Aleykum salam. Namaz qılan insan həm namazın içində (səcdədə, təşəhhüddən sonra, qunutda və s.), həm də namazdan sonra öz dilində xeyirli dualar edə bilər.
Salam aleykum. Ən xeyirli dua Uca Allahın Quranda və ya Peyğəmbərinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dili ilə bizə öyrətdiyi dualardır. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gələn dualar barədə ətraflı oxuyun:
Aleykum salam.
Salam aleykum. Namazın düzgün sayılması üçün şərtlərdən biri də namaz qılanın paltarının və namaz qıldığı yerin natəmizliklərdən və nəcasətdən təmiz olmasıdır.
Aleykum salam. Qüsl alarkən bütün bədənə su dəyməsi vacibdir. Fərq etməz, istər qadın olsun, istər kişi. Həmçinin saçların dibinə də su dəyməlidir. Lakin dinimiz saçlarını hörən qadınlara rüsxət verərək cənabət qüslü alarkən saçlarını açmamağı icazə vermişdir.
Aleykum salam. Uca Allah anaları elə yaradıb ki, övlad məhəbbəti heç vaxt onların qəlbindən çıxmır. Düzdür, o sizi atmaqla böyük bir səhvə yol vermişdir, lakin bu analıq haqqını sizin üzərinizdən götürmüş olmur.
Aleykum salam. Qız uşağının sidiyi nəcis olsa da, hər dəfə ona toxunduqda qüsl almaq lazım deyil. Sadəcə sidik dəyən yeri yumağınız kifayətdir. Hətta dəstəmazlı olan bir insanın sidiyə toxunduqda belə dəstəmazı pozulmur. Sadəcə sidik dəyən yeri yumaq kifayətdir. Həmçinin oxuyun:
Aleykum salam. Əgər ayaqlara silikon vurdurmaqda məqsəd gözəlliyi artırmaqdırsa, bu halda olmaz. Əgər məqsəd ayaqda olan ciddi eyibi aradan qaldırmaqdırsa, bu halda sağlamlığınıza ziyan verməmək şərti ilə icazəlidir.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və orada əbədi olaraq qalar.
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, qaynananızın sizə qarşı olan münasibətinin pisləşməsi müxtəlif səbəblərdən baş verə bilər. Hər bir halda siz ona qarşı hörmətlə yanaşın və gözəl əxlaq nümayiş etdirin. Onun sizə qarşı etdiklərini yaxşılıqla dəf edin.
Aleykum salam. Allaha ibadət etmək, ona şərik qoşmamaq və onun peyğəmbərinə (salləllahu aleyhi və səlləm) tabe olmaq məsələləri birbaşa Allahın haqqı olduğu üçün bu işlərdə səhv yola yönəldən insanlara (ər, ata, qaynana və s.) tabe olmaq qadağandır.
Aleykum salam. Yəqin oturuş qaydaları dedikdə məclis ədəblərini nəzərdə tutursunuz. Dinimiz məclislərdə iştirak edib oturmağın ədəblərini bildirmişdir. Bu ədəblərdən bəzilərini qeyd edək:
Salam aleykum. Fərz namazlarından sonra edilən zikrlərdən biri də "Ayətul-Kursi" (əl-Bəqərə surəsi, 255-ci ayə), əl-İxlas, əl-Fələq və ən-Nas surələrinin oxunmasıdır. Bu zikrləri namazdan sonra istənilən vəziyyətdə demək olar.
Salam aleykum. Namazda dua etmək üçün qunut tutmaq vacib yox, müstəhəb əməldir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çətinliyə düşdükdə namazlarında qunut tutub (əllərini göyə qaldırıb) dua edərdi. Bu səbəbdən qunut duasını tərk etmək namazı batil etmir.
Aleykum salam. Səfərdə olarkən namazlarını birləşdirən insan səfərdən qayıtdıqdan sonra birləşdirdiyi ikinci namazın vaxtı hələ çıxmamışsa, onun bu namazı yenidən qılmağa ehtiyac yoxdur.
Aleykum salam. Nikahın Allah dərgahında düzgün sayılması üçün qadının vəlisinin (ata, qardaş, əmi, baba, və s.) icazəsi və iki şahidin nikahda iştirakı şərtdir. Bundan əlavə kişinin qadına mehr olaraq bir şey verməsi də vacibdir.
Salam aleykum. Dinimizdə müvəqqəti nikah yoxdur. Bu barədə daha ətraflı oxuyun:
Siğə haqqında
Nəyə görə siğə etmək olmaz?
Aleykum salam. Bu məqaləni oxuyun: Quranın Allah sözü olmasının sübutları
Aleykum salam. Dinimiz ibadəti yalnız Allaha aid edərək yerinə yetirməyi əmr edir və bu ibadətlərdən nəyisə Allahdan başqasına yönəltməyi qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik.
Aleykum salam. Uca Allahdan sizi dinində sabit etməsini, zövcənizə isə hidayət verməsini və onun köksünü namaz üçün genişlətməsini diləyirik!
Aleykum salam.
1) Əvvəla bunu qeyd edək ki, baxıcıya getmək və onun dediyini təsdiqləmək dinimizdə qadağandır və bu böyük günahdır, hətta bəzi hallarda küfr sayıla bilər. Daha ətraflı:
Aleykum salam. İnsanın həyatda məruz qaldığı uğursuzluqların səbəbi heç də həmişə cadu və ya əməl olmur. İnsan başına gələn uğursuzluqların səbəbini ilk növbədə özündə axtarmalıdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir.
Aleykum salam. Sualda qeyd etdiyiniz hal şeytanın vəsvəsəsi nəticəsində baş verə bilər. Şeytanın vəsvəsələrindən qorunmaq üçün şəriətdə gələn dua və zikrləri müntəzəm olaraq demək lazımdır. Bu barədə daha ətraflı:
Aleykum salam. Əvvəla qayınananıza Uca Allahdan şəfa diləyirik. Sualda qeyd etdiyiniz hal yaşla əlaqəli xəstəlik də ola bilər. Hər bir halda öncə həkimə müraciət edib bu problemləri tibbi cəhətdən həll etməyə çalışmaq lazımdır.
Aleykum salam.
Salam aleykum. Sualda qeyd etdiyiniz ayə əl-Fəth surəsinin 29-cu ayəsidir.
Salam aleykum. Dinimizdə namaz qıldıqdan sonra cənəmazı (səccadə, namaz xalçası) bükməyin vacib olduğuna dəlalət edən hər hansı bir dəlil yoxdur. Bu səbəbdən namaz qıldıqdan sonra cənəmazı açıq saxlamaqda bir qəbahət yoxdur.
Aleykum salam. Əvvəla Uca Allahdan sizin və bütün müsəlmanların övladlarına şəfa diləyirik! Uşağınızın sağalacağı təqdirdə niyyət etdiyiniz qurban nəzir qurbanı deyilir. Nəzir ibadəti - bir kəsin üzərinə vacib olmayan ibadəti Allahla əhd bağlayaraq özünə vacib etməsidir.
Salam aleykum. Yəqin ki, sualda gecənin son üçdə biri barədə soruşulur. Çünki, gecənin son üçdə biri Uca Allahın dünya səmasına enib qulların etdikləri duaları və tövbələri qəbul etdiyi bir vaxtdır.
Aleykum salam. Uca Allah əl-Bəqərə surəsinin 54-cü ayəsində buyurur: "O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir".
Aleykum salam. Şübhəsiz ki, dinimizin bizə buyurduğu şəriət əhkamlarının bir hikməti vardır. Lakin, bəzən Uca Allah bu əhkamların hikmətini bizə Quranda və ya hədislərdə bildirmiş, bəzən isə bildirməmişdir.
Aleykum salam. Əgər dərslər canlı deyilsə, bu halda kişi müəllimin dərslərini izləməyiniz icazəlidir. Qadağan olan bir qadının naməhrəm kişi ilə canlı olaraq ünsiyyətə girməsidir.
Aleykum salam. Əgər tövbə etmisinizsə, bilin ki, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Günahınızın üstünün açılmasına gəlincə, ola bilsin bunun arxasında sizin bilmədiyiniz xeyir vardır. Lakin, siz bunu hələ bilmirsiniz.
Salam aleykum. Bəli, mətbəxtdə dəstəmaz almaq olar. Həmçinin oxuyun:
Hamam və ayaqyolu bir yerdə olarsa, orada dəstəmaz almaq olarmı?
Salam aleykum. Qüsl edərkən bədənin hər yerinə su dəyməsi şərtdir. Bu səbəbdən qeyd etdiyiniz kimi sadəcə başa, boyuna və qollara su vurmaqla qüsl etmək düzgün deyil. Daha ətraflı:
Aleykum salam. Quranın Azərbaycan dilinə mənaca tərcüməsində mötərizədə yazılanlar Quranın təfsirdir. Yəni, açıqlamasıdır. Çünki, bəzən Quranı hərfi mənada tərcümə etmək mümkün olmur və müəyyən izaha ehtiyac olur. Bu izahlar da mötərizədə verilir.
Aleykum salam. Uca Allah Qiyamət günü hər bir kəsin başa düşəcəyi dildə, tərcüməçiyə ehtiyac olmadan danışacaq.
Aleykum salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır.
Aleykum salam. əl-İsra surəsinin 6-cı ayəsi özündən əvvəlki və sonrakı ayələrlə əlaqəlidir.
Aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu.
1) Tövbə barədə ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Zina ən böyük günahlardan biridir. Fərq etməz, istər zina edən subay olsun, istər evli. Evli insan subaydan daha çox günah daşıyır, çünki ərinə (və ya arvadına) xəyanət etməklə onun da haqqına girmiş olur.
Aleykum salam. Əgər qadın haram yolla pul qazanan ərinə nəsihət edərsə və bacardığı qədər onu çəkindirərsə, artıq üzərinə düşəni yerinə yetirmiş sayılır və ərinin etdiklərinə görə ona günah yazılmır.
Aleykum salam. Uca Allah qulunun tövbəsini canı boğazına yetişənədək qəbul edir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tez bir zamanda tövbə edərlər.
Aleykum salam. Qızın ona naməhrəm olan oğlanla yazışması böyük günahdır. Bu səbəbdən, tövbə edərək bu əməli tərk edin. Daha ətraflı:
Qızla oğlanın internetdə yazışması günahdırmı?
Aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik.
Aleykum salam. Uca Allah Quranda buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər".