06-10-2020
Salam men bosanmisam evli bir insanla bir yerdeyem ozmu pis his eliyirem buna gore kebunmiz var bu gunahdirmi ?
Cavab:
Və aleykum Salam. Əgər kəbininiz şəriətə uyğun kəsilibsə - yəni qadının vəlisinin (atası, qardaşı, əmisi və s) izni və iki şahidin iştirakı ilə kəsilibsə və elan olunubsa, həmin şəxslə ailə kimi yaşamanızda bir günah yoxdur. Daha ətraflı:
ardını oxu
06-10-2020
Salam.Men oz dilimle dua etmeyib,youtube ve yahud basga videoda dua eden insana gulag asib ellerimi qoya qaldirib onun dualarina qoshulmush sayiliram mi?
Cavab:
Və aleykum Salam. Dinimiz bir şəxsin yanında olan, səsini eşidib özünü görən adamın etdiyi dualara "Əmin" (Allahım qəbul et!) deməklə bu dualara şərik olmağı buyurmuşdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İmam "Əmin" de­yən­­də, siz də "Əmin" deyin!
ardını oxu
06-10-2020 Yagmur
Salam 7ildi sevdiyim var oda 10ildiki sevir qovuşmaq duasi etsek şirinlik duasi etsek alinarmi onun atasindan başqa hami razidi bir tek o yox ayrila unudada bilmirik neyi meslehet bilirsiz?
Cavab:
Və aleykum Salam. Quranda və səhih hədislərdə şirinlik deyilən bir dua mövcud deyil. Şirinlik duası yazdırmaq sehrin bir növü sayılır və haramdır.
ardını oxu
06-10-2020
Salam qadinlardan gelen qan (aybawi qani deyil) diger bir qadin xesteliyi ile bagli olsa orucu pozulurmu? Bes namaz qila biler bele halda?
Cavab:
Və aleykum Salam. Heyz qanından əlavə xəstəliklə əlaqəli gələn qana istihazə qanı deyilir. Heyz və ya nifas halı istisna olmaqla digər hallarda qadınlardan müəyyən səbəblərə görə axan qan orucu pozmur. Həmçinin belə halda qadın hər namaz üçün təmizlənib, dəstəmaz alıb namazını qılmalıdır.
ardını oxu
06-10-2020 Anonim
Salam. Men namaz qilanda fikrim cox yayinir. Calisiram fikrimi namaza yoneldim ve beynim fikrim namazin sozlerinin duzgun deyilmesinde ve teleffuzunde olur. Ve beynim namazda olur ama ureyim namazda olmur . Yani tam qelbimnen qilmiram.
Cavab:

Aleykum salam. İslam alimləri qeyd etmişlər ki, adətən iki sinif insanın namazda fikri yayınır. Birincisi: namazda sözlərin düzgün oxunuşuna diqqət edənin, ikincisi isə sözlərin qrammatik təhlilinə diqqət edənin.

ardını oxu
06-10-2020
Ay başı olanda qədir gecəsinə qalmaq olar?? Günah deyil ki yəni?
Cavab:
Salam aleykum. Heyz olan qadına namaz qılmaq qadağandır. Namazdan başqa - ərəbcə Qurana toxunmadan oxumaq, dua etmək, zikr etmək, Quran tərcüməsini oxumaq, hədislər oxumaq kimi ibadətləri etməklə Qədr gecəsini oyaq qala bilər. Həmçinin oxuyun:
ardını oxu
06-10-2020 Aynur xanimdab
ALLAHA DESTAMAZSİZ DUA ETMEK GUNAHDİRMİ?salAm zehmet olmasa deyerdinz allaha destamazsiz dua etmek gunah sayilirmi .men suretli allaha el acib sukur edirem ona dua efirem ama bunu tez tez edirem icimden geldiyi zaman bu gunah sayilmir yeni destamasiz edirem surekli etdiyim ucun
Cavab:
Aleykum salam. Dua edərkən dəstəmazlı olmaq duanın ədəblərindən olsa da, dəstəmazsız dua etmək icazəlidir. Həmçinin oxuyun:
Duanın ədəbləri
ardını oxu
06-10-2020
Salam.İmsakda yediyim yemek bogazimda ilismisdi orucu tutduqdan sonra udqunanda uduldu,orucum pozuldu?
Cavab:
Aleykum salam. Boğazda ilişən yeməyi imsakdan sonra udmaq orucu pozmur.
ardını oxu
06-10-2020 ALLAH bendesi
Salam aleykum.men aileliyem.ve yoldawimla menim eqidem ayridir.evde ayri ayri namazlar qiliriq.son vaxtlar mene mecbur editki men de onun kimi namaz qilim.men ise razilawmiram.men bu veziyyetde ne etmeliyem?yoldawim wie eqidesindendir.
Cavab:
Va aleykum Salam. Ən doğru namaz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı namazdır. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) namazı çoxsaylı hədislərdə aydın şəkildə bildirilmişdir.
ardını oxu
06-10-2020
Salam Men anamla yola getmirem onu incidirem cox pesman oluram dusunurem ki namazlarimda qebul olmur qilmaga hevesim olmur ne edim?
Cavab:
Aleykum salam. Sözsüz ki valideynin üzünə ağ olmaq böyük günahdır. Bu əməldən tövbə edin və çalışın valideynlərinizlə gözəl rəftar edəsiniz. Lakin, namazı tərk etmək isə ondan da böyük günahdır, çünki namaz Allahın haqqıdır, valideynlə gözəl rəftar etmək isə valideynin haqqıdır.
ardını oxu
06-10-2020
Salam Men namaz qilmiram .Ama isteyirem qedr gecesinin namazınl qılım.Olar?? Ümümiyyetle vacib namazı qılmiyib müsteheb namazı qılmaq olar?
Cavab:
Və aleykum Salam. Vacib ibadətləri tərk edən buna görə bünah qazanır. Müsətəhəb ibadətləri tərk edən isə buna görə günah qazanmır. Ona görə insan ilk olaraq vacib ibadətləri yerinə yetirməlidir.
ardını oxu
06-10-2020 isaq
Allahın Salamı, Rehmeti ve Bereketi sizin ve bütün müselmanların üzerine olsun. Ehli sünnetde Ehli beytden sehih hedisleri hardan tapa bilerik? Allah rızası üçün bu mövzuda mene yardım edin. Uca Allah ömrünüze ve elminize bereket versin.
Cavab:
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Əgər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əhli-beytinin Peyğəmbərdən rəvayət etdikləri hədisləri nəzərdə tutursunuzsa, belə hədislər müstəqil olaraq cəm olunmasa da, hədis kitablarında çox sayda mövcuddur.
ardını oxu
23-09-2020 Emil
Salam alekum. Allah sizlerden razı olsun. Sualım beledır: Böyük günahı evveller eden adam, uzun müddettdirki bu emeli daha etmir ve ömrünün sonuna kimi bunu bir daha etmeyecekse, evvel etdiyi bu günaha göre Allaha tövbe etmelidirmi ? Coxsaqolun.
Cavab:

Aleykum salam. Böyük günahların silinməsi üçün mütləq tövbə etmək lazımdır. Tövbə etmək günahdan əl çəkib, bu günaha görə peşmançılıq hissi keçirmək və bir daha bu günaha qayıtmamağa qərar verməklə olur. Həmçinin oxuyun:

ardını oxu
23-09-2020
Əssalamu aleykum, mən bir hədisdə oxumuşdum ki, əgər bir ana övladını dünyaya gətirərkən dünyasını dəyişsə cənnətlikdi. Bu doğrudurmu? Öncədən Allah razı olsun..
Cavab:
Və aleykum Salam. Səhih rəvayətlərə əsasən doğuş zamanı vəfat edən müsəlman qadın şəhidlər (cənnətliklər) sırasındadır.
ardını oxu
23-09-2020
Allahım sene tapşırıram bu işi yoluna qoy. Bu zikri deyerdiz
Cavab:

Salam aleykum. Uca Allah Quranda Fironun ailəsindən olan mömin bir kişinin dediklərini xatırladaraq buyurur: "Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir".

ardını oxu
23-09-2020
Salam.Bir qadinin yoldasi ola ola basqa biri ile danismagi ve subay qizin bir nece oglanlarla danismagi dinimizde nece deyerlendirilir?Zehmet olmasa cavab vererdiniz.
ardını oxu
23-09-2020 Bahar
Salam mende bele bir hal varki ozum and icmirem sanki icimde kimse var o mene mecbur and icdirirki bu ayeni oxunaq ve yaxut olmus birine salavat cekmelisn deyir and icdirerk ne etmeliyem?twkler
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın sizə verdiyi vəsvəsələrdən irəli gəlir. Vəsvəsələrə isə fikir vermək lazım deyil. Belə vəsvəsələrə diqqət yetirəndə daha da artır. Şeytanın vəsvəsələrindən qorunmaq üçün dua və zikrlərə sarılın.
ardını oxu
23-09-2020 fidan
salam menim 14 yaşım var.mason ne demkekdir?men bir internet oyunu oynadım ve hemin oyun masonlara aid idi elleri altında idi.Sonra men küfr etmeye tövbe etdim.ve özüm-ozume didimki bu oyunu bir de oynasam kafir olum.heç bir Allaha qarşı küfr etmesemde bu oyunu oynsamda kafir sayılarmıyam.Size bu su
Cavab:
Və aleykum Salam.
ardını oxu
23-09-2020 MVB-03.04.19
SALAM. 1.Namaza baslarken kecmis böyük ve kicik günahlar bagislanir? 2.Qiyamet günü savabi cox olan möminin qebri nurla dolacaq? 3.Qurani-Kerim'de "Eshabi-Kehf"haqqinda xeber verilir.Bunu daha deqiq etrafli aciqlayardiniz.
Cavab:
Və aleykum Salam. Böyük günahlar yalnız səmimi tövbə ilə bağışlanır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin.
ardını oxu
23-09-2020
sunniden sieliye kecmek gunahdir? yeni sunni namazini sie namazina deyismek ?
Cavab:
ardını oxu
23-09-2020
Salam.men bu il qutarmisam menketbi amma 5 ci sinifden bir oglannan sevgiliyem.fikrimiz cox ciddidi sevirik bir birimizi.ikimizde namaz qiliriq.ailemiz bilir yalniz atalardan basqa bide menim qardasimnan basqa.deyeceksinizki evlenin onda amma hele evlenmeye hazir deyilik.oglan universitetde oxuyur q
Cavab:
Və aleykum Salam. Kəbin olmadan naməhrəmlərin danışması, görüşməsi, yazışması və s. böyük günahlardandır. Yalnız evlənmək məqsədi ilə bir neçə dəfə görüşüb söhbət etmək olar. Bundan kənar ünsiyyətin sonu cəhənnəm əzabına səbəb olacaq zina kimi böyük günahla nəticələnə bilər.
ardını oxu
20-09-2020
Muveqqeti kebn halaldirmi?
Cavab:
Salam aleykum. Siğə etmək haramdır və böyük günahlardan olan zina etməyə bərabərdir. Daha ətraflı:

Siğə niyə haramdır?

Nəyə görə siğə etmək olmaz?
ardını oxu
20-09-2020 Ömər....
As salamu aleykum ve rehmetulillahi ve bereketuhu meni Heyetinden qoylayib ve şer atan kes meni indi iftara çağırır men ise getmirem günah sayılırmı? 2-ci sualım bu sualların cavablarını hansı elm telebesi cavablandırır? Allah azze ve celle Sizden razı olsun ƏMİN....
Cavab:
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu.
ardını oxu
20-09-2020 Lamiye
Salam. Qadin muveqqeti kebini nece defe kesdire biler? 2ci biriyle yeniden muveqqeti kebin kesdirmek gunahdir? (Oz aralarinda olunmush kebinden sohbet gedir ) . Ve ilk kebini muveqqeti vaxt erzinde tuturlar . O vaxt bitdikden sonra nece bowanilir?
Cavab:

Aleykum salam. Dinimizdə müvəqqəti nikah qadağandır. Həmçinin qadın kəbin kəsdirərkən mütləq vəlisinin (ata, qardaş, əmi, baba və s.

ardını oxu
20-09-2020
Salam Men kobud oluram isder isdemez ne edimki mehriban biri olum ?kimise incitmek isdemirem
Cavab:

Aleykum salam. Dinimiz bizə mülayim olmağı buyurub və bildirib ki, mülayim olmaq daim insana xeyir gətirir. Əksinə kobudluq isə insanı bir çox xeyirdən məhrum edir. Uca Allah buyurur: "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin.

ardını oxu
20-09-2020 .....
Salam Aleykum Haci uzr isyirem sualma göre men Ramazan ayinin orucunu tutdum ve orucu pozmaq kimi niyyetim yox idi amma cima meseli ile orucumu pozdugu fikirlesib orucumu pozdum buna göree mene keffare düşürmü
Cavab:
Və aleykum Salam. İnsanın ağlına gələn fikirlər orucu pozmur. İnsan fikrindən keçirdiklərini həyata keçirmədikcə orucu pozulmuş sayılmır.
ardını oxu
11-09-2020
Atam xestelenib,helelik namaz qıla bilmir.atamdan evez namaz qıla bilerem?
Cavab:
Salam aleykum. Namaz qılmaq hər bir insanın Allah qarşısında olan borcudur və bu ibadəti hər kəs özü yerinə yetirməlidir. Namaz elə bir ibadətdir ki, ağlı başında olan insan istənilən vəziyyətdə onu yerinə yetirməlidir. Dinimiz asanlığı buyurduğu üçün namazı hər bir vəziyyətdə qılmaq olar.
ardını oxu
11-09-2020 Əli
Salam. Heyetde it saxlamaq günahdır?
Cavab:
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə. Səbəbsiz yerə it saxlamaq qadağandır. Daha ətraflı:
ardını oxu
11-09-2020
Salam uzr isdiyirem suala. Gore. Men aybawi olub qurtarmiwam. Qusl alib oruc tutmuwam namaz qilmiwam seher oruca duranda hecne yox idi ama gunuz durduqdan sora gordum ki qan olub menim orucum pozulurmu namazim pozulurmu
Cavab:
Aleykum salam. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Bu halda orucunuz və namazlarınız səhihdir. Yox əgər qüsl etdikdən sonra gələn qan heyz qanına bənzəyirsə, bu halda orucunuzu və namazları saxlamalısınız.
ardını oxu
11-09-2020 Rüfət
Salam,bir insan maddi yardım etdiyi insanların şəkillərini videolarını nə qədər yardım etdiyini çəkib sosial şəbəkələrə yerləşdirməsi və kimlərə yaxşılıq etdiyini insanlara göstərməsi sizcə doğrudur ?
ardını oxu
11-09-2020 İnayat
As salamu aleykum..Mən müsəlman qadinam,lakin yoldaşım namaz qılmayanlardandı...Mən neçə dəfə cəhd ettim boşanmaqa amma məni o boşamir....Mən yoldaşımdan icazə ilə çölə bayra çixmaliyammı??yəni yoldaşım namaz kilmayanlardandı..
Cavab:
Və aleykum Salam. Qadının həyat yoldaşı namaz qılmasa belə dinimiz ona ərinə günah olmayan məsələlərdə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı əmr etmişdir.
ardını oxu
11-09-2020 Elman
Salam , biz şie uşaqlarıynan oturub iftar vaxtını gözləyib hemişe azan oxunanda orucumuzu açırdıq . İş ele getirdiki biz azan sesi eşitmedik, yaxud azan oxunmadı. Yeqinki artıq 10 deqiqe vaxt keçdiki men ve başqası orucu açdıq şie uşaqlar durdular ki yox azan oxunmalı.
Cavab:
Aleykum salam. Məğrib namazının vaxtı girdikdən sonra orucu açmaq lazımdır. Məğrib namazının vaxtı isə günəşin qövsü üfüqdə itdikdən sonra girir. Bunun üçün hansısa məscidin azan səsini gözləməyə ehtiyac yoxdur.
ardını oxu
11-09-2020 Allah bendesi
Salam men 1in tanyram deylene gore ona yuxda 2 nefer ereb herflern oyredb ve nece ay xesde yatb ve herf bilmyen insan herfleri oyrenb ve quranda baxr dedyleridee duz cixr cadu edmr ancag wirinly deyrki cox weye baxa bilmrem Allah taala yalnz bunlara icaze verb ay bext baglamag ya nese indi bele insa
Cavab:
Aleykum salam. Uca Allah Quranı fala baxmaq üçün deyil, oxuyub ibrət almaq üçün nazil etmişdir. Bu cür yuxular şeytandan olur.
ardını oxu
10-09-2020
Salam.boşanmiş qadin subay oglanla gizlin kebin kesdire bilermi?.qadinin ailesi oglanla prablemi yoxdu sadece bezi sebeblere gore raziliq vermir ama oglanda qadinda her iksi bir birini qebul edir dini kebin kesdirib aile qurub birlikde yaşaya bilermi??
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Hamıdan gizli nigah bağlamaq olarmı?

ardını oxu
10-09-2020
Allahın salamı üzerinize olsun. Sahur ve İftar vaxtı hansı dualar oxunur? İndiden teşekkürler.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Orucluq vaxtı oxunan xüsusi dualar varmı?

ardını oxu
10-09-2020 Gülay
Salam.Men genc yaşda valideyinlerimi itirmişem.onlar üçün ne edimki ruhları şad olsun.
Cavab:
ardını oxu
10-09-2020 Bacı
As salam aleykum 20 il bundan qabaq xalam yuxuda quran kitabları görmüş və ona yuxuda oğlunun adını Haris qoy deyilmişdi.Oda buna reayət edib haris qoymuşdu.indi təsadüfən mənim qarşıça harisin iblisinmadı olduğu çıxdı.Bu nədərəcədə düzgündü?Haris hansısa sahabənin adı olduğunu düşünürdüm.ikinci su
Cavab:

Aleykum salam.

ardını oxu
10-09-2020 Elçin İsmayılov
Salam men NAMAZ qılmağa çalışırdım ama yaddaşımda qalmadı ve bacara bilmedim. Bunu günahı varmıdır ? Tam öyrenmemişdim 100'de 10% deyək.
Cavab:

Va aleykum Salam. Namazı tərk etmək ən böyük günahlardandır. Namazı yadda saxlaya bilməyən insan namazın sözlərini vərəqə yazıb bir müddət vərəqdən oxuyaraq qıla bilər. Bu səbəbdən tövbə edib təkrar namaza başlayın.

ardını oxu
10-09-2020
Salam Aleykum ve Rahmətullah ... sunni muctehidlerden kimi teqlid etmek olar?
Cavab:

Və aleykum Salam va rahmətullah. Dinimizdə kimisə kor-koronə təqlid etmək haramdır, tabeçilik yalnız Allah Rəsulunadır (Allahın ona və ailəsinə salavatı və salamı olsun). Daha ətraflı: Kimlərə təqlid etmək olar?

ardını oxu
10-09-2020
Heyzli halda destemaz almag olarmı
ardını oxu
10-09-2020 Zehra
Salam alekum namazi 3 gun qezaya vermek gunahmidir amma gunde 5 defe qilinan namazin hamsini yox subh namazi ve esr namazini qezaya vermek gunahmidir
Cavab:

Aleykum salam. Namazı üzrsüz səbəbdən qəza etmək böyük günahdır. Hətta bir namaz olsa belə namazları səbəbsiz yerə gecikdirmək böyük günahdır.

ardını oxu
10-09-2020 .
Salam Aleykum. İmamlar gələcəyi görə bilirmi?
Cavab:

Aleykum salam. Gələcəyi Uca Allahdan başqa heç kəs bilmir. Daha ətraflı: İmamlar qeybi biliblərmi?

ardını oxu
10-09-2020 Muxtar
Salam suallara çox gözel cavab verirsiniz amma, bezen paylaşdıqlarınızı götürürem Halallıq verin
Cavab:

Və aleykum Salam. Saytdakı materialları paylaşmağa nəinki icazə verilir, hətta sizi buna təşviq edirik. Paylaşımlarınızda sayta istinad verməyə də ehtiyac yoxdur.

ardını oxu
10-09-2020 Oqtay
Salam men oruc idim 1 gun qeza edim sabahi yeniden davam edirem bu menim 11 gunluk orucumu pozrmu qezasini insallah bayramnan sonra tutacam zehmet olmasa cavab
Cavab:
Aleykum salam. Heç bir üzrlü səbəb olmadan Ramazan ayında orucu qəza etmək böyük günahdır. Buna görə Allaha tövbə edin və qəza etdiyiniz orucları tutun. Lakin bu, sizin tutduğunuz oruclara xələl gətirmir. Həmçinin oxuyun:
ardını oxu
10-09-2020 ABDULLAH
Esselemu aleykum. 1)Linza taxmaq icazelidirmi,xüsusile rengli linzalar? 2)Mektebe ve ya universitete göre saqqalı kesmek olarmı? Allah razı olsun
Cavab:
Aleykum salam. Gözə taxılan linzalar iki növdür:

1) Tibbi linzalar - bu növ linzalar müalicə məqsədi üçün və görmə qabiliyyətində olan qüsurları aradan qaldırmaq üçün istifadə olunur. Bu növ linzaları həkimin məsləhəti ilə istifadə etmək icazəlidir.

 
ardını oxu
10-09-2020 ülkər
Mən iki gün oruc tutmuşam qəbul olunur yoxsa yox
Cavab:
Salam aleykum. Hər hansı bir ibadətin Allah qatında qəbul olunması üçün iki şərt olmalıdır. Birincisi, əməli yalnız Allah xatirinə yerinə yetirilməlidir. Riya (özünü başqalarına göstərmək) və ya dünya mənfəəti əldə etmək üçün edilən əməl qəbul olunmur.
ardını oxu
10-09-2020
Heyz olan qadın erebce Quran kitabını oxuya bilermi
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Heyz halında Quran oxumaq olarmı?

ardını oxu
10-09-2020 Arif
Salam , ilk öncəliklə sualım budur ki bir övlad ananın himayəsindən öz istəyi ilə , və ya ananın istəyi ilə, vəya dini yolla necə çıxa bilər və ya necə onlardan uzaqlaşa bilər.ümumiyyətlə ailədə heç kim birisi ilə yola getmir və onlar açıq aydın şəkildə nalayiq sözləri evdə , o adama və bəzən süfrəd
Cavab:
Aleykum salam. Oğlan uşağı həddi-büluğa çatdıqdan sonra artıq sərbəst sayılır və istəsə valideynlərinin himayəsindən çıxa bilər. Lakin bu o demək deyil ki, artıq valideyn haqları həddi-büluğa çatmış uşağa vacib deyil. İnsan neçə yaşında olursa olsun valideyn haqları həmişə üzərində qalır.
ardını oxu
10-09-2020
Eger bilmeden tövbe etdinse ne etmelisen ?
Cavab:
Salam aleykum. Tövbə etmək - etdiyin günahdan əl çəkib bir daha bu günaha qayıtmayacağına söz vermək və etdiyin günaha görə peşmançılıq hissi keçirməkdir. Əgər bu şərtlərdən biri yoxdursa, tövbə sayılmır. Tövbə barədə ətraflı bu cavabları oxuyun:
ardını oxu
10-09-2020
Salam elleykum Men namaza teze baslamisam 1 ay yarim olar sonradan bildim ki qildigim namazlarda sehvler olub qiblenin yerini sehv tutmusam men indi qildigim namazlarinin qezasini qilmaliyam?
Cavab:
Və aleykum Salam. Bilməyərəkdən qibləni səhv təyin etmək və ya namazda hər hansı kiçik səhvlərə yol vermək namazı batil etmir. Odur ki, əvvəlki namazları yenidən qılmağa ehtiyac yoxdur. Bununla belə namazınızı daha da kamilləşdirməyə davam edin. Daha ətraflı:
ardını oxu

Pages