Salam aleykum. Allaha dua edərək günah olmayan bütün nemətləri, həmçinin xeyirli həyat yoldaşı istəmək olar. Həmçinin oxuyun:
Sevib, sevilmək barədə
Aleykum salam. Üzərində "adidas" yazılan paltarı geyinmək olar. Əsas odur ki, paltarın üzərində yazılan yazılar, təsvirlər və rəmzlər islama zidd olmasın. Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Kim özünü bir qövmə (xalqa, millətə) oxşadarsa, o da onlardandır".
Salam aleykum. Uca Allah buyurur: "Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər.
Aleykum salam. Bu cavabı oxuyun: Niyyəti dil ilə deməyin bidət olması barədə
Aleykum salam. Sünnəyə əsasən, səhər zikrlərini günəş çıxana qədər, axşam zikrlərini də Əsr namazından sonra Məğrib namazındək (yəni gün batanadək) oxumaq lazımdır. Üzrlü səbəbdən vaxtında edə bilmədikdə, gecikdirmək olar.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabları oxuyun:
Müsəlman toyu necə olmalıdır?
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
Salam aleykum. Niqabın vacib olub olmaması alimlər arasında ixtilaflıdır. Bəzi alimlər sünnət, bəziləri isə vacib olduğunu deyiblər. Amma hər halda Qadın nə qədər bağlı olsa təqvaya (Allah qorxusu) bir o qədər yaxındır.
Və aleykum Salam. Ümumiyyətlə, başqalarının kafir olub-olmadığına hökm vermək yox, öz halınızın qeydinə qalmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin.
Aleykum salam. Bəli, haqq yol birdir. Bu barədə Quran və səhih hədislərdə də ətraflı xəbər verilib. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa.
Aleykumus-sələm va rahmətullahi va bərakətuh. Şübhə yoxdur ki, müəllimlə birlikdə öyrənilən elm daha üstündür. Əgər olduğunuz yerdə müəllim olmasa, kitabla öyrənə bilərsiniz. İmkan olduqda isə öyrəndiklərini müəllimə və ya təcvidi bilən adama təhvil vermək daha yaxşıdır.
Salam aleykum. Kafe işlətmək olar, amma orada halal qidalar verilməli, içki verilməməli, musiqi və digər haram şeylər olmamalıdır. Həmçinin oxuyun:
Ruzinin artması üçün nə etməliyik?
Aleykum salam. Uşağa Alsu adını qoymaq olar. Ümumiyyətlə yeni doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.
Salam aleykum. Bu cavabları oxuyun:
Qorxu duası varmı?
Mən daim qorxu içində oluram...
Aleykum salam. Xeyr, heyvanlara əl vurmaq dəstəmazı pozmur. Daha ətraflı:
Dəstəmazı və namazı batil edən hallar
Aleykum salam. Xeyr, yuxunu yalnız bu işi bacaranlar yoza bilər. Unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb. Həmçinin bilmək lazımdır ki, hər kəs yuxu yoza bilməz.
Aleykum salam. Bu cür yuxular şeytanın vəsvəsələrindəndir. Pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq zikrləri etmək lazımdır: Pis yuxulardan necə qorunmaq olar?
Aleykum salam. Bəli, qeyd etdiyiniz şəkildə vitri qılıb yatmaq olar. Həmçinin oxuyun: Vitr namazının hökmü nədir?
Aleykum salam. Spirti daxilə, orqanizmə qəbul etməmək şərti ilə qeyd etdiyiniz şəkildə təmizləyici kimi istifadə etmək olar. İyləmək isə şübhəlidir, çəkinmək daha yaxşıdır.
Salam aleykum. Əgər təharət dedikdə ayaqyolunun içində nəzərdə tutursunuzsa, orada zikr etmək olmaz. Ümumiyyətlə orada heç bir zərurət olmadan danışmaq bəyənilmir. Ancaq ayaqyoluna girərkən, oradan çıxarkən, yaxud dəstəmazdan əvvəl, sonra zikrlər edilir:
Aleykum salam. Bu videoda göstərilənlərin nə dərəcədə haqq olub-olmadığını deyə bilmərik, doğrusunu Allah bilir. Uca Allah buyurur: "Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik.
Aleykum salam. Uca Allahın göndərdiyi və əməl etməyə əmr etdiyi son şəriət Muhamməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) göndərdiyidir. İslam şəriətində əvvəlki peyğəmbərlərin şəriətində qadağan olunmuş bəzi şeylər halal buyrulmuş, bəzi halal buyrulmuş şeylər isə qadağan edilmişdir.
Aleykum salam.
Aleykum salam. Cavabı bu linkdən oxuyun:
"Əhli Sünnə vəl-Cəmaat" əqidəsi nə deməkdir?
Aleykum salam.
Aleykum salam. Uca Allah Quranda heç bir şərt qoymadan hicab geyinməyi əmr etmişdir: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Aleykum salam. İlk öncə qeyd edək ki, qeyri-islami bayramları qeyd etmək olmaz. Bu bayramlarda bişirilən yeməklərin yeyilməsinin icazəli olub-olmaması barədə islam alimləri ixtilaf ediblər. Bəzi alimlər bunun haram olduğunu deyiblər.
Aleykum salam.
Aleykum salam. Bu aldatma və başqasının haqqına girməkdir (qul haqqı). Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən deyil". (Muslim, İman, 164). Hədisin mənası ümumidir. Alış-verişdə, nəsihət etməkdə, söz verərkən, əmanətdə aldatmaq və s.
Aleykum salam. Bu cavabları oxuyun:
Sevib, sevilmək barədə
Haram sevgini necə unutmaq olar?
Aleykum salam. Ümumiyyətlə, tövbə günah əməllər üçün edilir, mübah (icazəli) əməllər üçün isə tövbə etmək olmaz. Özünə bəddua etmək isə qadağandır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin.
Aleykum salam.
Aleykum salam. Daha yaxşı olar ki, ehtiyacı olan bir şey verəsiniz. Daha ətraflı: Kəbənin şəklini divardan asmaq olarmı?
Aleykum salam. Fotoaparatla şəkil çəkdirərkən üz düşməsə, günah deyil. Üz düşən halda günah olub-olmaması isə alimlər arasında ixtilaflıdır, çəkinmək daha yaxşıdır.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq məqsədi ilə məscidlərin birinə gedərsə, atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar". (Muslim, 666).
Aleykum salam. Bu cavabı oxuyun: Süni mayalanma etmək olarmı?
Aleykumu-s-sələm va rahmətullahı va bərakətuhu. Əgər həkimlər heç bir problem olmadığını deyiblərsə, bu cadu və ya vəsvəsə ola bilər. Davamlı ruqyə etdirin, gün ərzində Qurana qulaq asın və sizə gələn fikirlərə önəm verməyin.
Aleykum salam. Allaha dua edirik ki, sizə onun əvəzində daha xeyirli övlad versin. Bəli, yeni doğulan körpəyə ondan əvvəl ölmüş uşağın adını vermək olar. Həmçinin oxuyun: Ölmüş körpə üçün ağlamaq
Aleykum salam. Pis qoxunun hopması paltarı natəmiz etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Nəyi bacarırsınızsa, onu da oxuyun. Daha ətraflı: "Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, növbəti cümə gününə qədər ona nur saçar" hədisi səhihdirmi?
Aleykum salam. İslam dinində iki məqbul bayram var: Ramazan və Qurban bayramları. Bunlardan başqa bayramları qeyd etmək olmaz. Novruz bayramı isə digər dinlərdən qalmışdır.
Aleykum salam. Bu cavabı oxuyun: Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
Aleykum salam. Xeyr, ayaqlara hər iki əllə məsh çəkə bilərsiniz. Uca Allah buyurur: "...Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz".
Aleykum salam. Suda ölmüş balığı yemək olar, çünki peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dənizin suyu təmiz, ölüsü də halaldır".
Aleykum salam. Bəli, qüsl almamış dua etmək olar. Qüsl olarkən dua etmək isə daha yaxşıdır. Daha ətraflı: Duanın ədəbləri
Aleykum salam. Cavabı buradan oxuyun:
Sübh namazından sonra yatmaq olarmı?
Ruzinin artması üçün nələr etməliyik?
Aleykum salam. Sübh namazından sonra yatmaq olar, çünki bunu qadağan edən ayə və ya hədis yoxdur. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) və onun səhabələri (Allah onlardan razı olsun) sübh namazından sonra yatmamışlar, çünki bu, bərəkətli vaxtdır.
Aleykum salam. Əvvəlcə bilməlisiniz ki, şübhəyə düşməmək üçün bu cür insanlardan uzaq olaraq özünüzə xeyirli olan və axirətdə sorğu-sual olunacağınız məsələlərlə məşğul olmaq lazımdır.
Aleykum salam. Tibb elmində buna müxtəlif adlar verilsə də, bu hal şeytanın vəsvəsəsi ilə bağlıdır. Gün ərzində çoxlu Quran dinləmək, bildiyiniz surələri bərkdən oxumaq, namaz qılmaq, Allahı çoxlu zikr etmək və digər şeylər vasitəsilə Allahın izni ilə keçib gedə bilər.
Aleykum salam. Müalicə üçün həkimə getmək şirk deyil. Həkim vasitədir, şəfa verən isə Allahdır. İnsanlardan nəsə istədikdə onların vasitə, verənin isə Allah olduğunu bilmək lazımdır.