30-05-2015 Ramil
Salam aleykum.Camaat namazinda imam salam verende camaat da salami bezileri sesli bezileri sessiz verir.Hansi icazelidir sesli olmalidir yoxsa sessiz?
Cavab:

Aleykum salam. Camaat namazında yalnız imam bərkdən salam verir, yerdə qalanların isə yavaşca salam vermələri kifayətdir. Həmçinin oxuyun: Camaat namazı haqqında

ardını oxu
30-05-2015 Allahin qulu
1.Salam aleykum. Usaqin emeliyyat vasitesile dunyaya gelmesi caiz sayilirmi? 2.Islamda .sunnede yeni usaqa görə ne etmeli ,? Yəni Hansisa sureni oxumaq ve ya dua etmek.Zehmet olmasa etrafli cavablandirasiniz.Allah sizlerden razi olsun.Salam Aleykum.
ardını oxu
30-05-2015
salam aleykum cenaze namazini qadinlar ve usaqlarda qila biler
Cavab:

Aleykum salam. Qadınlara və uşaqlara cənazə namazı qılmaq vacib olmasa da, imkan varsa, qıla bilərlər. Cənazə namazı ilə bağlı daha ətraflı: CƏNAZƏ BÖLÜMÜ

ardını oxu
30-05-2015
salam.meni maraqlandiran suallar var.Eger bir adam herbici iwleirse bele pul qazanmasi halal yoxsa haramdi.?eger er pulu haram qazanirsa bu onun qadininada gunahdi?
Cavab:

Aleykum salam. Bəli, hərbiçi işləmək olar və bu çox fəzilətli əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" (Ali İmran, 200).

ardını oxu
30-05-2015 zehra
salam aleykum.bir insana eseblewdikde cehennem ol demek olarmi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz ifadə bəd duanın, lənətin bir formasıdır. Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır.

ardını oxu
30-05-2015 Nurlan
Salam.Men qurana el basmiwdim ki siqaret cekmeyecem.amma doze bilmedim 12 gunden sora cekdim.indi menim uzerime hansi meseleler duwur.men bu gunahi nece temizleye bilerem
Cavab:

Aleykum salam. Yalnız Allaha and içməyə icazə verilir, Qurana isə Allahın kəlamı kimi and içmək olar, amma çəkinsəniz daha yaxşıdır. Həmçinin dinimizdə Qurana əl basaraq and içmək yoxdur.

ardını oxu
30-05-2015 Rahid
Eyer secdede sehv etmiwemsen ne etmeliyem ve bu sehvimi nece duzelde bilerem
Cavab:

Salam aleykum. Namazdan sonra az bir müddət keçdikdən sonra xatırlasanız, səhv səcdəsi edə bilərsiniz. Əks halda heç nə etmək lazım deyil. Daha ətraflı:

Səhv səcdəsi necə yerinə yetirilir?

ardını oxu
30-05-2015
Salam.Sualim beledi,eger bir insan gunah etmediyini fikirleshirse,ancaq bir anliq hisselirine qapilib tovbe edib,bu tovbeni pozmaq olar?
Cavab:

Aleykum salam. Günah olmayan şeyə görə tövbə etmək lazım deyil, əgər tövbə etmisinizsə, poza bilərsiniz. Uca Allah buyurur: "Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!" (Ta, Hə, 82).

ardını oxu
29-05-2015 Rahid
Dilençilere pul vermek gunahdirmi?
Cavab:

Salam aleykum İslam dini insanlara işləməyi əmr etmiş və bunun Allah qatında savab olduğunu bildirmiş, tənbəlliyi və dilənçiliyi isə pisləmişdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Zəkatda zənginin və qüvvətli olub ruzi qazana bilənin payı yoxdur".

ardını oxu
29-05-2015 konul
Men suni mayalanmadan sonra namaz qila bileremmi.yoxsa qusl vermeliyem
Cavab:

Salam aleykum. Qadınlar cinsi əlaqə, şəhvətlə məni ifraz olması, heyz, nifas və digər hallardan sonra qüsl almalıdırlar. Süni mayalanma bu hallara aid olmadığı üçün qüsla ehtiyac yoxdur. Daha ətraflı: Qüslu pozan hallar

ardını oxu
28-05-2015 elnur
salamun eleykum.iki sualim olacaq.1.uzerinde dua yazib gezdirmek gunahdir?2.oglanlar adi qizil olmayan sep, bilezik,uzuk taxa biler?
Cavab:

Aleykum salam.

ardını oxu
28-05-2015
As sələmu aleykum və rahmətullahi və bərakətuh.Zikri qelbde etmek olarmi(yeni dodaqlar terpenmeden, urekde)ister bu namazdan sonra edilen zikr olsun, ve yaxudda gundelik zikrler olsun? Allah razi olsun
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Zikrləri yavaş da olsa, dil ilə tələffüz edərək oxumaq lazımdır. Həmçinin oxuyun: Zikr nədir?

ardını oxu
28-05-2015
Salam aleykum. Mənim sualım cümə qüsulu haqqındadır. Kişilər cümə günü məscidə gedəcəkləri üçün cümə qüsulu alırlar. Bəs qadınlar da cümə günü savab qazanmaq üçün cümə qüsulu ala bilərlər.
Cavab:

Va Aleykum Salam. Cümə namazına getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Cümə qüslü yalnız Cümə namazına gedənlər üçün müstəhəbdir. Çüməyə getmyən qadınlar isə cümə qüslü almırlar. Daha ətraflı:

ardını oxu
28-05-2015 Azer
Her vaxtiniz xeyirli olsun,men aileli olub boshanmisham,qizin valideynliri dagitdi ailemizi,cox calishdim berpa edim alinmadi.indi men rus qadnla unsiyyet qurmusham o erinden ayrilir,men onunla evlene bileremmi?
Cavab:

Aleykum salam. Müsəlman kişi milliyətindən asılı olmayaraq, kitab əhlindən olan (xristian və yəhudi) namuslu və iffətli qadınlarla ailə qura bilər. Amma qadınla evlənmək üçün onun ailəsinin dağılmasına, əri ilə boşanmasına çalışmaq günahdır.

ardını oxu
28-05-2015
sala.size bir sualim var xaiw edirem cavab yazasiz.internetda taniw oldugum adamla evlenmek gunahdirmi?
Cavab:

Aleykum salam. Ciddi zərurət olmadan naməhrəmlə internet, telefon kimi vasitələrlə və ya üzbəüz danışmaq günahdır. İndiyə qədər bunu etmisinizsə, tövbə edin, daha sonra kişi qadına baxsın, xoşuna gəldiyi halda elçi göndərsin. Həmçinin oxuyun:

ardını oxu
28-05-2015 Fatime
Assalam aleykum. Suali yazdin ama cavab yazmadiz xaiw edirem cavablandirardiz.Er islami yawamirsa cahil heyati yawiyirsa qadin onnan bowana bilermi. Eyer eri ona talaq vermirse nece nece bowanmalidi
Cavab:

Aleykum salam. Ərinizi dinə dəvət etmədən və bunun üzərində uzun müddət səbr etmədən boşanma tələb etmək olmaz.

ardını oxu
28-05-2015
Salam menasini bilmediyimiz surələrə ruqyalara qulaq asmaq düzgündürmü ?
Cavab:

Aleykum salam. Həmin ruqyanın sözləri Quran, hədislər və sünnədəki dualara əsaslanırsa, ərəb dilini başa düşməsəniz belə, onlara qulaq asa bilərsiniz. Amma mənası ümumiyyətlə bilinməyən sözlərə qulaq asmaq və onlarla ruqya etmək haramdır.

ardını oxu
28-05-2015
Assalamu aleykum. Bizde yeni il,novruz ve s.kimi bayramıar qeyd edilir ve men bugun ucun hecne etmirem yoldasim anasina gore deyirki etmelisen men onun dediyini etmeliyemmi. Men hec birinde etmemisem ve boyuk problemler olub. Men duzmu edirem.Allah elminize bereket versin assalamu aleykum
Cavab:

Aleykum salam. Ərinizi gözəl əxlaqla və səbrlə dinə dəvət etmək sizin üzərinizə düşən vəzifələrdəndir.

ardını oxu
28-05-2015
Salam aleykum.Lotoreya haramdirmi?ve niye haram sayilir?meselen menim anam,nenem oynuyur,her ay verirler oz maashlarindan sonra oz verdiklerini novbesi gelende alirlar.Bu onlarin oz pullaridir axi.Diger lotoreyanin haram olduqunu bilirem chunki hech bir zehmeti yoxdur.Hemde men azyashliyam qorxuram
Cavab:

Aleykum salam. İnsanlar arasında "lotareya" deyilən, bir neçə nəfər arasında hər ay birinin götürməsi şərtilə pulların yığılmasında heç bir qəbahət yoxdur. Haram olan isə uduşlu lotareya oyunlarıdır, çünki kiçik məbləğ qoymaqla böyük məbləğdə uduş əldə etmək qumar sayılır.

ardını oxu
28-05-2015
SALAM 1kimese salam vermek dirnaq sac kesmek qaş almaq destemazı pozurmu 2 Destemaz almağa niyyet etdikde 3defe besmele deyilmelidirmi 3 evde namaz qildiqda üzerinde yazi ve gül şekli olan paltarla namaz qilmaq olarmı
Cavab:

Aleykum salam.

ardını oxu
27-05-2015
salam.reqqasliqla pul qazanmaq haramdi?
Cavab:

Aleykum salam. Əgər bir əməl haramdırsa, onun vasitəsi ilə qazanc əldə etmək də haram sayılır. Daha ətraflı: Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
27-05-2015
Salam men yataq otagimnan cigaraya bukulu bir sey tapmisam.icinde hansisa heyvanin tuku onun icindeise berk yag kimi madde etrafinda iki rengde sap uzerine iyne sancilib.bir de kohne bir nece duyunlu kendir.xais edirem komeklik gosteresiniz.bu ne demekdi?
Cavab:

Aleykum salam. Bu, cadu ola bilər. Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
27-05-2015
Salam eleykum men subh namazina dura bilmirem ve namazi gun cixannan sonra qiliram namazi gecikdirmem gunahdirmi?
Cavab:

Aleykum salam. Heç bir üzürlü səbəb olmadan namazları vaxtında qılmamaq böyük günahlardandır.

ardını oxu
27-05-2015 s
azan oxuyan adama ne deyiller
Cavab:

Salam aleykum. Azan verən insana müəzzin deyilir. Həmçinin oxuyun: Azan və iqamə oxumağın savabı haqqında

ardını oxu
27-05-2015
Salam.biz sevdiyim insanla kebin kesdirmiwik ve 2 wahidimiz olub. Men mehr haqqi istamiram ve teleb etmirem ve mene verilmeyib bu kebini batil edirmi?
Cavab:

Aleykum salam. Mehrdən imtina etmək kəbini batil etmir. Daha ətraflı: Evlənərkən qadına mehr vermək vacibdirmi?

ardını oxu
27-05-2015 ruslan
Salam su ciceyi caxartmisam uzum ve bedenim tamam sepib ona gore ne destamaz nede tayammum ala bilirem namazlarim qezaya qalib ne etmeliyem?! Allah razi olsun
Cavab:

Aleykum salam. Allah şəfa versin və günahlarınıza kəffarə olsun! Xəstəliyiniz sağalana qədər torpaq, daş və ya tozla təyəmmüm alıb namaz qıla bilərsiniz. Həmçinin oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

ardını oxu
27-05-2015
Salam aleykum. Quranda dəfələrlə müxtəlif ayələrdə insanın palçıqdan yaradıldığı göstərilir.Furqan surəsi 54cü ayədə insanın sudan yarandığı yazılıb. Bunu açıqlayardınız zəhmət olmazsa.çox sağ olun. Allah razı olsun sizlərdən.
Cavab:

Aleykum salam. Quranda "Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq" deyildikdə burada yaradılışın əsli, yəni Adəm peyğəmbərin (aleyhis-sələm) palçıqdan yaradılması nəzərdə tutulur.

ardını oxu
27-05-2015
salam mən əvvələr namaz qilirdim cox cətİnlİklər cəkİrdİm və İşlərİm cətİn alinirdi hər şeydən bezdİm və küsdüm İnamim İtİb yenədə arzullarima catmiram deyİrəm bəlkə namaz qildim sonra ona görə allah mənİ cəzalandirir bİlmək İstəyİrəm allah tala mənə cəza verərmİ?
Cavab:

Aleykum salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Tövbə edərək yenidən namaza başlamaq lazımdır. Uca Allah buyurur: "Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!

ardını oxu
27-05-2015 günel
ALLAH günahımdan keçsin mən fikirim cox qarışıqdır bilmlək istəyirəm qisməti ALLAH tala insana verir yoxsa qismət insanın öz əlindədir.?
Cavab:

Salam aleykum. Bu məqalələri oxuyun:

Qədərə iman

Qədəri bəhanə gətirənlərə cavab

ardını oxu
27-05-2015
Sələm aleykum. Fiqh, Eqide ne demekdir? Yeni termin olaraq nece basa salmaq olar bir kimseye?
Cavab:

Aleykum salam.

ardını oxu
25-05-2015
salam mehr ne demekdir?
Cavab:

Aleykum salam. Mehr evlənərkən kəbinin şərtlərindən biri olub qadına verilən pul, qızıl-zinət əşyaları və s. maldır. Daha ətraflı: Evlənərkən qadına mehr vermək vacibdirmi?

ardını oxu
25-05-2015 ummu zehra
Assalamu aleykum. Telefonlarimizda olan azani her oxuduqda onun duasini ve ya azandan sonra olan namazi qilmaq doğrudurmu. Yeni men yasadigim yerde azani esitmirem ve telfonumdaki onun yerine kece bilermi.Allah razi olsun.
Cavab:

Aleykum salam. Telefon, radio, televizor və s. vasitələrdən azanı dinləyib namaz qılmaq doğru deyil. İstəsəniz özünüz azan oxuya bilərsiniz. Tək namaz qılan üçün azan vermək vacib yox, müstəhəb (bəyənilən) əməldir.

ardını oxu
25-05-2015
Salam Aleykum men size yazmiwdime men padruqami tez tez yuxuda gorurem dedimki belke olumum yaxinlawir siz cvb yazdizki xeyr ele deyil.men yene onyuxuda gordum.nece dualar oxuyum o yuxuma gelmesin????.Nezir versem olarmi onun Adina????deyirlerki qebirustune onun getmisen ona gore yuxuna gurir bu do
Cavab:

Aleykum salam. Əgər ölən şəxs müsəlman olubsa, Allahdan onun üçün bağışlanma diləmək, cənnətə daxil etməsini və sorğu-sualını asan etməsini diləmək lazımdır. Müəyyən günləri xüsusiləşdirmədən ölünün adına sədəqə də vermək olar. Amma bunların yuxu ilə əlaqəsi olduğu şəriətdə bildirilməyib.

ardını oxu
25-05-2015 elhemdulillah
salam men bezi halarda ozumnen kusurem heyatan kusurem her seyden bezirem ne edim kii weytanin vesvesnen azad olum ancax yaxwi wey barede fikirlewim bezmiw kimiyem heyatan ......
ardını oxu
25-05-2015
Əssələmu aleykum. Sualım belədir. qadın aybaşı olan vaxtı yalnız ərinin görməsi şərtiylə dırnaq qoya bilərmi? (dırnağın çox uzun olmaması şərtiylə təbiiki, çox az bir uzunluq) Allah razı olsun!
Cavab:

Aleykum salam. Dırnaq uzatmaq bəyənilmir. Heyz vaxtı lak istifadə etmək isə olar. Daha ətraflı:

Dırnaqları uzatmaq olarmı?

ardını oxu
25-05-2015 Cəlal
Mən artıq uzun müddətdi dua edirəm.Amma qaydaları bilmdən, bu dualar boşa gedir?Səhv Dua etmək günahdırmı? Xahiş edirəm mənə bu haqqda məlumat verəsiniz.
Cavab:

Salam aleykum. Xeyr, duanın qaydaları və ədəbləri dua etmək üçün vacib şərtlər deyil, amma duaların tez qəbul olunması üçün səbəblərdir. Həmçinin oxuyun:

Duaların qəbul olması üçün nə etmək lazımdır?

ardını oxu
25-05-2015 ehemdulilah
Allahin salami olsun size ...
Cavab:

ardını oxu
23-05-2015
Namaz gündə neçə dəfə qılınmalıdı ?3 dəfə yoxsa 5 dəfə.bidə necə qılınır?zəhmət olmasa yaza bilərsiz.ALLAH razı olsun
ardını oxu
23-05-2015 Taryel
Salam. Duaları əzbərləyənə qədər vərəqdən oxumaqla və ya öz dilimizdə etməklə oxumaq olarmı?
Cavab:

Aleykum salam. Əzbərləyənə qədər duaları vərəqə baxıb oxumaq olar. Quran və sünnədə bildirilmiş duaları ərəb dilində etmək daha yaxşıdır, digər duaları isə öz dilimizdə edə bilərsiniz.

ardını oxu
23-05-2015 muslim
Salam alekum bir sualim var ox atan kirpi yemalidir ?
Cavab:

Salam aleykum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) köpək dişləri olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir. (Muslim, 1934). Bir çox alimlər kirpi ətinin yeyilməsini haram görüblər.

ardını oxu
23-05-2015
Salam Aleykum. Mən nəzir etmişdim ki, ömrümün axırına qədər hər gün 2 rükət niyyət namazı qılacam. Bu sözü dediyim üçün peşmanam, qılmaq istəmirəm. Görəsən əhd etdiyim üçün bu namaz mənə vacib oldu?
Cavab:

Aleykum salam. İmkan ola-ola əhdi yerinə yetirməmək yaxşı hal deyil. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (əl-Buxari, 6696).

ardını oxu
23-05-2015
İSA PEYGEMBERİN DOGUM VE ÖLUM TARİXİ
Cavab:

Salam aleykum. Şəriətimizdə İsa peyğəmbər (aleyhi-s-sələm) və onun dünyaya gəlməsi haqqında ətraflı xəbər verilsə də, doğum tarixi haqqında dəqiq məlumatlar bildirilməyib.

ardını oxu
23-05-2015
salam menim beynime gic gic fikirler gelir olmek xesdelik uzun muddet buna qarsi mualice goturdum sukurki getdi indide yene qorxmalar qapanmalar olyr halva isdedim beyaq bu evimize hansisa bir pis hadiseni getire bilermi???bu fikirden nece qurtula bilerem
Cavab:

Salam aleykum. Bunlar şeytanın vəsvəsəsi bağlıdır. Burada yazılanları edin: Cadu, sehr və vəsvəsədən necə qorunmaq olar?

ardını oxu
19-05-2015 Bacı
ƏsSələmu aleykum. Yediyimiz bir çox şeydə misal üçün şokolad, dondurma, biskvit, kolbasa, saqqız, rengli sular, saç üçün jele və s qidalarda donuz yağı və piyi (E471), karmin böcəyinin qanı (E120) maddələri olur. Bunlar haram hökmünə girirmi?
Cavab:

Aleykum salam. Müsəlman qazancının, yeməyinin, içməyinin halal olmasına xüsusi diqqət yetirməli və bu məsələdə də şəriət əhkamlarına riayət etməlidir.

ardını oxu
19-05-2015
imtahana girerken hansi duani oxumaq lazimdir
ardını oxu
19-05-2015 azade
Salam.men bacardigim qeder yadima dusende ayetul kursunu oxuyuram.gunde 12 defe yeni 1in atama 1in anama qardasma yaxin ölenlere va s.,,dualrmi oxuyuram ve Allaha yalvariramki oxudugum duanin savabini adini cekdiyim insana bagisdasin.sizce bele bir sey var dinde?yeni duani oxuyub savabini anama atam
Cavab:
ardını oxu
19-05-2015
Salam aleykum. Islamda kusululuye nece baxilir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Küsmək barəsində

ardını oxu
19-05-2015
Salam aleykum.tewehhudde barmaq nece terpedilmelidir.asta yoxsa tez teZ.
Cavab:

Aleykum salam. Rəvayətlərə görə peyğəmbər (salləllahu aleyhi və səlləm) təşəhhüdü deyərkən sonuna qədər hərdən şəhadət barmağını yüngülcə tərpədərdi, hərdən də tərpətməzdi.

ardını oxu
19-05-2015 Elemdulillah
SALAM ALEKE ...deylerki hica vacibdi dyendei es carsab vacibdi deyiler yx taxmasada olar . axi xanimlarimizda carsabda olub duzdu ???
Cavab:

Aleykum salam. Müsəlman qadına əsas vacib olan hicab bağlaması, əllər və üz istisna olmaqla bədənin qalan hissələrinin örtülü olmasıdır. Həmçinin paltar dar, şəffaf, çox diqqət cəlb edən olmamalıdır. Çarşab isə vacib deyil, amma daha yaxşı örtdüyü üçün qadınlar ondan istifadə edirlər.

ardını oxu
19-05-2015 Qorqud
Salam olsun sizlərə mənim sualım budurki men defelerle mastrubisiya ilə məşgul olub sonra Tovbə etmişəm ama sonra yenədə pozmuşam və bundan əvvələrdə mən Tovbə etməmişdən qabaq çimməyi vacib bildiyimdən çimənə qədər bu haram işlə məşgul olmuşam ki çimim sonra Tovbə edim bu duşuncə səfdi?və indidə bu
ardını oxu

Pages