09-06-2016
destemazi ne zaman almaq lazimdir?
Cavab:

Salam aleykum. Dəstəmaz almaq üçün xüsusi bir vaxt təyin olunmayıb. Namaz qılmaq üçün dəstəmazlı olmaq vacibdir. Dəstəmaz pozulmayıbsa, bir dəstəmazla bir neçə namaz qılmaq olar. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər

ardını oxu
09-06-2016 Gulay
Salam menim qaynim menden 17 yas boyukdu.deyirlerki hansisa dua varki onu oxuyandan sonra qaynin yadinda basi acig gezmek olar.qaynata evezidi deye.ozum hicabliyam.b u ne qeder duzgundu.bele sey varmi?
Cavab:
Və aleykum Salam. Dində belə bir şey yoxdur. Həmçinin, oxuyun: Naməhrəm nə deməkdir?
ardını oxu
08-06-2016
Salam.uwagin sidiyi doweye deyib.biz namaz qiliriq indi o dowekde yatmag natemizlikdi ya yox?cunku indi onu hec cur yumag mumkun deyul.men neyleyim?
Cavab:

Və aleykum Salam. Həmin döşəyin sidik dəyən hissəsi quruyubsa, üstündəki ağı dəyişib üzərində yatmaq olar, çünki nəcis quruduqda keçicilik hökmünü itirir. Lakin, imkan olan kimi həmin döşəyin sidiyə bulaşan hissəsini yumaq lazımdır.

ardını oxu
08-06-2016
Salam men hicaba kecmek istiyirem amma anam buna razi olmur menim atam yoxdu bir bacim bir qardasim var anamin ureyi zeyifdi men hicaba kecmek sozu deyende evde muharibe olur anam bir is eliyir men eslinde 15yasimda hicaba kecmisdim anam birinci razılıq verdi sonra dayimgilin tehrikiynen menim hicab
ardını oxu
08-06-2016 reside
ve ve aleykum salam.qible yerini nece tapmaq olar
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Qibləni necə təyin etmək olar?
ardını oxu
08-06-2016
Salam aleykum men ruqye oldum yaxsilasdim elhemdulilleh amma ele bilki yanimda kimse deyirki sense nese var ureyime qorxu dusur tez yaglaniram zeytun yagiyla amma biliremki hecne yoxdu ureyimnen cixmir bu seytanin vesvesesi Ola bilermi?tesekkur edirem
Cavab:
Və aleykum Salam. Bu, şeytan vəsvəsi ola bilər. Bu vəsvəsələrə fikir verməyin. Çalışın Quran ayələrinin səsli oxunuşuna qulaq asasınız və Quran ayələrindən bildiklərinizi özünüzə oxuyun. Həmçinin, Allaha dua edin ki, sizə şəfa versin. Daha ətraflı: 
ardını oxu
08-06-2016 aygun
Biliramki abort gunahdi. Namaz qilan ucun daha gunahdi.axi men neylayim.3-ovladim var.daha besumdi.abortdan sinra namazda gunahimin bagislanmasini istasam bu duzgundirmi?
Cavab:
Salam aleykum. Elə bir günah yoxdur ki, o günaha görə Allaha səmimi qəlbdən tövbə edilsin, lakin Allah bu günahı bağışlamasın. Ona görə siz tövbə edin və bir daha belə günaha düşməmək üçün müəyyən tədbirlər görün. Daha ətraflı: 
ardını oxu
08-06-2016
Salam. Orucu nələr batil edər?
Cavab:
Və aleykum Salam. Bu məqaləni oxuyun: Ramazan orucu
ardını oxu
08-06-2016 gunel
zikir ederken qusl almaq olar yoxsa bele alsam gunah sayilarmi?
Cavab:

Salam aleykum. Zikr etmək üçün qüsl və dəstəmaz almaq şərt deyil. Ona görə qüslunuz olmada zikr etməyiniz günah deyildir.

ardını oxu
08-06-2016 nergiz
Salam aleykum..1)men hal hazirda qripem ve halsizam.ama qalxib namaz qiliram Sukur.dunen halsiz idim deye biraz uzandim,yatib qalmisam,bugun zohrle esr namazina birlesdirib qila bilerem xiftenle sam`i?.
Cavab:
Və aleykum Salam. 

1. Bu cavabı oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı? 
ardını oxu
08-06-2016 Neriman
Salam aleykum.istenilen kes nigah kese biler? Bununcun hansi wertler lazimdi. Ve nigah nece kesilir.
ardını oxu
08-06-2016 Nicat
Salam menim 14 yaşim var men namaz qildim 18 gun indi ise hem şerayitmiz yoxdu destenamaz almaqa meni ALLAH BAGİŞDİYAR
Cavab:
Və aleykum Salam. Namazı heç bir halda tərk etmək olmaz. Dəstəmaz almağa imkan olmadıqda təyəmmüm edib namaz qılmaq lazımdır. Ona görə özünüzü çətinliyə salmayın. Daha ətaflı: 
ardını oxu
08-06-2016 Mehriban
Salam Mənim xalam hər bir şeylərdən iyrənir. Özüdə namaz qılandı.biz kəndə qalırıq həyətimizdə it var(bağlıdı)arada bir o it zəncirini qıran da həyətə gəzir. ona görədə xalam iti bağlayandan sonra bütün ev eşiyə silir.
Cavab:
Və aleykum Salam. Bu hal şeytanın vəsvəsələrindəndir. Ən əsası belə şeylərə əhəmiyyət vermək olmaz. Əks təqdirdə vəsvəsələrin sayı çoxalır. Daha ətraflı:
ardını oxu
08-06-2016 Tufan
Salam cinsiyet orqanidan maye gelde yani mezi.oda nece.temzlenmek olar sadece wire gelir
Cavab:

Və aleykum Salam. Cinsiyyət üzvünün məzi dəyən hissəsini yumaq kifayətdir. Paltara dəyibsə, paltarın həmin hissəsini yumaq lazımdır. Həmçinin, oxuyun: 

Məzi ifraz olunan paltarda namaz qılmaq olarmı?

ardını oxu
08-06-2016 Emin
Hedisi qudsi ve riyazus salehin(imam nevevi) kitablarinioxumaq olarmi?
Cavab:

Salam aleykum. Hədisi Qüdsi - yəni qüdsi hədislər deməkdir. Qüdsi hədisdə Allah Kəlamı olduğuna görə belə adlanır.

ardını oxu
08-06-2016 Elsen
Salam aleykum Men sizden secde ayeleri barede sorusmaq isterdim meselen.ele yerdeyemki secde etmek mumkun deyil ve quranda secde ayesi oxudum neylemeliyem
Cavab:

Və aleykum Salam. Səcdə ayələri oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir. Bu səcdəni etmək əlavə savab qazandıran əməllərdəndir. Lakin, səcdə etməyə imkan olmayanda bu səcdəni etməmək günah deyil.

ardını oxu
08-06-2016
Destemazimin batil oldugunu sonradan oyrendim bu gunahdirmi?
Cavab:

Salam aleykum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz dəstəmazsız qıldığınız namazları yenidən qılmalısınız.

ardını oxu
08-06-2016
salam men tibb bacisiyam yaxin qohumlara kisi olaraq iyne vurmaqim islamda nece qebul olunur coreyim ondan cixir herden istemirem vurum amma mecburiyyet olurda neyniyim men bir meslehet verin xahis edirem coxsaqolun tez bir vaxtda sizden cavab gozleyirem
Cavab:

Və aleykum Salam. Naməhrəmlərə tibbi köməklərdən - iynə vurmaqdan, təzyiq ölçməkdən çəkinsəniz daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən bi­ri­nin başına dəmir iynənin sancılması, naməhrəm qa­dı­na toxunmaqdan xe­yir­li­dir".

ardını oxu
08-06-2016
Ramazan ayinda oruc tutarken agizdan qoxu gelmesinin qarsisini almaq ucun agiz yaxalayici vasitelerden istifade etmek olar mi?
Cavab:

Salam aleykum. Oruc tutarkən ağızdan gələn qoxuya görə utanmaq lazım deyil. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Oruc bir qalxan­dır. (Cəhənnəm odundan qoruyan sipərdir). Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin.

ardını oxu
08-06-2016 Aynure
Salam,sualima qore uzr isteyirem bir sualim var men hicabliyam 23yasim var,sevqilim var fikrimiz ciddidir,kebinimiz yoxdur kebinsiz zina etmisik,ve bundan evvelde basqa birisi ile zina etmisem,sevqilim bilmeyib aldaddim onu,indi cox pesimanam tamam dine geldim qelden.onunla toxunmayiriq biribirimize
Cavab:
Və aleykum Salam. Günahı başqasına danışmaq özü də günahdır. Əgər qadın səmimi qəlbdən tövbə edibsə, tövbəsinə sadiq qalmalı və bu günahı heç kəsə danışmamalıdır. Həmçinin, oxuyun: 
ardını oxu
08-06-2016
Salam aleykum sualmi cavablandirdiginiz ucun onceden tewekkur edirem! Men hicabliyam ve bikmek isdirem ki niwan uzuyu taxmaq olarmi hicabli xanimlara?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə qadınlara ona məhrəm olanların yanında nişan üzüyü və zinət əşyalarını taxmaq icazəlidir. Lakin, naməhrəmlərin yanında bu kimi şeyləri taxmaq qadağandır.

ardını oxu
04-06-2016 Əli
Kiməsə: -Uğurlar! Demək olar?
Cavab:

Salam aleykum. Əgər "uğurlar" deyərək başqasına uğur arzulayan şəxs etiqad edirsə ki, hər şey Allahın izni ilədir və onun arzuladığı uğur da yalnız Allahdandır, onda belə deməkdə heç bir problem yoxdur.

ardını oxu
04-06-2016 Rəşid
Salam faizle pul qazanmaq haramdir? Yeni mal yiyesi ile danisirsan deyirsen ki, flan qeder menim flab qeder senin
Cavab:
Və aleykum Salam. Qarşılıqlı razılaşma ilə şərik olub qazancı bölüşdürmək sələm deyil. Borca pul verdikdən sonra o pulu aldıqda üstündə əlavə pul almaq, müəyyən malı kreditə aldıqda aylıq ödənişi gecikdirən adama əlavə pul cəriməsi olduqda sələm sayılır.
ardını oxu
04-06-2016 Baxış
Salam bilmədən bala pişiyi ölüdürüm günah sayılır..mağazadan cıxırdım bala pişikdən piləkəni ağzında durmuşdu görmədim ayağımın altında qaldı can verib öldü bilmədən oldu pişiyi elə durmuşdu ki görsənmirdi birdə baxdım ki ayağımın altındadır tez ayağımı cəksəmdə artığ gec idi cox xaiş edirəm kömək e
Cavab:

Və aleykum Salam. Siz bunu qəsdən etməmisiniz. Sadəcə bir az diqqətli olmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043). 

ardını oxu
04-06-2016
Salam yoldaşım pulumuz var ev almağa amma hele ev almağa bes etmir 1 ildirki yığmişıq bize xumus düşür deyirler amma bacım dunyaya övlad getirmelidir keyseriye yolu ile amma yoldaşı işlemir deye pulu yoxdu biz o pulun xumsunu ona xercleye bilerikmi? evvelceden teşekkür edirem
Cavab:

Və aleykum Salam. Xums - cihad vaxtı qənimətin beşdə birindən əhli beyt sayılanlara verilən paydır. Sizə xums deyil, zəkat düşür. Bu da əlinizdə olan pulun qırxda biri edir, yəni əlinizdə olan məbləğdən 2.5 faiz pulu kasıblara vermək lazımdır.

ardını oxu
04-06-2016
Salam aleykum allah sizden razi olsun menim size 1 2 sualim var xaiş edirem tez cavablandirasiz 1 sualim budurki namaza teze baslamisam icimde bir sixinti bir qem qusse var bu seytanin vesvesesi ola biler hec namaz qilmagima sevine bilmirem 2 sualim evde namaz qilmaq olar?
Cavab:
Və aleykum Salam. Bu şeytan vəsvəsəsi ola bilər. Çoxlu zikr, dua edin və Qurani-Kərimin səsli oxunuşuna qulaq asın. Namazı ayaqyolu, qəbristanlıq və dəvə tövləsindən başqa hər yerdə qılmaq olar.
ardını oxu
04-06-2016 Sədrəddin
Salam Aleykum.
Cavab:
Və aleykum Salam. Camaat namazından sonra xorla müəyyən dua etmək bidətdir. Belə bir şeyin dində əsası yoxdur. Daha ətraflı: Camaat namazı necə qılınır?
ardını oxu
04-06-2016
Qurban bayramı zamanı (imkan olsada) heyvan kəsməmək olarmı? Ümumiyyətlə heyvan əti yeməmək olarmı? Əgər Qurban bayramı zamanı heyvan kəssək onun ətindən, özümün və ailəmin yeməməsi olarmı? Birdəki iman zəyifliyi hiss etdikdə, Quranı ərəbcə oxumaq yaxşıdır, yoxsa tərcüməsini?
Cavab:
Salam aleykum. İmkanı çatan adamın Qurban bayramında qurban kəsməməsi düzgün deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimin imkanı ola-ola qurban kəsməzsə, bizim namazgaha gəlməsin".
ardını oxu
04-06-2016 Nala
Salam aleykum . Men cox vaxtlar aile birlikde namaz giliram , erim yada oglum namazi idare edir. Namaz gurtardigda onlar sag ve sol ciyine Salam veridikden sonra men onlardan fergli olarag salamdan evvel olan dualari oxuyuram . Bu da texminen 3 ve ya 4 geg. Goturur. Men sonra salam verirem .
Cavab:

Və aleykum Salam. Namazda imamı qabaqlamağa icazə verilmədiyi kimi, çox gecikmək də olmaz.

ardını oxu
04-06-2016
Salam ukraniya da yawayiram qibleni nece teyin ede bilirem
Cavab:

Və aleykum Salam. Ukrayna ərazisində qibləni təqribi müəyyən etmək üçün sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman cənuba yönəlmiş olacaqsınız. Sonra azca sağa dönməklə təqribən qibləyə yönələ bilərsiniz.

ardını oxu
04-06-2016 Jale
Salam Aleykum men bilmek isteyiremki quranda torpaga secde etmek baresinde yazilar varmi?birde men evvel sie qilirdim indi tezelikce sunni namazina kecmisem.amma yenede icimde subheler var.sie namazini torpaga gore secdim.lakin erebler elibagli qildigi ucun sonda mende ele qilmaga qerar verdim.indid
Cavab:
Və aleykum Salam. Əslində "torpağa səcdə etmək" ifadəsini işlətmək düzgün deyil, çünki səcdə yalnız Allaha edilməlidir. Yalnız torpaq üzərində səcdəyə aid heç bir əmr yoxdur. Daha ətraflı:
ardını oxu
04-06-2016 Abdullah
SALAMI-ELEYKUM.Beynimde hemise musiqi sesi olur cunki musiqini sevirem men nece edim ki qezasiz belasiz men bundan qurtulum.Ve men internetle mesajlasiramve qarsimdakinin qiz olub olmadigini anlamiram(yeni o sexs qadinda ola biler)bu gunahdirmi.Ve sizden xais edecem mene ve dostlarima Murada Elvin
Cavab:
Və aleykum Salam. Allah sizə kömək olsun və sizin imtahanlarınızı asanlaşdırsın. Musiqini tərk etmək üçün Allaha dua edin, bu əməli tərgitməkdə mətin olun və Quran ayələrinə səsli qulaq asmağı çoxaldın.
ardını oxu
04-06-2016 Könül
Salam Aleykum.her namazın 2ci rükətində qunut,yeni dua etmək vacibdirmi?birdəki namazın 3cu və 4cu rükətlərində fatihə surəsinin yerine 3defe təsbihat-ərbəə oxumaq olar mi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
04-06-2016
Salam. Hansi sure nigah qurduqda deyilir?
Cavab:

Və aleykum Salam. Nigah qurduqda surə deyil, "Xubtətul-Hacə" adlı dua deyilir. Bunu demək müsthəbdir. Daha ətraflı:

Xutbətul-Hacə duası və tərcüməsi

ardını oxu
04-06-2016 Üzeyir
Salam əleyküm adım Üzeyirdir.Mən 3il bundan əvvəl bir xanımla nişanlanmişdım.Nişandan sonra qızın atasının istəyi və iştirakıyla dini kəbin kəsdirdik.Elə həmin vaxt qaynatam özü kəbin kağizini mənə verdi ki səndə qalsın.Elə oldu ki bizim rəsmi nigahımız olmamiş xirda söz söhbətlərə görə qiz tərəfi n
Cavab:
Və aleykum Salam. Əgər valideynlərin qarşılıqlı razılığı ilə ayrılmısınızsa, siz boşanmış sayılırsınız, yəni kəbininiz qüvvədən düşür. Həmçinin, kəbin kəsiləndən sonra kişi ilə qadın arasında cinsi yaxınlıq olubsa, qeyd edilmiş mehr qadına verilməlidir.
ardını oxu
04-06-2016
Paltarı ehsan etmək olar Delil var Hədis
Cavab:
Salam aleykum.
ardını oxu
04-06-2016
Salam.Size sualim var.Üzür isteyirem men nişanlıyam öz istediyim insanla.anam ise bu işe narazidi ve elinden geleni edir ki bu iş alınmasin.Atam ise narazi deyil.Anamla nece edim bilmirem hetta onunla aile qursam haqqini halal etmeyeceyini deyir.Menim fikrim qetidi geri çekilmeyecem.Menim fikrimce i
Cavab:
Və aleykum Salam. Əsas atanın razılığıdır. Amma siz çalışın ananızın da razılığını ala biləsiniz. Həmçinin, baxmaq lazımdır ki, ana nəyə görə narazılıq edir. Narazılığın səbəbi ciddi deyilsə, burada atanın razılığı kifayət edir.
ardını oxu
04-06-2016
kiwiler sinesinin tukun qirxsa gunahdimi?
ardını oxu
02-06-2016 Ayten ziba
Salam menim xalam qizlari namazda iqame ile baslayirlar qadinlara olar? 2)xalam qizlari subh namazina gecikende onun qezasini qilmirlar deyirler ki Artiq vaxti kecib olmaz. Düzmü edirler? 3) deyirler namaz proqramlari dogru deyil onlari inanmayin. Ne edim cas bas qalmisam.
Cavab:
Və aleykum Salam. 
1. Bu cavabı oxuyun: Qaş almaq, iqamə vermək və nəşidə qulaq asmaq barədə 
ardını oxu
02-06-2016
Salam Aleykum.Məbəs günü nə deməkdir?
Cavab:
Və aleykum Salam. Məbəs günü - Muhəmməd peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbərliyin verildiyi gün kimi qeyd olunur. Lakin, bu günü Peyğəmbərimiz (ona Allahın salavatı salamı olsun) və səhabələri bayram etməyiblər.
ardını oxu
01-06-2016 ........
salam. menim dayim oglu bu yaxinlarda vəfat edib.bizim üçün çox çətin bir aci oldu.ən çox nənəm yaralndi.uşagin anasina isə o qədər də təsiri olmadi.uşagin 40-i çixmadan onun paltarlarini yandirdi. mənfikirləşirəm ki ölünün paltarlariniyandirmaq onu o dünyada yandirmaq kimidir............
Cavab:
Və aleykum Salam. Allah ona rəhmət eləsin. Ölən insanın paltarlarının yandırılmasının ona zərəri yoxdur. Lakin, bu paltarları yandırmaq yox, imkansızlara paylamaq daha yaxşı olar. Həmçinin, ölən insanın qırxıncı gününü sayıb həmin gün məclis təşkil etmək dinimizdə yoxdur.
ardını oxu
01-06-2016 ........
salam.
Cavab:
Və aleykum Salam. Haqqı tapdalanmış hər kəs Qiyamət günü ona zülm edəndən öz haqqını alacaq. Bu cavabları oxuyun:

Qul haqqı barədə
ardını oxu
01-06-2016 ibrahim
zikirdən qabaq nə oxunmalıdır
Cavab:

Salam aleykum. Zikr etməmişdən xüsusi nə isə oxumaq lazım deyil. Bir neçə hal istisna olmaqla zikri istədiyiniz zaman etmək olar. Bunlar da cinsi əlaqə zamanı və ayaqyolunda olarkən. Daha ətraflı: Təharətdə zikr etmək olarmı?

ardını oxu
01-06-2016 Leyla
Salam yoldaşım meni aldadır Meni söyür döyür boşanmaq isteyirem Boşanmır ama evel bele deyildi1ilin içinde bele deyişildi mene herslenmeye bele qıymayan indi mene el qaldırır cadu edildiyine şüpe edirem sizce ona cadur edilip?
Cavab:
Və aleykum Salam. Əgər cadu olunmaq ehtimalı varsa, ona Quran ayələrini dinlətdirin. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
ardını oxu
01-06-2016
Esselemu aleykum.Namazda tewehhudde barmagi terpetse efzeldi yoxsa terpetmese? Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Namaz haqqında olan hədislərin çoxunda təşəhhüddə barmaqla işarə etmək keçir. Lakin, təşəhhüddə barmağı tərpətmək haqda hədislər də vardır.
ardını oxu
01-06-2016
salam eleykum men namaz qiliram tenbelikden terk elemek istiyirem tenbelik mende niye olur?
Cavab:
Və aleykum Salam. Namazı tərk eləmək insanı həlaka aparır. Tənbəllik şeytandandır və sizə tənbəllik vəsvəsəsi verir. Bu da imanınızın zəifləməsindən irəli gəlir, çünki insanın imanı zəifləyəndə şeytan ona vəsvəsə vermək üçün daha çox yol tapa bilir.
ardını oxu
01-06-2016 Aysel
salamun aleykum.haqqinizi halal edin. nafile namazlarini nece qila bilerem ve hansi vaxtlarda qilmaq olar?
ardını oxu
01-06-2016 insan
salam.Men kecmisde ettiyim bir gunah ucbatindan ozumu pis hiss edirem hele de.Menim hec bir isim duz getmir istediyim seylere sahib ola bilmiram bunun ucun sebr edirem.Allah sebr edenleri sevir.Amma men artiq ozume bir gun gzeran qurmaliyam .Ailem kasibdi ve men ne etmeliyem .Islerimin yolunda getme
Cavab:
Və aleykum Salam. Siz qəlbinizi Allaha bağlayın, Ona itaəti artırın, Ona təvəkkül edin işləriniz Allahın köməyi ilə yoluna düşəcək. Həmçinin oxuyun: 

Ruzinin artması üçün nə etməliyik?
ardını oxu
01-06-2016 Baxış
Salam kecmişfə baş vermiş səhvləri xatırlamaq nə deməkdir bundan necə qurtula bilərəm hərdəfə yadıma düşür
Cavab:
Və aleykum Salam. Keçmişdə olan səhvləri çox xatırlamaq vəsvəsədən irəli gəlir. Sadəcə buna fikir verməyin, Allahın izni ilə yavaş-yavaş azalacaq. Həmçinin oxuyun:

Cadudan necə qorunmaq olar?
ardını oxu

Pages