15-09-2015
Salam aleykum.bu soz In şə Allah ya inşallah yoxsa inşəallah kimi yazilir? dogru yaziliş necədir.2məsələn inşallah sagalarsan iişin düzələr demək olarmi.yoxsa inşəallah demək olmaz belə sozlərdə.naçaz qilan insana Allah qebul elesin demek olar olarmi yoxsa bidetdir
Cavab:

Aleykum salam.

ardını oxu
15-09-2015
Əs sələmun aleykum və rəhmətullahi və bərəkətu.1.Namaz qildiqdan sonra zikrleri oturub etmek lazimdir yoxsa durub bawqa yerde de etmek olar.etmesek gunahdirmi.?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
15-09-2015
Salam qohum oqlan ozunu oldurub asib yeni onu sevirdim heqiqeten coox nece edim gunahi baqiwlansin Allah onu baqiwlamazmi? Men onu o biri dunyada gore bilerem?
Cavab:

Aleykum salam. İntihar etmək Cəhənnəm əzabına səbəb olan böyük günahlardandır. Daha ətraflı: İntihar etmək haqqında

ardını oxu
15-09-2015 Gunahkar bende
Salam .Cox uzr isteyirem vaxtinizi aliram. Amma bir-nece sual meni cox maraqlandirir. Bu barede sizlere muxtelif suallar veribler ama cavab tam aydin olmur mene .
Cavab:

Aleykum salam.

ardını oxu
14-09-2015 Nokər
Salamun Aleykum Bismillahir-Rəhmanir-Rəhim Düzü bilmədim siz dini suallara cavab verirsiz ya sayt haqda ama mən sualımı verim İnsAllah ki,aydınlıq gələr... Mən bir xanımı sevirəm,qarşılıqlıdır. Anam bacılarımla tanış eləmişəm.Bir müddət yaxşı münasibətləri var idi.Sonralar bacılarımla aralarında
Cavab:

Aleykum salam. Uca Allah valideynlərlə gözəl davranmağı, onlara hətta "uf" deməməyi əmr etmişdir. Amma bütün haqq sahiblərinin haqqı verilməlidir, qadının haqlarından biri də ayrıca mənzil tələb edə bilməyidir.

ardını oxu
14-09-2015
salam uzaq bir yere gedende meselen bir rayondan basqa rayona qonaq gedende namazi evdeki kimi qilmaq olar yoxsa sefer namazi qilmaq lazimdir?
Cavab:

Aleykum salam. Uzaq rayona getdikdə səfər namazı qılınır. Daha ətraflı: Səfər namazı necə qılınır?

ardını oxu
14-09-2015
essalam aleykum bagislayin narahat edirem size sulaim var men 1 hefte bilmede arag olan otagda namaz qilmisam ama bilmede aragi o otagda oldugun da xebersizdim bu menim ucun guna sayilirmi ne gunah ola biler ve o 1 heftenin qezasi varmi xais edirem cavablandirasiniz evvelceden sag olun
Cavab:

Aleykum salam. Araq olan otaqda qılınan namazlar batil deyil və qəzasını qılmağa ehtiyac yoxdur. Bu barədə şəriətdə heç bir göstəriş yoxdur. Bundan sonra çalışın başqa otaqda namaz qılın. Amma içki içənləri bundan çəkindirmək sizin üzərinizə düşən məsuliyyətdir.

ardını oxu
14-09-2015
Mən sizin saytda olan qaydada namaz qılıram.Amma bu gün başqa saytda olan namaz qılmaq qaydasını görmüşəm. Tamamilə fərqli. Sizin saytda olan namaz sünnü məzhəbinə başqa saytda gördüyüm isə şiə məzhəbinə aid namaz qaydasıdır.Mən özümü şiə məzhəbinə aid bilirəmsə onda şiə namazı qılmalıyam?
Cavab:

Salam aleykum. Bütün ibadətlərin, yaxşı əməllərin qəbul olunması üçün iki şərt var. Birincisi, ibadəti yalnız Allah üçün etmək, ikincisi isə, Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi etmək. Allah Rəsulunun öyrətdiyindən kənar, dində yeni şeylər etməyə bidət deyilir.

ardını oxu
14-09-2015 Seide
Salam. men inşallah namaz başlayacam , vacıb olan namzlar sübh 2 , günorta 4, esr 4, şam 3, yatsı 4 rüketdi. vaxtım olan vaxtlar sünneti vaxtım olmayan vaxtlarda ferzi qıla bıleremı????
Cavab:

Aleykum salam. Allaha həmd olsun ki, öz lütfü sayəsində sizi namaza başlamağa, ona ibadət etməyə müvəffəq edib.

ardını oxu
12-09-2015
Salam aleykum men orucumu gece yeyib icib niyet edib yatdim mene dediler sen duzgun elememisen gerek vaxtinda durub yeyesen niyet edesen gerek 5 orucmuda bele eledim indi menim tutdugum 5 oruc qebul olub ya yo ??
Cavab:

Aleykum salam. Sahura (oruc üçün səhər yeməyi) durmadan yaxud sahur yeməyini gecədən yeyərək oruc tutmaq icazəli olsa da, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. O, demişdir: "Sahur yeməyi bərəkətdir, biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin!

ardını oxu
12-09-2015 səhra
Salamun Aleyküm. Bilmək istərdim Fatimeyi Zəhra anamız neçə yaşında dünyasını dəyişib? Oxuduğum kitablara əsasən bir neçə yaş versiyası arasında qalmışam. 18 yaş,29 yaş yə s. Xahiş edirəm doğru məlumatla aydınlıq gətirəsiniz. Allah sizdən razı olsun inşallah! Haqqınızı halal edin.
Cavab:

Aleykum salam. Fatimənin (Allah ondan razı olsun) dünyaya gəldiyi və vəfat etdiyi tarixlə əlaqədar müxtəlif fikirlər var.

ardını oxu
12-09-2015 *
salam.kiwi eline xirda doyme ede bilermi? Edibsa gunagdisa hekim cerah vastisile pozsa gunahdi? Doyme edan balaca xirda o cennete duwe bilmez?
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Səhih Muslim, 120).

ardını oxu
12-09-2015
Salam aleykum. Mevlananin sozleri sehihdirmi.ve birde peygemberimiz (sallallahu aleyhi va səlləm ) namaz qilarken canamzin uzerinde piwiyin yatdiginu gorub ve canamazi kesib namaz qildigi hedisi sehihdirmi.buna dair nelunat varmi
Cavab:

Aleykum salam.

ardını oxu
12-09-2015
As salamu aleykum ve rahmatUllahu va berekatu.Korpelere peyvend vurmaq icazelidirmi,xahis edirem eteafli cavab yazardiniz
Cavab:

Aleykumus-Sələm və Rahmətullahi və bərakətuhu.

ardını oxu
12-09-2015
salam aleykum men anca seehr sub namazin qilanda ferzin qilam sunnetin yo bu gunah sayilmir ?
Cavab:

Aleykum salam. Vacib namazlar gündə 5 vaxt qılınan Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazları tərk etmək həlakedici günahdır. Bu namazlardan əlavə sünnət namazlarını qılmamaq isə günah deyil. Həmçinin, sübh namazının sünnətini də qılmamaq günah deyil, qılmaq isə böyük savabdır.

ardını oxu
12-09-2015
salam aleykum bri fala baxdirir diyeride onun yaninda dayanib bu onada gunah yazlirmi ?
Cavab:

Aleykum salam. Bəli, fala baxdıranların yanında olanlara günah yazılır, çünki onlar pis əmələ şərik olurlar. Daha ətraflı: Fala inanmayanın falçıya getməsi günah sayılırmı?

ardını oxu
12-09-2015
salam menim size bir sualim var ve sualim beledi namaz qilan qadin lak vura bilermi men bildiyime gore vurmaq olmaz dayimin yoldasi da namaz qilir amma o lak vurur ve o deyir ki barbagina vurmaq olmaz ayaq barbagina vuramaq olar xais edirem cavablandiradiniz
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

ardını oxu
12-09-2015
Salam aleykum zehmet olmasa mene şeval ayi haqqinda melumat vere bilersiz menim qeza orucum var onu tutandan sonra seval orucun tuta bilerem olmazki sevalin orcun tutum qezami qisda tutaram birde seval ayi ne vaxtacandir Xahiş eliyirem biraz tez cavablandirin chox sagolun.
Cavab:

Aleykum salam. Şəvval oyunda oruc tutmaq müstəhəbdir (bəyənilən əməldir). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar".

ardını oxu
12-09-2015
salam aleykum, bir nece defe yoldawimin telefonunda exlaqsiz qizlara baxdigini gormuwem..axirinci defe ozumden heddi awarag cixdim.
Cavab:

Aleykum salam. Şübhəsiz ki, ərinizin etdiyi əməl günahdır və bu göz zinasından sayılır. Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız.

ardını oxu
09-09-2015
bizim evde balaca it var nece ildi bizimledi . Qizimin itidi . Amma men namaz qiliram . Deyirler ki , olmaz namaz qilmaq.
Cavab:

Salam aleykum. İt olan evdə namaz qılmaq olar. Namaz qıldığınız yerin murdar şeylərə bulaşmadığına fikir verməlisiniz. Amma it saxlayan adam hər gün savablarından dağ boyda itirdiyi üçün, həmçinin həmin evə mələklər girmədiyi üçün onu saxlamaq qadağandır.

ardını oxu
09-09-2015 ....
esselamu aleykum va rahmetullahi va beraketuhu. Allah sizleri faydali elmle faydalandirsin in se Allah. Men elhemdulilleh bacardigim qeder esl momin musulman olmaga calisiram. Ailem dagilib 1 qiz ovladim var.
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32).

ardını oxu
09-09-2015 leyla
Salam Aleyke Quranda kiwinin saqqali barede aye varmi?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Saqqal saxlamaq barədə

ardını oxu
09-09-2015
Salam menin 24 yasim var 4 ildi ailleliyem yoldasim rusla alisib bosuyur meni menese iki usagla cox cetindi nece edim o meni sevsin ele dua var oxuyum
Cavab:

Aleykum salam. Namazlarda dua edin, həmçinin gecənin son üçdə birində namaz qılaraq dua edin, duaların qəbul olunması üçün səy göstərin. Həmçinin oxuyun:

Duaların qəbul olması üçün nə etməliyik? 

ardını oxu
09-09-2015
salam aleykum.əbu bəkr r.a Resulullaha (sallallahu aleyhi va səlləm ) haradasa demişdirmi sayaqlayir.bu haqda məlumat vererdiz inşəallah
Cavab:

Aleykum salam. Xeyr, Əbu Bəkr (Allah ondan razı olsun) belə bir söz deməyib. Hədis kitablarında bu ifadə Ömər (Allah ondan razı olsun), bəzi rəvayətlərdə isə ümumi olaraq səhabələrlə əlaqələndirilir.

ardını oxu
09-09-2015 ali
əssalamu aleykum və rəhmətullah menim sualim odur ki namazda səcdə və ya təşəhhudun sonunda zikir ve ya dua etmek olarmi
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabı oxuyun: Namazda olarkən nə zaman istədiyimiz duanı etmək olar?

ardını oxu
09-09-2015 Sss
Salam kebin kesmey ucin hansisa menseb rol oynayirmi.misal ucun men sunni mensebindeyem ama yoldawim wie men kebin kesende sunni ve ya wie ferqi varsa nece edim kesdirim?
Cavab:
ardını oxu
06-09-2015
Eger bir adam namaz qilirsa oruc tutursa amma anasiyla bezi sebeblere gore danismirsa onun ibadeti qebuldurmu
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

ardını oxu
06-09-2015 Gunahkar qull
Əs Sələmu Əleykum və Rəhmətullahi və bərəkatuhu Quran olan evde insandan yel cixarsa gunahdirmi?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuh. Xeyr, bu halın baş verməsi günah sayılmır.

ardını oxu
06-09-2015
salamun aleykum.oglanlara nece yasdan yuxari namaz qilmaq ferz-dir
Cavab:
ardını oxu
06-09-2015 Aytəkin
Salam QURANDA NƏBƏ surəsinin 31 34 ci ayələri haqqında nə deyə bilərsiniz. Sözsüz ALLAH hər şeyin ən yaxşısını biləndir YƏNİ Kİ BİR kişi fani dunyada bir qadınla evli olduğunu halda axirətdə də bir qadınla evli olacaq yoxsa yox. Bunu aid hansı ayəni deyə bilərsiz ki oxuyum?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin) bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!" (ən-Nəbə, 31-34). 

ardını oxu
05-09-2015
Salam aleykum. Mən uşaq həkimiyəm. Əlhəduliləh xəstəxanada çalışıram. Çətin də olsa öz işimi sevirəm. Amma pasiyentləriç 18 yaşına qədər uşaqlardır.
Cavab:

Aleykum salam. Həddi-buluğa çatmış oğlan qadına naməhrəm sayıldığı üçün zərurət hallar istisna olmaqla qadının ona toxunması, təklikdə qalması və s. qadağandır.

ardını oxu
05-09-2015
Salam aleykum.
Cavab:

Aleykum salam. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
05-09-2015 ad yoxdur
Salam Aleykum.. Men Namaz qilmaq isteyirem Hevesimde coxdur ama qaydalarin hele yaxsi bilmirem. Yardim ede bilersiz? ama deyirem ki birden qilaram sonra ataram axi onda mene gunah olmaz?
Cavab:

Aleykum salam. Bu cür şübhələrə fikir verməyərək namaza başlayın. Allaha dua edirik ki, sizi namaz qılmağa və Cənnətə daxil olmağa müvəffəq etsin. Daha ətraflı:

Mən namaz qılmaq istəyirəm, amma qorxuram davamlı olmaz

ardını oxu
05-09-2015 Bende
Salam Aleykum. Bir insana ne kimi sözlernen anlatmaq olarki Qaydasiz doyush haramdi. Dinimizde beyenilen deil axi. Cox vehsicesine doyusuller.kömey edin meslehet verin .
Cavab:

Aleykum salam. Uca Allah özünü təhlükəyə atmağı, özünün və başqasının bədəninə zərər vurmağı qadağan etmişdir. Həmin şəxsə öz sözlərinizi yox, Allahın və peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sözlərini göstərin, bunu səbir və əxlaqla edin.

ardını oxu
05-09-2015 zulqarneyn
Assalamu aleykum qardawdar. Sualim . Teze dooqulmuw korpemi hansi dua ile goz nezerden ve xestelikden qoruya bilerm. Tewekkeurler ALLAH razi olsun
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini oxuyub, bədənimizə sürtməyi buyurmuşdur. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar.

ardını oxu
05-09-2015
salam. Men video operatoram. Saat 15.00dan saat 1.00a dek vaxtim olmur namaz qilmaga.subh namazin vaxtim var. Zohr namazinda vaxt var qiliram.xiften namazin da toydan gelen kimi qilmag mumkundu.
Cavab:

Aleykum salam. İşdə şərait axtararaq namazları vaxtında qılmaq lazımdır. Uca Allah buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).

ardını oxu
05-09-2015 Allah in qulu
As Salamu aleykum va rahmatullahi va barakatuhu Ramazan Bayramınız mubarak ..ALLAH sizdanda bizdanda qabul etsin amin. Sual:cunub olduqu halda Bayram namazi qilanin hokmu nedir! Vaxt azligindan qusl ala bilmeyenin ALLAH elminiza barakat versin Amin
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cünub olanın qüsl almamış namaz qılması qadağandır. Əvvəla, çalışmaq lazımdır ki, vaxtında qüsl alasınız. Əgər buna imkan yoxdursa, onda torpaqla təyəmmüm etmək lazımdır.

ardını oxu
05-09-2015 Bayramova Gunay
As salamu aleykum.Ekser "Quran" kitablarinda Maide suresi 55 ci ayede bele yazilib:"Sizin haminiz ancaq Allah, onun Peyhemberi ve iman getirenlerdir.O kesler ki,( Allaha ) namaz qilir ve rukuda olduqlari halda zekat verirler".Diger mezheb numayendelerinden bir coxu bu ayenin Hz E
Cavab:

Aleykum salam. Həmin ayənin daha düzgün tərcüməsi belədir: "Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər." (əl-Maidə, 55)

ardını oxu
03-09-2015 Səhra
Salamun Aleyküm. Allah sizdən və bütün müsəlmanlardan razı olsun inşallah! Xahiş edirəm cavablandırasınız. İslam dini qadınlara heyvan kəsməyə, qurban kəsməyə haqq verirmi? Hansı şərtlərdə?heyvan kəsərkən istər qadın istər kişi qüsul və ya dəstəmaz almalıdırmı?
Cavab:

Aleykum salam. Allah sizdən də razı olsun! Bəli, qadınlar heyvan kəsə bilərlər və heyvan kəsərkən dəstəmaz yaxud qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:

Qadınlar heyvan kəsə bilərlərmi?

ardını oxu
03-09-2015
Salam. Yuxuda Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) görmek ne menaya gele biler bilmek isterdim? Yeni bu seytandan olan bir yuxudur yoxsa Allahdan?
Cavab:
ardını oxu
03-09-2015
Salam aleykum 1) namazda fikrimizi neye yonlendirmeliyik? Namazin sozlerini deyerken ureyimizde tercumesini dusunmeliyik ya nece? 2) qusl alarken destnamaz zamani eynimizde bir sey olmazsa dilimizle bismillah demek olar?
Cavab:
ardını oxu
03-09-2015 elcun
salamun eleykum.qizara baxmaq haramdir? pis niyetle bamayandada?
Cavab:

Aleykum salam. Bəli, zərurət olmadıqda naməhrəm qadınlara baxmaq haramdır. Daha ətraflı: Naməhrəmə baxmaq günahdırmı?

ardını oxu
03-09-2015 Muslim Lady
Salam aleykum. Sualım belədir: Qadın haqsız olsa, onu döymək olarmı? Allah razı olsun sizlərdən. Əmin!
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?

ardını oxu
03-09-2015
Salam aleykum. Xüşü tam mənasıyla nə deməkdir? İnsan onu necə əldə eləməlidir? ALLAH razı olsun.
Cavab:

Aleykum salam. Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)". (əl-Mu'minun, 1-2). 

ardını oxu
01-09-2015 Resad
Salam aleykum bayram namazinda oxunan zikri yazardiniz zehmet olmasa
Cavab:

Aleykum salam. Bayram günlərində təkbir deyilir. Təkbirin deyilmə şəkli belədir: "Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah. Allahu Əkbər, Allahu Əkbər, Va lilləhi-l-həmd". (Allah ən Böyükdür, Allahdan başqa haqq məbud yoxdur.

ardını oxu
01-09-2015 resad
SALAM ALEYKUM REHMETE GEDEN SEXS OLANDA uzu tuklu saxlamaq olarmi?
Cavab:

Aleykum salam. Saqqal Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmri olduğu üçün saxlanılır. Yas üçün saqqal saxlamaq isə dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdən sayılır.

ardını oxu
01-09-2015
salam.üreyim tez-tez sıxılır.Ne ise olacaqmiw kimi yani nese hadisemi qezami.üreyim daima qaranliqlar icinde.menim 18 yawim var.Namaz qiliram.Sizce bun ne ile elaqedardir.Cavablandirsaniz cox wad olaram!
Cavab:

Aleykum salam. Bu, şeytanın vəsvəsələrinə görədir.

ardını oxu
01-09-2015
Salam aleykum.alt paltarı olmadan namaz paltarınl getinib namazı qılmaq olarmı.önceden teşekkürler
Cavab:

Aleykum salam. Əgər bu paltar bədənin övrət sayılan hissələrini tam örtürsə və bədənin dərisini (ətini) göstərəcək qədər nazik deyilsə, onda belə paltarda namaz qılmaq icazəlidir.

ardını oxu
01-09-2015
Salam, men seher yuxudan oyanan zaman alt paltarında axıntı ile rastlaşıram, bu zaman qüsl almalıyam? amma Cox zaman şehvetli ve ya şehvetsiz oldugunu bilmirem, xaiş edirem mene kömək edin
Cavab:

Aleykum salam. Bu barədə peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdə buyurub ki, əgər çox miqdarda və qatı mayedirsə, bu zaman qüsl almaq lazımdır. Ancaq sadəcə nəmlənibsə, bu məni (sperma) yox məzidir. Məzi isə qüslu yox, dəstəmazı pozur.

ardını oxu

Pages