Və aleykum Salam. Uca Allah tövbə edənin etdiyi günahlarının çoxluğuna və böyüklüyünə baxmayaraq tövbəsini qəbul edir. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.
Aleykum salam. İbn Qeyyim əl-Covziyənin "Mədəricus-Səlikin" kitabı əslində Əbu İsmail Abdullah əl-Həravinin (396-481 hicri) "Mənəzilus-Səirin" kitabına verdiyi şərhdir. Kitabın məzmunu əl-Fatihə surəsinin şərhidir.
Aleykum salam. Əgər sidik olan yer yuyularsa və hamam təmizlənərsə, bu halda orada dəstəmaz almaq icazəlidir.
Və aleykumus-Sələm. Uca Allah qullarına gün ərzində beş vaxt namaz fərz etmişdir və bu namazların hər biri üçün vaxt müəyyən etmişdir. Uca Allah buyurur: "Həqiqətən, namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir". (ən-Nisa, 103).
Və aleykum Salam. Uca Allah bizə Quranı oxuyub başa düşməyi, orada buyurulanlara əməl etməyi və qadağan etdiklərindən çəkinməyi buyurmuşdur.
Salam aleykum. Yəqin ki "molla nikahı" dedikdə şəriət kəbini nəzərdə tutursunuz. Şəriət nikahı bağlanmamışdan əvvəl qızın oğlanla təklikdə qalması, biri-birilrinə toxunmaları haramdır və bu, günah sayılır.
Və aleykum Salam. Sehr və cadunun müalicəsi yalnız şəriətin buyurduğu qaydada ruqya etməklə, yəni Quran ayələri və zikrlər oxumaqla olur. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
Va aleykumussələm va rahmətullahi va bərakətuhu. Ölmüş bir insanın qəbrinə gəlib onun eşitdiyini etiqad edərək ondan Allah yanında onun üçün şəfaət istəmək ən aşağısı bidət və zəlalətdir.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Ərim hər dəfə mənə xəyanət edir, mən nə edim?
Ərimin zina etməsini qəbul edə bilmirəm...
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Təbii ki, etdiyiniz əməl düzgün deyil. Allaha tövbə edin və çalışın bir daha belə səhvlərə yol verməyəsiniz. Etdiyiniz bu əməllə sürücünün deyil, avtobus şirkətinin haqqına girmisiniz. Çünki, bu avtobuslar sürücünün deyil, şirkətə aiddir.
Aleykum salam. Namazın doğru sayılması üçün təharət (təmizlik) şərt olduğu üçün cunub olduğunu bilmədən namaz qılan şəxsin bu halda qıldığı namazlar batildir və bu şəxs bildikdən sonra cunub halda qıldığı namazları yenidən qılmalıdır. Lakin bilmədən olduğna görə ona günah yazılmır.
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Həm qeyd etdiyiniz duaları, həm də Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərində varid olan digər duaları məqamında, istər kitabdan, istərsə də əzbərdən oxumaqda savab var. Lakin, gücünüz çatanı əzbərləməniz daha yaxşıdır.
Və aleykum Salam.
1. Namazdan fərqli olaraq dua edərkən (namazdakı kimi) geyimdə olmaq şərt olmasa da, dua edənin geyimdə, dəstəmazlı olması, qibləyə yönəlməsi duanın ədəblərindəndir, çünki dua edən Rəbbinin qarşısındadır və Ona səslənir. Daha ətraflı:
Salam aleykum. Qadının bakirə olub-olmamasından asılı olmayaraq vəlisinin (ata, qardaş, baba, əmi və s.) xəbəri olmadan kəsilən kəbin batildir. Belə ki, kəbinin düzgün sayılması üçün qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir.
Və aleykum Salam. Ümumiyyətlə qeybət - bir kəsin başqası barədə onun xoşlamadığı bir şeyi danışmaqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir".
Aleykum salam. Qadın heyzdən tam təmizləndikdən və qüsl etdikdən sonra ondan gələn qəhvəyi və ya bulanıq axıntılara fikir verməməlidir. Bunun üçün qüsl etmək də lazım deyil.
Və aleykum Salam. Qadının iddə müddəti (gözləmə müddəti) kişi talaq verəndən sonra hesablanır. 1-ci və 2-ci talaqlarda iddə müddəti ərzində qadın hələ boşanmış sayılmır və ərinin evində qalaraq onun zövcəsi sayılır. İddə müddəti bitdikdən sonra boşanmış sayılır. Daha ətraflı:
Və aleykum Salam. Rəcəb ayı Uca Allahın haram etdiyi 12 aydan biridir. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur.
Və aleykum Salam. Bu məqaləni oxuyun: Hicab azadlıqdır!
Və aleykum Salam. Boynunda cənabət qüslü olan şəxs, cümə günü həm cümə qüslü, həm də cənabət qüslü almaq istəyirsə, bu halda o, iki qüslü ayrı-ayrılıqda da ala bilər, həmçinin hər iki qüslü birlikdə niyyət etməklə bir qüsl də ala bilər.
Və aleykum Salam. Cəhənəmə düşənlər iki qisimdirlər:
1) Cəhənnəmdə əbədi qalanlar. Bunlar kafir və ya münafiq kimi ölənlərdir. Bu insanlar Cəhənnəmdə əbədi qalacaqlar.
Və aleykum Salam. Dinimizdə kəbinin geri oxudulması deyilən bir anlayış yoxdur. Daha ətraflı: Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı?
Və aleykum Salam.
1) Bir insanın müstəhəb bir əməli yerinə yetirəcəyi barədə Allaha söz verməsi Dinimizdə "Nəzir" adlanır. Nəzir barədə ətraflı bu linkdən oxuyun: Nəzir haqqında
Və aleykum Salam. Uca Allahdan sizi bu yolda sabit etməsini və ərinizə də hidayət verməsini diləyirik. Allaha asilik olmayan işlərdə qadının öz ərinə itaət etməsi vacibdir. Lakin ərin də öz yoldaşının namaz qılmasına mane olması böyük günahdır. Bu məsələdə qadın öz ərinə itaət etməməlidir.
Salam aleykum. Dinimizə görə ana bətnində olan uşağın adından Fitrə zəkatı çıxarmaq bəyənilir. Bəzi səhabələrdən rəvayət edilir ki, onlar ana bətnində olan uşağın adından Fitrə zəkatı çıxarmışlar. Bu səhabələrdən biri də Osman obn Affan olmuşdur (Allah ondan razı olsun).
Aleykum salam.
Aleykum salam. Uşağa Mələk adını qoymaq bəyənilmir. Bu barədə ətraflı oxuyun:
Uşağa ad qoymaq barədə
Qız uşaqlarına Mələk adı qoymaq olarmı?
Və aleykum Salam. Qurani Kərimi oxuyarkən müəyyən ayələri yadda saxlamaq üçün qeyd etməkdə bir qəbahət yoxdur.
Həmçinin oxuyun: Quranı Azərbaycanca oxumaq ərəbcə oxumaq qədər savabdırmı?
Və aleykum Salam. Qısaqol köynəkdə namaz qılmaq olar, lakin çiyinləri açıq maykada namaz qılmaq qadağandır. Daha ətraflı: Mayka ilə namaz qılmaq olarmı?
Və aleykum Salam. Qeyd etdyiniz şəkildə Quranı oxumaqda və ya bu şəkildə oxuyaraq xətm etməkdə heç bir qəbahət yoxdur.
Həmçinin oxuyun: Telefondan Quran oxumağın savabı varmı?
Və aleykum Salam. Bu cavabları oxuyun:
Sünnət namazı nədir və necə qılınır?
Fərz və nafilə namazlar hansı formada qılınır?
Salam aleykum. Bu cavabları oxuyun: Süd verən qadın orucu qəza etməlidirmi?
Və aleykum Salam. "Müşrik" sözünün mənası "Allaha şərik qoşan" deməkdir. Allaha şərik qoşmaq isə Allaha xas olan ibadətlərdən (dua, qurban kəsmək, təvaf etmək, və s.) hər hansı birini Allahdan qeyrisi üçün etməkdir.
Aleykum salam. Hər hansı bir günahdan tövbə etmək etdiyin günaha görə peşman olub, Allahdan bağışlanma diləmək və bu günaha bir daha qayıtmamağa söz verməkdir. Bununla yanaşı insan günaha aparan vasitələrdən və insanlardan uzaqlaşmağa çalışmalıdır.
Salam aleykum. Uca Allah möminlərə gün ərzində beş vaxt namazı vacib etmişdir. Gün ərzində qılınan digər namazlar isə vacib deyil, yəni bu namazları qılmayana günah yazılmır. Buna dəlil isə bu hədisdir.
Salam aleykum. Evli kişinin başqa bir evli qadını sevməsi və ya onunla görüşməsi hər ikisi üçün günahdır və bu əməl zina sayılır.
Salam aleykum. Qadın heyz (aybaşı) olduğu vaxtlarda namazını saxlayır və bu halda qadının namaz qılması haramdır. Bu barədə ətraflı oxuyun:
Salam aleykum. Ərəb dilində olan bir çox hərflərin azərbaycan dilində qarşılığı yoxdur. Bu səbəbdən ərəb dilində gələn duaların bir çoxunun azərbaycan dilinə transkripsiyası müxtəlif cür yazılır. Ən yaxşısı bu duaları ərəb dilindən özünüzün oxumasıdır.
Aleykum salam. Dinimiz musiqini və musiqi alətində ifa etməyi qadağan etmişdir. Daha ətraflı: Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?
Salam aleykum. Uca Allah möminlərə namazları bəlli vaxtlarda vacib etmişdir və namazları səbəbsiz olaraq öz vaxtından keçirmək böyük günahdır. Uca Allah buyurur: "...
Salam aleykum. Möhürlə namaz qılmaq qadağandır və Qurani-kərimdə möhür barədə heç nə deyilməyib. Daha ətraflı:
Aleykum salam. Qaynananızın uşaq bağçasından uşaqlar üçün nəzərdə tutulmuş ərzaqları götürməsi oğurluq sayılır və haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam.
Salam aleykum. Əgər həyat yoldaşınızın görüşdüyü qadınla kəbini varsa və bu qadın onun ikinci yoldaşıdırsa, bu halda buna normal yanaşmağınız və həyat yoldaşınızı buna görə qınamamaqda doğru edirsiniz.