12-11-2022 Aytən
Salam.Bu yaxınlarda bir şey eşitmişəm Quranlar iftixare gətirmək sef etmirəmsə bele olmalıdır adı. Evlenmek isdediyin adam senin qismətindirmi ya yox bunu deyir bu ne derecede düzgündür və buna inanmaq olarmı?
Cavab:

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl olunsun deyə, bizlərə nazil etdiyi Kəlamıdır və onunla istixarə (bir şeyin xeyirli olub-olmamasını müəyyən etmək) olunmur.

ardını oxu
12-11-2022 Fatime
Salam.Sualımı cavablandırsanız sevinerem yalnız üreyim o zaman rahatlıq tapar 5 ay önce qardaşımı qeza da itirdim her zaman dua etdim de deyirem ki ne zaman ölsem qardaşıma qovuşdur meni Allahim. Bu da düzgünmüdür? Ve esas sualım o dünya da bacı qardas ana ata bir birini tanıyacaq görecek mi?
Cavab:
Va aleykum Salam. Əvvəla qardaşınıza Uca Allahdan rəhmət və günahlarının bağışlanmasını diləyirik! Sizə və ailənizə bu müsibətə görə səbir və əcir verməsini diləyirik!
ardını oxu
12-11-2022 Medine
Xaiş edirem sualima cavab veresiz hamileyem bu aralar evde gozume gorunurki evde kimse var men hemin terefe baxan kimi qacir,qab yuyanda ele bil kimse mene dediki stekana bax stekana baxanda gordum oz ozune terpenir duz yerde.Birde gece yuxuda anamnan ozumu gordum ustumuze nese gelirdi anam heyecanl
Cavab:

Əssələmu aleykum. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir. Şeytandan qorunmağın yeganə yolu Allaha sığınmaq və Allahı çox zikr etməkdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

ardını oxu
11-11-2022 Musa
Xahiş edirik tez cavab yazardınız.bezi məşhur proqramların aylıq ödənişləri var ,məsələn Photoshopun istifadəsi üçün aylıq rəsmi ödənişi 20 dollardır.amma mənim kompüterime bu proqramın köhnə versiyasını cəmi 10 manata yukleyibler.yeni orijinal proqram aylıq 20 dollar amma 2020 versiyali Photoshop
Cavab:

Əssələmu aleykum. Əgər proqramın müəllifi (şirkət) köhnə versiyanın pulsuz işlədilməsinə etiraz etmirsə və bu versiyanı internetdən pulsuz yüklənməsinə icazə verirsə, bu halda ondan istifadə etmək olar. Əgər proqramın müəllifi icazə vermədiyi halda qanunsuz olaraq yüklənirsə, bu halda haramdır.

ardını oxu
10-11-2022 Nergiz
Salam mən uşaq vaxrından namaz qılıram amma hicab bağlamıram.Axır vaxtlar ürəyimdən keçirdim ki ,hicaba keçim.Qaynanama desim o,razı olmadı.Bu səhər sübh namazından sonra yuxuda görürəm ki,hicabdayam amma ayağımın bir hossəsi açıqda qalıb .Bunun menasını deye bilersiz?
Cavab:

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, həddi-büluğa çatmış qadının hicab bağlaması vacibdir və bunu hansısa bir insanın sözünə görə tərk etmək olmaz. Ətraflı oxuyun:

ardını oxu
10-11-2022
Salam bir işin duzelmesicun gurban deyib sora kesmege imkan tapmayan qurbanı basga neynense evez etmek olar
Cavab:

Va aleykum Salam. Əgər qurban kəsməyi nəzir etmisinizsə, etdiyiniz nəziri verməlisiniz. Nəyi nəzir etmisinizsə onu da verməlisiniz. Əgər hal-hazırda buna imkan yoxdursa, o zaman imkan tapan kimi nəzir etdiyiniz qurbanı kəsin.

ardını oxu
10-11-2022
Salam qedr namazini tek-tek qilmaq olar? Her defe desdemaz almaq lazmdir?
Cavab:

Va aleykum Salam. Qədr gecəsi ehtimal olunan gecələrdə qılınan namaz "Qiyamul-Leyl" (Gecə namazı) adlanır. Bu namazı həm tək halda, həm də camaat şəklində qılmaq olar. Hər namaz üçün ayrıca dəstəmaz almağa ehtiyac yoxdur. Gecə namazı barədə ətraflı oxuyun:

ardını oxu
10-11-2022
Qadın xəstələnibsə qədr gecəsində oyaq qalıb dua edə bilər?
Cavab:

Əssələmu aleykum. Xəstələnmək dedikdə heyz (aybaşı) olmağı nəzərdə tutursunuzsa, bəli, qədr gecəsində dua edə bilər. Bu cavabı oxuyun:

ardını oxu
10-11-2022 Ələkbər
Salam.Necəsiniz?Mənim suallarima həmişə cavab verirsiniz.Allah razi olsun.Televizorda baxib gördüm ki qari yerdə oturaraq quran oxuyr.Amma quran oxuduqca başini tez tez qabağa əyir sonra geri.Birdə dindar adamlarin məsciddə qəribə rəks etməyi.hecnə başa düşə bilmədim.Xahiş edirəm bunu izah edin.Cox
Cavab:

Va aleykum Salam. Bəzi insanlar Quran oxuyarkən qeyri-ixtiyari başlarını önə və arxaya hərəkət etdirirlər. Əgər bu hərəkət ibadət məqsədi ilə deyil, insanın özündən asılı olmayaraq baş verirsə, bunda bir qəbahət yoxdur.

ardını oxu
10-11-2022 Naz..
Salam Mən qusl alan zaman deyirəm, məsələn heyz qusulu alıram qurbətən illahlah amma mənim aglimdan cənabet keçir. Cənabət qusulu alan zamanda heyz. mən hansina niyət etsəm su tökən zaman ağlimdan əksi keçir bu qusulu pozur?
Cavab:

Va aleykum Salam. Qüsl aldıqda niyyəti dil ilə deməyə ehtiyac yoxdur, çünki niyyətin yeri qəlbdir. Bu cavabları oxuyun:

ardını oxu
10-11-2022 ......
Salam nişanlı vaxtı öpmek gunahdirmi ?kebin kesdirmeliyikmi ??
Cavab:

Va aleykum Salam. Kəbin kəsdirmədən nişanlıların görüşməsi, əl-ələ tutmları və öpüşmələri günahdır. Ətraflı oxuyun:


Nişanlılar qucaqlaşa və öpüşə bilərlərmi?
ardını oxu
10-11-2022
Cinlər insan şəklinə girə bilərmi
Cavab:

Əssələmu aleykum. Uca Allah cinlərə həm insan, həm də heyvan şəklinə düşmək bacarığı vermişdir. Bunu təsdiqləyən bir çox hədislər var. Həmçinin həyatda da bunu təsdiqləyən bir çox hadisələr olmuşdur. Aşağıdakı hədislər buna dəlalət edir:

ardını oxu
03-11-2022
Salam cavablasaz sevinerem.11ilin evlisiyik yoldaşımla uşaq sahibi olmaq üçün çox hekim gezdik sonunda Allah bize rehm etdi.
Cavab:

Va aleykum Salam. Uca Allah övladınızın sağ-salamat dünyaya gəlməsini nəsib etsin və onu əməlisaleh qullarından etsin! Çalışın onların əziyyətlərinə səbirlə və yaxşılıqla qarşılıq verin. Ətraflı oxuyun:

ardını oxu
03-11-2022 Hüseyn
Menim dayimqizi mene ele gelir ki,pis yoldadir,onu valideynlerine demeye qorxuram,ne edim bilmirem, dayımi gorende utanıram, zehmet olmasa meslehet veresiniz,Allah hamiya kömek olsun Amin!
Cavab:

Əssələmu aleykum. Sualda "pis yol" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadığı üçün sualınız tam cavab verə bilmərik. Əgər zina etdiyini nəzərdə tutursunuzsa, bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir.

ardını oxu
03-11-2022
Əssələmu aleykum.Xaiş edirem bu sualın cavabını tez bir vaxtda deyərdiz vacibdi . Ailə quracağım qadını tanımaq üçün onunla şəriətə uyğun şəkildə görüşmək istəyirəm bu vəziyyətdə qadının yanında məhrəm kimi onun bacısı və ya dayısının zövcəsi gələ bilər ?
Cavab:

Va aleykum Salam.  Əsas odur ki, tanış olmaq istədiyiniz qadınla təklikdə olmayasınız. Qadının istənilən qadın və ya kişi qohumu gələ bilər və onların sizi görəcəyi təqdirdə kənara çəkilərək söhbət edə bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
02-11-2022 Orxan
Salam aleykum. Misal ucun subh namazi saat 04:35 daxil olur nece deyqeden sonra qilmaq meslehetdir. Ve mekkede subh namazi daxil olduqdan nece deqiqe sonra qilinir
Cavab:

Va aleykum Salam. Sübh azanı daxil olduqdan sonra ehtiyat üçün 5-10 dəqiqə gözləyib sonra namazı qılmaq məsləhət görülür,  çünki dövrümüzdə çox vaxt dan yerinin sökülməsini gözlə görmək mümkün olmur və namazın vaxtları namaz təqvimlərinə əsaslanır. Təqvimlər isə bir neçə dəqiqə fərqli ola bilər.

ardını oxu
02-11-2022
Salam mən namaz qılarkən çox vaxt səssiz fıs kimi yel çıxır. Yenidən dəstəmaz almalıyammı? .hər namazda bu hal baş verir.
Cavab:

Va aleykum Salam.

ardını oxu
02-11-2022
Salam aleykum. Novruz şirniyyatınım bişirilmesinde evdekilere komek etmk olarmı?( etmdikde soz sohbet yaranır)(olar ve ya olmaz deye konkret cavab yazmaginiz xahis olunur)
Cavab:

Va aleykum Salam. Xeyr, olmaz. Çünki siz bu əməllə qeyri-müsəlmanlara məxsus batil bayramın keçirilməsinə yardım etmiş və günah qazanmış olursunuz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.

ardını oxu
02-11-2022 Anonim
Sonu evlilidirse namehremle danismaq, yazismaq icazelidir. Her ikimiz namaz qılır, oruc tuturuq
Cavab:

Əssələmu aleykum. Evlilik məqsədilə olsa belə naməhrəmlə danışmaq və yazışmaq haramdır. Ətraflı oxuyun:

ardını oxu
02-11-2022
Salam. Menim yoldasimin pul qabinan pul ogramisdilar ve onan sonra yoldasimin bereketi qalmayib.men ne duallar, ne zikirler etmeliyem ki yoldasimin bereketi geri qayitsin.
Cavab:
Va aleykum Salam. Pul oğurlandıqdan sonra bərəkətin itməsini düşünmək düzgün deyil. Uca Allah öz hikməti ilə qullarının ruzisini bəzən artırır, bəzən isə azaldır, lakin əcəlləri çatana qədər heç vaxt onları ruzisiz qoymur. Uca Allah buyurur:
ardını oxu
02-11-2022 Nazilə
Salam aleyküm. Nəyə görə Allah kafirlərin küfr üzərində qalmalarına imkan verir və onları hidayət etmir?
Cavab:

Va aleykum Salam. Hər kəsə öz tutduğu yolun əməli asanlaşdırılar, möminə İslam, kafirə isə küfr yolu.

ardını oxu
02-11-2022 Kamil
Salam bele bir sualım var.eger bir cail mominin hansısa bir eşyasını götürüb vermek istimirse ve deyir ona halallıq ver o zaman mömin onunla dalaşsın yoxsa ne etsin xaiş edirem cavab veresiniz evvelceden teşekkür edirem.
Cavab:

Va aleykum Salam. Əvvəla əşyanı gözəl yolla almağa cəhd edin və qarşı tərəfə nəsihət eedərək qul haqlarına girməyin günah olduğunu xatırladın.

ardını oxu
02-11-2022 Ülviyyə
Salam. Menim bir sualım var onu yazacam icazenizle. Birine na layiq bir sözüna göra bed dua ediblerse ailen bele olsun hele olsun deye. Bu adamın günahına göre ailesini bu bed dua tutarmı? Çünki bele bir hall qardaşımın başına gelib özü çox sehv düşünceli inamsız biridir.
Cavab:

Va aleykum Salam. Uca Allahın ədalətindəndir ki, O, bir insanın etdiyi səhv əmələ görə, onun ailəsi olsa belə, digər günahsız insanları cəzalandırmır. Uca Allah buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir.

ardını oxu
02-11-2022 ....,
Salam evliyem namaz qiliram ama hicabliyam ama ureyimle bacara bimirem bir evli namaz qilan insanla bir birimizi sevirik ama sadece yazisma ile hisler yasamisiq ve bir tek de elimi tutub severek caresizlikden bele hisler yasayiriq uzaqdan ama esla aramizda daha yaxinliq olmayib yaxinliqimiz sadece x
Cavab:

Va aleykum Salam. Ailəli qadının naməhrəm bir kişinin əlindən tutması, onu xəyal etməsi haramdır və bunlar zinaya aparan əməllərdir. Həmçinin kişinin də naməhrəm evli qadınla eşq yaşaması və ona toxunması haramdır. Buna görə həm qadın, həm də kişi tövbə etməli və dərhal əlaqələri kəsməlidirlər.

ardını oxu
02-11-2022 Momine
Essalamun aleykum. Bir sualim var, evvelceden uzur isteyirem bele sual ucun. Demeli, kişi basqa olkeye gedib artiq iki ilden coxdu, onun yoldasi da burda qalib. Qadinin tebii ehtiyaci olan şehvet hissi onu cox narahat edir, yani ehtiyacini odeye bilmir deye cox aqressiv ve esebi olur.
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
26-10-2022
4 ildir ki heyat yoldasim yanımda deyil ve nece defelerle mene xeyanet edib.ve biz boşanmağa qerar verdik ama o başqa ölkededir azerbaycana gelmir.men nece ede bilerem ki onunla dini yolla bosanim?
Cavab:

Əssələmu Aleykum. Xaricdə olsa da, kişinin qadına onu boşadığını deməsi artıq boşanma sayılır. Bu cavabları oxuyun:

ardını oxu
26-10-2022
Əssələmu aleykum, bir sualım olacaqdı in şəə Allah. Biz kafirə kafirə deyə bilmərik mi, bəziləri deyir ki, guya kafirə kafirə demək olmaz, onun kafirə olub olmadığını Allah bilər. Əgər Allah onu kafir kimi görməzsə onun kafirliyi bizə dönür deyirlər.
Cavab:

Va aleykum Salam. Özünə müsəlman deyən, kəlmeyi-şəhadəti (Lə İləhə İlləllah, Muhəmmədun rasulullah) deyən, lakin namaz, oruc və s. bu kimi bəzi əməlləri etməyən şəxslərə kafir demək olmaz. Özünə müsəlman deməyənlərə isə (digər dinlərin mənsubları, ateist, deist və s.) kafir demək olar.

ardını oxu
26-10-2022 Nuriyə
Salam. Rusiyanın Arxangelsk şəhərinə ezamiyyətə gedən səfər namazı qıla bilər?
Cavab:

Va aleykum Salam. Əgər qalacağınız müddət bəllidirsə və uzundursa, həmçinin rahatlıq varsa, namazları tam şəkildə qılmalısınız. Əgər qalacağınız müddət bilinmirsə və ya qısa (dörd gündən az) müddətə getmisinizsə namazları qısaltmağınız yaxşıdır.

ardını oxu
26-10-2022
Salam Aleykum. Men Namaz qılanda 1ci rüketdede 2ci rüketde de Fatihe suresinden sonra İxlas suresi deyirem.
Cavab:

Va aleykum Salam. Birinci və ikinci rükətlərdə əl-Fatihə surəsindən sonra istənilən surəni oxuya bilərsiniz. Hər iki rükətdə əl-Fatihə surəsindən sonra əl-İxlas surəsini oxumağın məkruh və ya qadağan olunması barədə dinimizdə heç bir dəlil yoxdur.

ardını oxu
26-10-2022
Salam Hicablı qadınla sevdiyi adamın danışmaqı gunah sayılır yeni geleceye dair pilan quruduqu biri "sadece danışmaq" yaxınçılıq olmadan
Cavab:
ardını oxu
26-10-2022 Milana
Salam . Menim anam meni istemir, övladlari gözü göresi gelmir ancaq istəyir ki uzaq duraq illərdən üzümüzü görmese axtarmaz.boşanmişam 1 uşaqla yoldaşım narkaman idi dpyürdü, şikəst qoydu her yerimi vurub.ana olan kes deyir get ölün gəlsin, amma yanima gelme.
Cavab:
Va aleykum Salam. Sözsüz ki, ananızın sizinlə belə rəftar etməsi düzgün deyil.
ardını oxu
24-10-2022 Guler
Salam.Men tovbe etmisdim.Amma tekce dilimde demisdim filan şeye gore tovbe edirem yeni qaydasiyla namaz qilib tovbe etmemisem ve bilmeden tovbemi pozmusam.Bilmek isteyirem namazini qilmadan tovbem sayilmişdir ya yox.Gunah yazilib mi ?
Cavab:

Va aleykum Salam. Tövbə etmək üçün namaz qılmaq şərt deyil. Tövbə namazı müstəhəb əməllərdəndir. Hər bir halda yenidən tövbə edin. Həmçinin oxuyun:  

ardını oxu
24-10-2022 Nezrin
Salam mən bürcləre baxırdım təzəlikcə öyrənmişəm ki günahiymış 40 gün namaz qəbul olmurmuş tövbə elədim öyrənən kimi bu namazlarıma bir xərər gətiribmi ama imanımı zədələmirdim
Cavab:

Va aleykum Salam. Uca Allah qulunu bilmədən etdiyi günahlara görə cəzalandırmır. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var.

ardını oxu
24-10-2022 anonim
Salam. Mən bilmək istərdim biliremki məs. her hansı ayin 25-i heyz olacaq, lakin 20-den baslayaraq az-az qehveyi rengde 5-4 gun erzinde bulasir nese? Sonra baslayir adet 7-6 gun davam edir. Bele halda umumi 11 12 gun davam eden heyz sayilir?
Cavab:

Va aleykum Salam. Əgər qəhvəyi axıntı heyz adətindən (adət vaxtından) az əvvəl gələrsə və heyz ağrıları hiss olunarsa, bunan sonra heyz qanı gələrsə, bu qəhvəyi axıntı da heyzdən hesab olunur. Əgər heyz adətindən çox əvvəl gələrsə və heyz ağrıları olmazsa, bu axıntılar heyzdən sayılmır.

ardını oxu
24-10-2022
Salam.Le hevle vele qüvvete ille billeh.Yoxsa le hevla vele qüvvete ille billeh.Duzgun oxunuşu tellefuzu necedir ?Yazardız oxunuşu düzgün forması .
Cavab:

Va aleykum salam. Ərəbcə bəzi səslərin dilimizdə qarşılığı yoxdur, lakin "Lə həulə va lə quvvətə illə billəh" ərəbcəyə daha yaxındır.

ardını oxu
24-10-2022 E
Qadınlarda özəl günlərdə zikr etmək olarmı?
Cavab:

Əssələmu aleykum. "Özəl gün" deməklə heyz olan günləri nəzərdə tutursunuzsa, heyzli qadın Allahı zikr edə bilər, Qurana toxunmamaq şərti ilə Quran ayələrini və surələri əzbərdən deyə bilər.

ardını oxu
24-10-2022 Konul
Salam men defelerle yoldasimin xeyanetine ugradim.2 defe bagisladim ve dedimki bele bir sey birde yasansa men bosanacam senden.3cu defe yene xeyanet eledi.bu defe 1iyle yox 1necesiyle beraber.son 6-7ayda eve gece 2-3 arasi gelirdi.uzunu hec 1 gun erzinde yarim saat gormurdum.ne usaqlariyla ne meniml
Cavab:

Va aleykum Salam. Ərinizin sizə xəyanət etməsi ondan ayrılmağınıza əsas verir. Mələklərin lənət etməsi isə evini səbəbsiz yerə tərk edən qadına aiddir. Həmçinin bu cavabları oxuyun:

ardını oxu
24-10-2022 Asuman
Salam Aleykum. Bağışlıyın narahat ediremse. Oğlan türkiyede qızımız bakıda yaşıyır. 2 ay sonra toyları olacaq. Ama gelmeden dini nigah olmasını isteyiriy. Qızımızın kimsesi yoxdu. Birdefe evli olub ayrılıb. İkinci ailesi olacaq. Oğlanla kebie gire bilmesi üçün şertler nedir?
Cavab:

Va aleykum Salam. Nikahın düzgün sayılması üçün əsas şərtlər qızın vəlisinin (ata, qardaş, əmi, ata tərəfdən baba və s.) izni və işi kişi şahidin kəbində iştirakıdır. Qızın vəlisinin izni varsa kəbini oğlan yaşadığı ölkədə də kəsdirlə bilər.

ardını oxu
24-10-2022 Qadın
Salam. Yoldaşım şiə namazı qılır, mən sünni. Yoldaşım birbaşa deməsə də, dolayı yolla mənim də şiə namazı qıkmağımı istəyir. Uşaqlarımız həddi buluğa çatıblar. . Onlar hansı namazı qılmaqlarlnı özləri seçim edə bilərlərmi?Mən günah edirəmmi?
ardını oxu
24-10-2022 Rəhman
Salam aleykum. RAMAZAN BAYRAMININ SON GÜNÜN QÜSLU BİR GÜN EVVRLDEN ALINMALIDI YOXSA DEQİQ OLARAQ ŞAM NAMAZINDAN SORA
Cavab:

Va aleykum Salam. Dinimizdə Ramazan ayının son günü üçün xüsusi qüsl almaq buyurulmayıb. Bayaram namazı üçün qüsl almaq müstəhəbdir (bəyənilən əməldir). Bayram namazı üçün qüsl bayram günü sübh namazından sonra alınır. Ətraflı oxuyun:

ardını oxu
24-10-2022 Səkinə
Salam aleykum,, şəhadət təsbihi etmək nedir?
Cavab:

Va aleykum salam. Dinimizdə "şəhadət təsbihi" deyilən bir məfhum yoxdur.

ardını oxu
24-10-2022 ...,...
Cinsi əlaqdən 5 7 saat sonra gelen sire orucu pozur ?
Cavab:

Salam aleykum. Cinsi əlaqədən bir müddət sonra gələn şirə orucu pozmur. Həmçinin oxuyun:


Ehtiras zamanı övrətdən gələn rəngsiz maye (məzi) orucu batil edirmi? 

ardını oxu
24-10-2022 Elvin
Salam Aleykum qardaş bir söz soruşum sizden zehmet olmasa cvb vererdiz ADEM peygamberdir? Izahini yazardiz Cox sagolun Allah razı olsun
Cavab:

Va aleykum Salam. Adəm (ona Allahın salamı olsun) ilk elçi (nəbi) olmuşdur. Rəvayət olunur ki, bir dəfə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Adəmin (ona salam olsun) peyğəmbər olub-olmadığı barədə barədə soruşdular.

ardını oxu
24-10-2022
Salam. Sünnət namazı necə qılınır və sözləri hansılardır?
Cavab:

Va aleykum Salam. Sünnə namazları Sübh namazı kimi iki rükət və əksər hallarda səssiz qılınır. Sözləri isə fərz namazlarının sözləri ilə eynidir. Həmçinin oxuyun:

ardını oxu
24-10-2022 G
Salam.Ramazan ayında ölümüş valideyinlərimə Qurana salavat çəkib göndərmək olarmı?bunun savabı ,günahı varmı?
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə Quranı oxuyub savabını ölən insana göndərmək haqda dinimizdə heç bir səhih məlumat yoxdur. "Qurana salavat çəkmək" anlayışı da dinimizdə yoxdur. Bu savab yox, bidət sayılan günahlardan sayılır. Həmçinin oxuyun: 

ardını oxu
24-10-2022
Assalamu aləykum.Başqasının yerinə Ramazandan sonra 60 gün oruc tutmaq və a 60 kasıbı yedertmək olar?
Cavab:

Va aleykum Salam. Ramazan ayında hər kəs yalnız özü üçün oruc tutmalıdır. Digər vaxtlarda isə niyyət edərək ancaq ölən insanın yerinə oruc tutmaq icazəlidir. Oruc adi qaydada tutulur, sadəcə qəlbində başqasının əvəzinə oruc tutmaq məqsədinin olması artıq niyyət sayılır. Həmçinin, oxuyun:

ardını oxu
24-10-2022 Zəlimxan
Möhürle namaz qilmamağa aid QURANİ KERİMDE her hansı bir sey yazilib? Veya Möhürle namaz qilmaq düzgun olmasada namazı möhürle qilmaq namazı batil edermi?
Cavab:

Salam aleykum. Peyğəmbər möhür ilə namaz qılmadığına görə belə namaz qılmaq sünnəyə ziddir. Quranda isə möhür ilə namaz qılmağa dəlil yoxdur. Həmçinin oxuyun:

ardını oxu
24-10-2022
Salam bir birlerinu seve insanları ayrımaq üçün edilən cadunu nece batil etmek olar
Cavab:

Va aleykum Salam. Bucavabları oxuyun:


Cadudan necə qorunmaq olar?

ardını oxu
24-10-2022 Gulnar
Salam menim 26 yasim var aileli deylem ve internetde bezen 18+ video izliyirem. Cox gunah oldugun bilirem defelerle soz vermisem etmiyecem ama olmurki olmur. Cox pesman oluram ama elimde deyil.qismetimde acilmir aile qura bilmirem. Sevdiyimle qovusa bilmirem. Duada edirem ama olmur. Ne ede bilerem?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-08-2022 Ləman
Salam sualımı cavablandırsanız şad olaram.bu gecenin 3 de 1 i saat neçedir? Cedvelde 10 aprel uçun qeyd olunub.bu gecenin 3 de 1 i 11 aprele duşur
Cavab:

Va aleykum Salam. Gecənin üçdə biri günlərdə deyil, aylarda fərq edir. Saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlində  bu vaxtı öyrənə bilərsiniz.

ardını oxu

Pages