01-09-2015 murad
salamun eleykum.menim iki sualim var.1.oglanlar qiclarinda olan tukleri temizleye bilerlermi?2.onurgaya xestelik sebei ile kalsi yeridende oruc pozulur?
Cavab:

Va aleykum Salam. Ümumən şəriətdə bədənin müxtəlif yerlərində tüklərin təmizlənməsi ilə bağlı 3 hal var:

ardını oxu
30-08-2015
salam aleykum.Senden hereket menden bereket sozlerini Allaha aid edib demek dogrudurmu?
Cavab:

Aleykum salam. Uca Allahın dediyi sözlər Quran ayələri və qüdsi hədislərdə bildirilmişdir. Bu ifadəyə həmin mənbələrdə rast gəlinmir, sadəcə insanların dilində gəzən atalar sözüdür.

ardını oxu
30-08-2015
Salam Aleykum. Yeni bawlamiwam namaza. Gunde 5defe qiliram, Ehli Sunnayam. Gece namazi haqqinda ewitmemiwem duzu. Mene deye bilrrsiz nenamazidir, nie qilinir, necr ruket qilinir, adi namaz kimi qilinir ya ozel dualari filan var? Xaiw edirem mene informasiya verin. Indiden Allah razi olsun :)
Cavab:

Aleykum salam. Allaha həmd olsun ki, sizə namaza başlamaq üçün hidayət vermişdir, Ona dua edirik ki, sizi din üzərində sabit edərək xeyirli sonluğa çatdırsın. Gecə namazı haqqında buradan oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
29-08-2015
1 gunde 5defe namaz qiliriq.Her namazin evvleinde destamaz almaliyiq?yoxsa gunde 1defe destamaz almaliyiq?
Cavab:

Salam aleykum. Dəstəmazı pozan hallardan hər hansı biri baş vermədikcə, həmin dəstəmazla bütün namazları qılmaq icazəlidir. Həmçinin oxuyun:

Dəstəmazı pozan amillər hansılardır?

ardını oxu
29-08-2015
Salam Aleykum. Sualima gore hamidan uzr isteyirem, amma soruwmaliyam bunu. Men qizam ve arada olur ki sehvet hissti neticesimde oz ozume bowaliram. Amma bir wey var ki namaz qiliram. Namaza yeni bawalmiwam, masturbasiyanin gunah oldugunu bilmirdim, indi orgendim duzu.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Masturbasiya etmək icazəlidirmi?

ardını oxu
29-08-2015
Salam.Üzr isteyirem hamile xanimin 1 ayliq uwagini abort eletdirmesi gunah sayilir.Hekimin dediyine gore 1 ayliq gunah deyil.1 ayliq uwaq hüceyredir.orqanlari inkişaf etmir ona gore de gunah sayilmir amma 2,3 ayindan sonra abort gunah sayilir.Cavabinizi gozleyeceyem.Sagolun
Cavab:
Aleykum salam. Şəriətimizə görə əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək günahdır.
ardını oxu
29-08-2015
Salam aleykum.kəhf surəsi 83-99 ayələrdə zülqərneyn haqda yazılıb.zəhmət olmazsa məlumatınız varsa cavablandırarsız bu sualları: 1.Zülqərneyn kimdi?peyğəm bər yoxsa hökmdar?bəzi mənbələrdə isgəndər hökmdarəın olduğu yazılıb.bu düzdür? 2.rast gəldiyi tayfalar nə tayfalardır? 3.günəşin batdığı və d
Cavab:

Aleykum salam.

ardını oxu
29-08-2015
salam aleykum/Rəvayət edilir ki, Aişə demişdir: «Peyğəmbərin sağlığında günəş tutuldu. O, məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O, təkbir (Allahu əkbər) deyib uzun-uzadı Quran oxudu.
Cavab:

Aleykum salam. "Kusuf" - günəşin, "Xusuf" - isə ayın tam və ya qismən tutul­ma­sına deyilir. Bu vaxt qılınan namaz 2 rükətli namazdır, hər rükətdə 2 dəfə rüku edilir. Məqalədəki hədisin tərcüməsində səhvə yol verilmişdi, məqalə dəyişdirildi.

ardını oxu
25-08-2015 AIDA
mohterem muselmanlar! 37 yashinda gozel xanim-elimli, savadli, gozel exlaqli, maddi cehetden ve evle temin olunmush, yuksek vezife sahibi ve eyni zamanda bakire olan bir xanim ovlad sahibi olmaq ucun nigah etmek isteyir. Suni mayalanmadan istifade etmeye cesaret elemir.
Cavab:

Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) özü evlilik təklif etmişdir.

ardını oxu
25-08-2015
saclarımın uzanması ucun yaglardan istifade edirem (meselen _ genegercek, hind qozu yagı) bunların nese bir günahı var, ve ya yaxud haram olma kimi ehtimalı var ?
Cavab:

Salam aleykum. Saçların uzanması üçün vasitələrdən istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa yoxdur.

ardını oxu
25-08-2015
cox pewmanam men namaz qila qila zina etmiwem onun cezasi? ve ALLAH meni baqiwlayarmi?tovbe etediyim halda bile.ozumle bacara bilmirem.yardim edin ne edim men?weytanin vesvesesinden nasil qurtulum men?
Cavab:

Salam aleykum. Kim tövbə edib bir daha həmin günaha qayıtmazsa, Allah onu bağışlayar. Daha ətraflı:

Zinadan necə tövbə etmək lazımdır?

ardını oxu
25-08-2015 I love Allah
Salam bir sualim var su olmasa dastamazi necə tutum.
Cavab:

Aleykum salam. Su olmadıqda torpaqla təyəmmüm etmək lazımdır. Daha ətraflı:

Təyəmmüm necə alınır?

ardını oxu
25-08-2015 Zahid
Əs sələəmu aleykum va rahmətullahi va bərakətuhu. Qardaşlar, sualım belədir Allahın izni ilə: Kişinin cünub olması onun həddi-büluğa çatmasının bir əlaməti sayılırmı? Allah sizlərdən razı olsun. ƏMİN!
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bəli, oğlan uşağının cunub olması onun həddi büluğa çatma əlamətlərindən biridir. Həmçinin qoltuqaltı və qasıq tüklərinin çıxması da əlamətlərdən sayılır.

ardını oxu
25-08-2015 Yegane
Salam.yoldasim rus milləti lakin bizim vətəndaşdır.qohumlari xristiandır.ozu isə xaç suyuna salınmayıb.indi islam dinini qəbul etməy istiyir.islam dinini qəbul etməsi üçün sunnet olunması vacibdirmi? Və yaxud sunnet olmasa islami qəbul edib müsəlman ola bilərmi?
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə sünnət olunmağı vacib buyurmuşdur. Amma bu kiminsə islamı qəbul etməsinin yolunda dayanmamalıdır. Həmin şəxs şəhadət gətirərək İslama daxil olduqdan bir müddət sonra da sünnət oluna bilər.

ardını oxu
25-08-2015 Namelum
Salamu Aleykum. Bezi menbelerde oxuduguma gore qiyamet gunu butun mexluqat ölecek. Insanlar, cinler, hetta meleklerde. Bilmek isterdim eger bu dogrudursa onda can almaq buyrulmus Ezrailin ozunun olumu nece olacaq? Allah Razi Olsun!
Cavab:

Aleykum salam. Qiyamət günü ölüm mələyi də daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər. Uca Allah buyurur: "Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur.

ardını oxu
25-08-2015
salam aleykum.seyidler kimdi onlara inanmaq lazimdirmi.onlar nece olirki insan hem xeyir hemde zerer vura bilirlər.
Cavab:

Aleykum salam. Özünə seyid deyərək camaatdan pul tələb edənlərə aldanaraq pul vermək, onları müqəddəsləşdirmək qadağandır. Həmçinin, Allahın izni olmadan heç kəs başqasına zərər vura bilməz: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz.

ardını oxu
23-08-2015
qibleni sehv istiqametde bilib namaz qilmagin gunahi nedir?hemin namaz batildirmi?
Cavab:

Aleykum salam. Xeyr, bilməyərəkdən qibləni səhv təyin etmək namazı batil etmir. Daha ətraflı: Qibləni səhv təyin edərək namaz qılmışam, namazlarım batildirmi?

ardını oxu
23-08-2015 Ehli sunne
Salamun eleykum.dəmir üzük taxmaq olar? Yoxsa gunahdir?
Cavab:

Aleykum salam. Kişələrə qızıldan başqa istənilən metaldan üzük taxmaq icazəlidir. Gümüş üzük taxmaq isə sünnədir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gümüş üzük taxmışdır. (əl-Buxari "Libas", 45​). Daha ətraflı:

ardını oxu
23-08-2015
Salam men çox peşman olmuşam ureyim sizildayir hele bil elim heyatdan üzülub men ne ede bilerem.
Cavab:

Aleykum salam. İnsanın rahatlıq tapmaması və daim qəlbinin sıxılması imanın zəifliyindən irəli gəlir.

ardını oxu
23-08-2015
Salam Aleykum Sualim beledirki oruc tutmatan insan gunde bir kasibi yedirmelidi E yer o insan kasibdirsa kimise n ece yedizdirsin a xi???
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).

ardını oxu
23-08-2015
Salam. Quranda cinlərin adı varmı? Məsələn, türk sosial şəbəkələrdən birində "fekacin mahmetin dəvəti"duası adlanan duaya rast gəlmişdim. Bəziləri deyir ki, bu dua çox təsirlidir. Bəziləri də deyir ki cini çağırıb ondan nəsə istəmək Allaha şirk qoşmaqdır.
Cavab:

Aleykum salam. Quranda hansısa cinin adı çəkilmir, amma ümumən cinlər haqqında məlumat verilir, həmçinin Quranda Cin surəsi də var.

ardını oxu
23-08-2015 Naidə
Salam aleykum 1 qadının əri ola ola naməhrəmlərlə işləməsinə islam necə baxır?2 Qadın tək başqa bir ölkədə balaca uşağıyla yaşaya bilərmi?3 Qadın Quran öyrənmək istədikdə əri qoymazsa gizlincə gedib muselman bacılardan öyrene bilərmi?4 Quran oxuduqda mənasını dərk etmədikdə savab yazılırmı?
Cavab:

Aleykum salam.

ardını oxu
20-08-2015
Salam. Allahın bağışlamadığı günah varmı? Varsa hansıdır?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Ən böyük günah edəni Allah bağışlayarmı?

ardını oxu
20-08-2015 Etıbar
Seher subh namazına yatıp kaldım,oyanan sonra derhal gımalıyam yoxsa gozdemelıyam duha namazına kımı??
Cavab:

Aleykum salam. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) vaxtında qılına bilməyən namazın imkan olan kimi qəzasını qılmağı buyurmuşdur. Daha ətraflı:

Qəza namazları neçə rükət və nə vaxt qılınır?

ardını oxu
20-08-2015 allahtəla mene şefa verecekmi
Salamu aleyukiyum sizi bu suala bagli narahat edirem xais edirem meni etrafli başa salin men dünyaya gelenen gözümün zeyiflitinden eziyyet çekirem ve bunun üçün her heftenin 4-cü günü Allaha dua edirem ve şefami dileyirem derdimin dermanini ondan isteyirem bele deyirler ki, her heftenin 4-cü günü Al
Cavab:

Aleykum salam. Biz də Allahdan sizə şəfa verməsini diləyirik.

ardını oxu
20-08-2015 Aytac
Salam, men 5 gun olar baslamisam namaz qilmaqa ,namaz vaxti meni esnemek tutur niye?
Cavab:

Aleykum salam. Əlhəmdulilləh, namaza başlamanız münasibətilə sizi təbrik edirik və Allaha dua edirik ki, sizi din üzərində sabit etsin. Bu cavabları oxuyun:

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

ardını oxu
20-08-2015
Salam Aleykum.men namaz qılan qadınam hicablıyam.heyat yoldasımın her bir isdeyini(cinsi elaqe zamanı)yerine yetirmeye çalışıram ters elaqeden başqa onu haram oldugunu bilirem bele şeye yol vermerem.yeniki erim başqa yerlerde gözü olmasın zina etmesin deye agız yolu ile elaqede oluram tez qusl alıra
Cavab:

Və aleykum Salam. Bu cür şeylər müsəlmanlar arasında kafirlərdən gələn əxlaqsız filmlərin nəticəsində yayılmışdır. Şəriətdə bunu birbaşa qadağan edən göstəriş yoxdur. Bəzi alimlər bunu ədəbə və yaradılışa zidd saymışlar. Tibbi mənbələrdə sağlamlığa zərərlərin olması qeyd edilmişdir.

ardını oxu
20-08-2015 Salafi
Salam aleykum. Namaz qılmayan şəxslə salamlaşmaq barədə məlumat verərdiz zəhmət olmasa
Cavab:

Aleykum salam. Həmin insan özünə müsəlman deyirsə, bəli, salamlaşmaq lazımdır. Daha ətraflı:

Cahilliyin üzrlü olması

Namaz qılmayan müsəlmandırmı?

ardını oxu
18-08-2015 muselmanka91
Salamaleykum,cavablara və bu gozel sayta gore minnəttaram.Sizlərə mən guvənirəm. Burda sizə güvənməyən,aldatma ile böhtan atanlar yəqinki şiələrdi.
Cavab:

Aleykum salam. Sizə və saytın bütün istifadəçilərinə təşəkkür edir və Uca Allaha dua edirik ki, Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hovuzunun başında görüşməyi hamımıza nəsib etsin. Ümumən, müsəlmanların bir-birini çox tərifləməsi bəyənilmir.

ardını oxu
18-08-2015
salam.Men evin boyuk övladiyam.Anamla Atama bir qiz ovladi kimi yox ogul övladi kimi olmaq isteyirem.Amma mence dinimizds qadinlarin iwlemwmelidir.Axi men iwlemesen validwynlerme komek ede bierem.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Qadınların işləməsi icazəlidirmi?

ardını oxu
18-08-2015
Salam aleykum.ramazan bayramı günü cinsi elaqe günahdırmı
Cavab:

Aleykum salam. Ramazan bayramı günü oruc tutulmadığından, ərlə arvad cinsi əlaqədə ola bilərlər.

ardını oxu
18-08-2015
Əgər həyat yoldaşımın haqqına girmişəmsə ( qeybətini etmişəmsə) və etdiyim əməldən sonra peşman olub ondan halallıq almaq istəyirəmsə qeybətdə nə dediklərimi ona açıb deməliyəm? Sadəcə mənə halallıq ver sözünü deməklə halallıq almaq olar? Çünki qorxuram ki əgər qeybəti açıqlasam o məndən soyuyar.
Cavab:

Aleykum salam. Fitnə çıxacağından qorxursunuzsa, sadəcə halallıq istəyə bilərsiniz. Daha ətraflı: Qeybət haqqında

 

ardını oxu
18-08-2015 Aylin
SaLam noLar xaiş edrəm sualima cavab verin qizdarin öz özünə boşalmasi birdəki pis videolara baxmagi sadəcə günahdirmi?
Cavab:

Aleykum salam.

ardını oxu
18-08-2015
Salam aleykum.eger heyz qanı kesilibse qusl almadan cinsi elaqede olmaq günahdırmı.teşekkürler
Cavab:

Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin  onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır.

ardını oxu
18-08-2015 aysel
salam men bilmek isterdim hecc ziyaretine ilin basqa aylarinda getmek olarmi? menim istiye dozumum yoxdur hiss edirem ki ureyim zeifdi ona gore bilmek isterdim..bir de ramazan ayinda abort etmek olarmi?? ilk heftelerde bildiyime gore gunah deyil cunki hele dol formalasmir..
Cavab:

Aleykum salam. Həcc ziyarəti yalnız Zilhiccə ayında yerinə yetirilir. Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin! Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz.

ardını oxu
18-08-2015
qebri ziyarete gederken qebrin ustunde en vacib hansi dua oxunur?
ardını oxu
18-08-2015
Salam Aleykum .Oruc tutub insan Bele halda belgemi tupurmek olarmi yoxsa gunahdirmi???Xahiw edirem tez cavab yazin..Allah razi olsun
Cavab:

Aleykum salam. Oruclu halda tüpürmək günah sayılmır. Əgər orucun pozulmasından qorxaraq tüpürürsünüzsə, buna ehtiyac yoxdur. Tüpürcəyi və ya bəlğəmi udmaq orucu pozmur.

ardını oxu
18-08-2015
salam aleykum 1 - eger namazda sehvhen secdenin birini etdinse 2 cini etmeyine subhe etdinse ve ya qalxandan sonra yadina dusduse bu zaman sehv secdesi edilir?yoxsa yeniden qilinir.2- camat namazinda subhe edirsen ki imama tesehude oturmadan qalxdi ve 3 ruketle bitirdi (bu zaman men birden oldugunda
Cavab:

Aleykum salam. Sualların ətraflı cavabını buradan oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?

Həmçinin oxuyun:

Namazı batil edən hallar

ardını oxu
18-08-2015 Subhan
Niye. Meselen subh azani 04:45 deyilir 06:10da deyilmir? Sebebin bilmek isterdim
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxmağa başlayana qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai).

ardını oxu
18-08-2015 *
salam.elarasinda istixare adlandiraraq qurana baxtiribda uwaqlarini evlendirmek duzdu?mollaya Quran actirib qizla oglanin geleceyi yaxwimi pismi olar deye ve cox adam belece niwanlayir uwaqlarini. Bu ne derecede duzgundur men bilmek iserdim
Cavab:

Aleykum salam. Bu, ən böyük günahlardandır. Daha ətraflı:

Quranla istixarə etmək barədə

Quran açdırmaqla gələcəyi bilmək olarmı?

ardını oxu
18-08-2015 gwlswm
Salam əleyküm sualım budur ki axirətdə kişilər dünyadakı həyat yoldaşlarını yoxsa cənnətdəki huriləri daha çox sevəcək?axirətdə xəyanət varmı?
ardını oxu
17-08-2015 Xalidə
Salam Aleykum) Allahın salamı və mərhəməti üzərinizə olsun. Sualımı səhv başa düşmüyün... namaz hal-hazırda 2 yerə:sünnü və şiə namazlarına bölünmüşdür.Axirətdə hansı Namazı qılmısan soruşulacağmı?və bunlardan hansısa günadırmı?əvvəlcədən Sağolun)
Cavab:

Aleykum salam. Axirətdə soruşulacaq böyük günahlardan biri bidətdir. Bidət -- dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi yenilikləri etməyə deyilir. Namazı peyğəmbər kimi qılmamaq da bidət sayılır.

ardını oxu
17-08-2015
Salam Aleykum. Men yatmamiwdan evvel, yuxuya getmek ucun hami kimi beynimde nese fikirlewirem, xeyal qururam. Amma bir problem var.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Şəhvani xəyallar günahdırmı?

ardını oxu
17-08-2015
Salam destemazi nece almaq daha dogurdur? Ve qusul alarken hansi sozler deyilir
Cavab:

Aleykum salam. Əlbəttə, dəstəmazı Allah rəsulunun (Allahın ona salavatı və salamı olsun) buyurduğu kimi almaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
16-08-2015 Ramil
Salam aleykum zehmet olmasa tovbe ve istigfar haqqinda hedisler yazardiz texmini bele hedis var kim istigfar ederse sixintilari azalar ruzisi coxalar bu hedisi yazardiz.Allah sizi qorusun elminize bereket versin.
Cavab:

Aleykum salam. Bəli, Uca Allah buyurur: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).

ardını oxu
16-08-2015 Gultac
Salam Aleykum.Mende sep var uzerinde Ayetel-Kursi yazilib.Men onu hec vaxt cixarmiram boynumnan.Bilmek isterdim ayaqyoluna onunla girmek gunahdirmi?
Cavab:

Aleykum salam. Üzərində Quran ayələri, "Allah" sözü, Allahın digər adları və s. yazılan boyunbağını natəmiz yerlərə daxil olduqda çıxarıb kənara qoymaq lazımdır.

ardını oxu
16-08-2015
Usaga Hezret adi qoymaq olar?
Cavab:

Salam aleykum. Uşaqlara Həzrət adını qoymaq olar. Qeyd edək ki, "həzrət" - ərəb dilindəki "hədara" felindən törəmiş kəlmədir, "hazır olmaq", "gəlmək" və s. mənalarda istifadə olunur.

ardını oxu
16-08-2015
Salam. Oruc olarken normal geyimde cimerlikde oturmaq olarmi?
Cavab:

Aleykum salam. Dənizin kənarında oturub dincəlməkdə heç bir günah yoxdur, amma insanların bədənlərini açdığı, naməhrəm kişilərlə qadınların qarışdığı yerlərə getmək qadağandır. Bu cür yerlərdən kənarda otura bilərsiniz.

ardını oxu
16-08-2015 Ferman
salamaleykum qiz usagina Melek adi qoymaq olarmi?
Cavab:

Aleykum salam. Alimlər uşaqlara Mələk, Məleykə və digər adların qoyulmasının məkruh (bəyənilməyən) olduğunu demişlər. Birincisi, bu adın qoyulması insanı həddən artıq şişirtməkdir. Həmçinin bu, müşriklərin yalanlarına uymaq sayılır.

ardını oxu
15-08-2015 Omar
Əs Sələmu Aleykum və Rəhmətu Allah necesiz? Movzu nə olur olsun hədis yaza bilərsizmi? Nə qədər cox yazsaz bir o qədər yaxsi olar.İn Şə ALLAH
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Yalnız konkret mövzu barəsində suallar cavablandırılır. Hədis oxumaq istəyirsinizsə, saytımızdakı məqalələri, kitabları və ya sual-cavabı oxuya bilərsiniz.

ardını oxu

Pages