Va aleykum Salam. Əgər sizdən asılı olmayaraq, qeyri-ixtiyari boğazınıza qan getmişsə, bu sizin orucunuzu pozmur. Lakin əgər qaytarmağa imkan olduğu halda, bilərəkdən qanı udmusunuzsa bu sizin orucunuzu batil edir. Ətraflı oxuyun:
Əssələmu aleykum. Namazda "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) və "bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümlələri Təkbiratul-Ehramdan (namaza başlayarkən deyilən ilk təkbirdən) sonra deyilir.
Va aleykum Salam. Bəli, oruclu ikən bilərəkdən sperma xaric etməklə boşalan adamın orucu batil olur. Həmin insan buna görə tövbə etməli, həmin günün orucunu qəza etməlidir. Ətraflı oxuyun:
Va aleykum Salam. Səhlənkarlıq səbəbilə buraxılan namazlar qəza edilmir. Bu namazlara görə tövbə etmək lazımdır. Ətraflı bu cavabı oxuyun:
Keçmiş illərdə qılınmayan namazlar qəza edilməlidirmi?
Va aleykum Salam. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqin olması normaldır. Ölkəmizdə yalnız Əsr namazının vaxtı təqvimdəki vaxtdan ciddi şəkildə fərqlənir və bunun səbəbini bu cavabdan oxuya bilərsiniz:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. Belə fikrin gəlməsi orucu pozmur.
Va aleykum Salam. Namazı yalnız Ramazan ayında deyil, həmişə qılmaq lazımdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Uca Allah qulun bilmədən etdiyi səhvləri bağışlayır. Namazı Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi qılın. Ətraflı oxuyun:
Va aleykum Salam. Belə çətin durumlara düşməmək üçün və sağlamlıqda fəsad yaranmaması üçün Dinimiz evlənmək yaşına çatan gənclərə evlənməyi tövsiyə etmişdir. Odur ki, belə halda sizə yalnız imkan daxilində tez evlənməyi tövsiyə edə bilərik. Həmçinin oxuyun:
Va aleykum Salam. İslamdan imtina edərək çıxan adama "mürtəd" deyilir. Mürtəd insan İslam dininə qayıtmaq istədikdə Kəlmeyi-Şəhadəti təkrar dilinə gətirməlidir və etdiyi küfrdən tövbə edib peşman olmalıdır.
Va aleykum Salam. Oruclu qadın heyz qanı gördüsə, orucu pozulur və axşama kimi oruc tutmur. Heyzli qadın Ramazandan sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Allahın əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Namaz qılmaq Allahın haqqı olduğu üçün bu məsələdə Allahdan qeyrisinə itaət etmək olmaz.
Va aleykum Salam.
Əssələmu aleykum. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqi olması qəbahət sayılmır. Ehtiyat üçün siz təqvimdə göstərilən vaxtdan bir neçə dəqiqə sonra qılın. Ətraflı oxuyun:
Əssələmu aleykum. İftarı gecikdirmək sünnəyə müxalifdir.
Va aleykum Salam. Öpüşmək orucu batil etmədiyi üçün orucunuz səhihdir və yenidən tutmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:
Əssələmu aleykum. İstixarə sözünün mənası - Allaha dua edərək bir işdə dünya və axirətdə ona xeyirli olanı nəsib etməyi diləməkdir. İstixarə edərkən namaz qılınır və namazda Allaha dua edilir. Bundan başqa mənalarda ixtixarə etmək düzgün deyil. Ətraflı oxuyun:
Va aleykum Salam. Qadınlar istənilən barmağa üzük taxa bilərlər. Müəyyən barmaqlara (baş və şəhadət barmaqlara) üzük taxmağın qadağan olunması yalnız kişilərə aiddir. Ətraflı oxuyun:
Və aleykum Salam. Bəli, saytımızın facebook, teleqram və instaqram səhifələri var.
https://www.facebook.com/www.zikr.az
Va aleykum Salam. Cinsi əlaqədən sonra istənilən halda həm kişi, həm də qadın qüsl almalıdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Evdə olsanız belə, namaz qılarkən sütrə qoymaq və sütrəyə tərəf namaz qılmaq sünnədir. Namaz qılan şəxs sütrə qoymamışsa, səcdə etdiyi yerdən bir dirsək uzaqlıqdan keçməkdə bir qadağan yoxdur.
Va aleykum Salam.
1) Çətinlik olduqda namazları tam şəkildə birləşdirmək icazəlidir. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Oruc tutmağa qadir olan şəxs yalnız buraxdığı oruc günlərin sayı qədər qəza orucu tutur, kasıb yedirtmir. Kasıb yedizdirmək ümumiyyətlə oruc tutmağa qadir olmayan şəxslərə (xroniki xəstələrə və qocalara) aiddir.
Va aleykum Salam. Gördüyünüz yuxu bildirir ki, dünya və axirətdə nicat tapmağın yeganə yolu Uca Allaha dönməkdir. Odur ki, tez bir zamanda namaza başlayın! Həmçinin oxuyun:
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.
Va aleykum Salam. Kəbinin doğru sayılması üçün qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) icazəsinin olması şərtdir. Qızın vəlisinin izni olmadan kəsilən kəbin batildir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bakıya daimi yaşamaq üçün köçmüsünüzsə, siz artıq Bakı sakini sayılırsınız və Bakıda namazları tam şəkildə qılmalısınız. Qısa müddətə rayona getdikdə isə səfərdə sayılırsınız. Ətraflı oxuyun:
Əssələmu aleykum.
Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənməyə imkanı olmayan kəslərə oruc tutmağı tövsiyə etmişdir. Çünki oruc tutan insan gözlərini, qulaqqlarını və dilini haramlardan qoruyur. Həmçinin həmin adamın cinsi tələbatı azalır.
Aleykum salam. Uca Allah insanı yoxdan var etmişdir və insan yaranmamışdan əvvəl heç bir şey idi. Allah onu yaratmaqla ona nemət verdi və onu bir şəxsiyyət kimi meydana çıxartdı. Uca Allah insanı insan olaraq yaratmaqla onu şərəfləndirmişdir, çünki insan Uca Allahın yaratdığı ən üstün məxluqdur.
Əssələmu aleykum. Bu cavabları oxuyun:
Va aleykum Salam. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Çalışın ailədə fitnə düşməsin və namazın düzgün qılınmasını dəlillərlə ailə üzvlərinizə izah edəsiniz. Ətraflı oxuyun:
Va aleykum Salam.
Va aleykum Salam. Mazoxizam - psixoloji xəstəlik növlərindən biridir. Digər xəstəliklər kimi bu xəstəlik də müalicə olunmalıdır. Cinsi yaxınlıq zamanı belə şeylər etmək doğru deyil. Ətraflı oxuyun:
Va aleykum Salam. Heyz olan qadın oruc tutmur və namaz qılmır. Heyzdən təmizləndikdən və qüsl etdikdən sonra növbəti Ramazan ayına qədər buraxdığı orucların qəzasını tutmalıdır. Namazları isə qəza etmir. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. "Bəraət gecəsi" Şaban ayının 15-ci gecəsinə deyilir. Şaban ayının orta gecəsi (Bəraət gecəsi) haqqında səhih heç bir hədis sabit olmamışdır. Bu gecə haqqında gələn hədislər çox zəif hədislərdir.
Va aleykum Salam. Namaz qılarkən bütün hallarda gözlər açıq olmalıdır. Həmçinin səcdə edərkən də gözlər açıq olmalıdır. Qiyamda (ayaq üstə olanda) və rükuda səcdə yerinə baxmaq lazımdır. Təşəhhüd deyəndə isə sağ əlin şəhadət barmağına baxmaq lazımdır. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam.
Va aleykum Salam. Əgər ana haqlı ikən bəddua edirsə bu dua qəbul ola bilər. Ətraflı oxuyun:
Va aleykum Salam. Nəzir edən insan niyyətində tutduğunu olduğu kimi yerinə yetirməlidir. Qurban niyyət edilibsə mütləq qurban kəsilməlidir. Onun əvəzinə pul vermək sayılmır. Ətraflı oxuyun: