12-06-2015 Rehim
Salam sizden cox xaish edirem mene mubarek "Momin" suresi lazimdir yaza bilersiz tez muddetde?
Cavab:

Aleykum salam. Əslində qeyd etdiyiniz surə, Qurani Kərimdə Ğafir surəsi kimi tanınır. İlk 16 ayənin oxunuşu:

Bismilləəhi-r-rahməəni-r-rahiim

1. Hə, Miim.

ardını oxu
12-06-2015
As sələmu aleykum. Qadin nece namaz qilmalidir haqda bir vidiyo qoyardizda. Kisi ve qadinin namazinda ne ferq var?Ve Quranda ve sunnede sehih melumat varmi bu haqda? Allah razi olsun
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:  "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari). Bu söz həm kişilərə, həm də qadınlara aiddir. Quran və səhih hədislərdə qadınlar üçün xüsusi namaz qaydaları bildirilməmişdir.

ardını oxu
12-06-2015
Salam, deyirler ki namaz qilan shexs ayaqyolunda bayira cixarken balacaq bayara chixmagi oturub chixmalidir? ayaq uste olmaz? zehmet olmasa suali cavablandirin
Cavab:

Aleykum salam. Sidiyin üzərinizə sıçramayacağından əmin olduğunuz hallarda ayaq üstə etmək olar. Oturaraq etmək isə daha yaxşıdır. Daha ətraflı:

Ayaqyoluna getməyin ədəbləri

ardını oxu
12-06-2015
hecce geden bir qadin basini ortmurse geyimine fikir vermirse onun gunahi onu hecce gonderen sexsin boynuna dusurmu?
Cavab:

Salam aleykum. Həccə gedib-getməməyindən asılı olmayaraq hicab bütün qadınlara vacibdir, hicab bağlamayan qadınlar Allaha asi olmaqla böyük günah qazanırlar. Bəzi ibadətləri (məsələn, namaz) yerinə yetirərkən isə hicab olmasa, ibadət qəbul olunmaya bilər.

ardını oxu
12-06-2015 Allah bendesu
salam qardas size sualim beledi bu yaxinlarda men anana gore bir kisiyle dalasdim sebeb oyduki kisi anama hede qorxu gelirdi men ise dava saldim bu kisi ickiliydi bicaq alib basqasinin ustune qacirdi men ozumu qabaga atdim meni oldursun buda mene sille vurdu burnim qanadi gozume qan sizdi yeni menin
Cavab:

Aleykum salam. Hər bir müsəlman özünü və ailəsini müdafiə etməli, namusunu qorumalıdır. Belə təhlükəli hallarda səbirli olaraq polisə müraciət edin. Həmçinin oxuyun:

Qəzəbləndikdə özümə necə hakim olum?

ardını oxu
11-06-2015 SUAL VEREN
Bir sual da vermek isterdim. Menim bezi adetlerim var. Meselen mueyyen seylere inanmag ayaqqabini cutlemesen nese olar, ozune arxasizliq-yeni qapinin baglanib baglanmamasina 10 dwfeden baxmag ve ya basqa seyler. Bunu nece defede bilerem. Yeni bu nedi bele? Ozume de gulunc gelir amma yene de edirem.
Cavab:

Salam aleykum. Bəd əlamətlərə inanmaq vərdişinin olması imanın zəifliyindən, Allahı yaxşı tanımamaqdan qaynaqlanır. Allahı tanımaq, dini öyrənmək üçün vaxt ayırın, bu mövzuda kitablar oxuyun və dərslərə qulaq asın.

ardını oxu
11-06-2015
Evde dua tapdim ama erebce yazilib nece oxutdura bilerem
Cavab:

Salam aleykum. Bu duaları oxutdurmağa ehtiyac yoxdur. Hər hansı ehtiyacınız üçün özünüz Allaha dua edə bilərsiniz.

ardını oxu
11-06-2015 SUAL VEREN
Ureyimde paxıllıq hissi var. paxilliq demek olmaz, isteyirem ki hemise men birinci olum. Basqalarindan secilim. Bunu def elemek isteyirem. Urwyimden silmek isteyirem. Amma getmir yeni her seyde birinci olmag, basqalarindan hemise secilmey istiyirem. Her seyde her barede gozellek filan.
Cavab:

Salam aleykum. Əgər sizdə başqalarından öndə olmaq istəyi varsa, bunu xeyirli əməllərdə öndə olmağa yönəltsəniz, Allahın razılığını qazanmış olarsınız. Uca Allah buyurur: "Yaxşı işlər görməkdə bir-birinizlə yarışın". (əl-Məidə, 48).

ardını oxu
11-06-2015 baci
Salam aleykum. Fironun xanimi Asyanin adi haqda olacaq sualim. Bu adin bir neche variantini eshitmishik meselen Asya, Asiye, Asiyye ve s. Bir yerde oxumushdum ki, ushaga asiye adini qoymaq olmaz, asi olan menasini dashiyir..
Cavab:

Aleykum salam. Azərbaycan dilində Asiyə kimi səslənən bu kəlmə (آسية - Əsiyə) əslən yəhudi mənşəli söz olub, qədim ibrani dilində mənası gündoğan, möminə, təmiz qadın, rəhimli, üzü nurlu olan deməkdir. Rəvayətə görə dünyanın fəzilətli qadınından biri olub.

ardını oxu
11-06-2015
Salam Aleykum1--.Men derse qulaq asmiwdim orda deyildi ki qusl alarken ovret yerini ormek daha yaxwidi bu umumen cimendede nezerde tutulur...??
Cavab:

Aleykum salam. 

ardını oxu
08-06-2015
Salam aleykum. İnşəAllah yaxşısız. yoldaşımla din haqqınfa çox söz-söhbətimiz olur. Mənə namaz qılmağı da qadağan edib. Amma İnşəAllah gizli namaz qılmağı planlaşdırmışam. söz söhbətin səbəblərindən biri də budur ki, eşitdiyimə görə yemək yeyğndə sağ əl,yuyunanda sol əl istifadə olunmalıdır.
Cavab:

Aleykum salam. Ərinizdən səbəbsiz yerə boşanma tələb etməniz qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".

ardını oxu
08-06-2015 jale
Salam ... Namaz qiliram ama cox vaxt namazin vaxti gelende canimi tenbelik alir buna gore nece tovbe edim??
ardını oxu
08-06-2015
göyün neçəqatı var.Alah razı olsun indiden .bidefede heleki sualima cavab vermemisiz .İnŞallah indi veresiz
Cavab:

Salam aleykum. Səmanın yeddi qatı var. Uca Allah buyurur: "Yeddi qat göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax.

ardını oxu
08-06-2015 Gulnar
salam menim 18 yasim var diyiler lakin qapiya gelen olmur cadudan ola biler cavab vererdiz zehmet olmas
Cavab:

Aleykum salam. Xeyr, bu cadu ilə əlaqədar deyil. Namazlarda Allaha dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin.

ardını oxu
08-06-2015 Orxan
Salam aleykum ve rahmatullah necesiz exiler?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
04-06-2015 Elnur
salam, sirat korpusu ruhlara aid olacaq? yoxsa cismlere?
Cavab:

Aleykum salam. Qiyamət günü Uca Allah insanlara yeni bədən yaradacaq və ruhları ora qaytaracaq. Daha ətraflı:

Ölümdən sonra dirilmə necə olacaq?

ardını oxu
04-06-2015 elsen
salamun eleykum.menim bir nece sualim var.kisinin adi sep blezik taxmasi harammi? bes demirden uzuk taxmasi haramdir?
Cavab:

Aleykum salam. Kişilər qızıl olmayan üzük taxa bilərlər. Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) üzüyü də gümüşdən olub. Amma bilərzik, zəncir (sep) kimi əşyalar qadınlara məxsus zinət əşyaları olduğu üçün kişinin onları istifadə etməsi qadağandır.

ardını oxu
04-06-2015
Salam! Eger bir insan sagalmaz bir xesteliye düçar olubsa,ömrünün son günlerine az qalibsa,o bu aninda tövbe etse qebul olunarmi?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər.

ardını oxu
03-06-2015
Gozume tez-tez pis weyler gorunur bezen yuxuma girir. Ele biliremki namazim destemazim sayilmir. Gozume gorunen şeylere gore Qusulumun pozuldugu kimi vesvesler gelir ne etmeliyem
Cavab:

Salam aleykum. Bu, cadu, sehr və s. nəticəsində ola bilər, ruqyə (Quranla müalicə) etdirin, gün ərzində Quran oxunmasına qulaq asın və Allahı çox zikr edin. Dəstəmazın və qüslun pozulması ilə bağlı vəsvəsələrə qətiyyən fikir verməyin, əks halda daha da çoxala bilər. Daha ətraflı:

ardını oxu
03-06-2015
Salam. sualıma görə üzr istəyirəm mədə qazı (gəyərmək) dəstamazı pozurmu?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Gəyirmək dəstəmazı pozurmu?

ardını oxu
03-06-2015
salam aleykum..Turklerin internet saytina atdiglari videolarda deyilirki imam Mehdi turk milliyetinden olacag ve Istanbulda fealiyyet gosterecek..1-2 hedis de delil olaraq getirirler..bu duzdur yoxsa nece?
Cavab:

Aleykum salam. Mehdi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nəslindən, yəni ərəblərdən olacaq. Daha ətraflı: Qiyamətin böyük əlamətləri

ardını oxu
03-06-2015
Salam aleykum.uz qirxmaq haramdirmi (hedisden yazin)?hansi hallarda uz qirxmaga icaze verilir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Saqqal saxlamaq barədə

ardını oxu
03-06-2015
ata ovladi atib gedibse maraglanmirsa yene onun haqqi var ovlad uzerinde?
Cavab:

Salam aleykum. Övladını atıb getmək böyük günahlardandır, amma bununla belə valideynin övlad üzərində haqları qalır. Daha ətraflı:

Ata-ananı incitməyin günahı

ardını oxu
03-06-2015 Xədicə
Salam aleykum. Zəhmət olmasa gecənin son 3də 1-ini necə hesablayım mənə deyərdiz. Hesablayıram amma başım qarışır.. Alınmır heç cür. Məsələn məğrib 18:50də girir sübh isə 4:50də gecənin son 3də 1-i saat neçə olur? Tezliklə cavablandırsanız sevinərdim.
Cavab:

Aleykum salam. Fərz edək ki, məğrib namazı saat 18:50-də, sübh namazı isə 4:50-də girir. Gecənin son üçdə birinin hesablanması üçün

ardını oxu
03-06-2015 Məhəmməd
Salam aleykume.Peyğəmbərimiz deyibki kim öləndə LƏ İLƏHƏ İLLALLAH desə cənnətə girər?bəs bu günahları çox olan insanada məxsusdur
Cavab:

Aleykum salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kimin son kəlməsi "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar". (Əbu Davud, 3116, 3118). 

ardını oxu
03-06-2015 ceyhun
salamun eleykum.menim iki sualim var.sie mezhebinden olanlar nie Ebubekre Omere yaxsi munaibet beslemirler?
Cavab:

Aleykum salam. Onlar İslamı parçalamaq istəyənlərin ortaya atdıqları bəzi yalan məlumatlara aldanıblar. Allahın Cənnətlə müjdələdiyi, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yaxın dostu, qayınatası, silahdaşı olmuş fəzilətli insanlara necə nifrət etmək olar? Həmçinin oxuyun:

ardını oxu
01-06-2015 elcun
salamun eleykum.icki icenin 40 gun ibadeti qebul olmur hedisi dogru hedisdir?
Cavab:
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ümmətindən şərab içən müsəlmanın qırx günlük namazını Uca Allah qəbul etməz!" (Sunən ən-Nəsai, 5570).
ardını oxu
01-06-2015 Nurlan
Namaz qilmag issirem. Her seyi bilrem. Ama elebil nese qoymur mene Namaz qilmaga
Cavab:

Aleykum salam. Bu, şeytanın vəsvəsəsidir, ona önəm verməyərək təcili namaza başlamaq lazımdır. Daha ətraflı: Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var

ardını oxu
01-06-2015
Salam aleykum .mən qizam. Yanimda məhrəmim olmadan xarici ölkəyə təhsil almağa gedə bilərəm? Və ya Bacimla ?Buna dair hədis var?
Cavab:
Aleykum salam.
ardını oxu
01-06-2015 Sadiq
Salam aleykum,qüsl alarkən yel çıxarsa,həmçinin sidik gələrsə qüsl pozulur?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hallar qüslu yox, dəstəmazı pozan amillərdəndir. Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Dəstəmazı pozan amillər

ardını oxu
01-06-2015
Salam Aleykum ve Rahmatullahi ve berekatahu.Bu cur dua etmek olarmi??Meselen All a him mene var dovlet evezine Menim ve ailemin can sagligini isteyirem omrumuzun uzun xeyirli bereketli olmagini sakit xowbext hey isteyirem Mal dovlet istemirem onun evezinde yaxinlarimin her za man yanimda olnagini is
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi bəzi dualar:

ardını oxu
30-05-2015 Ramil
Salam aleykum.Camaat namazinda imam salam verende camaat da salami bezileri sesli bezileri sessiz verir.Hansi icazelidir sesli olmalidir yoxsa sessiz?
Cavab:

Aleykum salam. Camaat namazında yalnız imam bərkdən salam verir, yerdə qalanların isə yavaşca salam vermələri kifayətdir. Həmçinin oxuyun: Camaat namazı haqqında

ardını oxu
30-05-2015 Allahin qulu
1.Salam aleykum. Usaqin emeliyyat vasitesile dunyaya gelmesi caiz sayilirmi? 2.Islamda .sunnede yeni usaqa görə ne etmeli ,? Yəni Hansisa sureni oxumaq ve ya dua etmek.Zehmet olmasa etrafli cavablandirasiniz.Allah sizlerden razi olsun.Salam Aleykum.
ardını oxu
30-05-2015
salam aleykum cenaze namazini qadinlar ve usaqlarda qila biler
Cavab:

Aleykum salam. Qadınlara və uşaqlara cənazə namazı qılmaq vacib olmasa da, imkan varsa, qıla bilərlər. Cənazə namazı ilə bağlı daha ətraflı: CƏNAZƏ BÖLÜMÜ

ardını oxu
30-05-2015
salam.meni maraqlandiran suallar var.Eger bir adam herbici iwleirse bele pul qazanmasi halal yoxsa haramdi.?eger er pulu haram qazanirsa bu onun qadininada gunahdi?
Cavab:

Aleykum salam. Bəli, hərbiçi işləmək olar və bu çox fəzilətli əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali İmran, 200).

ardını oxu
30-05-2015 zehra
salam aleykum.bir insana eseblewdikde cehennem ol demek olarmi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz ifadə bəd duanın, lənətin bir formasıdır. Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır.

ardını oxu
30-05-2015 Nurlan
Salam.Men qurana el basmiwdim ki siqaret cekmeyecem.amma doze bilmedim 12 gunden sora cekdim.indi menim uzerime hansi meseleler duwur.men bu gunahi nece temizleye bilerem
Cavab:

Aleykum salam. Yalnız Allaha and içməyə icazə verilir, Qurana isə Allahın kəlamı kimi and içmək olar, amma çəkinsəniz daha yaxşıdır. Həmçinin dinimizdə Qurana əl basaraq and içmək yoxdur.

ardını oxu
30-05-2015 Rahid
Eyer secdede sehv etmiwemsen ne etmeliyem ve bu sehvimi nece duzelde bilerem
Cavab:

Salam aleykum. Namazdan sonra az bir müddət keçdikdən sonra xatırlasanız, səhv səcdəsi edə bilərsiniz. Əks halda heç nə etmək lazım deyil. Daha ətraflı:

Səhv səcdəsi necə yerinə yetirilir?

ardını oxu
30-05-2015
Salam.Sualim beledi,eger bir insan gunah etmediyini fikirleshirse,ancaq bir anliq hisselirine qapilib tovbe edib,bu tovbeni pozmaq olar?
Cavab:

Aleykum salam. Günah olmayan şeyə görə tövbə etmək lazım deyil, əgər tövbə etmisinizsə, poza bilərsiniz. Uca Allah buyurur: "Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!" (Ta, Hə, 82).

ardını oxu
29-05-2015 Rahid
Dilençilere pul vermek gunahdirmi?
Cavab:

Salam aleykum İslam dini insanlara işləməyi əmr etmiş və bunun Allah qatında savab olduğunu bildirmiş, tənbəlliyi və dilənçiliyi isə pisləmişdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Zəkatda zənginin və qüvvətli olub ruzi qazana bilənin payı yoxdur".

ardını oxu
29-05-2015 konul
Men suni mayalanmadan sonra namaz qila bileremmi.yoxsa qusl vermeliyem
Cavab:

Salam aleykum. Qadınlar cinsi əlaqə, şəhvətlə məni ifraz olması, heyz, nifas və digər hallardan sonra qüsl almalıdırlar. Süni mayalanma bu hallara aid olmadığı üçün qüsla ehtiyac yoxdur. Daha ətraflı: Qüslu pozan hallar

ardını oxu
28-05-2015 elnur
salamun eleykum.iki sualim olacaq.1.uzerinde dua yazib gezdirmek gunahdir?2.oglanlar adi qizil olmayan sep, bilezik,uzuk taxa biler?
Cavab:

Aleykum salam.

ardını oxu
28-05-2015
As sələmu aleykum və rahmətullahi və bərakətuh.Zikri qelbde etmek olarmi(yeni dodaqlar terpenmeden, urekde)ister bu namazdan sonra edilen zikr olsun, ve yaxudda gundelik zikrler olsun? Allah razi olsun
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Zikrləri yavaş da olsa, dil ilə tələffüz edərək oxumaq lazımdır. Həmçinin oxuyun: Zikr nədir?

ardını oxu
28-05-2015
Salam aleykum. Mənim sualım cümə qüsulu haqqındadır. Kişilər cümə günü məscidə gedəcəkləri üçün cümə qüsulu alırlar. Bəs qadınlar da cümə günü savab qazanmaq üçün cümə qüsulu ala bilərlər.
Cavab:

Va Aleykum Salam. Cümə namazına getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Cümə qüslü yalnız Cümə namazına gedənlər üçün müstəhəbdir. Çüməyə getmyən qadınlar isə cümə qüslü almırlar. Daha ətraflı:

ardını oxu
28-05-2015 Azer
Her vaxtiniz xeyirli olsun,men aileli olub boshanmisham,qizin valideynliri dagitdi ailemizi,cox calishdim berpa edim alinmadi.indi men rus qadnla unsiyyet qurmusham o erinden ayrilir,men onunla evlene bileremmi?
Cavab:

Aleykum salam. Müsəlman kişi milliyətindən asılı olmayaraq, kitab əhlindən olan (xristian və yəhudi) namuslu və iffətli qadınlarla ailə qura bilər. Amma qadınla evlənmək üçün onun ailəsinin dağılmasına, əri ilə boşanmasına çalışmaq günahdır.

ardını oxu
28-05-2015
sala.size bir sualim var xaiw edirem cavab yazasiz.internetda taniw oldugum adamla evlenmek gunahdirmi?
Cavab:

Aleykum salam. Ciddi zərurət olmadan naməhrəmlə internet, telefon kimi vasitələrlə və ya üzbəüz danışmaq günahdır. İndiyə qədər bunu etmisinizsə, tövbə edin, daha sonra kişi qadına baxsın, xoşuna gəldiyi halda elçi göndərsin. Həmçinin oxuyun:

ardını oxu
28-05-2015 Fatime
Assalam aleykum. Suali yazdin ama cavab yazmadiz xaiw edirem cavablandirardiz.Er islami yawamirsa cahil heyati yawiyirsa qadin onnan bowana bilermi. Eyer eri ona talaq vermirse nece nece bowanmalidi
Cavab:

Aleykum salam. Ərinizi dinə dəvət etmədən və bunun üzərində uzun müddət səbr etmədən boşanma tələb etmək olmaz.

ardını oxu
28-05-2015
Salam menasini bilmediyimiz surələrə ruqyalara qulaq asmaq düzgündürmü ?
Cavab:

Aleykum salam. Həmin ruqyanın sözləri Quran, hədislər və sünnədəki dualara əsaslanırsa, ərəb dilini başa düşməsəniz belə, onlara qulaq asa bilərsiniz. Amma mənası ümumiyyətlə bilinməyən sözlərə qulaq asmaq və onlarla ruqya etmək haramdır.

ardını oxu
28-05-2015
Assalamu aleykum. Bizde yeni il,novruz ve s.kimi bayramıar qeyd edilir ve men bugun ucun hecne etmirem yoldasim anasina gore deyirki etmelisen men onun dediyini etmeliyemmi. Men hec birinde etmemisem ve boyuk problemler olub. Men duzmu edirem.Allah elminize bereket versin assalamu aleykum
Cavab:

Aleykum salam. Ərinizi gözəl əxlaqla və səbrlə dinə dəvət etmək sizin üzərinizə düşən vəzifələrdəndir.

ardını oxu
28-05-2015
Salam aleykum.Lotoreya haramdirmi?ve niye haram sayilir?meselen menim anam,nenem oynuyur,her ay verirler oz maashlarindan sonra oz verdiklerini novbesi gelende alirlar.Bu onlarin oz pullaridir axi.Diger lotoreyanin haram olduqunu bilirem chunki hech bir zehmeti yoxdur.Hemde men azyashliyam qorxuram
Cavab:

Aleykum salam. İnsanlar arasında "lotareya" deyilən, bir neçə nəfər arasında hər ay birinin götürməsi şərtilə pulların yığılmasında heç bir qəbahət yoxdur. Haram olan isə uduşlu lotareya oyunlarıdır, çünki kiçik məbləğ qoymaqla böyük məbləğdə uduş əldə etmək qumar sayılır.

ardını oxu

Pages