13-08-2016
Salam menim paltarima biraz sidiy deyib men paltarin o hissesini yuyub sora namaz qila bilerem tesekkur edirem
Cavab:
Və aleykum Salam. Bəli, paltarın nəcisə bulaşmış hissəsini təmizləndikdən sonra o paltarda namaz qıla bilərsiniz. Xovlə binti Yəsar dedi: "Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur.
ardını oxu
13-08-2016 lale
Salam menim damaqlarim qaniyir Ama oruc tuturam bu orucu batil edirmi yeni oruc tuta bileremi?
Cavab:
Və aleykum Salam. Çox miqdarda qanı udmaq orucu pozur. Daha ətraflı: Orucu pozan amillər
ardını oxu
09-08-2016 .......
salam alekum.men sirinlik duasini bilmek isteyirem.zehmet olmasa yazardiz sirinlik duasini.
Cavab:
Və aleykum Salam. Belə bir dua Quran və Sünnədə mövcud deyil. Həmçinin oxuyun: Quran və Sünnədən seçilmiş dualar
ardını oxu
09-08-2016 Aydan
Hicab açmaq isdeyirem
Cavab:

Salam aleykum. Bu kimi fikirlər imanın zəifləməsi nəticəsində şeytanın verdiyi vəsvəsələrdən irəli gəlir. Əbədi səadət diyarı olan Cənnəti qazanmaq üçün səbr edin və imanınızı artırmağa çalışın. Daha ətraflı: 

ardını oxu
09-08-2016
Orucu ancag heddi büluğa çatmişlar tuta biler?birdeki oglanla dost olmagda gunahdi?
Cavab:
Salam aleykum. Uca Allah naməhrəmlə tək qalmağı, zərurət olmadan danışmağı və hətta ona baxmağı da qadağan etmişdir, çünki bunlar ən iyrənc günahlardan olan zinaya aparan yollardır.
ardını oxu
09-08-2016
Salam cox xais edirem sualimi cavablandirasiniz. Yoldasim intim elaqeye gore oruc tutmami istemir ama men tuturam. Dalasiriq onun ustunde, men neyniyim?
Cavab:

Və aleykum Salam. Ramazanda ər-arvad arasında yaxınlıq yalnız gündüz vaxtı haramdır, iftardan sahura qədər isə bu, icazəlidir. Uca Allah buyurur: "Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi." (əl-Bəqərə, 187).

ardını oxu
09-08-2016 Seva
. Salam. Tutaqki budilnik qurmaq yaddan cixdi ya nese oldu. seher subh namazina dura bilmedim. Sora ayildim saat 8-de. Men o vaxt qila bilerem subh namazini ? Yoxsa artiq qeza olur ? Her yerde bir cur yazirlar. Cox yerde yazilibki gun cixandan sora artiq qeza olur.
Cavab:

Və aleykum Salam. Siz yuxudan oyanan kimi Sübh namazını qılın. Peyğəmbər (Alllahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Səhih Muslim, 684).

ardını oxu
09-08-2016 Leyla
Salam azan eşidən kimi iftarvə namazı etmək olar yoxsa azan qurtarmalıdır sonra?
Cavab:
Və aleykum Salam. Azan eşidərkən onun sözlərini təkrarlamaq, sonra isə azandan sonrakı zikri oxumaq daha yaxşıdır. Daha sonra sonra iftar açılır və namaz qılınır.
ardını oxu
28-07-2016 Rüfət
Salam, böyük və kiçik günahın Allahın bağışlaması üçün neçə dəfə tövbə etmək lazımdır ?
Cavab:

Və aleykum Salam. Günahın bağışlanması üçün peşman olaraq bir dəfə tövbə etmək və həmin günahı bir daha etməməyə qərar vermək kifayətdir. Bundan sonra yenidən həmin günahı etsəniz, eyni qaydada yenidən tövbə etmək lazımdır.

ardını oxu
28-07-2016
Uşağa Allahın ən nur adını qoymaq olarmı?
Cavab:

Salam aleykum. Alimlər Allahın "ən-Nur" adının olub-olmamasında fikir ayrılığındadırlar. Həmçinin, "Nur" adı yalnız Allaha xas olmayan adlardandır və bu adı "Rahim", "Rauf" adları ikimi "əl" artikli əlavə etmədən insana qoymaq olar. 

ardını oxu
28-07-2016 Ayten
menim bextimin baglandigini evimizde cadu oldugunu deyibler.mene cadugar yanina gedib acdirmaqi meslehet gorurler ama men qorxuram gunahdi deye basqa cur nece aca bilerem?namaz qilib oruc tuturam pis emeller mene nece edilib anlamiram/
Cavab:

Salam aleykum. Cadu etmək, cadugərin yanına getmək və s. ən böyük günahlardandır və bu yolla görülən işlərdə xeyir-bərəkət də olmur. Əgər sizə cadu edildiyini düşünürsünüzsə, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi üsullarla cadudan özünüzü qoruya bilərsiniz.

ardını oxu
28-07-2016 Allahin qulu
salam.Men daha onceden oz hemcinsimle cinsi elaqede olmusam ve bu mende artiq alide halini alib .Allaha iman getirmekden Allahdan umudumu uzmurem.amma.men nece defelerle ozumu mecbur etmisem ku unudum amma alinmir ne ede bilerem ?bu suali oz sozlerinizle cavablandirin .Bir de defelerle tovbe istigf
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, sizi şeytanın şərindən və vəsvəsindən qorusun və böyük günahı tərk etməkdə sizə kömək olsun. Siz Allaha səmimi qəlbdən, peşman olaraq tövbə edin, günahın cəzasını oxuyub öyrənərək Allahdan qorxun və bir daha bu barədə düşünməyin.

ardını oxu
28-07-2016 Numan
Salam aleykum,korpe ushagin sacini kesenden sonra basdirmaq mustehebdir ya adi qaydada atilmalidir?eqiqi nezerde tutmuram,1 ildir dunyaya gelib,teshekkur
Cavab:

Və aleykum salam. Uşağın saçını kəsəndən sonra atmaqda və ya basdırmaqda sərbəstsiniz, bu haqda şəriətdə heç nə bildirilməyib.

ardını oxu
28-07-2016
salam aleykum. Sual: şirkət öz dileri vasitəsilə müştərilərə 6 ay müddətində faizsiz kreditlə mal satır. müştəri pulu məsələn, 3 aydan sonra ödəmək imkanında olmadığını deyir. Bu halda şirkət malının geri qaytarılmasını tələb edir və 3 ay ödənilən məbləği geri qaytarmır. Bu caizdirmi?
Cavab:

Və aleykum salam. Faizsiz kreditlə məhsul satmaq icazəlidir və əgər müştəri bir neçə aydan sonra ödəniş edə bilmirsə, şirkət onun ödədiyi pulları götürə və məhsulu da ondan geri ala bilər, çünki məhsul artıq işlənib və şirkət onu təzə qiymətinə sata bilməyəcək.

ardını oxu
28-07-2016 Anoniw
Salam,cox xahiw edirem cavablandirasiniz,biri ile zina etmiwem,sonra tovbe etdim,indi hemin adamla kebin kesdire bileremmi?bunun ucun birinci kebinda oldugumdan muddat gozlemeliyem ikinci kebin ucun?
Cavab:

Və aleykum Salam. Zina etdikdən sonra ürəkdən peşman olaraq tövbə etmək, bir daha belə etməməyə qərar vermək və çoxlu xeyirli əməllər etmək lazımdır. Hər iki tərəf tövbə etdikdən sonra kəbin kəsdirə bilərlər.

ardını oxu
28-07-2016
Orucduqda ad gunu kecirmeq olar uwaqin1 yawni.
Cavab:
Salam aleykum. İstər Ramazanda, istərsə də digər vaxtlarda ad günü qeyd etmək olmaz. Daha ətraflı: Ad günü qeyd etmək olarmı?
ardını oxu
28-07-2016
qız öz ailesinin iştirakı ilə yeni iki şahid ve vəlisi olaraq kebin kesdirse amma oglan razı olsa da qizin yaninda olmasa kebin sayılırmı.?
Cavab:

Salam aleykum. Bəli, kəbində qızın vəlisi və iki şahid iştirak edirsə və oğlan razıdırsa, iştirak etməyə bilər. Həmçinin, oxuyun: Nikah bağlamağın qaydaları

ardını oxu
28-07-2016 Nermin
Salam.Allah razı olsun sizden.Size bir sualım var.Eger men kimninse haqqina girmisemse ondan halalliq almaq isdiyiremse ve halalliq alanda vacibdir ki,men ondan ne ucun halalliq isdediyimi dilime getirim,olmazmi ki,ondan umumi halalliq alım? yoxsa ne ucun halalliq isdediyimi dilime getirmeliyem?
Cavab:

Və aleykum Salam. Əgər halallıq istədiyiniz məsələni konkret bildirdikdə həmin insanın qəlbində kin yarana bilərsə və ya onun xətrinə dəyəcəyindən ehtiyat edirsinizsə, ümumi halallıq ala bilərsiniz.

ardını oxu
28-07-2016
Salamu eleykum.men telfonuma namaz vaxdi yuklemisem (qafqaz muselmanlarinin namaz vaxdi ile)ancaq bawqa sayitlarda vaxd ferqi var .men nece bilimki hansi deqiq vatdi ?Sizin deqiq bildiyiniz bir proqram.var meslehet vere bileceyiniz.Salamu eleykum.
Cavab:

Və aleykum salam. Telefonda namaz vaxtını bildirən proqramlar və saytlar həddindən artıq çoxdur. Daha ətraflı: Müxtəlif ölkələrdə namaz vaxtını necə təyin etmək olar?

ardını oxu
28-07-2016
Oruc tutub dayandirmaq gunahdimi?
Cavab:
Salam aleykum. Xəstə və ya səfərdə olmayan adamın oruc tutmaması və ya bir neçə gün tutub sonra dayandırması günahdır. Ramazan ayını axıra qədər oruc tutmaq lazımdır. Həmçinin, oruc ola-ola iftar vaxtı gəlməmiş qəsdən orucu pozmaq da günahdır.
ardını oxu
28-07-2016
Salam.Insanlar o biri dunyada bir-biri ile gorusecek.Yoxsa ferqli yerlerde olacaqlar? Indiden coxsagolun
Cavab:

Və aleykum Salam. İnsanlar axirətdə yaxınları ilə bir yerdə olacaqlar. Həmçinin, Cənnətin aşağı dərəcəsində olan kimsə özündən daha yüksək dərəcədə olanlarla görüşə biləcək.

ardını oxu
27-07-2016
Salam aleykum men bilmek isdeyerdim ki mecbutiyyetden namazi birlesdirende dalbadal qilmaq lazimdi yoxsaki birinci zohru qilim 2 saat soram esri qilim ele bilki esrin vaxdinda evde olmuyacamda xahis edirem tez cavablandirardiz
Cavab:

Və aleykum Salam. Namazları birləşdirməyə icazə verilən hallarda birləşdirilən namazları dalbadal qılmaq lazımdır. Daha ətraflı: Zərurətdə namazı birləşdirmək olarmı?

ardını oxu
27-07-2016
qurani evden cixartmaq olar? meselen qonsuya vermek olarmi bu barade yazmagizi xahiw edirem...
Cavab:

Salam aleykum. Qurani-kərim kitabını evdən çıxarmağa aid heç bir qadağa yoxdur. Bu kitabı əvvəl özünüz oxusanız daha yaxşıdır, sonra isə oxumaq üçün başqalarına vermək olar. 

ardını oxu
27-07-2016
Salam Aleykum Əziz qardaşlar,belə saytı açdığınız üçün çox sağ olun,suallarımıza səbrlə cavab yazdığınız üçün Allah sizlərdən razı olsun.Suallarım: 1.səcdələri çoxaldın sözünü necə başa düşək?Axı hər namazın qaydaya uyğun secdələrin sayı var.Bunu izah edərdiz etraflı.
Cavab:

Və aleykum Salam.

ardını oxu
27-07-2016 Elnare
Salam aleykum. Men erimle cinsel yaxınlıq etdikden sonra qüsl alıram, sonra sahur yemeyini yeyirem. Sübh namazını qılıram. Sonra mende axıntı olur sarımsıl. Bu meni ola bilermi? Bele halda orucum pozulur?
Cavab:

Və aleykum salam. Oruc yalnız oyaq vaxtı şəhvətlə məni çıxarsa, pozulur. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
27-07-2016
Salam O dunyada Hami eyni yasda olacaq?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qiyamət günü insanlar neçə yaşında diriləcək?
ardını oxu
27-07-2016 Ayka
Salam. Sualarimizi cavablandirdiginiz ucun tesekkurler. 1.Namaz qilib ama hicabda olmayanin cennete girme ehtimali var ? 2.qiybet edene qulaq asana da gunah yazilir deye esitmisdim.
Cavab:

Və aleykum salam. 

ardını oxu
26-07-2016
Salam aleykum.bir miqdar pulum var.onu saxlamaq ucun banka qoya bileremmi? Duzdu ustune az miqdarda pul gelecek.ama o pulun sedeqesini cixiram.bildiyime gore insan malinin mulkunun sedeqesini cixmalidi.banka qoysam gunah sayilirmi?
Cavab:

Və aleykum Salam. Pulu bankda üzərinə faiz gələn depozit hesabına qoymaq olmaz, çünki əlavə faizi özünə götürmək böyük günahlardan biri olan ribadır. Uca Allah buyurur:

ardını oxu
26-07-2016 Salman
Teravi namazına nə qədər ara verilir və niyəti necə tutulur
Cavab:
ardını oxu
25-07-2016 Simuzer
Salam, sualmi cavalandirmaginiz cox vacibdi menim ucun.
Cavab:

Və aleykum Salam.

ardını oxu
25-07-2016 Sevinc
Assalamu aleykum ve rehmetullahi ve bereketuh.. menim atam dunyasini deyisib... deyirlerki kebinide namaz qilan veli razilig vermelidi.... bizim nesilde namaz qilan yoxdu.. yeni emiden dayidaan... bu zaman velilik kime kecir.. lakin bizim kebinimizi imam veli olaraq kesib... bu dogrudurmu??
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. Alimlər Quran və səhih hədislərdən dəlillər əsasında Azərbaycan əhalisinin müsəlman olduğunu demişlər. Yalnız təkfirçi, xəvaric və digər dini radikallar heç bir qeyd-şərtsiz, hüccət qaldırılmadan namaz qılmayana kafir adı verirlər.

ardını oxu
25-07-2016
salam men namaza baslamisam ancaq yoldasim meni namaz qilmagima razi deyil meni soyur agzin geleeni mene deyir men ne etmeliyem?
Cavab:
Və aleykum Salam. Namaz qılmaq məsələsində Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
ardını oxu
25-07-2016 Xanim
Oruc tutan qadin qaş aldira bilər
Cavab:
Salam aleykum. İstər oruclu, istərsə də adi halda qaş aldırmaq günahdır. Amma bu günah orucu batil edən amillər arasında yoxdur. Daha ətraflı: Üz və qaş tüklərini aldırmaq günah sayılırmı?
ardını oxu
25-07-2016 Əli
Əs sələmu aleykum. 1)Bir şey var yadımnan çıxıb: Peyğəmbər səllallahu aleyhi və səlləm əllərini birləşdirib içinə Əl-İxlas surəsini oxuyardı. Dəqiq bilmirəm 7 dəfə yoxsa 3 dəfə. 2)Əlixan Musayevin tərcüməsində "Müsləmanın qalası" kitabını Bakıda tapa bilmədim. Harda konkret satıllar?
Cavab:

Və aleykum Salam.

ardını oxu
25-07-2016 Anonim
Salam oruc vaxti toyuq kesmek olar??
Cavab:

Və aleykum Salam. Oruc vaxtı toyuq kəsmək orucu pozmur. Ümumiyyətlə, oruc vaxtı orucu pozan və günah olmayan şeylərdən başqa hər şey etmək olar. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
25-07-2016 Allahın bendesi
Assalamu aleykum.Size bir sualım olacaqki,niye namazı vaxtından evvel qılmaq batildir.Niye namazı vaxtından evvel qılmaq olmaz.Allah razı olsun.
Cavab:
Və aleykum Salam. Uca Allah namazları qılmaq üçün vaxt təyin etmişdir: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir." (ən-Nisa, 103).
ardını oxu
25-07-2016
Salam. Alt paltarı meziye bulaşmış halda namaz qılmaq olar?
Cavab:

Və aleykum Salam. Məziyə bulaşmış paltarla namaz qılmaq olmaz. Bu paltarın məziyə dəymiş hissəsi təmizlənməlidir. Daha ətraflı:

Məzi bulaşmış paltarda namaz qılmaq olarmı?

ardını oxu
25-07-2016
Salamu aleykum.Ölüm anında bir mələk can alır yoxsa bir neçə mələk?
Cavab:

Və aleykum Salam. Bunun keyfiyyəti məlum deyil, lakin can alan mələyin adı Ölüm mələyidir. Yəni, bir mələyin adıdır. Daha ətraflı: Möminin və kafirin ölümü

ardını oxu
23-07-2016 Jaleden
Kainatda baw vermiw ve baw verecek sabit ve deyiwmex meselelerin qorunub saxlandigi seifeye ne deyilir
Cavab:

Salam aleykum. Bu kitabın "Lövhi-Məhfuz" adlanır. Uca Allah buyurur: "Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın".

ardını oxu
23-07-2016
Salam aleykum.bagiwlayin bir sualim var.niwanlimla bizim kebinimiz var.lakin aramizda cox boyuk bir naraziliq oldu qisqancliga gore.whatsappda yaziwarken sozlerimiz ust uste duwmediyi ucun o mene 3defe meni cezalandirmaq ucun bowayiram dedi.biz bowanmiw sayiliriq? Tezden kebin kesdirmeliyik?
Cavab:

Və aleykum Salam. Üç dəfə ardıcıl "səni boşayıram" demək bir dəfə boşamaq sayılır. Siz heyz olana qədər nişanlınız sizi kəbinsiz qaytara bilər. Bu da cinsi yaxınlıq ilə mümkündür. Heyzdən sonra artıq boşanmış sayılırsınız və yenidən kəbin kəsdirmək lazımdır.

ardını oxu
23-07-2016
Salam qurana yalan yere and icib sonra pesman olub tövbe etdikde bagişlanar insan
ardını oxu
23-07-2016
Sizden xahis edrem evvala Salamu aleykum agrikesici orucu batil edirmi?
Cavab:

Və aleykum Salam. Ağrıkəsici həb şəklindədirsə, onu udmaq və ya ağızda sormaq orucu batil edir. İynə şəklindədirsə, oruca ziyanı yoxdur. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
23-07-2016 nunus
Salamun Aleykum. Men iwlemirem deye atam mene herdefe pul verir xerclemey ucun. Men de o pullari yigiram ve yigdigim puldan ehtiyaci ooana yardim etmey istiyirem. Bilmey istiyiremki menim yigdigim pullardan valideynlerimden xebersiz ehtiyaci olan birine vermeyim duzgun olar?
Cavab:

Və aleykum salam. Atanız sizə pulu hansısa konkret bir iş üçün yox, ümumən xərcləməyə veribsə, bu pul artıq sizə məxsusdur və onu istədiyiniz kimi xərcləyə, həmçinin sədəqə də verə bilərsiniz. Bunu valideynlərdən gizlədə də bilərsiniz.

ardını oxu
23-07-2016
salam mən 15 ildiki evliyem 2 uşaqım var ama erim ayləsinə cox məsuliyətsizdi demək olarki biz onun üzünü görmürük evə ancaq yeməyə ve gecden gec yatmaga gəlir imtim həyatımızda demək olarki sıfırdır atası anasıyla yaşayırıq yeməymizi onlar alır arada yoldaşımda alır ama yük onların üstünə düşürhər
Cavab:

Aleykum salam. Belə vəziyyətdə qadın vəziyyəti ətraflı düşünüb, böyüklərlə məsləhətləşərək seçim edir. İstəsə indiki vəziyyətə saxlaya və ya boşana bilər. Daha ətraflı:

İslam firqhi - Ailə münaqişələri

ardını oxu
23-07-2016 adsiz
Salam.hamileliyimle bagli namazimi qila bilmedim 4ay.ozume geldikden sonra yeniden basladim namaza men gunaha batmis sayiliram?qezasini qilmaliyam?o 4ayin?evvelceden Tsk.
Cavab:
Və aleykum Salam. Xəstə olduqda oturaraq və ya uzanaraq namaz qılmağa icazə verilir. Namazı qəsdən buraxmaq isə ən böyük günahlardandır, bunun kəffarəsi yoxdur və qəzası da qılınmır. Səmimi qəlbdən tövbə edin və günahlarınızın bağışlanması üçün xeyirli əməllər edin.  Həmçinin, oxuyun:
ardını oxu
23-07-2016
salam aleykum.Men imama uyanda imam fatiheni deykden sonra men de tez fatiheni deyirem imam ise deiger sureni demis olur.Bele qilmaq duzdu vacibdirki imam fatiheni dedikden sora sen de deyesen?Men evvel bele edirdim:imam ayeni deyir sonra ardindadn men tekrarlayiram yeni aye aye ondan sonra tekrarla
Cavab:
Və aleykum Salam. Fatihə surəsini səsli camaat namazında imamla birlikdə ayə-ayə təkrarlamaq olmaz, imam oxuyub qurtardıqdan sonra siz oxuyursunuz. Dediyiniz heç bir hal orucu pozmur. Daha ətraflı:
ardını oxu
23-07-2016 qelender
ben orucu orsduq basdiyana tuturam ve menim indi imtanlarim baslayir imtanlara orucdu gitmey istemirem yornug olacam ve orucu 3-gun biraxib sonra tuta bileremi
Cavab:
Salam aleykum. Yalnız xəstə və ya səfərdə olan adama oruca fasilə verib sonra qəzasını tutmağa icazə verilir. İmtahana getmək üzrlü hallardan deyil.

Daha ətraflı: Ramazan ayının orucu
ardını oxu
20-07-2016 ALLAH bendesi
Salam aleykum size sualim budurki unutqanliqdan ve ya bilmeyerekden yalan daniwmaq gunah sayilir?2 namazin secdelerinde dua etmek olar?Allah razi olsun tewekkur sagolun
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043).
ardını oxu
20-07-2016 Rasad
Salam akeykum. Orucu oz veteninde tutub ve sefere caxan seferde bayran namazi bir gun tez qilinarsa qila bilermi? Hesabda bir gun az oruc tutmuw oluruq. Allah razi olsun.
Cavab:

Və aleykum Salam. Siz hara gedirsinizsə, o camaatın tutduğu orucu tutur, bayram etdiyi günü bayram edirsiniz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".

ardını oxu
20-07-2016
Salam.xais edirem mene bir meslehet veresiniz.men namaz qilib oruc tuturam.hicaba kecmek isdeyirem.yoldadim menimle dalawdi ku,olmaz hucab baglamaq.ne vaxt birdefelik Azerbaycana kocub getsek,o zaman taxarsan dedi.burda rusiiuyada pis baxirlar.terrorist kimi baxirlar.mene icaze vermir.axi men ne edi
Cavab:
Və aleykum Salam. Hicab Allahın əmridir və qadın hicab bağlamadığına görə böyük günah qazanır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.
ardını oxu

Pages