09-06-2020 Melek
Salam xahiw edirem cavablandirin, men namaz qiliram ve istemeyerek xatirlamadim, qeybet etdim, cox pewmanam ne edimki Allahim meni bagiwlasin?? Hemin insanada demeye cox utaniram
Cavab:

Aleykum salam. Əgər qeybətini etdiyiniz şəxs bunu bilmirsə, bu halda bu barədə ona deməyiniz məsləhət deyil.

ardını oxu
09-06-2020 Aygun
Salam.men namazda esselamu aleykum rehmetullahi ve berekatuh demiwem.aleykum sozunden sonra "ve " demeyi unutdum..namazim batil olur? Qezasini qilmaliyam, coxsagolun cavablandirdiginiz ucun..
Cavab:

Aleykum salam. Namazı bitirərkən sağ çiyinə salam vermək namazın ərkanlarından biridir. Salam verərkən "Əssələmu aleykum" demək namazı bitirmək üçün keçərlidir. Əlavə olaraq "və rahmətullahi və bərakətuhu" demək isə müstəhəbdir.

ardını oxu
09-06-2020 Hae Soo
Salam. Biokinezi ilə göz rəngini dəyişmək günahdırmı? Çox sağolun.
Cavab:

Aleykum salam. Biokinezi - insanın öz düşüncə və xəyali gücündən istifadə edərək vücudunda və orqanizmində dəyişikliklər aparmasına deyilir. Bu müalicə elmi cəhətdən həqiqəti olmayan xəyali bir düşüncədir. Nə tibb elmində, nə də fizika elmində belə bir şey yoxdur.

ardını oxu
09-06-2020 Elşən Orucov
Əssəlam aleykum dəstamaz əzaları,məsələn burun 3 dəfəyə təmizlənməsə 4 cü dəfə tamizləmək caizdirmi?
Cavab:

Aleykum salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə müstəhəbdir. Ağız və burun da üzdən hesab olunduğu üçün ağıza və buruna su alıb qaytarmaq vacibdir. Başa isə bir dəfə məsh çəkilir. Dəstəmaz əzalarını üç dəfədən artıq yumaq isə düzgün deyil.

ardını oxu
09-06-2020 Nihat
eleykum men heyatin yasam sigortasina qosulmusam ona gore menim her ay aldigim emek haqqindan bir miqdar dovlete odenmeli odenislerden de bir miq dar sigortaya odeyirem.lakin orada yigilan pullara her il 3.27 faiz elave pul gelir.men 3ilden sonra yigilan pulu alanda illik faiz derecesininden eld
Cavab:

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, dinimiz sığortanı qadağn edir. Bu barədə daha ətraflı oxuyun: İslamda sığorta halaldırmı?

ardını oxu
09-06-2020
Hecet namazi qilan zaman her ruketde hansi sureleri oxumaq lazimdir? Salamdan sonra hecet duasindan evvel yada sonra zikr etmek lazimdirmi? birde ikinci ruketde tehiyyatdan sonra nese oxumaq lazimdir yoxsa yox?
Cavab:

Salam aleykum. Yəqin ki, hacət namazı dedikdə "İstixarə" namazını nəzərdə tutursunuz. "İstixarə" namazı adi iki rükətli namazdır və bu namazda "əl-Fatihə" surəsindən sonra istənilən surəni oxumaq olar.

ardını oxu
09-06-2020 fiyodur
Salam xesdeliy adiynan pensiya duzeltdirib alirlarsa o halaldi yoxsa haram haramdisa onda evde halal gelirnen o pul qarisir bir birlerine bele olan halda ne etmeliuem mem evde ne alirlar onuda yeyirem..
Cavab:

Aleykum salam. Xəstə olmadığı halda yalandan xəstəlik adı ilə dövlətdən pensiya alan şəxs haqsız yerə mal yemiş sayılır və bu böyük günahdır. Çünki o, dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən alır.

ardını oxu
09-06-2020 elnur
salam cadunun tesir muddeti varmi?cadunun tesirinin gec tezi varmi?
Cavab:

Aleykum salam. Cadu bir xəstəlikdir və o, müalicə olunmaqla və ya batil edilməklə təsirini itirir. Cadu olunmuş insan şəriətin buyurduğu qaydada müalicə olunmağa çalışmalıdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

ardını oxu
09-06-2020 S
Salam aleykum..evvela deyim.bele.seylere 1qram bele.olsn inamim.yoxdu sadece cox maraxli geldi siz yazbsizki baxicilar kime baxarsa seytanlar o adamin haqqinda melumat verer bes yaxsi baxicilar seytanlarla nece elaqe yaradir ve dogru xeber verir??
Cavab:
Aleykum salam. Baxıcılar və falçıların şeytanlarla əlaqəyə girməsi həqiqətdir. Bu xüsusda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar.
ardını oxu
09-06-2020 Aygün
Atamla Anamın dini nikahı yoxdu mən bilirəmki dini nikah olmamaq günahdır indi atamla anam dini nikah kəsdirsələr olarmı? Və bunun indiyə kimi günahı nədir ? Əvvəlcədən Təşəkkürlər
Cavab:

Salam aleykum. Nikahın şəriət baxımından düzgün sayılması üçün qadının atasının (yoxsa, qardaşının və ya əmisinin) izni və iki şahidin buna şahidliyi olmalıdır. Dini nikahın kağız üzərində yazılması isə vacib deyil.

ardını oxu
09-06-2020 Elçin
Salam. Qadının özünün və anasının razılığı olsa atasının xəbəri olmadan kəbin kəsdirə bilərəmmi?
Cavab:

Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir.

ardını oxu
09-06-2020 Bacı
As salam aleykum.Mən müsəlmanam, kafir olanın arxasınca danışmaq nə dərəcədə günahdı?birdə kafir olan qadının etdiyi açıq aşkar hərəkətlərdən dolayı zinakar.
Cavab:

Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.

ardını oxu
09-06-2020 Siyavush
Salam Aleykum,önceden teşekkur edirem,Allah sizden razi olsun.Sizden bir isteyim var,mümkundurse NUH suresini yaza bilersiz bura,
Cavab:

Aleykum salam. Əgər siz "Nuh" surəsinin Azərbaycan hərfləri ilə transkripsiyasını nəzərdə tutursunuzsa, bilin ki, Quran ayələrini tpranskripsiya ilə yazmaq düzgün deyil. Çünki, ərəb dilində olan bir çox hərflərin Azərbaycan dilində qarşılığı yoxdur.

ardını oxu
09-06-2020
Salam....Men oz marketimizde işleyirem ve ister istemez elim ickilere falan deyir kimse isteyen de verirem.bu namazimi pozurmu? ve gunahdirmi?tesekurler.
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur.

ardını oxu
19-05-2020 zeyneb
basqasinin xosbexliyi ucun ozunu olduren insan cennete yoxsa cehenneme gedir
Cavab:

Salam aleykum. İstənilən bir səbəbdən özünü öldürmək əbədi Cəhənnəm əzabına səbəb olacaq böyük günahdır. Daha ətraflı:

İntihar etməyin günahı

ardını oxu
19-05-2020
Salam men aile qurub ayrilmisam.Heyat yoldasim aile qurub amma men hallaliq vermemisem.bu duzgundurmu?
Cavab:

Və aleykum Salam. Qadınla kişi ayrıldıqdan sonra yenidən ailə qurmaq məsələsində bir-birinin üzərində haqları qalmır və hər kəs yenidən istədiyi şəxslə ailə qura bilər. Daha ətraflı: İslam fiqhi - Nikah fəsli

ardını oxu
19-05-2020 Abudavud
Salam aleykum. Yuxu görmediyi halda yalandan filan yuxu görmüşem demek Allaha iftira atmaq sayilir? Bu haqda hansısa hedis varmi? Varsa sehih veya zeif olmasını qeyd edin zehmet olmasa.
Cavab:

Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyü­yü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia et­mə­si­dir".

ardını oxu
19-05-2020
Salam Aleykum, Menim bacim oglu 2 yawinda noyabr ayinda dunyasini deyiwdi. Bacim hec ozune gelmir cox agliyir.Dunyasinu deyiwmiw korpelere aid nese hedisler revayetler varmi? Belke bacim oxuyub rahatliq tapdi.Ve onun cox aglamaqa gunahmi?
Cavab:

Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır.

ardını oxu
19-05-2020
Salam əleykum.Hezret Elinin günəşlə danışması hadisəsi doğrudurmu?
Cavab:

Aleykum salam. Yəqin ki, Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi dedikdə Əlinin (Allah ondan razı olsun) Günəş batdıqdan sonra Əsr namazını qılmadığı üçün Günəşin geri qayıtması üçün müraciət etməsi, Günəşin də batdıqdan sonra geri qayıtmasını nəzərdə tutursunuz.

ardını oxu
19-05-2020 Tural
Salam. Size sualim bir insan yeni ili qeyd edirse muselman sayilmir?
Cavab:

Aleykum salam. İslamda iki bayram var. Bu bayramlar Ramazan və Qurban bayramlarıdır. Yanvar ayının birini yeni il bayramı kimi qeyd etmək xristianlara xas olan bir bayramdır. Müsəlmana kafirlərə xas olan bir bayramı qeyd etmək yaraşmaz.

ardını oxu
19-05-2020 Cövdət
Peyğəmbərlər Şiə Namazı Qilir Yoxsa Əhli Sünnü Xahis Edirem Ətrafli Cavab Verin
Cavab:

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı heç də eyni namazı qılmamışlar. Hər peyğəmbərin öz şəriətinə xas olan ibadəti olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı övladlardır.

ardını oxu
17-05-2020 sara
Salam menim nisanlim is axdarir ve tapmir elebir dua varmiki onu oxuyum
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Ruzinin artması üçün nə etməliyik? 

ardını oxu
17-05-2020 ...
Salam. Men namazi terk etmisdim evvelce.buna gore allah meni cezalandirdi. Heyatim deyisdi.gunahlarim coxaldi. Yeniden namaza bawladim. Ama gunahlarimdan nece tovbe edim bilmirem. Tovbe etmek ucun neler etmeliyem bilmirem. Mene tam aciqlasaniz sevinerem. Allah razi olsun
Cavab:
Va aleykum Salam. Uca Allahdan sizi İslam dinində sabit etməsini diləyirik! Tövbə barədə daha ətraflı bu cavabları oxuyun:

Tövbəni necə etmək lazımdır?
ardını oxu
17-05-2020
Salam men hec vaxt erimi seve bilmemiwem 3 ovladlmda var.ama namazl terketmiwem zina eledim deye fikirlewdim namaz qllmaqln menasl yoxdur men bu yoldan hec done bilmirem men ne edim.birdeki bu insanla gorwub zina ediremse namazl qlmaqln bir menasl varml buna bir aydlnllx getrerdiniz.ve nece defe tov
Cavab:

Və aleykum Salam. Allahdan qorxaraq tövbə edin, Qiyamət günü zinakarları dəhşətli əzab gözləyir. Zinadan qorunmaq üçün səmimi tövbə etmək, sizi bu əməldən uzaqlaşdırması üçün Allaha dua etmək və zinaya aparan amillərin hamısından uzaq durmaq lazımdır. Daha ətraflı:

ardını oxu
17-05-2020 Mus
As Salamu Aleykum. Müselman müselmana AS Salam Aleykum dememis Söz soruşa ve yaxud danışmaq düzgünmü?
Cavab:

Aleykum salam. Dinimiz bizə salamı aramızda yaymağı buyurmuşdur və bildirmişdir ki, salamı yaymaq insanlar arasında məhəbbəti artıran səbəblərdəndir.

ardını oxu
15-05-2020 Ruslan
Salam eleykum. Bir hedis qarsima cixdi Sekke dusdum. Sehih buxaride hedis 4240 4241 ci hedislerde deyirki Eli r.a omer r.a gormekden zehlesi gedirdi. Ve sehih muslimde qeyd olunubki ibn abbasla eli ebu bekr ve omeri xain gunahkar yalanci hiyleger adlandiriblar.
Cavab:

Aleykum salam. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir: "Malik ibn Ovs (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razıolsun) mənə xəbər yol­ladı və mən günəş yüksələn bir vaxtda onun yanına gəldim.

ardını oxu
15-05-2020 allahin qulu
salam olsun cavablayana namaz qiliram ve ruqiye oyrenmeye calisiram ruqiyenin bedene tesiri varmi?
Cavab:

Və aleykum salam. Ruqyə dedikdə Quran ayələri və səhih hədislərdə gələn zikr və dualarla edilən müalicə nəzərdə tutulur. Əgər ruqyə edən düzgün əqidə sahibi olar və şəriətə uyğun şəkildə ruqyə edərsə, əlbəttə ki, Allahın izni ilə onun həm ruha, həm də bədənə təsiri olar.

ardını oxu
15-05-2020
salam men hicab baglamag isdirem.amma ki ailem qoymadi mende onladan icazesiz bagladim sonrada atam icaze vermedi dediki ac mende acdim men mi gunah qazaniram yoxsa valideynlerim?
Cavab:

Aleykum salam. Həddi-büluğa çatmış hər bir qıza hicab bağlamaq vacibdir və bu vacibi heç kimin sözünə görə tərk etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradan Allaha) asi olmaqda məxluqa itaət edilməz".

ardını oxu
15-05-2020 ...
Salam. Men şam namazini qildiqdan sonra yadiça dusduku 4 ruket qilmisam.indi onun qezazin qilmaliyam.
Cavab:

Aleykum salam. Namazı bitirdikdən sonra səhv etdiyinizi və bir rükət artıq qıldığınızı bilsəniz, dərhal səhv səcdəsi edin. Namazı təkrar qılmağa ehtiyac yoxdur. Həmçinin oxuyun:

Səhv səcdəsi necə yerinə yetirilir?

ardını oxu
15-05-2020
Men ne edim ki erim meni sevsin
ardını oxu
15-05-2020
Qədir gecəsi Quranı başa qoyaraq 2dəfə eyni duanı etmək olarmı.?
Cavab:

Salam aleykum. Quran başa qoymaq üçün yox, oxuyaraq içindəkilərə əməl etmək üçün göndərilmişdir. Dinimizdə Quranı müqəddəs tutmaq üçün başa qoymaq kimi bir əməl yoxdur. Uca Allah buyurur:

ardını oxu
15-05-2020 Resad
Salam men sacimu vurdurmaliyam sonrada yuyulur yalniz sacim orucun pozulur?
Cavab:

Və aleykum salam. Su udmayacağınız təqdirdə saçı yumaq və ya çimmək orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
15-05-2020
Salam aleykum Bəziləri təqvimlərdə Sübh namazının vaxtının doğru göstərilmədiyin deyirlər. Əslində sübh namazının vaxtını təqvimdə göstəriləndən 20-30 dəqiqə sonra girdiyini iddia edirlər.
Cavab:

Əssələmu aleykum. Bizim etimad etdiyimiz təqvim "Ummul-Qura" təqvimidir və bu təqvim mötəbər təqvimdir. Bu təqvim dövlət tərəfindən də təsdiqlənmişdir. Bu təqvimdə hər hansı səhvin olduğu müəyyən edilməmişdir. Həmçinin, bu təqvim təcrübə ilə də öz təsdiqini tapmışdır.

ardını oxu
15-05-2020 Bəndə
Salam,istihazə halında olan xanım oruc tuta bilər? Bunun üçün hər gün qüsul almalıdır?
Cavab:

Aleykum salam. İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. İstihazə heyz sayılmadığı üçün bu halda qadın namazlarını qılıb, oruclarını tutmalıdır. İstihazə halında hər dəfə qüsl almağa ehtiyac yoxdur.

ardını oxu
15-05-2020 Sevinc
Salam .Oruclu halda iken uze su buxari etmek orucu pozurmu?
Cavab:

Aleykum salam. Oruclu halda üzə su buxarı vurmaq orucu pozmur. Həmçinin oxuyun:

Ramazan orucu

Orucu pozan amillər hansılardır?

ardını oxu
15-05-2020
Salam aleykum Ölüyə salavat demək olar? Bu nə dərəcədə düzgündür, ətraflı yazardız zəhmət olmasa, Allah sizdən razı qalsın, elminizə bərəkət versin Amin!
Cavab:

Aleykum salam. "Salavat gətirmək" dedikdə, Allahdan Peyğəmbərə və onun ailəsinə xeyir-dua istəmək nəzərdə tutulur. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər!

ardını oxu
15-05-2020
Salam Aleykum.eshitmishemki arzusunda olub gede bilmeyen adami mesumlarimizin ziyaretine(meshed,kerbela,hecc,umre)gonderende Allah da gonderen insani ziyaret etmish kimi qebul edir.bu duzdu?
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah bizə Quranda yalnız həcc və ümrə ziyarətlərini buyurmuşdur. Uca Allah buyurur: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Məşhəd və Kərbəla ziyarətlərini isə dinimiz buyurmamışdır.

ardını oxu
15-05-2020 Aysel
Salam.1)men 9 yaşimdan beri oruc tutmamişam derk etmirdimki oruc vacibdi.
Cavab:

Aleykum salam. 

ardını oxu
15-05-2020 Melek
Salam musiqi haramdir, bes dini musiqiler? Sakit musiqilerde haramdir?
Cavab:

Aleykum salam. İslam dini musiqini haram edir, istər musiqi dini mövzuda, istərsə də qeyri-dini mövzuda olsun, fərqi yoxdur. Musiqinin hökmü barədə bu cavabları oxuyun:

ardını oxu
15-05-2020
Kehf86ayesini tesfirini qeyd ederfiniz zehmet olmasa
Cavab:
ardını oxu
15-05-2020 B
Əssələmu Aleykum Bir insanın Atası övladı islamda olduğu üçün ona zülm etməsi onunla düşmən kimi davranması və onu evdən çıxıb başqa yerdə yaşa deməsi nə dərəcədə doğrudur.Bu Allahın imtahanı ola bilərmi...Valideyin Allaha çox asi olan və evə daim haram gətirən birisi olduğda övlad yetkinliy yaşına
Cavab:

Aleykum salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Bilin ki, Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir.

ardını oxu
12-05-2020 Məndən
Salam Aleykum mənim sizə bir sualım olacağ Ramazan ayi girende oruc tutmadim ve bu gunden basladim bu zaman mene tutmadiqim gunler gunah yazilirmi?
Cavab:

Və aleykum salam. Uca Allah Ramazan orucunu vacib buyurmuşdur. Allahın vacib buyurduğu əməlləri etməyə görə böyük savab, onları tərk etməyə görə isə böyük günah yazılır. Yalnız üzürlü səbəb olduqda orucu tutmamaq olar.

ardını oxu
12-05-2020 Mehemmed
Salam.oruc vaxti gegirmwk orucu pozurmu?
Cavab:

Və aleykum salam. Gəyirmək orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
12-05-2020 Abuzeyn
Essalamu eleykum qardaw men dunen orucu pozdum sebeb namehrem wehvet hissi sonra axinti oldugunu zenn eledim ama sonra bildimki nefsim mene qalib gelib bugun ise imsaka durdum normal orucu tutub yatdim yuxuda wehvet dolu sehneler gordum duranda ise axinti var idi sonra oxudumki yuxuda olan her hansi
Cavab:

Və aleykum salam. Yuxuda qeyri-ixtiyari boşalma orucu pozmur. Sadəcə, yuxudan durduqdan sonra namazları qılmaq üçün qüsl almaq vacibdir. Oyaq vaxtı və bilərəkdən bunun baş verməsi isə orucu pozur. Hansı günləri oruc tutmamısınızsa, Ramazandan sonra o günlərin sayı qədər qəza orucu tutmalısınız.

ardını oxu
12-05-2020 Firuze((
Mene anam awiri cox bed dua edir..muellimedi ozu hetta..meni hec sevmir..boyuk qizni sevir ele.evin kicik qiziyam deye.hem de niwanlim iwlemir deye ele hey deyir ki seni gorum hec uzun gulmesin.ozu Allaha itaet de edir pis-yaxwi.ama ele heu qargiw yagdirir kicik qizina(vallah gunahim olmur.20 yawim
Cavab:

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil.

ardını oxu
12-05-2020 Melek
Salam ..ozum namaz qilan viriyem..calisdugim qederi ile islama zidd olan seyleri etmemeye calisiram..sualim beledir qasa permanent ve ya mikrobleydinq etmek gunahdirmi?bu seyler islama ziddirmi?cavab ucun evvelceden tesekkur edirem...
Cavab:

Və aleykum Salam. Qadının qaşını alması ən böyük günahlardan sayılır, çünki, qaşını alan qadın lənətlənmişdir. Allahın və ya Peyğəmbərin (salləllahu aleyhi və səlləm) lənətlə hədələdiyi əməllər böyük günah sayılır.

ardını oxu
12-05-2020 Kamal
Əssələmu Aleykum Va Rahmətullahi Va Bərakətuhu. Əgər Cənabət Qüslü Pozulmayıbsa Mən Başqa Vaxtı Mən Cənabət Qüslü Alıb Dəstamaz Almadan Namaz Qıla Bilərəmmi Allah Razı Olsun
Cavab:

Aleykum salam. Əgər cunub olmamısınzsa bu halda aldığınız qüsl cənabət qüslü deyil, vacib olmayan adi qüsldür. Bayram və cümə qüslləri kimi vacib olmayan qüsl aldıqdan sonra dəstəmaz alınmalıdır. Cənabət, heyz, nifas qüslləri kimi vacib qüsllərdə isə dəstəmaz almağa ehtiyac yoxdur.

ardını oxu
12-05-2020 Aylin
Salamun Aleykum şiye yolu duzgundurmu
Cavab:

Və aleykum Salam. Çox təssüflər olsun ki, günümüzdə müsəlmanlar bir çox firqələrə bölünmüşlər və bu firqələrin hamısı Qurana və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olduqlarını deyirlər.

ardını oxu
12-05-2020
Salam qüsl aldıqdan sonra dirnaqlarda az miqdarda lakın qaldığını gördüm.Yenidən qüsl almalıyammı?
Cavab:

Aleykum salam. Qüsl alarkən bədənin hər yerinə suyun çatması vacibdir. Əgər bədənin müəyyən hissəsinə su dəyməyibsə, qüsl düzgün sayılmır və yenidən alınmalıdır.

ardını oxu
12-05-2020 pəriş
Salam aleykum və rəhmətullah bərəkətu mən 16 yaşıma keçəndə ailə həyatı qurdum Mənə dini kəbin kəsiləndə qaynanam gedib kəbini kəsdirdi nə yoldaşım getdi nə mən bizim dini kəbin doğru sayılmırmı
Cavab:

Aleykum salam. Kəbin kəsdirərkən qız və oğlanın razılığından sonra əsas olan qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin kəbində iştirakıdır. Qızın kəbində iştirak etməsi şərt deyil.

ardını oxu

Pages