11-12-2015 Nala
Salam aleykum ! Xahis edirem mene sige hagginda genis Melumat veresiniz ! Sige ne vaxtdan yaranib ve ne vaxtdan legv edilib ve Kim terefinden !
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Siğə haqqında

ardını oxu
11-12-2015 Rahib
TEKKENIN HOKMU NEDI?
Cavab:

Salam aleykum. Təkkənin başa qoyulması və ya qoyulmaması barəsində heç bir səhih dəlil olmadığına görə onu qoymağın hökmü ixtiyaridir. Kim istəsə, qoya bilər.

ardını oxu
11-12-2015
salam bilmek isteyirem er ve arvadin bir birini isiqli bir otaqda cilqpa gormesi gunahdirmi
Cavab:

Və aleykum Salam. Xeyr. Bu barədə qadağa yoxdur.

ardını oxu
11-12-2015 Gunahkar Bende
salam men gunde 5 defe namaz qiliram Her namazi oz vaxtinda qiliram Bu sunnu namazi sayilir?
Cavab:

Və aleykum Salam. Hansı namaz sayılmağına fikir vermədən, Uca Allahın Quranda beş dəfə namaz qılmaq əmrini yerinə yetirmək lazımdır. Daha ətraflı:

Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

ardını oxu
11-12-2015
salam heyat yoldasim cinsi elaqede menden baska haram isler elemeyimi isteyir mende edirem bu ne derecede gunahdi
ardını oxu
10-12-2015 Allahın qulu
Əs Salamu alekum və rahmətullahi.Qardaş'lar Allah rzası üçün Qurani kərimnən Zilzal və Bələd surələrini Ərəb dilində Bizim(Azə)həriflərlə yazardız... Haqqınızı halal edin.Əs Salamu alekum və rahmətullahi və bərəkətuhu.
Cavab:

Və aleykum Salam va rahmətullahi va bərakətu. Surələri nə qədər dəqiq yazsaq da hərflərin düzgün tələffüzünü və uzatmaları düzgün yaza bilməyəcəyik. Bunu üçün siz ərəb əlifbasını öyrənməlisiniz. Daha ətraflı:

ardını oxu
10-12-2015 Əli
Salam aleykum. Qarışqaya zərər vermək və ya öldürmək günahdir? Günahı başqasına danışmaq olmaz, amma bu mənim ürəyimi çox sıxır. Bizim evdə qarışqalar var iydi, və mən artıq bezmişdim onlardan. Bir neçə vaxt yox idilər, və məndə elə bildim ki bunlardan artıq əsər əlamət qalmayıb.
Cavab:
Və aleykum Salam. Zərər verən həşəratları öldürmək olar. Lakin, onlara odla əziyyət verərək öldürmək günahdır, çünki, odla Allah cəza verir.
ardını oxu
10-12-2015 Allahin qulu
Es Salam Alekum...1.Men Cahillikde bir nece insanin haqqina girmisem(mes:qeybet,soyussoymek ve,s:)indi halalliq almaq vacibdimi? 2.Namaz qilmayan adamla"rla her hansi bir meseleye gore kusulu qalmaq ne qeder duzdu?ve muselman 3gunnen artiq kusulu qalmamalidir hedisini buna aid etmek olarmi?
Cavab:
Və aleykum Salam.
ardını oxu
10-12-2015
salam eziz ehlibeyit qardaslari sualim budur ki deyirler elem kimdese gedir bu duzdurmu?elem ne mena verir
Cavab:
Və aleykum Salam. Ələm İslam dinində olmayan, sonradan icad edilən bidətdir (dində yenilik). Daha ətraflı: Ələm nədir və onu gəzdirməyin dinlə bağlılığı varmı?
ardını oxu
09-12-2015 Namelum
Salam aleykum.Bir weyi bilmek isterdim. Biy yaxin dostum hardasa 6 ay olar aile qurub.Amma ailesinde huzursuzlug var.ailede hami namaz qilir.ele evlendiyi qadinda namaz qilir.sadece bu qadin o oglanin atasi ve anasi ile yola getmir.hetta soz sohbet olanda onlarla dillewir ve cavab qaytarir.
Cavab:
Və aleykum Salam. Övlad ata və ananın haqqını heç vaxt verə bilməz. Sözsüz ki, qadın ərinin valideynlərinə hörmətlə yanaşmalı və onlara cavab qaytarmamalıdır. Əgər günah qadındadırsa, qadın tənbeh edilməlidir. Qadının tənbeh edilməsi üçün müxtəlif üsullar var.
ardını oxu
09-12-2015 Elvin
Kimise lenetlemek olar?? egerseytani lenetlemek olmazsa onda mende peygenber s.a.s weytanla sohbetinde seytani lenetleyir
Cavab:

Salam aleykum. Dediyiniz söhbət zəif hədislər silsiləsindəndir. Ona görə belə hədislərə etimad etmək olmaz. Quran və Sünnədə müsəlmana göstərilən yol şeytanı söymək, lənətləmək yox, əksinə müəyyən zikrlərlə onun şərrindən Allaha sığınmaqdır.

ardını oxu
09-12-2015
Salam...Menim 4il qeza orucum var bilmek isteyirem 4ay oruc tutmaliyam yoxsa 10gun 10gun niyyet edib 1ay tutsam olar?
Cavab:
Və aleykum Salam. Qəza oruclarını həm ardıcıl, həm də ara verə-verə tutmaq olar. Sizə necə rahatdırsa, elə də tutun. Əsas qəzaların tutulmasıdır.
ardını oxu
09-12-2015
meherremlik ayinda oruc tutmaq olarmi
Cavab:
Salam aleykum. Bəzi, Məhərrəm ayında bəzi günlərdə oruc tutmaq yaxşı əməllərdəndir. Daha ətraflı: Aşura orucu haqqında
ardını oxu
09-12-2015
Esselamun Aleykum.Qedir Xum hadisesi nedir?ve orda ne buyurulub?
ardını oxu
09-12-2015 Əli
Salam aleykum . 1) Niyə ixtilaf çoxdur?? Mən indi hardan bilim mən düz yol ilə gedirəm ya yox? Artıq dəhşətdi dərəcəyə çatib bu çox məsələlərdə ixtilaf. 2) namazda rüküdan qalxanda əlləri yenidən bağlamaq lazımdır?
Cavab:
Və aleykum Salam.
ardını oxu
09-12-2015
Salam aleykum. Yoldaşım mənim əlimi bağlayaraq namaz qıldığımı görüb, hirslənib və deyib ki, bir də namaz qılma bu evdə. mənə ya əli açıq namaz qılmağı,ya da ümumiyyətlə qılmamağı əmr edir. Hazırda namazı davam edirəm.ama ərimi aldadıram ki, ali açıq qılıram.
Cavab:

Və aleykum Salam. Namazda əlləri bağlamaq sünnədir. Namazda məcburiyyət qarşısında əllərin açılması namazı batil etmir. Ailənin dağılması isə pis nəticələr verə bilər. Onun yanında əllərinizi açıb namaz qıla bilərsiniz ki, ailəniz dağılmasın. Lakin, ərinizi başa salın ki, namazda əllər bağlanır.

ardını oxu
09-12-2015 Meryem
Namaz qılarken qadın nece geyinmelidir? Başı ortüksüz ve ya şalvarla namaz qılmaq olarmı?
Cavab:

Salam aleykum. Baş örtüksüz və şalvarla namaz qılmaq olmaz. Daha ətraflı: Namaz qılarkən qadın necə geyinməlidir?  

ardını oxu
08-12-2015
Salam aleykum.Men aileli olub ayrilmis qizla aile heyati qurmusam biraz valdeynlerde naraziliq vardi indi her sey yaxsidi amma kebin kesdirende qizla gedib mescidde ozumuz kesdirdik bu duzgundurmu yeni kebinimiz sayilirmi ozumuz kesdirdiyimize gore?
Cavab:
Və aleykum Salam. Kəbin kəsdikdə qadın tərəfdən vəlinin olması şərtdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir".
ardını oxu
08-12-2015 Aylin
Salam. Asuranin seheri gunu sunnet etmek, onu qeyd etmek gunah deyil? dunen asura gunu idi. bu gun qonsu bizi sunnet qonaqligina devet etdi. sizce getmeliyik? tesekkurler
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Məhərrəm ayında yas saxlamaq olarmı?
ardını oxu
08-12-2015
salam men rusiyaya sefere gediciyem orda zohr namazini imkan olmasa vaxtinnan qabaq qilmaq olar???ewitdiyime gore esr namazini vaxtinnan qabaq icaze var
Cavab:

Və aleykum Salam. Namazları səfərdə birləşdirmək olar. Lakin, səfərdə Sübh, Zöhr və Məğrib namazları vaxtından əvvəl qılına bilməz.

ardını oxu
08-12-2015 Lale
Salam. 6 aydiki yoldasimnan ayri yasiyirig. Uzur istiyirem, men hamileyem. Men onunla barismag istiyirem. Ne etmey olar?
Cavab:

Və aleykum Salam.

1. Allaha dua edin ki, xeyirlidirsə, barışdırsın. Daha ətraflı: Dualarımın qəbul olması üçün nə edim?

ardını oxu
08-12-2015 Meryem
Salam.Namaz qılan şexs sosial şebekelerden istifade ede bilermi? Yeni bu günah sayılırmı? Ümumiyyetle sosial şebekelerden istifade etmek düzgündürmü.?
Cavab:

Və aleykum Salam. Sosial şəbəkələrdən günaha girməmək şərtilə istifadə etmək olar. Vaxtı israf etməmək şərtilə faydalı məlumatlar öyrənmək, məhrəm olan qohum və tanışlarla əlaqə saxlamaq və s. işlərdə heç bir qəbahət yoxdur. Naməhrəmlə danışmaq, harama baxmaq, vaxtı israf etmək və s.

ardını oxu
08-12-2015 Aytan
Allahin salami olsun her birinize.Sizden xais edirem menim suallarimi tezlikle cavablandirasiz.Evvelceden tewekkur edirem.sual 1-Ayetul Kursunu vereqe yazib uzden her zaman oxumaq olarmi? sual 2-duani oxuyarken basqa seyler duwundukde hemin duwunduyumuz ola bilermi?
Cavab:

Və aleykum Salam.

1. "Ayətul-Kursini" və ya hər hansı surəni, ayəni və ya duanı vərəqə və ya telefona yazıb üzündən oxumaq olar.

ardını oxu
08-12-2015
salam aleykum. Əl bəqərə surəsi154-cü ayənin izahını tam verətdiniz,zəhmət olmazda. Bu ayəni əsad tutaraq şiələr Hüseyni,Əlini çağırmaqda günah,dəhv olduğunu inkar edirlər. Yəni bu insanları bu ayəni nəzərə alaraq çağırmaq laxımdır.onlar guya ki eşidirlər. Belə danışanlara nə cavab vermək olar?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz" (əl-Bəqərə, 154). Ayənin axırında deyilir: "...siz bunu duymursunuz" - yəni, bu sizin başa düşdüyünüz dirilik kimi deyil.

ardını oxu
08-12-2015 Rafet
Salam Aleykum Imamlarin qirildiqi gun ne demekdi bu gunde neleri etmek olmaz
Cavab:
Və aleykum Salam. "İmamların qırıldığı gün" dedikdə, bəzən el arasında Hüseynin və qohumlarının (Allah onlardan razı olsun) şəhid edildiyi gün nəzərdə tutulur. Bu da Məhərrəm ayının 10-da "Aşura" günü baş vermişdir.
ardını oxu
08-12-2015
Salam aleykum. İmam Huseyne deyilen imam sozunun menasi nedir? Peygemberimizin yaninda olan diger sehabelerin adinin qarsisinda imam deyilmir? Huseyn radiyAllahu anha aglamag olarmi? Cunki insan ister istemez Kerbela haqda esidende Peygember nevesine qarsi edilen herekete pis olur.
Cavab:
Və aleykum Salam. İmam sözünün mənası "rəhbər", "başçı"  deməkdir. Hər hansısa bir səhabənin və ya onlardan sonra gələnlərin adlarının qarşısında imam kəlməsini xüsusiləşdirərək istifadə etmək olmaz.
ardını oxu
08-12-2015 aytow
men namaz qiliram kolbasani xoslayiram men eger donuz eti olan kolbasani yesem gunahdir men bu barede daha etrafli bilmek isdiyirem yesem ne olar men bilmirdim bu barede
Cavab:
Salam aleykum. Donuz əti olmayan halal kolbasalardan yeyə bilərsiniz, donuz əti və ondan hazırlanan məhsullar isə haramdır. Bu cavabı oxuyun: Donuz əti niyə haramdır?
ardını oxu
05-12-2015 Əli
Əs Salamu aleykum və rəhmətullahi və bərəkətuh. Şuəra surəsi (224) (Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar). Bu ayədə şair sözunü necə anlayım? Nə şair, nədə şeir oxuyub öyrənmək olmaz?
Cavab:
Və aleykum Salam və rahmətullahi və bərakətu. Bu məqaləni oxuyun: Şeir haqqında
ardını oxu
05-12-2015
Salam aleykum. Bilmək istərdim. Masonların,satanistlərin,iluminatların,yəhudilərin dəccalla nə əlaqəsi var.Şeytana sitayiş etdiklərini bilirəm. Amma dəccala nə aidiyyatı var?Haqqınızı halal edin.
Cavab:
Və aleykum Salam. Bu sadaladığınız dəstələrin hamısı İslam dininə qarşıdılar. Dəccal da İslama qarşı olacaq. Konkret olaraq bu firqələrin adları çəkilməsə də, bir çox firqələrin Dəccal zühur etdikdə onun tərəfinə keçəcəkləri bildirilmişdir.
ardını oxu
05-12-2015 gulay
salam aleykum. menim piwiyim xestelenib cox pis veziyetdeydi gezmirdi. oderecediki oturdugu yeri murdalliyir bayira getmir.onu qutuda saxladim hekime apardiq qeydine qaldim.
Cavab:

Və aleykum Salam. Siz evi murdarlamamaqdan ötrü yeməyini və içməyini vermək şərtilə pişiyi çöldə saxlaya bilərsiniz. Şəriətdə xəstə heyvanı evdə saxlamağın vacib olması ilə bağlı heç bir şey yoxdur.

ardını oxu
05-12-2015 loli
Salam.
Cavab:
Və aleykum Salam. Qadın ərinin izni olmadan öz qazancından sədəqə verə bilər. Ərinizin qazancından sədəqə etsəniz və bilsəniz ki, bu etdiyinizə narazılıq edəcək, onda sizin belə etməniz düz deyil.
ardını oxu
05-12-2015 Əli
As səlamu aleykum və rəhmətullahi və bərəkətuh. Mənə deyiblər ki, o vaxtı Muhəmmədə(s.a.s.) peyğəmbərlik verilməmişdən qabaq o iki rükət, hər gün namaz qılıb. Bəs o vaxtı Quran və Islam dini yox idi, o necə namaz qılırdı ? Isa peyğəmbər (s.a.s) nə deyibsə namazda o da onu deyib?
Cavab:

Və aleykum Salam va rahmətullahi va bərakətu. Bütün peyğəmbərlərin öz şəriətlərinə məxsus namazları, ibadətləri olub. Muhəmmədə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də peyğəmbərlik verilməmişdən qabaq özünə məxsus ibadəti olub. O, tənhalığa çəkilib Allaha ibadət edərdi.

ardını oxu
05-12-2015
Heyz vaxti niye cinsi elaqeye girmek olmaz?
Cavab:

Salam aleykum. Heyz vaxtı cinsi əlaqəyə girməyi Allah qadağan edib. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin.

ardını oxu
05-12-2015
Salam Ayətul kursunin duzgun oxunuwun ve tercumesin yaza bilersiz ?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Ayətul-Kursinin oxunuşu

ardını oxu
05-12-2015
Məsəd surəsinin oxunuwu
Cavab:

Salam aleykum. Siz ərəb əlifbasını öyrənsəniz daha yaxşıdır, çünki, nə qədər dəqiq yazılsa da ərəbcə səslənən hərflərin yazılışını düzgün yazmaq mümkün deyil.

ardını oxu
05-12-2015 Azik
Namaz qılanda bədənin 7 üzvü yerə dəyir niyə şiələr təkcə alınlarını möhürə qoyur qalan 6 üzvünü yox?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın (ətəyi­ni) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi".

ardını oxu
05-12-2015
Bir qadin xeyanet edirsen nedir gunahlari?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Əri olan qadın zinadan necə tövbə etsin?

ardını oxu
05-12-2015 efsane
salam menim aybasim olub ve imama getmek isdeyirem bele qusulsuz getmek olarmi?bir cavab deyin
Cavab:

Və aleykum Salam. İstər adi vaxtlarda, istərsə də heyz vaxtı pirə getmək qəti qadağandır və Cəhənnəm əzabına səbəb ola bilər. Daha ətraflı:

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

ardını oxu
05-12-2015
Salam, Allah elminizə bərəkət versin. Elə insanlar vardır ki öz əlləri ilə insanları müalicə edir, soruşanda ki bu necə olur deyir ki mənə Allah tərəfindən vergi verilib. Həqiqətən Allah hər hansı bir insana vergi verə bilərmi ?
Cavab:
Və aleykum Salam. Xeyr, bu şeytanın vəsvəsəsidir. Bu cavabları oxuyun:

Əlləri ilə insanları müalicə edənlərdə bu, Allah vergisidirmi?
ardını oxu
05-12-2015 ad yazilmayib
Cenabet quslu aldiqdan sonra meni gelerse qusl batil olar?
Cavab:

Salam aleykum. Cənabət qüslu aldıqdan sonra, az miqdarda məni çıxarsa, bu qüslu pozmur. Lakin, qüsl aldıqdan sonra yuxuda, cinsi yaxınlıq və ya digər səbəblərə görə şəhvət hissi ilə məni gələrsə, qüsl yenidən pozulur və yenidən cənabət qüslu almaq lazımdır. 

ardını oxu
05-12-2015 yegane
Salam aleykum.men bundan evvel sual yazmisdim cavab almadim.xahis edirem sualimi cavablandirasiniz.sual:men dersde oldugum ucun zohr namazi qezaya dusur.esr namazinin ustunden 1-2 saat kecenden sonra qiliram.men birinci zohrun qezasini qiliram sonra esri sam isani vacib kimi qiliram.yeni sam namazin
Cavab:
ardını oxu
04-12-2015 Nelya
SALAM.men 4ay 18gundur ki aileliyem.toyumun seherisinden o eve hec uygunlawa bilmedim cunki hec kimden ozume qarwi gozlediyim munasibeti gormedim mene cox yadliq gosterdiler.mene qarwi pis baxiwlar arxamca daniwmalar bir sozle aile heyatimda hecne qaydasinda deyildi qaynanam menim hec demediyim sozl
Cavab:
ardını oxu
04-12-2015 Əli
Salam Aleykum və rəhmətullahi və bərəkətuh. Mənə bir insan deyib ki, əgər namazda axırıncı rükətdə təşəhhüddə oturanda hava çıxsa namaz pozulmur. Bu doğrudur mu? Əvvəlcədən çoxsağolun.
Cavab:
Və aleykum Salam və rəhmətullahi və bərəkətu. Namazın sonunda salam verməmişdən qabaq hər hansı yerdə dəstəmaz pozulsa, namaz batil olur və həmin namazı yenidən dəstəmaz alıb qılmaq lazımdır.
ardını oxu
04-12-2015
salam bagiwlayin narahat edirem sisi,bis bele ewitmiwkki deyiler cennett analar ayagi at ltindadi bes onda niye deyiler qadinlar weytandi, yeqin bu her qadina aid deyil... bu suali cavablandira bilersinismi sehmet olmasa... oxudugunus ucun cox sagolun ALLAH rasi olsun
Cavab:

Və aleykum Salam. Heç bir yerdə yazılmayıb ki, "qadınlar şeytandır". Bunun heç bir əsası yoxdur.

ardını oxu
04-12-2015
Salamu eleykum eziz baci ve qardaslarim.Sizden mene komek etmeyinizi xais edirem.Men kecen ay herimolub yeni meni bir oglana veribler.Indi biZ isteyirki kebin kesidirek gorusmek bize haram olmamasi ucun ama valideyinler bizi basadusmur deyirlerki toya az vaxt qalmis edersiz ama toyada 7-8ay var hele
Cavab:
Və aleykum Salam. Valideynlərdən icazəsiz və onların təyin etdiyi şahidlər olmadan kəsilən kəbin batildir. Çalışın ki, toya qədər bir-birinizlə təklikdə qalmayasınız. Əks təqdirdə zinaya düşə bilərsiniz.
ardını oxu
04-12-2015 vika
İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?
Cavab:
Salam aleykum. Darvinin "təkamül nəzəriyyəsi" nəzəriyyə olaraq qalmışdır. Bu nəzəriyyə heç bir elmi sübuta söykənmir, sadəcə fərziyyələr toplusudur. Bütün canlılar, insanın şüuru, daxili quruluşu, adicə yarpaq, hətta hüceyrələr və bakteriyaların quruluşu Uca Yaradanın varlığını təsdiq edir.
ardını oxu
01-12-2015 zahir
salavat neca nazil olub
Cavab:

Salam aleykum. Salavat Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründən var. Salavatın bir neçə forması var. Həmçinin, salavatın fəziləti haqda bir sıra hədislər mövcuddur. Lakin, nə vaxt nazil olması bilinmir. Salavatın qısa və kamil formaları bunlardır: 

ardını oxu
01-12-2015 Elsen
Salam bazardan uduşlu loteriya almag günahdır?
Cavab:

Və aleykum Salam. Bəli, lotareya qumar sayıldığı üçün haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?

ardını oxu
01-12-2015 m
Selam aletykum.nece tobe etmek lazimdi?etrafli yazardis xaish edirem,tshk
ardını oxu
01-12-2015 Aytən
Mənim həyat yoldaşım hər gün içki içir, mən isə namaz qılmaq istəyirəm, içkili kişi ilə bir evdə yaşamaq və namaz qılmaq düzgündür?Xahiş edirəm cavab yazın
Cavab:

Və aleykum Salam. Tövhid əqidəsi və namaz Uca Allahın razılığını və cənnəti qazanmaq, dünya həyatında isə qəlb rahatlığı və xoşbəxtlik əldə etmək yolunda ən böyük addımdır. Allaha dua edirik ki, sizi bu yolda sabit etsin, sizi və ailənizi şeytanın şərindən qorusun.

ardını oxu

Pages