27-08-2025
Salam men bir gün günah etdim sonra tövbe etdim ALLAHADA dedimki birde etsem meni cezalandır dünyada bağışlama sonra gene etdim meni ALLAH bağışlayar meni cezalandırmaskı?
Cavab:

Və aleykum Salam. Bu şəkildə dua etmək qadağan olunub və bu düzgün deyil. Uca Allah mərhəmətlidir, rəhmlidir və rəhməti çox genişdir. İnsan etdiyi günahdan tövbə etməli, Allahdan bağışlanma və salamatlıq istəməlidir.

ardını oxu
27-08-2025 Gülüş
Salam,men sevdiyim insanın qayıtmasını isteyirem,her defe dua edirem ki:,menim üçün xeyirli deyilse xeyirli olmasını,men onun üçün xeyirli deyilemse onun üçün xeyirli olum,dualarım qebul ola biler?,qebul olmağı üçün ne edim?
ardını oxu
27-08-2025 Anonim
Salam .Demeli qohumda bir qiz var cadusu var ozude bilirdi.Evlenmeyib 40 a yaxsin yasi var.evlerine qonaq getdim gelib seherisi gunu qrip oldum.Gorusenden sora cox pis oldum,halsizliq bas agrisi butun enerjim gedir sanki 2 3 gune ozume geldim.Sizce bunun sebebi nedir?Bele biriyle gorusmeyim?
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bir insanın gec ailə qurması cadu əlaməti sayılmır. Uca Allah hər insana bir qədər yazmışdır. Əgər insan özündə cadu əlamətləri hiss edirsə, bu zaman şəriətin buyurduğu doğru vasitələrlə özünü müalicə etməyə çalışmalıdır.

ardını oxu
27-08-2025 Toğrul
SALAM ALEYKUM İSLAMDA CEBR ƏQİDESİ VAR? VARSA İZAHIN VERERDİZ ZEHMET OLMASA
Cavab:

Və aleykum Salam. Yəqin ki sual verən "Cəbriyyə" əqidəsini nəzərdə tutur. Cəbriyyə Qədərə imanda azmış tayfalardan birininin əqidəsidir. Bu əqidədə olanlara "Cəbriyyələr" deyirlər.

ardını oxu
27-08-2025
Salam eger mehrem olan qohumlardan bir kimse qadinin namusuna goz tikerse ve ona yaxinlasmaq ucun furset axtararsa amma qadin bunu basa dusub namusunu qorumaq meqsedile hemin adama kobud davranib ozunden uzaqlasdirmaq ucun qelbini sindirarsa burada hemin kisinin ve hemin qadinin gunahi nedir.
Cavab:

Və aleykum Salam. Bir kişinin ona məhrəm olan qohum qadınlardan birinə pis niyyətlə yanaşması çox böyük günah və kişi üçün çox böyük bir qəbahətdir.

ardını oxu
25-08-2025 samir
tovbemi cox pozmusam coxda pesmanam ve narahatam
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun:


Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
25-08-2025
Salam qadın qadına mehrem saylırmı bir birine ?qadın bir qadının zeruret zamanı mehrem yerlerine toxunmalı olur bu icazelidirmi?
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, naməhrəmlik kişi və qadınlar arasında olur. Qadının digər qadınlar yanında övrəti göbəklə diz arasıdır. Lakin əgər zərurət olarsa, bir qadın digər qadının övrət yerlərinə toxuna bilər. Ətraflı oxuyun:

ardını oxu
25-08-2025
Yatmamışdan əvvəl bu zikri “Lə iləhə iləllah vəhdəhu lə şərikə ləh ləhul mulk və ləhul həmd yuhyi və yumit və lə həvlə və lə quvvətə illə billəh. Subhənallah vəlhəmdulilləh və lə iləhə iləllah vallahu əkbər” deyəndə Allah bütün günahları bağışlayır? Belə bir hədis var?
Cavab:

Əssələmu aleykum.

ardını oxu
25-08-2025 Nəmalum
Yuxuda həyətimizə cadu olnmuş su töküldüyünü gördüm nə etməliyik? Falçı yanına getmək günah olduğunu bilirəm ona görə getmirik.
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, tökülən suyun cadu olmasından əmin olmaq lazımdır. Əgər həqiqətən bu baş vermişsə, o zaman bir qab suya müəyyən Quran ayələrini (əl-Fatihə surəsini, Kürsü ayısini, əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini) oxuyub həmin yerlərə səpin. Həmçinin oxuyun:

ardını oxu
25-08-2025 Master
Salam meni düşündürən bir məsələ var telefon zəng musiqi var o musiqi quranda zəngə işlərim yaxşı gedir necə ki dəyişirəm işlerim alinmir islamda belə düşər düşməz kimi varmı mənə çox maraqlıdır bu necə olur dəfələrlə yoxlamışam xahiş edirəm cavab yazarsız
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
23-08-2025
Salam?
Cavab:

Və aleykum Salam. Sözsüz ki, günahsız insan yoxdur. Hər bir insan günah edir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda belə buyurur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir".

ardını oxu
23-08-2025 Aylin
Kebinsiz intim mubasibet gunahdi?
Cavab:

Əssələmu aleykum. Kəbin olmadan intim münasibət zina sayılır və zina böyük günahlardandır. Ətraflı oxuyun:


Zinadan necə qorunmaq olar?

ardını oxu
23-08-2025 Xahis edirem mene etrafli cavab yazin, meqaleleri oxudum ama yenede bilmedim ne edim her ay bele çaşbaş qalıram bilmirem ne vaxt tam temizlendiyimi. 8-10 gün heyz normaldırmı men o qeder gözleyimmi? Mene konkret cavab deye bilersinizmi çox sağolun
AsSalamu Aleykum. Öncelikle bu sualları verdiyim üçün sizden çox üzr isteyirem ancaq bilmek üçün vermeliyem. Demeli men usaqliqdan beri 8-10 gun arasi heyz oluram ve saglamam Elhemdulilleh.
Cavab:

Və aleykum Salam. Qadının heyzdən təmizlənməsinin əlaməti qanın dayanması və ağ (sarımtıl) axıntının gəlməsidir. Heyzin sonunda gələn qəhvəyi axntı heyzdən sayılır və qadın bu halda hələ təmizlənmiş sayılmır. Ətraflı oxuyun:

ardını oxu
23-08-2025 Murad ummu
Salam aleykum. Meni heyat yoldasim 9 ildi ev hebsi kimi saxlayir. Evimize heckim gelib getmir. Meni de hec yere aparmir. Hec vaxt. Heyatimda o ve usaglarim var. Hec bir zaman goz yaslarima mehel qoymur bunu Allah bele buyurub deyir.Qapini klitleyib gedir. Telefonumuda Nece defe sindirib.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
23-08-2025 Anonim
Hər vaxtınız xeyir. Necəsiz? Sizə belə sualım var. 27 yaşım var və bir qızla tanış oldum daha doğrusu anam bəyəndi məndə getdik ailəsin çox xoşladım. Qızında əlindən hər iş gəlir. Ailədə ki çox mehriban və səmimidilər. Atam isə qızı bəyənmir. Deyir biraz çirkindi.
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, oğlan ailə qurmaq üçün qız seçməkdə atasının dediyini etməkdə məcbur deyil. Oğlan özü qərar verməlidir. Siz zahiri görünüşə önəm verməməkdə çox doğru qərar vermisiniz. Əsas olan din, sonra isə əxlaqdır.

ardını oxu
18-08-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz mən Kəhf surəsini oxuyuram cümə günlərini amma yadımda qalmır Azərbaycan dilində oxuyuram əsasən. Amma yadımda qalmır gecələr gec yatıram həmdə beynim yorğun olur ondan ola bilər yadımda qalmır.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabı oxuyun:


Quran oxuduqda yadımda qalmır, oxuduqlarımı unutmamaq üçün nə edim?
ardını oxu
18-08-2025
Salam aleykum. Mən bir qızı çox sevirəm və biz qızın valideynləri ucbatından 10 aydır ki ayrıyıq bundan əvvəldə belə ayrılıqlar olmuşdu. İndi mən necə bilim ki o mənim qismətimdir və ya imtahanım. İndi mən Allaha hansı duaları etsəm hansı əmməlləri etsəm Allahı onu mənim qismətim edər?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
18-08-2025
Qiyamət əlamətlərindən hansıları gerçəkləşib?
Cavab:

Əssələmu aleykum. Qiyamətin əlamətləri iki növdür: 1) Qiyamətin böyük əlamətləri. Bu əlamətlərin sayı ondur və onlardan heç biri həyata keçməyib. 2) Qiyamətin kiçik əlamətləri. Bu əlamətlərdən bəziləri artıq həyata keçmişdir.

ardını oxu
18-08-2025
Salam Aleykum 1)Qurani Kərimdə Pompey şəhəri haqqında məlumat varmı?2)Sevdiyin insanla tez evlenmek ucun nece dua ede bilerem ne ede bilerem men istəyirem amma valideynlerim behane edir vaxtı uzadirlar artıq dayana bilmirem sixiliram ne ede bilerem 3)Yeni evlidiler istəyirlər ki.
Cavab:

Və aleykum Salam. 


1) Quranda İram, Mədyən, Səba kimi bəzi qədim şəhərlərin məhvindən bəhs olunur. Lakin Pompey şəhəri barədə Quranda məlumat yoxdur. 


2) Bu cavabı oxuyun:

ardını oxu
18-08-2025 Zaqatala çoci..
ASALAMALEYKUM...Ahit sandığı haqqında şəriətimizdə nə deyilir..yəni səhihdirmi?
Cavab:

Və aleykum Salam. Yəqin ki sualda Uca Allahın İsrail oğullarına verdiyi "Sandıq" nəzərdə tutulur. Uca Allah bu xüsusda əl-Bəqərə surəsində belə buyurur: "Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi?

ardını oxu
12-08-2025 Abc
Salam. Atam və anam vəfat etdiyi, qardaşım və babam da olmadığı üçün yoldaşımla gizli kəbin etdik. Əvvəla üzr istəyirəm sualıma görə. Yoldaşımın ailəsi bilmir lakin ailəsi evdə olmayanda onlardan gizli evə ya da hotelə çağırır. Getməsəm günahdır?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


İslamda "gizli kəbin" deyilən bir anlayış varmı?
ardını oxu
12-08-2025
Salam,müselman qadın tarixi şexsiyyetler kişi hökmdarlar haqqında melumat oxuya bilermi? Men tarix fennini çox sevirem ve kişi hökmdarlar haqqinda oxuyuram bunun hökmü nedir? 2ci sualım Qadının universitede oxuya biler mi orada namehremlerde olur bunun hökmü nedir?
Cavab:

Və aleykum Salam. 
1) Bəli, qadın kişi tarixi şəxsiyyətlərin həyatı barədə məlumat oxuya bilər. 


2) Bu cavabı oxuyun:

ardını oxu
12-08-2025
Salam. Maaş kartı verilən bank tətbiqində cashback funksiyası var. Mağaza və ya restoranlarda ödəniş edəndə (məsələn, 5%) cashback verir. Bu funksiyadan istifadə etmək olar? Cashback’dən. Halal sayılır yoxsa sayılmır?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:


Debet kartlarından istifadə etmək olarmı?

ardını oxu
12-08-2025
Salam aleykum mən durduğum yerdə qəlbimdə ya əli desəm böyük şirkdi yoxsa nədi?
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə, ümmətimin fikrindən keçənlərə görə Uca Allah onlara günah yazmır". (Səhih əl-Buxari, 2528.

ardını oxu
12-08-2025
Salam. Mən əsasları türkcə oxuyuram məsələn ya fettah, ya bedi, ya kuddüs. Səhv deyilki?
Cavab:

Və aleykum Salam. Uca Allahın Ad və Sifətlərinin düzgün deyilişi və mənaları barədə aşağıdakı linkdən oxuyun:

ardını oxu
10-08-2025 Allahın qulu
Salam Aleykum, bezi insanlar var namaz qilmirlar ve ele başa düşübler ki, namaz qilmayan kafir olur ve özlerine kafir deyirler. Bu cür insanlar dogrudan da kafir sayılırmı? Onlarla kafir yoxsa müselman kimi davranmaq lazımdır?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Namaz qılmayan adama kafir demək olarmı?

ardını oxu
10-08-2025 Mömin birisi
Evdə bir cadu tapılım içindəkilər mismar (qədimi tipli mismar) qıfıl şam və ibraniçə yazılmış yazılı kaçız və dəriyə bənzər parca və ip ilə möhkəm sarılıb, daha sonra iki eded cadu isə qəbirsanlıqda əmimin qəbirinin baş daşının altında tapılıb, 2 ci caduda olanlar bir ədəd sümük təqribən 40 düyünlən
ardını oxu
10-08-2025
Salam men bilmek isdeyirem beqersuresini telefonda vurub evde qulaq asmaq olar cinler ve şeytanlar ve cadudan temizlenir ev
Cavab:

Və aleykum Salam. Bəli, əl-Bəqərə surəsini telefonda səsli oxutmaq evə şeytanın daxil olmasına maneədir. Ətraflı oxuyun:

ardını oxu
10-08-2025 Ahlisunnah
Salam aleyküm.Menim yoldaşım anası ile baxichi yanina gedib.O da bəzi şeyler deyib size cadu olunub başımıza bezi şeyler gelmisdi ona gore.ve suya nə oxuyubsa verib ki evinize səpin sizde nəzər həsəd var.yoldasimda bu işi mənə tapşırıb mende etmek istemirem demişdim ve dalasdiq.bezi dualar var idi k
Cavab:

Və aleykum Salam. Baxıcı yanına getmək və onların dediklərini təsdiqləmək, habelə dediklərini etmək haramdır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
10-08-2025 Ələkbər
Salam.Necəsiniz? 10 ildən artıqdır ki,bu saytdan istifadə edərək ibadət edirəm.Xahiş edirəm onda bu sayt üzrə ən doğru Əqidəni bir bir aydın yazasız.
Cavab:

Və aleykum Salam. Bu saytda oxuduğunuz bütün əqidə ilə əlaqəli məqalələr doğrudur. Bu məqalələr Quran və Səhih hədislərə əsaslanaraq Peyğəmbərin, onun səhabələrinin və sələf alimlərinin izah etdiyi şəkildə yazılmışdır. 

ardını oxu
08-08-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz Allah razı olsun sizdən mən ibadət etdikdə Allahın adını yadıma salıram yəni Allah ağlıma gəlir Allahın adı bu şirkdir şeytan vəsvəsə verir ki bu şirkdir mən də bunu dəqiqləşdirmək istədim.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Şirk - Allaha aid olan ibadətlərdən hər hansı birini Allahdan qeyrisinə sərf etməkdir. Allahın adı şirk deyil. Sualda qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
08-08-2025
men atam öldükden sonra Allahdan qelben uzaqlaşib günahlar etdim. ama indi bağışlanmaq isteyirem. nece tovbe ede bilerem? ve nece dua ede bileremki Allah duami eşitsin?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
08-08-2025 Yusif
Salam. Kəbin hakkında soruşmaq istəyirdim. Kəbinin gündüz ve ya gece oxunmasında problem var? Gece oxunan kebin düzgündür? Birde xanımdan mehri soruşulmayıbsa kəbini yenidən oxutmaq lazımdı yoxsa mehri təyin etmək bes eder?
Cavab:

Və aleykum Salam. Kəbini istənilən vaxt kəsmək olar. Fərq etməz istər gecə olsun, istər gündüz. Əsas olan kəbinin şərtləri yerinə yetirilmiş olsun. Mehir təyin etmək vacib olsa da kəbinin şərtlərindən deyil, odur ki mehir təyin edilmədən kəsilən kəbin səhihdir. Ətraflı oxuyun:

ardını oxu
08-08-2025
Salam. Mən namaza başlamaq istəyirəm. 11-ci sinifəm və imtna hazırlaşdığım üçün hazırlıqlarım ardıcılıdır. Yəni bəzən 14:00-16:00,16:00-18:00da olur. Mən bu halda nə edə bilərəm? Bunlar üçün qəza namazı qılmalıyam, yoxsa necə?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
08-08-2025 Əbülfəz Kərimov
Bir duanın gerçəkləşməsi üçün deyilmiş qurban nə zaman kəsilməlidir?
Cavab:

Əssələmu aleykum. Əgər sualda dua gerçəkləşərsə qurban kəsiləcəyini Allaha əhd etmək nəzərdə tutulursa, buna nəzir qurbanı deyilir. Bu qurbanı dua geçəkləşdikdən dərhal sonra kəsmək lazımdır.

ardını oxu
05-08-2025
Musiqi aləti olan evə mələk girmir? Elədirsə qaynağı varmı?
Cavab:

Əssələmu aleykum. Peyğəmbər ﷺ buyurur ki, it və zəng səsi olan evlərə mələklər girməz. (Muslim, 5597). Bəzi alimlər zəng səsinə musiqi səsini də qiyas etmişlər. Lakin evdə sadəcə musiqi alətinin olması bu evə mələklərin daxil olmasına maneə deyil. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
05-08-2025 Elmar
Salam men 3 ildeir bosanmisam ve indide aile qura bilmirem alinmir.ama 3 ildir hec bir qadinla cinsi munasibetim olmuyib artiq besenim her gun agriyir.axi men ne edim bilmirem. Zehmet olmasa bir aydinliq ve ya tesseli vererdiz
Cavab:

Və aleykum Salam. Sizə səbir edib, Allahdan qorxub, haramlardan çəkinib şəriətə uyğun qaydada ailə qurmağınızı tövsiyə edirik. Ətraflı oxuyun:

ardını oxu
05-08-2025
Assalamu Aleykum Rahmatullah və Barəkatuh. Allah sizden razı olsun. 1. Peyğember sallallahu aleyhi vesellem parça ve ya xalçada (həsir deyil) namaz qıldığı ilə əlaqəli dəlillər varmı? Men baxdim ancaq açıqcası burada da rastlamadım. 2.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. 


1) Bu cavabı oxuyun:

ardını oxu
05-08-2025 K
Əssəlamu əleykum.zulhiccə ayında olanda nafile oruc tutmuşdum həmin gün biz qohum evinə getdik deyə orada açdim yemek zad verirdiler o günün qəzasını tutmaliyammi?
Cavab:

Və aleykum Salam.


1) Nafilə orucunu açmaq günah sayılmır və bu orucu qəza etməyə ehtiyac yoxdur. 



ardını oxu
05-08-2025
Mən bəzi zamanlar sübh namazına oyana bilmirəm günorta qılıram və bəzi namaz səflərim olub bu saytı tapandan sonra örgənmişəm mənim namazım hamsı batil olubmu? Əgər mən 10 günlük xaricdəyəmsə namazımı neçə rukət qılmalıyam və hör hansı yerə 1 günlük gedib gəlirəmsə onda nə etməliyəm?
Cavab:

Əssələmu aleykum.


1) Bilərəkdən, heç bir üzürlü səbəb olmadan Sübh namazını gecikdirmək böyük günahdır. Sübh namazına yatıb qalan şəxs bu namazı oyanan kimi dərhal qılmalıdır. Bilərəkdən namazı qəza edəb bu namazı itirmiş sayılır, lakin hər bir halda namazı qılmalıdır. Ətraflı oxuyun:

ardını oxu
03-08-2025
Salam. 2 ildi hicab taxiram. Amma yoldasimin isteyi ile. Ozu dindar deyil yani dinle mesgul deyil amma men 12 yaşımdan namaz qalıram sadece hicaba gec girdim. Lakin bunu mecburi etdim. Indide sacim tokulur, sehhetim buna yol vermir. Hicabida isteyerek taxmamiwam deye icimde subheler var.
Cavab:

Və aleykum Salam. İnsan hər bir ibadəti yalnız Allah üçün, Allahın rizasını qazanmaq üçün etməlidir. Lakin ola bilər ki, insan hər hansı bir əməli əvvəlcə başqasına görə etsin, lakin sonradan bunun səhv olduğunu dərk edib niyyətini dəyişsin.

ardını oxu
03-08-2025
Salam.Allah rizasi ucun mene etrafli cavab verin.Menim 1tehsilim var,2ci ali tehsil almaq isdiyirem.En boyuk arzumdu.Ailem qeti razilasmir.He rnamazda,orucda Allahdan isdemisem mene qismet olmuyub.Indi men ne etmeliym?
Cavab:

Və aleykum Salam. Ərdə olmayan qadın Allaha asilik olmayan bütün məsələlərdə valideynlərinə itaət etməlidir. İkinci təhsil almaq vacib bir əməl deyil, valideynə itaət etmək isə vacibdir. Odur ki siz bu məsələdə valideyninizə itaət edin.

ardını oxu
03-08-2025 Aaa
Salam. Əvvəla sualıma görə üzr istəyirəm. Yoldaşımla gizli kəbin etmişik ailələr bilmir, ayrı yaşayırıq, evimiz də yoxdur. Yoldaşım əlaqə üçün ailəsi ilə yaşadığı evə ailəsi evdə olmayanda gizlin çağırır mənsə getmək istəmirəm.
Cavab:

Və aleykum Salam. İslamda "gizli kəbin" deyilən bir anlayış yoxdur. Kəbin qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) izni və iki şahidin iştirakı ilə kəsilməlidir. Əgər kəbin qadının vəlisinin xəbəri olmadan kəsilibsə, bu kəbin etibarsız sayılır.

ardını oxu
03-08-2025 Amin
Salam. Mənim sualım "Həcc surəsinin "65" ci ayəsi ilə bağlıdır. 65. (Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmür­sənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır.

ardını oxu
03-08-2025 Gulzar
Səlamun aleyküm Qiz ovladlarina zümra hüma adlarinin qoyulmasi islama uygundurmu?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, uşaqlara gözəl və mənaca yaxşı, həmçinin cəmiyyətdə qəribə qarşılanmayan ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.

ardını oxu
01-08-2025
Qadın üzündə rəngli (tanal effektli) nəmləndirici istifadə edə bilər? Məhsul dərini daha hamar və qüsursuz göstərir. Bu makyaj sayılır? Naməhrəmlərin qarşısına çıxa bilər?
Cavab:

Əssələmu aleykum. Əgər sualda qeyd etdiyiniz nəmləndirici sifəti daha da cəlbedici edirsə, bu kosmetika sayılır və belə nəmləndirici vasitələri naməhrəmin qarşısına çıxarkən vurmaq qadağandır. Həmçinin oxuyun:

ardını oxu
01-08-2025 Emin
Salam. Mənim 29 yaşım var. Həyatımda heçnə yolunda getmir bütün işlərim şəxsi həyatım ətrafımda heçnə yolunda getmir eləbilki kimsə həyatıma mənim açar vurub bağlayıb.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-08-2025 Allah bəndəsi
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. Allah elminizə bərəkət versin. Əgər müsəlmanda kafirlərin şübhələrini dəf edə biləcək elm, günahlara qarşı iman qalxanı varsa, səyahət, iş, dünyəvi sahə üzrə ali təhsil almaq üçün kafir ölkələrə getmək olarmı?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:

ardını oxu
01-08-2025
Salam,hər vaxtınız xeyir.Bu ölkədə evlənmək artıq qəlizləşib.Evlənmək istəyən şəraitsizlikdən,işsizlikdən,pulsuzluqdan,qiymət artımından,daha sonra yaxşı insam tapa bilməməkdən dolayı evlənə bilmir.Bununla belə cinsi istək yaşamaq istəyir.Nəticədə bədən bunu tələb edir,ömür boyu evlənməyən birinin c
Cavab:

Və aleykum Salam. Dinimiz bizə evlənməyi tövsiyə edir. Müsəlman yalnız kəbinli həyat yoldaşı ilə yaxınlıq edə bilər. Kəbin olmadan pul qarşılığında yaxınlıq etmək isə zina sayılır. Ətraflı oxuyun:

ardını oxu
01-08-2025
Salam,men tarix müellimesiyem özümde hicablıyam oğlan şagirdlerim de var qız şagirdlerimde eşitdiyime göre namehremlere ders keçmek olmaz indi men günah mı qazanıram?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu

Pages