Va aleykumus-sələm.
Salam aleykum. Niyyətində olduğunuz şeylər - həm zina (ailədən kənar nikahsız cinsi münasibət), həm də cadu etmək həlakedici günahlardandır və Cəhənnəm əzabına aparır. Tövbə edərək bu əməlləri tərk etməyinizi sizə nəsihət edirik.
Və aleykum salam. Bu cavabı oxuyun: Yuxuda hicab bağladığını görmək nə anlama gəlir?
Va aleykumus-sələm.
Müsəlmanın sağ olan bir adam adına sədəqə verməsi və ya xeyir bir iş görməsi və savabını ona hədiyyə etməsi icazəlidir. Adına xeyir iş görülən adamın bu xeyir işdən xəbərdar olması şərt deyil. Sizə isə gözəl niyyətinizə görə savab yazılacaq. Həmçinin oxuyun:
Va aleykumus-sələm. Mahnının növündən asılı olmayaraq dinimizdə mahnıya qulaq asmaq günahdır. Bu barədə daha ətraflı bu linklərdən oxuyun:
Salam aleykum. Balıq əti halaldır. Bu xüsusda Uca Allah belə buyurur: "O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz". (ən-Nəhl, 14).
Va aleykumus-sələm.
Əvvəla bunu qeyd edək ki, dəstəmaz və ya qüsl alarkən niyyəti dilə gətirmək düzgün deyil. Həmçinin digər ibadətlərdə də belədir. Niyyət, qəlbdən keçən istəkdir. Niyyət barədə daha ətraflı bu linklərdən oxuyun:
Va aleykumus-sələm. Əvvəla bunu bilməlisiniz ki, gələcəyi Uca Allahdan başqa heç kəs bilə bilməz. Uca Allah buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz.
Va aleykumus-sələm. Bir insanın nə zaman və harada öləcəyini yalnız Allah bilir. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir.
Va aleykumus-sələm.
Va aleykumus-sələm. Ümumiyyətlə İslam dini elmə çox önəm verir. İstər bu elm dünyəvi olsun, istər dini. Xüsusən də əgər bu elmi öyrənmək cəmiiyətə və insanlara fayda vermək məqsədi daşıyırsa, bu elmi öyrənən savab qazanmış olur.
Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, kiprik qaynaq etmək haramdır və böyük günah sayılır. Həmçinin, saç, dırnaq qaynaq etdirmək də buna aiddir.
Və aleykum Salam. Qorxunun növləri, icazəli və icazəsiz olan qorxu, həmçinin aşırı qorxaqlığa necə qalib gəlmək haqqında bu cavabı oxuyun: Qorxunun neçə növü var?
Əssələmu aleykum. Ola bilsin bu, sizin etdiyiniz duanın qəbul olunmasının əlamətidir ki, Uca Allah bunu yuxu vasitəsilə sizə bildirir. Yuxu barədə daha ətraflı bu linkdən oxuyun:
Yuxu haqqında
Va aleykumus-sələm. Donuz bütünlüklə nəcis (natəmiz) sayılır. Həmçinin donuzun qanı, əti, ətindən ayrılan yağı və piyi də nəcisdir. Lakin İslamda "şübhə etməklə yəqinlik aradan qalxmaz" deyilən qayda vardır.
Va aleykumus-sələm. Sualda qeyd etdiyiniz narahatlıq şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməmək və hər şeyi Allaha həvalə etmək lazımdır. Həmçinin, bu narahatlıq xəstəlik səbəbilə də olur. Çünki insan xəstələndikdə, orqanizmi zəifləyir və ölümü barədə narahatlıq keçirir.
Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, "vədi" cinsi əlaqədən sonra gələn mayedir. Şəhvət hissi olduqda gələn maye "məzi" adlanır. Məzinin gəlməsi dəstəmazı pozur və özü də nəcis sayılır. Yəni, paltara dəydikdə yuyulması vacibdir.
Va aleykumus-sələm. İnsanın başına gələn müsibətlər, bəlalar heç də onun pis əməl sahibi olması anlamına gəlmir. Çünki biz imtahan dünyasında yaşayırıq və bu dünyada müsibətlərin və imtahanların olması labüddür.
Va aleykumus-sələm. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə bildirmişdir ki, əsnəmək şeytandandır və insan bacardığı qədər əsnəməyin qarşısını almalıdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Əsnəmək şeytandandır.
Aleykum salam. Tövbə etdikdən sonra dəfələrlə günah edib tövbə etsəniz, tövbəniz qəbul olunar. Ona görə də ruhdan düşmək lazım deyil.
Əssələmu aleykum. Valideynləri küsülü olduqda övladlar onları barışdırmağa çalışmalıdırlar. Çünki həm atanın, həm də ananın övladlar üzərində haqqı böyükdür.
Və aleykum Salam. Ümumən dönərxana işlətmək və ya orada ruzi qazanmaq haram deyil.
Salam aleykum. Günahdan tövbə etmək peşman olmaqla, günahdan əl çəkməklə və gələcəkdə bu günahı etməmək əzmində olmaqla həyata keçirilir. Əgər edilən günahla kiminsə haqqı tapdalanırsa, bu zaman tövbəyə daha bir şərt - haqqı tapdalanan adamın halallığı əlavə olunur.
Və aleykum Salam.
Namaz qılanın pis sözlər işlətməsi düzgündürmü?
Uşağa Knyaz adını qoymaq olarmı?
İslam fiqhi: Qüslü vacib edən hallar
Və aleykum Salam. Quranda "həməzətiş-şəyətin" sözü "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Şeytandan və onun vəsvəsələrindən qorunmaq üçün bu cavabları oxuyun:
İnsanın beyninə gələn fikirlər günahdırmı?