24-12-2016 nicat
Namaza bawlamaq isteyirem amma sureleri ezberleyemmirem nece edimki yadimda qalsin.qurani namazi tez bir wekilde oyrenmek isteyrem
Cavab:
Salam aleykum. Əgər namazın sözlərini əzbərləyə bilmirsinizsə, namazın sözləri olan kağızı əlinizdə tutub ora baxa-baxa namazınızı qıla bilərsiniz.
ardını oxu
24-12-2016
Salam aleykum toy gecesi yenge aparmaq duzgundurmu
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Toy gecəsi yengə aparmaq dinimizə görə günahdırmı?

ardını oxu
24-12-2016
Vitir namazini her gun qilmasam olar?
Cavab:

Salam aleykum. Vitr namazı fərz deyil və qılmayan günah qazanmır. Lakin, vitr namazını qılmamaqla bir çox xeyirdən məhrum oluruq. Daha ətraflı:

Vitr namazının qəzası necə olur və vitr namazını qılmaq vacibdirmi? 

ardını oxu
24-12-2016
Salam.Qüsl aldıqdan sonra ,Qüslsuz oldugum üçün qılmadığım namazları qılmalıyam?
Cavab:
Və aleykum Salam. Heyz halında olan qadınlar heyzdən təmizlənənə qədər namazı qılmırlar və bu namazı heyzdən təmizlənəndən sonra qəza etmirlər. Digər hallarda kişi və ya qadın qüsl halında olsalar və qüsl almaq imkanları olmasa da belə namazlarını təyəmmüm alaraq qılırlar.
ardını oxu
24-12-2016 Rahid
salam,mən hər yerdə axtardım ancaq tapa bilmədim.mən axşam dua etdim və istəyimin gerçəkləşməsi üçün oruc tutacağımı niyyət etdim..və bu gün də niyyətimə əməl edirəm.istəyimin gerçəkləşməsindən əvvəl və sonra 3 gün oruc tutacağımı niyyət etmişəm.bu haqda bir izah verərdiz mənə
Cavab:
Və aleykum Salam. El arasında buna nəzir deyilir. Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün imkan daxilində yerinə yetirilməsi nəzirin əsas şərtlərindəndir. Əgər oruc tutacağınıza söz vermisinizsə, bu orucu tutmalısınız.
ardını oxu
24-12-2016 Asif Heyderov
Salam.niye sualima cvb vermisiz xaiw edirem cvb verin ve men bir weyde demek isdeyirem menim toyum olub amma kebinimiz yoxdu qildigim namazlar qebul olur?
Cavab:
Va aleykum Salam. El adətləri ilə toyun olması bir növ kəbin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin və qızın razılığı, iki şahidin və mehrin olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən velideynlərin xəbəri və qızın razılığı vardır.
ardını oxu
24-12-2016
Salam mən internetdə əxlaqsız şəkillərə baxıram və zaman zaman boşalmada olur bu nə qədər günahdır. Çalışıram belə işlərdən uzaq durum ama bəzən yenə bu günaha qayıdıram
ardını oxu
24-12-2016 gunel
salam aleykum ,hicaba kecmek olarmi namaz qilmadan ?yoxsa namazi bilmiremse olmaz?
Cavab:

Va aleykum Salam. Həm namaz, həm də hicab Uca Allahın müsəlman bəndələrinə vacib buyurduğu bir əmridir.

ardını oxu
24-12-2016 Cavid
Salam.Sevdiyim qızı Allahdan necə istəyim?
Cavab:
Və aleykum Salam. Uca Allaha öz sözlərinizlə sizə xeyirli həyat yoldaşı nəsib etməsi üçün dua edin. Yəni, dualarda bu qızın sizin həyat yoldaşı olması üçün dua edə bilərsiniz. Lakin, dua vaxtı Allahdan istədikdə bunun xeyirli olub-olmayacağını istəməyi unutmayın.
ardını oxu
24-12-2016
Salam.nezir pulu yigilib o şexsin hal hazirda imkani yoxdu ozu o nezir pulunu xercliye biler.
Cavab:
Və aleykum Salam. Əvvəla onu deyək ki, el arasında geniş yayılmış bu məfhum (nəzir pulu), əslində şəriətdə sədəqə olaraq buyurulmuşdur. Sədəqələri toplayıb kasıblara çatdıran insan bu pulu ehtiyacı olan insanlara çatdırmalı və özünə götürməməlidir.
ardını oxu
24-12-2016 Behlul
Salam Aleykum qardawlar Hansisa mesheb aliminin dediyile gedmey gunah deyil ki? mesela 4 mesheb alimi varda bezi fikirlerinde amma bir biri ile duz gelmir. Men yuxuda iyrenc yuxular gorurem bezen bezende istemeden istemediyim sozler deyirem Bu weytanddan di ele ??
Cavab:
Və aleykum Salam. 
1. Bu cavabları oxuyun:
Özünə məzhəb seçmək vacibdirmi? 
ardını oxu
24-12-2016 deniz
Es Salamu Aleykum,size bele bir sualim olacag.Hec vaxt ve heyati boyu sozunu demek gunahdirmi?
Cavab:

Və aleykum salam. Bu sözləri yəqin bildiyiniz məsələlər üçün istifadə edə bilərsiniz.

ardını oxu
24-12-2016 Gulay
Salam.menim qaynanam cox yalanci ve serbaz insandi.sebebsiz yere evde dava cixarir.valideynlerimi,bacilarimi soyut.sozun qisasi yaxsi insan deyil.mende cavab qaytarmiram ancaq ureyimde onu allaha tapsiriram ve tezlikle cezasin allahdan dileyirem.birdeki allaha dua ediremki tezlikle ölsün.menim bu cu
Cavab:
Və aleykum Salam. Sözsüz ki, qaynananız sizə qarşı bu şeyləri etməklə haqqınıza girərək günah qazanır. Siz ərinizə vəziyyət gözəl tərzdə izah edin və xahiş edin ki, ona nəsihət etsin. Siz ona cavab qaytarmayaraq səbr etdiyiniz üçün böyük savab qazanırsınız.
ardını oxu
24-12-2016 IRADÈ
Meherremlikde Sefer ayinin anlami?
Cavab:
Salam aleykum. "Muharram" - "haram olan" deməkdir. "Səfər" - ayı haqda isə müxtəlif rəylər mövcuddur. Bunlardan bəziləri

səfər mənasında -- çünki ərəblər həmin ay səfərə çıxardılar; 
ardını oxu
24-12-2016
Salam aleykum biz yoldawimla 3 ay bundan qabaq hence olmamiw dalawmaga bawladiq sonra bildimki zina eliyir sonra ozunu qeribe aparmaga bawladi Eve geceler gec geldi uwaqlarindan ailesinden soyudu menimle yaxinliq elemek istemirdi deyirdi istemirem her defe bir behane getirirdi sorada dedi xesteyem b
Cavab:
Və aleykum Salam. Hər halda ruqyə etsəniz daha yaxşı olar. Həmçinin, Allaha dua edin ki, ərinizi islah etsin və sizin bir-birinizə olan münasibətlərinizi düzəltsin.
ardını oxu
24-12-2016
Salam.Qelbini qiran adamdan qisas almaq duzgundur.?men hele bir gunah isletdim.Amma cox pewmanam.haqqina girdiyin insanlardan uzur istemek olmursa basqa cur halalasmaq olar
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir.
ardını oxu
24-12-2016 .
Salam Aleykum size bir sualim var men oyuncaqlari yeni yumuwaq oyuncaqlari sevirem menede cox vaxt ele hediyeler alirlar bilmek isdiyeremki olarinda gozleri var bele oyuncaqlari evde saxlamaq olar?yeni namaz qilan yerde yox sadece evin bawqa yerlerinde bawqa otaqlarda yoxsa olmaz?bu oyuncaqlara meym
Cavab:
Və aleykum Salam. Əgər evinizdə belə oyuncaqlar varsa, onları bağlı yerdə saxlamaq lazımdır. Çünki surət olan evə rəhmət mələkləri girməzlər. Peyğəmbər (ona Allahın salavatı v salamı olsun) demişdir: "İçində şəkil olan evə mələklər girməz". (əl-Buxari, 2105).
ardını oxu
24-12-2016
Ərim gecələr evə gəlmir iş adı ilə...həmin gecələr içir...demir harda olur ,demir hara gedir.həftələrnən gəlmir.Mən onun halal arvadı..onun ixtiyarı var mı məndən halallıq almadan gecə evə gəlməmək və içmək və olduğu yeri mənə deməmək?
Cavab:
Salam aleykum. Spirtli içkilər içmək haram olduğuna görə onun üçün kimdənsə halallıq almaq yox, həmin əməli tərk edib Uca Allaha tövbə etmək lazımdır. Siz də ona gözəl şəkildə izah etməyə çalışın ki, Allah spirtli içkiləri haram edib.
ardını oxu
24-12-2016 Zeynur Abdullayev
Salamun Aleykum. Men zovcemi bosayan dort il olub. Aramizda problm oldugundan usaqlari gormemisem. Ayliq alimentlerini verirem usaqlarin ama gormurem. Bu boyuk gunah mi? Usaqlar boyuyub meni ozleri ne vaxt gormek isteseler gelsinler gorusek.
Cavab:

Və aleykum Salam. Həm sizin, həm də uşaqlarınızın sizinlə görüşmək haqqı var. Əgər məsələ siz qeyd etdiyiniz qədər ciddidirsə, yəni uşaqlarla görüşdükdə indiki ailəniz dağılmaq təhlükəsi altında qala bilərsə, heç olmasa indiki ailənizdən gizlin şəkildə uşaqlarla görüşmək imkanını əldən verməyin.

ardını oxu
19-12-2016 Metleb
Salam men geceler yata bilmirem oyanandada qorxuram bu neden ola biler?
Cavab:
Va aleykum Salam. Bu şeytanın vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Burada yazılanları edin:
Cadudan qorunmaq üçün vasitələr 
ardını oxu
19-12-2016
Salam.gece namazını 2 rükət qılıb,sonra da 1 rükət vitr namazı qılsam bu düzgündürmü? ALLAH sizden razı olsun
Cavab:

Və aleykum Salam. Bəli, belə qaydada gecə namazı qılmaq düzgündür. Daha ətraflı: Gecə namazı nə vaxt və necə qılınmalıdır? 

ardını oxu
19-12-2016 Metleb
Salam Allah kmey olsun hamizdan Pirlere inanmaq duzgundurmu?
Cavab:
ardını oxu
19-12-2016 Metleb
Men bir qizi sevirem onunda meni sevmesiucun ne etmeliyem
Cavab:
Salam aleykum. Uca Allaha öz sözlərinizlə sizə xeyirli həyat yoldaşı nəsib etməsi üçün dua edin. Həmçinin, bu qızın sizin həyat yoldaşınız olması üçün dua edə bilərsiniz. Lakin, dua vaxtı Allahdan istədikdə bunun xeyirli olub-olmayacağını istəməyi unutmayın.
ardını oxu
19-12-2016
qebir düzeltmək doğrudur
Cavab:

Salam aleykum. Dinimizə görə qəbir daşının ən çoxu bir qarış hündürlüyündə olması və üstündə də heç bir yazı olmaması şərtilə qəbir düzəltmək icazəlidir. Daha ətraflı:

ardını oxu
19-12-2016
SALAM.HER CIMENDE QUSUL ALMAG LAZIMDI QUSUL OLMASADA BOYNUNDA.TEMIZLIK UCUN OLARSA NECE DEYILMELIDI SOZLERI.TWK.xayis edirem tez cavablandirasiz
Cavab:

Və aleykum Salam. Xeyr, qüsl yalnız onu pozan hallarda alınır. İstər təmizlik, istərsə də qüsl niyyəti ilə olsun, bunun üçün xüsusi bir dua və sözlər yoxdur. Sadəcə hər xeyir işin əvvəlində "Bismilləh - Allahın adı ilə!" demək bəyəniləndir. (İmam Əhməd, 14/ 329.

ardını oxu
19-12-2016
Salam cinsi əlaqədən sonra namaz qılmaq üçün yuyunmalısan?saçıda yumalısan?
Cavab:
Və aleykum Salam. Bəli, cinsi əlaqədən sonra qüsl almaq və bütün bədən əzalarını o cümlədən başınızı da yumaq lazımdır. Başı yuyarkən 3 dəfə su tökmək kifayət edir, saçları tam islatmaya bilərsiniz. Daha ətraflı:
ardını oxu
19-12-2016
Salam...Halvani ancag nezir diyende ve olmush birine halva calinanda yemek duzgundur,yoxsa kiminse ureyi halva yemek istese bishirtdirib yeye biler?
Cavab:
Və aleykum Salam. İslam dinində nəzir deyilərkən və yaxud kimsə vəfat etdikdə halva bişirib yemək kimi bir əməl yoxdur. Bu, dinə sonradan salınmış bidətlərdəndir (dində yenilik). Halvanı istənilən vaxt bişirib yemək olar. Həmçinin oxuyun:
ardını oxu
18-12-2016
Salam.Namazda fikrin dagilmasi gunahdir?
ardını oxu
18-12-2016
salam aleykum.men bankdan kredit goturene gunah oldugunu bildiyim halda zamin durmuwam.tovbe etmiwem sonra.bunun keffaresi nedir?
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah Elçisi riba (sələm) yeyəni, yedizdirəni, (onların arasında) yazanı və şahidlərini lənətlədi, sonra dedi: "Onlar bərabərdir". (Muslim, 4177). Bunun xüsusi bir kəffarəsi yoxdur.

ardını oxu
18-12-2016 Esmira
Es salamu aleykum.saca qara reng qoyulmamalidir.ama men bunun sebebini bilmek isteyirdim yeni izahini.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Niyə saçı qara rənglə boyamaq olmaz?

ardını oxu
18-12-2016 Hesret
salam maleykum xais edirem sualima cavab vererdiz .Evlenmemek gunahdirmi? yeni men evlenmek istemirem gunah qazanirammi ? indiden tesekkurler.
Cavab:
Və aleykum salam. Zəruri, üzrlü səbəb olmadan evlənməmək Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrinə ziddir.
ardını oxu
18-12-2016 Sexavet
Salam bizim uzaqdan qohumumuz rehmete gedib 40 da cıxıbdı telefonu sonuk ve gizli yerdedi heckes gormue nede tapa bilmir.. 1 hefte evvel whatsapda onlayn olub 2,3 saat sora cıxıb silib whatsapı..
Cavab:

Və aleykum Salam. Ola bilər onun telefonu oğurlanıb, həmin oğru nömrəni istifadə edib. Çünki ölmüş adamın bu dünya ilə əlaqəsi yoxdur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr!

ardını oxu
18-12-2016
Salam.Allah hamimimizdan razi olsun.MenDe bezen geceler yatanda bogulma olur.sanki namaza ve ya hele vahti elexus seher yuxuda kimse meni bogur. Men bogani gormesemde Amma hiss edirem ki kimse bogazimdan tutub.
Cavab:
Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Yatarkən baş verirsə, yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı: 
Pis yuxulardan necə qorunmaq olar
ardını oxu
18-12-2016 vusle
Salam . bir qadin namazqilarken onun sesini aile uzuvleri ewide bilermi??
Cavab:

Va aleykum Salam. Bəli, İslam alimləri demişlər ki, qadının namazda səsini yalnız qadınlar və ona məhrəm kişilərin eşitməsi icazəlidir. Digər hallarda isə qadağandır.

ardını oxu
18-12-2016 vusle
Salam . namaz qilarken cox halsiz oluraM. hetta ele vezyete gelrem ki namazmi qezayada getrb cxardram . Bunun qarwisin nece ala bilrrem . Qalan adi vaxd pis olmram normal oluram. En esas namaz ucun ayaqa qalxdqda halsizlanram baw gucelenmesi olur . Ancaq uzanb yatmaq isdrrem.
Cavab:
Və aleykum Salam. Bu sehrin əlamətlərinə oxşayır. Əgər ayaq üstə durub namaz qılmağa halınız olmasa, oturaraq namazları qıla bilərsiniz. Daha ətraflı:
ardını oxu
18-12-2016 vusale
Salam namazda qiraet nedir?? sag eli sol elin usdune qoyub fatihe ve ixlasi demekdir????? Bu barede sag eli sol elin usde qoymaq barede acqlama veredizde . Tewekkur
Cavab:
ardını oxu
18-12-2016 Mehman
Salam mənim dostum dəstamaz alanda həmişə arxasını yuyur. Deyir ki əgər dəstamazı qaz yolu ilə pozmusansa mütləq arxanı yumalısan. Səbəbin soruşanda deyir ki sən qaz buraxanda qazdan əlavə sənin arxan da bulaşır. Əgər məqsəd pak olmaqdısa onda bunu eləmək vacibdi.
Cavab:

Və aleykum Salam. İslam alimlərinin yekdil fətvalarına görə yel buraxılan zaman onunla yanaşı rütubət (sulu hal) çıxmazsa, bu zaman həmin yeri yumağa heç bir ehtiyac yoxdur.

ardını oxu
18-12-2016 Məryəm
Salam. bunu netice kimi siz yerlesdirmisiz. Bəs hansı firqə doğru yoldadır? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Ümmətim yetmiş üç fırqəyə ayrılacaqdır. Biri xaric olmaqla qalanları cəhnnəmdədir". Səhabələr: "Ey Allahın Rəsulu!
Cavab:

Və aleykum Salam. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi yol Qurani-kərim və səhih hədis kitablarında bizə bildirilmişdir. Aşağıdakı video səhih hədislərə əsasən hazırlanmışdır:

ardını oxu
18-12-2016 Məryəm
Salam Eleykum. Onceden cavaba gore teshekkur edirem. Bilmek isteyirdim destemaz alib namehremin qabagindan kecerken destemaz pozulur? Və bir sual daha - mən iş yerində namaz qila bilmiremse qezaya salmagim, axsam namaziyla birge qilmagim gunahdir?
Cavab:
Və aleykum Salam.
1. Xeyr, naməhrəmin qarşısından keçdikdə dəstəmaz pozulmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
ardını oxu
18-12-2016 vefa
Yoldasimdan icazeciz ehtiyaci olana komek etmek olarmi.
ardını oxu
18-12-2016
Salam ezizlerim.size ne qeder tewekkur etsem azdir.Cox suab iw gorursuz.menim sualim beledir.havalar soyuq oldugu ucun men her gun cenabet qusulu ala bilmirem.tez tez suya girende xestelenirem.heftenin axirinda qusullaniram bir iki gun ele namaz qiliram.soraki gunlerde cenabetli oldugum ucun teyemmu
Cavab:
Və aleykum Salam. Təyəmmümlə namaz qılmaq icazəlidir. Təyəmmümdən qabaq dəstəmaz almaq lazım deyil. Daha ətraflı:
ardını oxu
18-12-2016 M..........A
Salam.Size teşekkürler edirem ki, bele gözel bir proqram açmısız.Allah sizden ve cümlemizden razı olsun.(İnşallah).Size sualım budur ki,menim sinifyodaşım var o bir az İslam dinine qarşıdır.Yeni demirem dini Allahı peyğemberi tanıyır.Amma deyir Allah varsa hardadır,deyir öldükden sonra o dünya olmay
Cavab:
Və aleykum Salam. Allah sizdən də razı olsun.
ardını oxu
18-12-2016 samir
salamualeykum kəniz, cariyə, qul bunlarin fərqi ərtafli izah edərdiz, birdə " Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi" ve " Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlə
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Sizdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın". (ən-Nisə, 25).

ardını oxu
12-12-2016
almaya 7 iynə batırmaq nə deməkdir
Cavab:

Salam aleykum. Ola bilsin ki, bu cadudur. Daha ətraflı:  Cadudan necə qorunmaq olar? 

ardını oxu
12-12-2016 Fafa
Assalamu aleykum. Farzul Kifayə nə deməkdi?
Cavab:

Və aleykum Salam. Bir qrup insanın şəriətdə buyurulmuş bir əməli etməsilə məsuliyyətinin digər insanların boynundan düşməsinə "Fərdul-Kifəyə" deyilir. Məsələn, ölmüş müsəlman üçün bir qrup insanın cənazə namazı qılması kifayət edir, hamının cənazə namazında iştirak etməsi vacib deyil.

ardını oxu
12-12-2016 Emıl
Salamualeykum.xais edirem mene cavab verin siz sunnusunuz yoxsa şie uzr istiyirem.siz dedinizki dua etdikde elleri qaldirmaq baresinde delil yoxdu amma bu fikir memce sehfdi
Cavab:
Və aleykum Salam. Əksinə, dua etdikdə əlləri qaldırmağa dəlil var, sadəcə duadan sonra əlləri üzə sürtməyə dəlil yoxdur.
ardını oxu
12-12-2016 Ilkin
Salam aleykum cox xais edirem ki sualma cavab yazasiz .deyrem meselen su var amma qusul almaq mumkun deyil orda bir is yeridi dukandi qusul pozlub su var amma orda cimeye yer yoxdu onda teyennum almaq olar
Cavab:

Və aleykum Salam. Əgər həmin yerdə qüsl almağa şərait yoxdursa, namazları vaxtında qılmaq üçün təyəmmüm almaq lazımdır.

ardını oxu
12-12-2016 Abbas
Allahin salami olsun size menim sualim beledir : Aya baxanda salavat getirmek savabdi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Aya baxıb salavat çəkmək doğrudurmu?

ardını oxu
12-12-2016 vüsal
salam Aleykum Siqarete tövbə edib pozmuşam birde arağa Yeniden tövbə edsem ALLAH BAğışlayarmı ?
Cavab:

Və aleykum Salam. Bəli, hər dəfə pozduqda yenidən tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

ardını oxu
12-12-2016
Salamu alekum rus musalman dinini neca qabul etsin
Cavab:

Va aleykum Salam.

ardını oxu

Pages