cəhətdən təmin etmək vacib olduğu kimi, qadında da ərinə xidmət etmək və ev işlərini etmək vacibdir. Ətraflı oxuyun:

ardını oxu
29-04-2022 Rahilə
Salam aleykum. Kiməsə zındıq demək olarmı?
Cavab:
Va aleykum Salam. "Zındıq" sözünün mənası "münafiq", "dinsiz" deməkdir. Özünün müsəlman kimi göstərib küfrünü gizlədən adama deyilir. Dəlil və sübut olmadan müsəlman bir insana "zındıq" demək onu kafir olmaqda ittiham etmək deməkdir və bu, böyük günahdır.
ardını oxu
29-04-2022 Nahid
as-Salamu aleykum. Üstündə xaç işarəsi olan firmaların məhsullarına almaq olarmı?
Cavab:

Va aleykum Salam. Üzərində xaç olan əşyalardan istifadə etmək və ya bu əşyaları almaq qadağandır. Həmçinin bu cavabı oxuyun: Emblemində xaç olan futbol komandasına azarkeşlik etmək olarmı?

ardını oxu
29-04-2022 Maqsud
əs-Sələmu aleykum. Həcc etməyən kəs ümrə edə bilərmi?
Cavab:

Va aleykum Salam. Bəli, həcc ziyarətini etməyən şəxs ümrə edə bilər. İkrimə ibn Xalid, həccdən öncə ümrə etmək haqqında İbn Ömərdən soruşmuş və o: "Bunda bir qəbahət yoxdur" – deyə cavab vermişdir.

ardını oxu
29-04-2022 Kansuela
Salam. İmtahanlarda etrafında oturan qrup yoldaşlarına nəzarətçidən gizlin yazmaqlarına kömek etmək düzgündür?
Cavab:

Va aleykum Salam. Xeyr, bu əməl aldatmaq sayılır. Belə etməklə siz günah bir işə yardım etmiş olursunuz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).

ardını oxu
29-04-2022 Yunus
Salam aleykum. Dini elmi olmadığına görə Allaha şərik qoşan valideyn üçün Allaha dua etmək olarmı?
Cavab:

Va aleykum Salam. Valideynlər Allaha şərik qoşmuş olsalar belə onların haqları övladların üzərindən düşmür. Övlad valideynini bu əməldən çəkindirməli və onları tövhidə (Allahı ibadətdə təkləşdirməyə) dəvət etməlidir, Allaha dua edib onları doğru yola yönəltməsini diləməlidir.

ardını oxu
29-04-2022 Qadın
Salam. Ərində homoseksuallıq olan qadın ərindən boşanma tələb edə bilərmi?
Cavab:

Va aleykum Salam. Homoseksuallıq böyük günahlardan biridir. Bu günah barədə ətraflı oxuyun:

ardını oxu
29-04-2022 Əli
Salam aleykum. Uşağın qız və ya oğlan olması üçün hamiləlik cədvəlindən istifadə etmək olarmı?
Cavab:

Va aleykum Salam. Bu haramdır və fal hökmünə girir. Daha ətraflı: 


Hesablama yolu ilə hamilə qalmaq günahdırmı?

ardını oxu
29-04-2022 Nahid
Salam aleykum. Biri məndən başqasına salam göndərəndə mənim yadımdan çıxırsa, günah qazanırammı?
Cavab:
Va aleykum Salam. Uca Allah bu ümmətə unutduqları şeylərə görə günah yazmır.
ardını oxu
29-04-2022 Davud
Salam aleykum Cənnətə düşən Cəhənnəmdə olan qohumunu görə biləcəkmi?
Cavab:

Va aleykum Salam. Uca Allahın istəyi ilə bu baş verə bilər, çünki Uca Allah Quranda Cənnətə düşmüş mömin bir bəndənin belə dediyin xatırladır: “Onlardan biri deyəcək: “Mənim bir tanışım var idi.

ardını oxu
29-04-2022 Rahid
Salam aleykum. Atamın xoşlamadığı kasıb qohumuma yardım edəndə atam mənimlə mübahisə edirsə, o kasıb qohuma yardımı davam edə bilərəmmi?
Cavab:
Va aleykum Salam. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələ­rini möhkəmlətmək savabı".
ardını oxu
29-04-2022 Rasim
Salam aleykum. Qeyri-müsəlman ölkəsində müalicə almaq olarmı?
Cavab:

Va aleykum Salam. Müalicə, tədris və iş məqsədilə qeyri-müsəlman ölkələrinə getmək icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
29-04-2022 Zöhrab
Salam aleykum. Atam və ya anam səhv hərəkət edəndə mən onun səhvini ona deyə bilərəm?
Cavab:

Va aleykum Salam. Əvvəla bilmək lazımdır ki, səhvsiz insan yoxdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir".

ardını oxu
29-04-2022 Mədət
əs-Sələmu aleykum. Qadın başqa qadının cinsiyyət üzvünə baxması məkruhdurmu?
Cavab:
Va aleykum Salam. Zərurət olmadan bir qadının başqa bir qanının övrət yerinə baxması haramdır. Yalnız doğuş və müalicə kimi zəruri hallar istisnadır. 
ardını oxu
29-04-2022 Əhməd
Salam aleykum. Məkruhu etdikdə günah yazılırmı?
Cavab:

Va aleykum Salam. Məkruh - bəyənilməyən əməl deməkdir. Məkruh əməli edən günah qazanmır. Lakin Allah rizası üçün məkruh əməli tərk edən şəxs buna görə savab qazanmış olur. 

ardını oxu
28-04-2022 Rasim
Salam aleykum subh namazi megribin ilk iki ruketi birde isa namazinin ilk iki ruketi sesli qilinir.bir sohbet sirasinda esitdim ki butun namazlar sessiz qilmaq olar bu dogrudurmu? Evvelceden tesekkurler
Cavab:
Va aleykum Salam. Sübh namazını, habelə Məğrib və İşanın ilk iki rükətini səsli qılmaq müstəhəbdir. Yəni, bu namazları səssiz də qılmaq olar, lakin sünnəyə tabe olub namazları Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı kimi qılmaq daha fəzilətlidir.
ardını oxu

Pages