13-05-2016 Terane
Kevinde ola ola başqa biri ile arxadan olmuşam bu zina sayılırmı sayılırsa buna göre halallıq alınmalıdır
Cavab:
Salam aleykum. Bu xəyanət və zina sayılır. Bu həlakedici günahdan tövbə edilməlidir. Daha ətraflı:

Zina və ondan necə qorunmaq haqqında
ardını oxu
13-05-2016 Allah bendesi
1.Əgər biri cadu eliyibse men ne ede bilerem?:|.Evdə söz söhbet çox olur cadu eliyiblər.Bunu eliyen ise en yaxın qohumumdu.Həmin adam isə namaz qılandır.
Cavab:
Salam aleykum. Bu həlak edən günahlardandır.
ardını oxu
13-05-2016
SalamAleykum. İbadət əhlinə yeni qoşulmağa başlamışam. Hələki çətinliklərim inşəallah geridə qoyaram bu çətinlikləri. Sizə bir sualım var. Böyrəklərimdə problemim olduğundan çətinliklər yaşayıram. Öz-özümdən şübhələnirəm. Mümkün qədər paltara sidik düşməməsinə çalışıram.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Sidik damcıları dəstəmazı batil edirmi?
ardını oxu
13-05-2016
Salam Aleykum.Size bir sualim var.Jer gum dersde de seytan aglima pis pis seyler getirir.eseblesirem.yafima amansiz ders oxumagima imkan vermeyen terbiyesiz seyler gelir.Namazda da.Lakin buna baxmayib."euzubillahiminezseytanirracim" deyirem.xaus edirem komek edun men ne etmeliyem?
Cavab:
Və aleykum Salam. Bu, şeytan vəsvəsələridir. Çalışın bunlara əhəmiyyət verməyin, Allahın izni ilə yavaş-yavaş həmin vəsvəsələr azalacaq. Əgər vəsvəsələrə diqqət yetirsəniz, əhəmiyyət versəniz vəsvəsələringüclənmə ehtimalı arta bilər.
ardını oxu
13-05-2016
Salam aleykum. Sizdən bir söz soruşum. Amin sözü niyə Quranda yoxdur? Axı biz o sözü tez tez işlədirik? Müqəddəs söz deyil o ? İndidən Allah razı olsun
Cavab:
Və aleykum Salam. Dinimiz Quranla sona yetmir. Qurandan əlavə Sünnə də vardır. Bu sözün Sünnədə bir çox dəlilləri var. Daha ətraflı:

"Amin" sözünün mənası nədir?
ardını oxu
13-05-2016 Zaur
Salam aleykum.İnsan öldüyünde o dünyada insanı sorğu-sual etdikde hansı dilde edecekler.Yalnız ereb dilinde yoxsa her milletin öz dilinde.Oxuduğunuz üçün teşekkür.
Cavab:
Və aleykum Salam. Dil anlamı bu dünya ilə bağlıdır. Qəbirdə və Qiyamət günü sorğu-sual hər bir insanın başa düşdüyü dildə olunacaq.
ardını oxu
13-05-2016
Salam.qadın hansı rənglərdə hicab istifadə edə bilər? Dəri çantalardan və ya ayaqqabılardan istifadə edə bilərmi? Kürk geyinməsində bir qadağa var mı?
ardını oxu
13-05-2016 Nermin
Mene pislik eden birine Allah ceza vermesini dilemek,bunun ucun dua etmek duzgundurmu? Buna gore mene gunah yazilirmi?
Cavab:

Salam aleykum. Sizə zülm edən birinə qarşı etdiyiniz bəd dua qəbul olunan dualardan sayılır. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası". (Əbu Davud, 1536).

ardını oxu
13-05-2016
salam aleykum. Teqiye- tövriyyə ne demekdir
Cavab:

Və aleykum Salam.

Təqiyyə - yalandan qarşınızdakı adamla razılaşmaq deməkdir və bu yalan olduğu üçün qadağandır. Xüsusən də, münafiqlərin əməlidir, çünki münafiqlər daxildə kafir, zahirdə isə özlərini müsəlman kimi göstərirlər. Təqiyyə yalan sayıldığına görə haramdır.

ardını oxu
13-05-2016
Salam eleykim men namaz qiliram subay men bosalmag isteyirem zina etmeden nece bosala bilerem?bunun gunah etmeden yolu varmi? Indiden cox sagolun allah razi olsun
Cavab:
ardını oxu
13-05-2016 Nala
Salam aleykum !! Suala baslamamisdan gabag suallarimi gane edecek geder cavablandirdiginiza gore size minnetdarligimi bildirirem . Allah sizden razi olsun !! Sualim beledir , menim yaxin adamimin dunyasini deyisdikde onun boynuna dusen vacib ibadetlerden kenar oldugu halda dunyasini deyisib .
Cavab:

Və aleykum Salam. Həmin ölən adamın həyat yoldaşının və övladlarının miras payında haqları var. Ona görə də onun yaxınlarına vərəsəlik çatmalıdır. Daha ətraflı:

İslam fiqhi: VARİSLƏRƏ DÜŞƏN VƏRƏSƏ PAYI

ardını oxu
13-05-2016 Əli
Salam aleykum. Allah Al Araaf suresi 175 ci ayede kimnen behs edir?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq.
ardını oxu
13-05-2016
Salam aleyküm nıye bu eqıde selefı eqıdesı adlanır bele adlandırılmasa olmaz kı?axı bız muselmanıq bele demekle bır bırımızden ayrılmış oluruq.axı hec Peygamber Sallallahu aleyhi va sellem özünü bele adlandırmamısdı.ele bıl kı her kesın bır adı olmalıdır bır bırılerınden secılmelıdır.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?
ardını oxu
08-05-2016
kiwi zovceni yoxsa anani secmelidir?
Cavab:

Salam aleykum. Şəriətdə kişinin anası və zövcəsi arasında seçim etməsi buyurulmayıb. Həm ananın, həm də zövcənin şəriətə uyğun haqları var, kişi onların hər ikisinin haqlarını verməlidir. Daha ətraflı:

ardını oxu
08-05-2016
salamun eleykum.bir saulim var.eger insanin qelbine istemeden gunah soz gelerse bu gunahdir? eger birden dildende cixsa bua gunahdir?2.imamlarin xarici gorunusu nece olub? meselen hezret elinin(r.a) hezreti omerin(r.a)
Cavab:
Və aleykum Salam.

1. Bu cavabı oxuyun: Allah haqqında pis şeylər düşünmək günahdırmı?
ardını oxu
08-05-2016 muselmanka91
Salam aleykum Əziz qardaşlar,siz niyə kişilərin qadınları üzərində olan bütün haqlarını xırdalıqlarına qədər bildirirsiniz.Amma qadınların haqlarına tam fikir vermirsiniz?Kişinin zina etmiş qadını boşanma haqqı olduğunu iddia edirsiniz.Amma qadınlar sual verəndəki,ərim və yaxud nişanlım zinakardır n
Cavab:

Və aleykum Salam. Biz heç bir sualda qadının zinakar kişidən boşanma haqqı olmadığını deməmişik. Xahiş edirik, belə bir şey olubsa, o sualın linkini bizə göndərin. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir.

ardını oxu
08-05-2016 xalide
Salam men hicama kecmey isdiyirem ama yoldasimin imkani yoxdu kece bilmirem bu mene yada yoldasima gunah sayilir mi cox temiz ureyle kecmey isdiyirem hicaba alinmir
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, sizin üçün asanlaşdırsın, sizi din üzərində sabit etsin, günahlardan qorusun və Cənnətə daxil etsin. Özünüzdə olan örtülü paltarlardan geyinin və başınızı örtün. Allaha dua edin ki, İslama uyğun paltarlar almaq üçün sizə ruzi yetirsin.

ardını oxu
08-05-2016 Fatimə
salam mən sizə bir sual vermək isdərdim.
Cavab:

Və aleykum Salam. Allahın qədəri ilə baş vermiş hər hansı bir hadisəyə görə başqalarından utanmaq və narahat olmaq düzgün deyil. Qəza nəticəsində nəfəs almağınız çətinləşibsə və dediyiniz hallar yaranıbsa, cərrahiyyə əməliyyatı etdirə bilərsiniz.

ardını oxu
08-05-2016 AllahIn qulu
salam evvelce vereceyim suala gore butun her kesden uzr istiyirem sualim beledir oglan oglanla cinsi munasibetde olduqdan sonra tovbe ederse,tovbesi qebul olar mi? Eger bu gunah mecburiyyetden olubsa bes nece ?
Cavab:
Və aleykum Salam. İnsanı bu günaha zorla məcbur ediblərsə, zor tətbiq olunan adam günah daşımır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
ardını oxu
08-05-2016
salam aleykum xaiw edirem menim sualima tezlikle cavab veresiniz Allah elminize bereket versin ve sizi xeyirle mukafatlandirsin sualim budur ki qadina eri wert qoysa ki ailenle goruwme deye qadin goruwmemelidirmi ?
Cavab:
Və aleykum Salam. Valideynlərlə əlaqə saxlamaq övladların haqqıdır. Ona görə qadına valideynlərini hərdən ziyarət etməsinə və telefonla əlaqə saxlamağa icazə verilməlidir. Tam əlaqə kəsmək düzgün deyildir. Bu, qouhmluq əlaqələrini kəsmək kimidir. Həmçinin, oxuyun: 
ardını oxu
08-05-2016
Salam Aleykum. Cəbhəmizdə gedən döyüşlərdə ölən əsgərlərimiz şəhid sayılır? Torpağı qoruyaraq ölürlərsə şəhiddir? bu Allah yolunda döyüşmək sayılır? Cəbhədəki döyüş cihaddı yoxsa adi müharibə?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Vətən uğrunda düşmən öldürmək savabdır?
ardını oxu
08-05-2016 Teymur Pasayev
Nece dualar bizi qoruyar ve pis dostlardan ceker?
Cavab:
Salam aleykum. Pis şeylərdən qorunmaq üçün öz sözlərinizdən və "müsəlman qalası" kitabında olan Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi dualardan istifadə edə bilərsiniz.
ardını oxu
08-05-2016 hekim
salam aleykum.eger yoldaşim icaze vermirse qAn vere bileremmi?evvelceden cvblandirdiginiz ucun cox sagolun
Cavab:
Və aleykum Salam. Ər icazə vermirsə, qan vermək düzgün deyil, çünki bu ailədə özbaşınalığa səbəbdir. Ümumiyyətlə zəruriyyət halları istisna olmaqla kişinin icazəsi olmadan qadının evdən çıxaraq başqa yerə getməsi icazəli deyil.
ardını oxu
08-05-2016 Çobanyastığım
Aleykum Salam.Mən rəsm çəkirəm.Bu yaxınlarda bir şey oxudum .Günahdı yazılmışdı canlı şəkili çəkmək.Bu nədənsə pis təsir elədi mənə.Yəni insan fikirləşirki çəkə çəkə mən günahımı daha da çoxaltmış oluram.Rəssamlıq haqqında sizin fikirlərinizə ehtiyacım var.
Cavab:
Və aleykum Salam. Cavab verməzdən əvvəl qeyd etmək istərdik ki, biz sual-cavabda öz fikirlərimizi yox, Allahın və Onun Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sözlərini yazırıq. Bu cavabları oxuyun:
ardını oxu
08-05-2016
Salamu aleykum.Hədislərdə peyğəmbərin merac hadisəsi bildirilir.və namazın 50 vaxt olduğu deyilir.sonra peygəmbər gəlir musa peygəmbərin yanına ona deyir get Allaha de bu namazı mənim ümmətin yüklənə bilməz.Allah azaldır və peyğəmbər bir neçə dəfə gedib gəlir.Axırda Allah namazların sayını 5ə endiri
Cavab:

Və aleykum Salam.

ardını oxu
06-05-2016
Salam.əvvəlcədən cavaba görə minnətdaram.biz kebin kəstirənde iştirak etmemişik ancaq hər iki tərəfin razilıgı əsasında kəsilib.yəni qaynim aparıb sənətlərimizi verib,kəbinimizi kəsiblər.artiq 8ildi evliyik,2evladımız var.bu düzgündü.əgər deyilse nə etməliyik.
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa, yeni kəbin kəsdirməyə ehtiyac yoxdur, çünki hamı sizin evliliyinizə şahid olub.

ardını oxu
06-05-2016 Allah bendesi
salam menim sualim odurki bezen gece yatarken yixilan kimi quyuya duwen kimi olur insan tez seksenerek oyanrsan bu hal hamida olur bildiyme gore? bu neyle baglidir bele hallar niye olur? ne demekdi bu?mende cox tez tez olur
Cavab:

Və aleykum Salam. Belə halların baş verməməsi üçün yatmazdan qabaq zikrləri oxumaq lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

ardını oxu
06-05-2016 Mehriban
Salam.Hər gün 100 salavat çəkməyin savabı nə qədərdir. Əvvəl verdiyim sualara cavab verdiyiniz üçünçox Sağ olun.
ardını oxu
06-05-2016
Esselemu aleykum. 1.Zikr proqramalari var telfonlar üçün,zikri saymaq meqsediyle onlardan istifade etmek olarmı?Bu bidet sayılırmı? 2.Namazdan sonraki zikrler, ve ya seher ve axsham zikirlerinde "Musalman qalasi"nda bezilerini sayı gösterilmeyib,onlari neçe defe demek lazimdir?
Cavab:

Və aleykum Salam.

1. Zikr proqramları vasitəsilə zikr etmək bidətdir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zikri sağ əlinin barmaq buğumları ilə edərdi. Daha ətraflı: 

ardını oxu
06-05-2016
Salam.bos vaxtim olanda tesbehi goturub zikr edirem(yeni 34-allahu ekber,33-subhanallah,33-alhemdu lillah,1-la ilahe illallah).bunu etmek gunah deyil,yeni namazdan kenar vaxt etmek.ozum namaz qilmiram seraite gore.allah razi olsun sizden
Cavab:
Və aleykum Salam. Cavan və yaddaşı yerində olan adamın təsbeh ilə zikr etməsi düzgün deyil və bidət sayılır. Zikrləri barmaq buğumları ilə etmək lazımdır. Daha ətraflı:

Şərait olmadığı üçün namaz qılmıram
ardını oxu
06-05-2016
Salam menim bir qizdan xowum gelir tezelikce gormuwem qizi ama bilmirem qiza nece soz gonderim adinda bilmirem qizin qizi iki defe gormuwem men ne etmeliyem mene komek edin sagolun allah razi olsun sualimi tez bir zamanda cavablandirsaz sevinerem
ardını oxu
06-05-2016
Salam Aleykum.men namaz qılırdım amma düzgün yox gah qıldım gah yox.indi tamam qılmıram.2ilə yaxındı ailə qurmuşam övladım olmur.Allaha üsyan eliyirem.herden esebleşirem deyirem cehenneme hec olan günü olmasın.amma sonra peşman oluram.Məscidə tək gedib Allaha yalvrib bagişlanmaq dilemek istiyirem.çü
Cavab:
Və aleykum Salam. Yoldaşınızı başa salmağa çalışın ki, övlad Allahın verdiyi paydır, onu istədiyinə verir, istədiyinə vermir. İstədiyinə də övlad verməyi gecikdirir. Səbr edin və Allahdan ümidinizi üzməyin. Allaha çoxlu dua edin. Həmçinin, oxuyun:
ardını oxu
06-05-2016
Men sevdiyimle elaqede olmuwam mene sahib cixib bu gunah sayilirmi?
Cavab:
Salam aleykum. Bu əməl zina sayılır. Sualda "sahib çıxıb" sözü başa düşülmür. Xahiş edirik sualı aydın yazın. Həmçinin, oxuyun: Zina və ondan necə qorunmaq haqqında
ardını oxu
06-05-2016
Kim ehli sie ve ehli sunnunu yaratmisdir?
Cavab:
ardını oxu
06-05-2016
salam akeykum.Mene cox zulm eden biri dunyasini deyişdi. Ureyimde soyurem .sonra esteqfurlah deyirem .Ozumden asili deyil .İcimde basqa adam var ve her an halalliq vermirem deyir .gunah deyilki
Cavab:
Və aleykum Salam. Əgər həqiqətən də həmin insan sizə zülm edib və ölməmişdən qabaq halallıq almayıbsa, ona halallıq verməyə bilərsiniz. Lakin bağışlasanız bu sizin üçün daha yaxşı olar.
ardını oxu
06-05-2016
salam aleykum menin sevdiyim bir oglan var ve bizim munasibetmz coxgozel davam edir allah qismet ederse aile quracayiq insallah .halhazirda aramizda kebin yoxdur ve biz goruwerken el ele tuturuq bu zaman qusul almaq lazmdirmi.? coxsagolun
Cavab:
Və aleykum Salam. Sizin bu etdiyiniz düz deyil və nəticədə zinaya gətirə bilər. Həmçinin, toy olana qədər sizin görüşməniz düzgün deyildir. Əl-ələ tutduqda isə qüsl pozulmur. Daha ətraflı: 
ardını oxu
06-05-2016 ROYA
salam menim qelbimde qeribe hiss var.ozumden asili olmadan ALLAH sozunu deyildiyini hiss edirem.meni pis yollardan cekindirir bu nedir?bezileri deyir iman hissidir.axi men azyasliyam 11de oxuyuram meger genc adamda iman hissi olur?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər bir körpə fitrəti üzə­rində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xris­tian, ya da məcusi edir". (əl-Buxari, 1359). Bütün uşaqlar günahsızdır.
ardını oxu
05-05-2016
Aileden biri olenden sora aile uzvuleri kocub harasa getse olenin ruhu inciyirmi ya yox
Cavab:
Salam aleykum. Bunun ölən insana aidiyyatı yoxdur, çünki o, başqa bir aləmdə - bərzəx (qəbir) aləmindədir. Ölən insanın bu dünyada olanlardan xəbəri olmur. Daha ətraflı: Ölülər bizi eşidirlərmi?
ardını oxu
05-05-2016
Bagislayin bele bir sual verecem cennetde momin kisiler hurilerle evlenecek bes momin qadinlar?
ardını oxu
05-05-2016 rauf
Salam Dəstəmazlı olan halda qadın toxunarsa dəstəmaz pozulur
Cavab:

Və aleykum Salam. Dəstəmazlı olana qadının toxunması dəstəmazı pozmur. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər

ardını oxu
05-05-2016 Rauf
Salam Aleykum Bankda işləmək haramdır və açıqlama versəniz yaxşı olar
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Bankda işləmək olarmı?
ardını oxu
05-05-2016 anonim
Salamun aleykum.onceden haqqinizi halal edin..sac yaw ola ola destamaz almaq olarmi?
Cavab:
Və aleykum Salam. Saç yaş ola-ola dəstəmaz almaq icazəlidir və bunun üçün heç bir qadağa yoxdur. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər
ardını oxu
05-05-2016
Salam.men namaz qilmaq isteyirem yoldaşımgilin ailesi möhürile qilir.biz teref möhürsüz qılır.yeni onlar şiə biz sünnüyük.men nece qilmalıyam?.mende möhürle qila bilerem.bu günah deyil ki?.qıldıgim namaz batil olmaz ki?
ardını oxu
05-05-2016
Salam.Təzə aldigimiz evdə mövlüd vermək isteyirik.əgər olarsa necə verilməlidi.nə zaman verilməlidi.cavaba göre çox sag olun.Allah razı olsun.
ardını oxu
05-05-2016
salam menim dostum imtahana pul verib kecmese imtahandan keserler onun pulla kecmesi duzgundurmu?
Cavab:
Və aleykum Salam. İmtahanı məqbul vermək üçün ona hazırlaşmaq lazımdır. Lakin, pul verib keçmək rüşvət sayılır. Daha ətraflı: İmtahadan keçmək üçün pul vermək olarmı?
ardını oxu
04-05-2016 Sevinc
SalaMUN ALEYKUM .size sualim odurki.burclere inanmaq olarmi.yeni bezen deyirler filan burcle evlenseniz yola getmezsinin filan ...bunlara inanmaq lazimdirmi??
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Ulduz falına inanmaq barədə
 
ardını oxu
04-05-2016 Ferid
Salam Aleykuma bele bir iw gorduyuvuz ucun Allah razi olsun size gelecekde ugurlar arzulayiram.meni maraglandiran sual budu ve xaiw edirem Quran ve Alimlerin sozleriyle cavablandirasiz.Ewitmiwem Namehrem ile tanimag meqsediyle daniwmaq olar?onda ele cixir internetdede daniwmaq olar ?beyem o dovurde
ardını oxu
04-05-2016 [email protected]
Assalamu aleykum. Qadinlar heyvan veya toyuq kese bilermi? kese bilmezse hansisa hedislerde delili varmi?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qadınlar heyvan kəsə bilərlərmi?
ardını oxu
04-05-2016 Gulnareden
Salam.men24 ildi aileliyem resmi nigahla ama dini nigahim yoxdu,isteyrem mescide gedim axunddan xahis edub dini nigah qildirim,bir qebahet olmazki?xahis edirem cavablandirin. cox dusunurem bunu ku gunah qazanmisiq biz
ardını oxu
04-05-2016 zehra
yuxuda aglayiram oyana bilmirem niye bele olur?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Pis yuxulardan necə qorunmaq olar?

ardını oxu

Pages