24-11-2015 Nuradan
Heyat yoldasim herden deyisik olur,meni beyenmir,meni cox incidir,men ne edimki ozumu ona sevdirim,sizce hansi duani oxuyum
ardını oxu
24-11-2015
Mehremlik ayinda kebin etmek olarmi ve ya kebin ne zaman pozulur?Hansi gunler etdirmek daha yaxsidi ya ferq etmez?
Cavab:

Salam aleykum. Məhərrəmlik adında deyil, Məhərrəm adında ay var və hər bir ayda olduğu kimi Məhərrəm ayında da kəbin etmək olar. Bunun üçün heç bir qadağa yoxdur. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?

ardını oxu
24-11-2015
Salam aleykum. ALlah sizden razi olsun. Sehabelerin Allah yolunda verdikleri sedeqeler haqqinda hedisler paylasha bilersinizmi? ve xususile o hedis ki, Aishe (allah ondan razi olsun) Allah yolunda verilen sedeqeni etirleyerek vermishdir.. Alah elminize bereket versin
Cavab:

Və aleykum Salam. Aişənin (Allah ondan razı olsun) fəziləti və onun əliaçıqlığı barəsində bir çox səhih rəvayətlər var, lakin sədəqə verdiyi pulları ətirləyib verməsi haqqında rəvayətə heç bir səhih mənbədə rast gəlinmir.

ardını oxu
24-11-2015 Autow
Salam men mektebde oxuyuram dersden Gelende Hal olmur olar ki destnamaz alanda ayaqlarimi yumuyum mene destnamaz qaydalari barede daha etrafli yazardizda Allah razi qalsin
Cavab:
Və aleykum Salam. Sübh namazında ayaqlarnızı yuyub corab geyindikdən sonra, həmin gün ərzində corabın üzərinə məsh çəkə bilərsiniz. Bu cavabı oxuyun: Dəstəmaz alanda corabın üstündən məsh çəkmək barədə
ardını oxu
24-11-2015 ....
esselamu aleykum va rahmetullahi va beraketuhu. Uca Allah sizin sonlugunuzu gozel sonluqla yekunlandirsin. 1. Gece namazini 4 ruket, 4uket qilib sonra 3 yaxud 1 ruket qilmaq olar? Yeniki vacubdi 2+2 qilasan? 2 avtobusla g edende namerhem yer verir oturmaga oturmag olar?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. 

ardını oxu
24-11-2015
Nefisden nece qurtulmaq olar?
Cavab:
ardını oxu
24-11-2015 Ayka
Salam eleykum.men bele bir sual vermek isdiyirem, olar ki Isa namazinda destnamaz aldiqdan sonra subh namazina qalxib ayaqlari yumamaq olar 2) vitr namazi qilmamaq olar,Sunni namazi qiliram):
Cavab:
Və aleykum Salam. 
ardını oxu
24-11-2015 Gulay
Salam her kes qurani bilmelidimi ?????????
Cavab:

Və aleykum Salam. Hər bir müsəlman Uca Allahın Kitabını oxumalıdır. Bilməlidir ki, Uca Allah insanlara nə əmr edir. Həmçinin oxuyun: Quran oxumağın savabı haqqında

ardını oxu
24-11-2015 Samir
Salam Aleykum. Namazlarda meselen zohr ve ya esrde 3 ve 4 cu ruketde fatiheden sonra her hansi sureni oxumaq olarmi?
Cavab:

Və aleykum Salam. Namazın üçüncü və dördüncü rükətlərində Fatihə surəsindən sonra heç bir surə deyilmir. Lakin, hərdən son iki rükətdə Fatihə surəsindən sonra əlavə başqa bir surə oxumaq olar.

ardını oxu
22-11-2015
salam ruqiyye oxuyan adam taniyirsinizmi?bakida cadu temizleye bilen varmi?
Cavab:
Və aleykum Salam. Bunu məscidlərdən soruşmaq olar. Həmin şəxs bidətçi (dində yenilik edən) olmamalı, sağlam əqidəli, tövhid əhli (Allahdan başqasına yalvarmayan, şərik qoşmayan) olmalıdır. Həmçinin özünüz özünüzə də ruqyə oxuya bilərsiniz. Daha ətraflı:
ardını oxu
22-11-2015 Sevda
Essalamu Aleykum Va Rahmatullahir Va Barakatuh. Allah rzasi ucun sualimi cavablandirardiz. Men usagligimdan beri xesyelim var bir balaca soyug olan kimi xestelenirdim.ve nefes catismamazligi olurdu boyuduyce daha da artdi ve men derman istifade etmeye basladim nefes acici.
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Bəli, ruqyə adlanan müalicə var, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) və onun səhabələri də ruqyə ilə müalicə etmişlər. Sizin də ruqyə etdirməyinizə və ya özünüzə ruqyə oxumanıza ehtiyac var.

ardını oxu
22-11-2015 Ummu Sara
Salam aleykum. Qadın icazəsiz ərinin cibindən pul götürə bilərmi?
Cavab:

Va aleykum Salam. Bəzi hallar istisna olmaqla, qadının ərindən gizli onun pulunu xərcləməsi ailədə səmimiliyin və etibarın itməsinə gətirə bilər.

ardını oxu
22-11-2015 zamanov ramo
kiwi heyat yoldawilya cinsi elaqede olan zaman hansisa bir dua oxumalidirmi?
ardını oxu
22-11-2015 Resad
Salam aleykum zehmet olmasa cavablandirardiniz yeni dogulmus usaga oxunan dualar hansilardir?
ardını oxu
22-11-2015 ilhame
Men evime teze kocmuwem Amma bir dene qohum eqraba qapimi acib iceri girmir. Mende kusmuwem. Mrn hec cure onlarin gelmemeyinin srbrbini bilmirem. Hec vaxt haqsiz birinin malini yeyen. Hormetsizlik eden .qesb eden olmamiwam. Mene olunam bu haqsizligi ozume derd edirem. Mene komek edin
Cavab:

Salam aleykum. Qohumluq əlaqələrini kəsmək haramlardan sayılır. Uca Allah buyurur: "(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah­dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun.

ardını oxu
22-11-2015
Salam aleykum ve Rahmatullahi ve barakatuh meni gunlerce narahat eden bu meseleni sizinle boluwub aydinliq getirmek iateyirem.biz muselmanlar muwriklerle bir mekanda ibadet ede bilerikmi yeni eyni mecitde namaz qila bilerikmi?
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Bilindiyinə görə müşriklər namaz qılmırlar. Siz müşrik kimə deyirsiniz?

ardını oxu
22-11-2015 *
salam.menim sevdiyim var ve onu evlenmek meqsedile sevirem.ama bize qarwidi evdekiler.anam hicab baqlamaqa izin vermir ,özu namaz qilir.
Cavab:

Və aleykum Salam. Valideynlərin hicab geyinməyə icazə verməmələri düzgün olmadığına görə, bu məsələdə onlara itaət etmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).

ardını oxu
21-11-2015 Səhra
Salamun Aleyküm.Dinimizə görə güzgüdən istifadəyə icazə varmı? Evdə müxtəlif əşyaların üzərində aynaların olması icazəlidirmi?
Cavab:

Va aleykumus-Sələm. Güzgüdən istifadə etməyə heç bir qadağa yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) güzgüyə baxdıqda belə deyərdi: "Əlhəmdulilləh, Allahummə kəmə həssəntə xalqi, fəhəssin xuluqi va hərrim vachiyə alən-nar".  (İbn Hibban və əd-Darimi).

ardını oxu
21-11-2015 Sevinc
Salam.men bir sey sorusmaq isteyire.men nisanlanmisdim evdekiler isteyi ile.nisanli ola ola kebin elediler ama sora biz onunla ayrildiq evlenmeden.kebin kagizi mendedi.artiq 1il kecibdir indi men basqasin sevirem.
ardını oxu
21-11-2015 xalide
Salam men aleliyem usaqla namaz qilmaq cetin olur vaxdinda qila bilmorem gecisirem birde namaz qildigim yerde usag yuxudan dursa namazi dayandira bilerm.birde hicama kecmey isdiyird. Her defe patblem cixir qalir onu deyib kecmemey gunah sayilir
Cavab:

Və aleykum Salam. Namaz qıldığınız vaxt uşaq durduqda, əgər ciddi ehtiyac olarsa, qəzaya düşməmək şərtilə namazdan çıxmaq olar. Lakin, həmin namazı yenidən qılmaq lazımdır. Çünki, yarıda qoyulmuş namaz batil olur və yenidən qılınır.

ardını oxu
21-11-2015
Salam aleykim.Allah bizleri gunahlardan cekindirsin inwallah.
ardını oxu
21-11-2015
Salam aleykim.ALLAHIN Rehmeti olsun butun muselmanlara.Men qizimin adini niyyet edib Xanim Hz.Fatime (es.) adini qoymuwam indi qizimin 3yawi olacaq.arada meni decelliyi ile eseblewdirir ve qiwqiriram ona.ewitmiwemki Fatime adina gore qiwqirmaq doymek olmaz.isderdimki bu barede bir az melumat yazard
Cavab:

Və alekum Salam. Siz övladınızı tərbiyələndirmək məqsədilə başa və üzə vurmadan və buna adət etmədən, yüngül vura bilərsiniz. Bu məsələdə adın əhəmiyyəti yoxdur. Daha ətraflı: Sözə baxmayan azyaşlı övladı döymək olarmı?

ardını oxu
21-11-2015
Qarşıdan Meherremlik gelir.Bu zamanda Heç başını bağlamayan qadın başını bağlaya biler?hicab şeklinde olan başlıklarla?
Cavab:
əs-Sələmu aleykum. Bilmək lazımdır ki, "məhərrəmlik" adlı bir mərasim yoxdur. Məhərrəm ayı var. Bu ay da digər aylar - Ramazan, Zül-Hiccə, Şəvval və s. - kimi bir aydır. Lakin bəzi insanlar dini cəhətdən elmli olmayan insanları Məhərrəm ayında İmam Hüseyn üçün yas saxlamağa təşviq ediblər.
ardını oxu
21-11-2015 Kamran
Salam Alekum . Elhemdulilləh namaz qılıram. siqaret çəkməyimə tövbə etmişdim lakin 4 ay sonra yenidən çəkməyə başladım çox narahatam ürəyimdə qəribə hisslər var sanki ən böyük günah etmişəm kimi.
Cavab:
Və aleykum Salam. Tövbəni pozmaq günah sayılsa da, insanı dindən çıxarmır. Yenidən tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır. Daha ətraflı:

Tövbə etsəm də, siqareti və arağı tərgidə bilmirəm
ardını oxu
21-11-2015 semedzade elvin
sinifde ki usaqla dalasmisam barismaq isteyirem ancaq deyirem yene dalasariq
Cavab:
Salam aleykum. Küsülü qalmaq yaxşı hal deyil. Mülayim sözlərdən istifadə edərək sinif yoldaşınızla barışa bilərsiniz. Həmçinin, oxuyun: Küsmək barəsində
ardını oxu
21-11-2015
Fatihə surəsini iki dəfə oxumaq olarmı?
Cavab:

Va aleykumus-Sələm.

ardını oxu
21-11-2015 Nala
Islamda hundur gebir daslari nece garsilanir ve hansi gebirleri ziyarete getmek olar ?
Cavab:
əs-Sələmu aleykum. Dinimizə görə, qəbir daşı ən çoxu bir qarış hündürlüyündə olmalı, üstündə heç bir yazı olmamalıdır. Daha ətraflı:

Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?
ardını oxu
21-11-2015
Salam aleykum . Qadinin masin surmesi gunah sayilir? bu haqda melumat vermeyinizi xahis edirem
Cavab:
Va aleykumus-Sələm. Bu cavabı oxuyun: Qadın maşın sürə bilərmi?
ardını oxu
21-11-2015
Assalamu aleykum. Mən bilmək istəyirməm ki, heyvanlar və quşlar kimi digər canlılar da vəfat etdikdə onların ruhları hara gedir? Onların da ruhlarını ölüm mələyi götürür, yaxud dəqiq onlarla nə baş verir? Buna bənzər bir cavab sizin saytda oxumuşam.
Cavab:

Va aleykumu-Sələm va rahmətullahi va bərakətu. Uca Allah Qurani-Kərimdə bizə xəbər verir ki, ölüm mələyi Adəm övladının canını alır: "De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!" (əs-Səcdə, 11). Heyvanların ruhların

ardını oxu
20-11-2015
Mənə cadı ediblər adımı və ailəmin adını qəbirstanlığa basdırıblar.heç bir işim düz gətirmir .Çox pis vəziyətdəyəm necə nə edə bilərəm.
Cavab:
ardını oxu
20-11-2015
Salam aleykum ! Ozum ve yoldasim dine yeni basladigiz halda , gizimin toy meclisine getmeye mecbur oldum . Hagigeti bile bile toya getmeye mecbur galdim . Onun keffaresi varmi ? Ve tovbem gebul olarmi ? Allah sizden razi olsun !
Cavab:

Və aleykum Salam. Bu cür məclislər keçirmək və ya həmin məclislərdə iştirak etmək qadağandır. Günahdan tövbə etmək isə sağ olan insan üçün heç vaxt gec deyil. Daha ətraflı:

Toya getmək olarmı?

ardını oxu
20-11-2015 Ayan
Salam..Vefat etmiş birinin şeklini başsagligi ucun profile qoymaq ne derecede duzgundur? Hem de 7si cixmamis.
Cavab:

Və aleykum Salam. Vəfat etmiş şəxsə yas saxlamaq üçün onun şəklini profilə qoymaq olmaz. Daha ətraflı: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?

ardını oxu
19-11-2015
salamu aleykum.Qədir xum haqqında geniş yazsaz sevinərdim.onun keçirilməsində əsas məqsəd nə idi?
ardını oxu
19-11-2015
Ushaga amin adi goymag olarmi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun:

Uşağa Amin adı qoymaq olarmı?

ardını oxu
19-11-2015
Salamu aleykum.deyilənə görə Əli(radiallahu anhu) kəbədə doğulub.bu doğrudurmu?ümumiyyətlə kəbədə kimsə doğulubmu?
Cavab:

Və aleykum Salam. Əlinin (Allah ondan razı olsun) Kəbədə doğulması haqda olan rəvayətlər uydurmadır. Heç kim Kəbədə doğulmayıb. Hər hansı bir şəxsin Kəbədə doğulması Kəbəyə hörmətsizlikdir. Çünki, insan doğulanda qadında müxtəlif hallar olur.

ardını oxu
19-11-2015 Etibar
Salam hicabli qızın otağna bilmeden namerhem daxil olarsa ve xanımın hicabı başında olmazsa bu günahdımı
Cavab:

Va aleykumus-Sələm. Əgər hicablı qızın otağına qəflətən naməhrəm kişi daxil olarsa və qızın hicabı başında olmazsa, qıza günah sayılmır. Çünki, qızın bundan xəbəri olmayıb.

ardını oxu
19-11-2015
salam aleykum Allah rizasi bu sualima cavab isterdim . men subay oglanam ve cox uwagli bir xanimla cahiliyyet dovrunnen taniwiq ve 5aydi ki islama gelmiwem hemcinin oda mennen sonra islama gelib yeni ibadet edir biz evlenmek kebin kesdirmek isteyirik ama valideynlerim nerazidi xususilede atam.
Cavab:
və aleykum Salam. Kəbində oğlan üçün vəli vacib deyil. Vəlinin vacib olması qadın üçündür. Əgər valideynlər cahildirlərsə, oğlan isə dindardır və ona dindar qız almaq istəmirlərsə, bu hallarda valideynlərdən icazə alınmasa da olar. Digər hallarda isə valideyndən halallıq alınmalıdır.
ardını oxu
19-11-2015
Muselman usaglarina gelincik oynatmag haramdir ?
Cavab:

əs-Sələmu aleykum. Uşağın gəlinciyinin sifət cizgiləri olmamalıdır. Əks təqdirdə, sifəti olan gəlincikləri oynatmaq haramdır.

ardını oxu
19-11-2015 gulu
ayetrl kurdu haqındaguluden
Cavab:
əs-Sələmu aleykum. Ayətul-Kursi əl-Bəqərə surəsi 255-ci ayəsidir. Əvvəldən axıra qədər oxunmalıdır. Daha ətraflı: Ayətul-Kursinin oxunuşu
ardını oxu
19-11-2015
men istediyim kimi dua ede bilmirem namazdan sonra
Cavab:
əs-Sələmu aleykum. İstədiyi kimi dua edə bilməmək iman zəifliyinin təzahürüdür. İmanı gücləndirmək üçün isə yaxşı əməlləri artırıb günahlardan çəkinmək lazımdır. Bu cavabları oxuyun:
ardını oxu
19-11-2015
Heyetde kagiz tapmisig icindede 2dene şam var dua yazilib kagizdada bu ne ola biler yeni şam var o ne anlama gelir
Cavab:
ardını oxu
19-11-2015 Yusufun atası
Əs Salamu Aleykum. Biri mənə sual verirki nəyə görə Hz Osmandan əvvəl Hz Əli xəlifə olmadı. İkinci sualı isə belədir Nəyə görə hz Osman xəlifə olanda peyğəmbərin(s.a.v)dostu Abuzər Gifgarini sürgün etdi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
16-11-2015 Şeli
Salam. Men oz Anamı uşaq vaxtı ıtırdım ve men oz Mullımemı ana kımı qebul etdım onunda evladı olmur gunahmı bu evladı olmayan bırıne evlad kımı yanaşmaq.. Hemde anam qebır ezabı cekermı men ona ana gozuyle baxb ana dedıyım ucun
Cavab:

Və aleykum Salalm. Siz hər bir yaşlı qadına ehtiram və hörmət edərək ana kimi baxa bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ki­çiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə biz­dən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 356).

ardını oxu
16-11-2015 Meryam
Qəbir üstə arzu diləmək olarmı
Cavab:
Və aleykum Salam. Qəbir üstə arzu tutmaq, dua etmək olmaz. Qəbir üstündə yalnız ölən üçün Allahdan bağışlanma diləmək olar. Daha ətraflı:

Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
ardını oxu
16-11-2015
Esagfrullah sozunun menasi nedi?
Cavab:

Va aleykumus-Sələm. "Əstəğfirullah" - "Allahdan bağışlanma diləyirəm" deməkdir.

ardını oxu
16-11-2015 elsever
Salam alekum. Cox xaiw edirem mene cavab yazasiniz. Uje hardasa 7-8gundu az qaliram deli olsam. Yuxu gorurem ve deli kimi oluram dalawiram camaatla. Dinle baqli problemlerim olur. Olmek ozumu oldurmek isteyirem. Sevdiyim bele elimnen gedib. Cox gic kimi olmuwam.
Cavab:

Va aleykumus-Sələm. Bu cavabları oxuyun:

Pis yuxulardan necə qorunmaq olar?


Cadudan necə qorunmaq olar?

ardını oxu
16-11-2015 Gunay
aile qurub bir eve kocmuwem sen deme o evin qapi bif qonwusu falcidir indi kocduyum ilin hardasa 4,5ayindan sonra qapiya qeribe bir mayenin tokulduyunu hiss edirem ve bununlada evde ruzu kesilmesi bawladi.Bilmek isteyirem bu fal ile baglidi ya mene ele gelir?
Cavab:
əs-Sələmu aleykum. Öncə Allaha şərik qoşmadan gündə beş vaxtda namaz qılmaq lazımdır. Çünki, qorunmaq üçün Quran ayələrini namazdan sonra oxumaq lazımdır. Qapıya sürtülən cadunu İxlas, Fələq və Nas surələrini suya oxuyaraq oraya töküb həmin ləkəni və yağ izini silmək lazımdır.
ardını oxu
16-11-2015
men icimde qarqiw etdim ve Insallah dedim. heyata kece bilermi ? umumiyyetle icimizde dediklerimiz gunaha yazilirmi?
Cavab:

əs-Sələmu aleykum. Əgər bəd dua edilən insan bu bəd duaya layiq deyilsə, bu qarğışın o insana zərəri ola bilməz. Uca Allah qəlbdən keçirilən şeyi dilə gətirməyənə günah yazmır. Çox bəd dua, lənət etmək möminə yaraşan xüsusiyyətlərdən deyil. Daha ətraflı:

ardını oxu
16-11-2015
Sevdiyin bawqa birisiynen yawayirsa ne etmek olar
Cavab:
Salam aleykum. Həmin insanı unutmaq lazımdır, çünki bu haram sevgidir. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?
ardını oxu
16-11-2015 Anonim
Salam aleykum.eger nisanli olan bir qiz uzuyu qaytarib, butun elaqeleri kesibse, ondan birdefelik ayrilibsa amma nisanlisi ondan ayrilmaq istemirse nece kebini poza biler.Oglan hele de umid edir ki barisacaqlar.amma qeti qerar verilib.yeni bagislamaqliq, sebr etmeklik bir mesele deyil...kebini pozdu
Cavab:

Və aleykum Salam. Kişinin kəbini pozulmasından xəbəri yoxdursa, qadın boşanmış sayılmır. Yəni, qadın kəbini pozdura bilməz. Verilən mehri geri qaytararaq kişidən boşanma tələb olunur.

ardını oxu

Pages