Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cinlərin evə girməsi üçün həmin evin hündürlüyünün fərqi yoxdur. Onlardan qorunmaq üçün evə girərkən və çıxarkən zikrləri və digər zikrləri oxumaq lazımdır. Ayətul-kursini də divara asmaq yox, oxumaq lazımdır. Həmçinin oxuyun:
Salam aleykum. Bu cür cadu etməyin mümkün olub-olmaması dəqiq bilinmir. Amma ümumən, cadu olunmuş insana şeytanlar vəsvəsə verərək günah işlərə sövq edirlər. Ağlı başında olan hər bir insan etdiyi günahlara görə cavabdehdir.
Aleykum salam. Hamamla ayaqyolu bir yerdədirsə, orada qüsl və dəstəmaz almaq olar. Bu barədə alimlər demişlər: "Hamamda olanda həmin kəs öz qəlbində "Bismilləh" deməli və bunu uca səslə söyləməməlidir.
Aleykum salam. Bunların səbəbi imanın zəifləməsidir, imanı artırmaq lazımdır. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Salam aleykum. Xeyir, doğru deyil. Qeyd etdiyiniz dua səcdədən qalxdıqda yox, səcdədə olarkən oxunur. Həmçinin oxuyun: Namaz qılmaq qaydası - VİDEO
Aleykum salam. Yalnız cümə günləri namaz qılmaq və ya ümumiyyətlə namaz qılmamaq böyük günahdır. Həmin insana Uca Allahın gündə 5 dəfə namaz qılmaq əmri çatdırılmalı, nəsihət olunmalıdır.
Aleykum salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Cinli insanın əlamətləri hansılardır?
Aleykum salam. Ümumiyyətlə, istənilən orucu tutarkən sübh namazının vaxtının girməsinə qədər sahur yeməyini yeyib qurtarmaq, məğrib namazının vaxtı girdikdə isə iftar etmək lazımdır. Gündəlik namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz.
Salam aleykum. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, kəbin kağızının olmaması kəbini batil etmir. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Salam aleykum. Əgər kişi öz həyat yoldaşına bir ifadə ilə üç dəfə dalbadal talaq (boşanma), yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır.
Salam aleykum. Qız qaçırtmaq və ya qızın kiməsə qoşulub qaçması haramdır. Halallıq kəbinlə hasil olur. Kəbində isə ən əsas şərtlərdən biri valideynlərin razılığıdır. Daha ətraflı: Qoşulub qaçmaq barədə
Salam aleykum. Xeyr, daha ətraflı: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Salam aleykum. Xeyr, günahlar yalnız Allaha etiraf edilməli, tövbə edərək bağışlanma dilənməlidir. İnsanlardan isə günahı gizlətmək lazımdır. Daha ətraflı:
Günahları başqalarına demək olarmı?
Salam aleykum. Allaha dua etmək üçün ziyarətgaha getmək lazım deyil. Uca Allah buyurur: "Biz ona (insana) şah damarından da yaxınıq." (Qaf surəsi, 16)
Salam aleykum. Üz tüklərini, həmçinin iki qaşın arasındakı tükləri almaqla bağlı qadağa bildirilməyib. Qaşları almaq isə günahdır.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".
Salam aleykum. Zina böyük günahlardandır, tövbə edib bundan çəkinməyənlər həm qəbirdə, həm də axirətdə şiddətli əzab görəcəklər. Daha ətraflı: Zina etmək haqqında
Aleykum salam. Əgər hər hansı oyuna müəyyən vəsait qoyulursa və bundan uduş əldə edilirsə, bu oyunların hamısı qumar hesab olunur, Qumar isə haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?
Aleykum salam.
Aleykum salam. Bu cavabı oxuyun: Vəhhabi kimlərdir?
Aleykum salam. Peyğəmbərlər istisna olmaqla heç kim cinləri yarandıqları surətdə görə bilməz. Uca Allah buyurur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (əl-Əraf, 27)
Aleykum salam. Cavabı buradan oxuyun: Allahın təkliyinə dair şübhələrim var, səhih dəlillər yaza bilərsinizmi?
Aleykum salam. Bu cavabı oxuyun: Qızla danışarkən şəhvət hissi oyandıqda qüsl pozulurmu?
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır.
Aleykum salam. Bu haqda məlumatımız yoxdur. Ancaq ümumilikdə duha namazını qılmaq savabı çox olan, fəzilətli əməllərdəndir. Daha ətraflı:
Duha namazı necə qılınır?
Aleykum salam. İslamda belə bir namaz növü mövcud deyil və bu bidət əməllərdən hesab olunur. İbadətin hər bir növü, xüsusən də namaz kimi böyük və əzəmətli bir ibadət yalnız və yalnız Allah rizası üçün edilir.
Aleykum salam. Əli ibn Əbu Talib (radıyəllahu anhu) hər iki sahəni çox gözəl bilib. Daha ətraflı:
Əli ibn Əbu Talib haqqında
Aleykum salam.
Salam aleykum. Müsəlman imkan daxilində sırf Allah rizası üçün olmaq şərti ilə istənilən vaxt qurban kəsə bilər. Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək barədə
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Salam aleykum. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?
Aleykum salam. Tövbəni istənilən yerdə və vaxtda etmək olar. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Salam aleykum. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə cəzalanmır. Pis fikirlər şeytanın vəsvəsidir. Pis fikirləri qovmaq üçün isə Uca Allahı çoxlu zikr etmək lazımdır, əks halda fikirlər insanı pis əməllərə apara bilər. Bir sözlə günah düşüncədən əmələ keçməzsə, cəzası olmaz.
Salam aleykum. Burada elm deyildikdə Allah və din haqqında hamının bilməli olduğu elm nəzərdə tutulursa, bəli namaz qılmadan əvvəl bu vacib məlumatları hamı bilməlidir.
Salam aleykum. Cavabı buradan oxuyun:
Kəbədəki qara daşın hikməti nədir?
Kəbənin ətrafına niyə fırlanırlar?
Salam aleykum. Sünnət olunub-olunmamasından asılı olaraq namaz hər kəsə vacibdir. Həmçinin oxuyun: Sünnət olmayan oğlan uşaqları müsəlman sayılırmı?
Aleykum salam. Bəli, qadın heyz halında dua, zikr edə və əzbərdən Quran oxuya bilər. Daha ətraflı: Qadın heyzli halda dua edə bilər?
Aleykum salam. Uca Allah yaralı olduqları halda üzərlərinə qoşun gəldiyi xəbər verilən səhabələri vəsf edərək buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabı oxuyun: Aləmlərin yaradılış səbəbi peyğəmbərimizdirmi?
Aleykum salam. Xeyr, axşam heyzin bitdiyini görən kimi qüsl alaraq işa namazını qılmaq lazımdır. Bunu bilmədən bəzi namazları qılmamısınızsa tövbə etmək lazımdır, qəza qılmağa ehtiyac yoxdur. Bilərəkdən qılmamaq isə böyük günahdır.
Aleykum salam. Cadudan qorunmaq üçün burada yazılanları edin: Cadudan necə qorunmaq olar?
Salam aleykum. Bu cür yuxular şeytanın vəsvəsələrindəndir. Pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?
Aleykum salam. Zərurət hallarında, həmçinin evlənmək niyyəti ilə naməhrəmə baxmağa icazə verilir. Bundan başqa hallarda isə naməhrəmə baxmaq günahdır. Uca Allah buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Aleykum salam. Bu cür cəfəng fikirləri yayan bidətçilərin (dində yenilik edənlər) məqsədi Allah qatında fəzilətli insanları insan cildindən çıxardaraq və onlara oxşamağın qeyri-mümkün olduğunu təbliğ edərək müsəlmanları ruhdan salmaq, həmçinin öz günahlarına bəraət qazandırmaqdır.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim Allah rizası üçün nəfsinə xoş gələn bir şeyi tərk edərsə, Allah Təala onun üçün gözləmədiyi yerdən həm dünyası, həm də dini üçün ondan daha xeyirlisi ilə əvəz edər" (İmam Əhməd; Heysəmi; Əbu Nueym)
Aleykum salam. Bu cavabları oxuyun:
Haram sevgini necə unutmaq olar?
Yalan danışaraq insanların qəlbini ələ alan şəxs günah qazanırmı?