Aleykum salam. Qadının ikrah hissi keçirərək özünü haramdan qorumasına baxmayaraq bir kişinin qadına ehtirasla toxunmasında qadına heç bir günah yoxdur. Belə halda kişi qadına toxunmuş olsa belə bu, qadının namusunun ləkələnməsi demək deyil.
Və aleykum Salam. Qeyd etdiyiniz məsələdə fərq yalnız savabın az-çoxluğundadır. Belə ki, istənilən Quran ayələrini və ya surələrini çox oxumaq çox savab, az oxumaq da, çox oxumağa nisbətdə az savab qazanmaqdır.
Və aleykum Salam. Təlqin etmək hər hansı bir fikri, əqidəni qarşı tərəfin beyninə yeritmək və qəbul etdirmək deməkdir. Şeytanın insanları azdırmasının yollarından biri də müxtəlif mahnılarla və ya şeirlərlə insanların beyninə küfrü təlqin etməsidir.
Və aleykum Salam. Meditasiya – latınca "meditatio" sözündən götürülüb mənası "düşünmək", "ayırd etmək" deməkdir. Meditasiya -insanın müəyyən vaxtlarda xüsusi hərəkətlər və tənəffüs formaları etməklə zehninin bir fikrə cəmləyib düşüncəsinin başqa aləmə yönəltməsidir.
Salam aleykum. Dinimizdə Quran açdırmaq deyilən bir anlayış yoxdur. Uca Allah Quranı oxuyub ibrət almaq və əməl etmək üçün göndərmişdir. Fala baxdırmaq, Quran açmaq, açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Daha ətraflı:
Aleykum salam. Əgər oruc tutmaqda əsas niyyətiniz Allahın əmrinə tabe olub Onun rizasını qazanmaq olubsa, demək ki, orucunuz doğrudur. Bundan sonra gələn fikirlər şeytanın vəsvəsələridir və bu vəsvəsələrə fikir verməyin. Həmçinin oxuyun:
Aleykum salam. Bu cavabları oxuyun:
Pis yuxulardan necə qorunmaq olar?
Yuxu haqqında
Salam aleykum. Hər hansı bir yerə və ya sahəyə daxil olub işləmək üçün xüsusi bir dua yoxdur. Sadəcə öz sözlərinizlə Allahdan sizə xeyirli iş yetirməsini istəməniz kifayətdir. Daha ətraflı:
Ruzi duaları
Salam aleykum. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur. Nifasın müddəti bitdikdə isə nifas qüslu alınır. Lakin tez də qurtara bilər.
Salam aleykum. Yəqin ki, hacət duaları dedikdə "İstixarə" namazını nəzərdə tutursunuz. "İstixarə" namazı adi iki rükətli namazdır və bu namazda "əl-Fatihə" surəsindən sonra istənilən surəni oxumaq olar.
Salam aleykum. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?
Və aleykum Salam. Bütün savab və yaxşı əməlləri puç edən yeganə günah, Allaha şərik qoşmaqdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65).
Və aleykum Salam. Şəriətin buyurduğu qaydada kəbin olmadan kişi ilə qadının ünsiyyət qurması, təklikdə qalması və bir-birinə toxunması haramdır. Bu cavabları oxuyun:
Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?
Və aleykum Salam. Namazı ayaq üstə qılmaq namazın ərkanlarından biridir. Bu səbəbdən namaz qılan insan, imkanı olduğu təqdirdə namazı ayaq üstə qılmalıdır.
Və aleykum Salam.
Salam aleykum. Allahyar sözünün mənası "Allahın sevimlisi" deməkdir. Bu adın uşağa qoyulması şübhəlidir. Dinimiz şübhəli məsələlərdən çəkinməyi buyurmuşdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən halal da bəllidir, haram da.
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimiz qadınlarla gözəl davranmağı buyurmuşdur. Bir kişinin öz zövcəsinə zülm etməsi, onu döyməsi böyük günahdır və belə edən kişi Uca Allahın bu ayəsinə qarşı çıxmışdır: "Onlarla (qadınlarla) xoş rəftar edin". (ən-Nisa, 19).
Aleykum salam. Qeybi Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65).
Aleykum salam. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatı barədə dilimizə tərcümə olunmuş ən yaxşı kitab Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" adlı kitabıdır.
Aleykum salam. Doğru olan budur ki, Quranda məcazi məna yoxdur. Quranda gələn bütün ayələr və sözlər öz həqiqi mənasında işlənib. Uca Allah buyurur: "Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz.
Salam aleykum. Bir insanın izni olmadan onun şəkillərini başqasına göndərmək günahdır və buna görə Allaha tövbə etməklə yanaşı şəklini göndərdiyiniz insandan halallıq almalısınız. Həmçinin, bu əməlinizə görə yarana bilən fəsadı aradan qaldırmağa çalışmalısınız.
Aleykum salam. Bu təqvimlərdə həm ayın, həm də ilin günlərinin sayı biri digərinə nisbətən qısa olduğu üçün, bir təqvimdə digərinə nisbətən sürüşmə baş verir. Əslində isə həm Miladi, həm də Hicri təqvim xırda fərqlər istisna olmaqla uzanıb-qısalmır və öz yerində dayanıb.
Aleykum salam. Başınıza gələn müsibətlərə görə Allah qatında böyük mükafat qazanırsınız. Uca Allah bir qulunu sevdiyində onu imtahan edər. Bu səbəbdən ən böyük müsibətlər peyğəmbərlər və onların yolunu gedənlərə üz vermişdir.
Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?
Quranın tərtibatı
Və aleykum Salam. Əgər qadın namaz vaxtı yeni girdikdə heyz qanını gördüsə və ya namaz əsnasında heyz oldusa, dərhal namazı saxlamalıdır və sonradan bu namazı qəza etməli deyil.
Və aleykum Salam. Bank sələmçilik kimi şəriətə müxalif olan işlərlə məşğul olduğuna görə orada işləmək və ya onlara hər hansı bir xidmət göstərmək qadağandır. Çünki bununla insan bankın haram işlərində onlara yardım etmiş sayılır.
Və aleykum Salam. Heç bir hədisdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rükudan qalxdıqdan sonra əllərini bağlaması açıq-aydın qeyd olunmayıb. Əgər belə olsaydı, səhabələrdən kimsə bu haqda hədislərdə bəyan edərdi.
Və aleykumus Sələm və Rahmətullahi və Bərakətuhu. Elmsiz Allahın adından danışmaq ən böyük günahdır. Bu günah hətta Allaha şərik qoşmaqdan da böyükdür.
Və aleykum Salam. Oruc tutanın sahur etməsi müstəhəbdir. Sahur yeməyini yemədən də orucu davam etdirmək olar. Ramazan ayında hər oruc günü üçün ayrıca niyyət etmək lazım deyil.
Və aleykum Salam. Oruclu olarkən qeyri-ixtiyari (yuxuda və s) məni ifraz olması orucu pozmur. Ümumiyyətlə oruclu ikən qeyri-ixtiyari orucu pozan halların baş verməsi orucu pozmur. Daha ətraflı:
Və aleykum Salam.
1) Dua edərkən vərəqə baxmaq icazəlidir.
Və aleykum Salam. Yeni doğulan uşaq üçün yeddinci günü əqiq qurbanı kəsmək vacib deyil, təkid olunmuş sünnədir. "Təkid olunmuş sünnə" Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əmr etdiyi, lakin vacib dərəcəsinə çatmayan və edənin böyük savab qazanacağı əməllərdir.
Və aleykum Salam. Şəriətimiz qəbirləri bəzəməyi, mərmər baş daşı qoymağı, habelə üzərinə şəkil vurmağı qadağan edir. Dinimizə görə qəbirlər sadə olmalıdır. Daha ətraflı:
Və aleykum Salam.
Və aleykumus Sələm və Rahmətullahi və Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, əgər namazları səhlənkarlıq səbəbindən ötürmüsünüzsə, bu namazları artıq itirmisiniz və bu namazlar qəza olunmur. Bunun üçün tövbə edib əvəzinə nafilə ibadətləri çoxaldın. Daha ətraflı:
Salam aleykum. Əvvəla qeyd edək ki, istimna (əl ilə boşalmaq) haramdır. Qeyd edilən şəkildə orucu pozmaq da daha böyük günahdır.
Və aleykum Salam.
Salam aleykum. Dövlətin sizə ayırdığı pulu qaynanızın sizdən alması doğru deyil. Belə etməklə qayınananız sizə qarşı haqsızlıq etmiş olur. Daha ətraflı: Qul haqqı barədə
Və aleykum Salam. Namaza təzə başlayan insanın namaz qılarkən səhvlərinin olması labüddür. Bu cür səhvlər bağışlanandır və sizin namazınızın doğruluğuna təsir etmir. Belə səhvlərə görə namazı yenidən qılmağa ehtiyac yoxdur.
Salam aleykum. Namaza başlamanız münasibətilə sizi təbrik edirik və Allaha dua edirik ki, sizi bağışlayaraq Cənnətdə saysız-hesabsız nemətlər verdiyi qullarından etsin! Bilin ki, şeytan namaza başlayan insanlara müxtəlif üsullarla təsir etməyə çalışır.
Aleykum salam. Namaz qılarkən səcdədə və rükuda deyilən zikrləri ən azı bir dəfə demək vacibdir. Bu zikrləri üç dəfə demək daha yaxşıdır. Bundan artıq deməkdə isə hədd yoxdur. Lakin camaatla qılınan namazda imam olan insan namaz qılanların halını nəzərə alaraq rüku və səcdəni çox uzatmamalıdır.
Və aleykum Salam. Namaz qılarkən təşəhhüddə şəhadət barmağı tərpətmək müstəhəbdir, vacib deyil. Daha ətraflı:
Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
Və aleykum Salam. Təşəhhüddə dua edərkən işarə barmağını qaldırmaq müstəhəbdir. Sözsüz ki, qaldırmağınız daha yaxşı olar. Həmçinin oxuyun: