Və aleykum Salam. Bu cavabı oxuyun: Hamilə qadın namaz qılmalıdır?
Möminin və kafirin ölümü
Və aleykum Salam.
Və aleykum Salam. Həbsxanada olan adam öz əməllərindən peşman olarsa, bu cəza onun günahlarının bağışlanmasına səbəb ola bilər.
İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında
Və aleykum Salam. Bir müsəlmanın başqası haqqında dəlil-sübut olmadan pis zənn etməsi doğru deyil. Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).
Və aleykum Salam. Əgər siz salavatı qəsd edirsinizsə, salavat həm birinci, həm də ikinci oturuşda deyilir. Birinci oturuşda təşəhhüddən sonra edilən dua isə namazı batil etmir. İstəsəniz səhv səcdəsi edə bilərsiniz.
Və aleykum Salam. Bəli, insan əlini ağrıyan yerə qoyub bildiyi surələri və ayələri oxumaqla özünə ruqyə edə bilər. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Ruqyə necə oxunur?
Salam aleykum. Allaha dua edirik ki, sizə tezliklə şəfa versin və bu xəstəlik nəticəsində sizin günahlarınızı bağışlasın. Əgər çirk daimi gəlirsə, hər dəfə namaz qılanda çirk gələn hissəni yuyub dəstəmaz alın və namazınızı qılın.
Salam aleykum. Dəstəmaz əsnasında heç bir duaya ehtiyac yoxdur. Dəstəmaz almağa başlayanda "Bismilləh" deyilir. Həmçinin, oxuyun: Dəstəmazdan sonra edilən zikr
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Namaz qılıb hicab bağlamamaq haqqında
Və aleykum Salam. Asqırdıqda "əlhəmdulilləh" demək həddi-buluğa çatan adamlara aiddir. Öyrətmək üçün demək icazəlidir.
Və aleykum Salam. Yas saxlayan adamın saçını qırxdırmasında heç bir qəbahət yoxdur. Belə qadağalar xurafatdandır. Həmçinin, oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
Və aleykum Salam. İnsanların karikaturalarını çəkmək qadağandır. Bildiyimiz kimi, canlıların şəklini çəkmək haramdır, üstəlik bu şəkillər təhqir mənası da bildirir.
Salam aleykum. Sizin bu oturuşu sevmənizdə heç bir qəbahət yoxdur. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi hər bir şeyi sevmək müsəlmanlara vacibdir.
Və aleykum Salam. Bu cavabı oxuyun: "Ya Əli" demək haqqında
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Salam aleykum. Əgər həkim zərər ola biləcəyinə görə başın örtülməsini müvəqqəti icazə vermirsə, bunda qəbahət yoxdur. Lakin, xəstəlik daimidirsə, başı örtmək lazımdır. Doğrusunu Allah bilir.
Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Telefonda verilən azan namazda verilən azan hökmündə deyil. Ona görə də azan duasını etmək telefonda verilən azana aid deyil.
Və aleykum Salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən əvvəlkilər, peyğəmbər və salehlərini qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin. Bunu sizə qadağan edirəm". (Muslim).
Və aleykum Salam. Ər bilməlidir ki, imkanı daxilində ailənin ehtiyaclarını ödəmək onun vəzifəsidir. Uca Allah buyurur: "Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz.
Və aleykum Salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
Və aleykum Salam. Qurani-Kərimi yataq otağında qoymağa dair heç bir qadağa yoxdur.
Və aleykum salam və rahmətullah. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışanlara bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır.
Salam aleykum. Məscidin divarlarına şəkil yapışdırmaq olmaz.Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan edib.
Və aleykum Salam. əl-Buxari, 2940, 3005, 3176.