Va aleykum Salam. Oruclu insanın qulağına saç düşməsi orucu pozmur. Həmçinin ağıza düşən tük boğaza getməzsə orucu pozmur. Əgər qeyri-ixtiyari gedərsə, yenə də orucu pozmur. Yalnız bilərəkdən boğaza gedən tük orucu pozmuş sayılır. Ətraflı oxuyun:
Va aleykum Salam. Cəmini üç dəfə oxumaq lazımdır. Yəni əvvəl İxlas, sonra Fələq, sonra da Nəs surəsini oxuyub bunu üç dəfə təkrarlamaq lazımdır.
Va aleykum Salam. Hansı vasitə ilə olursa olsun, əsas olan nəcasətin özünün aradan qaldırılmasıdır. Ona görə də bir neçə nəm salfetdən istifadə etməklə nəcasəti təmizləmək mümkündür. Ətraflı oxuyun:
Va aleykum Salam. Namaz elə bir ibadətdir ki, onu hər bir halda qılmaq lazımdır. Əgər ayaq yolunda natəmizlik varsa və dəstəmaz alarakən nəcasətə bulaşa bilərsinizsə, bu halda su götürüb kənar yerdə və ya çöldə dəstəmaz almağa çalışın. Siz cəhd edin, Allahın izni ilə sizə asanlaşacaq.
Va aleykum Salam. Bu cavabı oxuyun:
Tərkibində haram qatışığı olan dərmanlardan istifadə etmək və ya onları satmaq olarmı?
Va aleykum Salam. Gecə namazının son rükətində qunut tutarkən sadəcə dualar edilir. 40 möminin adı çəkilməsi bidət əməldir. Ətraflı oxuyun:
Va aleykum Salam.
1) Şəriətlə icazə verilən hallar istisna olmaqla, qadın ərinin cinsi istəyinə etiraz edə bilməz. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Kəbin olmadan bir qızın naməhrəm oğlanla görüşməsi və ya ona toxunması günah sayılır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir:
Va aleykum Salam. Əgər qan təmamilə dayanmışsa, qadın heyzdən təmizlənmiş sayılır. Bu zaman qüsl alıb namazını qılmalı, orucunu tutmalıdır. Təmizləndikdən və qüsl aldıqdan sonra gələn ağ-sarı və ya qəhvəyi bulantı heyz sayılmır. Ətraflı oxuyun:
Va aleykum Salam. Əvvəla bunu bilmək lazımdır ki, qadından gələn hər axıntıya görə qüsl almaq vacib deyil. Yalnız şəhvət hissi ilə gələn və qadının ehtirasını bitirən çox miqdarda axıntı qüslü pozur. Qadının belə axıntıdan sonra qüsl alması vacibdir.
Va aleykum Salam. Heç bir üzrlü səbəb olmadan buraxılmış namazlar qəza edilmir. Üzrlü səbəbdən buraxılmış namazlar qəza edilir. Buna görə tövbə edin və nafilə namazları çoxaldın. Tövbə edərkən ayrıca tövbə namazı qılınmır. Ətraflı oxuyun:
Va aleykum salam.
Va aleykum Salam. Quranı ərəbcə azərbaycan hərfləri ilə (transkripsiyasını) oxumaq düzgün deyil. Çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur.
Va aleykum Salam. Əgər məninin şəhvətlə ifraz olunması insanın öz iradəsi ilə olubsa, oruc pozulur. Əgər qeyri-ixtiyari, yəni yuxuda olubsa, bu halda oruc səhihdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Namazların qəzasını qılmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:
Bir ay buraxdığım namazların yerinə sədəqə verə bilərəmmi?
Va aleykum Salam. Namazda edilən həra hansı səhvə görə namazdan çıxmağa ehtiyac yoxdur. Namazda səhv etdiyini düşünən sonda səhv səcdəsi etməklə namazı tamamlamış sayılır. Ətraflı oxuyun:
Va aleykum Salam. Namaza başlayarkən əl-Fatihə surəsindən əvvəl "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsini demək müstəhəbdir. Bu cümləni deməmək namazı batil etmir.
Əssələmu aleykum. Buna nəzir qurbanı deyilir. Nəzir qurbanı vacibdir və imkan olan kimi kəsilməlidir. Nəzir qurbanını kecikdirmək günahdır, lakin gecikdirildiyi üçün daha bir qurban kəsmək lazım deyil. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabı oxuyun:
Ailəm dindar oğlanla ailə qurmağıma razı deyillər, nə edə bilərəm?
Əssələmu aleykum. İnsanları aldatmaq böyük günahlardan biridir.
Əssələmu aleykum. Cənnətə yalnız müsəlmanlar girəcək. Deistlər isə özlərini İslama nisbət etmirlər. Belə halda ölən insan müsəlman sayılmadığı üçün Cənnətə girməyəcək. Ətraflı oxuyun:
Va aleykum Salam. "Aman" sözünün mənası "əminamanlıq" deməkdir. "Allah amanında", yəni "Allahın əminamanlığı içində olasan!" deməkdir. Bu cümlə dua mənasını daşıdığı üçün onu deməkdə bir qəbahət yoxdur.
Va aleykum Salam. Bəli, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazda özü-özünə salavat deyərdi. Ətraflı oxuyun:
Əssələmu aleykum. Qüsl alarkən ağıza və buruna su almaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Buruna su aldıqdan sonra burunda qurumuş çirk qalması qüslün səhihliyinə xələl gətirmir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bəli kəsdirə bilərsiniz.
Va aleykum Salam. Ümumən corab üzərinə məsh çəkilir, amma corab şəffaf olmamalıdır. Corabın nazik olmasında bir problem yoxdur. Ətraflı oxuyun:
Va aleykum Salam. Xəstəlik səbəbindən imam namazı oturuqlu halda qıldıra bilər. Fərq etməz istər fərz namazı olsun, istər nafilə. Lakin yaxşı olar ki, əgər imam xəstədirsə və ayaq üstə namaz qıla bilmirsə, onu başqası əvəz etsin.
Va aleykum Salam.
Va aleykum Salam. Ramazan orucundan bir gün tutmayan kəs sadəcə həmin günü qəza etməlidir. Əgər orucu üzrlü səbəbdən (xəstəlik və ya səfər) tutmayıbsa, buna görə ona günah yazılmır. Əgər heç bir üzrlü səbəb olmadan tutmayıbsa, buna görə tövbə etməlidir. Ətraflı oxuyun:
Va aleykum Salam. Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insan başqa günlərdə növbəti Ramazan ayına qədər buraxdığı orucları qəza etməlidir. Qəza oruclarını tutarkən xüsusi olaraq qüsl almaq lazım deyil. Qüsl yalnız müəyyən hallarda vacib olur. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Əgər bədənin müəyyən bir hissəsində sarğı varsa və bu sarğı suyun bədənə dəyməsinə mane olursa, bu halda digər yerləri yumaq, sarğı olan yer üçün isə təyəmmüm etmək lazımdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Cəhənnəmə ilk olaraq üç sinif insan daxil olacaq. Bu barədə ətraflı oxuyun:
Cəhənnəm odunda birinci kimlər yanacaq?
Va aleykum Salam. Tapdığınız əşya cadu əlaməti ola da bilər, olmaya da, bu barədə dəqiq bir şey deyə bilmərik. Həmçinin oxuyun:
Caduya qarşı nə tədbir görmək olar?
Va aleykum Salam. Vəzifəli şəxsə işindən əlavə verilən pul rüşvət sayılır və onu götürmək haramdır.
Əssələmu aleykum. Can boğaza çatana qədər tövbə qapısı açıqdır. Yaşından asılı olmayaraq ölüm anı gələnə qədər tövbə edən istənilən insanın tövbəsi qəbuldur. Bunu da qeyd edək ki, cavanlar arasında da belə bir fikir var ki, "qocalanda tövbə edərəm".
Va aleykum Salam. Acva xurması Mədinədə bitən qara rəngli şox şirin bir xurma növüdür. El arasında bu xurmaya "Peyğəmbər xurması" da deyilir. Acva xurması barədə bir neçə səhih hədis rəvayət olunur. Bu hədislər aşağıdakılardır:
Va aleykum Salam. Əgər gələn qan heyz qanı deyilsə, bu qan namaz qılmağa və oruc tutmağa maneə deyil. Ətraflı oxuyun:
Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?
Va aleykum Salam. Bu cavabı oxuyun:
Əssələmu aleykum. Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir və yalnız üzrlü səbəbdən orucu açmaq icazəlidir. Üzrlü səbəb olmadan açdığı oruca görə günah qazanır. Həddi-büluğ yaşı barədə ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabı oxuyun:
Va aleykum Salam. Kəffarə - dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Kəffarə orucu and içib onu yerinə yetirə bilməyən insana aiddir. Bu barədə ətraflı oxuyun: