18-09-2019 Aydan
Salam.sualım budurki məscidə yaxındı evimiz və mən imsak və iftar vaxtlarını azanın səsinə görə edirəm.Tvdə və bir çox yerlərdə verilmiş iftar imsak saatlarıyla deildə azanla etsəm bu səhv sayılırmı?
Cavab:

Və aleykum Salam. Əgər məsciddə namaz təqviminə əsasən azan verilirsə, bu zaman səhuru və iftarı məscidin azanı edə bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
18-09-2019 Gulendam
Salam.Dogulankimi olen oglum ucun aglamaq,yas tutmaq gunahdirmi?etrafli ve aydin bawa salardiz.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Ölmüş körpə üçün ağlamaq 

ardını oxu
18-09-2019 Elşad
Meherrem ayının ilk 3günü çimmək günahdırmı? Xahiw edirem cavab yazin.
Cavab:

Salam aleykum. Məhərrəm ayının ilk üç günü çimmək günah sayılmır. Ümumiyyətlə, şəriətə görə çimməyin qadağan olduğu hər hansı bir gün və ya vaxt yoxdur. Həmçinin oxuyun:

ardını oxu
18-09-2019 Natasha
salam aleykum 1) Namaza yeni başlamışam,ailəm icazə vermir mən də onlardan gizlicə qılıram bu günah sayılarmı? 2)bir də ki, mən qiblənin istiqamətini bilmədiyim üçün tərs yönə namaz qıldım bu günahdırmı və ya mən bu namazı təzədən təkrarlamalıydım?
Cavab:
Va aleykum Salam.
1) Ailədən gizlin namaz qılmaq günah sayılmır. Daha ətraflı: Valideynlərim namaz qılmağa qoymur, nə edim?
ardını oxu
18-09-2019
Salam. Necesiz? Meni ailem istemediyim biri ile mecbur evlendirmek isteyir. Ne qederde istemediyimi desem mene qulaq asmirlar. Nece ede bilerem ki olar fikirlerinden donsunler?
Cavab:
Va aleykum Salam.
ardını oxu
18-09-2019 Rəbbin sevən biri
Salam aleykum.suallarım var size.1)bezenn insanlar olur ki,hecc ziyaretine verilen pulu hansısa kasıba versek yaxşıdır deyirler.bunu demek ne qeder düzgündür?ve bele insanlara ne demeliyik?
Cavab:

Va aleykum salam.

ardını oxu
18-09-2019
Yoldasim hicaba kecmeyme icaze vermir yalvariram komek edin mene bir dua deyinki oxuyum yoldasim razi olsun hicab taxmaqima
Cavab:

Salam aleykum. Bu sualın cavabını oxuyun:


Ərim hicab bağlamağa icazə vermir, nə edim?

ardını oxu
18-09-2019 Məhərrəm.
Salam. Men hardasa 10 gün once pul kaslokumdan demir murebbe qaşığı tapdım. Bu cadu ola bilermi? Xaiş edirem cavablandirardiz. Xatırladım ki Evliyem.
Cavab:

Va aleykum salam. Hər gördüyünüz şeyin cadu olduğunu zənn etmək düzgün deyildir. Bu sualların cavablarını oxuyun:


Cadu haqqında

ardını oxu
18-09-2019
Salam. Onceden tesekkurler.Qusulsuz Sud vermek korpeye gunahdimi?
Cavab:

Va aleykum salam. Dinimizdə qüsülsüz uşaq əmizdirməyi qadağan edən hökm yoxdur. Bu səbəbdən qüslsuz uşaq əmizdirmək günah sayılmır.

ardını oxu
18-09-2019 Elnare
Salam..dinde asqirmaq yeni tek chut bular varmi?, men chox inaniram sinayiramda bu gunahdimi?
Cavab:

Va aleykum salam. Tək və ya cüt asqırmağa bir məna vermək, onu sınamaq və ona inanmaq batil inancdır. İslam dinininə görə belə xurafatlara inanmaq küfrdür. Həmçinin oxuyun:

ardını oxu
18-09-2019
Sələm Aleykum vesvese mende cox olur ne edim uzaqlaşsin hansi sureleri oxuya bilerem? Xais edirem cavab verin Tesekkurler
ardını oxu
18-09-2019
Salam . Sağ gölüm gipsda olduğuna görə,(qətiyyən terpede bilmirəm) dastamaz ala bilmirem. Dastamazi necə ala bilərəm?
Cavab:

Va aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik. Belə olan halda təyəmmüm almağa cəhd edin. Əgər təyəmmüm almağa da imkan yoxdursa, o zaman olduğunuz halda namaz qılın. Çünki üzürlü hesab olunursunuz.

ardını oxu
16-09-2019 Süleyman
salam zəhmət olmasa deyərdiniz.İki səcdə arasında ayaqlar hansı vəziyyətdə olmalıdır
Cavab:

Va aleykum salam. İki səcdə arasında iki düzgün oturuş forması var:

ardını oxu
16-09-2019
Salamun aleykum bilmey isderdim hamamda desdamaz alanda qarsimda guzguden ozume baxiram bu duzgundurmu? Ve birde desdamaz alanda agzimi yaxalayandan sonra burnumu ve elimi yuyanda tupururem bu desdamazi pozurmu? Cavab verdiyiniz ucun cox sagolun
Cavab:

Va aleykum salam. Dəstəmaz alarkən güzgüyə baxmaq və ya tüpürmək icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
16-09-2019
Salam aleykum. Hüquqşünas olaraq banka xidmət göstərmək olar? Yəni məhkəmədə faiz istəmək olar bankın xeyrinə?
Cavab:

Va aleykum salam. Bank sələmçilik kimi şəriətə müxalif olan işlərlə məşğul olduğuna görə orada işləmək və ya onun üçün xidmət göstərmək qadağandır.

ardını oxu
16-09-2019 Murad
SalamAleykum cume gunu subh namazindan sora oz qadininla cinsi elaqede olmaq olar
Cavab:

Va aleykum salam. Kişi öz qadını ilə istənilən vaxt cinsi əlaqədə ola bilər. Yalnız qadın heyz və ya nifas halında olduqda, eləcə də kişi və ya qadın Ramazan orucunu, yaxud qəza orucu kimi vacib sayılan oruclardan birini tutmuş olduqda, cinsi əlaqədə olmaq olmaz. Həmçinin oxuyun:

ardını oxu
16-09-2019
Salam Aleykum.Sizə məziylə bağlı sualım var.Bu məni çox düşündürdüyü üçün yazmalı oldum Mən qüsllu idim.Çimdim və qüsl aldım.Çiməndən 5 dəqiqə sonra cinsiyyət orqanımdan çox az miqdarda şəffaf bir maye ifraz olundu.Bu məzidir?Yoxsa qüsl almalıyam yenidən?
Cavab:

Va aleykum salam. Cinsiyyət üzvündən gələn şəffaf maye məzidir və buna görə qüsl almağa ehtiyac yoxdur. Sadəcə yuyunub dəstəmaz almaq kifayətdir. Qüsl yalnız şəhvət nəticəsində sperma ifraz olunduqda vacib olur. Şəhvət olmadan az miqdarda gələn spermaya görə isə qüsl etmək lazım deyil.

ardını oxu
16-09-2019
Salam Aleykum.Mənim bir sualım var.Bilmək olar siz niyə namaz vaxtaları cədvəlində günəşin batma vaxtını qeyd etmirsiz.Axı mən bilən kərahət vaxtları ikidir.Bir günəş çıxan zaman bir də günəş batan zaman namaz qılmaq olmaz.Zəhmət olmasa bu məsələni açıqlayardız
Cavab:

Va aleykum Salam. Namaz cədvəllərində göstərilən "Məğrib" namazının vaxtı eyni zamanda günəşin batdığı vaxtdır. Əsr namazından sonra bu vaxta qədər səbəbsiz nafilə namazı qılmaq olmaz.

ardını oxu
16-09-2019
Salam aleykum Men namaza baslayanda Allahu Əkbər deyende ele bilirem ki sehv demisem buna gorede namazi 1 saata qiliram namaza baslayanda Allahu əkbər demesem olar? xais edirem cavab verin
Cavab:

Va aleykum salam. Namaza başlayarkən edilən ilk təkbir (Ehram təkbiri) namazın rüknü sayılır və bu təkbir edilmədən başlanan namaz səhih deyil. Əgər yadınıza düşdükdən sonra qayıdıb Ehram təkbirini demisinizsə namazınız səhihdir və bunun üçün səhv səcdəsi etməyə ehtiyac yoxdur.

ardını oxu
16-09-2019 Aysel
Salam əleykum.Qəlbimə 6 yaşdan Allah barəsində çox pis fikirlər gəlir halbuki Allaha çox yaxın olmaq isdəyirəm bu fikirlər məni sıxır ağlımnan gedmir adi hala çevrilib.Birdə namaza həvəslə başlamışam artıq həvəsiz qılıram məcbur.Deyirlər ki həvəssiz qılınan namaz qəbul deyil bu suallara zəhmət olmas
Cavab:

Va aleykum Salam. Allahın yolunu tutmaq istəyən bir insanın ağlına Allah barədə pis düşüncələrin gəlməsi şeytandandır və bu sizin doğru yolda olmağınıza dəlalət edir. Şeytan bu yolla sizi şübhəyə salıb ümidinizi qırmaq istəyir.

ardını oxu
16-09-2019 Naza
Salam. Men dua ve zikr edende atam asqırdı. Bu duam qebul oldu demekdi?. Dua edende burun qaşıntısının sebebi nedir?
Cavab:

Va aleykum salam. Dua və zikr edərkən kiminsə asqırması duanın qəbul olmasına dəlalət etmir. Həmçinin, dua edərkən burunun qaşıması da bir məna kəsb etmir. Əgər bu hadisələrin bir mənası olsaydı, şəriətimiz bizə bildirərdi. Həmçinin oxuyun:

ardını oxu
12-09-2019 Bende
Salam Aleykum.Meherremlik ayinda ele ayaga saca xina qoymaq ve ya o ayda ellerin xinali olmasi gunahdirmi?
Cavab:

Va aleykum salam. Məhərrəm ayında və digər aylarda xına qoymaq olar. Həmçinin oxuyun:


Məhərrəm ayında yas saxlamaq olarmı?

ardını oxu
12-09-2019 ..
Salam.Sıxıntılarım çoxaldıqca çox asi esebi bir insan oluram ve artıq öhdesinden gele bilmirem . Dözülesi üreyim qalmayıb .
Cavab:

Va aleykum salam. Sıxıntılar insanın başına gələn müsibətlərin bir növüdür. Bəzən sıxıntılar o qədər çoxalır ki, insan artıq ondan necə qurtulacağını bilmir.

ardını oxu
10-09-2019 Anonim
Salam aleykum.Qadan alım ifadəsi nə deməkdir və bu sözü işlətmək şəriətə göre caizdirmi?
Cavab:
Və aleykum Salam. Qada sözü dərd, bəla, müsibət və s. mənalarını ifadə edir. "Qadan alım" ifadəsi "dərdin mənə gəlsin" deməkdir. İslama görə bu mənada olan ifadələr işlətmək qadağan deyil. Çünki, burada bir insan sevdiyi bir kəsə olan arzusunu ifadə edir.
ardını oxu
10-09-2019 Yasemen
Salam men namaz 2 ay qildim sora basqa yere gedim qila bilmedim geri qaydanda basladim sup namazina oyna bilmirem ne qeder ediremse namaza hecesim yoxdu qilmag isdemirem neden ola biler o namazin ixlas ve fatiye suresni deyende nefesim gelmir sozleri tez tez derem qutarsin diyebureyim o qeder sixil
Cavab:

Va aleykum salam. Namazları bir daha tərk etməyin, onları davamlı şəkildə qılın, Allahdan yardım diləyin və ümidinizi üzməyin. Bilin ki, şeytan insanın ibadətinə mane olmağa çalışır. Nə qədər çətinlik çəksəniz də, ruhdan düşməyin və namazdan əl çəkməyin.

ardını oxu
10-09-2019 Mikayıl
evin padvaləndan cadu tapmışam qəribə yazılardır ortada girdə var içidə kubik kubik kimi yazılıb molla oxuya bilmədi dedi ilk sətrlərdə bu yazınl məndən başka heçkəs oxuya bilməz yazılıb məhs o sözdən sonra yazılan heç birşeyi oxumağ mümkün deyil, nə etməliyəm?
Cavab:

Salam aleykum. Bu sualların cavablarını oxuyun.


Cadudan necə qorunmaq olar?

ardını oxu
10-09-2019
salamun aleykum. Duha namazı nece qılınır, hansı vaxtlarda qılınmalıdır ? Allah sizden razı olsun.Bilmediklerimi burdan öyrənirəm.Təşəkkür edirəm.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Duha (quşluq) namazı nədir və necə qılınır?

ardını oxu
10-09-2019 Münəvvər
Salam, müəyyən səbəblərə görə 1 ay sübh namazından başqa qalan namazlar qəzaya qaldı qıla bilmədim.Qəza qalmış namazların yerinə kiməsə sədəqə vermək olar və nə qədər?Yoxsa qəzaları qılmalıyam?
Cavab:

Va aleykum salam. Bilərəkdən fərz namazları buraxmaq böyük günahdır. Buraxılan fərz namazların heç bir əməllə əvəzi verilə bilməz. Buna görə tövbə etmək və bir daha bu günaha qayıtmamaq lazımdır.

ardını oxu
10-09-2019 Fidan
salam men youtube madonna seytan ayini icra edir videosuna baxdım.
Cavab:

Va aleykum Salam. 

ardını oxu
10-09-2019
Salam Aleykum.hər hansısa dinə mənsub olan adam (məs:xristian,yəhudi) dinini dəyişib islam olaraq qəbul etsə günah sayılırmı? Və ya tam əksi yəni müsəlman olub , dinini dəyişib xristian dinini qəbul etsə günah sayılırmı?
Cavab:

Va aleykum salam. İslam dini Uca Allahın Qiyamət günü insanlardan qəbul edəcəyi yeganə dindir. Bu səbəbdən İslamdan qeyri dinlərə mənsub olanlar İslam dininə tabe olmalıdırlar. Müsəlmana isə İslamdan başqa dinə keçməsi qadağandır.

ardını oxu
10-09-2019 İlkin
Salam aleykum. Yunus surəsi 90-92-də fironun tövbə etdiyi, ancaq qəbul olmadığı bildirilir. Bəs Cəbrayıl aleyhissəlamın onun ağzını bağlaması necə? Hədisdə Cəbrayıl aleyhissələm: Qorxdum ki, Allah onu bağışlayar və ağzını bağladım - deyir (yadımda qalan).
Cavab:

Va aleykum salam. Uca Allah Yunus surəsində buyurur: "Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım.

ardını oxu
10-09-2019
Salam.menim az yawll uwaqlarlm var biri 11 yawda biride 9 yawdadllar olar namaz qllmaql cox isdediyi ucun men icaze verdim ve namazl qllrlar.ama biraz cawlr sefleri olur seher namazl gec qllr men bilmey isdiyrem olarln namazl Allah qebul elyirmitaparml?
Cavab:

Va aleykum salam.

ardını oxu
10-09-2019 Elşad
Salam men namaz qilarken ruku ve secde ederken 3 defe SubhanAllah deyib sonra 1 defe de Sunhana rebbiyyel ela ve ya ezimi bihemdim deyirem bu duzgundurmu?
Cavab:

Va aleykum salam. Namaz qılarkən rüku və səcdədə deyilən zikrlər səhih hədislərdə Peyğəmbər tərəfindən bildirilmişdir. Yaxşı olar ki, namaz qılan bu zikrləri buyurulduğu kimi desin və onlara bir şey əlavə etməsin, yaxud onlardan bir şey əskiltməsin.

ardını oxu
09-09-2019
Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c.
Cavab:
Salam aleykum. Qeyd etdiyiniz mənbələrdə və digər hədis kitablarında belə bir hədis yoxdur. Hədislərdə yalnız yerə səcdə etmək əmr olunur. Yer dedikdə isə üzərində olduğumuz hər şey nəzərdə tutulur.
ardını oxu
09-09-2019 Murad
Salam. Oktyabrin 20si uwagin 1yawi olur. Ickisiz qeyd etmek olar? Bilirem icki hec vaxt olmaz. Size aydin etmek ucun soruwdum. Minnetdaram
Cavab:

Va aleykum salam. İslam dininə görə məclisdə içki olmasa belə, ad günü keçirmək olmaz. Ətraflı bu sualların cavablarını oxuyun:


Ad günü qeyd etmək olarmı?


ardını oxu
09-09-2019
əssəlamu aleykum adaq qurbanı haqda məlumat verərdiniz.. Allah razı olsun
Cavab:

Va aleykum salam. Yəqin ki, söhbət nəzir qurbanından gedir. Bu haqda ətraflı bu sualların cavablarında oxuya bilərsiniz:

ardını oxu
09-09-2019 ..
Salam. Əri ölmüş qadınla siğə eləmək olar?
Cavab:

Va aleykum salam. İslam dinində siğə haramdır. Ətraflı oxuyun:

ardını oxu
07-09-2019 Xkxkcjc
Salam. 2ve 3ruketli namazda tesahuf nece deyilir ? Ve 2ruketli namazda ixlas suresi nece defe oxunur?
Cavab:

Və aleykum Salam. Təşəhhüdü nəzərdə tutursunuzsa, təşəhhüd iki rükətli namazlarda yalnız axırıncı rükətdə, üç rükətli namazlarda ikinci və üçüncü, dörd rükətli namazlarda isə ikinci və dördüncü rükətlərdə deyilir. Daha ətraflı:

ardını oxu
06-09-2019 Allah bəndəsi
Salam Əleykum. Dost öz dostlarına zarafatla dəli, gic, qoyun, axmaq və.s. kimi pis (yəni kobud) sözlər deyir. Yəni ümumiyyətlə dostlarına zarfatla tərbiyəsiz söyüşlər söyür.
ardını oxu
05-09-2019 Gizli
Salam aleykum. Bir evli ailə də kişi öldükdən sonra onların kəbini nə zaman pozulur?
Cavab:

Va aleykum salam. Ər vəfat etdikdən sonra evlilik sona yetir və kəbin pozulur. Lakin şəriət əri vəfat etmiş qadının dörd ay on gün gözləməsini və ərinə yas tutmasını əmr etmişdir. Qadın ərinin ölən gündən etibarən dörd ay on gün gözlədikdən sonra ərə getmək hüququ vardır.

ardını oxu
05-09-2019 MELEK
HZ HUSEYN FEZILETLIDI YOXSA HZ ELI
Cavab:

Əssələmu aleykum. Əli və oğlu Hüseynin (Allah onların hər ikisindən razı olsun) özünəməxsus fəzilətləri vardır. İlk növbədə onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli-beytindən sayılır.

ardını oxu
05-09-2019 Gunahkar bende
Salam Eleykim. Meherremli ayinda tovbe elemey olarmi?
Cavab:

Va aleykum salam. Tövbə zamandan və məkandan asılı olmayaraq hər zaman edilir. Məhərrəm ayı qəməri aylardan biri sayılır və bu ay digər qəməri aylardan dörd haram aylardan biri olması ilə fərqlənir. Haram aylar bunlardır: Rəcəb, Zul-Qadə, Zul-Hiccə və Məhərrəm.

ardını oxu
05-09-2019 zerife
Salam. Meherremlik ayinda nikah qiymaq olarmi?
Cavab:

Va aleykum salam. Bu sualın cavabını oxuyun:

ardını oxu
04-09-2019 Natiq
Salam Aleykum. Menim bacim ve anam xetrime çox pis deyir, özümü cilovlaya bilməyib bəzən üzlərinə ağ oluram. Men ümumiyyətlə çox həssas psixoloqiyaya malik insanam və oturub ağlayıram tez-tez. Ümumiyyətlə bir möminin xətrinə ona doğma olan insan dəysə, möminin onun üzünə ağ olmağa haqqı varmı?
Cavab:

Va aleykum salam. Bu sualların cavablarını oxuyun:


Ata-ananı incitməyin günahı barədə

ardını oxu
04-09-2019 Seva
Salam.Men 3 ildi aileliyem.Sevib evlenmişik,ama xasiyyetlerimiz tutmur,heyat yoldaşım çox qısqanc,çox vaxt dalaşırıq,küsürem,o menden üzr istemedikce men addım atmıram,sanki getdikce soyuüluq yaranır aramızda.Artıq son vaxtlar çox pisem,psixologiyam pozulub,ağlımda ancaq ayrılmaq gelir,sonumuz yoxdu
Cavab:

Va aleykum salam. Bu sualların cavablarını oxuyun:

ardını oxu
04-09-2019 Sabir
Salam alekum nə üçün əsr namazının vaxtı digər cədvəllərlə təxminən bir saat fərq edir siz nəyə əsasən əsr namazının vaxtını təyin edirsiz çünkü çaş-baş qalmışam hansı düzdür əvvəlcədən çox sağ olun
Cavab:

Va aleykum salam. Namaz cədvəllərində Əsr namazının vaxtının fərqli olmasına səbəb Əbu Hənifə məzhəbi ilə digər məzhəblər arasında Əsr namazının daxil olma vaxtının fərqli olmasıdır. Belə ki, əksər alimlərin rəyinə görə Əsr namazının vaxtı Zöhr namazının vaxtı çıxan kimi daxil olur.

ardını oxu
03-09-2019
Salam Hedisler harda yazilir? Quranda var?
Cavab:
Va aleykum Salam. Hədis sözü "xəbər" deməkdir. İstilahi mənada isə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi əməllər, dediyi sözlər, görüb etiraf etdiyi şeylər və Peyğəmbərin xilqəti, əxlaqi keyfiyyətləri nəzərdə tutulur.
ardını oxu
03-09-2019 Asim
Bu şexs İmam Elini(e) İbni Abbas Ve diger sehabeleri gormusdur.ve 40 il işa namazimin desdemaziyla subh namazini qilan şexs kimdir?
Cavab:

Əssələmu aleykum. Bəziləri qırx il İşa namazının dəstəmazı ilə Sübh namazını qılmağı İmam Əbu Hənifəyə (Allah ona rəhmət eləsin) nisbət edirlər. Bu o deməkdir ki, o, ömrünün qırx ilini gecələr yatmayıb ibadətlə keçirmişdir. Lakin bu haqda səhih bir məlumat yoxdur.

ardını oxu
03-09-2019 15.8.19..İslam Aşiqi
1.Qurban ətinnən möhlüd və zikir etmək olar? 2.Qədri-xum nə deməkdir? 3.Məhərrəm ayında toy,nişan etmək olar? 4.Məhərrəmdə yas saxlamaq dində necə baxılır bu xurafatdırmı? 5.Salavatı namazdan sonra etmək icazəlidir yoxsa bidətdi? 6.Hz.Ömər hansı quran ayəsini oxuyarkən şəhid olub ayəni və surən
Cavab:

Salam aleykum.

1) Dinimizdə "mövlud" və "zikr" deyilən mərasimlər yoxdur. Bunlar sonradan dinə əlavə edilən bidətlərdir. Bu mərasimləri keçirtmək və orada iştirak etmək qadağandır. Həmçinin oxuyun:

ardını oxu
03-09-2019 Remzi
Cənabət qusuru torpaqla necə tehm etmək olar qaydası necedir
Cavab:

Əssələmu aleykum. Yəqin ki, sualda torpaqla təyəmmüm etməyi nəzərdə tutursunuz. Bu barədə aşağıdakı sualların cavablarını oxuyun:

ardını oxu

Pages