16-11-2015 Allahın bendesi
EsSalamunAleykum ve rehmetullah ve berekatuh.Allah sizlerden razı olsun.Mübahile günü nedir?
Cavab:

Və aleykum Salam. Ali-İmran surəsinin 61-ci ayəsində vəsf edilən hadisəni bəzi məzhəblər "Mübahilə günü" adı ilə adlandırırlar.

ardını oxu
16-11-2015 Mirzə
Salamun Aleykum Mənə cadı ediblər çox pisindən.heç bir işim düz gətirmir.evdə yoldaşımla hər gün dava dalaşdayıq özdə heçnədən səbəbsiz.mənə necə kömək edə bilərsiz.halsızlıq yorğunluq iştahsızlıq.bilmirəm nə edim.çox sağolun
Cavab:

Va aleykumus-Sələm. Öncə Allaha şərik qoşmadan gündə beş vaxtda namaz qılmaq lazımdır. Çünki, qorunmaq üçün Quran ayələrini namazdan sonra oxumaq lazımdır. Bu cavabları oxuyun:

Cadudan necə qorunmaq olar?

ardını oxu
16-11-2015 Mahir
Ziyaretgaha gedende orda olannan hecne istemirler axi ora da Allaha xatir gedirler Allahin sevdiyi bendesini ziyaret edirler.bu da gunahdir?gunahdirsa niye muaviyyenin qebrini ziyaret edirler???
Cavab:
Va aleykumus-Sələm. Xeyr, Uca Allah ona dua etmək üçün ziyarətgaha getməyi buyurmayıb. Namaz qılmaq, həmçinin məscidə getməyi buyurub. Bu cavabları oxuyun:

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
ardını oxu
16-11-2015 Gülnar
Men evliyem eveller namaz qılmışam ama indi yox.aile qurdum ve bilmedim ki nece edim her gün nece qüsul alım.Ve menim 1i 3yaşında 1i 4yaşında qızlarım var mene deyirler ki günahdır sene namaz qılmaq.
Cavab:
əs-Sələmu aleykum. Əksinə, namaz qılmamaq böyük günahdır. Yaradana ibadət etmək hər birimizin borcudur. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56). Həmçinin oxuyun:
ardını oxu
16-11-2015 Allahın bendesı
Salam. Menim qayanam din insanı deyil ne de ki, Qurannın bir ayesini bılmır. onlarda Quran kitabı var, tercümelidi. bu gün dedim Ay ana quran oxumaq istırem icaze versen Aparım evde temiz qüsül alım Quranın ayelerını oxuyum. Qayanam mene vermedı nede ki özü oxumur. toz basır mebelin başinda.
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, sizə kömək olsun, səbr versin və ailənizə mehribanlıq bəxş etsin! Quran oxumaq üçün bu gün o qədər imkanlar var ki! Siz internetdən, elə bizim saytdan, digər vasitələrlə Quran oxuya bilərsiniz.
ardını oxu
16-11-2015 muselmanka91
salamaleykum eziz qardawlar. Önce men bele sualima görə üzr isteyirem.((( Mene bu mesele catmir heç cür anlaya bilmirem,bu meni narahat edir ve suallar yaranir. Niye Allah kiwileri sunnet etmeyi buyurur,axi onlari özü yaradib. Bes niye yaratdigini insanlarin özlerine deyiwdirmeyi buyurur.
Cavab:

Və aleykum Salam. Rəsulullah (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq".

ardını oxu
16-11-2015 melisa
salam men mokvada yasayiram demek olar ki 6 aydir biz evlenmisik ve toydan sonura bura geldik burda erimin kohne yaadiqi bir qiz var onunla yeniden bir araya gelibler ve men bu barede hecne ede bilmirem hemi dil bilmirem hemde qeribem hara gedim ne edim bilmirem bu barede mene bir duzgun agilli fkir
Cavab:
ardını oxu
16-11-2015 Lemanan
Salam menim 16 yawim var.Bilmek isteyerdim namazdan sonra qurani azerbaycan dilinde oxumax olarmi ve hansi ayeleri oxumaq lazimdi?
Cavab:
Va aleykumus-Sələm. Həm namazdan sonra, həm günün hər hansı bir vaxtında Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsini oxumaq olar. Lakin, əgər namazdan sonrakı surələri - İxlas, Fələq, Nəs, Ayətul-Kursi - nəzərdə tutursunuzsa, onlar yalnız ərəbcə oxunmalıdır.
ardını oxu
16-11-2015
Salam aleykum ! Erimle men mamaza teze baslamisig . Orta yasimda oldugum ucun hicab mene bir az cetin gelir . Amma demirem ki hicab ortmeyecem . (Bir nece isleri yoluna goyandan sonra ) Amma erim meni mecbur edir ! Xahis edirem bu haggda mene bildirin men ne edim ?
Cavab:
Və aleykum Salam. Qadına hicab vacibdir və bağlamadığına görə günah qazanır. Əriniz haqlıdır. Lakin, bu məsələdə həddən artıq sərt davranmaq olmaz. Çünki, hicab bağlayan qadın bunu Allah rizası üçün etdiyinə görə savab qazanır.
ardını oxu
16-11-2015
Salam aleykum. hansısa xəstə üçün donor olmaq (qan donoru, orqan transplantasiyası) halal yoxsa haram sayılır. Haqqınızı halal edin. Allah razı olsun.
Cavab:
Va aleykumus-Sələm. Özünüzə zərər verməmək şərtilə qan donoru ola bilərsiniz. Həmçinin, oxuyun:

Öldükdən sonra orqanları bağışlamaq olarmı?
ardını oxu
16-11-2015
Salam Aleykum. Sunnidə şiədə bura sual yaza bilər? Bu sunni sayıtıdı yoxsa şiə? Allah razı olsun!
Cavab:

Va aleykumus-Sələm. Bəli, bu sayta hər kəs sual yaza bilər. Aşağıdakı cavabları oxuyun: 

ardını oxu
16-11-2015
Salam.Eger namaz qezaya qalibsa bu namazi vaxti olan namazi qildiqdan sonra yoxsa evvelden qalmaq lazimdir?
Cavab:

Va aleykumus-Sələm. Əgər, sonrakı namazın vaxtının çıxmağına hələ çox vaxt qalıbsa, birinci qəzaya gedən namazı qılmaq lazımdır.

ardını oxu
16-11-2015
Salam.Qizim universtet telebesidir gunorta namazinin vaxtinda dersi baslayir eve ancaq ya ikindi ya axsam namazinin vaxtinda catir. Qila bilmediyi namazin qezasini qilir. Bu gunah sayilir,qebul olunurmu? Sme
ardını oxu
16-11-2015
Salam Berekallah sozunun menasi nedir? Dunyanin nece yaranmasi barede melumat varmi?
Cavab:
Va aleykumus-Sələm. "Bərəkallah" sözü "Allah bərəkət versin" deməkdir. Bu cavabları oxuyun:

Dinimizdə dünyanın yaranması necə izah edilir?
ardını oxu
12-11-2015 AGAMIROV MIRPASA
1 .MEN ISDE GEDIREM saat altida evden cixmaliyam subh namazini vaxdindan evvel qila bilerem? 2. desdamaz ne vxat pozulur hansi sertlerde pozulur?
Cavab:
Salam aleykum. Namazı vaxtından əvvəl qılmaq olmaz. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
ardını oxu
12-11-2015 elnur
Men tovbe edib pozmusam.Xahis edirem mene komeklik edin.Tovbeni sadece agzimda demisem ki siqarete araga tovb edirem bu gunah sayilirmi bunu bir nece defe demisem tergide bilirem xahis edirem cavablandirin.
Cavab:
Salam aleykum. Bu cavabları oxuyun:

İçki içməyin günahı

Günahı necə tərgitmək olar?
ardını oxu
12-11-2015
Assalami aleykum va rahmətullahi va bərakətuhu. Əl-bəqərə surəsi 62-ci ayədə yəhudilərlə yanaşı nəsrani və sabiilərin adları çəkilib. Bilmək istərdim, bunlar kimdi. Allah razı olsun. Salam aleykum.
Cavab:

Va aleykumus-Sələm. Nəsranilər - xaçpərəstlər, Sabiilər - qədim dövrdə yaşayan və heç bir dinləri olmayan bir qövm olub.

ardını oxu
12-11-2015
Ocaqlara getmək olarmı?
Cavab:

əs-Sələmu aleykum. Xeyr, heç bir halda pirə, ocağa, ziyarətgaha və s. getmək olmaz. Daha ətraflı: Pirə getmək olarmı?

ardını oxu
12-11-2015
Salam akeykum eger namazimi vaxtinda catdirib qila bilmiremse ve qezalarim cox olursa bir muddet saxlamaq olarmi ?telebe oldugumcun eger heyqeten vaxt yoxsa qeza ola biler deye bilirem ama qezani catdirmiramsa namazi dayandirmaliyammi
Cavab:
Va aleykumus-Sələm. Namaz qılmamaq və ya qılıb sonra dayandırmaq həlakedici günahlardandır. Allaha dua edin ki, sizin üçün bunu asanlaşdırsın. Daha ətraflı:

Vaxt olmadığı üçün namazları birləşdirib qılmaq haqqında
ardını oxu
12-11-2015 Ulker
salam aleykum!Uzun ilerdir emim xestedir.
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Cadudan necə qorunmaq olar?

Sehr nədir?
ardını oxu
12-11-2015
Sevdiyim insanla aramiz pisdi.Namaz qiliram allahdan komek dileyirem dua edirem.Sevdiyime qovuwmax ucun ne edim
ardını oxu
12-11-2015 telebe
Salam aleykum.bildiyime gore mezhebler coxdur.ve here oz mehzebini ustun tutur.here oz qildigi namazi duzgun sayir.bu mezhebler hhansı hedisleri sehih sayillar.nece olurki insanlar ayri mesheblere bolunur.onlar bilmirlermiki bu hedis sehihdi ve yaxud deyil.niye insanlar sehih hedisle zeifi ayira bil
Cavab:
ardını oxu
12-11-2015
Salam ,,, Men namaza başlamaq istırem Aybaşi oldum qutardım mende tünd lekeler gelur paltarıma, bele halda namaz qılmaq olarmı. ama qırmızı qan deyıl, sadece tünd lekelidı.
Cavab:

Və aleykum Salam. Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Bu məsələ adətlə ölçülür. Yəni, hər qadın özünün adət etdiyi heyz müddətini özü bilir. Bu müddət bitdikdən sonra qan kəsilir.

ardını oxu
12-11-2015
Salam Aleykum! Ekstrasens Zireddin konkret olaraq Seytana qulluq eleyir???? bide o musrikdir???? cunku qeybi iddia eleyir,, halbuki qeybi Allahdan basqa heckim bilmir.
Cavab:
Və aleykum Salam. Kiminsə kafir, müşrik olduğunu demək bizim vəzifəmiz deyil. Bir insan bilmirsə, düzgün başa salınmayıbsa, lakin özünü İslama nisbət edirsə, belə insana kafir hökmü verilmir.
ardını oxu
12-11-2015
salam aleykum. 1) namazlarin qezalarini qilmaga dair bir hedis varmi? eger bilerekden oturulubse vaxti? 2)men bura mail unvanimi yazmisdim sualdan sonra. O vaxtdan narahatam nese problem ola biler ?
Cavab:
Və aleykum Salam.

Namazı bilərəkdən ötürmək böyük günahdır və kəffarəsi yoxdur. Bunun üçün səmimi tövbə etmək, çoxlu xeyirli əməllər etmək və bağışlanma üçün Allaha dua etmək lazımdır. Bilmədən və ya üzrlü səbəbdən ötürülən namazların isə qəzası qılınır. Bu cavabları oxuyun:
ardını oxu
12-11-2015 Nergiz
salameleykum bagislayin menim eqidem siyeyem ama yoldasim sunnidi men aile quranda onla razilassiq.ama 3ilden sonra qaynanamgil ona danisdilar oda meni doydu mene dediki ya sunni qilassan yada cix get.menimde usagim var cox seyden sonra dedim yaxsi qilacam.ama men hem sunni namazi hemde siye Namazi
Cavab:

Va aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).

ardını oxu
12-11-2015 sebiş
Salam aleykum.inşeAllah sualıma deqiq cavab yazacagınızı ümux edirem.men hicablanmamışdan ve namaza başlamamişdan qabaq bir gece yuxumda şeytan meni incitmeye başladı oyanmaq isdeyende tam oyanmamış gözlerimi açanda göz qabagımda qadın suretiyle gördüm ve bele dedim''sen qadın yox şeytansa
Cavab:

Va aleykumus-Sələm. Bu sehrin nəticəsindədir. Namaza davamlı olun, günahları azaldın, Qurana çox qulaq asın, Allahın izni ilə bu hisslər çıxıb gedəcək. Daha ətraflı:

Sehr nədir?

ardını oxu
12-11-2015
Salam. Mən namaz qılmaq qaydası haqqında sual vermişdim. Demək istəyirəm ki mən məktəbdə oxuduğum vaxtdan namaz qılmağı öyrənmişdim. Amma ali məktəbə hazırlaşdığıma görə bir müddət namaz qılmadım. Ali məktəbə daxil olduqdan sonra namaz qılmağı davam etdirdim.
Cavab:

Va aleykumus-Sələm. Heç bir halda namazı saxlamaq, tərk etmək, bir müddətlik fasilə vermək olmaz.

ardını oxu
12-11-2015
salamun aleykum rehmetullah ve bereketuhu dinde az yasli xanim evlene biler
Cavab:

Va aleykum Salam va rahmətullahi va bərakətu. Qız yalnız həddi-buluğ yaşına çatdıqdan sonra ailə qura bilər. Bu yaşa çatma isə müxtəlif ölkələrdə iqlim və bəzi digər faktorlara görə fərqlənir.

ardını oxu
10-11-2015 məhərrəmli
qadın özü ərindən xəbərsiz qurban deyə bilər?
Cavab:

Salam aleykum. Qadın ərinin icazəsi olmadan öz qazancından qurban deyə bilər. Lakin, əgər qazanc ərindirsə, ərin xəbəri olmadan qurban deyə bilməz. Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək barədə

ardını oxu
10-11-2015 Aziz
Hemzeyi suedanin mezarinin yaninda kim defn olunmusdur.
Cavab:

Salam aleykum. "Həmzeyi-Şuhəda" - "Şəhidlər Həmzə" deməkdir. Əslən qrammatik cəhətdən söz düzgün qurulmayıb.

ardını oxu
10-11-2015 Meryem
Salam eleykum.menim sualım budur ki evden yaxın adam rehmete gedende onun ucun nece yas saxlamaq lazımdır?
Cavab:
Va aleykumus-Sələm. Bu cavabı oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
ardını oxu
10-11-2015
Salam.Zəhmət olmazsa cavablandırardınız.Uzaq səfərə çıxan zaman sübh namazını vaxtından əvvəl qılmaq olarmı?Əvvəlcədən təşəkkürümüzü bildiririkş
Cavab:

Va aleykumus-Sələm. Uca Allah bizə asanlıq olması üçün səfər zamanı namazları qısaltmağı və birləşdirməyi icazə verib. Lakin, Sübh namazı öz vaxtında qılınmalıdır. Daha ətraflı: Səfər namazı necə qılınır? 

ardını oxu
10-11-2015 zabil
salam aleykum dr.zakir naik bu insana qulaq asmaq olar?ondan elm goturmek olar?
Cavab:

Və aleykum Salam. Zakir Naik qeyri-müsəlmanları İslama dəvət edilməsi sahəsində çox məşhur və savadlı insandır. Ondan Xristianlığa, Yəhudiliyə, Buddizmə, Krişnaizmə və başqa dinlərə aid elm götürmək olar.

ardını oxu
10-11-2015 Səhra
Salamun Aleyküm.Allahın mərhəməti üzərinizdə olsun inşallah. Bilirik ki ətirdən istifadə hələ qədim zamanlardan mövcuddur. Məni narahat edən ətirlərin tərkibindəki spirtdir.Başqa sözlə desək spirtli ətirlər dəstəmazı pozurmu?Ümumiyyətlə istifadəsində qəbahət varmı?çox təşəkkür edirəm.hörmətlər...
Cavab:

Va aleykumus-Sələm. Spirt bir maddə olaraq təmizdir. Hər haram sayılan qida və ya maddə nəcis deyil. Uca Allah spirtli içkiləri içməyi qadağan etmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
10-11-2015
salam aleykum sizin saytfa oxumuşdum ki, uşaqlara mənası ilan ad qoymaq lazımdır. oğlumun birinin adı Nicat, digərinin adı Nihaddır. nicatın mənası aydındır təbii ki. ama nihadın mənasını bilmirəm. Belə çıxır ki, uşağın adını dəyuşməliyəm? Şəriətə uyğun ad olmalıdır mütləq?
Cavab:

Va aleykumus-Sələm. Nihad adı fars mənşəli olub, mənası dərindən düşünən deməkdir. Dini baxımdan Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız pis mənalı və günahla əlaqəli adları dəyişdirərdi.

ardını oxu
10-11-2015 Aliyeva
Salam hec bir zina etmeden,bir insani Allahdan istemek olarmi? Xahiw edrem cavab veresiniz!
Cavab:

Və aleykum Salam. Allahdan xeyirli olanı istəmək lazımdır. Məsələn, belə demək: "Ya Rəbb! Bu insanla evlənməyim mənim bu dünyama və Axirətimə xeyirlidirsə, onu mənə nəsib et!". Həmçinin, oxuyun: İstixarə namazı necə qılınır?

ardını oxu
10-11-2015
Salam Men hazirliga getdiyime gore Namazlarimiz vaxtinda qila bilmirem Ola bilermi men Gunde 5 ddene Namaz Yox 3 dene qilsam?
Cavab:

Va aleykumus-Sələm. Namaz beş dəfə qılınmalıdır, ciddi zərurət hallarında, adət halına salmadan namazları birləşdirib üç vaxtda qılmaq olar. Daha ətraflı:

ardını oxu
10-11-2015 Əli
məğrib namazını gün batanda qılınır. Bəs günəşin qırmızı işıqları gorsənəndə qılmaq olar?
Cavab:

Va aleykum Salam. Məğrib namazının vaxtı günəş batandan dərhal sonra günəşin şəfəqləri itənə qədərdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məğribin vaxtı şəfəq itənə qədərdir".

ardını oxu
10-11-2015 Səhra
Salamun Aleyküm.Allah sizlərdən razı olsun inşallah.
Cavab:
Və aleykum Salam. Ona sadə dillə başa salmaq lazımdır ki, ölüm yoxluq deyil, əbədi həyata qovuşmaqdır. Orada Cənnət var və Cənnətdə insanın istədiyi hər bir şey var və burada qorxulu bir şey yoxdur.
ardını oxu
10-11-2015
əssalamu aleykum va rahmətullahu va bərakətuhu. Necəsiz? azan səsi eşidəndə hərdən ağlamaq istəyirəm,kövrəlirəm,özümdən aslı olmur.utandığımdan göz yaşlarımı gizlətməyə çalışıram yoldaşımdan və ya özüm ağlamaqdam güclə saxlayıram.
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi və bərakətu. Bu hal adamdan adama fərqlənir. Əgər, siz dini cəhətdən elmli deyilsinizsə, azan sözlərinin mənasını bilmirsinizsə və azan səsini eşidəndə kövrəlirsinizsə, bu hal adi bir hal da ola bilər. Ola bilər ki, azan verənin səsi sizi kövrəltsin.
ardını oxu
09-11-2015 Elgiz
Salam .Rusiyada kafede isleyirem donuz eti yemirem Amma bu heyvanin eti ile islemeye mecburam.bu bir muselmana haramdimi.Tesekkur edirem.
Cavab:

Va aleykumu-s-sələm. Əgər Uca Allah bir şeyi qadağan edibsə, onu almaq da, satmaq da, yeyilən şeydirsə, yemək və başqaları üçün bişirmək də olmaz. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.

ardını oxu
09-11-2015
Bir haldaki bilirem duz is gorurem lakin yaximlarim meni yanlis bilib mennen gizlin mene nese cadu eletdirirlerse ve men bunu bilirem onlara hecne demirem.o cadunu nece sindirmaq olar?
Cavab:

Va aleykumus-Sələm. Cadunu yalnız Allahın icazə verdiyi qayda ilə yox etmək olar. O da ruqyədir. Bu cavabları oxuyun:

Cadudan qorunmaq yolları

ardını oxu
09-11-2015 Röyal
Salam Aleykum. Allahın Salamı olsun sizlərə. Əziz dostlar və qardaşlar. Qurban bayramı qeyd edilən gün,kəsiləcək olan qurbanı kəsmək üçün istifadə olunan bıçaq üçün hansı dua oxunulmalıdır ?
Cavab:
Va aleykumus-Sələm. Qurbanlıq heyvanı kəsmək üçün bıçağa heç bir dua oxunmur. Yalnız, heyvanı kəsdikdə "Bismilləh" deyilir.
ardını oxu
09-11-2015 nigar
aybasi olduqda qurban eti yemek olarmi?
Cavab:

Salam aleykum. Bəli, heyz vaxtı qurban əti yeməkdə heç bir qəbahət yoxdur.

ardını oxu
09-11-2015 Selcan
Salam.Mən qiyamul ley namazı nədir və necə qılınır bunu bilmək istəyirdim.Mənim bir arzum,niyyətim var bunun qəbulu üçün qılmaq istəyirém.Bunun üçün bu namazı qılmalıyam?
Cavab:
Və aleykum Salam. "Qiyamul-leyl" tərcümədə "gecə namazı" deməkdir. Gecə namazını hansısa niyyətin həyata keçməsi üçün yox, Allahın sizdən razı olması üçün qılmaq lazımdır.
ardını oxu
09-11-2015 *
salam . Kiwiler doyme eletdire biler ?
Cavab:

Va aleykumus-Sələm. Döymə etdirmək günah əməllərdən sayılır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Allah döymə döyənə və döydürənə lənət etsin..." (ət-Tirmizi, 2782). İmkan daxilində bədəndəki döyməni müasir əziyyətsiz üsullarla sildirmək lazımdır.

ardını oxu
09-11-2015 atilla
sessiz qilinan namazi imam cammata nece qildirir? cavablarsaniz sevinerem indiden tskrler
Cavab:

əs-Sələmu aleykum. Bu cavabı oxuyun: Camaat namazı necə qılınır?

ardını oxu
09-11-2015 Ayka
Salam men 7ildir ki aile qurmusam bu muddetde ovladimiz yoxdur namaza baslamisam namazdan sonra nece dua edim ki Uca Allah sesimi esitsin bizi de sevindirsin cox xahis edirem sualimi tezlikle cavablandirasiniz Allah razi olsun
Cavab:

Va aleykum Salam. Allaha çoxlu dua edin və duaların qəbul olması üçün səbəblərdən istifadə edin. Daha ətraflı:

Övlad duası olurmu?

ardını oxu
09-11-2015 R.K
Salam aleykum Allah elminize bereket versin.Qadin erini eli ile bosalda biler yeni istimna ede biler? Sualima gore uzr isteyirem
Cavab:

Va aleykumus-Sələm. Bu haqda dinimizdə bir qadağa yoxdur.

ardını oxu

Pages