İnsanın beyninə gələn fikirlər günahdırmı?
Və aleykum Salam. Siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nikahdır. Siğə haram buyurulmuşdur. Əli ibn Əbu Talib rəvayət etmişdir ki, "Xeybər günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) siğəni və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur". (Səhih əl-Buxari, 4216).
Oruc tutan iftarını açarkən etdiyi dua
Və aleykum Salam. Azan verilə-verilə namaz qılmaq olar. Lakin əgər qılmaq istədiyiniz namaz nafilə namazıdırsa və azanın verilməsinə az qalıbsa, bu halda yaxşı olar ki, əvvəl azanı dinləyib müəzzinin dediklərini təkrarlayasınız.
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, oruca başlamaq üçün qüsullu olmaq şərt deyil. Aişə rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək dedi: "Ey Allahın Elçisi, mən Sübh namazına cunublu halda yetişirəm.
Va aleykum Salam.
Va aleykum salam. Peyğəmbərin və ya onun Əhli Beytinin Lamiyə adlı qohumunun olması barədə məlumatımız yoxdur.
Əssələmu aleykum. Mömin insana dəstəmaz, namaz, zikr və ya hər hansı ibadət əsnasında gələn vəsvəsələr ibadətin qəbul olmasına mane olmur və buna görə ona günah yazılmır.
Va aleykum salam. Yuxuda boğulma halları adətən şeytanın vəsvəsəsi nəticəsində olur. Bu səbəbdən yatağa girərkən dəstəmazlı olun və yatağa girmə zikrlərini edin. Yatarkən deyilən zikrlər barədə bu linkləri oxuyun:
Əssələmu aleykum. Namaz qılan insan sağ çiyninə salam verməklə artıq namazını bitirmiş sayılır və bundan sonra dəstəmazı pozan hər hansı bir səbəbin baş verməsi onun namazını batil etmir. Namazdan kənar dua etmək məqsədilə səcdəyə qapanmaq düzgün deyil.
Və aleykum salam. Yuxuda ikən insandan ifraz olunan çoxlu miqdarda maye spermadır. Yuxu görülməsə və şəhvət hissi olmadıqda belə, bu halda qüsl alınmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qüslu yalnız məninin (spermanın) gəlməsi vacib edir".
Va aleykum sələm. Uca Allah müsəlmanlara bir ümmət olmağı və parçalanmamağı əmr edərək buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!
Salam aleykum. Meyiti üç dəfə "Allahu Əkbər" deyərək qaldırıb yerə qoymaq şəriətimizdə yoxdur. Bu, bəzi din xadimlərinin özlərindən uydurduğu bidətdir (dində yenilikdir). Dəfnin şəriətə uyğun aparılması barədə bu cavabı oxuyun:
Va aleykum salam. Dünyasını dəyişən hər bir müsəlman İslam şəriətinə uyğun dəfn edilməlidir. Meyyit yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və müsəlmanların qəbirstanlığında dəfn edilməlidir. İstər müsəlman ölkəsində, istər qeyri-müsəlman ölkəsində yaşasın, fərqi yoxdur.
Va aleykum Salam. Quranın hər hərfinə görə on savab verilir. Telefondan və Quran kitabından oxumağın savab baxımından fərqi yoxdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu xüsusda buyurur: "Kim Allahın Kitabından bir hərf oxuyarsa buna görə ona savab yazılar.
Va aleykum sələm.
Va aleykum salam. Sualınızdan sizin torpağı əminiz oğluna satmağınız və ya girov qoymağınız dəqiq anlaşılmır. Çünki girov qoymaqla satmaq arasında böyük fərq var. Həmçinin, bilmək lazımdır ki, qaytarmaq şərti ilə satmaq şəriətə uyğun deyil.
Övladın valideyn üzərində haqları barədə
Va aleykum salam. Namazda (təşəhhüddə) sünnəyə uyğun oturuş sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoyub barmaqları qibləyə yönəltmək və sol ayağını büküb üstündə oturmaqdır.
Va aleykum salam. Möhürlə namaz qılmaq düzgün deyil. Çünki nə Peyğəmbərimiz, nə onun səhabələri, nə də onun Əhli-Beyti (onlara Allahın salavatı və salamı olsun) möhürlə namaz qılmamışlar. Mövzu ilə bağlı daha etraflı bu linklərdən oxuyun:
Va aleykum salam. İt öz-özlüyündə murdar sayılmır. Murdar olan itin ağız suyudur. Bu səbəbdən itə toxunmaq dəstəmazı və ya qüslu pozmur və paltarı da natəmiz etmir.
Va aleykum salam. Dinimiz kişilərə həyat yoldaşları ilə gözəl davranmağı və onlara qarşı haqsızlıq etməməyi buyurur. Uca Allah buyurur: "Onlarla (qadınlarla) xoş rəftar edin" (ən-Nisa, 19).
Əssələmu aleykum. Zikrləri həm sağ, həm də sol əllə etmək olar. Çünki sol əllə zikr etməyi qadağan edən hər hansı bir dəlil yoxdur. Lakin zikrləri sağ əllə etmək Peyğəmbərin sünnəsinə uyğundur.
Va aleykum salam. Uca Allah hər bir namaz üçün vaxt təyin etmişdir. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir" (ən-Nisə, 103).
Əssələmu aleykum.
Va aleykum salam. Qısqanclıq Uca Allahın insanın təbiətində yaratdığı bir hissdir. Hər bir məsələdə olduğu kimi qısqanclıqda da həddi aşmaq olmaz. Kişinin öz zövcəsinin geyimi ilə maraqlanması və onun şəriətə uyğun geyinməsini tələb etməsi normaldır.
Va aleykum salam. İşləmək məqsədilə aşağıdakı şərtlərə riayət edərək qeyri-müsəlman ölkələrinə getmək icazəlidir:
Və aleykum Salam. Kapyuşonla namaz qılmaq olar. Çünki bunu qadağan edən hər hansı bir dəlil mövcud deyildir. Daha ətraflı:
Va aleykum salam. Hər bir müsəlman namazı Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi yerinə yetirməlidir. Uca Allah Muhəmməd Peyğəmbəri müsəlmanlara nümunə olaraq göndərmişdir.
Əssələmu aleykum. Ümumiyyətlə, dinimizə görə qaş almaq haramdır və böyük günahdır. Bunun haram olması üçün hər hansı bir vaxt məhdudiyyəti yoxdur. Daha ətraflı: Qaş və üz tüklərini almaq günahdır?
Va aleykum salam. Uca Allah beş vaxt namazların hər birini öz vaxtında qılmağı əmr edərək buyurur: "Həqiqətən namaz, möminlərə müəyyən vaxtlarda fərz edilmişdir" (ən-Nisa, 103).
Va aleykum salam. Miras bölgüsü insan öldükdən sonra olur. Əgər ata öldükdən sonra varislərindən arvadı, üç qızı və oğlu qalarsa, ölənin övladları olduğuna görə anaya mirasın səkkizdə biri düşür.
Əssələmu aleykum. Bütün namazlar eyni qaydada qılınır və sözləri də eyni olaraq deyilir. Onların arasındakı fərq rükətlərin sayındadır. Sübh namazı iki, Məğrib üç, digər namazlar isə dörd rükət qılınır. Günorta namazı da dörd rükətdən ibarətdir.
Əssələmu aleykum. Allahı çox zikr etmək, Peyğəmbərə salavat demək ən fəzilətli ibadətlərdən sayılır. Zikrlə insan Rəbbinə yaxınlaşır və şeytandan qorunmuş olur. Uca Allah buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!
Va aleykum salam. Ümumiyyətlə dinimizdə "vergi" deyilən bir anlayış yoxdur. Bu, bəzi yalançı və dələduz insanların avam camaatı aldatmaq və onların pullarını mənimsəmək üçün istifadə etdikləri üsullardan biridir.
Va aleykum salam. Qurani-Kərimdə dinozavrlar barədə heç bir məlumat bildirilməmişdir. Lakin Quranda dinozavrlar barədə məlumatın olmaması bu məxluqun mövcud olmaması demək deyildir.
Va aleykum salam. Dırnaqda lak ola-ola dəstəmaz almaq düzgün sayılmır. Çünki dəstəmazın şərtlərindən biri odur ki, dəstəmaz alarkən su dəstəmaz əzalarının hər yerinə dəyməlidir. Lak isə dırnaqlara suyun çatmasına mane olur. Dəstəmaz düzgün alınmadıqda onunla qılınan namaz da batildir.