Və aleykum Salam. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir?
Salam aleykum. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir?
1-2. Zikr və dua edərkən qibləyə çevrilmək, dəstəmaz və ya qüsl almaq vacib deyil, lakin bunlar duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri
Aleykum salam. Əgər hansısa günaha tövbə etmisinizsə, tövbəni pozduqda yenidən günah qazanırsınız. Ona görə də tövbəni pozmaq yox, günahdan çəkinməyə çalışmaq lazımdır. İstəmədən tövbəni pozduqda isə yenidən tövbə edilməlidir.
Salam aleykum. Bilmək lazımdır ki, dua yalnız Allaha aid edilir və dua edərkən Allahla öz aranızda kimisə vasitəçi tutmaq lazım deyil. Böyük ehtimalla sizin ailəyə cadu edilib.
Salam aleykum. Dünyasını dəyişən insan üçün qırx gün yas saxlamaq dinimizdə əsli olmayan əməllərdəndir. Həmçinin, oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
Və aleykum Salam. Allah üçün ağlamaq savabı böyük olan əməllərdəndir. Daha ətraflı: Dua edərkən gözlərin yaşarması barədə
Və aleykum Salam. Namazın qılınma qaydasını Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərdə öyrədib və bu namaz da bir cürdür. Ona görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qıldığı kimi namaz qılmaq lazımdır.
Və aleykum Salam. Hal dediyiniz şey elə cinin el içində bir adıdır. Müxtəlif millətlərdə cinlərə onları ayrı-ayrı məxluqlar sayaraq müxtəlif adlar verirlər.
Və aleykum Salam. Təqiyyə etmək haramdır və münafiqlərin xüsusiyyətlərindəndir. Çünki, münafiqlər üzdə özlərini müsəlman kimi göstərsələr də, daxildə İslamı inkar edirlər. Əhli-Sünnə camaat namazı qılanda hər hansı başqa firqə onlara qoşula bilər və namazı təzələməyə ehtiyac yoxdur.
Və aleykum Salam. Əgər atanız ruhi xəstədirsə, onda ata tərəfdən kişi olan bir nəfərə vəlilik təyin edilməlidir. Bu da olmasa ana tərəfdən dayı və digər kişi olan bir nəfər şəxs vəlilik etməlidir.
Və aleykum Salam. 2016-cı ildə Ramazan ayı təqribən 6 iyunda girir, bayram isə təqribən iyul ayının 5-də olacaq.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Rəcəb və Şaban aylarında nə etmək və Ramazana necə hazırlaşmaq lazımdır?
Başın hansı hissəsini məsh edilməlidir?
Dəstəmaz necə alınır?
Salam aleykum. Əsli qadağan olan şeylərdən uşaq vaxtından çəkinmək lazımdır. Əks halda onu tərgitmək çətin olur. Həmçinin, oxuyun: Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
Quran açdırmaqla gələcəyi bilmək olarmı?
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari; Muslim).
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Və aleykum Salam. Gələcəyi bilmək qeyb elmidir və yalnız Allaha aiddir. Siz isə yalnız Allaha dua və ibadət edərək, hər şeyin yaxşı olmasını istəyə bilərsiniz. Həmçinin oxuyun: Yuxu haqqında
Və aleykum Salam. Nə saqqız çeynəmək, nə də tum çırtlamaq qadağan olunan şeylərdən deyil. Lakin, bu kimi şeylərə vərdiş etmək, aludə olmaq sağlamlığa zərərdir.
Cadudan necə qorunmaq olar?
Dualarım qəbul olmur, nə edim?
Salam aleykum. Ailədən kənar əlaqə haramdır. Əgər bir-birinizi sevirsinizsə, elçi göndərib evlənmək lazımdır. Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında
Və aleykum Salam. Bunlar xurafatdandır və dini əsası yoxdur. Bu inanclar bəd əlamətlərə inanmaqdır. Daha ətraflı: Bəd əlamətlərə inanma!
Və aleykum Salam. Hansı namazın sünnə namazları varsa, o namazlar həmin namazın vaxtı girdikdən sonra qılınır. Sübh namazının vaxtı girdikdən sonra əvvəl sünnə namazı, sonra isə fərz qılınır. Zöhr namazının vaxtı girdikdən sonra əvvəl sünnə namazları, sonra Zöhr namazının fərzi qılınır.
Və aleykum Salam. Bəli, bunun müəyyən dərəcədə dini əsası var. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Gecənin zülməti, yaxud qaranlığı keçincəyə qədər uşaqlarınızı evdən bayıra buraxmayın. Çünki bu vaxt şeytanlar hər tərəfə yayılırlar".
Və aleykum Salam. Bəli, bunun üçün heç bir qadağa yoxdur. Ümumiyyətlə heç nə tövbə etməyin qarşısını almır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?
Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır?
Və aleykum Salam. Belə bir şey dinimizdə yoxdur. Özünüzə əziyyət verməyin. Allah bizdən əziyyət istəmir, Ona və Onun elçisinə itaət istəyir. Uca Allah bizə asan bir din bəxş edib. Elə bir din ki, az bir əməl ilə çox savab qazandırı.
Və aleykum Salam. Bəli, əgər nəcis quruyubsa, nəcislik hökmündən çıxır.
Və aleykum Salam. Şəriətdə cadudan qorunmaq üçün yollar bildirilmişdir, amma cadunu kimin etdiyini bilmək üçün birbaşa üsul deyilməmişdir. Allaha dua edin ki, sizə bunu göstərsin.
Və aleykum Salam. Əgər qaşlar eybəcər vəziyyətdə bir-irinə birləşiblərsə, bu halda iki qaşın arasından bir qədər götürmək olar. Digər hallarda bu əməldən çəkinməyiniz məsləhətdir.
Salam aleykum. Biz cadunun hala yol ilə məhvinin yollarını göstəririk. Sizə də cadu olunma ehtimalı var. Daha ətraflı: Cadudan necə qorunmaq olar?