26-10-2015 nusalov
as salam aleykum va rahmatullahi va barkatuh.size texminen yarim ay qabaq bir sual vermisdim ve cavablandirilmadi bu nedendir?2 sualim biraz uzun olacaq ama etrafli cavab versez sevinerem ve mumkunse biraz tez cavablandirsaz.men telebeyem insaallah 1 hefdeden gedirem xarice.ve biz orda 1 gun ev axta
Cavab:

Va aleykum Salam va rahmətullahi va bərakətuh. Siz orada yerləşib rahatlıq tapana qədər səfər namazı qıla bilərsiniz. Səfərdə olarkən zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirməyə və 4 rükətli namazları 2 rükət qılmağa icazə verilir.

ardını oxu
26-10-2015
salam aleykum men cume gunleri mecide gedmek istiyirem amma anam razi deyil getmeyime men onun sozuna baxmiyim getsem gunah iwlemiw oluram?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.

ardını oxu
26-10-2015 Ehlibeyt ashiqi
Allahin salami olsun salama layiq insanlara meyer bu aye bucur nazil olamyibmi?Allah ve onun Resulu bir sheye hokum verdiyi halda hec bir muselman kishinin ve muselman qadinin bir soz demeye haqqi yoxdur?Allahin Resulu hokum verdiki Ehlibeytimi sevin,bes kimin haqqi varki buna etiraz etsin ve bashqa
Cavab:

Va aleykum Salam.

ardını oxu
26-10-2015 Resul
Salam Aleykum menim muselman qardasim. Siz bir soz sorusmaq isterdim Oluler ucun quran tapsirmaq olar Yasin oxumaq . Atam rehmete gedib ve her gun yuxuma girir men de onun ucun quran tapsirmaq isteyirem Quran tapsira bilerem?
Cavab:

Va aleykum Salam. Ölən insan üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, bunun dini əsası yoxdur. Nə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə də onun səhabələri bunu etməmişlər.

ardını oxu
26-10-2015
Salam aleykum. Men cox boyuk sixinti icerisindeyem. Menim ailemde boyuk bir problem var. menim atam anam ile ayrilib. bize cadu eden var, ve bilirik bu kimdi. Menim 2 bacim var. onlardan boyuk bacim sevdiyi e gore herwey edir. Oglan ise bunu aldadir. Bacim bu oglannan el ceke bilmir.
Cavab:

Va aleykum Salam. Falçıya getmək və digər günah əməllər istisna olmaqla ananıza tabe olmağınız vacibdir, amma bununla yanaşı səbirlə və Allahdan kömək istəyərək onu və bacınızı haqqa dəvət etməkdə davam edin, əxlaq çərçivəsindən çıxmamaq şərtilə bunun üzərində israr edin.

ardını oxu
26-10-2015
salam.sizə 3 sualım var. 1.camaat namazında durarkən bir-birinin arxasıycan durmaq olar?(3 nəfər)yoxsa hamı yanyana durmalıdır? 2.camaatnamazında imam və ona iqtida edənlər necə niyyət etməlidir? 3.camaat namazında imam namazı əvəlldən axıra qədər uca səslə deməlidir?yoxsa ancaq həmd-surəni??
Cavab:

Va aleykum Salam.

1. Xeyr, camaat namazında imamın arxasında dayananların arxa-arxaya dayanması doğru deyil. İmam qabaqda, tabe olanlar isə imamın arxasında yanaşı dayanmalıdırlar. Məsələn; üç nəfər namaz qıldıqda, biri qabaqda, ikisi də onun arxasında durur.

ardını oxu
24-10-2015
Yolda olarken namaz qila bilmeyen qezasini sonra qilmalidirmi?
Cavab:

Salam aleykum. Uca Allah müsəlmanlara asanlıq olması üçün səfərdə namazları birləşdirməyə icazə vermişdir.  

Səfər namazı necə qılınır? 

ardını oxu
24-10-2015 Sebine
Meherremlik gununde mersiye oxunan gunler eyer uzurlu olsaq orda iwtirak etmey dogrudu yoxsa yalniwdi?
Cavab:

Salam aleykum. Məhərrəm ayında mərsiyə oxumaq, özünü döymək və s. şeylərin dinlə heç bir əlaqəsi yoxdur. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?

ardını oxu
24-10-2015
Salam. Sualım budur ki, Ashura gününde oruc tutmalıyıq. Hem bundan 1 gün once hem de bir gün evvel.bes Ashura ve ondan sonrakı günde oruc tutmaq olarmı? Yeni Meherremlik ayının 10 ve 11 ci günü.sagolun!
Cavab:

Və Aleykum Salam. Aşura orucunu Məhərrəm ayının 9-u və 10-u və ya 10-u və 11-i və ya ardıcıl olaraq 9, 10, 11-i tutmaq olar. Daha ətraflı: Aşura orucu haqqında

ardını oxu
24-10-2015 agdam
porn saytlara baxmaq gunahdir
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı? 


 

ardını oxu
24-10-2015 agdam
salam menim 17 yasim var namaz qilmaq istiyirem bilmirem hansi namazi qilam sie yoxsa sunnu zehmet olmasa mene komek edin
Cavab:

Va aleykum Salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qıldığı namazı öyrənmək istəyirsinizsə, saytdakı NAMAZ VİDEOSUNA baxın. Həmçinin, oxuyun:

ardını oxu
24-10-2015 Allah bendesinden
Salam Aleykum.Qisda hava cox soyuq oldugu ucun seherler su problemi olur bizde.bide evimiz cox soyuq olur.yeni qisacasi imkan yoxdu .mende yeni namaza baslamisam.yeni ancaq subh namazini qeza edib gunorta namazindan sora qila bileremmi.?? Xahis cvb yazin
Cavab:
Va aleykum Salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vaxtında qılmağı vacib buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
ardını oxu
24-10-2015
Spirte el vurmaq olarmi?
Cavab:

Salam aleykum. Bəli, spirtə əl vurmaq olar və bu hal dəstəmazı pozmur. Həmçinin, oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
24-10-2015 Nika
Salamlar sizə belə bir sualim var deyilənə görə etdiyin bir dua 40 gün ərzində özünü göstərir bu düzdür??
Cavab:

Va aleykum Salam. Xeyr, bu fikir doğru deyil. Duanın qəbul olmaması üçün bəlli bir vaxt yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər".

ardını oxu
24-10-2015 ceyhun
Salam Aleykum Men tivbe etdim ve bilmeyerek yan istemiyerek tovbe ediyim seyi eledim tovbe pozulurmu
Cavab:

Va aleykum Salam. Bilməyərəkdən tövbəni pozan günah qazanmır, lakin, yenidən həmin günaha görə tövbə etməlidir. Daha ətraflı bu cavabları oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
24-10-2015
Salam aleykum . Ebese suresi 1-12 ayelerin izahini yazardiz zehmet olmazsa. Allah razi olsun.
Cavab:
ardını oxu
24-10-2015 Teymur
Hamamda çimərkən lüt dəstəmaz almaq olar? Ya da alt paltarda (tumanda) dəstəmaz olmsq olar?
Cavab:

Salam aleykum. Bəli, hər iki halda dəstəmaz almaq olar. Həmçinin oxuyun:

Dəstəmaz almaq qaydası - VİDEO

Dəstəmazı pozan amillər

ardını oxu
24-10-2015
bir kisi bir qadin taniyir ve bilirki o evvel zina edib tovbesi yoxdu isdiyirki onla qisa yeni bir nece saatliq mute etsin ede biler? ikinci sual>>>birinci sualdaki kimi sualdi ama qadin kisiden pozgun oldugunu demir ve bir biriyle mute etmek isdeyirler bu haramdi?
Cavab:

Salam aleykum. İstər zina, istərsə də siğə hər ikisi günahdır və haram əməl sayılır. Daha ətraflı: Nəyə görə siğə etmək olmaz?

ardını oxu
24-10-2015
Qurban etini et masininda cekmek olarmi?
Cavab:

Salam aleykum. Bəli, Qurbanı ətini ət maşınında çəkmək olar və bunun qadağan olması ilə bağlı heç bir dəlil, əsas yoxdur.

ardını oxu
24-10-2015 Aynur
Salam Aleykum, bize deyilen.melumata gore qapimiza olu torpagi tokulub, kimin.etdiyini bilirik, ailem dagilib.bu yaxinda, xahis.edirem bunun ucun.ne etmek.lazim.oldugunu deyin Allah xetrine,
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
24-10-2015 fidan
salam men namazqilan bir insanam ama arada bir qilma gelmir icimden yalan yereozumucun behaneler qururam bir sozle ozumozumu aldadiram .. mence bunu seytan qoymurrryeni meni dinimden yayindirir men ne ede bilerem ne suresi var? ne duasi var? mene deyin xaiw edirem seytani uzaqlawdirim ozumden
Cavab:

Va aleykum Salam. Bunun üçün xüsusi dua yoxdur, imanı artırmaq lazımdır. Bu cavabları oxuyun:

İmanı artırmaq üçün nə etməliyik?

ardını oxu
24-10-2015 Rovshen
Salam Aleykum! Cadu,sehr,fal Islamda qadagan olunun.Bes Xristiyanliqda ve Yahudilikdede qadagandir???? Evvelceden Tesekkurler.
Cavab:

Va aleykum Salam. Bəli, bütün səmavi dinlərdə cadu şeytan əməli kimi pislənib. Belə ki, Uca Allah buyurur: "Onlar (Yəhudilər) Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı.

ardını oxu
24-10-2015
salam aleykum bilmek isterdim evde ne qeder qizil saxlamaq olar eshitdiyime gore eger qizil hansisa miqdardan coxdusa onun hansisa misli qeder zekat cixarmalisan ALLAH elminize bereket versin Allah sizden razi olsun.
Cavab:

Va aleykum Salam. Zəkat 85 qram qızıl və ya bu dəyərdə pul mövcud olduqda vacib olur. Sonra isə bu məbləğ azalmamaq şərtilə bir il keçdikdən sonra əldə olan məbləğdən 2.5 faiz dəyərində pul çıxarılıb ehtiyacı olanlara paylanılır.

ardını oxu
24-10-2015 Abdulrazak
Asalamualeykum . men heyetde it sahlamag isteyirem ,amma eshitmishem ki evde ve ev etrafinda it sahlamag olmaz , cunki o halda melekler eve dahil ola bilmir ,ve hetta Muhammed peygember S.A.S itleri sevmezdi? bu negeder duzgundi? Allah razi olsun
Cavab:
Va aleykum Salam.

Bəli, it olan yerə mələklər daxil olmur. Daha ətraflı: Nəyə görə evdə it saxlamaq olmaz?
ardını oxu
24-10-2015
Salam Aleykum. erim ibadet ehlidi.
Cavab:

Va aleykum Salam. Ərinizin naməhrəm qadınlara baxması göz zinası sayılır. Bununla o həm günah edir, həm də sizin haqqınıza girir, ona görə də siz onu bundan çəkindirməyə çalışın.

ardını oxu
22-10-2015
Salam . Axşam yatmışdım və səhər ayılanda sağ qoluma ALLAH Yazılmışdı . Nə deməkdir açıqlama verədiz .
Cavab:

Va aleykum Salam. Bununla bağlı şəriətdə hansısa məlumat verilməyib və belə şeyin baş verməsi dində hər hansısa bir fəzilət, üstünük sayılmır. Bu hadisənin baş verməsi ilə insanlar "yəqin vergi veriləcək" deməklə sizi çaşqınlığa salmasın və şeytanın vəsvəsəsinə uymayın.

ardını oxu
22-10-2015
salam aleykum,1).bir insana cin giribse ve bu adamin bundan xeberi olmadigi halda sonra o adamdan bir usaq dunyaya gelse hemin cin ve ya onun neslinden olan biri gen vasitesile ve ya her hansi yolla dogulan usaga da musallat olur? 2).bezi medyumcular cadunun her novunun haram olmadigin deyir,yaxsi
Cavab:

Və aleykum Salam.

1. Bunu dəqiq demək mümkün deyil. Ola bilər, həmçinin olmaya da bilər.

ardını oxu
22-10-2015 Ceyhun
Salam Aleyküm. Tövhid haqqında bilmek isteyirem.
Cavab:

Va aleykum Salam. Bu məqalələri oxuyun:

İslam və iman nədir?

Tovhid nədir?

ardını oxu
22-10-2015
Rauf adı Allahın ismidi manim adım Raufdur. Mani bu addan cagırmaq günahdirmı.
Cavab:

Salam aleykum. ər-Rauf Uca Allahın adlarından biridir. Bu adın mənası mehriban, şəfqətli olan deməkdir. Bu adı insana qoymaq olar. Amma daha yaxşı olar ki, bu adın qarşısına "abd - qul" sözü də qoyulsun. Ancaq "ər-Rauf" adını qoymaq icazəli deyil.

ardını oxu
22-10-2015 aynur
Destemaz almadan Qurana el basib tovbe etmek sayilir mi?
Cavab:

Salam aleykum. Ümumən Qurana əl basmaq düzgün deyil. Ancaq Qurani-Kərimə Allahın Kəlamı kimi and içmək olar və tövbə niyyəti ilə and içilərsə, bu tövbədən sayılır. Daha ətraflı:

Qurana əl basaraq and içmək olarmı?

ardını oxu
22-10-2015 aynur
Qurana el basib emel etmemeaak gunah sayilirmi?
Cavab:

Salam aleykum. And içməyi qəsd edərək camaat arasında yayılan "Qurana əl basmaq" düzgün deyil. Ancaq Qurani-Kərimə Allahın Kəlamı kimi dil ilə and içmək olar. And içib əməl etməmək günah sayılır və buna görə and kəffarəsi verilməlidir. Daha ətraflı:

ardını oxu
22-10-2015 R.Muradov
Əssələmu ələykum. Qardaw bir weyi deqiqlewdirmek isterdim.zehmet olmasa deqiq cavab isteyirem. Quran oxuyuram,daha dogrusu teze bawlamiwam oxumaga. Bilmek istrdim ki uzun surelerde yarida saxlayib sonra novbeti gun ve ya novbeti hefte hemin qaldigim yerden davam ede bileremmi?
Cavab:

Va aleykum Salam. Bəli, yarımçıq qaldığınız yerdən davam edə bilərsiniz. Bu zaman Fatihə surəsi ilə yox, "istiazə" (əuuzu billəəhi minəş-şeytaanir-raciim) ilə başlamaq lazımdır.

ardını oxu
22-10-2015
Qonaqliqda olarken seferde olarken namaz qilimmasa olarmi?
Cavab:

Salam aleykum. Nə səfərdə, nə də qonaqlıqda namazı müvəqqəti də olsa tərk etmək olmaz. Səfərdə Allah bəndələrinə yüngülləşdirmə olsun deyə, namazları qısaltmağa və birləşdirməyə icazə verib. Belə ki, zöhrlə, əsri, məğriblə də işanı birləşdirmək olar.

ardını oxu
21-10-2015
Salam aleykum. Demek olarmiki Allah xatirine bu iwi gor? Filan weyi Allah xatirine soyle
Cavab:

Va aleykum Salam. "Allah xatirinə bu işi gör" və ya "Allah xatirinə filan şeyi söylə" demək olar və Allah xatirinə istədiyiniz kimsə də istəyinizi imkan daxilində yerinə yetirməyə çalışmalıdır. Lakin bunu adət halına salıb hər bir xırda işdən ötrü bu cür istəyərək insanları narahat etmək olmaz.

ardını oxu
21-10-2015 Allahın qulu
Salam aleykume.Necəsiz?Yaxşı olasız İnşallah.sualım busurki yuxuda cünub olanda qadın görəndə şəhvət hissi olur.Həmin qadın şeytan olurmu?Saytda görmüşəmki yazmısız belə yuxular şeytannandır.Suala Vavab yazarsız İnşallah.Allah canvızı sağ eləsin.
Cavab:

Va aleykum Salam. Yuxular üç növdür. Bu yuxu gündəlik fikirlərdən yaranan və ya şeytanın vəsvəsi nəticəsində görülən yuxulardandır. Belə yuxular görməmək üçün oyaq vaxtı gözü haramdan çəkmək, yatmazdan qabaq isə zikrləri oxumaq lazımdır. Daha ətraflı:

ardını oxu
21-10-2015
Salam mömün qadının yoldaşı nece geymeli?
Cavab:
Və aleykum Salam. Səhih hədislərdən məlum olan odur ki, müsəlman kişi gözəl və səliqəli geyinməyə çalışmalı, əzaları bildirəcək qədər dar geyinməməlidir. Həmçinin, dizdən yuxarı hissəsi açıq olmamalıdır və ipək paltar geyinməməlidir.
ardını oxu
21-10-2015
Salam. Men her axşam 7 defe Ayetul kursi oxuyuram. Amma oxuyarken menden asılı olmayaraq ağlıyıram ya da gözlerim yaşarır. Bu nedendir?? Teşekkürler
Cavab:

Va aleykum Salam. "Ayətul-Kursini" (əl-Bəqərə, 255) hər axşam 7 dəfə oxumağa ehtiyac yoxdur. Yatmazdan qabaq bir dəfə oxumaq kifayətdir. Lakin, əgər insan Quran ayəsini oxuyarkən qeyri-ixtiyari əsnəmə, ağlama, əsmə, diksinmə, həyəcanlanma və s. olursa, bu cadu olunmanın əlamətlərinə oxşayır.

ardını oxu
21-10-2015 nusalov
as salam aleykum va rahmatullahi va barakatuh.bir coxlari suya felaq nas ixlas surelerini oxuyub sora o suyu etrafa ciliyirler.bu bidetdirmi yoxsa buna icaze varmi
Cavab:

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur.

ardını oxu
21-10-2015
Salam aleykum Qardaşlar. Menim tanidiğim bir rus aylesi var. Mənə öz tanidixlari bi dənə rus qız evlenmek üçün təklif eliyibler. Amma qiz rusyadadi. Mene qizin aylesi deyir ki zeng edib birbirizitaniyin. Mende elhemdulillah müselmanam isdemirem ki serietden kenara cixim.
Cavab:

Va aleykum Salam. Əvvəla, evlənmək üçün zəng ilə tanış olmaq bir az qəribə səslənir, amma ümumən hər ikiniz həddi aşmadan, məhrəmlərin iştirakı ilə telefon və ya video zənglər vasitəsi ilə bir-birinizi görüb tanıya bilərsiz.

ardını oxu
21-10-2015 Revan
Salam Aleykum ve Rehmetullah ve Bereketuhu. "Le Ilah Velle Alemin Deccur" duasinin menasi nedir bilmek isterdim. Bezi satylar bunu cin çağirma duasi kimi qey edirler. Allah sizden razi olsun. Elminize quvvet versin. Amin!
Cavab:

Və aleykum Salam və rahmətullahi va bərakətu. Quran və Sünnədə belə bir dua yoxdur, həmçinin bu dua ərəb dili baxımından düzgün yazılımayıb. Düzgün yazılsa belə, dinimizə görə cinlərlə əlaqəyə girmək, onları çağırmaq olmaz. Bu sehrə, caduya qapı açır. Cadu və sehr etmək ən böyük günahlardandır.

ardını oxu
21-10-2015 Arzu Eliyeva.(((M)))
Salam.Menim Toyum olasidi Atam ise bizden kusuludu ayri yasayir hec menende danismir.Nikahcun Atamdan razilix nece goturey o bizi gormey bele istemir imtina edib bizden.Atam istemiyirki menim istediyim oglanla Aile qurum neyniyim qismetim o imis.hammi razidi birce Atam razi deyl Nikah nece edey biz.
Cavab:

Və aleykum Salam. Nigahda vəlinin razılığı vacibdir. Vəli ilk növbədə qızın atası sayılır. Əgər vəziyyət dediyiniz kimidirsə, onda qardaşınız, yoxdursa əminiz, babanız və s. vəli ola bilər.

ardını oxu
21-10-2015
Salam aleykum. Sehih veya zeif hedislerde olulere yasin suresini oxumaq haqqinda hedis varmi? 2.teqva ne demekdir? Allah subhane teala reqvalilari sevirmi?.
Cavab:

Va aleykum Salam.

ardını oxu
21-10-2015 Abbas
Salam Aleykum. Menim size bir sualim var xais edirem cavablandirasiniz. "Qiyamet gunu nicat tapanlar Eli ve onun sieleridir"Hz Mehemmed(s.a.v) peygember buyurub bu aye duzdurmu ve ne menada verilib?
Cavab:

Va aleykum Salam. Xeyr, bu doğru fikir deyil. Qiyamət günü möminlər nicat tapacaq. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Daha ətraflı: 

ardını oxu
21-10-2015 Elmeddin
Ebu Bekir Ve Ömer DeyiLene Göre Cennetle Müjdelenmiş Sehabilerdi.Bu ne derece Düzgündür ? Axi Onlar Hz.Fatime Anamiza Zülm EdibLer..Ehli-Beyte Düşmençilik Edende Şübhesiz Allaha Qarşi Düşmençilik etmiş olur.Hedis var Bu Barede...Mümkünse SuaLimi cavabLandirasiniz..
Cavab:

Salam aleykum. Bəli, adlarını çəkdiyiniz və onlarla yanaşı digər səhabələrin (Allah onlardan razı olsun) də sağlığında ikən Cənnətlə müjdələnməsi doğrudur. Onların Fatiməyə (Allah ondan razı olsun) zülm və əziyyət vermələri isə heç bir əsası olmayan uydurma iddialardır. Daha ətraflı:

ardını oxu
21-10-2015 *
salam. Gusul alarken qibile terefe uzumuz qalmalidi?
Cavab:

Va aleykum Salam. Xeyr, qüsl alarkən qibləyə tərəf dayanmaq lazım deyil. Həmçinin, oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
21-10-2015
Salam necəsiniz ? Sizə bir neçə sualım olacaq xahiş edirəm cavablandırın. 1) Namaz qılmayan insanların yaxşı əməlləri qəbul olunur ? 2) Göz zinası ilə kəbinsiz edilən zinanın cəzası eynidir ? 3) Bir kişi 2 zövcəsi ilə eyni yataqda yatmalıdır ?
Cavab:

Va aleykum Salam.

ardını oxu
21-10-2015
salam aleykum. bir ateist sual verdi cvb vere bilmedim.deyirki Allah herweye qadirdirse bes Allah ölə bilermi?
Cavab:

Va aleykum Salam. Bu sualı vermək, cahil insanın bilikli bir riyaziyyatçı alimdən "2+2=5" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir.

ardını oxu
20-10-2015 yagmur zaqataladan
salam men istirem ki vetenin kesiyini qiz ceke bilermi sexsen men bunu etmek istirem
Cavab:

Va aleykum Salam. Qadının cihadı həccdir.

ardını oxu
20-10-2015
Pişik quranın yanında yatır. Bu nə deməkdir
Cavab:

Salam aleykum. Bu normal bir haldır və şəri baxımdan bunun hər hansı bir yozumu yaxud izahı yoxdur. 

ardını oxu
20-10-2015
salam aleykum bilmek isterdim qadinin mashin surmesi dinimize gore necedir? ALLAH elminize bereket versin
Cavab:

Va aleykum Salam. Qadınların müəyyən şərtlər çərçivəsində avtomobil sürməsində heç bir qəbahət yoxdur. Çünki, elə zəruri hallar olur ki, qadın avtomobili sürməzsə, naməhrəmlə təklikdə bir avtomobilə minmək məcburiyyətində qala bilər.

ardını oxu

Pages