Aleykum salam. Qeyd etdiyiniz kimi, son məqsəd pul yığmaqdır. Ələm gəzdirən insanın cuşə gəlməsi isə şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Sözsüz ki, bu cür şeylər Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bizə buyurmadığı, dində olmayan bidətlərdir. Həmçinin oxuyun:
Aleykum salam.
1. Səhv səcdəsindən sonra qeyd etdiyiniz duaların heç biri oxunmur. Daha ətraflı:
Camaat namazında səhv səcdəsi necə edilir?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabları oxuyun:
Məzhəb seçmək vacibdirmi?
Rəbbani alimlər nə deməkdir?
Aleykum salam. Cavabı buradan oxuyun: Cahillik üzrlüdürmü?
Aleykum salam. Bu, həccə getmək üçün zəruri şərt olmasa da, yaxınlarla, doğmalarla, tanıdığın müsəlmanlarla, haqqına girdiyiniz insanlarla halallaşaraq səfərə çıxmaq bəyənilən əməllərdəndir. Həmçinin oxuyun:
Halallıq nə zaman alınır?
Aleykum salam. Bu cavabı oxuyun: Sevgilim məni aldadıb, ona bəddua edə bilərəmmi?
Aleykum salam. Biz yuxu yozma sahəsində bilikli deyilik, amma yuxuda nə görməyinizdən asılı olmayaraq, hicab bağlamırsınızsa, gecikdirmədən bağlamaq lazımdır. Əgər bağlayırsınızsa, şeytanın hicabı açmaq vəsvəsələrinə fikir verməməli, imanınızı artırmalısınız. Daha ətraflı:
Aleykum salam. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 36).
Aleykum salam. Hədisləri inkar edərək dini yaşamaq mümkün deyil, çünki hər şeyin təfsilatı, hətta namazı necə qılmağın qaydası da hədislərdə bildirilmişdir. Hədislər də Quran kimi Allahdan vəhydir.
Aleykum salam. Masturbasiya və ya özünü boşaltma haramdır, həmçinin orucu batil edir. Tövbə edərək bir gün qəza orucu tutmaq lazımdır. Həmçinin oxuyun:
Masturbasiyanı necə tərgitmək olar?
Aleykum salam. Bu vəsvəsə və ya cadu nəticəsində ola bilər. Ruqyə etdirmək imkanınız yoxdursa, gün ərzində çoxlu Quran oxunmasına, həmçinin aşağıdakı linkdə verilən ruqyə oxunmasına qulaq asın. Həmçinin Quranın mənaca tərcüməsini oxuyun və ya qulaq asın.
Salam aleykum. Cümə namazından əvvəl sünnət namazı yoxdur, çünki peyğəmbərə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) istinadən bu sübuta yetirilməyib.
Salam aleykum. Ümumiyyətlə haqsız yerə kimisə vurmaq haramdır, bunu edən qul haqqına girərək Qiyamət günü əvəzini ödəyir.
Aleykum salam. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Aleykum salam. Bu cavabı oxuyun: Ata övladlarını atıb gedibsə, onların üzərində haqqı varmı?
Aleykum salam. Bu cavabları oxuyun:
Böhtana məruz qalan nə etməlidir?
Qul haqqı barədə
Aleykum salam. Əgər təqvimlə namazın vaxtı giribsə, bu zaman azandan əvvəl də qılmaq olar. Təqvimlə vaxt girməmiş qılmaq icazəli deyil, çünki namazın şərtlərindən biri də vaxtın daxil olmağıdır. Uca Allah buyurur: "...
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İslam alimlərinə görə bu şəkildə müraciət etmək bəyənilməyən (məkruh) hallardandır. Daha ətraflı: Qız uşaqlarına Mələk adı qoymaq olarmı?
Salam aleykum. Xeyr, təravih namazlarını camaatla qılarkən, vitr namazını da camaatla qılmaq vacib deyil. Vitri saxlayıb sübh namazının vaxtı girənədək istədiyiniz vaxt tək də qıla bilərsiniz.
Aleykum salam. Bəli, vitr namazını gecə namazlarına birləşdirərək camaatla qılmaq olar. Vitr namazında qunut tutmaq vacib yox, sünnədir. Ümumiyyətlə gecə namazlarını adət halına salmamaq şərtilə hərdən camaatla səsli və ya səssiz şəkildə qılmaq icazəlidir.
Salam aleykum. Aşağıdakı video səhih hədislərə əsasən, Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namaz qılma şəklinə uyğun tərtib olunmuşdur: Namazın qılınma qaydası - VİDEO
Aleykum salam. Kəbini olmayan qız və oğlan bir-birinə naməhrəmdir. Naməhrəmlərin istər Ramazanda, istərsə də digər vaxtlarlarda əl-ələ tutması, gəzməsi, söhbət etməsi və s. günahdır. Daha ətraflı:
Aleykum salam. Bu cavabı oxuyun:
Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?
Namaz qılmaq qaydası - VİDEO
Aleykum salam. Valideynlərin xəbəri və razılığı olmadan ailə qurmaq qəti qadağandır.
Aleykum salam. Bu cavabları oxuyun:
Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?
İslama dəvət necə olmalıdır?
Aleykum salam.
Aleykum salam. Sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Allah Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurub ki, sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır.
Aleykum salam. Əsas məsələ, ərinizin xəbərdar olması və razı olmasıdır. Fitnə çıxacağından qorxursunuzsa, qaynananızdan gizləyə bilərsiniz. Ərinizin malını qorumaq, onun icazəsi olmadan xərcləməmək isə üzərinizə düşən ən vacib vəzifələrdəndir.
Salam aleykum. Fatihədən sonra sizə rahat gələn istənilən surəni oxuya bilərsiniz. Daha ətraflı:
Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?
Aleykum salam. Allahın adlarının izahı ilə bağlı vaxtaşırı məqalələr hazırlayırıq. Həmin məqalələrlə saytın İSLAM bölməsində tanış ola bilərsiniz.
Salam aleykum. Bu cavabı oxuyun: Dilənçilərə pul vermək olarmı?
Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır.
Aleykum salam. Qohumlarla əlaqəni kəsmək sözsüz ki, tənhalığa gətirib çıxarır. Uca Allah qohumluq əlaqələrini kəsməyi qadağan etmiş, bağışlamağa isə təşviq etmişdir.
Aleykum salam. Hər bir müsəlmanın dini kimdən öyrənməsinə diqqət yetirməsi çox vacibdir. Muhəmməd ibn Sirin, Dahhak, İmam Malik (Allah onlara rəhmət etsin) və bir çox məşhur alimlər belə demişlər: "Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz".
Aleykum salam. Əmi qızı və dayı qızı naməhrəm olduqları üçün zərurət hallarını çıxmaqla onlarla təklikdə danışmaq, telefonda və ya internetdə yazışmaq qadağandır. Ehtiyac varsa, ümumi məclisdə, başqaları da olan yerdə danışmaq icazəlidir. Sualları da belə yerlərdə cavablandırmaq olar.
Aleykum salam. Bu cavabı oxuyun: Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
Aleykum salam. Bəli, qeyd etdiyiniz halda dəstəmaz almaq olar. Həmçinin oxuyun:
Dəstəmaz almaq qaydası - VİDEO
Dəstəmazı pozan amillər
Və aleykum Salam. Şaban ayında (Ramazan ayından əvvəlki ay) oruc tutmaq müstəhəb (bəyənilən) olan əməllərdəndir.
Aleykum salam. Süni mayalanmaya yalnız təbii yolla hamiləlik mümkün olmayan hallarda icazə verilir. Daha ətraflı: Süni mayalanma haqqında
Aleykum salam. Günahlara görə narahat olmanız müsbət haldır. Günahdan əl çəkə bilmək üçün ibadəti daha da çoxaltmaq və şəriətdə buyurulmuş yollardan istifadə etmək lazımdır.
Aleykum salam. Bu cavabı oxuyun: Qadın hamilə olarkən əri ilə cinsi əlaqəyə girə bilərmi?
Aleykum salam. Ofisiant işləmək öz-özlüyündə günah olmayan bir işdir. Ancaq indiki toylarda ofisiant işləmək bir çox səbəblərə görə haramdır:
Aleykum salam. Əgər bilmədən belə xətalara yol versəniz, bu hal üzürlü sayılır. Lakin bilərəkdən, yaxud səhlənkarlıqdan dolayı mənası dəyişəcək qədər Quran oxuyarkən sözləri səhv tələffüz etmək, əlbəttə ki, böyük günahlardan sayılır.
Aleykum salam. Nigahda kəbin kağızının olması zəruri deyil, çünki nigahda əsas şərt şəriətdəki şərtlərin yerinə yetirilməsidir. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Aleykum salam. Bu sözlərlə Allah Rəsuluna (Allahın ona salavatı və salamı olsun) salavat göndərmək bidətdir (dində yenilik), və bununla bağlı Quran və Sünnədə, həmçinin səhabələrdən heç bir səhih xəbər bildirilməyib.
Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ölüm ayağında olan ölülərinizə "Lə İləhə İlləllah" kəlməsini dedizdirin!". (Muslim, Əbu Dəvud, Tirmizi və başqaları). "Kimin son kəlməsi (sözü) "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar.
Aleykum salam. Yazılışda "ən lə" yazılır, oxunuşda isə "əl lə" deyilir ("əşhədu əl lə iləhə illəllah"). Ərəbcə oxumağı buradan öyrənə bilərsiniz: Quran və təcvid ehkamları
Aleykum salam.
Aleykum salam. Bəli, qadının razılığı olmadan kəsilən nigah batildir. Daha ətraflı: Kəbində qadının da razılığı vacib şərtdirmi?