17-03-2015 Deniz
salam men yeni namaz'a başlayacam,bawlamamazdan once neler qadagındır oyrenmek isteyirem zehmet deyilse namaz qilan insana neler olmaz yazardınız...sagolun
Cavab:

Aleykum  salam. Sizi namaz qılmağa müvəffəq edən Allaha həmd olsun! Allaha dua edirik ki, hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız. Əslində "namaz qılana filan şey qadağandır" fikri düzgün deyil.

ardını oxu
17-03-2015 revan
Salam. Yuxuda qüsulun pozulmasını görmek, qüsulun pozurmu. Xayış edirem cavab yazın
Cavab:
ardını oxu
17-03-2015
kompasda s herifi hara dusurse qible o terefde olur?
Cavab:

Salam aleykum. Azərbaycandasınızsa, bəli, S hərfi istiqamətindən azca sağa dönsəniz qibləyə yönəlirsiniz. Daha ətraflı: Qibləni necə təyin etmək olar?

ardını oxu
17-03-2015 Anar
salam aleykum cənazə namazında fatihə surəsi oxunurmu? cənazə namazında subhanəkə duası oxunurmu? bu suallara cavab versəz İnşə Allah yaxşı olar Allah elminizə bərəkət versin salam aleykum
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. "İstiftah" (subhanəkə) duası yox, ancaq əl-Fatihə surəsi oxunur. Daha ətraflı: Cənazə namazı necə qılınır?

ardını oxu
17-03-2015
Salam aleykum heyzli halda quraninin erebce heriflerin oyrenmek olar
Cavab:

Aleykum salam. Bəli, heyzli halda ərəb hərflərini öyrənmək olar. Daha ətraflı: Qadın heyzli halda nələri edə bilməz?

ardını oxu
17-03-2015
salam aleykum mene 17 yawimda yumurtaya edib bextimi baglaiyib suya atiblar cox istien olur laki qapimiza gelen olmur sumuklerimde agri olur bawim agriyir indi 23 yawim var nece elemek olar cadu batil olsun
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
17-03-2015 Allah bendesi
Gece nimazinin sonunda olan vitr namazinin qunutunu tutmaq ve yaxud qunutdaki dualarin, zikrlerin hamisini demek vacibdirmi? Allah yar olsun, amin insallah.
ardını oxu
17-03-2015 togrul
essalamu aleykum ve rehmetullahi ve bereketu.hansisa iw ucun bankdan kredit goturmek olarmi?birde kredit kartlarindan albali bol kart ve s. alis veriscun istifade etmek olarmi?faizsiz kreditle alis veris etmek olarmi?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kredit götürmək bütün hallarda haramdır. Daha ətraflı: Kredit götürmək haqqında

ardını oxu
16-03-2015
Salam aleykum ingilis dili kafirlerin dilidi yeni bu dilde danismaq olar zeruru hal olmadiqda bele inden cox sagolun
Cavab:

Aleykum salam. Dini və dünyəvi məqsədlər üçün kafirlərin dilini öyrənmək və öyrənmə məqsədi ilə həmin dildə danışmaq olar. Zərurət olmadan isə danışmaqdan çəkinmək lazımdır.

ardını oxu
15-03-2015 Şehriyar
Salam. Evvelceden bu saytı düzelden emekdaşlara teşekkür edirem. Men Türkiye'de oxuyuram cüme namazında namazı möhürle qılıram ama hiss edirem ki camaat bunu xoş qarşılamır. Men bu barede ne ede bilerem ? Evvelceden size teşekkür edirem!
Cavab:

Aleykum salam. Möhür peyğəmbərin (sallallahu aleyhi və səlləm), onun əhli-beytinin və səhabələrinin istifadə etmədiyi, dinə sonradan gətirilmiş bidətdir (dində yenilik). Bidət isə günahdır, ona görə də möhür istifadə etməməlisiniz.

ardını oxu
15-03-2015
salam.qurani kerim cehiz kimi verile bilermi?
Cavab:

Aleykum salam. Bəli, bu gözəl hədiyyədir. Allah yeni qurulan müsəlman ailələrinə bərəkət versin. Quranı oxumaq üçün verməlisiniz, suvenir kimi evin görünən yerinə qoymaq və ya şkafda bağlı saxlamaq niyyəti ilə yox.

ardını oxu
15-03-2015 Azer
Salam. Imkan varsa, namazin sozlerini mene yazili formada gonderin, print eleyib, oyrenmek isteyirem. [email protected]
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, Allah sizi islam üzərində sabit etsin. Namazın sözlərini buradan öyrənə bilərsiniz: Namazın qılınma qaydası - VİDEO

ardını oxu
15-03-2015 ***SERVAN***
salam yuxuda namaz qilmaq ve namazi axira catdirmamis basqasinin sene mane olmasi nece yozulur ve yaxudda ki yuxuda namaz qilmaq isdeyirsen amma basqasi sene imkan vermnir
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Yuxuda namaz qılmaq nəyə işarədir?

ardını oxu
15-03-2015 di8Q
Assalamu aleykum necesiz qardaslar?Sizlere suallarim olacaq.1.Zovcenin xalasi ve bibisi ile qonaq gelende opusub gourusmey olar? 2.Kisilerin mecidlere yiqisdiqi kimi qadinlarinda yiqisdiqi yer var zovcemide aparmaq isteyirem belke siz bilesiz mene yardim edesiz.ALLAH razi olsun
Cavab:

Aleykum salam.

ardını oxu
15-03-2015 Ehmed
Salam size 2 sualim olacaq,1.menim bir dene tanisim var kafirdir men ondan kafir oldugu ucun uzaqlawmaq isteyirem amma meni ona nese cekir,nese menim gozumde zinetli gorunur,ona yaxin olmaq isteyirem.bele insanlar niye uzu nurlu insanlar kimi sevilir? 2.kafir bir sexsi sevmek gunahdir?
Cavab:

Aleykum salam. Bu, şeytanın vəsvəsəsi nəticəsində ola bilər, fikir verməyin. Vəsvəsədən qorunmaq üçün burada yazılanları edin: Cadudan necə qorunmaq olar?

ardını oxu
15-03-2015
salam Aleykum.destemaz aldiqdan sora yoldasimin eli elime deyerse o mene toxunarsa destemaz sinirmi yeniden almalıyam?2 ci sualim namaza başlayandan sora mede yelini çıxmaması üçün necbur saxlamaq namaza devam etmek namazı pozurmu.günahdirmi bu hal.namazı saxlayıb yeniden destemaz almalıyam?evvelced
Cavab:

Aleykum salam.

ardını oxu
15-03-2015
Salam aleykum Ozumu cox riyakar hiss eliyirem, birden heqqiqeten bele oldugumu dusunurem, Xahiş eliyirem mene komek eliyin. Men nece eliyim bunun ucun bir dua varmi ve yaxud riyakar insanin elametlerin yaza bilersiz zehmet olmasa inden cox sagolun.
Cavab:

Aleykum salam. Bu şeytanın vəsvəsəsidir, vəsvəsəyə isə fikir vermək lazım deyil. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir.

ardını oxu
15-03-2015 Elvin
Salam aleykum,sizə 2 sualım var.Birinci sualım belədir-Mən necə bilərəm ki,Allah məndən razıdır(məni sevir)ya yox? 2ci sualım isə belədir,insan kiçik yaşlarda etdiyi pisliklərə görə günah qazanır? Mən eşitmişdim ki,18 yaşına qədər heç bir günah yazılmır...
Cavab:

Aleykum salam. Alimlər demişlər ki, əgər Allah qatında dəyərini bilmək istəyirsənsə, bu dünyada Allaha verdiyin dəyərə bax gör, nə qədər Allahı zikr edib ona itaət edirsən. 

ardını oxu
15-03-2015
Birde erim icki icendir ne ayrila bilmirem ne doze.ne edim
Cavab:

Salam aleykum. İçki içmək böyük günahlardandır və mütləq ərinizi bundan çəkindirməyə çalışmalısınız. Daha ətraflı: İçki içməyin günahı

ardını oxu
14-03-2015
Salam aleykum uzde makiaj olanda destemaz almaq olar?
Cavab:
ardını oxu
14-03-2015 Əhməd
Qəbr üstündə quran oxunağın olüyə xeyri varmı
Cavab:

Salam aleykum. Xeyr, qəbrin yanında Quran oxumağın ölüyə heç bir xeyri yoxdur və bu, dində yenilik (bidət) olduğu üçün günahdır. Daha ətraflı: Ölü üçün Ya Sin oxutmaq olar?

ardını oxu
14-03-2015
salam aleykum men bilmek isderdim ölüm ayaginda olan bir insan üçün ve ya artix can çekişen canini tapşırmaga çalışan insanın baş ucunda oturub hansı dualari etmek olar quranda hansı ayeleri oxumaq olarki rahat canını tamşirsin.men dini söhbetlerin birinde esitmişemki ölüm ayaginda olan insana quran
Cavab:
ardını oxu
14-03-2015 Fuad
Salam Aleykum. İstixarə namazı nədir və sünnəyə görə istixarə namazı necə qılınır ? Allah razi olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan: İstixarə (hacət) namazı necə qılınır?

ardını oxu
14-03-2015
salam eleykum. satici mali oz deyerinden baha qiymete satib pulu ozune saxliyirsa bu haramdi? ( sistani aqa) 2. qurana qarsi sekk yaranir mende.ne ede bilerem. Allah razi olsun
Cavab:

Aleykum salam.

ardını oxu
14-03-2015
Salam.Musiqi haramdir ewitmiwem..bes musiqi oxuyub yaxwi iwler gorursense ancaq niyyetin budur pis verdiwlerden uzaq olub insanlara yaxwiliq etmek sedeqe vermekdirse meqsedin.Yenede haramdir musiqi oxumaq????Birdeki bir insan var meslehet verende o insan deyirki toxun acdan ne xeberi hec kim menim y
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki səs vardır ki, bunlar dünyada və Axirətdə lənətlənmişdir: şənlik məclisində çalınan musiqi və bir də yasdakı vay-şivən səsi". (əl-Bəzzar, 7513).

ardını oxu
14-03-2015 Ləmandan.
Əyərsevdiyim şəxs məni sevmirsə mən özümü ona necə sevdirə bilərəm.
ardını oxu
14-03-2015 Əbu Talib
Məkkədən gətirilmis uzuyu isletmek olar? BİRDƏ hansi ələ taxmaq olar?
Cavab:

Aleykum salam. Üzüyü adi bir əşya kimi istifadə edə bilərsiniz. Amma onu müqəddəs saymaq, ondan bərəkət gözləmək və s. olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzüyü hər iki əlinə taxardı. Daha ətraflı:

ardını oxu
14-03-2015 rustem
salamun elykum.NAMAZ qilmayan insan muselmandirsa ona cenaze NAMAZi qilinmalidirmi? NAMAZ qilan insan muselman sayilirmi?
Cavab:

Aleykum salam. Bəli, namaz qılmayan insan müsəlmandırsa, cənazə namazı qılınır. Daha ətraflı: Namaz qılmayanın müsəlman olması haqda

ardını oxu
14-03-2015 elvusal
Assalamu aleykum ve rehmetullahi ve berekatuhu.Qardas size bir nece sualim olacaq.1-cisi beledir,qrip olarken burundan gelen su necis sayilir? Namaz qilan vaxt gelerse elle silmek olar?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
12-03-2015 murad
salamun eleykum bele gozel sait acdiginiz ucu tesekkur edirem.men bilmek isteyirem ki Receb ayi hansi aydir? bizim aylarin adiile adi nedir?
Cavab:

Aleykum salam. Rəcəb ayı Hicri-Qəməri təqvim aylarının yeddincisidir. Rəcəb ayı gələndə Rəsulullah (sallallahu aleyhi və səlləm) dua edərdi: "Allahım, bizə Rəcəbdə və Şabanda bərəkət ver və bizi Ramazana çatdır".

ardını oxu
12-03-2015
salam.men saglamligimla bagli ehd etmishdim ki analizim temiz cixsin bir ay oruc tutacam.shukur Allaha temiz oldu ve oruc tutmag istiyirem inshallah.amma oruc vaxtlarini fevral ayina gore bilmirem,subh namazina kimi imsak,sham namazinda da iftar olur deyirler bu duzdurmu?bir de ki oruc tutanda ve ac
Cavab:

Aleykum salam. zikr.az ana səhifəsindəki namaz vaxtları cədvəlinə baxın, sübh namazının vaxtı imsak, məğrib namazının vaxtı isə iftar vaxtıdır. Həmçinin oxuyun:

Oruc tutan iftarını açarkən etdiyi dua

ardını oxu
12-03-2015 bacı
ƏsSələmu aleykum. Zikr.az saytını çox bəyənirik, Allah sizi xeyirlə mükafatlandırsın və məkanınızı Cənnət etsin Əmin! Lakin saytın administratoru haqda heç bir məlumat yoxdur. Suallara kimin cavab verdiyini və məqalələri kimin yerləşdirdiyini bilmək istərdik. Allah razı olsun.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Bu sualları cavablandıranlar kimlərdir?

ardını oxu
12-03-2015 yr
salamun eleykum eger iki secde arasi RABIGFIRLI deyilmese Namaz batil olurmuve nece deyilir
Cavab:

Aleykum salam. Xeyr, iki səcdə arasında "rabbiğfirli" deməsəniz, namaz batil olmur. Daha ətraflı:

Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
12-03-2015 cabir
Salam aleykum,cinsi deyismek gunahdir?
Cavab:

Aleykum salam. Allahın yaratdığı cinsi dəyişmək ən böyük günahlardan biridir. Uca Allah buyurur: "Allah (şeytana) lənət etdi.

ardını oxu
12-03-2015
Salam aleykum1) Peyğəmbərimizin 'Əylənin və oynayın. Çünki mən dininkzdə ağırlıq və təzyiq görməkdən xoşlanmıram' hədisi doğrudurmu? 2)Bir də peyğəmbərimiz hansı dünya oyunları, əyləncələrini etmişdir?3)hər hansı bir ibadətkar bəndəni şəfaətçi edərək dua etmək olarmı?
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz hədis haqqında heç bir məlumatımız yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) idmana və sağlamlığa böyük önəm verməsi haqqında çoxlu hədislər var:

"Atıcılıqla və at sürməklə məşğul olun". (Səhih Muslim, İməra: 169).
ardını oxu
12-03-2015
Salam. əvvəllər cihad zamanı ox, qılınc və s. Dən istifadə edirdilər. İndi isə avtomat və başqa yeni silahlar çıxıb. Onda cihad zamanı Peyğəmbərimiz bunlardan istifadə etməyib deyəbunlardan istifadə etmək bidət sayılır??
Cavab:

Aleykum salam. Bidət sözünün hərfi mənası öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək deməkdir. Bidət dinə gətirilən yeniliklərə deyilir.

ardını oxu
11-03-2015 Orxan
Salam aleykum. Men en boyuk duam var ve her gunde dua edirem ve qebul olana kimide hemiwede dua edacam. Yalniz bir wey soruwmag isteyirem men mescide gedib dua eda bileremki tez qebul olsun???
Cavab:

Aleykum salam. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı.

ardını oxu
11-03-2015 anonim
ƏsSələmu aleykum. Ruzi-bərəkət duaları deyilən dualar varki satılır və insanlar alaraq evlərindən asırlar. Bunlar bidətdirmi? Yəni biz səhih sünnədə belə şeylərə rasty gəlməmişik, böyük ehtimalla bidətdir. Əgər İslamda ruzi-bərəkət üçün xüsusi dua yoxdursa o zaman bu yazılanlar nədir?
Cavab:

Aleykum salam. Dua Allaha edilir, öyrənmək niyyəti istisna olmaqla, onu yazıb üzərində gəzdirərək və ya evdən asaraq ondan bərəkət gözləmək olmaz.

ardını oxu
11-03-2015 Famil
Salam.Allaha inanmayan,təkəbbürlü alimlər də cəhənnəmdə sonsuz qalacaq? Onların elmi bir fayda verməyəcək?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

ardını oxu
11-03-2015
Salamun Aleykum eger valideynler aile qurmagimiza raziysa amma kebinin tez olmnasinin terefdari deyilse nisanlilar kebin kesdire bilerlermi?
Cavab:

Aleykum salam. Kəbində qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) və şahidlərin iştirakı vacibdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur".

ardını oxu
11-03-2015
salam aleykum.destemaz alib çimmək lazımdır yoxsa əksinə?dəstəmaz haqqi namazı qılınmalıdırmı?
Cavab:

Aleykum salam. Ümumən qüsl almaq dəstəmazı əvəz edir. Amma yenə də dəstəmaz almaq istəsəniz, qüsldan sonra almaq daha yaxşıdır. Dəstəmaz haqqı adi iki rükətli nafilə (vacib olmayan) namazdır.

ardını oxu
11-03-2015
Salamun aleykum.insan tek bawina namaz qilanda ve ya mescidden kenarda namaz qilanda azan vermelidirmi
Cavab:
ardını oxu
10-03-2015 Abbas
Salamaleykum menim 34 yasim var siģa elemeyi xosluyuram ozde xosduyuram kibunu siye gadinlarnan edim ve buna gore tez tez Iran islam respublikasina getmeli oluram sizce men bunu etmekle gunah isleyirem?
Cavab:

Aleykum salam. Siğə etmək haramdır və böyük günahlardan olan zina etməyə bərabərdir. Tövbə edərək bundan çəkinməlisiniz. Daha ətraflı:

Siğə niyə haramdır?

ardını oxu
10-03-2015 gunay
Salam,bir sexs melumdur ki dini,Allahi inkar etse imani yox olacaq.Bes bir insan dini,Allahi inkar etmese amma davamli cox gunah islese yene imannan cixacaq? Yeni bele desek,iman daha cox inkar etmekle yox olur yoxsa gunah islemekle?
Cavab:

Aleykum salam. Davamlı olaraq günah etmək insanı dindən çıxarmır, amma dindən çıxmağa apara bilər. Bu iman zəifliyinin əlamətidir. İbn Məsud (radıyallahu anhu) demişdir ki, "Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar.

ardını oxu
10-03-2015
salam.1dunyada olan canli heyvanlarin taleyi (balacadan boyuye kimi) nece olacaq.cennetde de heyvan olacaqmi(at,qoyun,toyuq ve s.).2.cennetde aile qurmaq mumkun olacaqmi.bu dunyada evlene bilmeyenler orada evlene bilmeyecekler?3.cennetin 7qati oldugu dogrudurmu?
Cavab:

Aleykum salam.

ardını oxu
08-03-2015
salam aleykum.icki icmek haramdir .bes ickiden qazanilan puldami haramdir?indi icki zavodlarindan qazanilan pul halal sayilmir?orada iwleyen fehleyedemi haram sayilir bilmek isterdim.RadiAllah
Cavab:

Aleykum salam. Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir.

ardını oxu
08-03-2015 Fatima
as salamu aleykum .. yuxuda ilan qormek ne demekdi? ilan dishleyirdi meni ... qacib qizlensemde bele ilan meni tabib dishleyirdi bunu nece anlamak olar..?
Cavab:

Aleykum salam. Bu şeytanın vəsvəsəsi ola bilər. Bu cavabı oxuyun: Pis yuxulardan qorunmaq üçün nə etmək lazımdır?

ardını oxu
08-03-2015 -----
ас саляму алейкум дейерли бачы ве гардашларым ... мэн бир суалым вар сизлэрэ... дузну десем комек учун сизлэрэ уз туттум .... мэн ики йолда галмышам бир группа ишиде дестек бир исе йох ... бирилери намаз гылмайан адама кафир дейир бирилери джахиль дейир кафир демей олмаз дейирлер ...
Cavab:

Va aleykumus-Sələm. Çox qəribədir ki, nəinki elm tələbələri, hətta böyük alimlərin hamısı bu cür terrorçu qrupların İslamla əlaqəsi olmadığını bəyan etsələr də, hələ də onların doğru olduğunu zənn edən insanlar tapılır.

ardını oxu
08-03-2015 orxan
salamun eleykum ALLAH sizden razi olsun bele bir sait acmisiniz.men bilmek isteyirem ki eger insan and icmeni pozarsa ne etmeli? and icib ustunde durmasa ne etmeli?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Andını pozan nə etməlidir?

ardını oxu

Pages