19-01-2016
salam men 1şey soruşmaq istrdim nferz namazini qildiqdan sonra dua etmek olar yoxsa namazi tamamile bitirdikden ve salami verdikden sonra cox xaiü edirem cvb vererdiz
ardını oxu
19-01-2016
Salam aleykum.men namazi sizin saytda gosterilen kimi qiliram.amma mebe vahabi deyiller.evden icaze vermiller namaz qilmaga.ne qeder bawa salsamda razi olmurlar.deyiller sef yoldu.dede-baba qaydasiyla qil (henefi).artiq 2gundur imanim zeifliyib namaz qilmiram.bawqa carem qalmayib .eger ellerimi gobe
Cavab:
Və aleykum Salam. Tezliklə namaz qılmağa başlayın. Fitnə olmasın deyə əlinizi göbək üstündə tuta bilərsiniz. Amma namazı heç bir halda tərk etmək olmaz. Bu bir imtahandır, səbr edin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!
ardını oxu
19-01-2016
ana sehv yolda olarsa ne etmeli qurani kerimden deliller yaxud faktlar getirsen lap gozel olar cox sagolun allah razi olsun
Cavab:
Salam aleykum. Sual konkret olmadığı üçün cavab vermək çətindir. Aşağıdakı cavabları oxuyun:

Bir insanı günahdan necə çəkindirmək olar?
ardını oxu
19-01-2016 mehdi
sefer ayi nece aydir esimisemki bu ayda peygember s e s mujde veririr bunu ne ucun deyib
Cavab:
Salam aleykum. Səfər ayı Ramazan, Məhərrəm, Rəcəb, Şəvval və digər aylar kimi bir aydır. Hicri təqvimin ikinci ayıdır. Bu ayda nəsə qeyri-adi bir hadisə haqda Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) heç bir hədis rəvayət olunmayıb.
ardını oxu
19-01-2016 nergiz
salam aleykum suallarin birinde rastlawdim ata ile kusulu qalmag olmaz yaxsi bes ata oz qizina terbiyesiz hereketler teklif edirse mecbur edirse onda nece bes olar olmaz
Cavab:
Və aleykum Salam. Uca Allah əmr və qadağaları insanın dünya və axirətdə xoşbəxt olması üçün qoyub. Bu əmr və qadağalar insanlar pis yola getməməsi üçün qoyulub. Əmrlərin əmr olmasının, qadağaların qadağa olmasının hikməti budur.
ardını oxu
17-01-2016
Salamu aleykum.namazda öz dilində dua etmək barədə dəlil varmi?
Cavab:

Və aleykum Salam. Namazda səcdədə öz dilində dua etmək olar. Dua etməyin öz dilində olmasına dəlil bu haqda qadağanın olmamasındadır. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir.

ardını oxu
17-01-2016
Salam aleykum ! Allaha ozunu gurban etmek duasi duz olarmi ?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Allaha "qurban olum" deyərək dua etmək olarmı?

ardını oxu
17-01-2016 Nala
Salam aleykum ! Menim isde vaxdim mehdud oldugu ucun bezen namazi oturmemek xatirine masinda oturmus halda namaz giliram ! Men o namazi sonra yene gilmaliyam , yoxsa bele icazelidir ? Salam aleykum !!
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Maşında gedərkən namaz qılmaq barədə

ardını oxu
17-01-2016
Salam mən 14 yaşımda tövbə etdim ama nə dəstamaz aldım nə də qurana əl basmışam.Indi mən düzgün tövbə etmişəm yoxsa yox.Birdə mən bu tövbəni başqa bir məqsəd üçün etmişəm yəni günahlarımın bagışlanması üçün etməmişəm bu tövbəni.Indi mənim tövbəm düzgündür yoxsa yox.
Cavab:
Və aleykum Salam. Tövbə etmək, and içmək və s. məqsədlər üçün Qurana əl basmaq dinimizdə yoxdur, peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə bu cür öyrətməyib. Tövbə günahların bağışlanması üçün edilir. Daha ətraflı:
ardını oxu
17-01-2016 Günay
Salam. Mende olan melumata göre valideyinin ana üçün etdiyi dua geri qayitmir.Sizce bu düzgündür? Bir de bes pvladın valideyin üçün etdiyi dua qebul olunar? Yeni geri qaytmaq meselesine göre.Önceden teşekkürler!
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası". (əl-Beyhaqi, 6619).
ardını oxu
17-01-2016 Qadin
Salam.Quranda nece herf var? Mene deyirler 29 bir herfde artirilib 30 olub duzdurmu? Deyirler soradan elave 2 herf artiriblar hansilardir onlar???
Cavab:

Və aleykum Salam. Ərəb əlifbasında 29 hərf var. 

ardını oxu
17-01-2016 gulnay
salam bir sualim olacaq eger qiz usaginan axiti gelerse onda ona cenabet qusulu duwur?
Cavab:

Və aleykum Salam. Şəhvətlə boşalma olarsa qüsl vacib olur. Boşalma olmadan şəhvət hissi nəticəsində axıntı olduqda qüsl yox, namazdan əvvəl dəstəmaz almaq lazım olur.

ardını oxu
14-01-2016 XALIDE
ESselamun aleykum.size sualim beledir mes: FATIME(R.A)Salavat cekirler bu ne derece duzgundur? eger duzduse nece etmeliyik? hezret sozunun menasi nedir?kimlere demek olar?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzab, 56).
ardını oxu
14-01-2016 Emin
Salam aleykum.men bele ewitmiwemki Allahi mueyyen bir sayda zikr etdikde arzusu heyata kecir.bu sozler ne derecede duzgundur.bu barede hedisler varmi?
Cavab:
Və aleykum Salam. Arzunun həyata keçməsi üçün dua etmək lazımdır, bunun üçün müəyyən sayda zikr etmək dinimizdə yoxdur. Daha ətraflı:

Zikr nədir?
ardını oxu
14-01-2016
salam.mən üniversitetdə oxuyuram.dərslərimlə cox məşgul oluram.yazılı imtahanlarda yaxşı yazam.Amma müəllim mənim fikrimcə haqsızlıq.vərəği boş qaytaranlara gözü qarşısında köçürənlərə qohumlarına yüksək qiymət verir mənim isə qiymətimi aşagı yazır.sizcədə haqsızlıqdır bu?və dinimizdə bu necə qarşıl
Cavab:
Və aleykum Salam. Müsəlman bir kəs onun haqqına girəndən şəriətdə icazə verilən tərzdə haqqını tələb etməlidir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.
ardını oxu
14-01-2016 Hüseyn
Məhərrəm ayında nəzır qurbanı kəsmək olar?
Cavab:
Salam aleykum. Digər aylarda edilməsi icazəli olan şeylərin hamısını Məhərrəm ayında da etmək olar. Bu cavabları oxuyun:

Məhərrəm ayında yas saxlamaq olarmı?
ardını oxu
14-01-2016
Salamu aleykum.İslamda qalstuk taxmaq icazəlidirmi?əgər icazəli deyilsə yəni bu kafirlərə bənzəməkdirsə onda biz niyə şalvar geyinirik.halbuki şalvar da kafirlərin geyimidir.təşəkkür edirəm.
Cavab:

Və aleykum Salam. Şəriətin ümumi qaydasına əsasən, haram olduğu bildirilməyən şeylərin hamısı halaldır. Məsələn, qızıl və ipəyin kişilərə haram olduğu bildirildiyi üçün qadağandır. Şalvar, qalstuk və s. isə yalnız kafirlərə məxsus geyimlər deyil, onları müsəlmanlar da geyinirlər.

ardını oxu
14-01-2016 Habil
Salam. Mən namaz qılanda təşəhhüd deyərkən bunu oxuya bilərm mi? :"Əlhəmdulillah. La ilahə illalah vəhdəhu la şərikələh və əşhədu ənnə Muhammədən əbduhu v rəsuluh. Allahümmə səlli əla Muhəmmədin və ali Muhamməd". Öncədən təşəkkür.Allah razı olsun.
Cavab:

Və aleykum Salam. Dedikləriniz zikrlər və salavatdır. Namazda təşəhhüdü demək üçün oturduqda Təşəhhüd, onun ardı ilə salavat oxunur.

ardını oxu
14-01-2016
Salam. Mənlə oxuyan sinif yoldaşım var. Mənim qonşumda olan qızı istiyir. Doğurdan, yəni fırladmır.Gedib qolbaq zad düzəldib adlarına taxıb qoluna zad. nəysə. Sualım oduki, Bizə qonşudu qız. Anası ilə atası yola gedmir. Keçən dəfə ( bu qızın 1 bacısı da var) qız bacısı və anası atanı döyüblər.
Cavab:

Və aleykum Salam. Sözsüz ki, valideynə zülm etmək Allahın qəzəbinə səbəb olan ən böyük günahlardan biridir. Bu cür pis əməlləri edən biri ilə evlənmək istəyəni xəbərdar etmək lazımdır və bu, qeybət sayılmır.

ardını oxu
14-01-2016 ferrux
salam.zehmet olmasa deyin baligi diri aldiqdan sonra olmesini gozlemek lazimdir yoxsa ele o deqiqe temizlemek olar.tesekurler
Cavab:

Və aleykum Salam. Balığın ölməsini gözləməyiniz daha yaxşı olar. Balığın başını da kəsə bilərsiniz ki, tez ölsün. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". (Müslim, 1955). 

ardını oxu
13-01-2016
Qiz atayla namazqila biler?
Cavab:
Salam aleykum. Qız atası ilə birlikdə namaz qıla bilər. Daha ətraflı: Qadınla kişi bir yerdə namaz qıla bilərmi?
ardını oxu
13-01-2016 elnur
Salam Aleykum.Men 10 cu sinife gedecem.Hazirliqara oldugum muddetler namaz vaxtini kecir.Butun gunu ders oxuyacam.Namazimi nece qilacam.evvelceden tewekkurler.w
ardını oxu
13-01-2016
Heyvanlarla oynamaq qusul gerekdirimi?
Cavab:
Salam aleykum. Heyvanlarla oynamaq qüslu vacib etmir, amma itlə oynadıqda onun ağzı dəyən yerləri birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yumaq lazımdır. Həmçinin, oxuyun: İtlə oynadıqda qüsl almaq vacibdirmi?
ardını oxu
13-01-2016
Salam. bilmek isterdim. Cebrayil kimdi Azreyil kimdi. Azreyilin can alan oldugunu bilirem bes Cebrayil?
Cavab:
Və aleykum Salam. Cəbrail peyğəmbərlərə (onlara Allahın salam olsun) Allahın əmrlərini çatdıran mələyin adıdır. İnsanlar Əzrail dedikdə, can alan mələyi qəsd edirlər, lakin bu mələyin adı Ölüm mələyidir. Həmçinin, oxuyun:
ardını oxu
13-01-2016
Qüslü Allah qebul edirmi.ne vaxt qebul etmir
Cavab:
Salam aleykum. Hər hansı əməlin qəbul olması üçün iki şərt var; 1. Əməli Allah rizası üçün etmək. 2. Əməli Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə uyğun etmək. Qüsl almaq qaydasını Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə bəyan etmişdir.
ardını oxu
13-01-2016 Sabina
Qüslun növü və mənaları
Cavab:
Salam aleykum. Qüsl 2 cür olur: Vacib və kamil qüsl. Daha ətraflı: Qüsl hansı hallarda və necə alınır?
ardını oxu
13-01-2016
Əssələmu aleykum, çox xahiş edirəm, qısqanclıqı aradann qaldırmaq üçün bir şeylər yazardız. Müsəlman bacımı çox qısqanıram və bu mənə ağır gəlir. Keçmir bu halım qorxuram fəsad törədər, həddi aşaram. əvvəlcədən minnətdaram. Allah razı qalsin sizdən.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qısqanclıq haqqında
ardını oxu
13-01-2016
namaz qilan adam qelyan ceke biler
Cavab:
Salam aleykum. Qəlyan çəkmək də siqaret çəkmək kimi haramdır və böyük günahlardan sayılır. Həmçinin, oxuyun: Siqaret çəkmək olarmı?
ardını oxu
13-01-2016 elsen
necə edim ki namaz qılarkən sadəcə Allahı yad edim bəzən olur ki başqa hadisələr namazda yadıma düşür
Cavab:
ardını oxu
13-01-2016 Rübail
Ölünü niyə üç dəfə yerə qoyurlar və götürürlər?
Cavab:
ardını oxu
13-01-2016 Hizbullah_313
destamaz aldiqdan sonra el uzumuzu desmalla sile bilerikmi. bideki destamazdan sonra yemek yedikde yaxuddaki su icdikde destamaz pozulurmu.cavablandirdiginiz ucun cox sagolun
Cavab:
Salam aleykum. Dəstəmaz alandan sonra qurulanmağa aid heç bir qadağa yoxdur. Yemək yedikdə və su içdikdə dəstəmaz pozulmur. Həmçinin, oxuyun:
Dəstəmazı pozan amillər
ardını oxu
13-01-2016 rufet
masturbasyon ne qeder gunahi var. ve bu emelden nece cekinmek olar?
ardını oxu
13-01-2016 famil
salam mohurle namaz qilmaqin subutu feth suresi aye 29 bura yazmadim kim delil isdiyir oxusun torpaqdan yaranibsan torpaqa alinida qoy dunya mali xalciya yox
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir.
ardını oxu
13-01-2016
Savab qazanmaq uçun ne etmeli?
Cavab:
Salam aleykum. Savab qazanaraq Cənnətə düşmək üçün ilk növbədə müsəlman olmaq və Allaha şərik qoşmamaq lazımdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65-66).
ardını oxu
12-01-2016 Abdullah
Salam aleykum. Sualim odur ki, eger mushriklerin heddi buluga chatmadan dunyasini deyishen ovladlari Qiyamet gunu imtahan olunacaqsa, bes muselmanlarin heddi buluga chatmadan vefat eden ushaqlari niye sorgu-sualsiz birbasha cennede dushecek?
Cavab:
Və aleykum Salam.
ardını oxu
12-01-2016
Cadunu batil etdikdən sonra cadu üçün istifadə olunmuş əşyaların nəsnələrin tapılmaması,tapılıb yox edilməməsi yenidən cadu yarada bilər insanda?
Cavab:

Salam aleykum. Cadu olunmuş əşyaların tapılıb məhv edilməsi cadunun batil edilməsinin ən asan üsuldur. Bu əşya - köynək, parça, kağız, qıfıl və s. tapıldıqdan sonra Quran ayələri oxunmuş suya salınır. Sonra yanaraq məhv olması mümkün olan şeylər qurudulub yandırılır.

ardını oxu
12-01-2016 Əli
Salm aleykum. Zöhr namazını qılıb qurtarandan sonra dərhal Əsr namazına keçdim. Sən demə, Əsrin vaxtı hələ girmiyib. Bu halda yenidən qılım Əsr namazını?
Cavab:

Və aleykum Salam. Əsr namazının vaxtı girməmiş qılan bu namazı yenidən qılmalıdır.

ardını oxu
12-01-2016 Terane
Salam Aleykum men arada ureyim dolanda derdimi refiqemle bolusurem ve onunla meslehetleşirem. Sizce bu qeybetdi..?
Cavab:
Və aleykum Salam. Heç kəsin haqqına girmədən dərdininzi rəfiqənizlə bölüşmək qeybət deyil. Başqası haqqında onun xoşuna gəlməyəcəyi şeyi danışmaq isə qeybətdir. Daha ətraflı:

Qeybət haqqında
ardını oxu
12-01-2016 melek
Heyatdan bezmiwem sebir edirem dozurem özümü öldürmek derecesins catib ama Allah Veren cani Almaqa cüret edmirem Qardawım Usaglıqdan meni incidib witede meruz qalmisam nece defelerle Artıq bezmiwem evlenmek isteyirem Yagwi Birsi ile Hansi Dualar oxuya bilerem ?
Cavab:
Salam aleykum. Duanı oxutdurmaq olmaz, hər kəs özü Allaha dua etməlidir. Allaha israrla çoxlu dua edin, çünki, insan çətin vəziyyətə düşəndə yalnız Allah ona kömək edir. Bu cavabları oxuyun:
ardını oxu
12-01-2016 Turkan
Salam tovbe elemiwdim Qurana el basmiwdim ve en cox istediyim weyle riks girmiwdimki tovbemi pozsam istediyim olmasin ammaki tovbemi pozdum gunahdirmi?birdeki o istediyim olacaq yoxsaki tovbemi posmuwam deye olan deyil?
Cavab:

Və aleykum Salam. "Tövbəni pozacağım təqdirdə belə olsun" və ya tövbəni pozacağı təqdirdə özünə bəddua etmək düzgün deyil. Uca Allah qullarına qarşı çox mərhəmətlidir, tövbəni pozduqdan sonra yenidən tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır. 

ardını oxu
06-01-2016
Salam.Mənim hal hazırda ruzum yoxdur-əvvələr çox yaxşı ruzum varidi.Mən nə edim ki ruzum olsun?
Cavab:
Və aleykum Salam. "Ruzim yoxdur" demək düzgün deyil. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir. Sadəcə bəzi hallarda insanlar ruzinin azalması ilə imtahana çəkilirlər.
ardını oxu
06-01-2016 Agayeva nigar
Bilmeden basi aciq kisi xeylaginin yanina cixmaq gunah di? Kisi ozu iceri girerse onun gunahi kimedi?
ardını oxu
06-01-2016
salam menim qizimin 11 yasi var ancaq hele heyz(aybasi) olmayib.o namaz qila biler yoxsa hele tezdir.
Cavab:
Və aleykum Salam. Qız uşaqları həddi-buluğa çatandan sonra onlara namaz vacib olur. Lakin, uşaqları kiçik yaşlarından namaza öyrəşdirmək lazımdır. Daha ətraflı:

Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
ardını oxu
06-01-2016 togrul
salam aleykum ve rahmetulahi ve barekatu men gunun istenilen saatinda durum namaz qilmaq istesem ve bele etmek suneye uygundurmu ve bu namazlar 2 ruket qilmaq istiyirem ve bular nafile sayilirmi?allah sizlrden razi olsun)
Cavab:
Və aleykum Salam və Rahmətullahi və Bərəkətu. Günün üç vaxtında səbəbsiz nafilə namazları qılmaq qadağandır. Bu vaxtlar aşağıdakılardır:
ardını oxu
06-01-2016
Salam.menim bele bir şey maraqlandirir.kebinim var aileliyem.lakin erimle xoşbext deyilem.başqa birisi ile görüşürem,onunla da kebin kesdire bileremmi?önceden sualima göre üzürlü sayin.
Cavab:
Və aleykum Salam. Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilməz. Bu evli qadının zina etməsidir. Zina isə insanı həlak edən günahlardandır. Yalnız ərindən boşansa, yenidən istədiyi kişi ilə kəbin kəsdirib ailə qura bilər. Daha ətraflı:
ardını oxu
06-01-2016 Azra
Salamu aleykuma ,men nisanlimla kebin eletdirmisem.Bilmek isterdimki kebinin en dogrusu nece olur?yani mutleqdirmiki qarsi terefde namaz qilsin?namaz qilmirsa kebinimiz duzgun sayilmir?
Cavab:
Və aleykum Salam. Müsəlman olub namaz qılmayanın kəbini batil deyil. Lakin, namaz qılmamaq adam öldürmək, zina etmək, oğurluq etməkdən də böyük günahdır. Ona görə nişanlınızı hikmətlə namaz qılmağa, Allaha itaət etməyə çağırın. Daha ətraflı:
ardını oxu
06-01-2016
Goz muncuqu ne mena verir uzerinde daniwmaq olarmi onu?
Cavab:
Salam aleykum. Bu cavabları oxuyun: 

Gözmuncuğu asmaq düzgündürmü? 

Şirk nədir?
ardını oxu
06-01-2016 aysen
salam men evvel namaz qilirdim sorlar basim agridi diye namaza yaxin gede bilmedim men ne edim
Cavab:
Və aleykum Salam. Sözsüz ki, həkimə gedərək baş ağrısından müalicə olunmaq lazımdır. Həkimlər tərəfindən müayinə edildikdən sonra ağrının səbəbi müəyyənləşməsə, bu sehrin əlamətlərindən ola bilər. Allaha sığınıb namaza başlayın. Daha ətraflı:
ardını oxu
06-01-2016 Nusret Bagirov
Salam aleykum! Size bir sual verim ama biraz qeribe sualdi. Siz bilersiniz,adami oxumaga ne meyilli ede biler? Xais edirem,komek edin.
ardını oxu
04-01-2016 xalide
Salam xalis edirem bu suvalimi tez cavablandirasiz cunku sizin dediyiniz soze baglidi her sey bu suvalima gore uzur isdiyirem ama mecburam sorusmaga.Men teze evliyem bezi vaxdlar seher namazina durmuram basqa vaxdi qezasini qiliram o mene gunah sayilirmi
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, ailənizə bərəkət versin. Yatıb qaldıqda yuxudan duran kimi namazın qəzasını qılmaq lazımdır. Lakin, bilə-bilə namaza durmamaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu

Pages