17-03-2020 Zemine
Salam.Qizim uzaqdadir. Onun bashina duz ya da uzerlik cevirmek isteyirem Bunu shekline etsem olarmi ve ya sadece adini soylesem?
Cavab:
Va aleykumus-sələm. Gözdəyməkdən qorunmaq üçün başa duz və ya üzərlik çevirmək düzgün deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə gözdəymənin haqq olduğunu bildirmiş və ondan qorunmağın yolunu da göstərmişdir.
ardını oxu
17-03-2020
Ölmüş körpe üçün ad günü qeyd etmək günahdır?
Cavab:

Əssələmu aleykum. Ümumiyyətlə dinimizdə ad günü keçirmək qadağandır. Daha ətraflı: Ad günü qeyd etmək olarmı?

ardını oxu
17-03-2020 Mikayil
evdə 1den cox qurani kerim olarsa hamisi oxunmalidirmi yoxsa birini oxsam obirssileri oxumaga ehtiyac qalmaz
Cavab:
Əssələmu aleykum. Uca Allah Quranı oxuyub əməl etmək üçün nazil etmişdir. Evdə bir neçə Quran kitabı varsa olması bu kitabların hamısını oxumaq vacib deyil. Birini oxumaq kifayətdir. "Evdə olan Quran kitablarının hamısı mütləq oxunmalıdır" fikri doğru deyil. Həmçinin oxuyun:
ardını oxu
17-03-2020
Salam.Meni bir sual narahat edir. Eger uşağın 15 yaşı varsa yəni yetkinlik yaşını keçibse ve her hansı bir xestelik tutubsa bu valideyinin işlediyi her hansı bir günaha göre ola bilermi, yoxsa uşağın özü üçün bir imtahandı? Sağ olun.
Cavab:
Va aleykumus-sələm. Uca Allah heç kəsi başqasının etdiyi günaha görə cəzalandırmır. Hətta doğma valideynləri olsa belə. Bu xüsusda Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-Ənam, 164).
ardını oxu
17-03-2020 Anonim
Salam.Bu saytdan oxudumki oten illerin namazini qilmaq lazim deyil.Bes oruc? Ancaq 2 ildir ki ramazanda oruc tutmuşam ve tovbe eledim ki uzrsuz sebebim olmadan ramazan orucunu buraxmayacam. Orucunun vacibliyini derk elemirdim.Ve tutmadiqlarimi tutmaq istiyirem.
Cavab:
Va aleykumus-sələm. Günahlardan tövbə edən insan əvvəl qılmadığı namazları qəza etmədiyi ki, buraxdığı orucları da qəza etmir. Bu səbəbdən əvvəlki orucları tutmağa ehtiyac yoxdur. Çünki tövbə özündən əvvəlki günahları silir.
ardını oxu
17-03-2020 Anar
Salam aleykum. Sosial şəbəkədə (instagram, whatsapp və s.) paylaşılan video və şəkilləri götürərkən paylaşan şəxsdən icazə alınmalıdır? Əvvəlcədən təşəkkürlər!
Cavab:
Va aleykumus-sələm. Adətən sosial şəbəkəlkərdə video və ya şəkil paylaşan şəxs bu video və şəkillərin götürüb paylaşılacağını bilir.
ardını oxu
17-03-2020 Rafiqden
Əs salamun aleykum. Müalicəvi sprt isifadə etmək ayaqlara çəkmək, dəstəmazi poza bilər?
Cavab:

Va aleykumus-sələm. Spirt və buna oxşar sərxoşedici mayelərin (araq, konyak və s.) içilməsi, qəbul edilməsi, qidaya qatılması haram olmasına baxmayaraq bir maddə olaraq onlar təmiz sayılır.

ardını oxu
12-03-2020 Şükür
Xanim roze oxuyarken sesin namahrem eşiderse bu haramdir.?
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, rozə demək İslam dininə müxalif bir əməldir. Rozə dedikdə ölü üçün ağlayaraq onun gözəl xüsusiyyətlərini xatırlamaq və insanları kədərləndirmək nəzərdə tutulur. Rozəyə camaat arasında həmçinin mərsiyə də deyirlər.

ardını oxu
12-03-2020 Bəndə
Şiyə etiqadına görə kişi zaksla qadinin boşanmasına razıdırsa ve boşanma baş tutuduğdan sonra qızın atası kebin kağızının əqdini mollaya geri oxutdurursa yeni kəbindən boşamani kişidən soruşmadan edirse ,kebin boşanmasi baş tuturmu ?
Cavab:
Əssələmu aleykum. Əgər kişi arvadını boşadığını bildirməyibsə, nikahın sadəcə dövlət tərəfindən pozulması heç də şəriətə görə boşanma sayılmır. Boşanma yalnız kişinin həyat yoldaşına "səni boşadım" və ya bu mənanı ifadə edən sözlər deməsi ilə baş verir.
ardını oxu
12-03-2020 Anonim
Salam,bu sualıla görə əvvəlcədən üzr istəyirəm. Mənim 17 yaşım var, eroyik filmlərə baxmıram. Bu barədə elə də məlumatım yoxdur. Çünki özümü hər dəfə bundan uzaq tutmuşam. Mənim yaşıdlarım isə baxır, bu barədə nəsə bilirlər.
Cavab:

Va aleykumus-sələm. Dinimiz erotik filmlərə baxmağı qadağan edir. Uca Allah buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

ardını oxu
12-03-2020 Rumiyyə
Esselemu aleykum,mene meslehet verin,menim heyat yoldasim namaz qilmir,başa salsamda vecine deyil.Men çox seyxlere qulaq asıram,islamda güclü alimlerin fitvalarini getirirle,bezi deyiler qilmayan kafir,bele erle yaşamaq haram...nigah sayılmır, bezisi icaze verir.Bu fikir meni çox narah edir.Nigah ol
Cavab:
Va aleykumussələm. Əvvəla Uca Allahdan sizə dində sabit qalmağı diləyirik. Uca Allah ərinizə hidayət versin və onun qəlbini namaz qılması üçün genişlətsin.
ardını oxu
12-03-2020 zehra
Salamaleykum. Bir qız keçmişde günah edib biri ile münasibeti olub sonrada Allaha tövbe edib ve sonra evleneceyi biri çıxıb qarşısına.
Cavab:

Va aleykumus-sələm. Sözsüz ki, zina etmək ən böyük günahlardan sayılır. Əgər qız tövbə edibsə, bu halda etdiyi günahı gizlətməli və bu barədə heç kəsə xəbər verməməlidir. O, günahını gizlətməklə xəyanət etmiş sayılmır. Çünki bu hadisə daha əvvəl baş vermişdir.

ardını oxu
12-03-2020 ferhad
salam bibi oglu ve dayı qzı evlene biler?
Cavab:

Va aleykumus-sələm. Bibioğlu ilə dayıqızı bir-biri üçün məhrəm sayılmadığına görə evlənə bilərlər.

ardını oxu
12-03-2020 Nureddinli
Qadının kişiye salam vermeyi günahdırmı
Cavab:
Əssələmu aleykum. Uca Allah möminlərə salam verənin salamını qaytarmağı əmr edərək belə buyurur: "Sizə salam verildiyi za­man onu daha gö­zəl şəkildə alın və ya ve­ri­lən sa­lamı olduğu kimi qay­ta­rın!" (ən-Nisa, 86).
ardını oxu
12-03-2020 ~~~
Əssəlamu aleykum. Sual beledir ki, qüsl olmadan yemek yemek olarmı?
Cavab:
Va aleykumus-sələm. Cənabətli ola-ola qüsl almadan qida qəbul etmək olar. Ümumiyyətlə qüslu olmayan insana qüsl alana qədər aşağıdakı beş əməli etmək qadağandır:

1) Namaz qılmaq;

2) Quran oxumaq;

3) Qurana toxunmaq;

4) Kəbəni təvaf etmək;
ardını oxu
12-03-2020 Nigar
Sizi salamlayiram yaxwiki varsiz Men namaz qilan biriyem ve dinime bagliyam gunlerin birinde bir yuxu gordum ve butun heyatim alt ust oldu sanki indi her weyden qorxuram bawima nese geleceyinden xeste olub kimese mohtac olacagimdan ve s bu weytanin vesvesesidirmi Allah qorxusudurmu bilmirem coxlu
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizi və bütün müsəlmanları hər cür pislikdən və şeytanın hiylələrindən qorumasını diləyirik. Həqiqətən Uca Allah ən gözəl qoruyandır. O, mərhəmət­lilərin ən rəhmli­si­dir. Bilin ki, yuxular heç də həmişə Allahdan olmur.

ardını oxu
12-03-2020 Cahid Məmmədov
Əssəlamu aləykum Allah elminizə bərəkət versin. Rəhbər günah işlər etməyi Allaha qarşı bir günah işlətməyi əmr etsə ona itaət etmək lazımdırmı. Allah razı olsun
Cavab:

Va aleykumus-sələm. Uca Allah buyurur: "Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin" (ən-Nisa, 59).

ardını oxu
12-03-2020
kisi oz heyat yoldasi ile istenilen pozada dedikde yalniz arxadan (anal) olmamaq setti ile ola bilermi?
Cavab:

Əssələmu aleykum. Kişi öz həyat yoldaşı ilə analdan olmamaq şərti ilə buyurulan yerdən istədiyi vəziyyətdə cinsi əlaqədə ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın" (əl-Bəqərə, 223).

ardını oxu
12-03-2020 Rafiq
Əssələmu aleykum va rahmətullah. Əgər ər bədəndə harasa skoc yapışıbsa, qüsl təzədən alınmalıdır?
Cavab:

Va aleykumus-sələm. Qüsl alarkən bədənin hər yerinə suyun çatması vacibdir. Əgər bədənin müəyyən hissəsinə su dəyməyibsə, qüsl düzgün sayılmır və yenidən alınmalıdır.

ardını oxu
12-03-2020
Salam bir şeyi bilmək istəyərdim qadin kişini cinsiyet orqanından öperse qadına qusul almaq lazimdi ya yox
Cavab:
Va aleykumus-sələm. Cinsiyyət üzvünü öpmək natəmizlik və ədəbsizlik sayılsa da qüslü vacib etmir. Həmçinin oxuyun:
Oral intim münasibət icazəlidirmi?
ardını oxu
12-03-2020 Mete
Salam aleykum. er ve arvad hamamda çime bilerlermi ve cinsi elaqede ola bilerlermi?
Cavab:

Va aleykumu salam. Ərlə arvadın birlikdə hamamda çimməsi icazəlidir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) öz zövcələri ilə birlikdə çimməyi haqda səhih hədislərdə xəbər verilir.

ardını oxu
12-03-2020
Salam.xahish edirem sualima cvb vererdiz.aileli qadin qusul almasi uchun mutleq bashdan ayaga dush qebul etmek lazimdir? Chunki qish feslinde mumkun olmur tez xestelenir insan.demeyim odurki qusulu bashi suya salmadan almag olar ele bir istisna varmi evli olanlar uchun? Evvelceden twk edirem.
Cavab:

Va aleykumus-salam. Qüsl alarkən bütün bədənə, eləcə də saçların dibinə suyun dəyməsi vacibdir. Yalnız saçlarını hörən qadına cənabət qüslü alarkən hörüyünü açmadan başını yumasına icazə verilir. Bu barədə oxuyun:

ardını oxu
24-02-2020 Ismayil
Sabahınız xeyir. Menim elimde 2 tutuqusu vardi onlari balkona qoydum ki iyi gelmesin. O quslarida nece gundu evde deyirdim ki ,aparsinlar hey an saxlayan tukanlara versinler. Yeni ola ola evde ona yem vermeyi unutdug cunki isde olurdum evden cixandada unudurdum.
Cavab:

Əssələmu aleykum. Dinimiz hər bir canlıya qarşı şəfqətli olmağı əmr edir. Zərərvericilər istisna olmaqla Dinimiz səbəbsiz olaraq heyvanları öldürməyi və onlara əziyyət verməyi qadağan etmişdir. Sualdan aydın olur ki, tutuquşuların ölməyinə səbəb sizin səhlənkarlığınız olmuşdur.

ardını oxu
24-02-2020
Salam heyat yoĺdaşım mene zülm edir özüde namaz ehlidir hamıya öyüd nesihet verir ama mene Allahda bilirki haqsızlıq edir döyür söyür haqqıma girir 3 evladım var valideynkerim rehmete gedib Allaha and olsunki aile kimi ona ç7x gözel aile olmuşam hamı bilir bu insanı razı salmaq mümkün deyil men bele
Cavab:
Və aleykum Salam. Sözsüz ki, ərinizin sizə qarşı belə davranışı İslama ziddir. Mömin insan ilk növbədə ailəsi ilə gözəl rəftar etməlidir. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin.
ardını oxu
24-02-2020
Amelyat olmuwam namazlarm qalb. Qeza sayilrmi?
Cavab:

Əssələmu aleykum. Uca Allahdan sizə şəfa diləyirik. Bəli, əməliyyat səbəbindən qıla bilmədiyiniz namazlar qəza olunmalıdır. Həmçinin bu sualların cavablarını oxuyun:

ardını oxu
24-02-2020 Sənan
Salam aleykum rahmatullahi və bərəkətuh. Allah elminizə bərəkət versin. iki sualım var. 1. Quran mushafini erebce veya tercümesini oxumadan əvvəl her hansı bir dua veya zikr var deyiləcək? 2. Müsəlman qalasında (kiçik kitab) müəyyən dua və zikrlər var.
Cavab:

Va aleykumus-sələm va rahmətullahi va bərakətuhu. 

ardını oxu
24-02-2020
Aşkarda Günah Eden insanin qehbeti halaldirmi?
Cavab:

Əssələmu aleykum. Bu sualların cavablarını oxuyun:


Böyük günahlar edən insanın arxasınca danışmaq qeybət sayılırmı?

ardını oxu
24-02-2020 İstifadəçi.
Salam aleykum.Ateistler deyir Ehqaf aye 15de riyazi sehv var.Orada ana betninde uşağın inkişafı müddeti ve süd vermek müddeti cemi 30 ay kimi gösterilir,halbuki 33 olmalı idi. Cavablandìrardiniz çetin deyilse.
Cavab:

Va aleykumus-sələm. əl-Əhqaf surəsinin 15-ci ayəsində Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir". 

ardını oxu
09-02-2020 Orxan
Salam. Men dini toy etmek isteyirem. Amma ailem buna qarşıdır. Onlar deyirlerki toyda içki olmasa ziyana düşerik. Kimse gelmez. Ancaq men oz toyumda içki olsun istemirem. Ancaq içki olmasada toya kimse gelmez. Bunla bagli ne deye bilersiz?
Cavab:

Va aleykumus-Sələm. Əslində ən böyük ziyan Qiyamət günü Uca Allahın hüzuruna günahlarla gəlib Axirəti itirməkdir. Uca Allah bu xüsusda buyurur: "De: "Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır.

ardını oxu
09-02-2020
Biz oglumuzun adini Mehemmed peygemberin adina uygun qoymag isteyirik,sadece bilmirik Muhammed yoxsa Mehemmed ve ya Muhemmed duzgundur,mesciddeki mollalar ile meslehetmisik heresi bir cur dedi en esasi erebce necedirse ele isteyirik ad tehrif olunmasin yeni
Cavab:

Əssələmu aleykum. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) adının ərəbcədən düzgün oxunuşu Muhəmməd şəklindədir. Amma ola bilsin ki, Azərbaycan dilinə daha uyğun olması baxımından Məhəmməd adını qoymanızı sizə tövsiyə etsinlər. Bu adı da qoymaqda heç bir qəbahət yoxdur.

ardını oxu
09-02-2020 Mömin insan
Salam əleykum.Mən 13 ildi namaz qılan, oruc tutan, quran oxuyan mömin insanam. Sizə 2 sualım var. 1) Musiqi haramdırsa, qadının öz kişisi ilə rəqs etməsi niyə haram deyil ki? Axı bu da musiqi ilə bağlı bir şeydir. 2)Mənim çox yaxın və əziz dostum var. 12 ildi ki onnan dostluq edirəm.
Cavab:

Salam aleykum.

ardını oxu
09-02-2020
Salam Aleykum! Allah məni bağışlasın amma dini savadım imkan vermir ki ozum düzgün addim atim.Men anamın hansısa bir kişi ile günah münasibətindən şübhə edirəm.Atam 10 ildir rehmete gedib.
Cavab:
Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənn ilə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil.
ardını oxu
09-02-2020 jale
Salam size yazmadan once cox duwundum cunki etdiyimin gunah ve pis birwey oldugunu bilirem men yoldawimnan ayrilmiwam 2ildi bir evli insanla munasibetimiz var men icimde cox vicdan ezabi cekirem ama o adamnanda ayrila bilmirem bilirem etdiyim boyuk gunahdi onnanda ayrila bilmirem.ustelik Namazda qi
Cavab:

Va aleykumus-sələm. Kəbin olmadan naməhrəm kişi ilə münasibət qurmaq haramdır və bu zina sayılır. Zina isə böyük günahlardan biridir. Bu səbəbdən bu əməli tərk edib, etdiyiniz əmələ görə tövbə etməlisiniz. Yalnız kəbin kəsdirməklə naməhrəm kişi ilə münasibət qurmaq olar.

ardını oxu
09-02-2020 Iftixar
Salam Aleykum. RahmatulAllahu ve Berekatahu. Allah her birimizin Elminde guclu olmagi nesib etsin inwaAllah. Qardaş sualim beledir. Men Peygember(sallallahu aleyhi ve sellemin) sunnesiyle gedirem. Sunnede Cume gununun Namazinin mutleq oldugunu bilirem.
Cavab:

Va aleykumus-sələm. Yaşadığı yerindən asılı olmayaraq Cümə namazı hər bir müsəlmana vacibdir. Azərbaycan şəriət qaydaları ilə idarə olunmasa da müsəlman ölkəsi sayılır.

ardını oxu
09-02-2020 Reyyan
Salam aleykum.xais edirem sualimi cavablandirin.Bir tandigim xanim gunah edib ve xetalar edib erinin hakkina girib.ve xanm erinden halalliq alir oda halalliq vermir..bu xanim bunun ucun ne ede biler?yoldasinin inamini nece qazana biler?
Cavab:

Va aleykumus-sələm. Allahın haqqından sonra qadın üzərində olan ən böyük haqq ərin haqqıdır. Quran ayələri və hədislər dəlalət edir ki, evli qadının üzərində valideynlərindən daha çox ərinin haqqı var.

ardını oxu
09-02-2020 Gunay
Salam.Men cume gununde zohr namazimin ve esr namazimi qila bilmemisem.Eger zohr namazimi gecikdirsem.Esr namazinin vaxtinda qilsam qeza sayilmazki? Umumiyyetle hansi namaz ne vaxt qeze sayilir ? Zehmet olmasa cavablandirardiz...Indiden tesekkurler
Cavab:

Va aleykumus-sələm. Uca Allah bizə gün ərzində beş vaxt namazı vacib etmişdir və bu namazların hər birini müəyyən vaxt ərzində yerinə yetirməyi buyurmuşdur.

ardını oxu
09-02-2020 Guler
2 ildirki aileliyem yoldashim aileye uygunlasha bilmir,sebebsiz qan qaraciliq salir.bir ovladimizda var.Bir qadinin yoldashima cadu etdiyini dushunurem.Aile qurdugumuz gunden munasibet duzelmir.Her fursetde o qacir el ceke bilmirem deyir ondan.Men ne ede bilerem.amma yoldashim inanmir onun cadu erd
Cavab:

Əssələmu aleykum. Bu sualların cavablarını oxuyun:


Sehr nədir?

ardını oxu
09-02-2020 Gunay
Salam Allah sizden razi olsun suallari cavabladiqniz ucun.sualim budurki indiyekimi hec bir duam qebul olmayib orucda tuturam namazda qiliram cox cetinlikler yashamisam yenede allah shukr edib sebrle edirem.ne vaxt allaha dua edib yalvariramsaki yoldshimin ishleri yoluna dushsun borcdan qutarsin ina
Cavab:

Va aleykumus-sələm. Uca Allahın adilliyindəndir ki, O heç kəsin duasını boşa çıxartmır.

ardını oxu
30-01-2020 Samil
Salam namazi desmal ustunde qilmaq olar?
Cavab:

Və aleykumus-Sələm. Namazı təmiz olan və üzərində canlı (insan və ya heyvan) şəkli, habelə şirk əlamətləri olmayan hər şey üzərində qılmaq olar. Əgər dəsmal təmizdirsə və üzərində qeyd etdiyimiz şəkillər yoxdursa, onun üzərində namaz qılmaq olar. Həmçinin oxuyun:

ardını oxu
30-01-2020 Nicat
Ölüye Fatihe vermeyin qaydası nece olur ve ya hansı sözler deyilmelidi?
Cavab:

Əssələmu aleykum. "əl-Fatihə" surəsi Qurani Kərimin birinci surəsidir. "əl-Fatihə" sözünün mənası "Quranı açan" deməkdir. Qurani Kərim bu surə ilə başladığı üçün belə adlaanmışdır. Həmçinin namaz bu surə ilə başlayır. Uca Allah Quranı ölülərə oxumaq üçün nazil etməmişdir.

ardını oxu
30-01-2020 Resad Qarazade
Salam Aleyküm.1.Sualım:Tevessül yeni Bir Saloh qulu araçı edib Allahu Tealadan onun üzü suyu hqrmetine bir dilek de bulinmax caiz di mi?2."Essalatü ves selamü aleyke ya seyyidi ya Rasulullah huz bi yedi kallet hiyleti Edrikni ya Rasulullah"deye salat gətirmək günah sayılmazki?Çünki çox eşi
Cavab:
Va aleykumus-sələm.
ardını oxu
30-01-2020 Namiq
Salam Aleykum Təşəhhüd selamlari derken sol ayag sağın usdunde olmagi Namazi batil edir ?
Cavab:
Va aleykumus-sələm. Təşəhhüd deyərkən sol ayağın sağ ayaq üzərində olması namazı batil etmir, lakin belə oturuş sünnəyə uyğun deyil. Namazda düzgün oturuş sağ ayağının pəncəsini şaquli vəziyyətdə saxlayıb, sol ayağını büküb üstündə oturmaqdır.
ardını oxu
30-01-2020 ZəhraNur
Namazda mobil telfona baxmaq ve ya zeng gelerse baxmaq ve ya söndurmek olar?
Cavab:

Əssələmu aleykum. Namaz qılarkən mümkün qədər artıq hərəkətlərə yol verməmək lazımdır. Çünki namazda yersiz yerə artıq hərəkətlər etmək namazı batil edə bilər. Həmçinin namaz qılan Rəbbinin qarşısında durduğunu düşünməlidir. Lakin əgər zərurət yaranarsa bəzi hərəkətləri etmək olar.

ardını oxu
30-01-2020 Allah bendesi
Salam aleykum insan ölum halinda olarken ölumune 2 ya 3gun qalmis gorusen ki oz ozne kimlernense danisir menim emim dunyasin deysende o heyetde coxlu adamlarin oldugunu deyirdi ama heyetde heckes yox idi ölum halinda olan insanlara baş cekende gorusenki hami bu hali yasayir gozlerine kimse gorsenir
Cavab:
Va aleykumus-sələm. İnsan ölüm ayağında mələkləri görür. Ola bilsin sizin müşahidə etdiyiniz də məhz bu haldır. Mömin insan rəhmət mələklərini görür və bu mələklər onu Cənnətlə müjdələyir. Kafir insan isə əzab mələklərini görür və bu mələklər onu əzabla hədələyir.
ardını oxu
30-01-2020 Elnur ALIYEV
Salam .
Cavab:

Va aleykumus-sələm. Sadəcə qüsl etməyi niyyət etməklə (qəlbdən keçirməklə) hamama girib ağıza və buruna sua alıb, sonra bütün bədənə su vurmaqla qüsl tamamlanmış olur.

ardını oxu
30-01-2020 Rəşad
Salam sual belədir toyuq kəsəkən dilini çölə çıxarmaq vacibdir ya yox əvvəlcədən təşəkkürlər
Cavab:

Va aleykumus-sələm. Heyvanı kəsərkən (fərq etməz istər quş olsun istər mal-qara) əsas olan Allahın adını çəkərək "Bismilləh" demək və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir.

ardını oxu
30-01-2020
Evli kişiylə subay qız kəbin kəsdirə bilər?
Cavab:

Əssələmu aleykum. Şəriətə görə kişi eyni vaxtda dörd qadınla evli ola bilər. Uca Allah buyurur: "xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin" (ən-Nisa, 3). Buna görə də evli kişiylə subay qız kəbin kəsdirə bilər.

ardını oxu
30-01-2020 n
sala aleykum.1. Qarabag muharibesi Azerbaycan terefinden baslanilsa bu doyuse getmey icazelidirmi? Yeni dusmen hucum etmir.2. Eger valideyin heddi buluq yasina catmis ovladina namaz qilmaqa icaze vermirse,mane olursa,eger qilsa onu hedeleyirse,doyurse ve s.ne etmeli?
Cavab:
Va aleykumus-sələm və rahmətullah.
ardını oxu
30-01-2020
Namehremin sualina cavab vermek olarmi xahissss edirem cavablayasiz
Cavab:

Əssələmu aleykum. Naməhrəm qadınla təklikdə qalmamaq və fitnəyə səbəb ola biləcək söhbətlər etməmək şərtilə danışmaq olar. Qadınlar Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib ona dini və dünyəvi mövzularda suallar verirdilər.

ardını oxu
20-01-2020 Allah Bəndəsi
Salam Aleykuma önceden Allah Razı olsun sizden!El_Fecr Dan yeri Suresi 2ci ayesinde yazilibki And olsun (on geceye) xaiş edirem izah ederdiz on gece ne nezerde tutulur
Cavab:

Va aleykumus-sələm. 


Uca Allah əl-Fəcr surəsində buyurur: "1) And olsun fəcrə! 2) And olsun on gecəyə!" (əl-Fəcr, 1-2). İbn Kəsir bu ayələrin təfsirində deyir:

ardını oxu

Pages