07-04-2015
Salam.dua etmezden evvel Allahin wenine terifler demek lazimdirmi?ve nece terif deyek.dua edilerken ellerin hansi mesafede acilmasinin ferqi varmi?
Cavab:

Aleykum salam. Bəli, bu duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri

ardını oxu
07-04-2015 Menden
Salam Alekum cume Namazi nda imam mimbere qalxib dualar oxuyura yeni xutbeye baslayanda olan duaları yazardizda Allah sizden razi olsun
Cavab:

Aleykum salam. Bu dua "xutbətu-l-hacəh" adlanır. Dua tam olaraq aşağıdakı kimidir:

ardını oxu
06-04-2015 azeri
salam men azeriyim 20 yaşindayim namaz qilmiram medineye getsem günah olarmi.yada medineden qaydandan sonra mütleh namaz qilmaliyam.yoxsa.
Cavab:

Aleykum salam. Mədinəyə getməyinizdə günah yoxdur. Amma namazı mütləq qılmaq lazımdır. Bunun üçün isə harasa getməyi gözləmək lazım deyil. Daha ətraflı:

Namaz qılmayan Cənnətə girə bilərmi?

ardını oxu
06-04-2015
namaz vaxti ve ya namazdan once destemasdisnsa ve qaz gelir gucle saxlairsansa destemaz pozulur ya yox?
Cavab:

Salam aleykum. Qarında yelin yaranması dəstəmazı pozmur, xaricə yel çıxması isə pozur. Yel həddindən artıq çoxdursa, zorla saxlayaraq namaz qılmaq bəyənilmir. Daha ətraflı:

Dəstəmazı pozan amillər

ardını oxu
06-04-2015
Qardas Qurani-Kerimde namazi qiyam halinda qilin buyrulub qiyam hali nece olur?
Cavab:

Salam aleykum. Qiyam - ərəb mənşəli söz olub mənası insanın ayaqüstə olduğu hala deyilir. Quranda bildirilən qiyam halı da bu mənanı ifadə edir. Qiyam halı və namazın digər ayinləri isə daha təfsilatlı Quranda yox, hədislərdə bilidirilib.

ardını oxu
06-04-2015
Salam aleykum. Bildiyimə görə yetkinlik yaşına çatmayan müsəlman uşaqları cənnətə düşəcək. Bəs yetkinlik yaşına çatmayan kafir uşaqları necə?
ardını oxu
06-04-2015 deyanet
Niye qurani kerimi tekzib eden hedislere inanmaliyiq?
Cavab:
Salam aleykum. Hədislər Quranı təkzib etmir, onu açıqlayır və təfsilatını bildirir. Hədislərə inanmamaq insanın Quranı səhv başa düşərək azmasına gətirib çıxarır. Hədis ilk baxışda qəribə göründükdə, alimlərin ona verdiyi şərhi oxumaq, həmçinin səhih, yoxsa zəif olmasına baxmaq lazımdır.
ardını oxu
06-04-2015
Salam.menim niwanlim ilan oldurub.ama heyetde oliya oldugunu bilmiyib.bu gunahdirmi cezasi varmi?
Cavab:

Aleykum salam. Zərərverici heyvanları öldürməyə icazə verilir. İlan, əqrəb, sıçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün.

ardını oxu
06-04-2015 ??????
salam aleykum.saqqiz ,qizla el ile goruwmek destemazi pozurmu?doyuw novlerinden hansi haramdir ve varsa neye gore haramdir?
Cavab:

Aleykum salam.

ardını oxu
04-04-2015 Orxan
Men meselen 3 ruketli Namazi 4 ruket qiliramsa hemin Namaz batildirmi?
Cavab:

Salam aleykum. Xeyr, namazda lazım olandan çox rükət qılmaq namazı batil etmir. Sadəcə sonda səhv səcdəsi etmək lazımdır. Daha ətraflı:

Səhv səcdəsi necə edilir?

ardını oxu
04-04-2015
assalemu aleykum men zikr edenden sonra ne dua oxuyum?
Cavab:

Aleykum salam. Zikr etdikdən sonra dua etmək lazım deyil. İstəsəniz özünüz istədiyiniz duanı edə bilərsiniz. Daha ətraflı: Zikr nədir?

ardını oxu
04-04-2015 ayten
menim usagim xestedi sagalacaqmi?
Cavab:

Salam aleykum. Qeybi yalnız Allah bilir. Övladınıza şəfa verməsi üçün Allaha çoxlu dua edin, namaz qılın və dualarınızın qəbul olması üçün səy göstərin.

ardını oxu
04-04-2015 Fuad
Salam Aleykum. Zəhmət olmasa Namazdan sonra oxunan duaları bildirərdiniz. Öncədən Təşəkkürlər.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

ardını oxu
04-04-2015 ilahə
Mən namaz qılanda başqa-başqa şeyler düşünürəm bunun üçün nə edə bilərəm.
Cavab:
ardını oxu
04-04-2015
Salam aleykum mene maraglidir qiyamet gunu verilecek suallar nece olacaq? onceden tesekkur edirem Allah razi olsun.
ardını oxu
04-04-2015
Salam aleykum. aləq səcdə surələrindəndir. mən namazda bu surəni oxusam səcdə etməliyəm?
Cavab:

Aleykum salam. İstər namazda, istərsə də adi vaxt Quran oxuyarkən səcdə ayəsinə çatdıqda səcdə etmək vacib yox, təkid olunmuş sünnə əməllərdəndir -- edən savab qazanır, etməyənə isə günah yoxdur. Səcdəni həm Quran oxuyan, həm də onu dinləyənlər edirlər.

ardını oxu
04-04-2015
salam aleykum.1 ickili bir wexsle goruwsek gunahdirmi?2 spirti iylemek olarmi? 3 namaz vaxtlarinin weherler arasindaki ferqi yazardiz.4 neye gore bu ferq weherler arasinda bakidan sonraki vaxtlara tesaduf edir?5 tekbir dedik de elleri ciyinlere qeder qaldirmaq olarmi(hedisden yazin)?
Cavab:

Aleykum salam.

ardını oxu
04-04-2015
Salam Aleykum.Bir sualim var cox xahiw edirem tez cavablandirin .. Yuxuda tez tez rehmete geden padruqami gorurem bir Ildiki rehmete geden.yeni aile qurmuwdular eriyle beraber rehmete getdi...Onun olumu mene pis tesir etdi........Yuxuda cox gorurem oNun haqqinda yuxuda ewidirem onu qucaqlayiram..
Cavab:

Aleykum salam. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir. Uca Allah buyurur:

"Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).

ardını oxu
04-04-2015
Salam aleykum.2 sualim var in saa Allah. 1)Kisiler ucun ince belli Huriler. Bes qadinlar ucun?2)belke Cennetde,in saa Allah,qadin heyat yoldasini qisqanir Hurilerden?!neynemelidi...
Cavab:

Aleykum salam. Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun!

ardını oxu
04-04-2015
Salam Aleykum.Xahiw edirem men YaZan butun suallari Cavablandirin coox xahiw.Suallarimin bezilerine cavab gelmir.InDi yazasi sualim odur ki men erime yalan daniwmiwam siqareti tergitsin deye ..Bu gunahdirmi???tez yazinda cavab.Allah razi olsun
Cavab:

Aleykum salam. Yalan danışmaq böyük günahdır, yalnız bu üç haldan başqa: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləməsi. Sizin məqsədiniz xeyirli olsa da, bu halda yalan danışmaq icazəli deyil.

ardını oxu
03-04-2015
salam. bir taniwim var mene ixtisasimla bagli ders deyir ve artiq dost olmuwuq bu yaxinda onun ateist oldugunu oyrendim onunla elaqeni kesmek istemirem cunki ondan oyreneceyim cox wey var ve dostumun yanliw yolda olmagini da istemirem men ne etmeliyem?
Cavab:

Aleykum salam. Uca Allah kafirlərlə dost olmağı qadağan etmişdir. Amma onlardan nəsə öyrənmənizə, ticarət etmənizə və s. heç bir qadağa yoxdur. Həmçinin onu İslama dəvət etməlisiniz. Daha ətraflı:

ardını oxu
03-04-2015
Salam aleykum. Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?

ardını oxu
03-04-2015
Salam aleykum."Elm oyrenmek ibadetdir". Bilmek isterdimki, elm dedikde dunyevi ve dini cehetden olan elmdir? Yoxsa sadece dini elm?
Cavab:

Aleykum salam. Əksər hallarda Quran və hədislərdə elm deyildikdə şəri elm və onunla əlaqəli elmlər nəzərdə tutulur. Amma ümumən müsəlmanlara fayda verən hər bir elmlə məşğul olmaq xeyirli əməllərdəndir.

ardını oxu
03-04-2015 Ceyhun
Salam müsəlmanların ədəbiyyat və incəsənətlə məşğul olması və bədii kitablar oxuması teatra baxması kinoya baxması nə dərcədə günahdı və islamda yaradıcılıq azadlığı anlayışı varmı? qabacadan təşəkkür edirəm
Cavab:

Aleykum salam. Dinə, Allahın əmrlərinə zidd şeylər olmamaq şərtilə bədii ədəbiyyat və şeir oxumağa və yazmağa heç bir qadağa yoxdur. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri içərisində şairlər də olmuş, O da onlardan şeir dinləmişdir. Daha ətraflı:

ardını oxu
01-04-2015 muselmanka91
salam aleykum.Eshitmishem Peygemberimizin(s.e.v.) saclarini ve hansisa bir paltarini muzeylerde saxlanilib.
ardını oxu
01-04-2015
Salam aleykum. Bir kisinin qadini incitmesi ona qaba, sert sozler isletmesi ne derecede gunahdi? Qadin sehv hereket edende ona "sen cox imansiz birisen" demesi? Peygember sallallahu aleyhi va sellem axi qadinlari şüşəyə benzedib.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər". (əl-Bəqərə, 228).

ardını oxu
31-03-2015
Salam aleykum.bezen ele hal olurki insanda onu elebil ne ise bogur insan terpene daniwada bilmir.bu neden qaynaqlanir.bunun baw vermemesi ucun ne etmek lazimdir.
Cavab:

Aleykum salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Yatarkən baş verirsə, yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı:

Pis yuxulardan necə qorunmaq olar

ardını oxu
31-03-2015
Salam namazda secdede iken baş örtüsü acılarsa örtmək olar?
Cavab:

Aleykum salam.

ardını oxu
31-03-2015
Salam eleykum.men duyduguma gore gunahi dile getirmek gunahdi..men bele dedikde menden bunun subutunu istediler.zehmet olmasa buna dair aye ve ya hedis yazib izah ederdiz bu meseleni.Allah razi olsun.
Cavab:

Aleykum salam. Müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün".

ardını oxu
31-03-2015 T5H9
esselamun aleykum.menim sualim namaz esnasinda 1-2yasli usaqin qarsimnan kecmesi,qucagima cixmasi namazimi batil edirmi?ALLAH
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz halların heç biri namaz batil etmir. Amma hər ehtimala qarşı namaz qılarkən qarşınıza sutra qoyun. Daha ətraflı:

Namazı batil edən hallar

ardını oxu
31-03-2015
Salamm aleykum,bir sualim var o duzdumuki imam ALi(e.s)oz qizi Ummu-Gulsumu,2-ci xelife Omere ere verifdi...
Cavab:

Aleykum salam. Bəli, həqiqətən Əli (radıyəllahu anhu) Fatimədən (radıyəllahu anhə) olan qızı Ummu Gülsümü xəlifə Ömərə (radıyəllahu anhu) ərə verib. Bu, müxtəlif tarixi mənbələrdə dəlillərlə qeyd olunub. Ömərin (radıyəllahu anhu) Ümmü Gülsümdən övladları da olmuşdur. 

ardını oxu
31-03-2015 Elmar
Salam.insanlar ayri ayri mesheblere qulluq edirler.butun meshebler Allaha inanir onun yolunda namaz qilirlar.bes axiretde yalniz bir meshebmi dogru olacaq.peygemberimiz (sallallahu eleyhim ve sellem) qilan kimi qilmayanlarin namazi qebul olmayacaqmi.?
Cavab:

Aleykum salam.

ardını oxu
31-03-2015 Yene men
Salam aleykum.suallarimla sizi bezdirmerem in we Allah.subh namazina cetinlikle dururam bezi vaxti dura bilmirem(Allah kecsin gunahimdan).bir meslehet verin xahiw.dura bilmemeyemim imam zeifliyinden ola bilermi?
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Odur ki, Allahın haqlarını yerinə yetirməkdə sizdən gözlənilənləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar".

ardını oxu
28-03-2015
Salam aleykum .necəsiniz? ALLAH sizlərdən razı olsun. Bir çox suallarıma cvb tapa bilmişəm. İndi belə bir sualım var.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir". (Hud, 107).

ardını oxu
28-03-2015 gunay
Salam aleykum.bele bir sual verim.neye gore ziyarrtgahda olan agaci goturdukde kesdikde insanin bawina pis iwler gelir?bu weytanin iwi ola bilermi?ziyaretgahi dagitmaq olarmi?insanin bawina pis weyler gelmeyinden qorxur.bir meslehet verin xahiw edirem.cox vacibdi
Cavab:

Aleykum salam. Başımıza gələn müsibətlər ziyarətgaha görə yox, Allahın qədəri ilə bağlıdır. Bunun ziyarətgahdan olmasına iman gətirmək insanı dindən çıxara bilər.

ardını oxu
28-03-2015 elvıra
salam xaıs edırem menım sualımı heqıqı duzgun cavablandırasız. Menım oglum dunyaya geldıkde atası onun adını Ömer qoydu.sızden sorusmaq ısderdımkı bu adda nese prablem var.usag xesdelenır bezı qohumlar var deyır ad ona dusmur deyısın bu ne derecede duzdu
Cavab:

Aleykum salam. İnsanın adında heç bir düşər-düşməzlik olmur. Bu, xurafat fikirlərdir.

ardını oxu
28-03-2015 Muhammad Dagreere
Allahin salami olsun muselmaq qardash ve bacilara.men oyrenmek isterdim,sach qirxdirarken,bashin qiraglari agarti shekilinde,ust terefi ise qaramtil shekilinde(buna el arasinda "polu-boks" sach duzumu deyirler)qalmagi Islamda problemdirdi?ve ya bunun haram olduguna dair deliliniz varmi?bun
Cavab:

Aleykum salam. Həddindən artıq ağartmaq bəyənilmir. İbn Ömərin (radıyəllahu anhumə) rəvayətinə görə, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir uşağın saçının bir hissəsinin taraş edildiyini, digər qisminin olduğu kimi qaldığını gördü.

ardını oxu
28-03-2015
men ne qeder namaz qilsamda quran oxusamda yene allaha mehebbetim yoxdu evvel namaz qildim sora atdim indi yene namaz qiliram uc gun kecir heves olur qilmaq isdemirem mennen asli deyil
Cavab:

Aleykum salam. "Allaha məhəbbətim yoxdur" sözünü deməkdən çəkinmək və buna görə tövbə etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Məni yad et­dikcə onun­la­yam.

ardını oxu
28-03-2015 ..
Salam.üzr istəyirəm.mən indiyə qədər heç kimi sevməmişdim,heç kimlə danışmamışdım.son vaxtlar bir oğlanı sevdim.bilirəm qadın özün alçaltmaz amma mən ona mesaj yazdım.o da başa düşdü ki mənim ondan xoşum gəlib.amma istəyirdi ki yazm soruşdu hansı məqsədlə yazmısan demədim.amma o məni tanıyırdl.o elə
Cavab:
ardını oxu
28-03-2015
Salam aleykum. İki nefer bir yerde namaz qildiqda camaat namazi sayilirmi yeni camaat namazinin savabi qeder savab yazilirmi?
Cavab:

Aleykum salam. Bəli, iki nəfərin bir yerdə namaz qılması camaat namazından sayılır. Daha ətraflı:

Camaat namazı necə qılınır?

ardını oxu
28-03-2015 ???
as salamu ealeykum ve rehmetullahi ve bereketu.masindan her hansi bir sureni yada Allah yazilan ewyani asmaq olarmi.?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Quran surələrini və ya duaları yazdırıb haradansa asmaq yox, onları tez-tez oxumaq və mümkün qədər əzbərləmək lazımdır. Daha ətraflı: Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?

ardını oxu
28-03-2015
As Salam aleykum.Zikr ederken gozleri baglamaq(yummaq) olarmi?salam aleykum va rahmətullah
Cavab:

Aleykum salam. Namaz əsnası istisna olmaqla digər hallarda zikr və dua edərkən gözləri yummaq icazəlidir. Namazda gözləri yummaq isə bəyənilmir. Daha ətraflı:

Namazda bəyənilməyən əməllər

ardını oxu
28-03-2015
bakirə qiz kisi olmadan nece ehtirasini oldure biler
Cavab:

Salam aleykum. Bu qadağandır. Bu halın baş verməməsi üçün gözü haramdan qorumaq, şeytandan Allaha sığınaraq çoxlu zikr etmək, şəhvət güclü olduqda isə oruc tutmaq lazımdır. Daha ətraflı: Masturbasiyanı necə tərgitmək olar?

ardını oxu
28-03-2015 aqa
cume namazindan evvel zohr namazi qilinarsa cume namazi batildi?
ardını oxu
28-03-2015
Salam aleykum.1.Ushaq ne vaxt sunnet edilmelidir?2.hicame nedir?3.bir-birleri ile evlenmesi qadaqan olan mehremler haqda daha etrafli yaza bilersinizmi?yeni ata,qardash,sud qardashi,emi,dayidan bashqa varmi ebedi mehrem?atanin oqlu onun diger arvadinin qizi ile,daha dogrusu atanin qizliqi ile evlene
Cavab:

Aleykum salam. 

ardını oxu
28-03-2015
salam bakida gunde 5 defe azan verilen mescidler varmi? mende mescidde camaat namazi qilmaq isteyirem?hansi mescidde sunne namazi qilinir?
Cavab:

Aleykum salam. Gündə 5 dəfə azan verilən məscidlərə misal olaraq Təzə bazar yaxınlığındakı Göy məscidi, Elmlər akademiyası metrosu yaxınlığındakı İlahiyyat məscidini, Qaraçuxur qəsəbəsindəki məscidi və s. göstərmək olar.

ardını oxu
28-03-2015
As salam aleykum va rahmətullahi va bərakətuh.İn see Allah universiteti bitirdikden sonra Allah qismet etse Ummu al Quraba adina Mekkede universitetde oxumaq isteyirem.Ve universitetim 5 il cekir yeni bitirdikden sonra texmini 23-24 yaşım olacaq, ve men bilmek isterdimki,Mekkeye mehremsiz gedib oxuy
Cavab:

Aleykumu-s-salam və rahmatullahi və barakatuh. Umm əl-Qura universitetində oxumaq üçün məhrəmlə getmək vacibdir. Ətraflı məlumatı universitetin saytından öyrənə bilərsiniz: https://uqu.edu.sa/english

ardını oxu
27-03-2015
Qadinlar tualete getdikden sonra nem salfetle siline bilermi? nem salfetle silinsin ve destemaz alsin/bu mumkundurmu?
Cavab:

Aleykum salam. Su varsa, ayaqyolunda su ilə yuyunmaq lazımdır. Su olmayanda salfetdən istifadə etmək olar.

ardını oxu
27-03-2015 Asmer
salam aleykum. Menim qeza oruclarim var. beleki men 9 yasindan bu gune qeder olan qeza oruclarimi tutmaq isteyirem. amma medemde qastrit var ona gore tuta bilmirem. Maddi imkanim da yoxdur ki, evezinde yoxsul doyuzduram. Ozum de cox imkansizam. Nece ede bilerem ki, bu dunyada qeza orucum qalmasin.
Cavab:

Aleykum salam. İmkan daxilində keçmiş illərin oruclarını tutmaq daha yaxşıdır. Xəstəliyə gəldikdə isə, müalicə olunub daha sonra qəza orucunu tutmaq olar. Daha ətraflı: Xəstəlik səbəbi ilə oruc tutmamaq haqqında

ardını oxu
27-03-2015 rovsen
evvela salam men qibleni nece teyin ede bilerem uzu gunesedurmaliyam yoxsa nece xaish edirem etrafli basa salardiniz
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə təyin etmək olar?

ardını oxu

Pages