09-10-2019 Süleyman
Əs sələmu aleykum. Peyğəmbər (s.a.s) dünyasını dəyisəndə deyirlər Hz Ömər deyib ki, Buna nə olub sayiqlayir? Bu barədə səhih mənbələrlə izah verərdiniz zəhmət olmasa 2. Bir də ölülər bizi eşitmir bilirik.
Cavab:

Va aleykum salam.

ardını oxu
07-10-2019
Salam. Bir videoda eşitdim ki eger insan fala baxdirib inansa ve ya qoroskopa inansa o insan dinden çixmiş olur, ve eledikleri butun emelleri sifirlanir. Buna gore de tezden gerek kelmeyi şehadeti desin. Sualim odur ki heqiqetende insan dinden cixmiş olur mu? Ve eger duzdurse ne etsin?
Cavab:
Və aleykum Salam. Ulduz falına və ya insanın gələcəyi ilə bağlı məlumat verən hər hansı bir fala inanmaq küfrdür.
ardını oxu
07-10-2019 Aise
Salam men Namaz qilanda sef qildigimi duwunurem. ele vaxt olurki bu sozleri dedim demedim deye duwunurem sual altinda qaliram ancag beynimde duwuniremki men bu sozleri dedim?
Cavab:
Və aleykum Salam. Namaz əsnasında insana gələn şübhələr və cürbəcür fikirlər şeytanın vəsvəsəsidir. Şeytan bu yolla sizi namazdan yayındırmaq istəyir. Vəsvəsələrdən qurtulmağın yolu Allaha sığınmaq, zikr etməyi və Quran oxumağı çoxaltmaqla olur.
ardını oxu
03-10-2019 ilahe
Salam.Allaha, peygemberine ve dinine inanan, ibadeten eden bir xanim var. Bu xanim aile qurmaq erefesindedir. Amma aile qurmaq istediyi kisi ona deist oldugunu deyir. Deist yalniz Allaha inanir. Dinlere inanmir.lakin bildirir ki her kesin inancina sonsuz hormeti var.
Cavab:

Va aleykum salam. Uca Allah mömin qadınların yalnız mömin kişilərlə ailə qurmalarını buyurur, kafir kişilərlə ailə qurmalarını isə qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin.

ardını oxu
03-10-2019
Assalamu aleykum. Insan gunahini başa duşdukde ne etmelidi
Cavab:

Va aleykum Salam. İnsan günah etdiyini başa düşdükdə, dərhal tövbə edib Allahdan bağışlanma diləməlidir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər.

ardını oxu
02-10-2019 Rumiyye
Selam aleyküm bize uzaqdan qoxum gelib mene namehremdir men ona dine devet edirdim.uzun müddet den sonra namaz qılmaqı başladı.sonra onunla Dalasdim,ve o namaznan hedelemeye başladı ..men ne vaxt onunla danışsam onda o da namazı qılacaq.Amma mene qulaq asmadim ,namazı atdi mene göre.mende günah olac
Cavab:
Və aleykum Salam. İnsanları, xüsusilə də qohumları İslama dəvət etmək hər kəsin borcudur. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.
ardını oxu
02-10-2019
Eeselamün Aleykum. Men bir gunah islemisem evden 100 man icazesiz pul goturdum lakin sonra bildiler ve men bunu boynuma goturmedim cunki qorxuram meni pis biri kimi taniyarlar. Amma ele insan deyilem ve indide vicdan ezabi ile yasiyiram. Cunki hec istemezdim bele sey olsun.
Cavab:
ardını oxu
02-10-2019
Salam aleykum. Shekil chekmeyin gunah oldugunu bilirem. Ushaqlara buratino, cirtdan, nene, baba it pisik ve s multfilm qehremanlari plastilinden duzeltmek nece o da gunahdimi?
Cavab:

Və aleykum Salam. Əgər düzəldilən əşyalara göz, qulaq və burun kimi üz cizgiləri verilməzsə, onları düzəltmək olar. Çünki, surət verilməyərək düzəldilən əşyalar şəriətlə qadağan edilmiş şəkillərdən sayılmır. 


Həmçinin oxuyun:

ardını oxu
02-10-2019 Yazıq
Salam mənim sevgilm olub sora anam razı oldu amam anamın bacısı razı olmadı bizim evlənməyinizə onları ölənə qədər baxışlamaram və bu artıq onlar üçün günahdirmi bixi ayırmaları və deirlər kimi ki baxışlanasam o dümyada qarşılaşırsan düzdürmü bu ?
Cavab:

Va aleykim salam. Hər bir valideyn övladının xoşbəxt olmasını istəyir və buna görə çalışır. Ola bilsin, ananızın və xalanızın bu evliliyə mane olmalarının sizin bilmədiyiniz ciddi səbəbləri olsun.

ardını oxu
01-10-2019 Bende
Salam Aleykum.Cox xahis edirem tez cavablandirin.Men 3 aydi heyz halimin vaxtini tam bilenmirem.az miqdarda qan gelir 1 hefte.sonra ustunnen 5-6 gun kecir tezeden mennen qan gelir 1 hefde.Coxlu bacilardanda sorusmusam bezisi deyir destemaz al orucunu tut namazni qil.bezileride tam bilmir.Xahis edire
Cavab:
Və aleykum Salam. İki heyz arasında ən az müddət 15 gündür. Heyz müddəti tamamlanıb təmizləndikdən və qüsl etdikdən sonra 15 gündən tez gələn qan heyz sayılmr. Bu qan istihazə qanı, yəni damar qanı sayılır.
ardını oxu
01-10-2019 Cavid
Salam ilk once size minnetdarligimi bildirirem.Size bir suaim olacaq menim bir yaxin qohumum var 8 ildir evlidirler hec bir problemleri yox idi sonra yoldasi Ingiltereye egtdi oxumaga cox anlayisli yerini bilen ve dindar insandir.Yoldasi ile Amerikaya kocduler nese qaqasin mamsi narazi idi mecbur ol
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə ailə məsələləri çox həssas mövzu olduğu üçün sualda qeyd olunan məlumatlara əsasən məsələnin həlli barədə bir şey demək çətindir. Həmçinin, ailə məsələləri ərlə arvadın iştirakı olmaqla hər iki tərəfin dindirilməsi ilə həll olunmalıdır.

ardını oxu
01-10-2019 Xalide
Salam oruc tuturam ama mecburam bir gun tutmuyam onun kefaleti nedi neylemeliyem ki o bir gunum gunah sayilmasin
Cavab:
Və aleykum Salam. Heç bir zəruri səbəb olmadan Ramazan orucunu bilərəkdən tutmamaq günahdır. Bu günahın kəffarəsi yoxdur. Belə olan halda tövbə etmək və Ramazandan sonra buraxdığınız günün orucunu tutmaq lazımdır. Həmçinin oxuyun:
ardını oxu
01-10-2019 Heyder
Salam. Muhemmed peygember ereblere gonderilib? Ibrahim 4 , secde 3, yasin 4-5-6 ayelerinin izahini, menasini nece anlamaliyiq?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Müd­rikdir". (İbrahim, 4).
ardını oxu
01-10-2019
Slm eluykum Men sebr ede bilmirem daha dogrusu sebr etmeye calisiram amma olmur herseye reaksiya gosderirem bunun ucun ne etmeliyem?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
ardını oxu
28-09-2019
Eyer seher imsaka qalxa bilmemisemse cenabetliyemse niyyet eliyib oruc tutmaq olarmi?
Cavab:

Salam aleykum. Cənabət halında namaz qılmaq olmaz, lakin oruc tutmaq olar. Çünki oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyil.

ardını oxu
28-09-2019 Elvin Məhəmmədov
Əssalamu aleykum.hansı namazlarda açlış duası oxunmur
Cavab:
Və aleykum Salam. Bütün namazlarda (istər vacib olsun, istər nafilə) təkbir gətirdikdən sonra açılış (istiftah) duasını oxumaq müstəhəbdir. Həmçinin oxuyun:
ardını oxu
28-09-2019 Kenan
Salam Aleykum iftarı açandan sonra axşam yatmamışdan qabaq cinsi elaqede olmaq olarmı? İmsaq vaxtına qalxmamaq orucu pozarmı?Axşam iftarından qabaq qüsl almaq olarmı ne vaxt?
Cavab:
Və aleykum Salam. İftar açdıqdan sonra yeməyə, içməyə və cinsi əlaqədə olmağa icazə verilir. Səhura qalxmamaq orucu pozmur. Oruc tutarkən çimmək və ya qüsl almaq olar. Həmçinin oxuyun:
Ramazan ayının orucu
ardını oxu
28-09-2019 Aynure
Salam aleykum.menim atam xestedi onun Wefa tapmasi ucun quean xetm ede bileremmi?
Cavab:
Və aleykum Salam. Quran oxumaq iman gətirən kəslər üçün şəfadır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82). 
ardını oxu
27-09-2019 Süleyman
Salam aleykum. Tualetde olarken bir damcı sidik beden üzvlerinden birini sıçrasa.Qüsül almaq vacibdir? Qeyd edim ki, hemin yeri su ile yumaq ve destemaz almaq olar? Allah razı olsun.
Cavab:

Və aleykum Salam. Sidiyin bədənə düşməsi qüslu vacib etmir. Həmin yeri su ilə yumaq kifayətdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Su təmizləyicidir və onu heç nə murdar etmir". (Əbu Davud, 67). Daha ətraflı:

ardını oxu
27-09-2019
Atil Batil suyu nedir ? O duani oxuyub suya ufurub icdikde heqiqetende caduyu batıl edirmi?
Cavab:

Salam aleykum. Quranda və səhih hədislərdə cadunu batil etmək üçün "atil-batil" adlı su və ya dua yoxdur. Cadu və onun əlacı haqqında isə bu cavabları oxuyun:

ardını oxu
27-09-2019
Salam. Oruclu iken eseblesib ovladini doymekle orucu batil olur ?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hal orucu pozmur. Daha ətraflı:


Orucu pozan amillər hansılardır?

ardını oxu
27-09-2019 Sual
Salam.Men ayin 10u iftara 5deqiqe qalmis aciq qehveyi axintim geldi 2damci(qeyd edimki heyz donemimdi).Men gozledim 5deqiqe sonra iftarimi acdim.Ayin 11i oruc tutmadim yene hemin gun 2damci aciq kehveyi axintim geldi vso.Bu gun yeni ayin 12si hele heyzim baslamayib.Men ne etmeliyem?Oruc tutummu gozl
Cavab:

Və aleykum Salam. Əgər heyzdən az müddət əvvəl gələr, heyz ağrıları ilə bərabər olarsa və bundan az sonra heyz qanı başlayarsa, bu ləkə heyzin bir hissəsidir. Bu halda oruc pozulur hətta orucu açmağa az müddət qalmış olsa belə.

ardını oxu
27-09-2019 İlqar
Salamun aleykum mən oruc tutmuşdum uzandığım zaman cinsiyətimdən 1 damcı kimi şirə gəldi orucum pozulub ya yox?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hal orucu pozmur. Daha ətraflı:

Orucu pozan amillər hansılardır?

Ramazan ayının orucu 

ardını oxu
27-09-2019
Salam oskurende qan gelmesi(yeqinki kapliyar damarin partlamasi ile elaqədar)orucu pozur?
Cavab:

Və aleykum Salam. Kapilyarların partlaması və ya digər hallarda qanın bədəndən çıxması orucu pozmur. Daha ətraflı:


Orucu pozan amillər hansılardır?

ardını oxu
27-09-2019
salam ay basi görənən sorna qütaranan sonra necə kusul verəcəm hansı kusulu verəcəm xayis edirəm öyrədərdiniz
Cavab:

Və aleykum Salam. Qadın heyzdən qurtardıqdan sonra qüsl almalıdır. Daha ətraflı: Heyz qüsulu necə alınır? 

ardını oxu
27-09-2019 anonimmm
Salam.Men nisanliyam ve kebinliyem.aramizda kusluk dalasmaq ara sira olur ve cox sert dalasiriq mesajda ve zengde (uz uzeyken dalasmiriq)ama ki,sonra bagisla deyib ve dediymiz agir sozleri bir daha dememeye tovbe edirik(mes.ayrilaq,qutardi,isdemirem seni,reddol,nisani qaytaracam(() bu sozleri isledi
Cavab:

Va aleykum salam. Əgər kəbin kəsilibsə, siz artıq ər-arvad sayılırsınız. Bu səbəbdən kişi dalaşarkən dediklərinə diqqət etməlidir və boşanma mənasını ifadə edən sözlərdən çəkinməlidir.

ardını oxu
27-09-2019
Salam!boyuklerimizde bele bir deyim var ki qapida gorusmek olmaz bunu neye gore deyiler.
Cavab:

Va aleykum salam. Dinimizdə qapıda görüşməyi qadağan edən heç bir dəlil yoxdur. Əgər qapıda görüşmək qadağan olsaydı və ya bunun bir mənası olsaydı, sözsüz ki, dinimizdə buna aid ayə və ya hədis olardı.

ardını oxu
27-09-2019 allah bendesi
27yasim var 2azyasli usag anasiyam.11yasimda namaz qilirdim 5il qildim.indi usag,ev catdira bilmirem.eger yeniden baslasam qezalarimi da qilmaliyammi?2ci sualim odur ki men sunni namazi qilirdim yoldasimsa siedir men namazi qilmag usulumu deyismeliyem?cunki sieliyi qebul etmisem.evvelceden tesekur e
Cavab:

Salam aleykum.

ardını oxu
25-09-2019
Salam Aleykum xristian bir xanimla aile heyati qurmaq olar? Xristian oldugu ucun kebin nece kesilmelidir?
Cavab:
Va aleykum Salam. Uca Allah bizə (müsəlmanlara) Kitab əhlindən (xristian və yəhudi) olan namuslu qadınlarla evlənməyi halal etmişdir.
ardını oxu
25-09-2019 Nur
Salam.Xais edirem meslehetinizi verin.Aileme cadu olunur edenleri bilirem sadece uzaqlaamisam yenede edirler.Atama evvelden yedirdilen cadudan menseyi belli olmayan tapilmayan xesdeleye tutulub bezi hekimler dediki xercengdi.mualiceler sayesinde heleki yasiyir ancaq gunu gunden agirlasir veziyyeti.
Cavab:

Va aleykum salam. Bu sualların cavablarını oxuyun:

ardını oxu
25-09-2019
Salam Aleykum. Ateist olan biri ilə dost olmaq günah sayılırmı?
Cavab:

Va aleykum salam. Uca Allah möminlərə kafirlərlə dostluq etməyi qadağan edərək buyurur: "Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?" (ən-Nisa, 144).

ardını oxu
25-09-2019
Salam.Namaz qilan,amma haram ishler tutan,zina eleyen, kiminse haqqini yeyen exlaqsiz,sherefsiz birinin arxasinca danishmaq qeybet sayilir?Evvelceden teshekkurumuzu bildiririk.
Cavab:

Va aleykum Salam. Əslində qeybət etmək haramdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qeybət barədə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Səhabələr dedilər: "Allah və Rəsulu daha yaxşı bilir".

ardını oxu
25-09-2019 Qadın
Salam əleykum.Qadın səcdədeykən dirsəklərini tam yerə qoymalıdır? 2)Boyununda qüsul olmasa belə, qüsul aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı? 3)Sünnət namazları vərdiş halında hər zaman qılıram ama bəzən olurki qılmaya bilirəm qəzasını qılmaq isteyirəm qəzası yoxdur diyə qılmamalıyam?
Cavab:

Va aleykum salam.

ardını oxu
25-09-2019
Namazasa baslayarken Allahu Əkbər yerinə Allahu azım demek olar?
Cavab:

Va aleykum salam. Namaza başlayarkən "Allahu əkbər" demək namazın əsaslarından sayılır və onun əvəzinə başqa bir zikr demək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa, siz də elə qılın!" (əl-Buxari, 6857). 

ardını oxu
25-09-2019
ƏsSələmun Aleykum... namaza baslayanda Allahu Əkbər yerine basqa hansi zikrleri demek olar? Xais edirem cavab verin..tesekkurler
Cavab:

Va aleykum salam. Namaza başlayarkən "Allahu Əkbər" demək namazın əsaslarından sayılır. Bu rüknu (əsası) tərk edənin namazı batildir. Təkbir gətirərkən əlləri çiyinə və ya qulaqların səviyyəsinə qədər qaldırmaq isə sünnədir.

ardını oxu
23-09-2019 Nuraddin Valibekov
Assalamu aleykum qardash.Men elmi-fantastik janrda bir ssenari yaziram.Isterdim ki, bu ssenarini xarici film kompaniyasina yollayim(onlarla razilashmam vardir).Ssenari Yer kuresinin insanlarin vaxtile yer uzunde etdikleri qeddar emmeller,antropogen deyishiklikler neticesinde qlobal iqlim deyishikliy
Cavab:

Va aleykum salam. Məqsədiniz gözəl olsa da, əməliniz İslama ziddir. Çünki, bədii film üçün ssenari yazmaq, musiqi bəstələmək və digər qadağan olunmuş vasitələrlə İslamı yaymaq olmaz.

ardını oxu
23-09-2019 Sultan
Salam aleykum.Farz namazından sonra zikr edilib sonra sünnət namazı qılınır, yoxsa sünnət namazı qılıb, ən sonda zikr edilir? Aişə(r.a) anamızdan rəvayət də var. Dəqiq yadımda qalmayıb.
Cavab:

Va aleykum salam. Fərz namazından sonra deyilən zikrləri fərz namazından dərhal sonra etmək daha yaxşıdır.

ardını oxu
23-09-2019 Elxan
Salam eger evvel bir xanımla yazişırdımsa.Amma indi namaz qılıram deyə yazişmıram.Ve eger o xanımın gelbi sinibsa men onnan uzür istemeliyem?
Cavab:
Va aleykum Salam. Naməhrəm qadınla yazışmaq haramdır. Bu çirkin günahdan Allaha tövbə edib bağışlanma diləyin. Qadından üzr istəməyə ehtiyac yoxdur. Çünki, siz Allahın haram etdiyindən çəkinmisiniz. Naməhrəmlə yazışmaq şeytanın hiylələrindən biridir.
ardını oxu
23-09-2019 Sənan
Salam aleykum. Əxi Allah elminizə bərəkət versin. Sualım budur: 1. Nəhl surəsi 90-cı ayə tərcüməsi çox xoşuma gəlir. Hətta Allah xəta etməkdən qorusun gün içində öz özümə təkrarladığım da olur. Odur ki namazda fatihədən sonra da oxumaq istərəm. Sadəcə bir dənə ayə oxumaq düzgün olarmı? 2.
Cavab:

Və aleykumus-Salam və rahmətullahi və bərakətuhu.

1) Namazda əl-Fatihə surəsindən sonra bir ayə olsa belə, oxumaq olar. Həmçinin oxuyun:

Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?

ardını oxu
23-09-2019 pəriş
mən şiə namazı qılırdım sonra keçib sünnə namazı qılmağa başladım amma ailəm buna narazıdır sünnə namazı qıkmağımı istəmirlər deyirlər ki namaz qılırsan şiə namazı qıl yoxsa haqqımızı halal etmərik sənə sünnə şiə namazı qılmaq olarmı xaiş edirəm mənə cavab verərdiniz Allah razı olsun
Cavab:

Va aleykum salam. İbadətin Allah qatında qəbul olması üçün iki şərt var:


1) İbadət xalis Allah üçün olmalıdır.


2) İbadət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirilməlidir. 

ardını oxu
23-09-2019
Salam.Günümüzdə xeyli xeyir sevər insanlar var mağazalara girib nisyə defterlərini satın alırlar və insanların borclarını silirlər ama bir şey diqqetimi çəkir bu nisyə defterlərində spirtli içkilər haram qidalarda yer alır bəs bunların pulunu kiminsə yerinə ödəmək nə dərəcədə düzgündür?zəhmət olmasa
Cavab:

Va aleykum salam. Siyahıda haram qıda alanların borcları olsa belə, əgər onlar insanların borclarını Allah rizası üçün ödəyirlərsə, sözsüz ki, buna görə savab qazanırlar.

ardını oxu
23-09-2019
İş yerinde müsafir namazı qılmaq düzgündürmü? İş yeri 50 km-den artıq mesafede yerlesir.
Cavab:

Salam aleykum. İnsanın gündəlik getdiyi iş yeri səfər sayılmır. Həmçinin, qeyd etdiyiniz 50 kilometr məsafə səfər olması üçün kifayət etmir. Çünki, bəzi alimlər 83 kilometrdən artıq məsafəni səfər hesab edirlər. Həmçinin oxuyun:

ardını oxu
20-09-2019 ....
Salam daimi narahatlq sixinti qorxu wupe pis fikirler icindeyem sevdiyim insanla tez zamanda ayle quracam ele bilremki xowbext ola bilmerem her sey pis geder heytmda buda pis fikirlermden ireli gelr gah yaxsi gahda pis duwunurem heyatm haqda meni cox narahat edir bunlardan nece qurtula bilerem?birde
Cavab:

Va aleykum salam. Qeyd etdiyiniz bu fikirlər Qədərə imanın zəifliyindən irəli gəlir. Allaha iman gətirən insan bilməlidir ki, gələcəkdə baş verəcək hadisələr Allahın əlindədir və biz hələ analarımızın bətnində olarkən gələcəyimiz artıq Allah tərəfindən təqdir olunmuş və yazılmışdır.

ardını oxu
20-09-2019
Salam.sualım üçün evvelceden üzr isteyrem.8 ildi aileliyem.yoıdasım oral seks isteyr mense iyrenirem bunu qebul ede bilmirem bu halda ozumu alçalmış hiss edrem xoş dillede desem razı olmur.mene qarşı aqresivlesir.men normal qaydada olsun deyrem razilasmir.mene hede qorxu gelir.senin üçün pis olacag
Cavab:

Va aleykum salam. Ərinizin sizdən oral intim tələbini qəbul etməyin və bu əməldən imtina edin. Çünki bu əməl əxlaqa ziddir və natəmizlikdir.

ardını oxu
20-09-2019 Yusif
Əssələmu aleykum dövrümüzdə kişilər bir biri ilə üz ilə görüşürlər.Bunda bir günah var.Bildiyəmə görə kişi kişi ilə əl ilə görüşməlidir.Birdə Peyğəmbər s.ə.s səhabələrlə necə görüşmüşdür?
Cavab:

Va aleykum salam. Görüşərkən şəriətə uyğun olan əllə görüşməkdir. Əgər insan uzun səfərdən qayıdırsa və ya uzun müddət yoldaşını görmürsə, bu halda qucaqlaşmaq da olar. Hər görüşərkən öpüşmək isə şəriətə uyğun deyil.

ardını oxu
20-09-2019 Sara
Bu aralar heç yaxşı deyiləm, nişanlanmışam çox dəyişmişəm sevdiyim insanla nişanlıyam amma ona qarşı içimdə nifrət hissi yaranıb prşmanam onla nişanlandığıma hər gün dalaşırıq, ailəmlədə dalaşram hərkəs əsəblərmə toxunur və gün gündən çəkim azalər qrtıq 43olmuşam axı niyə belə oldum niyə bu hala qal
Cavab:

Salam aleykum. İslam dini insanlara gözəl əxlaqı əmr edir. Mülayim olmaq və qəzəbi tərk etmək gözəl əxlaqdan irəli gəlir. Qəzəblənmək isə şeytandandır. İnsan əsəbi anında düzgün qərar verə bilmir, səhvlərə yol verir. Bu isə sonda peşman olacaq nəticələrə gətirib çıxarır.

ardını oxu
20-09-2019 Anonim
Salam.men evliyəm iki oğlum var yoldaşım yoldaşım sevir amma onu deyim ki həmişə el qaldırıb soyub ailəmi dözə bilmirəm artıq boşanmaq istəmişəm qorxmuşam.amma indi artıq dözə bilmirəm hergun ağlayıram boşanmaq isteyirem.duz mi edirəm yoxsa dozmeliyem.onuda deyim ki əzəldən öz sevdiyim olubdu hele
Cavab:

Va aleykum salam. Sözsüz ki, səbir etməyiniz daha yaxşı olar. Əgər həyat yoldaşınız əsəbləşəndə sizə əl qaldırıb ailənizi söyürsə, o zaman mübahisəyə səbəb olacaq sözlərdən və əməllərdən çəkinin. Çünki boşanma heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.

ardını oxu
20-09-2019
Sələm Aleykum və Rahmətullah Əl-Əraf surəsinin 53,54,55 ci ayələrinin ərəbcə oxunuşunu yaza bilərsiz? təşəkkürlər
Cavab:

Va aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil.

ardını oxu
20-09-2019
Salam Əuzu bəsmələdə z herifini deye bilmirem oz dilimzdeki z herifini desem olar?
Cavab:

Va aleykum salam. İstiazədəki "z" hərfini tələffüz etmək üçün dili azacıq dişlərin arasından çölə çıxarmaq lazımdır. Buna pəltək "z" hərfi də deyilir. Bu şəkildə deməyə çalışın. Əgər deyə bilməsəniz, öyrənənə qədər bacardığınız kimi deyin.

ardını oxu
18-09-2019 .
Usaqin saq salamat dunyaya gelmesi ucun nece dua etmeliyik?
Cavab:

Və aleykum Salam. Dinimizdə uşağın sağ-salamat doğulması üçün xüsusi bir dua yoxdur. Ümumi şəkildə öz sözlərinizlə sağlam və salamat doğulması üçün Allaha dua edə bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu

Pages