Va aleykum salam. Əslində mömin insanın Axirətə iman gətirməsi üçün Uca Allahın bu barədə Öz Kitabında (Quranda) və Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dili ilə xəbər verməsi kifayətdir.
Va aleykum salam. Qüsl alarkən fərq etməz, istər heyz, istərsə də cənabət qüslu olsun, ağızı su ilə yaxalamaq və buruna su almaq vacibdir. Çünki ağız və burun üzdən hesab edilir. Həmçinin oxuyun:
Əssələmu aleykum. Bu hal səhhətinizlə əlaqədardır və bunun namazla heç bir əlaqəsi yoxdur. Həmçinin, bu şeytanın vəsvəsəsi nəticəsində sizin özünüzə psixoloji təsir etməyinizlə də əlaqədar ola bilər. Çünki insanın sidiyini saxlaması beyinlə əlaqədardır.
Əssələmu aleykum. Namaz qılan kişi saçını uzada bilər. Bu barədə daha ətraflı bu cavabı oxuyun:
Kişilərə uzun saç saxlamaq icazəlidirmi?
Va aleykum salam.
1) Təşəhhüddən sonra deyilən salavat və dualar da şəhadət barmağına baxaraq deyilir. Həmçinin oxuyun:
Va aleykum salam. Dinimizdə "İstixarə" dedikdə, iki rükət namaz qılıb sonra görmək istədiyin işi Allaha həvalə etmək, işin xeyirli olacağı təqdirdə Allahdan onun həyata keçməsini, əks halda isə onun baş verməməsini diləmək nəzərdə tutulur.
Və aleykum Salam.
Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, ailəsini və himayəsində olan insanları maddi cəhətdən təmin etsin.
Əssələmu aleykum. Şəriətə görə boşandıqdan sonra uşaqlar ananın himayəsində qalmağa daha haqlıdır və ata yalnız ananın razılığı ilə uşaqları ondan ala bilər. Lakin əgər qadın boşandıqdan sonra ərə gedərsə, bu halda uşaqlar atanın himayəsinə keçməlidir.
Va aleykum salam. Dini qız adları bunlardır:
Əssələmu aleykum. Yəqin ki, sualda nəfs dedikdə gözdəyməni nəzərdə tutursunuz. Gözdəymə haqdır. Uca Allah bizə bu dərdin dərmanını bildirmişdir. Gözdəymə və ondan qorunma barədə ətraflı məlumatı bu linklərdən oxuya bilərsiniz:
Va aleykum salam. Yelin çıxması dəstəmazı pozur. Lakin dinimiz xəstəlik halını almış hallar üçün müəyyən güzəştlər etmişdir.
Va aleykum salam. Əgər nəcis su ilə və ya yaş parça ilə təmizləndikdən sonra əsər-əlaməti qalmayıbsa, onun bulaşdığı yer təmiz sayılır. Ümumiyyətlə, nəcisə toxunmaq dəstəmazı pozmur. Daha ətraflı bu cavabları oxuyun:
Va aleykum salam. Allahın bizim üçün seçdiyi ən mükəmməl olan İslam dini asanlığı buyurur. Bu dində çətinlik yoxdur. Uca Allah bu xüsusda buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" (əl-Bəqərə, 185).
Va aleykum salam. İslam dinində qızın kəbin olmadan hər hansı bir oğlanla yazışması günahdır. Bu baxımdan qız və oğlan günah qazanırlar. Həmçinin oxuyun:
Va aleykum salam. Sizin kəsmək istədiyiniz qoyun Allaha şükür əlaməti olaraq kəsilən qurban adlanır. Qurbanlıq heyvanı siz özünüz də kəsə bilərsiniz, başqasına da həvalə edə bilərsiniz. Həmçinin, ilin istənilən ayında, o cümlədən Məhərrəm ayında da kəsmək olar.
Va aleykum salam. Tək halda namaz qılan üçün azan və iqaməni demək müstəhəbdir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Abdur-Rahmən ibn Əbu Sasa əl-Ənsariyə demişdir: "Görürəm sən qoyun otarmağı və vaxtını çöldə keçirməyi xoşlayırsan.
Va aleykum salam. Bəzi ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur. Bu səbəbdən sizə ərəb hərflərini öyrənməyi tövsiyə edirik. Bunu bacarmadıqda isə Quran ayələrini, zikr və duaları transkripsiyadan oxuya bilərsiniz. Həmçinin oxuyun:
Va aleykum salam. Məhərrəm ayında çimməyin qadağan olunması haqda dinimizdə hər hansı bir dəlil yoxdur. Həmçinin oxuyun:
Va aleykum Salam. Bir müsəlmanın sarımsaq və ya soğan yeməsi, ağzından pis qoxunun gəlməsi namazı batil etmir. Buna baxmayaraq səhih hədislərdə insanın namaz qılarkən mələklər tərəfindən müşahidə edildiyi və insandan gələn qoxunu hiss etdikləri haqda xəbər verilir.
Əssələmu aleykum. Bildiyimiz kimi İslam dini beş əsas üzərində qurulmuşdur.
Va aleykum salam. Uca Allah boşanmaq üçün müəyyən şərtlər qoymuşdur. Əri tərəfindən boşanmış qadının başqasına ərə getməsi üçün qadın ərinin ona: "Səni boşadım" - deməsindən sonra iddə müddətinin başa çatmasını gözləməlidir. Heyz olan qadınlarda isə bu müddət qadın üç dəfə heyz olana qədərdir.
Əssələmu aleykum. Hər hansı bir yerdə otun bitməməsi həmin yerdə cadunun olması anlamına gəlmir. Bunun başqa təbii səbəbləri ola bilər. Uca Allah insanı imtahan üçün yaratmış və onu həyatı boyu müxtəlif çətinliklərlə sınayacağını bildirmişdir.
Va aleykum Salam.
Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız mənaları pis olan adların dəyişdirilməsini tövsiyə edirdi.
Va aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır.
Va aleykum salam. Dəriyə qoyulan rəng suyun dəriyə çatmasına mane olmursa və artıq dəriyə hopmuşsa bu rəng dəstəmaza mane olmur. Hətta bu rəng süni (qeyri-təbii) olsa belə. Çünki dəstəmazda əsas olan suyun dəriyə çatmasıdır.
Va aleykum salam. Əgər sidiyin ayağınıza bulaşdığına yəqin olmayaraq ancaq şübhə edirsiniz və bu hal hər dəfə sizdə davam edirsə, bu şübhə şeytanın vəsvəsəsidir. Şeytan bu yolla ibadəti sizə ağırlaşdırmaq və beləcə ibadətdən sizi yayındırmaq istəyir.
Va aleykum Salam. Əl və üz istisna olmaqla qadının bütün bədəninin örtülməsi vacibdir. Uca Allah bu xüsusda buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Va aleykum Salam.
Va aleykum Salam. Uca Allah boynunda cənabət qüslü olan adamın məscidə girməsi və orada oturmasını qadağan etmişdir. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər!
Va aleykum Salam. Bir kişinin həyat yoldaşını insanların gözü önündə öpməsi, qucaqlaması günahdır və əxlaqa ziddir.
Va aleykum Salam. Dinimizə görə əmioğlu ilə əmiqızı evlənə bilər. Lakin onların kəbinin xüsusi olaraq Allah yanında kəsilməsi barədə bir məlumat yoxdur.
Əssələmu aleykum. Uca Allah hər bir xəstəliyin dərmanını yaratmışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam".
Va aleykum Salam. Üç və dörd rükətli namazlar iki rükətli namaz kimi qılınır, sadəcə ikinci rükətdə təşəhhüdü dedikdən sonra salam vermirik və üçüncü rükətə qalxırıq. Üçüncü rükəti də birinci rükət kimi adi qaydada qılırıq.
Va aleykum Salam. Kişinin öz arvadına: "Səni boşayacam" - deməsi boşanma sayılmır. Bu, sadəcə gələcəkdə ola biləcək bir şeyi xəbər verməkdir. Həmçinin, "Atan evinə get" ifadəsi də boşanmanı əks etdirmir. Boşanma müəyyən şərtlərə bağlıdır.
Va aleykum Salam. Vəsvəsələr şeytanın insanı azdırmaq üçün istifadə etdiyi yoldur. Şeytandan və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığınmaq, Allahı çox zikr etmək və Qurandan əl-Bəqərə, əl-İxlas, əl-Fələq və ən-Nas surələrini tez-tez oxumaq lazımdır.
Və aleykum Salam.
Əs-Sələmu aleykum. Namaz qılan yerin və paltarın nəcasətdən təmiz olması namazın şərtlərindən biridir. Əgər namaz qılınan yerdə nəcasət varsa və namaz qılan şəxs də bunu bilirsə, onun namazı səhih deyil.
Va aleykum Salam. Əgər qadından şəhvətlə maye gələrsə və bu, qadının həzz alaraq şəhvətini bitirməsinə (orqazma) səbəb olarsa, bu halda qadın cənabət qüslu almalıdır. Əgər sadəcə şəhvət nəticəsində maye gələrsə və bununla şəhvəti bitməzsə, bu halda qüsl almağa ehtiyac yoxdur.
Va aleykum Salam. İslam dininə görə evlənmək məqsədilə olsa belə, kişinin naməhrəm qadınla nikah bağlamadan təklikdə danışması qadağandır. Kişi qadınla ancaq onun məhrəminin (ata, qardaş, əmi və s.) iştirakı ilə danışa bilər. Xüsusən də naməhrəm qadına "səni sevirəm" və s.
Va aleykum salam.
1) Uca Allah ən-Nur surəsinin 11-25-ci ayələrində buyurur:
Va aleykum salam. Uca Allahdan ailənizi tezliklə bu çətinlikdən və sıxıntıdan qurtarmasını diləyirik. Biz sizə yalnız Allaha dua etməyi və Ondan yardım diləməyi tövsiyə edirik. Uca Allah duaları eşidəndir, Ona səmimi qəlbdən dua edən qullarını çarəsiz qoymur.
Va aleykum Salam. İmamlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) davamçıları olmuşlar. Onlar din barədə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi və buyurmadığı bir şeyi deməmişlər.
Va aleykum Salam. Dinə bağlı olmağınız və günah əməllərdən çəkinməyiniz sevindirici haldır. Çünki bu, mömin insanın sifətlərindəndir. Musiqinin dinimizdə haram olduğunu bilərək ondan çəkinməmək imanın zəifliyinə dəlalət edir.
Va aleykum salam.